İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    XÜMSÜN ISTIFADƏ OLUNMA YERLƏRI
    Məsələ 1566: Xüms iki yerə bölünməlidir: bir qismi İmamın (ə) mübarək payı, ikinci qismi isə seyyidlərindir. Seyyidin payı fəqir, ehtiyaclı yetim və yaxud səfərdə müşkülü çıxan (öz məntəqələrində fəqir olmasa belə) ehtiyaclı seyidlərə verilməlidir. Zamanımızda İmamın (ə) payı ədalətli müctəhidə və yaxud onun nümayəndəsinə verilməli və onlar da onu İmamın razılığı olan müsəlmanların rifahı, xüsusi ilə elmiyyə hövzələrinin (dini mədrəsələr) idarəsi və s. üçün istifadə etsinlər.
    Məsələ 1567: İmamın mübarək payını, yalnız adil müctəhidin icazəsi və zəruri hallar riayət edilməklə, məscid, hüseyniyyə, xəstəxana, tibb məntəqəsi, məktəb və s. inşa edilməsi üçün istifadə etmək olar. Lakin, seyidlərin payını yuxarıda qeyd etdiyimiz yerlərdən başqa xərcləmək olmaz.
    Məsələ 1568: Borclu şəxs, müctəhid və yaxud onun nümayəndəsi məsləhət bildiyi halda, borcunu əldən-ələ verib, öz boynuna alıb, hissə-hissə ödəsin.
    Məsələ 1569: Seyidlərin payını, (vacib ehtiyata əsasən) müctəhidin icazəsi olmadan yuxarıda qeyd edilən seyidlərə vermək olmaz. İmamın (ə) payı da müctəhidin icazəsi olmadan istifadə edilsə məqbul deyil. Müctəhid sonradan qəbul edib icazə versə, istisnadır.
    Məsələ 1570: Müctəhid məsləhət bildikdə, çoxlu xüms borcu olan və onu verməyə imkanı olmayan şəxsə İmamın (ə) payını bağışlaya bilər.
    Məsələ 1571: Bir şəxs İmamın (ə) payını təqlid etmədiyi müctəhidə o halda verə bilər ki, o müctəhidlə təqlid etdiyi müctəhid İmamın (ə) payını eyni şəkildə istifadə etməsini bilir.
    Məsələ 1572: Adil olmayan seyidə xüms vermək olar. Lakin, ehtiyac vacibə əsasən, (xüms) aşkar günah etməyən şəxsə verilsin. Günah məqsədi ilə səfər etməyən şəxsin yolda müşkülü çıxdığı halda ona xüms vermək olar; Tövbə edib, yolun davamını günah etməyən şəxsə də xüms vermək olar.
    Məsələ 1573: 12 İmamı (ə) qəbul etməyən seyidə, vacibun-nəfəqəyə, məsələn, insan öz xümsünu seyid arvadına verə bilməz. Əgər arvad çarəsizlik üzündən, kişinin vacibun-nəfəqəsi olmayan şəxslərin xərclərini ödəyirsə, istisnadır.
    Məsələ 1574: Seyidlərin seyid olması aşağıdakı üsullarla sabit olur:
    1. İki nəfər adil şəxs onun seyidliyini təsdiq etsin (bir nəfər də kafidir).
    2. Güman və yaxud yəqinə səbəb olmasından asılı olmayaraq, öz şəhər və məntəqəsində seyidliyi ilə məşhur olsun.
    Məsələ 1575: Xərci ayrısına vacib olan, lakin bu xərcləri ödənilməyən fəqirə xüms vermək olar. Məsələn, əri gündəlik tələbatını ödəyə bilməyən seyidə xanım xüms ala bilər.
    Məsələ 1576: Vacib ehtiyata əsasən, seyidlər illik xərclərindən artıq xüms ala bilməzlər.
    Məsələ 1577: Şəhərində müstəhəqqin (xüms almaq üçün lazım olan şərtlərə malik olan şəxs) olub-olmamasından asılı olmayaraq, xümsün bir şəhərdən ayrı şəhərə aparılmasının maneəsi yoxdur. Lakin, hər bir halda, xüms tələf olduqda gərək ayrı malından onu ödəsin və aparma xərci də öz öhdəsinədir. Lakin, şəriət hakiminin nümayəndəsinə versə, o, bir şəhərdən ayrı şəhərə apardığı zaman tələf olsa, ona heç nə vacib olmaz.
    Məsələ 1578: Fəqir seyidlər qazanc və iş üçün sərmayəyə ehtiyaclı olsalar, xüms adı ilə (yalnız onların ehtiyacını ödəyən miqdarda) onlara vermək olar.
    Məsələ 1579: Seyidlərin payı ehtiyaclarından çox olduğu halda onu adil müctəhidə vermək lazımdır ki, lazım bildikləri yerlərdə istifadə etsinlər. Əgər onların ehtiyaclarından az olarsa, İmamın (ə) payından götürüb onlara vermək olar. Belə olan halda, seyidlərin payının az və ya çox olmasının eybi yoxdur.
    Məsələ 1580: Ehtiyac vacibə əsasən, seyidlərin payı, ayrı maldın yox, həmin maldan və ya işlək puldan verilməlidir. Yaxud da, ayrı malı müstəhəqqə (xüms almaq üçün lazım olan şərtlərə malik olan şəxsə) satıb, sonra borcu ünvanı ilə hesab etsinlər.
    Məsələ 1581: Ehtiyaclı seyidə borc verən şəxs ondan alacağını xüms adı ilə hesab edə bilər. Lakin, İmamın (ə) payında şəriət hakiminin icazəsi lazımdır.
    Məsələ 1582: Seyidə, xüms verilən zaman onun xüms olduğunu demək lazım deyil; xümsü niyyət edib, onu hədiyyə adı ilə verə bilər. Həmçinin, şəriət hakiminin icazəsi isə İmam payını müstəhəqlərə (o adla) verə bilər.
    Məsələ 1583: Müstəhəqq (şəxs) xümsü alıb malikə (onu verənə) bağışlaya bilməz. Öz şənində olan bir malı olsa və imkan olsa ona bağışlasa, istisnadır.
    Məsələ 1584: Əgər xümsü şəriət hakimi, yaxud onun vəkili ilə əldə dolandırıb (Bu belədir ki, bir kəs xümsü öz əli ilə verib sonra yenidən borc kimi alır) sonrakı il ödəmək istəsə o ilin mənfəətlərindən azalda bilməz. Məsələn, əgər 2000 tuman xümsə borcludursa sonrakı ilin mənfəətlərindən 20000 tuman xərclərindən artıq qalıbsa, gərək 20000 tumanın xümsünü versin, sonradan xüms kimi borclu olduğu 2000 tumanın əlavəsindən versin.
    Məsələ 1585: Seyid payının seyidlərə verilməsində məqsəd onların zəkat almaqdan məhrum olmalarıdır. Bu baxımdan, bu ayrı-seçkilik sayılmır. Onların zəkat almamalarının səbəbi isə uyğun mövzularda bəyan edilib.
    ZƏKAT
    Mal zəkatının hökmləri
    Məsələ 1586: Zəkat 9 şeyə vacibdir: 1-Buğda; 2-Arpa; 3-Xurma; 4-Üzüm (kişmiş); 5-Qızıl; 6-Gümüş; 7-Qoyun; 8-İnək; 9. Dəvə.
    Əgər bir şəxs bu 9 şeydən birinin sahibi olsa, gərək sonradan qeyd ediləcək məsələlərdə bəyan edilən şərtlər əsasında müəyyən miqdarını təyin edilmiş yerlərdə istifadə etməlidir. Habelə, hər il iş, qazanc, alverin sərmayəsindən, həmçinin başqa taxıllardan (buğda, arpa, xurma, kişmişdən başqa) zəkat vermək müstəhəbdir.
    Zəkatın vacib olma şərtləri
    Məsələ 1587: Zəkat bir neçə şərtlə vacib olur:
    1. Mal sonradan qeyd ediləcək nisab həddinə çatsın.
    2. Sahibi həddi-büluğa çatmış və ağıllı olmalıdır.
    3. O maldan təsərrüf etmə qüdrətinə malik olmalıdır.
    4. İnək, qoyun, dəvə, qızıl və gümüş məsələsində 12 ay keçməlidir. Lakin, vacib ehtiyata əsasən, on ikinci ayın əvvəllərindən zəkat (qeyd edilənlərə) aid olur (vacib olur). Əgər bəzi şərtlər 12-ci ay əsnasında aradan getsə, zəkat ödənilməlidir.
    Məsələ 1588: İnək, qoyun, dəvə, qızıl, gümüş sahibi il əsnasında həddi-büluğa çatarsa, ona zəkat vermək vacib deyil.
    Məsələ 1589: Buğda və arpanın zəkatı dənin bərkidiyi-ona buğda və arpa deyildiyi halda vacib olur. Üzüm və kişmişin zəkatı meyvənin yetişdiyi- ona üzüm deyildiyi haldadır. Xurmanın hökmü isə yetişib, yeməli olduğu zamandadır. Lakin, buğda və arpanın zəkatının verilmə zamanı xırman edilib, samandan ayırdıqlarından sonradır. Xurma və kişmişdə quruyan zamanıdır. Əgər onu tər (qurumamış) halında istifadə etmək istəsələr, qurumuşu nisab həddinə çatdığı halda, zəkatını verməlidirlər.
    Məsələ 1590: Buğda, arpa, kişmiş, xurma məsələlərində zəkat o vaxt vacib olur ki, zəkat vacib olan vaxtda onların sahibi həddi-büluğa çatmış olsun.
    Məsələ 1591: İnsanın qəsb edilmiş və ondan istifadə edə bilmədiyi malın zəkatı yoxdur. Həmçinin, qəsb edilmiş və zəkatı vacib olan vaxtda qəsb edənin öhdəsində olan, lakin sonradan sahibinə qaytarılan əkin sahəsinin zəkatı yoxdur.
    Məsələ 1592: Əgər bir nəfər zəkatı olan qızıl, gümüş və s. bir şeyi borc alsa və (bu şeylər) bir il onun yanında qaldığı halda, gərək zəkatını versin. Borc verən şəxsə isə heç nə vacib olmur.
    Məsələ 1593: Buğda, arpa, xurma və kişmiş nisab həddinə çatdıqda zəkatı vacib olur. Onların nisabı 288 Təbriz "mən”indən 45 misqal azdır ki, təqribən 847 kq-miqdarındadır.
    Məsələ 1594: Zəkatı verilməmişdən qabaq istifadə edilən və yaxud birinə verilən üzüm, xurma, arpa və buğdanın zəkatı verilməlidir.
    Məsələ 1595: Əgər (malın) sahibi zəkat vacib olandan sonra ölsə, zəkat onun malından verilməlidir. Lakin, zəkat vacib olmamışdan qabaq ölərsə, zəkat varislərin öhdəsindədir. Yənin hər birinin payı nisab həddinə çatarsa, zəkatını verməlidirlər.
    Məsələ 1596: Şəriət hakimi buğda, arpa samandan ayırdıqdan, üzüm, xurma quruduqdan sonra zəkatlarının toplanılması üçün məmur təyin edə bilər. Əgər məhrumların payı olan zəkatın ödənilməsindən boyun qaçırarlarsa, zor gücü ilə onlardan ala bilər.
    Məsələ 1597: Əgər bir şəxs əkin sahəsini və yaxud bağı zəkat vacib olmazdan qabaq satın alsa, onun zəkatı yeni sahibə vacibdir. Lakin, zəkat vacib olandan sonra alsa, zəkat satıcının- köhnə sahibin öhdəsinə düşür.
    Məsələ 1598: Əgər insan buğda, arpa, xurma, yaxud üzüm alsa və satıcının onun zəkatını verdiyini bilsə, zəkat ona vacib deyil. Şəkk etdiyi halda da heç nə ona vacib deyil. Lakin, onun zakətını vermədiyini bilsə (həmin) zəkat daxilində olan alver batildir, lakin, şəriət hakimi icazə versə, istisnadır. Belə olan halda zəkat miqdarının qiymətini satıcıdan alırlar. İcazə vermədikdə zəkatı alıcıdan alacaqlar. Əgər alıcı onun miqdarını satıcıya veribsə, onu geri ala bilər.
    Məsələ 1599: Əgər buğda, arpa, xurma və ya üzümün çəkisi tər vaxtında nisab həddinə çatsa və quruduqdan sonra nisab həddinə çatmasa, onun zəkatı vacib deyil.
    Məsələ 1600: Əgər xurma və üzümü qurumazdan qabaq istifadə edib və yaxud satsalar, onların zəkatı, quru vaxtlarında nisab həddinə çatdığı halda, vacib olur.
    Məsələ 1601: Zəkatı verilmiş taxıllar bir neçə il də onun yanında qalsa, zəkatı yoxdur.
    Məsələ 1602: Yağış suyu, yeraltı suvarma kanalı, çay, bənd və ya yerin rütubəti ilə suvarılan buğda, arpa, xurma və üzümün zəkatının miqdarı onda biri qədərdir. Əgər, dərin, yarı dərin və ya dayaz quyuların suyu, nasos, əl və yaxud heyvanın quyu və çaydan su çəkməsi ilə suvarılarsa, zəkatı iyirmidə biri qədərdir.
    Məsələ 1603: Əgər bir əkin sahəsi yağış və yaxud quyu suyu ilə suvarılsa və onlardan birinin çox az təsiri olduğu üçün hesaba alınmasa, zəkat ən çox suvarılan vasitəyə əsasən verilməlidir. Lakin, əgər hər ikisi ilə diqqət yetiriləcək qədər suvarılıbsa, məsələn, yarısı və ya üçdə biri yağış suyu və qalanı quyu suyu ilə suvarılıbsa, onun zəkatının bir hissəsi onda biri və digər hissəsini iyirmidə biri hesabı ilə verməlidir.
    Məsələ 1604: Əgər suvarmanın yağış və yaxud quyu suyu və bu kimi vasitələrlə olmasını bilməsə, yalnız iyirmidə biri ona vacibdir.
    Məsələ 1605: Əgər tarla yağış və yaxud çay suyu ilə suvarılıb quyu suyuna ehtiyac olmasa və bununla belə yenə də quyu suyu ilə suvarılsa və bu işin məhsulda heç bir təsiri olmasa, zəkatı onda biri qədərdir. Yaxud əksinə, quyu suyu ilə suvarılsa və yağış ona yağsa və məhsulunda heç bir təsir qoymasa, zəkatı iyirmidə biri qədərdir.
    Məsələ 1606: Əgər bir tarlanı quyu suyu ilə suvarsalar və onunla yanaşı olan tarla onun rütubətindən istifadə edib, yenidən suvarılmasına ehtiyacı olmasa, quyu suyu ilə suvarılan tarlanın zəkatı iyirmidə bir və onunla yanaşı olan tarlanın zəkatı onda biri qədərdir.
    Məsələ 1607: Ehtiyat vacibə əsasən, əkin üçün xərclədiklərini və həmçinin toxumun qiymətini məhsuldan azaltmasın.
    Məsələ 1608: Hər vaxt üzüm və yaxud xurma ağacı alsa onun qiyməti şübhəsiz xərclərindən sayılmır. Əgər üzüm və xurmanı yetişməzdən qabaq alsa, vacib ehtiyata əsasən, onun da pulunu məhsuldan azaltmamalıdır. Həmçinin, torpaq almaq üçün verdiyi pul da xərclərdən sayılmır.
    Məsələ 1609: Əgər insan fəsilləri bir-biri ilə fərqlənən, yəni əkinçilik məhsulları və meyvəsi bir vaxtda yetişməyən bir neçə şəhərdə buğda, arpa, xurma, yaxud üzümü olsa, onların hamısı bir ilin məhsulu hesab olunur. Bu halda birinci yetişən şey nisab həddinə çatdığı halda, zəkatı verilməlidir. Qalanlarının zəkatını isə onların yetişdikləri vaxt verməlidir. Əgər əvvəldə yetişən nisab həddinə çatmasa, səbr etməli, digər məhsullarda yetişməli və bu məhsullar üst-üstə nisab həddinə çatarsa, onun zəkatı vacibdir.
    Məsələ 1610: Əgər xurma və üzüm ağacları bir ildə iki dəfə meyvə versə və üst-üstə yığıldıqda nisab həddinə çatsa, vacib ehtiyata əsasən, zəkatı vacibdir.
    Məsələ 1611: Əgər xurma və üzümün zəkatı ona vacib olsa zəkatı təzə xurma və üzümdən verə bilməz (Lakin, təzə xurma və üzümü müstəhəqqə sata və onun borcunu zəkatdan hesablaya bilər). Əgər xurma və üzümü qurumamışdan qabaq satmaq istəsə, onun zəkatını özündən verə bilər.
    Məsələ 1612: Əgər bir nəfər dünyasını dəyişsə və öhdəsində vacib zəkat və həm də camaata borcu olsa, ilk olaraq vacib olan bütün zəkatı zəkatı vacib olan maldan verməli və sonra borclarını ödəməlidirlər. Bu bir halda ola bilər ki, [ölən şəxsin] zəkatı vacib olan malı olsun.
    Məsələ 1613: Həm əkini və həm də borcu olan bir şəxs ölsə və varisləri əkinə zəkat vacib olmazdan qabaq onun borcunu başqa maldan ödəsələr, varislərdən hansının payı zəkat həddinə çatsa, zəkatını verməlidir. Yox, əgər borcunu zəkat vacib olmamışdan qabaq ödəməsələr və ölən şəxsin malı yalnız borcu qədər olarsa, zəkat vacib olmaz.
    Məsələ 1614: Əgər əkin sahəsinin məhsullarının yaxşı-pisi varsa hər birinin zəkatı o maldan verilməli və yaxud qiymətini hesablamalıdır. Hamısının zəkatını pis məhsuldan verə bilməz, lakin hamısını yaxşı məhsuldan verməsi yaxşıdır.
    Qızıl və gümüşün nisabı
    Məsələ 1615: Qızılın iki nisab həddi vardır:
    Birincisi, 15 adi misqal çəkisində olan iyirmi şəri misqaldır. Hər vaxt bu miqdara çatsa və digər şərtlər də onda olsa, onun qırxda birini (iki yarım faizini) zəkat ünvanı ilə ödəməlidir. Bu miqdara çatmadıqda, zəkatı yoxdur.
    İkincisi, 3 adi misqal çəkisində olan 4 şəri misqaldır . Yəni əgər 3 misqal 15 misqala əlavə edilsə bütün 18 misqalın zəkatını iki yarım faiz qərarı ilə verməlidir. Əgər 3 misqaldan az əlavə edilsə, yalnız 15 misqalın zəkatı vacibdir və artığının zəkatı yoxdur. Həmçinin, hər nə qədər yuxarıya getsə, yəni 3 misqal əlavə edilsə, gərək onun tam zəkatını versin. Əgər az əlavə edilsə, artıq əlavənin zəkatı yoxdur.
    Məsələ 1616: Gümüşün də iki nisab həddi var:
    Birincisi, 105 adi misqaldır; əgər bu miqdara çatsa və digər şərtlər də mövcud olsa, insan onun qırxda birini (iki yarım faizini) zəkat ünvanı ilə ödəməlidir. Əgər bu miqdara çatmasa, zəkatı vacib deyil.
    İkincisi, 21 misqaldır. Yəni 21 misqal 105 misqala əlavə olunsa, bütün 126 misqalın zəkatı verilməlidir. Əgər 21 misqaldan az əlavə olunsa, 105 misqalın zəkatı vacibdir. Artığının zəkatı yoxdur. Həmçinin, nə qədər yuxarı getsə, lakin hesabın asan olması üçün insan sahibi olduğu qızıl və gümüşün iki ayırım faizini ödəyərsə, ona vacib olan zəkatı vermişdir. Bəzən də, vacib miqdarından çox vermişdir.
    Məsələ 1617: Hər il qızıl və gümüşə zəkat düşür. Belə ki, müəyyən olan qızıl və gümüşünün zəkatını versin və sonrakı ildə yenə də deyilən şərtlər onda mövcud olsa, ikinci dəfə də zəkatını verməlidir. Bu, ( qızıl və gümüş) nisab həddindən azalana qədər davam edir. Lakin, xüms belə deyil. Yəni bir dəfə xümsü verilən mala yenidən xüms düşmür və əgər çoxalsa, istisnadır. Habelə, buğda, arpa, xurma və üzümün bir dəfədən artıq xümsü yoxdur.
    Məsələ 1618: Qızıl və gümüşün zəkatının vacib olması şərtlərindən biri də "sikkəli” və onunla alver etməyin adi hal almasıdır. Bu baxımdan, alver edilməsi adi hal almayan sikkələrə zəkat düşmür.
    Məsələ 1619: Ehtiyat müstəhəbbə əsasən, əskinas kimi işlək pullarda digər şərtlər mövcud olduqda, zəkatı verilməlidir.
    Məsələ 1620: İşlək sikkəli qızıl və gümüş qadınlar tərəfindən zinət əşyaları halına salınıb, ondan zinət əşyaları kimi istifadə etdikləri halda zəkatı yoxdur. Əgər bir nəfərin bir miqdar qızıl və gümüşü olsa və onların heç biri nisab həddində olmasa, zəkat onlara vacib olmur. Baxmayaraq ki, onların ümumilikdə qiyməti nisab həddinə çatmış olsun.
    Məsələ 1621: Zəkatın vacib olma şərtlərindən biri də budur ki, insan bir il tamam nisab həddi miqdarının sahibi olsun və əgər on ikinci aya daxil olsa, ehtiyata əsasən, onun zəkatını verməlidir. Amma, on bir ay keçəndən sonra onu satsa və yaxud nisab həddindən azalsa və yaxud onun ixtiyarında olmasa, ona zəkat düşmür. Həmçinin, əgər onu başqa bir şeylə əvəz etsə və yaxud onları əridib sikkə halından xaric etsə (yuxarıda qeyd edilən hökmlə eynidir, yəni ona zəkat düşmür). Lakin, qızıl və gümüş sikkələrini başqa qızıl və gümüş sikkələri ilə əvəz etsə, vacib ehtiyata əsasən, onun zəkatını ödəməlidir.
    Məsələ 1622: Zəkatdan qaçmaq məqsədi ilə qızıl və gümüş dəyişdirilsə və yaxud əridilsə ona zəkat düşməz. Lakin, xeyir və səadətdən məhrum olmuşdur. Ehtiyat müstəhəb odur ki, onun zəkatını versin.
    Məsələ 1623: Əgər sahibi olduğu qızl və gümüşün yaxşı-pisi, faizi az-çoxluğu varsa hər birinin zəkatını ondan verəcəkdir. Lakin, yaxşıdır ki, hamısının zəkatını ən üstünündən versin.
    Məsələ 1624: Əgər qızıl və gümüş həddindən artıq başqa filizlə qarışıq olduğundan ona qızıl və gümüş deyilmədiyi halda xalis (qızıl və gümüşü) nisab həddinə çatarsa zəkatını verməlidir. Əgər nisab hədinə çatıb-çatmamasında şəkk edərsə, zəkat vacib deyil. Əgər bacararsa onu imtahan etsin və ehtiyat vacib də imtahan etməkdir.
    Mal-qaranın zəkatı
    Məsələ 1625: Qoyun, inək və dəvənin nisab həddində, əvvəldə qeyd edilən şərtlərdən əlavə, bu heyvanların istifadəsiz olması lazımdır. Əgər il uzunu pərakəndə halda işləyib, (lakin) işlək heyvan sayılmazsa, onun zəkatı vacibdir.
    Məsələ 1626: Vacib ehtiyata əsasən, nisab həddinə çatan inək, qoyun, dəvənin biyaban və yaxud əl ilə biçilmiş ot yeməsindən və yaxud bəzən biyaban və bəzən də əl ilə biçilmiş otla qidalanmasından asılı olmayaraq, zəkatı verilməlidir.
    Məsələ 1627: Əgər bu heyvanlar üçün kimsənin əkmədiyi bir ot sahəsi alsa, icarə etsə və yaxud orada (heyvanları) otarması üçün xərcə düşsə, gərək zəkat versin.
    Qoyunun nisab həddi
    Məsələ 1628: Qoyunun 5 nisab həddi var:
    1. 40 qoyunun zəkatı 1 qoyundur və ondan azın zəkatı yoxdur.
    2. 121 qoyunun zəkatı 2 qoyundur.
    3. 201 qoyunun zəkatı 3 qoyundur.
    4. 301 qoyunun zəkatı 4 qoyundur.
    5. 400 və daha çox qoyunun hər 100 baş (qoyunu) üçün bir baş qoyun verməlidir və 100 başdan az olan (qoyunların) zəkatı yoxdur. İki nisab həddi arasında da zəkat yoxdur, məsələn, əgər 40 (baş) qoyun ikinci nisab həddi olan (121) (baş) qoyuna çatmayıbsa yalnız 1 (baş) qoyun verər. Sonrakı nisab hədləri də bu qayda ilədir.
    Məsələ 1629: Zəkatı qoyunların özündən vermək icbari deyil, əgər ayrı qoyundan da versə caizdir. Habelə, qoyun, inək və dəvənin yerinə onların pulunu da verə bilər. Əgər müstəhəqqə heyvanın özünün verilməsi faydalı olarsa, ehtiyata əsasən, bu halda onun özünü verməlidir.

    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 824 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024