İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    TƏLQİH (QADININ MAYALANDIRILMASI)
    Məsələ 2441: Tibbi vasitələrlə kişinin spermasını onun zövcəsinin bətninə köçürmək olar. Amma bu işdə müqəddimələr şəri və halal olmalıdır, haramdan çəkinmək zəruridir.
    Məsələ 2442: Kişinin sperması zövcəsinin bətninə köçürüldüyü zaman (halal və ya haram müqəddimələrlə) doğulan uşaq halalzadə sayılır. Bu uşaq həmin kişi və qadının uşağıdır. Ona bütün övlad hökmləri tətbiq edilir. (İrs, nəfəqə və s.)
    Məsələ 2443: Naməhrəm kişinin spermasını qadının bətninə köçürmək olmaz. Bu işdə qadın və ya onun ərinin icazəsi şərt deyil. Belə bir iş görülsə və uşaq doğulsa, iş şübhəli vəziyyətdə həyata keçmişsə (kişi güman etmişsə ki, öz zövcəsidir və qadın güman etmişsə ki, öz ərinin spermasıdır və sonradan məlum olmuşsa ki, belə deyil) uşaq həmin kişi və qadınınkı sayılır və bütün övladlıq haqlarından faydalanır. Amma bu iş bilərəkdən görülsə, doğulan uşaq onların övladı sayılmır, irs və bu kimi haqlardan faydalanmır. Amma doğulan uşaq sperma sahibi, qadın və onun yaxınları ilə məhrəmlik haqlarına malik olur.
    Orqanların köçürülməsi
    Məsələ 2444: Ürəyin, böyrəyin, bədən üzvlərinin köçürülməsi mümkündür. Bu üzvlər diri və ölü şəxsdən götürülə bilər. Meyitin müsəlman və ya qeyri-müsəlman olmasının fərqi yoxdur. Amma müsəlman meyitin orqanını o vaxt götürmək olar ki, başqa bir müsəlmanın həyatı bundan asılı olsun. Hər halda ehtiyata əsasən müsəlman meyitdən götürülən üzvün diyəsini fiqh kitablarında göstərildiyi qaydada ödəmək lazımdır.
    Məsələ 2445: Əgər bir şəxs həyatda olduğu vaxt orqanlarından istifadə üçün icazə versə və ya öldükdən sonra onun qəyyumları belə bir icazə versə, diyə və digər hökmlər dəyişmir və ehtiyat budur ki, istənilən bir halda diyə ödənsin.
    Məsələ 2446: Sağlam insanın bədən üzvünü götürüb başqa bir insana köçürmək, məsələn, iki böyrəyi olan şəxsin bir böyrəyini böyrəyi fəaliyyətdən düşmüş insana köçürmək orqan sahibinin razılığı ilə mümkündür. Amma böyrəyi götürülənin həyatı üçün təhlükə yaranmamalıdır. Ehtiyat budur ki, pul aldıqda üzvün özünə görə yox, onun götürülməsinə icazə müqabilində alsın.
    Məsələ 2447: Müalicə, əməliyyat və ya həyatı qorumaq məqsədi ilə bir insanın qanını o birinə köçürmək olar. Bu qanın müsəlman və ya kafir, kişi və ya qadın qanı olmasının fərqi yoxdur. Bu məqsədlə qan alış-verişinin eybi yoxdur.
    Məsələ 2448: Ölüdən və ya diridən hər hansı orqanı götürsələr və digər bir şəxsə köçürsələr bu orqan murdar və meyit sayılmır və onunla namaz qılmaq olar.
    Məsələ 2449: Tibbi məqsədlə müsəlman meyitini bir neçə şərt ödəndikdə yarmaq olar:
    1. Bu işdə məqsəd müsəlmanların qurtuluşu məqsədi ilə tibbi məlumatlar əldə edilməsi olmalıdır. Belə ki, meyiti yarmadan bu məlumatları əldə etmək mümkün olmasın;
    2. Qeyri-müsəlman meyiti əldə etmək mümkün olmasın;
    3. Ehtiyac həddi ilə kifayətlənmək lazımdır. Deyilən şəraitdə meyitin yarılması hətta vacibdir. Qeyri-müsəlman meyitini yarmaq üçün isə bu şərtlər ödənməyə də bilər.
    Məsələ 2450: Yarılacaq meyit müsəlmansa və ona qüsl verilmişsə, ona toxunmaqla qüsl vacib olmaz. Başqa hallarda hər dəfə ölüyə toxunduqdan sonra meyitə toxunmaq qüslü vacib olur. Qüsl vermək məşəqqətə səbəb olarsa, təyəmmüm etmək olar. Amma yarılma işi ətsiz sümükdə və ya qəlb və beyin kimi bir orqanda aparılarsa qüslə ehtiyac yoxdur. Meyit yarılarkən əlcəkdən istifadə edilsə qüsl vacib olmaz.
    Məsələ 2451: Əgər meyitin yarılması şəri qaydada yerinə yetirilərsə onun diyəsi yoxdur.
    MÜZARIBƏ
    Məsələ 2452: "Müzaribə” dedikdə bir fərd və ya qrupun sərmayə yatırması, başqa fərd və ya qrupun bu sərmayə ilə işləməsi nəzərdə tutulur. Bu işin gəliri müqavilə şərtlərinə uyğun olaraq bölünür və hər kəs öz payını götürür.
    Məsələ 2453: Müzaribənin qızıl və ya gümüş sikkələri ilə aparılması vacib deyil. İstənilən bir malla müzaribə etmək olar. Eləcə də, şərt deyil ki, ticarət sahəsinə sərmayə yatırılsın. İstehsal sahələrinə də sərmayə yatırmaq olar. Bu əsasla fabrik və zavod səhmlərini alıb onların qazancından istifadə etmək düzgün sayılır.
    Məsələ 2454: Müzaribədə iki tərəfin payı faizlə hesablanmaya da bilər. Onlar hansısa bir miqdar müəyyənləşdirə bilərlər. Məsələn, filan sərmayə müqabilində 10 min manat qazanc nəzərdə tutula bilər. Bir şərtlə ki, müzaribənin qazancı təyin olunmuş miqdardan artıq olsun. Əgər əskik olarsa, müzaribə düzgün deyil.
    Məsələ 2455: Bankların şəxslərin pulu ilə həyata keçirdiyi müzaribədə şəri qaydalar gözlənilərsə və iş təkcə kağız üzərində getməzsə, belə bir müzaribə düzgündür və onun qazancı halaldır.
    Məsələ 2456: Müzaribədə işçinin günahı olmadan zərər yaranarsa, bu zərər sərmayəyə aiddir. Onu işçinin hesabına yazmaq və iki tərəf arasında bölmək olmaz.
    MÜXTƏLİF MÖVZULARDA MƏSƏLƏLƏR
    1. Meyitə təqliddə qalmaq: əməl edilmiş məsələlərdə meyitə təqliddə qalmaq olar. Meyit ələm olmuşsa bu iş vacibdir.
    2. Çəpik çalmaq: çəpik çalmağın eybi yoxdur. Amma məscidlərdə və hüseyniyyələrdə bu iş görülməməlidir.
    3. Rəqs etmək: yalnız qadın öz əri üçün rəqs edə bilər. Qalan hallarda rəqs edilməsinə irad var.
    4. Şahmat: əgər şahmat xalqın nəzərində qumar halından çıxmışsa və idman oyunu kimi tanınırsa, şahmat oynamağın eybi yoxdur.
    5. Udub-uduzmadan kart (poker) oynamaq: əgər kart oyunu xalqın nəzərində qumar halından çıxmışsa və əyləncə sayılırsa, udub-uduzmadan bu oyunu oynamağın eybi yoxdur.
    6. Saqqalı qırxmaq: ehtiyata əsasən bu işi görməmək lazımdır.
    7. Musiqi: eyş-işrət, fəsad məclisinə münasib olan bütün səslər və musiqilər haramdır. Başqa musiqilər isə halal sayılır. Bu musiqiləri fərqləndirmək üçün ürf əhlinə müraciət olunur.
    8. Ana əvəzi dayə: bu iş prinsipcə mümkündür. Amma adətən haram baxış və toxunmaqla müşayiət olunduğundan yalnız zəruri hallarda caiz sayılır.
    9. Hamiləliyin qarşısının alınması: hamiləliyin qarşısını almaq üçün zərərsiz və şəri bütün vasitələr kişidə və qadında sonsuzluq yaratmamaqla caizdir. Belə ki, bu vasitələr kişi və qadını birdəfəlik nəsilvermə qabiliyyətindən məhrum etməməlidir. Amma qeyri-şəri baxış və toxunmaqla müşayiət olunduqda yalnız fərdi və ictimai zərurət səbəbindən mümkün sayılır.
    10. Abort: ana üçün mütləq və mühüm bir zərər qorxusu olduqda ilk mərhələdə mümkün sayılır.
    11. Cinsiyyətin dəyişdirilməsi: cinsiyyəti dəyişmək prinsipcə mümkündür. Amma bu işdə şəri müqəddimələrdən istifadə edilməlidir. Yanı bu işdə haram baxış və toxunuş olmamalıdır. Yalnız xəstə həkimə müraciət etdiyi vaxt zəruri həddə caiz sayılır.
    12. Bank yatırımlarının hökmü: şəri qaydalar gözlənilsə, bank məsullarına bu şərtlərə riayət olunmaqla vəkalət verilsə halaldır.
    13. Silsilə mağazaların aksiyaları: əgər məsullara şəri qaydaları gözləməklə vəkalət verilsə, eybi yoxdur.
    14. Televizorda naməhrəm qadınlara baxmaq: bu baxış fəsad və azğınlığa səbəb olmazsa caiz sayılır.
    15. Məscid binasının sökülməsi: əgər məscidi təmir və genişləndirmək zəruridirsə, bunun eybi yoxdur.
    16. Məsciddə istifadəyə yaramayan qab və əşyaların hökmü: əgər məscidin qab-qacaqları və əşyaları həmin məsciddə və ya digər məscidlərdə istifadəyə yararsızdırsa, onları satıb oxşar əşyalar ala bilərlər.
    17. Dağılmış məscidin avadanlıqlarının köçürülməsi: əgər bu avadanlıqlar başqa məscidlərdə istifadə oluna bilərsə, onlara verilməlidir, istifadəyə yararsızsa satılmalı, pulu həmin məscidin ehtiyaclarına xərclənməlidir. Bunu başqa məscidlərə də xərcləmək olar.
    18. Aylı gecələrdə namaz: namazın aylı və aysız gecədə qılınmasının fərqi yoxdur.
    19. Böyük şəhərlərdə namaz və oruc: bu baxımdan böyük və kiçik şəhər arasında mühüm fərq yoxdur. Böyük şəhər dedikdə hər məhəlli müstəqil bir şəhər olan məkan nəzərdə tutulur. Amma Tehran və bu kimi şəhərlər böyük şəhər sayılmır. Bu şəhərlər iqamət və ya vətən məqsədi ilə eyni bir məhəl sayılır.
    20. Yerə yapışdırılmış döşənəcəyin paklanması: belə döşənəcək boru xəttindən gələn su ilə paklanır. Onu bir qədər sıxmaq lazımdır. Yaxşı olar ki, ondan ayrılan su bir vasitə ilə toplansın.
    21. Təqlid etdiyi mərcə dünyasını dəyişdikdən sonra diri müctəhidə təqlid edənin vəzifəsi: əvvəlcə təqlid etdiyi məsələlərdə həmin müctehidə tabe olmaqda davam edir. İkinci müctehidə təqlid etdiyi məsələlərdə diri müctehidin fətvasına tabe olur.
    22. Ayın başa çatmasının sübuta: ayın göründüyü şəhərlərlə eyni və ya yaxın üfüqə malik şəhərlərdə ay görünmüş sayılır. Eləcə də ayın şərq məntəqələrində görünməsi qərb məntəqələri üçün dəlildir.
    23. Şəbih (dini hadisələrin səhnələşdirilməsi): şəri ölçülər pozulmadıqda, müqəddəsliklər təhqir edilmədikdə şəbihə irad yoxdur.
    24. Əmək haqqı: burada bank və ya xeyriyyə fondu işçisinə verilən zəhmət haqqı nəzərdə tutulur. Bu qrupdan olanlar hesabların qorunması və digər xidmətlərinə görə zəhmət haqqı alırlar. Belə bir məqsədlə müştəridən alınan əlavə haqq düzgündür.
    25. Borc götürmək: şəri ölçülər həddində əlavə məbləğ ödəməklə bankdan borc götürmək olar və bu sələm sayılmır.
    26. Xüms verməyən şəxsin evində dəstəmaz almaq, namaz qılmaq və nə isə yemək: qonaq ev sahibinin evinin və süfrəsində olanların xümsü verilməmiş puldan olduğuna əmin deyilsə, bunlardan istifadə edə bilər. Əgər bunların xümüslü olduğu məlumsa, istifadə etdikdən sonra həmin miqdarın xümsünü ehtiyaclı seyidlərə vermək olar. Əgər gücünüz çatmasa, öhdənizə götürün, imkanınız çatanda ödəyin.
    27. Günün doğub-doğmadığını bilməyən şəxsin sübh namazında niyyəti: belə bir şəxs namazı vacib namaz və ya əda niyyəti ilə qıla bilər.
    28. Cehizin xümsü: adi və ehtiyac duyulan cehizin xümsü yoxdur. Məsələn, qız ərə getmək yaşındasa və cehizi birdəfəyə almaq mümkün deyilsə, tədricən alınan cehizin xümsü yoxdur. Əks təqdirdə cehizə xüms verilməlidir.
    29. Anası seyid olanlar: bu qəbil insanlar müəyyən baxımdan seyid, müəyyən baxımdan qeyri-seyid hökmündədir. Onlar xüms götürə bilməzlər, seyidlərə məxsus libasdan istifadə edə bilməzlər. Amma onlarda seyidlik şərafəti var.
    30. Əgər qatqılı (müzaf) su o qədər çox olarsa ki, murdar onun bir tərəfinə düşdükdə o biri tərəfinə sirayət etməsin, murdar sayılmır. (Məsələn, böyük bir hovuzun bir tərəfinə murdar düşərsə, o biri tərəfi murdarlanmaz.)
    31. Qeyri-şəri üsulla kəsilən heyvan pakdır. Amma onun ətindən yemək haram sayılır. Demək, qeyri-islami məmləkətlərdən gətirilmiş heyvan dəriləri həmin heyvanın zibh olunduğunu bildiyimiz vaxt pak sayılır.
    32. Bir yerdə uzun müddət qalmaq istəyənlər (məsələn, elmi hövzədə təhsil üçün bir neçə il orada qalanlar) həmin yerdə müsafir sayılmır. Onların qaldığı yer onlar üçün vətən hökmündədir və namazlarını tam qılırlar. Belələri 10 gün qalmaq niyyət etməsələr də, müsafir sayılmırlar.
    33. Peşəsi səfərə çıxmaq olan (sürücü kimi) şəxslər və ya peşəsi üçün səfər müqəddimə olanlar (tədris üçün bir şəhərdən o biri şəhərə gedənlər) gedib gəldikləri yol 8 fərsəx və ya artıq olarsa, namazlarını tam qılır, ramazan ayının orucunu tuturlar.
    34. İlin ehtiyaclarından sayılan ev, xalça kimi şeylər sonradan satıldıqda onların puluna xüms ödənmir. Xüsusi ilə, bu şeylər başqa biri ilə əvəz olunmaq üçün satılırsa.
    35. Əgər heyvan maşın vasitəsi ilə şəri qaydada kəsilərsə, bu iş düzgündür. Belə bir heyvan pak və halaldır.
    36. Halal faydaları olan radio, televizor və bu kimi şeylərin alış-satışı caizdir.
    37. Əgər balıq tora düşdükdən sonra suda ölərsə, halaldır.
    38. Ciddi məqsədi olmayan hiylə əsasında qurulmuş sələm batil və əsassızdır, əlavə məbləğ sələm sayılır. Bəziləri arasında adət şəklini alıb ki, birinə borc verir, üstəlik alarkən əvəzində noğul verirlər. Bu kimi işlər batildir.
    39. Bir çoxları ev icarəyə götürərkən rəhn adı altında pul verərək icarə haqqını əskildirlər. Bu iş bir halda düzgün, başqa bir halda batildir. Ev icarəyə götürüləndə icarə müqaviləsində şərt kəsilsə ki, ev sahibi müəyyən miqdar borc müqabilində evini girov qoyur, bu iş düzgündür. Amma öncədən borc və rəhn verilsə və icarə haqqı azaldılsa, bu iş haram və batildir.
    40. Borcda bir başqasının zamin durması (başqasının borcunu öz öhdəsinə götürməsi) və ya borcunu ödəməyəcəyi təqdirdə bu borcu ödəyəcəyini bildirməsi düzgün və şəridir.
    41. Ölü torpaq sənədləşməklə kiminsə mülkü olmaz. Bu torpağı əkin üçün diriltmək lazımdır.
    42. Cəzalandırma təkcə şallaqdan ibarət deyil. Bu işdə maddi cərimələr, həbs, hətta informasiya vasitələrində tanıtdırma kimi tədbirlər də nəzərdə tutulur. Bu cəza növlərindən istənilən biri şəri hakim tərəfindən seçilir.
    43. İslami hicabda libasın növü və rəngi mühüm deyil. Vacib olan budur ki, üz və əldən savayı bütün bədən örtülsün. Amma bədəni örtsə belə, zinətli libaslar geymək olmaz.
    44. Həm həqiqi, həm də hüquqi şəxslər mülk sahibi ola bilər. Onların müamilədə tərəf olması qanunidir. Demək, hüquqi şəxs sayılan müəssisələr bəzilərdən, yəni həqiqi şəxslərdən fərqlənmir.
    45. Bütün müamilələrdə yazı və imza şifahi müqavilə siğəsini əvəz edə bilər. Amma vacib ehtiyata əsasən, izdivac və boşanmada şifahi də söylənməlidir.
    46. Siqaret, tütün məmulatları, narkotik maddələrdən istifadə qəti haramdır.
    47. Xəstənin həyatını xilas etmək üçün qan alış-verişi halaldır. Amma bədən üzvlərinin köçürülməsində, məsələn, böyrək köçürülməsində ehtiyat budur ki, bədən üzvünə görə yox, onu dəyişməyə icazə üçün pul alınsın. Bu iş o zaman caiz sayılır ki, bədən üzvünü verən şəxs üçün təhlükə olmasın.
    48. Mala qiymət təyin edilməsində alıcı və satıcı azaddır. Amma bu azadlıq bəzən fəsada, iqtisadi tarazlığın pozulmasına səbəb olarsa, şəri hakim özü qiymət təyin edə bilər. Şəri hakimin təyin etdiyi qiymət əsas götürülməlidir.
    49. İslam məmləkətlərinin müdafiəsi vacibdir. Məmləkətin müdafiəsinə qalxmaq təkcə həmin ölkədə yaşayan müsəlmanlara aid deyil. Əgər hər hansı müsəlman ölkəsi və ya müqəddəsliyə hücum edilmişsə, bütün dünya müsəlmanlarına vacibdir ki, müdafiəyə qalxsınlar.
    50. Aylı və aysız gecələrdə sübh azanının vaxtı sabitdir. Vaxtın təyinində meyar üfüqdə işığın görünməsidir. Gecənin aylı olub-olmamasının fərqi yoxdur.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 485 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019