İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    ŞİRKƏT (ŞƏRİK OLMAQ)
    Məsələ 1825: Əgər iki mal elə qarışsa ki, bu işin məqsədli və məqsədsiz baş verməsindən asılı olmayaraq, onları bir-birindən seçmək və ayırmaq mümkün olmasa, o malda şəriklik hasil olur. Həmçinin, şirkət siğəsini ərəb, fars və yaxud hər hansı bir dildə oxusalar və yaxud bir-birləri ilə şirkət etmək istəklərini məlum edən bir iş görsələr, onların şirkətləri siğə oxuduqları mallarda düzgündür və iki malın bir-birinə qarışdırılması lazım deyil.
    Şirkətin hökmləri
    Məsələ 1826: Əgər bir neçə nəfər aldıqları muzdda bir-birləri ilə şərik olduqlarına müqavilə bağlasalar, məsələn, bir neçə dəllal əldə etdikləri bütün mənfəətləri birgə böləcəklərinə razılaşsalar, onların ortaqlığı düzgün deyil.
    Məsələ 1827: Əgər iki nəfər , hərənin öz etibarı ilə müəyyən bir mal alıb, onun qiymətinə özü borclu olmasını, lakin, malda və onun istifadəsində bir-biri ilə şərik olmalarını şərt etsələr, düzgün deyil. Amma onlardan birinin başqasını, malı onun üçün müştərək şəkildə almağa vəkil etməsinin maneəsi yoxdur, bu halda şirkətləri düzgündür.
    Məsələ 1828: Şirkət müqaviləsi bağlamaq istəyən şəxslər həddi-büluğa çatmış və aqil olmalı, məqsədli və öz ixtiyarı ilə addım atmalıdırlar. Habelə, öz malında istifadə etmək hüququndan (öz malından istifadə etməyi bacarmayan, onu hədər yerə tələf edən ruhi xəstələr kimi) məhrum olmamalıdırlar.
    Məsələ 1829: Şirkət müqaviləsində, işləyən adamın çox qazanc götürməsini şərt etməyinin maneəsi yoxdur. Yaxud əksinə, işləməyən və yaxud az işləyən şəxsin çox qazanc götürməsini də şərt etmək (güzəşt və ayrı səbəblərə görə) olar. Amma, əgər bütün mənfəətləri bir nəfər götürsün, deyə şərt etsələr, düzgün deyil. Lakin, əgər bütün zərəri və yaxud onun əksər hissəsini bir nəfər ödəsin, deyə şərt etsələr, düzgündür.
    Məsələ 1830: Şəriklərin hər biri öz sərmayələrinə uyğun mənfəət aparır və yaxud zərər çəkirlər. (Lakin,) şirkət müqaviləsində xüsusi bir şərt qeyd etsələr, istisnadır. Bu baxımdan, sərmayəsi şərikinin sərmayəsindən iki dəfə çox olan şəxsin mənfəət və zərər payı da şərikinə nisbətdə iki bərabər olacaq. Amma, paylarının bərabər olmalarını şərt etmələrinin maneəsi yoxdur.
    Məsələ 1831: Şirkət müqaviləsində hər ikisi birgə alqı-satqı edə bilmələrini, yaxud hər biri fərdi olaraq və yaxud da yalnız onlardan birinin müamilə etməsini şərt edə bilərlər. Hər halda, müqaviləyə əsasən əməl etməlidirlər. Əigər bunu müəyyən etməsələr, heç biri digərinin icazəsi olmadan o sərmayə ilə müamilə edə bilməz.
    Məsələ 1832: Müamilə etmək üçün şirkət sərmayəsi ixtiyarında qoyulmuş şəxs eyni ilə müqavilə və qeyd edilən şərtlərə əsasən əməl etməlidir. Məsələn, əgər onunla nisyə verməməyi, filan müəssisə və yaxud şirkətlə alver etməməyi və yaxud nisyə verdikdə vəsiqə almağı şərt etsələr, həmin müqaviləyə əməl etməlidir. Əgər ona bu haqda şərt qoymayıblarsa, öz müamilələrini ümumi adətə uyğun olaraq yerinə yetirməlidir.
    Məsələ 1833: Şirkət sərmayəsi ilə müamilə edən şəxs, onunla bağladıqları müqavilənin əksinə alqı-satqı etsə və müəyyən bir xəsarət ortaya çıxsa, zamindir. Həmçinin, onunla hər hansı bir müqavilə bağlamasalar və o, ümumi adətin əksinə əməl etsə, zamindir.
    Məsələ 1834: Şirkət sərmayəsi ilə müamilə edən şəxs onun qorumasında səhlənkarlıq edib, ifrata varmayıbsa, hansısa hadisə zamanı sərmayənin hamısı və yaxud bir hissəsi tələf olsa, zamin deyil.
    Məsələ 1835: Şirkət sərmayəsi ilə müamilə edən şəxs sərmayənin səhlənkarlıq və israfçılıq etmədən tələf olduğunu iddia etsə və qarşı tərəf isə onun xəyanət etdiyini iddia edib, dediyinə dəlil gətirməsə, əgər müamilə edən şəxs şəriət hakiminin yanında and içsə, onun sözü qəbul edilməlidir.
    Məsələ 1836: Müamilələrdə şirkət lazımdır. Yəni, qarşı tərəflərdən heç biri birtərəfli olaraq müamiləni poza bilməz və habelə, şirkət müddəti bitməzdən öncə sərmayəni bölməyi xahiş etmək hüququna malik deyil. Əgər müqavilədə onun üçün belə bir hüquq nəzərdə tutulubsa, istisnadır.
    Məsələ 1837: Əgər şəriklərdən biri ölsə və yaxud dəli və ya səfeh olsa, digər şəriklər şirkət malında təsərrüf edə bilməzlər. Lakin, müvəqqəti huşsuzluğun təsiri yoxdur.
    Məsələ 1838: Əgər şərik nisyə olaraq bir şeyi özü üçün alsa, zərər və mənfəəti öünə aiddir. Əgər müqaviləyə uyğun, şirkət məqsədi ilə alsa, hər ikisinin malıdır.
    Məsələ 1839: Əgər şirkətin sərmayəsi ilə müamilə etsələr, sonra şirkətin batil olması məlum olsa, bütün şəriklər o müamiləyə icazə verdikləri halda düzgündür və onun gəliri hamınındır. Bu arada şirkət üçün bir iş görən şəxslər öz zəhmətlərinin haqqını təbii halda ala bilərlər.
    SÜLH
    Məsələ 1840: Bir şəxsin başqası ilə ixtilaflı, yaxud ixtilaf və qarşıdurmaya səbəb ola biləcək bir məsələdə öz malının, qazancının və yaxud haqqının bir miqdarını ayrısına verməsinə, yaxud o da əvəzində öz malından, mənfəətindən bir miqdarını ona versin deyə, öz tələbindən, haqqından keçməsinə razı olmasına "sülh” deyilir. Yaxud öz tələbindən, haqqından keçməsinə "muəvvəz sülhü” deyilir. Əgər bu həvalə etmə əvəzsiz olsa, "qeyri-muəvvəz sülhü” adlanır və hər ikisi düzgündür.
    Sülhün hökm və şərtləri
    Məsələ 1841:Bir şeyi digərinə sülh edən şəxs həddi-büluğa çatmış və aqil olmalıdır. Onu (bu işə) heç kəs məcbur etməməli və sülh qəsdində ciddi olmalıdır. Səfeh (malını hədər yerə xərcləyən) olmamalı və habelə, şəriət hakimi ona malında təsərrüf etməyini qadağan etməməlidir.
    Məsələ 1842: Sülhü hər dildə, məsələn, ərəbcə, farsca və s. siğəsi ilə oxumaq olar. Habelə, qarşı tərəflərin sülh və razılığa gəlməsini aydınlıqla göstərən hər bir əməl kafidir.
    Məsələ 1843: Əgər bir şəxs öz tələbini nəyinsə müqabilində və yaxud əvəzsiz olaraq digərinə sülh etmək istəsə, qarşı tərəf qəbul etdiyi halda düzgündür. Lakin, öz tələbindən, haqqından keçmək istəsə, qarşı tərəfi qəbul etmək lazım deyil və bu da bir növ sülhdür.
    Məsələ 1844: Əgər insan aldığı borcun miqdarını bildiyi halda unutduğunu izhar etsə və ona borc verən şəxs (bunu) bilməsə və öz borcunu olan miqdardan aza sülh etsə düzgün deyil, borclu şəxs artıq miqdara borcludur. Əgər (borc verən şəxs) öz borcunu bildiyi halda da bu sülhə razı olacaqdısa, istisnadır.
    Məsələ 1845: Əgər çəkisi məlum olan və bir maldan olan iki şeyi bir-birlərinə sülh etmək istəsələr, sələm qarşıya gəlmədiyi halda düzgündür. Yəni hər ikisinin çəkisi eyni olmalıdır. Əgər onların çəkisi məlum olmasa, az və yaxud çox olmasını ehtimal versələr, sülh etməyin iradı var.
    Məsələ 1846: Əgər birinin başqasında vaxtı çatmayan borcu varsa, borcunu az bir miqdarla sülh etsə və məqsədi də bu olsa ki, alacağının bir miqdarını (ona) bağışlasın və qalanını isə nəqd alsın, (bunun) eybi yoxdur. Məsələn, altı aydan sonra 10 min tumən alacağı var, onun min tumənindən imtina edib, qalanını qarşı tərəfin razılığı ilə nəqd şəkildə alır.
    Məsələ 1847: Sülh müqaviləsini qarşı tərəflərin razılığı ilə pozmaq olar. Həmçinin, əgər müqavilə əsnasında qarşı tərəflərdən biri və yaxud hər ikisi üçün müqaviləni pozma hüququ təyin edilsə, o şəxs sülhü poza bilər.
    Məsələ 1848: Alqı-satqı hökmlərində qeyd edildi ki, 11 halda müamiləni pozmaq olar. Bütün bu 11 halda sülhü də pozmaq olar. Lakin, məclis, heyvan və təxir ixtiyarları istisnadır. Yəni, əgər razılaşma məclisində sülh bitəndən sonra qarşı tərəflərdən biri peşman olsa, fəsx (müamilənə poza bilmə) hüququ yoxdur. Habelə, heyvan razılaşmasında fəsx hüququ ilk üç gündə sabit deyil. Həmçinin, əgər bir malı nəqd olaraq sülh etsə və onun əvəzini ödəməkdə yubansa, həmin ilk gündə fəsx hüququ qarşı tərəf üçün sabitdir və üç gün keçməsinə ehtiyac yoxdur.
    Məsələ 1849: Əgər sülhə götürdüyü bir şey eyibli olsa və ondan xəbəri olmasa, sülhü poza bilər. Lakin, eyibli və düzgün qiymət fərqlərini almaq qarşı tərəflərin razılığından asılıdır.
    İCARƏ
    Məsələ 1850: Mülk və yaxud şəxsi mənfəətin başqasına həvalə edilməsinə icarə deyilir. İcarəyə verən və icarə edən həddi-büluğa çatmış və aqil olmalıdır. Öz qəsd və ixtiyarı ilə icarəni əncam verməli və habelə öz malında təsərrüf etmək hüququna malik olmalıdır. Bu baxımdan öz malını doğru şəkildə idarə etməyi bacarmayan və onu hədər yerə xərcləyən səfehin icarəsi batildir.
    İcarənin hökmləri
    Məsələ 1851: İnsan başqası tərəfindən vəkil olub, onun malını icarə verə bilər. Həmçinin, az yaşlı uşağın (səğir) və qəyyumu onun məsləhətini riayət etməklə, malını icarəyə verə bilər. Ehtiyata əsasən, onun həddi-büluğdan sonrakı zamanını icarəyə daxil etməsinlər. Əgər onsuz az yaşlı uşağın (səğirin) məsləhəti hasil olmasa, istisnadır. Başçı və qəyyumu olmadıqda isə şəriət hakimindən icazə alınmalıdır. Əgər adil müctəhid və yaxud onun nümayəndəsinə müraciət etmək imkanı olmasa, uşağın məsləhətini riayət edən adil mömin şəxsdən icazə almaq olar.
    Məsələ 1852: İcarədə siğəni hər dildə- ərəbcə, farsca və s. oxumaq olar (məsələn, malik, bir şəxsə filan mülkümü, filan məbləğə, filan müddət ərzində sənə icarə verdim, desin və o da, qəbul etdim, desin). Həmçinin, öz mülkünü icarə qəsdi ilə icarə edənin ixtiyarında qoyması və onun da təhvil alması kafidir.
    Məsələ 1853: Əgər bir şəxs siğə oxumadan bir işi görməyə əcir olub, qarşı tərəfin tələbi ilə işə məşğul olarsa, icarə düzgündür.
    Məsələ 1854: Danışmaq qabiliyyəti olmayan şəxs əgər işarə ilə başa salsa ki, öz mülkünü müəyyən müddət və məbləğ daxilində icarəyə vermiş və yaxud icarə etmişdir, düzgündür.
    Məsələ 1855: İcarə etdiyi ev və yaxud dükanı başqasına icarə verə bilməz. Əgər belə bir haqq icarə edənə verilibsə, istisnadır.
    Məsələ 1856: Ev, mağaza və yaxud bir otaq icarə edib onu başqasına verməyə hüququ olan bir şəxs, (onu) icarə etdiyindən daha çox məbləğə icarə verə bilməz. Əgər orada onun bərabərində bir az artıq (məbləğ) almaq üçün iş görübsə (təmir, ağartı işləri aparmaq və yaxud şkaf, xalça qoymaq) istisnadır.
    Məsələ 1857: Əgər bir işçi, fəhlə özünü başqasının xidmətinə və icarəsində qərar versə, onu başqasının xidmət və icarəsinə verə bilməz. Əgər əməl və yaxud kəlamının zahiri mənası, icarə edənin bu cəhətdən azad olması başa düşülsə, istisnadır. Bu halda, əgər onu o məbləğdən çox təhvil versə eybi var. Lakin, ev, mağaza və əcirdən başqasında eybi yoxdur.
    İcarənin şərtləri
    Məsələ 1858: İcarə verilən malın bir neçə şərti var:
    1-Müəyyən olmalıdır. Bu baxımdan, əgər, ev və yaxud avtomobillərimdən birini icarə verirəm, desə, düzgün deyil; 2-İcarə edən onu görməli və yaxud malik onun xüsusiyyətlərini təmami ilə bəyan etməlidir; 3- Onu təhvil vermək mümkün olmalıdır. Belə isə, icarə edənin onu tutmasına qadir olmayan fərari atı icarəyə vermək batildir; 4- O mal istifadə etməklə aradan getməməlidir. Bu baxımdan, çörək, meyvə və bu kimi şeyləri icarəyə vermək düzgün deyil; 5- İcarə verilən maldan istifadə etmək mümkün olmalıdır. Əkinçilik üçün yararlı və yaxud kifayət qədər suyu olmayan torpağı icarəyə vermək batildir; 6- İcarə verdiyi şeyin maliki, yaxud onun icarə verilməsində vəkil və yaxud qəyyum olmalıdır.
    Məsələ 1859: Ağacın, bağın, otlağın meyvə və yaxud otundan istifadə etmək üçün icarəyə verilməsi düzgündür.
    Məsələ 1860: Qadın, südündən istifadə etmələri üçün əcir ola bilər və ərindən icazə alması lazım deyil. Lakin süd vermək vasitəsi ilə ərinin hüququ pozularsa, onun icazəsi olamadan caiz deyil.
    Məsələ 1861: Mənfəəti (faydası) üçün icarəyə verilən malın bir neçə şərti var:
    1-Halal olmaq. Bu baxımdan, mağaza və maşının spirtli içkiləri satmaq və yaxud daşımaq üçün icarəyə verilməsi batildir; 2- Camaatın nəzərində belə bir mənfəətin qarşısında pul vermək faydasız olmasın; 3-Əgər o malın müxtəlif faydaları varsa, hansı fayda üçün icarə verdiyini müəyyən etməlidir. Məsələn, həm minik və həm də yük daşımaq üçün yaralı olan heyvanı hansı biri üçün icarəyə verdiyini müəyyən etməlidir. Əgər hər ikisi nəzərdə tutulubsa, yenə də müəyyən edilməlidir; 4-İcarənin müddəti də müəyyən edilməlidir.
    İcarənin müxtəlif məsələləri
    Məsələ 1862: Əgər icarənin nə vaxtdan başlamasını müəyyən etməsələr, onun başlanğıcı siğə oxunduqdan və yaxud təhvil alındıqdan sonradır.
    Məsələ 1863: Əgər bir evi və yaxud mülkü, məsələn, bir illik icarəyə versələr və onun başlanğıcını siğə oxunduqdan bir ay sonra müəyyən etsələr, siğə oxunduğu zaman o ev başqasının icarəsində olmasına baxmayaraq, icarə düzgündür.
    Məsələ 1864: Əgər icarə edən evi bir aylıq min tumənə sənə icarəyə verirəm və hər nə qədər çox qalsan, həmin qiymətədir, desə, yalnız ilk ayda icarə düzgündür. Çünki, başqa (ayları) müəyyən etməyibdir. Əgər ilk ayı da müəyyən etməyibsə və yalnız hər ay min tuməndir, desə, icarə təmamilə batildir.
    Məsələ 1865: İnsanın orada nə qədər qalması məlum olmayan mehmanxana və hotellərdə bir gecə üçün 100 tumən verilməsinə qərara gəlsələr və (buna) hər iki tərəf razılaşsa, eybi yoxdur. Lakin, icarə müddətini müəyyən etmədiklərinə görə icarə düzgün deyil. Bu baxımdan, onun sahibinin razılığı olana qədər (orada) qala bilər, əks halda (orada qalmaq) hüququ yoxdur. Amma, qaldığı gecələrin sayını əvvəlcədən müəyyən etsələr, müddətin sonuna qədər (orada) qalmaq hüququ var.
    Məsələ 1866: Əgər torpağı buğda və arpa əkmək üçün icarə versə və icarə malını (da) həmin torpağın buğda və arpasından qərar versə, icarə düzgün deyil, həmçinin, torpağın digər məhsullarının qarşısında.
    Məsələ 1867: Bir şəxsin icarə verdiyi şeyi təhvil verməzdən öncə icarə malını tələb etmək hüququ yoxdur. Həmçinin, əgər bir iş görmək üçün əcir olubsa, işi görməzdən öncə öz əcir olmağının haqqını tələb etmək hüququ yoxdur.
    Məsələ 1868: Əcir olmuş fəhlənin muzdunu təri qurumazdan öncə vermək müstəhəbdir. Əgər fəhlənin buna meyli olmasa, məsələn, muzdunu hər ayda almaq istəsə, istisnadır.
    Məsələ 1869: Əgər icarə verdiyi şeyi icarə edən təhvil versə, amma o, təhvil almasa və yaxud təhvil alıb, ondan istifadə etməsə, icarənin malını ödəməlidir.
    Məsələ 1870: Əgər bir şəxs, müəyyən bir gündə hansısa bir işi görmək üçün əcir olsa və təyin edilmiş gündə işi görmək üçün hazır olsa, lakin iş sahibi onu işlətməsə, onun muzdunu verməlidir. Məsələn, əgər bir bənnanı müəyyən gündə bina tikmək üçün əcir etsə və bənna həmin gündə işləməyə hazır olsa, lakin iş sahibi boyun qaçırsa və bənna o gündə işsiz qalsa, onun muzdunu verməlidir. Lakin özü və yaxud da başqası üçün iş görsə, ehtiyata əsaəsn, yalnız (qiymət) fərqini birinci iş sahibindən (ikinci muzd az olan halda) ala bilər.
    Məsələ 1871: Əgər icarə müddəti tamam olandan sonra və yaxud icarə əsnasında icarənin batil olmasını anlasa, icarə edən gərək icarə malını adi dəyər (qiymət) miqdarında (müqavilənin qiymətindən az və yaxud çox olmasından asılı olmayaraq) mülk sahibinə versin. Əgər adi dəyər bir ayda min tuməndirsə, o, beş yez tümənə və yaxud iki min tumənə icarə edibsə, gərək həmin min tuməni versin.
    Məsələ 1872: İcarə etdiyi şey tələf və yaxud eyibli olsa, əgər onu qorumaqda səhlənkarlıq etməyib və onun istifadəsində ifrata varmayıbsa, zamin deyil. Məsələn, dərziyə verdiyi parçanı oğru aparsa və yaxud yanğın zamanında tələf olsa, onu qorumaqda səhlənkərlıq etmdəyi halda məsuliyyət daşımır. Lakin, səhv və yaxud da başqa səbəblər üzündən onu öz əli ilə korlasa və yaxud eyibli etsə, zamindir. Əgər eyib malın özündən olsa, istisnadır. Məsələn, parça elədir ki, ütü vurmaqla xarab olur, bu halda (dərzi) zamin deyil.
    Məsələ 1873: Əgər qəssab bir heyvanın başını kəsib, (pullu və pulsuz kəsməsindən asılı olmayaraq,) onu haram etsə, heyvanın qiymətini sahibinə ödəməlidir və bir muzd da tələbkar deyil.
    Məsələ 1874: Əgər bir şəxs heyvanı sına biləcək malı aparmaq üçün icarəyə versə, o heyvan titrəyib və yaxud hürküb yükü sındırsa, heyvanın sahibi zamin deyil. Lakin, əgər vurmaq və ona oxşar şeylərin vasitəsi ilə və yaxud xatircəm yollarla heyvanı aparmaqda səhlənkarlıq etsə, heyvan yerə yıxılıb, yük sınsa, zamindir. Habelə, avtomobillərin aşması nəticəsində malların tələf olması da yuxarıda qeyd edilən hökmlə eynidir. Əgər onun qanuna riayət etməməsi və yaxud səhlənkarlığı malın tələf olmasına səbəb olsa, zamindir. Amma saz avtomobilin hansısa səbəbdən bir hissəsi sınıb aşsa, mal tələf olsa, zamin deyil.
    Məsələ 1875: Əgər həkim xəstə üzərində əməliyyat apardıqda, uşağı sünnət etdikdə səhlənkarlıq üzündən xəstəyə, uşağa bir zərər yetirsə və yaxud onların ölümünə səbəb olsa, habelə, səhv edib, hansısa ziyana səbəb olsa, zamindir. Lakin, səhlənkarlıq və səhv deyil, başqa səbəblər nəticəsində, xəstə eyibli olsa, yaxud ölsə, bir şərtlə ki, əgər uşağı onun sahibinin icazəsi ilə müayinə edibsə, zamin deyil.
    Məsələ 1876: Əgər həkim xəstə üçün bir dərman nüsxəsi yazsa, ona göstəriş versə, şəxsən dərmanı ona yedirtsə və yaxud iynə vursa, müalicəsi səhv olduğundan xəstəyə zərər yetişsə və yaxud ölsə, zamindir.
    Məsələ 1877: Etdiyi səhv və xətalar qarşısında zamin olmaq istəməyən həkim və ya cərrah xəstəyə və yaxud onun qəyyumuna- əgər hansısa diqqətsizlik üzündən xəstəyə bir zərər yetişsə zamin deyil, desə, onlar qəbul etdikləri halda lazımi diqqət və ehtiyat etməsi ilə yanaşı xəstəyə zərər yetişsə və yaxud ölsə, həkim və yaxud cərrah zamin deyil.
    Məsələ 1878: İcarə edən və malik bir-birlərinin razılığı ilə icarəni poza bilərlər. Habelə, icarədə fəsx hüququ onlardan biri və yaxud hər ikisi üçün nəzərdə tutulubsa, ona uyğun olaraq icarəni poza bilərlər.
    Məsələ 1879: Əgər icarə verən və yaxud icarə edən aldandığını bilsə, əvvəlcədən qiymətdən xəbəri olmadığı halda icarəni poza bilər. Lakin icarədə, əgər zərərə düçar olsam belə, müqaviləni pozmaq hüququm yoxdur, deyə şərt etsə, icarəni poza bilməz.
    Məsələ 1880: Əgər nəyisə bir şəxsə icarəyə versələr, icarə edənə təhvil verməzdən öncə başqası onu qəsb etsə, icarə edənin icarəni pozmaq hüququ var. Habelə səbr edib, qəsb edən şəxsin istifadəsində olan müddətdən icarəsini adi qaydada ondan ala bilər. Amma təhvil aldıqdan sonra başqası onu qəsb etsə, icarəni poza bilməz.
    Məsələ 1881: Əgər icarə müddəti bitməzdən öncə mülkü icarə edənə satsa, icarə pozulmur və icarə edən icarə haqqını ödəməlidir. Habelə, əgər başqasına satsa, yenə də icarə qüvvəsində qalır.
    Məsələ 1882: Əgər icarə müddəti başlamazdan öncə mülk istifadə olunmaz halda xarab olsa və yaxud müqaviləyə uyğun istifadə edilməsi mümkün olmasa, icarə batil olur və icarə edənin mülk sahibinə verdiyi pul ona qaytarılır. Lakin, istifadə edilməsindən bir müddət keçdikdən sonra xarab olsa, icarənin qalan müddəti batil olur.
    Məsələ 1883: Əgər, məsələn, iki otaqlı evi icarəyə verdikdən sonra onun bir otağı xarab olsa və onu tez təmir edib, istifadə üçün yararlı hala gətirsə, icarə batil olmur və icarə edənin də müqaviləni pozmaq hüququ yoxdur. Lakin təmir işləri uzansa və icarə edənin istifadə etməsi üçün (otaq) bir müdət yararlı olmasa, o otağa nisbətdə icarə batil olur və qalanında da müqaviləni pozmaq hüququ var.
    Məsələ 1884: İcarə mülk sahibi və yaxud icarə edənin ölümü ilə batil olmur və o hüquq (icarə) müddətin sonuna qədər onların varisləri üçün qüvvəsində qalır. Əgər başqasını yox, yalnız icarə edənin ondan istifadə etməsini şərt etsələr, mülk sahibinin icarənin qalan müddətini pozmaq hüququ var.
    Məsələ 1885: Əgər iş sahibi bənnanı onu tikinti işləri üçün fəhlə gətirməyə vəkil etsə və fəhlələrə verdiyi muzddan artıq, iş sahibindən pul alsa, haramdır. Lakin, binanı müəyyən məbləğ daxilində sona yetirməsini qəbul etsə və xərclədiklərindən artıq olsa, eybi yoxdur. Amma ehtiyata əsasən, özü bənnalıq, ona (bənnalığa) nəzarət və yaxud avadanlıqların alınması kimi bir iş görməməlidir.
    Məsələ 1886: Əgər rəngsaz parçanı, müəyyən şəkildə rəngləməyi şərt etsə və başqa cür rəngləsə, muzd almaq hüququ yoxdur. Əksinə, parçanın xarab olmasına və yaxud keyfiyyətinin aşağı düşməsinə səbəb olubsa, zamindir. Bu məsələ (hökm) dərzi, pinəçi və s. haqqında da qüvvəsində qalır.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 465 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019