İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    ZƏMANƏT
    Məsələ 1976: Əgər insan bir şəxsin borcunu ödəmək üçün zamin olmaq istəsə, siğəni fars, ərəb və yaxud hər hansı bir dildə şifahi olaraq oxuya bilər. Məsələn, "mən filan kəsin borcunu ödəməyə zaminəm” desin və borc sahibi də "qəbul etdim” deməklə qəbul etsin. Həmçinin, zəmanət müqaviləsini zəmanətnamə imzalamaq və yaxud da hər hansı bir vasitə ilə bu işi borc sahibinə başa salmaqla və o da əməli olaraq qəbul etdiyi halda, yerinə yetirmək olar.
    Məsələ 1977: Zamin olduqdan sonra borclu şəxsin borcu zəmanətçinin öhdəsinə düşür və borclu şəxsin öhdəliyi götürülür. Əgər zəmanət borclu şəxsin xahişi ilə baş tutubsa, zəmanətçi borcu verdiyi zaman onu sabiq borclu şəxsdən ala bilər. Zamin olmağın başqa bir növü də var, belə ki, bir şəxs bu məsqsədlə başqasının zamini olur ki, əgər borclu şəxs borcunu verməkdə səhlənkarlıq etsə, onu ödəyə bilməsə, borc sahibi borcunu zamindan alsın. Bu növ zəmanət də düzgündür və əksər hallarda banklarda, yaxud kreditlər müqabilində olunan zəmanətlər bu formadadır.
    Zəmanətin şərt və hökmləri
    Məsələ 1978: Zəmanətçi və borc sahibi həddi-büluğa çatmış, aqil olmalı və kimsə onları məcbur etməməli, səfih olmamalıdır. Müflis olduğuna görə şəriət hakimi tərəfindən malından istifadəsi qadağan olunan borc sahibi zamin tuta bilməz (yəni borcunu başqasının öhdəsinə qoya bilməz).
    Məsələ 1979: Borcuna zamin durulan şəxs borclu olmalıdır. Bu baxımdan, başqasından borc alan şəxs, onu almayana qədər, heç kəs onun zamini ola bilməz. Lakin, məsələn, "filankəsi işə götür, bir nasazlıq və yaxud xəyanət qarşıya çıxartsa mən zaminəm” desə, eybi yoxdur və bu zəmanət də etibarlıdır.
    Məsələ 1980: Zəmanətdə "borc sahibi”, "borclu şəxs” və "borc alınmış mal” müəyyən olmalıdır. Bu baxımdan, əgər iki nəfərin bir nəfərdə borcu varsa və insan "mən onların biri qarşısında zaminəm” desə, faydasızdır. Həmçinin, əgər iki nəfər bir adama borclu olsa və bir şəxs "mən o iki nəfərdən birinin borcunu verməyə zaminəm” desə, (onlardan heç birini) müəyyən etmədiyi üçün, batildir. Habelə, əgər bir şəxs başqasına 100 kq. buğda və 100 tümən pul borc veribsə və bir şəxs "mən iki borcdan birinə zaminəm” deyib, (hansı birini verəcəyini dəqiqliklə) müəyyən etməsə düzgün deyil.
    Məsələ 1981: Əgər borc sahibi borcunu zəmanətçiyə bağışlasa, zəmanətçi borclu şəxsdən heç nə ala bilməz. Əgər onun bir miqdarını bağışlasa, o miqdarı tələb edə bilməz.
    Məsələ 1982: Zəmanətçi zəmanəti borc sahibinin razılığı olmadan poza bilməz. Lakin, zəmanətçi və yaxud borc sahibi müqavilədə istədikləri vaxt müqaviləni poza bilmələrini şərt etsələr, maneəsi yoxdur.
    Məsələ 1983: Zəmanətçi zamin olduğu vaxt borcu ödəməyə imkanı olsa, borc sahibi onun zəmanətini pozub, öz borcunu birinci borc verdiyi şəxsdən tələb edə bilməz. Həmçinin, əgər zəmanətçi o vaxtda fəqir olsa, lakin borc sahibi bunu bilib, onun zamin olmasına razılıq versə, müqaviləni pozmaq hüququ yoxdur. Lakin, zamin elə həmin vaxtdan fəqir olsa və borc sahibi də (bunu) bilməyib, sonradan xəbər tutsa, onun zəmanətçiliyini poza bilər.
    Məsələ 1984: Əgər bir şəxs borclu şəxsin icazəsi olmadan onun borcunu ödəmək üçün zamin olsa, ondan bir şey alamağa hüququ yoxdur. Lakin, onun icazəsi ilə olsa, borc sahibinin borcunu ödədikdən sonra, borclu şəxsdən ala bilər.
    KƏFALƏT
    Məsələ 1985: Əgər birinin başqasına haqqı olsa (məsələn, borc, qisas, diyə və s. kimi), yaxud hansısa bir haqqın iddiasını etsə və onun iddiası isbat olunsa və bu halda bir insan, müttəhimi haqq və yaxud iddia sahibindən azad etdirib, istədiyi vaxt onu ona təhvil verəcəyinə zamin olsa, bu müqaviləyə "kəfalət” və bu işə zamin olan şəxsə "kəfil” deyilir.
    Məsələ 1986: Kəfaləti şifahi siğə oxumaqla yerinə yetirmək olar. Məsələn, kəfil borc sahibinə "borclu şəxsi istədiyin vaxt sənə təhvil verməyə hazıram” desə və borc sahibi də qəbul etsə və yaxud şifahi oxunan siğənin mənasını verən, hansısa sənədi imzalamaq və s. kimi bir iş görsələr, kəfalət düzgündür.
    Kəfalət və kəfilin şərtləri
    Məsələ 1987: Kəfalətdə haqq onun öhdəsində olan şəxsin razılığı lazım deyil. Bu baxımdan borclu şəxsin razılığı şərt sayılmır.
    Məsələ 1988: Kəfil həddi-büluğa çatmış, aqil olmalı, onu kəfalətdə məcbur etməməlidirlər və kəfili olduğu şəxsi zamanında hazır etmək gücünə malik olmalıdır.
    Məsələ 1989: Bir neçə şey kəfaləti pozur:
    1-Borc sahibinin borcunu vermək; 2- Borc sahibinin borcunu bağışlaması; 3-Borclu ölsə; 4- Borclu və yaxud müttəhim şəxsi borc sahibinə təhvil vermək; 5- Borc sahibinin öz haqqını kəfildən alması; 6- Kəfilin ölməsi; 7-Haqq sahibi borcunu həvalə və yaxud başqa vasitə ilə başqa bir şəxsə tapşırması.
    Məsələ 1990: Əgər bir nəfər zorla borclu şəxsi borc sahibinin əlindən qaçırtsa, borc sahibinin onu ələ keçirməyə gücü çatmasa, onu borc sahibinə təhvil vermək vacibdir və yaxud onun borcunu ödəməlidir. Əgər bir və yaxud neçə nəfər qatili qan sahiblərinin əlindən alıb qaçırtsalar, şəriət hakimi həmin şəxsi və yaxud neçə nəfəri, onların qohumları qatili təhvil verənə qədər zindana sala bilər. Əgər qatili təhvil vermək mümkün olmasa, qətlə yetirilmiş şəxsin diyəsini ödəməlidirlər.
    Məsələ 1991: Əgər kəfalət borclu şəxsin icazəsi ilə olsa və kəfil çarəsizlik üzündən borc sahibinin borcunu versə, borclu şəxsdən onu almağa haqqı var. Əgər onun icazəsi ilə olmayıbsa haqqı yoxdur.
    VƏDİƏ (ƏMANƏT)
    Məsələ 1992: İnsanın öz malını əmanət ünvanı ilə başqasına qoruyub, saxlamaq qəsdi ilə verməsinə "vədiə” deyilir. Bu mətləbi şifahi siğə ilə oxumasından və yaxud siğə oxumadan əmanətdar şəxsə malı əmanət saxlamaq üçün ona verdiyini başa salsa və o da həmin məqsədlə qəbul etsə, sonradan qeyd ediləcək vədiə və əmanət hökmlərinə əməl etməlidir.
    Məsələ 1993: Əmanətə xəyanət etmək haram və böyük günahlardan biri sayılır. Əmanəti qəbul edən şəxs onun qorunmasında səhlənkarlıq etməməli, əmanət sahibi əmanəti ondan istədikdə, əmanət sahibinin müsəlman olub-olmamasından asılı olmayaraq, qaytarmalıdır.
    Əmanətin şərt və hökmləri
    Məsələ 1994: Əmanətdar və malı əmanət qoyan şəxslərin hər ikisi həddi-büluğa çatmış, aqil olmalıdır. Bu baxımdan, həddi-büluğa çatmamış və yaxud dəli şəxsin bir malı başqasının yanında əmanət qoyması düzgün deyil. Həmçinin, həddi-büluğa çatmamış, dəli şəxsin yanında əmanət qoymaq olmaz. Lakin, müməyyiz (yaxşı-pisi ayıra bilən) və qəyyumu icazə verən şəxs əmanəti qəbul edə bilər.
    Məsələ 1995: Əgər uşaq və yaxud dəlidən bir şeyi əmanət kimi alsalar, o şey uşağın və dəlinin şəxsi malı olsa, onu qəyyumuna qaytarmalıdırlar və onun özünə qaytara bilməzlər. Əgər mal başqasınındırsa, onun sahibinə qaytarmalıdırlar; hər bir halda, əgər o mal tələf olsa, onun əvəzini verməlidirlər. Lakin, bir nəfər uşağın və yaxud dəlinin əlində bir şey görsə və onu tələf edəcəyini ehtimal verib, (əlindən) alsa və onun qorunmasında səhlənkarlıq etməsə, zamin deyil.
    Məsələ 1996: Əmanəti qorumağa gücü olmayan şəxs əmanəti qəbul edə bilməz. Lakin, malın sahibi onu qorumaqda daha aciz olsa və yaxşı qoruya biləcək bir şəxs də olmasa, onu qəbul etməyin maneəsi yoxdur.
    Məsələ 1997: Əgər insan mal sahibinə onun malını qorumağa hazır olmadığını başa salsa, lakin o, malı qoyub getsə və bu şəxs malı götürmədiyindən o mal tələf olsa, əmanəti qəbul etməyən şəxs zamin deyil. Lakin, imkan daxilində malı qoruması yaxşıdır.
    Məsələ 1998: Bir şeyi əmanət qoyan şəxs istədiyi vaxt onu geri ala bilər və əmanətdar şəxs də istədiyi vaxt onu sahibinə qaytara bilər.
    Məsələ 1999: Əgər insan əmanəti qorumaqdan imtina edib, vədiəni fəsx etsə, tez bir zamanda malı onun sahibinə, vəkilinə, qəyyumuna çatdırmalı və yaxud onlara mallarını aparmalarını xəbər verməlidir. Əgər üzürsüz olaraq malı onlara çatdırmasa və yaxud xəbər verməsə, mal tələf olduqda onun əvəzini verməlidir.
    Məsələ 2000: Əmanəti qəbul edən şəxsin əmanəti qorumağa münasib yeri olmasa, (yeri) hazırlamalı və onu elə qorumalıdır ki, camaat "onu qorumaqda səhlənkarlıq etməmişdir” desin. Əks təqdirdə, mal tələf olsa zamindir.
    Məsələ 2001: Əmanəti qəbul edən şəxs onu qorumaqda səhlənkarlıq edib, ifrata varmasa və təsadüfən o mal tələf olsa, zamin deyil. Lakin, öz ixtiyarı ilə, zalımın bildiyini və onu aparacağını ehtimal etdiyi yerdə qoysa, tələf olduğu halda, zamindir. Əgər ondan yaxşı yer olmasa və malı sahibinə və yaxud daha yaxşı qoruya biləcək bir şəxsə verə bilməzsə, istisnadır.
    Məsələ 2002: Əgər mal sahibi öz malını qormaq üçün bir yer təyin etsə və əmanətdar şəxsə "onu burada qoruyub başqa yerə aparmamalısan” desə, əmanətdar şəxsin onu başqa yerə aparmaq hüququ yoxdur. Əgər onun orada tələf olacağını ehtimal versə və oranı mal sahibinin nəzərində malı qorumaq üçün yaxşı olduğunu və buna görə də "başqa yerə aparma” deməsini bilsə, istisnadır. Lakin, bu sözün hansı səbəbə görə deməsini bilməsə, başqa yerə aparmamalıdır. Əgər aparsa və (mal) tələf olsa, vacib ehtiyata əsasən, onun əvəzini verməlidir.
    Məsələ 2003: Əgər mal sahibi malın qorunması üçün bir yer müəyyən etsə lakin, əmanətdar şəxsə "onu başqa yerə aparma” deməsə və əgər əmanətdar şəxs (əmanətin) orda tələf olacağını ehtimal versə, onu qorumaq üçün daha yaxşı olan yerə aparmalıdır. Əgər mal əvvəlki yerində qalıb xarab olsa, zamindir.
    Məsələ 2004: Mal sahibi dəli olduğu halda əmanətdar əmanəti tez onun başçısına çatdırmalı və ayxud malı aparmağı ona xəbər verməlidir. Əgər şəriət baxımından bir üzrü olmadığı halda bu işi görməsə və mal tələf olsa, zamindir. Əgər onun başçısı (vəlisi) əmanətin öz yerində qalmasına icazə versə, istisnadır.
    Məsələ 2005: Əgər malın sahibi ölsə, əmanətdar şəxs malı onun varisinə çatdırmalı və yaxud ona malı aparmağı xəbər verməlidir. Əgər bu işdə səhlənkarlıq etsə, zamindir. Lakin, varisi tanımaq və yaxud ölən şəxsin başqa bir varisi də olub-olmamasını öyrənmək məqsədi ilə malı verməsə və mal tələf olsa, zamin deyil.
    Məsələ 2006: Əgər ölən mal sahibinin bir neçə varisi olsa, əmanətdar malı bütün varislərə və yaxud onların hamısının vəkilinə çatdırmalıdır. Bu baxımdan, başqalarının icazəsi olmadan bütün malı yalnız bir varisə versə, başqalarının payına zamindir.
    Məsələ 2007: Əgər əmanətdar ölsə və yaxud dəli olsa, onun vəlisi tez bir zamanda mal sahibinə xəbər verməli və yaxud əmanəti ona çatdırmalıdır.
    Məsələ 2008: Əgər əmanətdar şəxs ölüm əlamətlərini özündə görsə, imkan daxilində əmanəti sahibinə və yaxud vəkilinə çatdırmalıdır. Mümkün olmadığı halda, ehtiyata əsasən, şəriət hakiminə verməlidir. (Şəriət hakiminə) əli çatmadıqda vəsiyyət etməli, şahid tutmalı və vəsiyyət etdiyi şəxslə şahidə mal sahibinin adını, malı, onun xüsusiyyətlərini və onun yerini deməlidir.
    ARİYƏ
    Məsələ 2009: İnsanın öz malını başqasının ixtiyarında istifadə etməsi üçün qoyub, ondan heç nə almamasına "ariyə” deyilir.
    Məsələ 2010: Ariyəni iki formada yerinə yetirmək olar:
    Birincisi budur ki, onun üçün hər hansı bir dildə siğə oxusun. Məsələn "mən bu malı sənə ariyə verirəm” desin və o da qəbul etsin. İkincisi isə budur ki, siğə oxumadan nəzərdə tutduğu malı ariyə qəsdi ilə başqasının ixtiyarında qoysun və o da o məqsədlə təhvil alsın.
    Ariyənin hökmləri
    Məsələ 2011: Qəsb edilmiş və yaxud insanın şəxsi malı olan lakin, mənfəəti başqasının öhdəsində qoyulmuş şeyi ariyə vermək düzgün deyil. Əgər haqq sahibi razı olub icazə versə, istisnadır.
    Məsələ 2012: Mənfəəti insanın olan, məsələn, icarə edilmiş şeyi ariyə vermək olar, bu şərtlə ki, başqasının öhdəsinə vermək hüququ olsun.
    Məsələ 2013: Dəli, həddi-büluğa çatmayan uşaq öz malını ariyə verə bilməz. Lakin, qəyyumu icazə versə və bu iş onların xeyrinə olsa, maneəsi yoxdur.
    Məsələ 2014: Ariyə götürdüyü şey tələf olsa, zamin deyil. Əgər onu qorumaqda səhlənkarlıq edibsə, istisnadır. Habelə, ariyə verən şəxs zaminliyi şərt edibsə və yaxud ariyə verdiyi şey qızıl, gümüş və ya onlardan düzəldilmiş bəzək əşyaları olsa, bu iki halda da tələf olsa, onun əvəzini verməlidir.
    Məsələ 2015: Ariyə verən şəxs ölsə, ariyə edilən şeyi onun varislərinə verməlidirlər və ariyə verən dəli olsa, onu qəyyumuna vermək lazımdır.
    Məsələ 2016: Bir şeyi ariyə verən şəxs istədiyi vaxt onu geri ala bilər. Ariyə alan da onu geri qaytara bilər.
    Məsələ 2017: Həm halal və həm də haram kimi iki cür istifadə edilən şeyi haram məqsəd üçün ariyə vermək caiz deyil.
    Məsələ 2018: Qoyunu süd və yunundan və başqa heyvanları şəriət hökmlərinə uyğun istifadə etmək üçün ariyə vermək düzgündür.
    Məsələ 2019:Əgər murdar bir qabı yemək-içmək, habelə murdar paltarı namaz qılmaq üçün ariyə versə, vacib ehtiyata əsasən, onun murdar olmasını ariyə verdiyi şəxsə deməlidir.
    Məsələ 2020: Əgər ariyə etdiyi şeyi onun sahibinin icazəsi ilə başqasına ariyə versə, əgər birinci ariyə edən ölsə və yaxud dəli ölsə və onun əsil sahibi sağ olsa, ikinci ariyə batil olmur.
    Məsələ 2021: Əgər sonradan ariyə etdiyi şeyin qəsbi olması məlum olsa, onu sahibinə çatdırmalıdır. Əgər sahibini tanımırsa, məchulul-malik göstərişinə uyğun olaraq əməl etməlidir. Hər bir halda, onu ariyə verən şəxsə qaytara bilməz.
    Məsələ 2022: Əgər qəsb edilmiş malın qəsbi olduğunu bilərək ariyə etdikdən sonra onun əlində tələf olsa, malik malın əvəzini ondan ala bilər və əgər ona əli çatmasa, malı qəsb edəndən tələb edə bilər. Həmçinin, ariyə edən istifadə etdiklərinin əvəzini də verməlidir. O malın qəsbi olduğunu bilmədiyi halda, əgər malik malın zərərini və yaxud mənfəətini alsa, o, malikə verdiyini qasib (malı qəsb edən şəxs) ariyə verəndən almalıdır. Əlbəttə, bu, bir halda baş verə bilər ki, ariyə verən zaminliyi şərt etməyib və ariyə verilən şey qızıl və gümüş cinsindən deyil.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 748 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024