İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    HEYVANLARIN BAŞININ KƏSİLMƏSİ VƏ OVLANILMASI
    Məsələ 2212: Əgər əti halal olan bir hevanın ev və yaxud çöl (vəhşi) heyvanı olmasından asılı olmayaraq, sonradan deyiləcək şərtlərə uyğun başını kəssələr, onun ətini yemək halaldır. Lakin insanın cinsi yaxınlıq etdiyi heyvanın və hətta balasının da əti haramdır. Həmçinin nəcis yeyən heyvanın hökmü də yuxarıdakı ilə eynidir. Əgər ona şəriətdə qeyd edilən göstərişlərə uyğun pak yemək verib, pak etsələr, istisnadır.
    Məsələ 2213: Əti halal olan çöl heyvanı, məsələn, ceyran, dağ keçisi, kəklik və s. və habelə, əti halal olan ev heyvanı çöl heyvanı olduqda, məsələn, inək, dəvə fərari olub, çöl heyvanına çevrilsə, əgər onu silah vasitəsi ilə (sonradan qeyd edilən göstərişlərə uyğun olaraq) ovlasalar, halaldır. Lakin əti halal ev heyvanını ovladıqda halal olmur; əhilləşdirilərək ev heyvanına çevrilən əti halal çöl heyvanı da eyni hökmə malikdir.
    Heyvanların başının kəsilməsi və ovlanılmasının hökmləri
    Məsələ 2214: Əti halal olan çöl heyvanı qaçmağa taqəti olduğu halda ovlanıldıqda halal olur. Belə olan halda qaça bilməyən ceyran və kəklik balası ovlanılmaqla halal olmur.
    Məsələ 2215: Balıq kimi atıcı qanı olmayan halal ətli heyvanın özü suda ölsə pakdır lakin, onun əti haramdır.
    Məsələ 2216: İlan kimi atıcı qanı olmayan heyvan başı kəsilməklə halal olmur, lakin cəsədləri pakdır.
    Məsələ 2217: Başları kəsilmək və şikar edilməklə it, donuz halal olmur və onların əti də haramdır. Əti haram olan yırtıcı və ət yeyən heyvanlar, məsələn, canavar, pələng kimi, deyilən göstərişlərə uyğun başları kəsilsə, yaxud ovlanılsa pakdır, lakin onun əti halal deyil və əgər ov iti ilə də onu ovlasalar, eyni hökmə malikdir.
    Məsələ 2218: Fil, ayı, buzinə, siçan və s. eləcə də ilan, kərtənkələ və bu kimi yerin altında yaşayan və atıcı qanı olan heyvan təbii olaraq ölsə murdardır, lakin onların başını kəssələr və yaxud ovlasalar pakdır.
    Məsələ 2219: Əgər diri heyvanın qarnından ölü bala gəlsə və yaxud çıxartsalar, onun əti haramdır.
    Heyvanların başını kəsmək qaydası
    Məsələ 2220: Heyvanın başını kəsdikdə əgər hülqum və boyunun iki böyük damarını tam şəkildə kəssələr kafidir. Lakin, müstəhəb ehtiyata əsasən, dörd böyük damarını yəni, boyunun iki böyük damarı və əlavə olaraq hülqum (nəfəs borusu), qida borusu boğazın altında olan çıxıntıdan kəsilməlidir.
    Məsələ 2221: Əgər bu damarlardan bəzilərini kəsib heyvanın ölməsinə qədər səbr edib sonra qalan (damarları) kəssələr faydasızdır. Hətta bu qədər səbr etməsələr də, təbii olaraq damarları ardıcıl kəsməsələr, heyvan diri olsa da belə, iradı var.
    Məsələ 2222: Əgər canavar qoyunun boğazını, baş kəsildikdə kəsilməli olan damarlardan heç nə qalmadığı halda qopartsa, o heyvan haram olur. Lakin, o damarlar sağlam və qoyun diri olsa, onun, qeyd edilən qaydalara əsasən, başını kəssələr, halaldır. Həmçinin, əgər bir heyvanın qeyri-şəriət hökmlərinə əsasən, başı kəsilsə pakdır, amma onun ətini yemək haramdır. Bu baxımdan qeyri-islami ölkələrdən gələn heyvanların başlarının kəsilməsini bilsək, dəri və gönləri pakdır.
    Heyvanların başının kəsilməsinin şərtləri
    Məsələ 2223: Heyvanın başının kəsilməsinin beş şərti var:
    1-Ehtiyat vacibə əsasən, başı kəsən müsəlman olmalıdır, nasibilər- Peyğəmbərin (səlləllahu əleyhi və alihi vəsəlləm) Əhli-beyti (ə) ilə düşmən olanlar kafir hökmündədirlər;
    2-Heyvanın başı dəmir və yaxud başqa filizdən olan iti cisimlə kəsilməlidir. Lakin, heyvanın başını kəsməyə ehtiyac olduqda, dəmir tapılmasa və yaxud heyvanın başı kəsilmədikdə öləcəksə, hər bir iti şeylə (şüşə, daş, iti taxta) damarlarını kəsmək mümkün olsa, onun başını kəsmək olar;
    3-Başı kəsən zaman heyvanın bədəni qibləyə tərəf olmalıdır və bilərəkdən qibləyə tərəf tutmasalar heyvan haram olur. Lakin unutqanlıq, məsələni bilməzlikdən və yaxud qiblənin səhv salınması nəticəsində heyvanı qibləyə tərəf tutmayıb başını kəssələr haram deyil;
    4-Başını kəsən zaman Allahın adı çəkilməlidir. "Bismillah” "Subhanəllah”, "La ilahə illəllah” deyilsə, kafidir və bunu hər bir dildə də (demək) caizdir. Lakin, baş kəsmək qəsdi olmadan Allahın adını desə, kafi deyil və unutqanlıq üzündən Allahın adını deməsə eybi yoxdur;
    5-Başı kəsiləndən sonra heyvan hərəkət etməlidir. Heyvanın diri olması gözünü, quyruğunu tərpətmək, ayağını yerə döyməklə məlum olmalıdır. Vacib ehtiyata əsasən, ondan qan kifayət qədər axmalıdır.
    Məsələ 2224: Heyvanın başını kəsən kişi, qadın və yaxud heyvanın başını kəsmək qaydalarını bilən həddi-büluğa yetməyən uşaq ola bilər. Lakin, kişi olduğu halda qadın və uşaqları bu işdən çəkindirmək yaxşıdır.
    Məsələ 2225: Texniki cihazlarla heyvanların başını kəsmək, şəriətə uyğun şərtləri baş kəsmək bəhsində qeyd edilənlərə uyğun olsa, caizdir və belə bir heyvan pak və halaldır.
    Məsələ 2226: Əgər bir neçə toyuq və yaxud heyvanı birgə kəssələr, bir dəfə "bismillah” demək kafidir. Həmçinin, cihazla vahid bir zamanda çoxlu heyvanın başını kəssələr (digər şərtlərlə malik olmaqla), bir "bismillah” (demək) kifayət edir və əgər cihaz daim hərəkətdədirsə, ehtiyata əsasən, hər dəfə Allahın adı çəkilməlidir.
    Dəvəni öldürmək qaydası
    Məsələ 2227: Dəvəni öldürmək üçün heyvanların başlarının kəsilməsində qeyd edilən beş şərtdən əlavə, bıçaq və dəmirdən olan kəsici şeyi, boyunun aşağısında olan çuxur yerə batırsınlar. Bu işə "nəhr” deyilir. Bəzi rəvayətlərə əsasən, dəvənin ayaq üstə olması yaxşıdır. Dizlərini yerə vurduğu və yaxud böyrü üstə uzandığı halda bədəninin qabağı qibləyə tərəf olsa, bıçağı boyunun aşağısında olan çuxura batırsalar, bunun da iradı yoxdur.
    Məsələ 2228: Əgər dəvəni nəhr etmək əvəzinə başını kəssələr və yaxud qoyunun, inəyin başını kəsmək əvəzinə nəhr etsələr, onların əti halal deyil. Lakin, bu işdən sonra heyvan diri olsa və tez onu şəriət göstərişlərinə uyğun öldürsələr əti haladır.
    Məsələ 2229: Əgər heyvan inadkar olsa və onu şəriətdə müəyyən olan göstərişlərə əsasən kəsə bilməsələr, yaxud quyuya düşüb ölməsi ehtimal edilsə və şəriətdəki qaydalara əsasən kəsilməsi mümkün olmasa, bıçaq kimi kəsici bir şeylə bədənini yaralasalr və həmin yaralanma nəticəsində can versə halaldır və üzü qibləyə olması lazım deyil. Lakin, heyvanların başının kəsilməsi haqqında deyilən sair şərtlərə malik olmalıdır.
    Heyvan kəsəndə müstəhəb və məkruh olan şeylər
    Məsələ 2230: Bəzi rəvayətlərə əsasən, heyvan kəsəndə bir neçə şey müstəhəbdir:
    1-Qoyunun başını kəsən zaman əl-ayağını açıq saxlamalı, inəyin əl-ayağını bağlamalı, dəvəni öldürdükdə iki əlini aşağıdan və yaxud qoltuğunun altından bir-birinə bağlamalı, ayaqlarını isə açıq saxlamalı və toyuğun başını kəsdikdən sonra qol-qanad vurması üçün azad buraxmalıdırlar;
    2-Heyvanı öldürən şəxs üzü qibləyə tərəf olsun;
    3-Heyvanı kəsməzdən öncə qabağına su qoymalıdırlar;
    4-Heyvanın əziyyət çəkməməsinə çalışmalıdırlar, məsələn, sürətlə başını kəsməlidirlər.
    Məsələ 2231: Müstəhəb ehtiyata əsasən, ruhu çıxmazdan öncə başını bədənindən ayırmasınlar. Bu baxımdan, heyvanları kəsmək üçün başını tamamilə ayıran cihaz hazırlasalar, haram olmur, baxmayaraq ki, başı tamamilə ayırmasa, yaxşıdır. Hər bir halda, cihazla kəsildikdə bütün şərtlərə riayət edilməlidir. Həmçinin, müstəhəb ehtiyata əsasən, heyvanın onurğa sümüyündə olan haram (onurğa) beynini can verməzdən öncə kəsməsinlər və heyvanın dərisini ayrımasınlar.
    Məsələ 2232: Bəzi rəvayətlərə əsasən, heyvanın başını kəsməkdə bir neçə şey məkruhdur:
    1-Bıçağı heyvanın hülqumunun arxasına basıb qabağa tərəf gətirirlər ki, hülqum arxadan kəsilsin;
    2-Heyvanı başqa heyvan gördüyü yerdə kəsmək;
    3-Gecə vaxtı və yaxud cümə zöhründən qabaq heyvanın başını kəsmək, lakin ehtiyac duyulduğu halda eybi yoxdur;
    4-İnsanın öz əli ilə bəslədiyi heyvanı kəsməsi.
    Məsələ 2233: Günümüzdə heyvanların başını kəsməyin asan olması, hissiz olub, rahatcasına və yaxud cihaz vasitəsi ilə başlarını kəsmək üçün bəzən onlara şok verirlər. Bu iş, şokdan sonra heyvan diri qalacağı halda iradsızdır.
    Silahla heyvanın şikar edilməsinin şərtləri
    Məsələ 2234: Əgər əti halal olan çöl heyvanını silah ilə ovlasalar 5 şərt ilə halal olur:
    1-Qılınc, bıçaq, xəncər kimi kəsici silahlar və yaxud güllələrinin iti olub-olmamasından asılı olmayaraq, tüfəng və s. olmalıdır; heyvanın bədənini parçalamalı və ordan qan axmalıdır. Əgər heyvanı tora salmaqla, çubuq, daş və s. kimi şeylərlə şikar etsələr haramdır. Amma ona diri halında çatdıqdan sonra tutub başını şəriət qaydalarına əsasən kəssələr, haram olmaz.
    2-Vacib ehtiyata əsasən, şikarçı müsəlman, yaxud yaxşı-pisi başa düşən müsəlman uşağı olmalıdır.
    3-Silahı heyvanı şikar etmək üçün işlətsin. Amma məsələn, başqa yeri nişan aldıqdan sonra təsadüfən heyvana dəyib öldürsə, o heyvanın ətini yemək haramdır.
    4-Silahı işə salanda Allahın adını desin. Amma unutsa, eybi yoxdur.
    5-Heyvana çatanda ölmüş olsa, yaxud diri olsa da başını kəsmək qədər vaxt olmasa. Əgər baş kəsmək qədər vaxt olsa və heyvanın başını kəsməkdə səhlənkarlıq etdiyindən ölsə, haramdır.
    Şikarın hökmləri
    Məsələ 2235: Əgər iki nəfər bir heyvanı şikar etsələr, biri müsəlman, digəri kafir olsa və yaxud biri Allahın adını desə, digəri bilərəkdən deməsə, vacib ehtiyata əsasən, o heyvan haramdır.
    Məsələ 2236: Əgər bir heyvanı güllə ilə vurduqdan sonra suya düşsə və onun güllə və suya düşmək vasitəsi ilə öldüyünü bilsə, halal deyil. Habelə, əgər yalnız güllə (ölüb-ölməmədiyində) şəkk etsə halal deyil.
    Məsələ 2237: Əgər qəsb edilmiş silah və yaxud itlə bir heyvanı ovlasa, şikar halaldır və onun malı hesab edilir. Lakin günah etmişdir, silah və yaxud itin icarə pulunu sahibinə verməlidir.
    Məsələ 2238: Şikar etmək düzgün olan silah və yaxud qılıncla, əvvəldə deyilən şərtlərə uyğun, bir heyvanı iki parça edib, baş-boyun bir tərəfdə qalsa, əgər heyvan öləndən sonra çatsa və həmçinin diri olub, lakin başını kəsməyə vaxt az olsa, hər iki tərəf halaldır. Amma başı kəsməyə vaxt varsa, baş olmayan tərəf haramdır və baş olan tərəf şəriət hökmlərinə əsasən kəsilsə halaldır.
    Məsələ 2239: Əgər şikar etmək düzgün olmayan üsulla, məsələn, tora salma, çubuq, daş və s. vasitə ilə bir heyvanı iki parça etsə, baş-boyun olmayan tərəf hər bir halda haramdır. Amma baş-boyun olan tərəf əgər diri olsa və onun başını şəriət göstərişlərinə uğun kəssələr halaldır.
    Məsələ 2240: Bir heyvanın başını kəssələr və yaxud şikar edib qarnından diri bala çıxartsalar, əgər o balanın şəriət qaydalarına əsasən başını kəssələr halal, əks təqdirdə isə haramdır. Amma bala anasını şikar etmək və yaxud başını kəsməklə ölsə, onun qarnında ölsə halaldır, bir şərtlə ki, bala kamil şəkildə formalaşmış olmalı, bədənində tük, yun çıxmalıdır.
    Ov itləri ilə şikar etməyin şərtləri
    Məsələ 2241: Əgər ov iti ilə əti halal olan çöl heyvanını ovlasalar, bu heyvan 5 şərtlə halal olar:
    1-İt elə əhilləşdirilməlidir ki, ov dalınca göndəriləndə getsin, göndərilməyəndə getməsin. İtin ov etmək üçün əhilləşdirilməsi kifayət edir və hətta gözü şikara düşdükdə özü hərəkət edib, ova tərəf getsin. Lakin vacib ehtiyata əsasən, sahibi çatmazdan öncə ovu yeməyə adət edibsə, onun ovundan pəhriz edilməlidir. Amma bəzən ovu və yaxud yalnız qanını yeyirsə eybi yoxdur.
    2-İti göndərən şəxs vacib ehtiyata əsasən, müsəlman və yaxud yaxşı-pisi ayıra bilən müsəlman uşağı olmalıdır. Peyğəmbərin (s) Əhli-beytinə (ə) düşmənçilik edən şəxs müsəlman deyil və onun ovu iradlıdır.
    3-İti göndərən və yaxud hərəkət edən zaman Allahın adını çəkməlidir, lakin unutqanlıq üzündən deməsə eybi yoxdur. İti göndərməzdən öncə Allahın adını çəkmək lazım deyil, əksinə it ova çatmazdan öncə Allahın adını desə halaldır.
    4-Şikar itin dişindən aldığı yara nəticəsində ölsün. Bu baxımdan, əgər it ovunu boğsa, çox qaçmaqdan və yaxud qorxudan ölsə halal deyil.
    5-İti göndərən şəxs şikar öləndən sonra çatsa və yaxud diri olsa, lakin başını kəsməyə vaxt olmasa, əgər baş kəsmək qədər vaxt olan bir zamanda çatsa, məsələn, gözünü tərpədir, ayağını yerə döyürsə, heyvanın başını şəriət göstərişlərinə əsasən kəsməlidirlər, əks təqdirdə haramdır.
    Ov itləri ilə şikar etməyin hökmləri
    Məsələ 2242: İti göndərən şəxs heyvanın başını kəsə biləcək bir vaxtda çatsa, lakin bıçağı olmasa və yaxud bıçağı tapmağa müəyyən vaxt lazım olsa, əgər heyvan ölsə vacib ehtiyata əsasən, ətindən çəkinmək lazımdır.
    Məsələ 2243: Əgər bir neçə iti ov dalınca göndərsələr, onların hamısı yuxarıda deyilən şərtlərə malik olsa, şikar halaldır. Əgər onlardan bəziləri bu şərtlərə malik olmasa, şikar haramdır.
    Məsələ 2244: Əgər əhilləşdirilmiş iti bir heyvanın dalınca göndərsələr, lakin o başqa heyvanı şikar etsə, eybi yoxdur; həmçinin, o heyvanı başqa bir heyvanla birgə şikar etsə, hər ikisi halaldır.
    Məsələ 2245: Əgər bir neçə nəfər bir iti göndərsələr və onlardan biri kafir olsa və yaxud adətən Allahın adını çəkmirsə və yaxud bir neçə iti göndərsələr və onların biri əhilləşdirilməmiş olsa, vacib ehtiyata əsasən, o şikarın ətindən pəhriz etmək lazımdır.
    Məsələ 2246: Əgər ov itindən başqa şahin və ov quşu bir heyvanı şikar etsə, o şikar halal deyil. Amma əgər heyvanın diri olduğu vaxt çatıb, şəriət qaydalarına əsasən başını kəssələr, halaldır.
    Balıq ovu
    Məsələ 2247: Halal balıq, pulunun az və yaxud çox, böyük və yaxud kiçik olmasından asılı olmayaraq, pullu balıqdır. Hətta pulu zəif olan, torda tutulan zaman tökülən balıqlar da halaldır. Əgər mikroskop və bu kimi s. cihazlarla göürünsə, lakin camaat ona pul deməsə faydasızdır.
    Məsələ 2248: Əgər balığı suda diri tutduqdan sonra sudan xaricdə ölsə pak və halaldır. Hətta suda olan torda belə ölsə, halaldır.
    Məsələ 2249: Əgər balıq sudan kənara düşsə, yaxud dalğalar onu kənara atsa, yaxud da su çəkilsə və balıq quruda qalıb ölsə, haramdır. Lakin ölməmişdən qabaq bir kəs onu əl ilə, yaxud başqa vasitələrlə tutduqdan sonra ölsə halaldır.
    Məsələ 2250: Balığı tutan şəxsin müsəlman olması, onu götürən vaxt Allahın adını deməsi lazım deyil. Lakin, onu sudan diri tutması və yaxud tora düşdükdən sonra ölməsi məlum olmalıdır.
    Məsələ 2251: Əgər balıq müsəlman bazarından və yaxud müsəlman şəxsdən alınsa, hətta onu sudan diri tutmaları məlum olmasa belə, halaldır və axtarış aparmaq da lazım deyil. Lakin kafirdən alınsa və balığın diri tutulub-tutulmaması, tora diri düşüb-düşməməsi məlum olmasa haramdır.
    Məsələ 2252: Diri kiçik balıqları yeməyin iradı var. Əgər zəruri halda dərman kimi istifadə edilsə də iradı var.
    Məsələ 2253: Əgər diri balığı kabab etsələr, yaxud sudan kənarda, can verməmişdən qabaq öldürsələr, yeyilməsinin eybi yoxdur.
    Məsələ 2254: Əgər balığı sudan xaricdə iki yerə bölsələr, bir hissəsi diri halda suya düşüb ölsə, sudan kənarda qalan hissəni yeməyin iradı var.
    Məsələ 2255: Krevet (meyqu) suda yaşayan halal heyvanlardandır. Amma quruda yaşayan, lakin balıq adı qoyulan səmənqur balığı haramdır. Əgər zəruri halda dərman kimi istifadə edilsə, istisnadır.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1033 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024