İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    DİFA, ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR
    Difanın (müdafiənin) hökmləri
    Məsələ 2411: Düşmənin İslam məmləkətləri və onların sərhəddinə hücumu müqabilində müsəlmanların müdafiəyə (difaya) qalxması vacibdir. Difada insanın hücum edilən məmləkətdə yaşaması şərt deyil. Əcnəbilərin İslam məmləkətlərinə və İslami müqəddəsliklərə hücumu qarşısında bütün dünya müsəlmanlarının bir-birini müdafiə etməsi zəruridir. Müsəlmanlar malları, canları, istənilən bir vasitə ilə müdafiəyə qalxmalıdırlar. Bu işdə şəri hakimin icazəsinə ehtiyac yoxdur. Amma müdafiə proqramlarının nizamlı şəkildə həyata keçməsi üçün şəri hakimin nəzarəti altında imkan daxilində agah və etibarlı komandan təyin olunmalıdır.
    Məsələ 2412: Əgər müsəlmanlar əcnəbilərin bilavasitə və ya daxili amillər vasitəsi ilə İslam məmləkətinə hücumundan ehtiyatlansalar bütün vəzifəlilərə vacibdir ki, istənilən bir vasitə ilə bu hücum qarşısında dayanıb İslam məmləkətini müdafiə etsinlər.
    Məsələ 2413: Biganələrin siyasi, iqtisadi nüfuzlarını genişləndirməklə İslam məmləkətinə hakim olacaqlarına qorxu yaransa, bu nüfuzun qarşısını almaq hamı üçün vacibdir. Qeyri-İslami dövlətlərlə yaradılan siyasi rabitələr müsəlmanların zəifləməsinə və əsarətinə səbəb olmamalıdır. Bu rabitələr sayəsində qeyri-İslami məmləkətlərdən iqtisadi asılı vəsiyyətə düşmək yol verilməzdir.
    Əmr be məruf və nəhy əz münkər (yaxşılığa dəvət və pisliyə qadağa)
    Məsələ 2414: Əmr be məruf və nəhy əz münkər bütün ağıllı, büluğ həddinə çatmış şəxslərə müəyyən şərtlər daxilində vacibdir:
    1. Əmr be məruf və nəhy əz münkər etmək istəyən əmin olmalıdır ki, qarşı tərəf haram işlə məşğuldur və ya vacibi tərk etmişdir:
    2. Əmr və qadağanın təsirli olacağı ehtimal edilməlidir. Bu təsir dərhal və ya tədrici, kamil və ya naqis ola bilər. Təsir ehtimalı olmadıqda bu iş vacib olmur;
    3. Əmr və qadağada fəsad və zərər olmamalıdır; insan bilsə və ya qorxsa ki, onun əmr və qadağası onun özünün və ya möminlərin canına, malına və şəxsiyyətinə ciddi zərər vura bilər, bu iş vacib olmur. Amma əmr və qadağa müqəddəs İslam şəriətinin ciddi əhəmiyyət verdiyi işlərdən olsa (məsələn, İslam və Quranın, İslam məmləkətlərinin istiqlalının qorunması) zərərə baxmadan, candan və maldan keçməklə bu vəzifə yerinə yetirilməlidir.
    Məsələ 2415: İslamda bidət yaransa (zalım dövlətlərin İslam adı ilə gördüyü çirkin işlər kimi) hər bir şəxsə, xüsusi ilə din alimlərinə vacibdir ki, haqqı deyib, batili inkar etsinlər. Din alimlərinin sükutu elm və İslam alimlərinə sui-zənnə səbəb olarsa, istənilən bir şəkildə haqqı bəyan etmək vacibdir. Bunun təsirsiz qalacağı bilinsə də, addım atılmalıdır.
    Məsələ 2416: Düzgün ehtimal edilsə ki, sükut pis işin yaxşı, yaxşı işin pis iş kimi tanınması ilə nəticələnəcək, hamıya, xüsusi ilə İslam alimlərinə haqqı demək vacibdir və sükut yolverilməzdir.
    Məsələ 2417: Əgər İslam alimlərinin və başqalarının sükutu zalımı gücləndirərsə və ya ona cəsarət verərsə, haqqı deyib batili inkar etmək vacibdir. Bunun təsiri ötəri olsa da addım atılmalıdır.
    Məsələ 2418: Əgər bəzi möminlərin və din alimlərinin zalım üsul-idarədə vəzifə tutması fəsad və günahın qarşısını alarsa, onlar bu vəzifəni qəbul etməlidir. Əlbəttə böyük zərər olduqda bu addım atılmır. Məsələn, möminlərin və ya alimlərin zalım rejimdə iştirakı xalqın əqidəsini süstləşdirərsə və ya İslam alimlərinə etimada zərbə vurarsa, bu işə yol verilmir.
    Məsələ 2419: Əmr be məruf və nəhy əz munkərin mərtəbələri var. Bəzi mərtəbələrin icrası üçün şəri hakimin icazəsinə ehtiyac var. Dil, qəlb və nəsihətlə əmr be məruf üçün şəri hakimin icazəsinə ehtiyac yoxdur. Tərbiyələndirmə ümidi ilə etinasızlıq göstərmək əlaqələri kəsmək də bu qəbildəndir. Bu sayağı hərəkət təsir göstərməsə, tünd və qəzəblə danışmağa icazə verilir. Bu halda zorla olsa da, günahkarın qarşısı alınır. Ya da günah vasitələri günahkarın əlindən alınır. Amma əmr be məruf və nəhy əz münkərdə zora əl atmaq, mülkə toxunmaq zəruri olarsa, şəri hakimin icazəsi olmadan addım atmaq olmaz. Bu qəbil rəftarlarda şəri hakim tərəfindən təyin olunmuş ölçülərə riayət edilməlidir.
    EHTİYAC DUYULAN AKTUAL MƏSƏLƏLƏR
    Bank və xeyriyyə fondlarının müamilələri
    Məsələ 2420: Xalqın banklardakı cari hesablara yatırdığı pullar qərzül-həsənə, yəni xeyriyyə məqsədi ilə borc mahiyyəti daşıyır. Onlar istədikləri vaxt bu pulu geri ala bilər. Əgər verilən pul müqabilində qazanc nəzərdə tutularsa haramdır. Bu halda borc da batildir və bank həmin puldan istifadə edə bilməz.
    Məsələ 2421: İnsanların banka yatırdığı qısa müddətli və uzun müddətli pullar və nəzərdə tutulan qazanclar yalnız şəri ölçülər çərçivəsində halaldır. Bu pullar müzaribə və şirkət kimi dini müamilələr şəklində mümkün sayılır. Pul verən şəxs əmin olmalı və ya ehtimal etməlidir ki, bank onun vəkili olaraq müştəri ilə müamilələrdə şəri ölçüləri nəzərdə saxlayacaq. Amma əmin olsa ki, bütün deyilənlər zahiridir və kağız üzərindədir, götürülən qazanc haram olur.
    Məsələ 2422: Şəxslərin banklardan qərzül-həsənə adı ilə götürdüyü pullar və ödədikləri əlavələr yalnız şəri ölçülərlə nizamlandıqda halaldır. Şəri ölçülər nəzərdə tutulmasa bu əməliyyatlar sələm yönümlü olur.
    Məsələ 2423: İnsan bilsə ki, bankda həm halal, həm də haram pullar var, amma hansı puldan ona verildiyini bilməsə, həmin pulu ala bilər. Amma əmin olsa ki, ona verilən pul haram puldur, bu puldan istifadə edə bilməz. Bu qəbil pullar vacib ehtiyata əsasən şəri hakimin icazəsi ilə onun əsil sahibi tərəfindən sədəqə verilməlidir. Bu əməliyyatlarda bankın daxili və ya xarici, dövləti və ya qeyri-dövləti olmasının fərqi yoxdur.
    Məsələ 2424: Xarici, qeyri-müsəlman banklarından qazanc almaq olar. Amma müsəlman banklarından qazanc almaq haramdır.
    Məsələ 2425: Bank və ticarət köçürmələri halaldır. Bank və ya tacir bir şəxsdən pul alıb, ona qəbz verir və həmin pulu başqa bir yerdə ona ödəməyi öhdəsinə götürür. Pulun köçürülməsi üçün pul sahibindən nə isə alır. Belə bir müamilə halaldır. Köçürmə haqqını həmin puldan çıxmaq və ayrıca götürmək olar. Eləcə də, bank və ya müəssisə bir şəxsə pul verib onu başqa bir məhəldə bankın şöbəsinə çatdırmağı tapşırarsa, ona verdiyi zəhmət haqqı halaldır.
    Məsələ 2426: Girov bankları borc verib qazanc götürmək məqsədi ilə girov alsalar həm borc batildir, həm bankın girov malı satmağa haqqı yoxdur. Girov malı alan şəxs də ona sahib olmur.
    Məsələ 2427: Xeyriyyə fondlarının əmək haqqı ünvanında pulların saxlanması üçün verdiyi haqlar halaldır. Amma vacib ehtiyat budur ki, bu məbləğ bankın ümumi xərclərinə uyğun olsun. Belə olmasın ki, pulun qazancı əmək haqqı adı ilə alınsın. Xeyriyyə fondları (qərzül-həsənə sandıqları) verilən borc müqabilində heç bir şərt qoya bilməz. Məsələn, deyə bilməzlər ki, verilən borca görə işçiyə əmək haqqı verilməlidir. Demək, alınan əmək haqqı borcdan ayrı olmalıdır.
    Məsələ 2428: Bəzi xeyriyyə fondları öz sərmayələrini ticarət və sərmayə işlərinə yatırır. Beləcə, götürülən qazancla fondun xərcləri ödənir. Bu iş o zaman mümkündür ki, pul sahibləri əməliyyatlardan xəbərdar olub buna icazə versinlər. Götürülən qazanc da yalnız bankın xərclərinə sərf edilsin.
    Siftə və çek
    Məsələ 2429: "Siftə” dedikdə pul yox, borcu təsdiqləyən sənəd nəzərdə tutulur. Bu kağızla müamilə başa çatmır. Siftə iki qisimdir:
    1. Borclunun borc sahibinə verdiyi siftə həqiqi siftədir;
    2. Bir dostun borclu olmadığı dosta verdiyi siftə dostcasına siftədir. Dostcasına siftə verilir ki, bu siftə üçüncü bir şəxsə çatdırılsın və ondan nağd pul götürülsün.
    "Çek” də siftə kimi iki qisimdir:
    1. Həqiqi və müddətli çek bir şəxsin o birindən tələbini göstərir. (Məsələn, mal əvəzində çek verilir.) Bu qəbil müddətli çeki aşağı qiymətə tələbkar şəxsə nağd vermək olar. Onu üçüncü bir şəxsə az qiymətə satmaq da olar;
    2. Dostcasına çek odur ki, bu çek tələb edilmədiyi halda verilir. Belə bir halda onunla müamilə edilməsinə irad var.
    Məsələ 2430: Həqiqi siftəni bir şəxs başqa birinə aşağı məbləğə versə, (üç ay müddəti olan 1000 manatlıq siftəni 900 manata nağd dəyişsə) bu qəbil siftə müamiləsinə irad yoxdur. Amma dostcasına siftə ilə müamiləyə irad var. Çünki burada həqiqi borc yoxdur. Problemin aradan qaldırılması üçün göstərilən yolların heç biri nöqsansız deyil.
    Məsələ 2431: Siftədə imzası olan şəxsə müraciət edilə bilər. Yəni siftə verən borcunu vaxtında ödəməsə borc sahibi siftə üzərində imzası olan şəxsdən tələb edə bilər. Siftəni imza edənlər borca zamin qalır. Həmin şəxs ödəmədikdə imza edənlər ödəyir.
    Məsələ 2432: Müxtəlif valyutaların müamiləsi halaldır. Yəni İran pulunu Səudiyyə rialına müamilə etmək olar. Amma bir şəxsə müəyyən miqdarda borc verən şəxs həmin pulun İran və ya xarici pul olmasından asılı olmayaraq, verdiyi qədər ala bilər. Aldığı artıq sələm sayılır və haramdır. Məsələn, bir şəxs 100 dollar borc versə, sonra əvəzində iran rialı almağa məcbur olsa, günün qiyməti ilə hesablaşmalıdır.
    Sərqofli
    Məsələ 2433: "Sərqofli” dedikdə icarəçinin sahibə ödədiyi və ona icarədə üstünlük haqqı verən pul nəzərdə tutulur. Bu pulu ödəyən icarəçi mülkün icarəsində başqalarından önəmli haqqa malikdir. Qədimdə sərqofli olmamışdır. Bu gün belə bir məfhumdan istifadə olunur və sərqofli aşağıdakı şərtlərlə düzgün sayılır:
    Sərqofli miqdarı məlum olmalıdır. Tərəflər razılıqla müamiləni yerinə yetirməlidir. Onlar büluğ həddinə çatmış, ağıllı, yetkin olmalı, sərqofli və onun şərtlərini bilməlidirlər.
    Məsələ 2434: Mülk sahibi öz mülkünü icarəyə verib icarə haqqından əlavə sərqofli ala bilər. Bu halda sahib icarə haqqı başa çatsa da öz mülükünü başqasına icarəyə verə bilməz. Amma sərqofli ödəmiş icarəçi razı olsa, mülkü başqa birinə icarəyə vermək olar. Birinci icarəçi mülkün sərqoflini başqa birinə az və ya çox qiymətə həvalə edə bilər.
    Məsələ 2435: Əgər sərqofli ödənmiş mülkün icarə müddəti başa çatsa, sahib mülkü həmin icarəçiyə və ya onun razılıq verdiyi başqa birinə təqdim etməyə vəzifəlidir. Belə bir məqamda icarə haqqı günə uyğun mütəxəssis qiyməti əsasında təyin edilir.
    Məsələ 2436: Mülkü icarəyə götürmüş və sərqofli ödəməmiş şəxs sərqofli müddəti başa çatdıqdan sonra ev sahibindən icazəsiz həmin mülkdə qala bilməz. Əgər evi boşaltmasa qəsbkar və mülkə zamin sayılır. İcarə qiyməti, artımlar onun öhdəsinədir. Mülk sahibinin icazəsi olmadan belə birindən mülkü icarəyə götürmək olmaz.
    Məsələ 2437: Bir şəxs sərqofli verməklə bir mülkü icarəyə götürsə, icarə müddəti tamam olmamış mülkü digər birinə icarəyə verə bilər. O həmin şəxsdən istədiyi miqdarda sərqofli ala bilər. İcarəçinin dəyişməsində mülk sahibinin də razılığı şərtdir. Amma bu haqq öncədən icarəçiyə verilmişsə, mülk sahibinin razılığına ehtiyac yoxdur.
    Sığorta
    Məsələ 2438: Sığorta sığortalanan şəxs və sığorta şirkəti arasında müqavilədir. Sığortalanan şəxs şirkət və ya şəxsə ödədiyi pul müqabilində düşdüyü zərərlərin ödənməsini həmin tərəfdən tələb edə bilər. Ticarət malları, tikililər, avtomobillər, gəmilər, təyyarələr, fəhlə və qulluqçular, insanın həyatı və bu kimi digər şeylər sığortalana bilər.
    Məsələ 2439: Sığorta müqaviləsində iştirak edən tərəflər büluğ həddinə çatmış və ağıllı olmalıdır. Onlar müqaviləni öz istəkləri ilə imzalamalıdır. Tərəflərdən heç biri ağılsız olmamalı, sığortada aşağıdakı şərtlər nəzərdə tutulmalıdır:
    1. Sığorta ünvanı təyin edilməlidir. Məsələn, hər hansı nəqliyyat vasitəsi, tikili və şəxs;
    2. Sığorta müqaviləsində tərəflərin təyini;
    3. Sığortalanan şəxsin ödəməli olacağı məbləğin müəyyənləşdirilməsi;
    4. Sığorta müddətinin təyini. Məsələn, filan gündən filan günədək və ya bir il müddətinə;
    5. Hansı zərərlər müqabilində sığorta haqqının ödənməsi. Məsələn, yanğın, xəstəlik, oğurluq, ölüm və başqa bu kimi səbəblər;
    6. Sığortalanan şeyin qiymətinin təyini. Məsələn, evin 30 milyon və ya başqa bir qiymətə sığortalanması.
    Məsələ 2440: Sığorta əqdi siğəsini istənilən bir dildə oxumaq olar. Sığorta müqaviləsi yazılıb imzalana bilər.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 467 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019