İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    QƏSB
    Məsələ 2175: İnsanın zülm ilə bir şəxsin malınıa, yaxud haqqını ələ keçirməsinə qəsb deyilir. Bu da böyük günahlardan biri sayılır və bu işi görən şəxs Qiyamət günündə ağır əzaba düçar olacaq. İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayat olunub ki, hər kəs bir qarış torpağı başqasından qəsb etsə, Qiyamət günü o torpağı onun 7 təbəqəsi ilə boyunbağı kimi onun boynundan asacaqlar.
    Məsələ 2176: Əgər bir şəxs camaatı məscid, mədrəsə, körpü və kütlənin istifadəsi üçün tikilən sair yerlərdən istifadə etməyə qoymasa, onların haqqını qəsb etmişdir. Habelə, bir şəxs məscid və başqa yerlərdə özünə yer tutub, başqası ondan istifadə etməyin qarşısını alsa (qəsb sayılır).
    Məsələ 2177: Qanunsuz olaraq müsəlmanların beytül-malına hakim olmaq qəsb sayılır və qəsbin bütün hökmlərinə malikdir və bəzi cəhətdən məsuliyyəti çoxdur.
    Qəsbin hökmləri
    Məsələ 2178: Bir şəxsin yanında girov (rəhn) qoyulan malı başqası qəsb etsə, malın sahibi və onu tələb edən şəxslərin hər ikisi malı ondan tələb edə və əgər aradan gedibsə, əvəzini ala bilərlər. O əvəz girov qoyulmuş malın əvəzi olacaq.
    Məsələ 2179: Qasib (qəsb edən) şəxsin qəsb etdiyi malı tez bir zamanda sahibinə qaytarması vacibdir və yubatdığı qədər onun üçün çox günah yazılır və tələf olduğu halda onun əvəzini verməlidir.
    Məsələ 2180: Əgər qəsb etdiyi maldan bir qazanc ələ gətirsə, məsələn, qəsb edilmiş bir qoyundan bir quzu dünyaya gəlsə və yaxud qəsb edilmiş bağda meyvə yetişsə, qasib şəxs zəhmət çəkmiş olsa da belə, o mülkün hamısı mal sahibinindir. Əgər bir şəxs bir evi qəsb etsə, evdən istifadə etməsə də belə, evin onun öhdəsində olduğu müddətin icarə haqqını adətə uyğun olaraq ödəməlidir. Avtomobil və s. mallar da bu hökmlə eynidir.
    Məsələ 2181: Əgər bir şəxs uşaq və yaxud dəlidən bir malı qəsb etsə, onu onun vəlisinə qaytarmalıdır. Əgər uşaq və yaxud dəlinin özünə qaytarsa və (o mal) aradan getsə, zamindir.
    Məsələ 2182: Əgər iki və daha çox adam bir malı birlikdə qəsb etsələr, onlardan hər biri malın bir hissəsinə zamindirlər. Onu təkbaşına qəsb edə bilib-bilməyəcəyindən asılı olmayaraq, (əgər iki nəfər olsalar hər biri yarısına, əgər üç nəfər olsalar, hər biri üçdə birinə zamindirlər).
    Məsələ 2183: Əgər qəsb etdiyi mal başqa bir şeyə qarışsa, onları ayırmaq mümkündürsə, zəhməti çox olsa da belə, ayırıb sahibinə qaytarmalıdır. Əgər onu əlçatmaz bir yerdə qoyubsa, malı sahibinə çatdırmaq üçün çəkilən bütün xərclər qasibin öhdəsindədir.
    Məsələ 2184: Əgər qəsb etdiyi qabı və s. xarab etsə, onu hasil olan qiymət fərqi ilə sahibinə qaytarmalıdır. Əgər (qiymət) fərqini vermək istəməsə və o malı əvvəlki kimi düzəldirəm desə, malik onu qəbul etməyə məcbur deyil və həmçinin, malik qasibi onu əvvəlki kimi düzəltməyə məcbur edə bilməz və yalnız qiymət fərqini ala bilər.
    Məsələ 2185: Əgər qəsb etdiyi malda dəyişikliklər aparıb onu əvvəlkindən yaxşı (formaya) salsa, məsələn qəsb edilmiş qızıldan sırğa və boyunbağı düzəltsə, əgər mal sahibi, onu mənə həmin formada ver, desə, verməlidir və zəhmətinə görə muzd ala bilməz və hətta malikin icazəsi olmadan onu əvvəlki formasına qaytara bilməz. Əgər onun icazəsi olmadan qızılı əvvəlki formasına qaytarsa, vacib ehtiyata əsasən, qiymət fərqini verməlidir.
    Məsələ 2186: Əgər qasib bir malda bəzi dəyişikliklər aparıb onu əvvəlkindən yaxşı (formaya) salsa lakin, mal sahibi xüsusi bir məqsədlə, onu əvvəlki formasına salmasını istəsə, bu işi görmək vacibdir. Əgər onda bir eyib yaranmaqla qiyməti əvvəlkindən azalarsa, onun qiymət fərqini sahibinə verməlidir.
    Məsələ 2187: Əgər qəsb edilmiş bir torpaqda əkinçilik etsə, yaxud ağac əksə, əkin, ağac və onun meyvələri qasib şəxsindir, lakin qəsb etdiyi torpağın, əkinin və ağacın onda olduğu müddətinin icarə haqqını sahibinə verməlidir. Habelə, iş əsnasında torpaq sahibi o torpaqda əkin və ağacın qalmasına razı olmasa, ona zərər dəyəcəyindən asılı olmayaraq, qasib tez onları yerdən çıxarmalıdır və əgər yerdə bir qüsur tapılsa, qiymət fərqini verməlidir. Qasib torpaq sahibini torpağı ona satmağa, icarə verməyə məcbur edə bilməz və həmçinin, torpaq sahibi qasibi əkin və yaxud ağacı ona satmağa məcbur edə bilməz.
    Məsələ 2188: Əgər qəsb etdiyi mal aradan getsə və o şey az tapılan olsa, məsələn, bəzi heyvanlar və ya əldə toxunulan xalçalar kimi olsa onun qiymətini verməlidir. Əgər onun qiyməti dəyişibsə, tələf etdiyi günə uyğun olaraq qiymətini verməlidir. Əgər buğda, arpa, fabrik xalçası və parçası və zavodda düzəldilən qablardan olsa və adətən onların oxşarı çoxdursa, qəsb etdiyi şeyin oxşarını verməlidir. Veriləcək mal tələf olan malın xüsusiyyətlərinə malik olmalıdır.
    Məsələ 2189: Əgər qoyun kimi bir heyvan qəsb edildikdən sonra aradan getsə, belə ki, onun yanında olduğu vaxtda kökəldikdən sonra aradan gedibsə, onun kökəlmə vasitəsi ilə qiymət artımını da verməlidir.
    Məsələ 2190: Əgər qəsb olunan malı başqa bir qasib birinci qasibdən alsa və o mal aradan getsə, ehtiyata əsasən, mal sahibi malın əvəzinin verməsini hər ikisindən tələb etməlidir.
    Məsələ 2191: Əgər bir batil müamilə baş tutsa, məsələn, çəki ilə alınıb-satılmalı olan bir malı çəkisiz müamilə etsələr, nə alıcı malın və nə də satıcı qiymətin sahibi olmur. Lakin, hər ikisi müamiləni nəzərə almadan, bir-birlərinin malında təsərrüf etməyə razı olsalar, eybi yoxdur, əks təqdirdə, həmin mal qəsb edilmiş mal kimidir, onu qaytarmalıdırlar. Əgər birinin malı digərinin əlində tələf olsa, müamilənin batil olub-olmamasını bilib-bilməmədiklərindən asılı olmayaraq, onun əvəzini verməlidirlər.
    Məsələ 2192: Əgər satıcıdan bir malı bəyəndiyi təqdirdə alacağı üçün alıb baxdıqda o mal tələf olsa, vacib ehtiyata əsasən, onun əvəzini sahibinə verməlidir.

    İTİRİLMİŞ MALLAR
    İtirilmiş malların hökmləri
    Məsələ 2193: İnsan sahibini tanımaq üçün heç bir əlaməti olmayan bir itirilmiş malı tapsa (100 tuman əskinas və yaxud qızıl sikkə kimi), vacib ehtiyata əsasən, onu sahibi tərəfindən sədəqə verməlidir. Əgər özü sədəqə almağa müstəhəqdirsə, götürə bilər, əgər əhəmiyyətli maldırsa, ehtiyata əsasən, şəriət hakimindən icazə almalıdır.
    Məsələ 2194: Əgər tapdığı malın bir əlaməti varsa və qiyməti bir dirhəmdən (bir dirhəm 12/6 noxud gümüş sikkəyə bərabərdir) azdırsa, sahibi məlum olduqda onun razılığı olmadan dirhəmi götürə bilməz; sahibi məlum olmasa götürüb yiyələnə və ondan istifadə edə bilər və tələf olduğu halda əvəzini verməsi lazım deyil. Belə ki, yiyələnmə qəsdi olmadığı halda, onun təqsiri olmadan tələf olsa, əvəzini vermək lazım deyil.
    Məsələ 2195: Vacib ehtiyata əsasən, Məkkə hərəmində bir dirhəm və yaxud ondan çox olan bir dəyərdə bir şey tapsa götürməsin.
    Məsələ 2196: Tapdığı malın əlaməti varsa və qiyməti bir dirhəm və yaxud ondan çoxdursa, onu bir il ərzində elan etməlidir (belə ki, tapdığı gündən bir həftə hər gün, ilin sonuna qədər isə həftədə bir dəfə cəmiyyət arasında elan etsə kafidir). O malın müsəlmana və yaxud müsəlmanların amanında yaşayan kafirə aid olmasından asılı olmayaraq, elan etmək vacibdir.
    Məsələ 2197: Əgər şifahi elan etmək əvəzinə elanı yazılı olaraq camaatın gediş-gəliş mərkəzində yapışdırsa və oranın əksər camaatı savadlı olsa və yaxud savadlı şəxslər onu bisavadlar üçün oxusalar, bir il ərzində elan orada qalsa kafidir.
    Məsələ 2198: Əgər bir il sona yetməzdən öncə onun sahibini tapmaqdan ümidsiz olsa və yaxud əvvəldən onun sahibini tapmağa ümidi olmasa, vacib ehtiyata əsasən, o malı həqiqi sahibi tərəfindən fəqirə verməlidir.
    Məsələ 2199: Əgər müqəddəs hərəmlərin birində və ya məscidlərdə tapılan əşyalar üçün bir yer təyin etsələr və camaat itirdikləri malı tapmaq üçün ora müraciət etməli olduqlarını bilsələr və o yerin idarəçiləri etimadlı adamlar olsalar, itirilmiş malı ora təhvil vermək kafidir və onlar bir il onu saxlamalıdırlar və əgər onun sahibi tapılamasa, sonrakı məsələyə uyğun əməl etməlidirlər. Əgər bəzi məntəqələrdə itirilmiş əşyalar üçün belə bir yer nəzərdə tutulub və camaatın ondan xəbəri varsa, itirilmiş malı o yerə təhvil verməklə elan etmək vəzifəsi camaatın öhdəsindən götürülür.
    Məsələ 2200: Əgər bir il ərzində elan etdikdən və yaxud elan edilən bir yerdə saxlanıldıqdan sonra malın sahibi tapılmasa, tapan şəxs dörd işdən birini yerinə yetirməkdə azaddır:
    1- Hər vaxt sahibi tapılsa, mal mövcud olmadığı halda onun əvəzini ona verəcəyi məqsədi ilə onu özü üçün götürsün; 2- Əmanət kimi malı onun üçün saxlasın; 3- Allah yolunda sahibi tərəfindən sədəqə versin; 4- Onu şəriət hakiminin öhdəsində qoysun və müstəhəb ehtiyat, sədəqə vermək və yaxud müctəhidin öhdəsində qoymaqdır.
    Məsələ 2201: Əgər bir il elan etdikdən sonra malın sahibi tapılmasa və malı əmanət kimi onun sahibi üçün saxlasa və mal aradan getsə, beləki, əgər onu qorumaqda səhlənkarlıq etməyibsə və yaxud ifrata varmayıbsa zamin deyil; əgər sahibi tərəfindən sədəqə versə və sahibi tapıldıqdan sonra sədəqə verməyə razı olmasa, onun əvəzini verməlidir.
    Məsələ 2202: Həddi-büluğa yetməyən bir uşaq bir mal tapsa, vacib ehtiyata əsasən, onun vəlisi elan etməlidir. Belə ki, bir il ərzində onun sahibi tapılmasa, ötən dörd göstərişə əsasən, uşağın məsləhətinə uyğun əməl etməlidir.
    Məsələ 2203: Əgər elan etdiyi il əsnasında mal tələf olsa, zamin deyil. Əgər onun qorunmasında səhlənkarlı edib və yaxud ifrata varıbsa istisnadır.
    Məsələ 2204: Əgər bir malı tapsa və öz malı olduğunu güman edib götürsə, sonra onun özününkü olmadığını başa düşsə, onu götürdüyü yerdə qoya bilməz və ötən göstərişlərə əsasən, bir il ərzində elan etməlidir. Əgər öz ayağı ilə ona təkan versə, bu işin iradlı olmasına baxmayaraq, bu hökmə aid olmur.
    Məsələ 2205: Elan etdikdə əlamətləri aydın olmayan halda deməlidir. Əgər bir nəfər gəlib onun əlamətlərini desə və malın onunku olmasına əmin olsa, ona verməlidir. Lakin, əksər hallarda hətta mal sahibinin də diqqət yetirmədiyi əlamətləri deməsi lazım deyil.
    Məsələ 2206: Əgər qiyməti bir dirhəm və yaxud ondan da çox olan bir malı tapsa, belə ki, elan etməyib onu məsciddə və yaxud camaatın toplaşdığı yerdə qoyduqdan sonra tələf olsa və yaxud başqası onu götürsə, onu ilk dəfə tapan şəxs zamindir.
    Məsələ 2207: Əgər qaldıqda xarab olan bir mal tapsa, bəzi qida maddələri və meyvələr kimi, onu xarab olmadığı vaxta qədər saxladıqdan sonra onun qiymətini müəyyən edib, özü onu istifadə etsə və yaxud satsa, pulunu saxlamalıdır və sahibi tapılmasa onun tərəfindən sədəqə verməlidir. Müstəhəb ehtiyata əsasən, əgər şəriət hakiminə əli çatırsa, ondan icazə alsın.
    Məsələ 2208: Əgər tapdığı malı dəstəmaz aldıqda və yaxud namaz qıldıqda özü ilə yanaşı saxlasa və məqsədi bu yolla onu qoruyub, onun haqqında şəriət hökmlərinə əməl etmək olsa eybi yoxdur.
    Məsələ 2209: Əgər bir şəxsin ayaqqabısını aparıb yerinə başqa bir ayaqqabı qoysalar, belə ki, qalan ayaqqabının onun ayaqqabısını aparan şəxsin olduğunu və bu işin bilərəkdən baş verdiyini bilsə və o şəxs əlçatmaz olsa, o ayaqqabını öz ayaqqabısı yerinə götürə bilər və şəriət hakiminə əli çatdığı halda ondan icazə almalıdır. Əgər onun qiyməti ayaqqabısının qiymətindən çox olsa, onun sahibi tapıldığı zaman, artıq qiyməti ona verməlidir. Əgər onu tapmaqdan ümidsiz olsa, əlavə (qiyməti) sahibi tərəfindən sədəqə verər. Lakin, əgər qalan ayaqqabı onun ayaqqabısını aparan şəxsin olmadığına ehtimal versə və yaxud əmin olsa, onun sahibini tapmaqdan ümidsiz olsa, onu sədəqə verməlidir.
    Məsələ 2210: Əgər bir dirhəmdən dəyəri az olan malı tapıb məsciddə və yaxud başqa bir yerdə qoysalar və ona diqqət yetirməsələr, başqası onu götürsə, onun üçün halaldır.
    Məsələ 2211: Tapılmış əşyanın həqiqi sahibi tərəfindən Allah yolunda sədəqə verildiyi hallarda onu seyid və qeyri-seyidə vermək olar; o şəxs özü də müstəhəq olsa, götürə bilər.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 773 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024