İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    ALQI-SATQI
    Məsələ 1747: Hər bir müsəlmana adətən ehtiyac duyduğu alver məsələlərini öyrənmək vacibdir. Bu hökmləri camaata öyrətmək də alimlərə vacibdir.
    Vacib və müstəhəb müamilələr
    Məsələ 1748: Həyat yoldaşı və uşaqlarının xərclərini ödəyə bilməyən şəxslərin ticarət, əkinçilik, sənət və s. vasitələrlə (onların) məişətlərini təmin etmək, həmçinin, rejimin qorunması, İslam cəmiyyətinin ehtiyaclarını ödəmək üçün çalışmaları, işləmələri, qazanc əldə etmələri vacibdir. (Sözü keçən işlər) başqa hallarda, xüsusi ilə, fəqirlərə kömək, ailənin rifahını genişləndirmək üçün təkid edilmiş müstəhəbdir.
    Müamilələrin hökmləri
    Məsələ 1749: Satıcının malın qiymətində müştərilər arasında fərq qoymaması, çətinlik yaratmaması, and içməməsi, müştəri peşman olub ondan müamiləni pozmasını xahiş edəndə qəbul etməsi müstəhəbdir.
    Məsələ 1750: İnsan əncam verdiyi müamilənin səhih va ya batil olduğunu bilmədikdə aldığı malı işlədə bilməz. Lakin müamiləni icra edə bilər, amma malı işlətməzdən öncə, onun hökmünü soruşub, hökmə uyğun əməl etməlidir. Müamilə zamanı onun hökmünü bilib, müamilədən sonra düzgün icra edib-etməməsində şəkk etsə, onun müamiləsi düzgündür.
    Məkruh müamilələr
    Məsələ 1751: Əksər fəqihlər aşağıda qeyd edilən müamilələri məkruh bilmişlər və onlardan çəkinmək yaxşıdır:
    1-Sərraflıq və insanı sələmçiliyə və yaxud hər hansı bir haram əməllərə sövq edən işlər; 2- Kəfən satmağın peşə halı alması; 3- Alçaq, zahirdə mallarının halal olmalarına baxmayaraq, müamilələri şübhəli olan şəxslərlə müamilə etmək; 4- Sübh azanı ilə günəşin doğuş arasında müamilə etmək; 5- Bir malı almağa başlayan şəxsin müamiləsi bitməmişdən öncə başqa birisinin müamiləyə müdaxiləsi.
    Haram və batil müamilələr
    Məsələ 1752: Aşağıdakı hallarda müamilə batildir:
    1-Vacib ehtiyata əsasən, murdarın özünü, yəni, zatən murdar olan şeylərin (sidik və qan kimi) alqı-satqısı; Bu baxımdan, murdar peyinlərin alqı-satqısının eybi yoxdur. Lakin, onlardan istifadə etmək maneəsizdir. Amma zamanımızda yaralıların, xəstələrin xilası üçün istifadə edilən qanın, həmçinin, keşikçi və ov itlərinin alqı-satqısı caizdir; 2- Qəsb edilmiş malın alqı-satqısı; Sahibi müamiləyə icazə versə istisnadır; 3-Adi mənfəətləri haram olan -musiqi və qumar alətləri kimi- şeylərin alqı-satqısı; 4- Bəziləri üçün dəyərli olmasına baxmayaraq, camaat arasında mal hesab olunmayan - əksər həşaratlar kimi – dəyərsiz şeylərin alqı-satqısı; 5- Sələmli müamilələr; 6- Alıcı keyfiyyətindən xəbərsiz olan əsil olmayan malı –su qatılmış süd, piy və ya başqa şey qatılmış yağ- satmaq. Bu işə "Ğəşş” deyilir və böyük günahlardan biri sayılır. Peyğəmbəri-əkrəmdən (s) belə nəql edilir: "Müsəlmanla müamilədə ğeşş edən, onlara zərər yetirən, saxtakarlıq və hiylə edən şəxs bizdən deyil. Allah müsəlman qardaşı ilə ğəşş edənin ruzisindən bərəkəti aparar, qazanc yolunu bağlayar və onu öz başına buraxar.”; 7- Bədən üzvlərinin- böyrək və s. alqı-satqısı. Lakin, ehtiyata əsasən, bədən üzvünü özünə deyil, üzvü verən şəxsin bədən üzvünün götürülməsinə verdiyi icazə müqabilində pul ala bilər. Bu işin özü bədən sahibi üçün heç bir təhlükə yaratmadığı halda caizdir; 8- Yararsız yerlər əlamət vurmaqla kiminsə mülkünə çevrilmir və onun alqı-satqısı caiz deyil. Əksinə, onu canlandırmalı- əkib-becərmək üçün hazır etməlidir.
    Məsələ 1753: Sonradan murdarlanmış, amma suya çəkilməsi mümkün olan pak bir şeyin- meyvə, parça, xalça kimi - murdar halda satılmasının eybi yoxdur. Lakin müştəri ondan yemək və ya paklıq şərt olan yerlərdə istifadə etmək üçün almaq istəsə, gərək ona (sözü keçən şeylərin murdar olması) deyilsin.
    Məsələ 1754: Əgər suya çəkilməsi mümkün olmayan (yağ kimi) pak bir şey murdarlansa və yalnız yemək üçün istifadə edilsə, satılması batil və haramdır. Əgər pak olması şərt olmayan başqa yerlərdə istifadə etmək mümkündürsə (murdarlanmış neft kimi), müamiləsi düzgündür.
    Məsələ 1755: Qeyri-islami ölkələrdən gətirilən qida və yaxud dərman kimi məmulatların murdar olması qəti olmadıqda, müamilələrinin eybi yoxdur. Məsələn, süd, pendir və yağın tam avtomatlaşdırılmış texniki üsulla istehsal edilməsinin ehtimal olunması.
    Məsələ 1756: Qeyri-islami ölkələrdən gətirilən və yaxud kafirlərdən alınan ətlərin alqı-satqısı batildir. Lakin, onların şəriət göstərişi və yaxud müsəlman nəzarəti altında kəsilməsini (zibh edilməsini) bilsə, eybi yoxdur.
    Məsələ 1757: Müsəlman bazarından və ya müsəlman əlindən alınan ətlərin alqı-satqısının eybi yoxdur. Lakin kafir ölkələrindən və ya kafirdən alan müsəlmanın heyvanının şəriət göstərişi ilə zibh edilib-edilməməsini araşdırmadığını bilsə, onun alqı-satqısı batil və haramdır. Əgər zahirdə dinə bağlı olan, araşdırdığı ehtimal olunan bir müsəlmandan alsa, müamiləsi düzgündür. Amma kafir ölkələrindən gətirilən dəriləri almaq icazəli və pakdır, hərçənd, onunla namaz qılmaq olmaz.
    Məsələ 1758: Bütün növlərdən olan məstedicilərin alqı-satqısı haram və batildir.
    Məsələ 1759: Qəsb edilmiş malın alqı-satqısı da haram və batildir və gərək satıcı pulu alıcıya qaytarsın. Lakin, alıcının qəsb edilmiş malı sahibindən başqasına vermək haqqı yoxdur. Əgər sahibini tanımırsa, şəriət hakiminin göstərişinə əməl etməlidir.
    Məsələ 1760: Əgər alıcının qəsdi əvvəlcədən malın pulunu verməmək və yaxud haram pul vermək olsa, müamilənin iradı var. Əvvəlcədən qəsdi bu olmasa, lakin sonradan haram pul versə, müamilə düzgündür. Lakin verdiyi haram pul kafi deyil, yenidən halal pul verməlidir.
    Məsələ 1761: Tar, saz və hatta kiçik saz kimi eyş-işrət alətlərinin alqı-satqısı haramdır. Əgər müştərk alət və ya oyuncaq olsa və yaxud eyş-işrət aləti sayılmasa, istisnadır.
    Məsələ 1762: Halal məqsədlərlə istifadə olunan, əhəmiyyətli və şəriət baxımından heç bir iradı olmayan radio, televizor və s. cihazların alqı-satqısı caizdir. Lakin, istifadəsi halal olan bir şeyi yalnız haram işlərdə məsrəf edən (məsələn, üzümü şərab zavoduna satmaq) şəxsə satsa, müamiləsi haramdır.
    Məsələ 1763: Heykəl düzəltməyin və (onun) alqı-satqısının eybi var. Lakin, üzərində heykəl şəkli və ya qabarıq rəsmlər olan sabunların alqı-satqısının eybi yoxdur.
    Məsələ 1764: Qumar, oğurluq və batil müamilələrdən ələ gələn şeylərin alqı-satqqısı haram və batildir. Onlardan istifadə etmək caiz deyil. Onu alan şəxs əsil sahibinə qaytarmalıdır. Əgər sahibini tanımırsa, şəriət hakiminin göstərişinə əməl etməlidir.
    Məsələ 1765: Əsil olmayan, məsələn, parafin və yaxud başqa malla qarışdırdığı yağı müəəyyən edib satsa, məsələn, bu yağı satıram, desə, müştəri başa düşdüyü vaxtda mümailəni poza (fəsx edə) bilər. Lakin onu müəyyən etməsə, filan miqdar yağı satıram, desə, lakin, satan vaxt əsil olmayan mal versə, müştəri onu geri qaytarıb, əsil cins ala bilər.
    Sələm
    Məsələ 1766: Sələmçilik haramdır və o, iki qisimdir:
    Birincisi, borcda sələm. Allahın istəyi ilə, (bu haqda) "Borc” məsələsində söz açılacaq.
    İkincisi, müamilədə sələm. Çəki və yaxud peymanə (mayeləri ölçmək üçün qab) ilə satılan malın eyni növdən olan çox mala satılması. Məsələn, bir "mən” ("mən” çəki vahididir, təqribən 3 kq-dır) buğdanı bir mən yarım buğdaya satsın. İslam rəvayətlərində sələm kəskin şəkildə tənqid edilib və çox böyük günahlardan biri hesab olunur.
    Sələmin hökmləri
    Məsələ 1767: Əgər o iki malın biri eyibli, digəri eyibsiz, biri keyfiyyətli, digəri keyfiyyətsiz və yaxud ayrı cəhətlərinə görə müxtəlif qiymətli olsalar, misal olaraq, 10 kq. keyfiyyətli buğdanı verib, 15 kq. keyfiyyətsiz buğda alsa, sələm və haramdır. Bu baxımdan, düzəldilmiş qızılı verib, ondan daha çox olan düzəldilməmiş qızıl, düzəldilməmiş mis verib, ondan daha çox sınmış mis və əla növ düyü verib, ondan daha çox ikinci, üçüncü dərəcəli düyü alsa, sələm və haramdır. Habelə, eyni növdən olmayan bir şey artıq alsa, məsələn, 10 kq. keyfiyyətli buğda verib, 10 kq. keyfiyyətsiz buğda və əlavə olaraq 10 tuman alsa, sələm və haramdır. Əgər bir şey almasa lakin, müştərinin onun üçün bir işi görməsini şərt etsə, o da sələm və haram sayılır.
    Məsələ 1768: Əgər bir nəfər (müəyyən edilmiş növdən) az verib ayrı bir malı da ona əlavə etsə, məsələn, 10 kq. buğda və bir metr parçanı 15 kq. buğdaya satsa, eybi yoxdur. Habelə, əgər hər iki tərəfə başqa bir şey əlavə etsələr, (yuxarıda qeyd edilən hökmlə eynidir). Lakin, bəziləri arasında adət halı almış, ciddi məqsəd güdülməyən sələm hiylələri kimi, bir nəfərə borc verib yüksək məbləğə malik olan mənfəətini bir sir (75 qrama bərabər olan çəki vahidi) nabatla razılaşmaları batil və əsassızdır və artıq məbləğ sələm hesab olunur.
    Məsələ 1769: Çəki və peymanə ilə deyil, ədəd və metrlə satılan malları- yumurta, parça, bir çox qablar və yaxud müşahidə ilə satılan- əksər heyvanlar kimi, az sayı çox saya satmalarının eybi yoxdur.
    Məsələ 1770: Bəzi şəhərlərdə çəki və peymanə və bəzi şəhərlərdə isə sayla satılan malları əgər çəki və peymanə ilə satılan şəhərdə artıq alsalar, sələm və haramdır.
    Məsələ 1771: Eyni növdən olmayan malların hər bir vasitə ilə alqı-satqısı, məsələn, 10 kq. düyünü 20 kq. buğdaya satmaq maneəsizdir.
    Məsələ 1772: Eyni kökdən olan müxtəlif malların müamiləsi fərqlə iradlıdır. Məsələn, 10 kq. yağı 20 kq. pendirə, 50 litr südü 15 kq. kərə yağına satmaq kimi.
    Məsələ 1773: Buğda və arpa sələmdə eyni növ hesab olunur. Bu baxımdan 10 kq. buğdanı 20 kq. arpaya və yaxud əksinə müamilə etmək olmaz. Hətta 10 kq. arpa alıb, xırman vaxtı 10 kq. arpa verməsi də haramdır. Çünki, arpanı nağd alır, bir müddətdən sonra isə buğdanı verir. Bu, artıq almaq kimidir.
    Məsələ 1774: Bir neçə yerdə sələm almaq haram deyil:
    1-Müsəlman şəxsin İslam sığınacağında olmayan kafirdən sələm alması;
    2-Ata və övladın bir-birindən sələm alması;
    3-Ər-arvadın bir-birindən sələm alması.
    Alıcı və satıcının şərtləri
    Məsələ 1775: Alıcı və satıcı üçün bir neçə şey şərt sayılır:
    1-Həddi-büluğa çatmaq, 2-Aqil olmaq, 3-Malında təsərrüf etmək hüququndan məhrum olmamaq (bəzi şəxslər kimi, müflis olmaları ilə əlaqədar şəriət hakimi tərəfindən malında istifadə etmək hüququndan məhrum olmamaq) 4-Qarşı tərəflərin müamilə etmək üçün ciddi məqsədləri olması. Zarafatla, "malımı satdım” deməsi təsirsizdir. 5-Kimsə onları məcbur etməməlidir. 6-Alınan və satılan mal ya onların şəxsi mülkü, ya mal sahibinin vəkil və yaxud da azyaşlı uşağın qəyyumu olmalıdır.
    Məsələ 1776: Həddi-büluğa çatmamış uşaqla, qəyyumu ona icazə versə də belə, müamilə etmək batildir. Əgər müamilədə qarşı tərəf uşağın başçısı, uşaq isə yalnız pulu satıcıya və ya malı alıcıya çatdırmaq üçün vasitə olsa, bu halda eybi yoxdur. Amma, alıcı və yaxud satıcı uşağın pulu sahibinə çatdıracağına yəqin etməlidir.
    Məsələ 1777: Əgər həddi-büluğa çatmayan uşaqdan bir şey alsa və ya satsa, müamiləsi batildir. Uşaqdan aldığı pulu onun özünə yox, sahibinə qaytarmalıdır. Əgər onun sahibini tanımırsa və yaxud onu tanımaq mümkün deyilsə, gərək onu şəriət hakiminin icazəsi ilə fəqirə versin. Əgər uşağın şəxsi malı olsa, onun qəyyumuna qaytarmalıdır. Həmçinin, uşağa veriyi pul və malı ondan ala bilər. Əgər tələf olubsa, əvəzini ala bilməz.
    Məsələ 1778: Müamiləyə məcbur edilən alıcı və satıcı sonradan razılıq versə, (müamiləsi) düzgündür və müstəhəb ehtiyata əsasən, müamilənin siğəsini yenidən oxumalıdır.
    Məsələ 1779: Əgər bir nəfərin malını onun icazəsi olmadan satsalar və o, sonradan icazə və razılıq versə, müamilə düzgündür.
    Məsələ 1780: Uşaq üçün məsləhətli olduğu halda, ata və babasının, həmçinin, canişinin və şəriət hakiminin (vacib ehtiyata əsasən) uşağın malında istifadə etmək, alıb-satmaq hüququ var.
    Məsələ 1781: Qəsb etdiyi malı satsa, sonradan malın sahibi ona özü üçün icazə versə, onun müamiləsi düzgündür.
    Mal və onun əvəzinin şərtləri
    Məsələ 1782: Satılan mal və onun əvəzinə alınan şeyin bir neçə şərti var: 1-Malın miqdarı çəki, peymanə və yaxud say hesabı ilə məlum olmalıdır; 2-Onu təhvil verməyə qadir olmalıdır. Bu baxımdan, hətta ona bir şey artırılsa belə (vacib ehtiyata əsasən), fərari heyvanın satılması düzgün deyil; 3-Cinsin dəyəri və camaatın müamiləyə maraq göstərməsində təsiri olan xüsusiyyətlər müəyyən edilməlidir; 4-Malda və yaxud onun əvəzində başqa bir şəxsin haqqı olmasın. Bu baxımdan, bir nəfərin yanında girov qoyulan malı onun icazəsi olmadan satmaq olmaz. Həmçinin, alıcı pulun yerinə mülkünün mənfəətini verə bilər. Məsələn, bir nəfərdən xalça alıb, əvəzində evinin bir illik mənfəətini onun öhdəsində qoya bilər. Alıcı və satıcı malın qiymətini təyin etməkdə azaddır. Lakin, bu azadlıq bəzi vaxtlarda fəsada, İslam cəmiyyətinin iqtisadi durumunun pozulmasına səbəb olsa, belə hallarda şəriət hakimi mala qiymət təyin edib hamını ona əməl etməyə məcbur edə bilər.
    Məsələ 1783: Müamiləsi görməklə baş tutan malların, məsələn, ev, avtomobil, müxtəlif xalçalar kimi, müşahidəsiz müamiləsi düzgün deyil.
    Məsələ 1784: Əgər bir şəhərdə malı çəki, peymanə və başqa bir şəhərdə isə saymaq, yaxud müşahidə ilə müamilə edirlərsə, gərək hər şəhərin adət-ənənəsinə uyğun rəftar edilsin.
    Məsələ 1785: Yuxarıda qeyd edilən şərtlərdən biri olmadıqda müamilə batildir. Lakin, alıcı və satıcı, müamilənin batil olmasına rəğmən, bir-birlərinin mallarında istifadə etməyə razı olsalar, maneəsi yoxdur.
    Məsələ 1786: Vəqf edilmiş malların müamiləsi batildir. Lakin, xarab olması ilə əlaqədar vəqf edilən məqsəd üçün yararsız olsa, məsələn, məscidin xalçası söküldüyündən ondan məsciddə namaz üçün istifadə edə bilmirlərsə, onun satılmasının eybi yoxdur. Həmçinin, təmir və yenidənqurma zamanı artıq qalan köhnə avadanlıqların (hökmü yuxarıda qeyd edilənlərlə eynidir). Lakin, gərək satdıqdan sonra onun pulunu həmin məsciddə eyni məqsəd üçün istifadəyə çatdırsınlar. Əgər mümkün olmasa, vəqf edən şəxsin məqsədinə (yaxın olan şeylərə sərf etsinlər). Əgər (buna) ehtiyac olmasa, başqa bir məsciddə istifadə etsinlər.
    Məsələ 1787: Xüsusi vəqflərdə, onlar üçün vəqf edilmiş malda bəzi şəxslər arasında elə ixtilaf yaransa ki, malı satmadıqda fəsadın üzə çıxması, qan tökülməsi və yaxud hansısa malın tələf olması qorxusu olsa, bu halda o malı sata və vəqf edənin məqsədinə yaxın olan yerlərdə sərf edə bilərlər.
    Məsələ 1788: Malın sahibi ayrısına icarə verdiyi evi sata bilər və onun icarəsi batil olmur. İcarə müddətində o mülkdən istifadə etmək icarə edən şəxsin hüququdur. Lakin, alıcı o mülkün icarəyə verilməsini bilməsə və yaxud icarə müddətinin az olmasını güman etsə, xəbərdar olandan sonra müamiləni poza bilər.
    Müamilə siğəsi
    Məsələ 1789: Müamilə edən tərəflər bildikləri hər dildə siğə oxuya bilərlər. Məsələn, əgər satıcı türkcə "Mən bu malı filan qiymətə satdım” və alıcı "qəbul etdim” və yaxud bu mənanı verən başqa bir ifadə ilə desələr, müamilə düzgündür. Lakin, siğə oxumadan satıcı satmaq məqsədi ilə malını birinə versə və o da almaq qəsdi ilə (müamilə şərtlərinin onda cəm olması şərti ilə) alsa kifayat edər.
    Məsələ 1790: Bütün müamilələrdə sənədlərin yazılıb imzalanması, istər rəsmi ofislərdə, istərsə də qeyrisində, dil ilə oxunan siğənin canişini ola bilər. Lakin, izdivac və təlaq siğələrində, vacib ehtiyata əsasən, siğə dil ilə oxunmalıdır.
    Məsələ 1791: Müamilə siğəsi oxunan zaman hər iki tərəf inşa qəsdi etməlidirlər. Yəni, bu iki cümlələri deməkdə məqsədləri alqı-satqı olmalıdır. Həmçinin, əməli olan alver dil ilə oxunan siğənin əvəzi olduqda da inşa qəsdi olmalıdır. Həmçinin, həqiqi və hüquqi şəxslərin hər ikisi malik müamilə tərəfləri ola bilərlər. Bu baxımdan, təsis olunan hər bir xeyriyyə və pullu müəssisələr hüquqi şəxsiyyətə malik olsalar, bu baxımdan həqiqi şəxsiyyətlərlə fərqləri yoxdur.
    Ağacda olan meyvələrin alqı-satqısı
    Məsələ 1792: Sarı və yaxud qırmızı olan xurma, yaxud çiçəyi tökülən, dənəsi bağlanan meyvə zərərdən sovuşduğu halda, alqı-satqısı düzgündür. Həmçinin qoranın (yetişməmiş üzüm) ağaca satılmasının eybi yoxdur. Lakin, onların miqdarı mütəxəssislərin təxmini vasitəsi ilə məlum olmalıdır.
    Məsələ 1793: Ağacda olan meyvəni çiçəyi tökülməmişdən qabaq satmaq istəsələr, ehtiyata əsasən, yerdə cücərən şeylərdən, məsələn, mövcud göyərtilər kimi, onunla satsınlar.
    Məsələ 1794: Xiyar, badımcan və müxtəlif göyərtilər (tərəvəzlər), məsələn, ildə bir neçə dəfə dərilənlər kimi, zahir və aşkar olduğu halda alqı-satqılarının eybi yoxdur. Lakin, müştərinin onu ildə neçə dəfə dərməsini müəyyən etməlidirlər.
    Məsələ 1795: Dənə bağlayandan sonra buğda və arpa sünbülünün satılmasının eybi yoxdur. Lakin onu buğda və arpaya satmaq iradlıdır. Həmçinin, yetişməsinə qədər qalmasını şərt etməsi və yaxud yalnız otundan istifadə etmək istəyindən asılı olmayaraq, tarlanın özünü sünbüllər zahir olmazdan qabaq almaq olar.
    Nəqd və nisyənin müamiləsi
    Məsələ 1796: Əgər bir mal nəqd satılarsa, satıcı və yaxud alıcı müamilə bitəndən sonra malını və yaxud pulunu tələb edə, onu təhvil ala bilərlər. Ev, torpaq və buna oxşar şeylərin təhvil verilmə qaydası, onu istifadə edə biləcək halda alan şəxsin ixtiyarında qoymaqdır. Daşınan əşyaların, məsələn, xalça, paltar və s. kimi təhvil verilmə qaydası, onu başqa yerə aparmaq istədikdə heç bir maneə olmayacaq halda alıcının ixtiyarında qoymaqdır.
    Məsələ 1797: Nisyə müamilədə müddət tam şəkildə müəyyən edilməlidir. Onun üçün bir tarix müəyyən edilməsə, müamilə batildir.
    Məsələ 1798: Bir mal nisyə satıldıqda, müddət vaxtı sona çatmazdan qabaq onun əvəzini tələb edə bilməz. Lakin, müştəri dünyadan köçəndən sonra, hətta, vaxt sona çatmazdan öncə, satıcı borcunu meyyitin malından tələb edə bilər.
    Məsələ 1799: Əgər müddətin vaxtı bitəndən sonra müştəri pulu ödəyə bilməsə, ona möhlət verilməlidir.
    Məsələ 1800: Əgər nəqd olaraq bir malı bir qiymətə, nisyə olaraq ondan baha müamilə etsələr, məsələn, bu malı nəqd olaraq filan qiymətə, nisyə isə on faiz baha verirəm, desələr və müştəri qəbul etsə, maneəsi yoxdur və sələm hesab olunmur.
    Məsələ 1801: Əgər bir nəfər malı nisyə satsa, lakin sonradan öz alacağından bir miqdar azaldıb, qalan hissəni nəqd alsa, eybi yoxdur.
    Sələf müamiləsi və onun şərtləri
    Məsələ 1802: Müştərinin bir müddətdən sonra alacağı malın pulunu qabaqcadan ödəməsinə sələf müamiləsi (öncədən ödəmə) deyilir. (Müştərinin ) "bu pulu verirəm, məsələn, altı aydan sonra filan miqdarda olan malı səndən təhvil alaram” və satıcının "qəbul etdim” demələri kifayət edir. Hətta siğə oxumasalar da alıcı bu məqsədlə pulu versə və satıcı alsa, düzgündür.
    Məsələ 1803: Əgər sələf pulun özünü satıb, əvəzinə pul alsa, müamilə batildir. Lakin, sələf bir malı satsa və əvəzinə pul və yaxud başqa mal alsa, düzgündür. Baxmayaraq ki, müstəhəb ehtiyata əsasən, həmişə malın əvəzinə başqa mal yox, pul almaqdır.
    Məsələ 1804: Sələf müamiləsinin altı şərti var:
    1-Gərək malın qiymətdə təsir qoyan xüsusiyyət və keyfiyyətləri müəyyən edilsin. Lakin, çox diqqət (etmək) lazım deyil. "Onun keyfiyyətləri məlum olub”, deyilməsi kifayət edir. Bu baxımdan da xüsusiyyətlərinin vəs olunması mümkün olmayan malların (bəzi dəri, ət və xalçalar kimi) sələf müamiləsi batildir; 2-Alıcı və satıcı bir-birlərindən ayrılmazdan qabaq qiymətin hamısı ödənilməlidir. Əgər qiymətin müəyyən hissəsini ödəsə, müamilə həmin miqdarda düzgündür. Lakin, satıcı müamiləni poza bilər; 3-Müddəti tamamilə müəyyən etməlidir, məsələn, malı xırmanın ilk vaxtı təhvil verərəm, desə (və xırmanın ilk vaxtı müəyyən olmasa,) müamilə batildir; 4-Malı təhvil vermək üçün elə vaxt təyin etməlidirlər ki, adətən həmin vaxtda o mal olur; 5-Vacib ehtiyata əsasən, hansı şəhərdə, məntəqədə malın təhvil verilməsi məkanı təyin edilsin. Əgər onların sözlərindən məkan məlum olsa, istisnadır; 6-Gərək onun çəki və peymanəsini təyin etsinlər. Amma, adətən görməklə müamilə olunan mal olsa (müxtəlif növlü əksər xalçalar kimi), xüsusiyyətləri sadalamaqla sələfə satsa, işkalı yoxdur. Lakin, onların hər birinin fərqləri camaatın əhəmiyyət vermədiyi miqdarda az olmalıdır.
    Sələf müamiləsinin hökmləri
    Məsələ 1805: Sələfin aldığı malı müddətindən öncə başqasına sata bilməzlər. Lakin, vaxtı çatdıqdan sonra onu təhvil almasa, başqasına satması maneəsizdir.
    Məsələ 1806: Əgər sələf müamiləsində satıcı daha yaxşı mal təhvil versə, (yəni müqavilə zamanı təyin edilmiş xüsusiyyətlərdən əlavə, başqa yaxşı keyfiyyətlərə də malik olan) müştəri qəbul etməlidir. Lakin o xüsusiyyətlərdən bəzilərinə malik olmasa, müştəri qəbul etməyə bilər.
    Məsələ 1807: Əgər satıcı müqavilədəki malın yerinə başqa mal və yaxud həmin malı aşağı keyfiyyətlərlə təhvil versə, müştəri razı olduğu halda, eybi yoxdur.
    Məsələ 1808: Əgər sələfə satılan mal təhvil zamanı tapılmaz olduğundan, onu hazırlaya bilməsə, müştəri səbr edə bilər və həm də müamiləni ləğv edib, verdiyi qiyməti geri almağa hüququ var.
    QIZIL VƏ GÜMÜŞÜN ALQI-SATQISI
    Məsələ 1809: Əgər qızılı qızıla və yaxud gümüşü gümüşə satsalar (sikkə olub, olmamasından asılı olmayaraq), onların birinin çəkisi artıq olduğu halda, müamilə haram və batildir. Baxmayaraq ki, bir qızıl düzəldilib, digəri isə düzəldilməyib və yaxud düzəldilmə formaları keyfiyyət baxımından fərqli və yaxud əyarları müxtəlif olub, məsələn, 18 əyarlı bir qram yarım qızılı, 14 əyarlı bir qram yarım qızıla versə, bütün bunlar haram və batildir. Lakin, çəkilərinin bərabər olub-olmamasından asılı olmayaraq, qızılın gümüşə satılmasının eybi yoxdur.
    Məsələ 1810: Qızılın qızıla, gümüşün gümüşə müamiləsində satıcı və alıcı ayrılmazdan öncə malı və onun əvəzini bir-birlərinə təhvil versinlər. Əgər təhvil verməsələr müamilə batildir. Əgər yalnız bir miqdarını təhvil versələr, müamilə yalnız o miqdara əsasən düzgündür və qarşı tərəf müamiləni poza bilər.
    Müamiləni pozmağın mümkün olduğu yerlər
    Məsələ 1811: Müamiləni pozmaq hüququna "Fəsx (müamiləni pozma) ixtiyarı” deyilir. Satıcı və alıcı 11 halda müamiləni poza bilərlər:
    1-"Məclis ixtiyarı”: Müamilə məclisindən dağılmazdan öncə;
    2-"Ğəbn ixtiyarı”: İki tərəfdən biri məğbun (aldadıldığı halda) olduğu halda;
    3-"Şərt ixtiyarı”: Müəyyən müddətə qədər hər ikisinin, yaxud birinin (müamiləni) poza bilmə hüququna malik olmasını şərt etmək;
    4-"Tədlis ixtiyarı”: Satıcı, yaxud alıcı saxtakarlıq edib, öz malını (həqiqətdə) olduğundan daha yaxşı tanıtdırsın;
    5-"Şərtdən təxəllüf ixtiyarı”: Satıcı və yaxud alıcı tərəf müqabili üçün müəyyən bir iş görməyi, yaxud malın xüsusi tərzli olmasını şərt edib, sonra şərtə əməl etməməsi; Bu halda qarşı tərəf müamiləni poza bilər.
    6-"Eyb ixtiyarı”: Əvvəlcədən xəbərsiz olduqları və malların birində və yaxud hər ikisində eyib olduğu halda;
    7-"Təbəuuzu səfqə və yaxud şirkət ixtiyarı”: Satılan malın müəyyən miqdarı başqasının olduğu məlum olsa və əgər onun sahibi müamiləyə razı olmasa alıcı müamiləni poza, yaxud satıcının malı olan miqdarda müamiləni qəbul edib qalanının pulunu geri ala bilər;
    8-"Röyət ixtiyarı”: Satıcı müştərinin görmədiyi müəyyən malın bəzi xüsusiyyətlərini bəyan etməklə satsa və sonra (malın) dediyi kimi olmadığı məlum olsa, bu halda müştəri müamiləni poza bilər; Bu hökm əvəz etmək haqqında da qüvvədədir.
    9-"Təxir ixtiyarı”: Müştəri nəqd aldığı malın pulunu üç günə kimi ödəməsə və satıcı da malı təhvil verməyibsə, satıcı müamiləni poza bilər; (Əgər müştəri müəyyən vaxta qədər (malın) pulunu verməsini yubadacağını şərt etsə, istisnadır). Əgər satılan mal bəzi meyvə və göyərtilər kimi bir gün üstündən ötdükdə xarab olursa, bu halda gecəyə qədər onun pulunu ödəməsə, satıcı müamiləni poza bilər.
    10-"Heyvan ixtiyarı”: Heyvan alan alıcı üç gün ərzində müamiləni poza bilər;
    11-"Təəzzürü təslim ixtiyarı”: Satıcı satdığı malı təhvil verə bilmədiyi halda, müştəri müamiləni poza bilər.
    Müamiləni poza bilmə hüquqlarının hökmləri
    Məsələ 1812: Əgər alıcı malın qiymətini bilməsə, yaxud səhvən (qafil olub) malı adi qiymətindən baha alsa, belə ki, çox baha aldıqda camaat onu məğbun (zərər çəkən) hesab etsə, müamiləni poza bilər. Bu hökm satıcı qiyməti bilməyib, məğbun olduğu halda da caridir.
    Məsələ 1813: "Şərt-bey” müamiləsində, məsələn, 100, 000 tümənlik evi agah halda 50,000 tümənə satırlar və şərt edirlər ki, əgər satıcı müəyyən edilmiş vaxtda pulu verərsə, müamiləni poza bilər və həqiqətən, qarşı tərəflərin alqı-satqı məqsədləri olsa, müamilənin eybi yoxdur. Əgər təyin edilmiş vaxtda pulu verməsə, mal alıcının olacaq.
    Məsələ 1814: Əgər saxtakarlıq edib əla növ çayı pis çayla qarışdırıb "əla növ çay” adı ilə satsa, müştəri müamiləni poza bilər.
    Məsələ 1815: Əgər alıcı aldığı malın eyibli olduğunu bilsə, məsələn, aldığı parça və yaxud xalçanın sökük və yaxud çürük olduğunu bilsə, əgər eyib müamilədən qabaq həmin malda olub, o, bilməyibsə, müamiləni poza və yaxud da eyibsiz malla eyibli malın qiymətini müəyyən edib satıcıya verdiyi pula mütənasib olaraq pulu geri ala bilər. Məsələn, 100 tümənə aldığı malın eyibli olduğunu başa düşsə və bazarda onun sağlam və eyiblisinin fərqi dörddə biri qədərdisə, dördə birinin pulunu yəni, 25 tüməni satıcıdan ala bilər. Vacib ehtiyata əsasən, bu iş qarşı tərəfin razılığı ilə icra edilməldiir. Bu hökm, əvəzdə eyb olduğu halda da caridir.
    Məsələ 1816: Əgər müamilədən sonra və mal təhvil alınmazdan öncə onda bir eyib tapılsa, müştəri müamiləni poza bilər. Həmçinin, o malın əvəzində, müamilədən sonra lakin, mal təhvil alınmazdan öncə malda bir eyib tapılsa, satıcı müamiləni poza bilər.
    Məsələ 1817: Əgər müamilədən sonra malın eyibli olduğunu bilib, tez müamiləni pozmasa, ehtiyata əsasən, onun (müamiləni pozma) hüququ qüvvədən düşür. Lakin, fikirləşmək qədər təxirin olmasının maneəsi yoxdur və müamiləni pozan zaman satıcının hazır olması şərt sayılmır.
    Məsələ 1818: Bir neçə halda (mal) eyibli olsa müamiləni poza və yaxud qiymətin fərqini ala bilməz:
    1-Alan zaman malın eyibli olmasını bilsə; 2-Sonradan razı olduğu halda; 3- Satıcı malı bütün eyibləri ilə yanaşı satıram desə. Lakin eyibi müəyyənləşdirib, bu eyiblə satıram, desə və sonradan başqa eyiblərin də olması məlum olsa, alıcı müamiləni poza bilər; 4- Alıcı malı alan zaman, "malın eyibi olsa, müamiləni pozmaz və qiymət fərqini almaram”, desə.
    Məsələ 1819: Bir neçə halda alıcı malın eyibli olmasını bilsə müamiləni poza bilməz, lakin qiymət fərqini ala bilər:
    1-Müamilədən sonra malda bəzi dəyişikliklər apardığı üçün camaat, "alınan mal olduğu kimi qalmayıb” desə; 2-Müamilədən sonra malın eyibli olduğunu bilsə, lakin müamilə hüququnu qüvvədən salmış olsa; 3-Malı təhvil alandan sonra başqa bir eyib onda tapılsa. Lakin, eyibli heyvan alıb, üç gün ötməzdən öncə başqa bir eyib tapsa, yenə də onu geri qaytara bilər. Həmçinin, əgər alıcı üçün yalnız müəyyən müddət daxilində müamiləni poza bilmə hüququ təyin edilsə və o müddətdə başqa bir eyib tapsa, onu təhvil almasına baxmayaraq, bu halda da müamiləni poza bilər.
    Alqı -satqının müxtəlif məsələləri
    Məsələ 1820: Əgər satıcı malın satış qiymətini müştəriyə deyib, onun əsasında müamilə etsə, qiymətin azalıb-çoxalmasına səbəb olan bütün şeyləri bəyan etməlidir Məsələn, onu nəqd və yaxud nisyə hansı qiymətə aldığını (onu həmin qiymətə, baha və yaxud ucuz satmasından asılı olmayaraq) bildirməlidir.
    Məsələ 1821: Əgər malı bir şəxsə verib, onu bu qiymətə mənim üçün sat və hər nə qədər baha satsan, (xeyri) sənin olsun, desə, müamilə düzgündür və artıq miqdar dəllalınkıdır. Həmçinin, əgər bu malı bu qiymətə sənə satdım və o da, qəbul etdim desə, o qiymətdən nə qədər baha satsa, onunkudur.
    Məsələ 1822: Əgər qəssab dişi əti erkək əti adı ilə (əti müəyyən edib, "bu erkək ətidir” desə) satıbsa, müştəri müamiləni poza bilər. Əgər müəyyən etməyibsə, onu qaytarıb, erkək əti almaq hüququna malikdir.
    Məsələ 1823: Əgər müştəri parça satana "rəngi sabit olan bir parça istəyirəm” desə və o, rəngi sabit olmayan parça versə, müştəri müamiləni poza bilər.
    Məsələ 1824: Müamilədə haqq olduğu halda and içmək məkruh, yalan danışdığı halda isə haramdır.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1084 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024