İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Şəriət hökmlərinin izahı

    Şəriət hökmlərinin izahı
    YENİ İSTİFTAAT (ŞƏRİ SUALLAR)
    Təqlid
    Sual 1: 10 il təqlidsiz ibadət edənin hökmü nədir?
    Cavab: Təqlidə başlamalıdır və yerinə yetirdiyi əməllər təqlid etdiyi müctəhidin göstərişlərinə uyğun olsa düzgündür. Uyğun gəlmədikdə ibadətlərini təzələməlidir.
    Sual 2: Qadın İslam elmlərinə yiyələnib ictihad məqamına çata bilərmi?
    Cavab: Mümkündür.
    Sual 3: Bir təqlid mərcəsinə təqlid edib, ondan sonra ikinci mərcəyə üz tutan və o mərcə dünyasını dəyişdikdən sonra diri müctəhidə təqlid edənin hökmü nədir?
    Cavab: Öncəki mərcəyə təqlid etdiyi məsələlərdə həmin hökmləri yerinə yetirsin. İkinci müctəhid də belədir. Qalan məsələlərdə diri müctəhidin fətvalarına tabe olsun.
    MURDARLAR
    Sual 4: Şəri qaydada kəsilməmiş mal-qaranın sümüyündən alınan jelatinin hökmü nədir? Axı bütün həbb kapsulaları, hətta bəzi şirniyyatlar bu maddədən hazırlanır.
    Cavab: Zəruri hallarda bundan istifadə etmək olar.
    Sual 5: Paklıq baxımından spirtin hökmü nədir?
    Cavab: Texniki və tibbi spirt pakdır. Amma məstedici spirtli içkilər belə deyil.
    Sual 6: Bu gün əksər parfimeriya məmulatları formalaşmamış körpə hormanından hazırlanır. Müsəlman qadınların bundan istifadəsinin hökmü nədir?
    Cavab: Əgər qana bulaşmamışsa və ya şəkdəyiksə, pak sayılır.
    Sual 7: Qeyri-islami məmləkətlərdən gətirilən ətin hökmü nədir?
    Cavab: Əgər müsəlman bazarından və ya müsəlmandan alınarsa, onun şəri qaydada kəsildiyi ehtimal olunduqda halaldır.
    TƏHARƏT
    Sual 8: Paltarı bir neçə dəfə yuyub suya çəkən avtomat maşınlarda yuyulan libaslar pakdırmı?
    Cavab: Pakdır. Libasları yuyan zaman su xəttinə qoşulmasından və su kəsildikdən sonra işə başlamasından asılı olmayaraq.
    Sual 9: Yerə yapışmış döşəməni paklamağın qaydası necədir?
    Cavab: Borudan gələn su ilə paklanır. Azca sıxılır. Yaxşı olar ki, ondan çıxan su bir yolla toplansın.
    DƏSTƏMAZ
    Sual 10: İnsan üçün bir başqasının dəstəmaz və ya qüslünü yerinə yetirməsi düzgündürmü?
    Cavab: Belə bir şəxsin dəstəmaz və qüslü batildir. Amma dəstəmaz və qüsl zamanı suyu onun bədəninə tökərlərsə və o özü yuyarsa eybi yoxdur. Amma zərurət olmayan hallarda bu iş məkruhdur.
    Sual 11: Xüms verməyən şəxsin evində dəstəmaz almaq, namaz qılmaq və qidadan istifadə etməyin hökmü nədir?
    Cavab: Ev və qidaların xümüslü olduğuna əmin yoxsa, ondan istifadə etmək olar. Yəqinlik olsa, icazə verilir ki, istifadədən sonra həmin miqdarın xümsü ehtiyaclı seyidlərə çatdırılsın. İmkan olmadıqda bu miqdar öhdəyə götürülür və imkan olan vaxt ödənir.
    QÜSL
    Sual 12: Qadının heyz halında imamların hərəminin zərihi ətrafına yaxınlaşmasının eybi varmı?
    Cavab: Ətrafa yaxınlaşmağın eybi yoxdur, amma hərəmə daxil olmasınlar.
    Sual 13: Cərrahi əməliyyatla körpəsi çıxarılan qadının bətnindən gələn qan nifas, yoxsa istihazə qanıdır?
    Cavab: Nifas qanıdır.
    NAMAZ
    Sual 14: Kişilərin sarı, ağ qızıldan və platindən istifadə etməsinin hökmü nədir?
    Cavab: Qızıl adlanan şeylə zinətlənmək kişilərə haramdır. Qızıl sarı, qırmızı və ya ağ olmasının fərqi yoxdur. Amma platin başqa bir filizdir və qızıl sayılmır.
    Sual 15: Məsciddə şəri ölçülərlə çəkilmiş film nümayiş etdirmək olarmı?
    Cavab: Bu iş məscidin şəninə münasib deyil. Bu qəbil işlər üçün ayrıca yer nəzərdə tutulmalıdır.
    Sual 16: Gündəlik yövmiyyə və cümə namazlarında qadınların iştirakının kərahəti varmı?
    Cavab: Hazırkı şəraitdə onların iştirakı daha yaxşıdır, bəzən isə zəruridir
    Sual 17: İmam camaat bayram namazını iki yerdə camaatla qıla bilərmi?
    Cavab: Çətindir. Amma yövmiyyə namazlarını iki qrupla iki dəfə qılmaq olar.
    Sual 18: Namazın qunutunda qeyri-ərəbcə dua oxumaq olarmı?
    Cavab: Düzgün məzmunlu istənilən bir duanı, istənilən bir dildə qunutda oxumaq olar.
    Sual 19: Zaman ötdükcə qəsbi yerin hökmü dəyişirmi?
    Cavab: Qəsbi yerdə namaz qılmaq haramdır. Zaman bu hökmü dəyişmir.
    Sual 20: Sementə, mozaikaya, mərmərə səcdə etmək olarmı?
    Cavab: Eybi yoxdur.
    Sual: Qadın vətən məsələsində ərinə tabedirmi?
    Cavab: Əgər qadının məqsədi bu məsələdə ərinə tabeçilikdirsə, tabe olacaq. Amma məqsədi ərini başqa bir yerə köçməyə təşviq etməkdirsə, tabe sayılmır.
    Sual 22: Qəza namazı və orucu olan şəxs başqa birinin qəza namaz və oruclarını pulla yerinə yetirə bilərmi?
    Cavab: Eybi yoxdur.
    Sual: Aylı gecələrdə sübh namazı nə vaxt qılınır?
    Cavab: Aylı və aylı olmayan gecələr arasında fərq yoxdur.
    Sual 24: Günəşin doğub-doğmamasına şübhə edənin sübh namazında niyyəti necə olmalıdır?
    Cavab: Vacib namaz və ya əda niyyəti ilə qıla bilər.
    ORUC
    Sual 25: Ayın görünməsinin sübutu hansı şəhərlər üçün dəlildir.
    Cavab: Həmin şəhərlərlə eyni və ya yaxın üfüqdə olan şəhərlərdə, eləcə də, şərqdə göründükdə qərb məntəqəsində dəlil sayılır.
    XÜMS
    Sual 26: Diyə olaraq alınmış pulun il keçdikdən sonra xümsü varmı?
    Cavab: Diyənin xümsü yoxdur.
    Sual 27: Qocalıq təqaüdünə xüms düşürmü?
    Cavab: Təqaüdə çıxdıqdan sonra dövlətin verdiyi pul həmin ilin qazancı sayılır. Əgər həmin ilin xərcindən artıq qalarsa, xümsü var.
    Sual 28: İslam respublikasında verilən vergilər şəri vergiləri əvəz edirmi?
    Cavab: Vergi alış-veriş xərclərindən sayılır və şəri vergini əvəz etmir.
    Sual 29: Cehizə xüms düşürmü?
    Cavab: Əgər cehiz adi və ehtiyac duyulan cehizdirsə, xümsü yoxdur. Başqa hallarda xüms vermək vacibdir.
    Sual 30: Anası seyid olan şəxs seyid hökmündədirmi?
    Cavab: Müəyyən baxımlardan seyiddir, müəyyən baxımlardan yox. Belə bir şəxs xüms ala bilməz, seyidlərə məxsus libas geyə bilməz. Amma müəyyən baxımdan seyidlərin şərafətinə malikdir.
    HƏCC
    Sual 31: Karvana xidmət üçün Həccə gedən şəxs vəzifəli olmadığı halda Həcci necə yerinə yetirməlidir? Vacib Həcc niyyəti etməlidirmi?
    Cavab: Karvan xidmətçiləri vəzifəli sayılır. (Bir şərtlə ki, ailə-övladlarının Həcc müddətindəki xərcini ödəsin) Belə bir şəxs vacib Həcc niyyəti etməlidir. Əgər birinci dəfə gedirsə, kiminsə tərəfindən naib ola bilməz. Kömək üçün biri ilə Həccə gedən də belədir.
    BAXIŞ (HİCAB VƏ BAXIŞIN HÖKMLƏRİ)
    Sual 32: İnsanın bağ-bağçadan, gül-çiçəkdən ləzzət aldığı kimi kişi və ya qadına baxıb ləzzət alması haramdırmı?
    Cavab: Adətən belə baxışlar cinsi ləzzətlə müşayiət olunduğundan eyblidir.
    Sual 33: Qadınların qrup şəklində kişilərlə birlikdə mahnı oxumasının hökmü nədir?
    Cavab: Eyblidir.
    Sual 34: Əgər qadın özünü zinətləndirsə, çöhrəsinə zinət verib nişan üzüyü taxsa, üzünü və əllərini örtməsi vacibdirmi?
    Cavab: Üzük kimi zinət əşyalarının eybi yoxdur. Amma üzünə bəzək verməsinə irad var.
    Sual 35: Sürmə, qaşın alınması, əqiq üzük, saat, gözəl tibbi eynək qadın üçün zinət sayılırmı və o örtünməlidirmi?
    Cavab: Zahirən bunlar qadağan olunmuş zinət sayılmır.
    Sual 36: Qadının naməhrəm adamlara iynə vurmasının hökmü nədir?
    Cavab: Qeyri-zəruri hallarda caiz deyil.
    Sual 37: Qadın həkim olmadıqda, qadının kişi həkimə müraciət etməsinin hökmü nədir?
    Cavab: Zəruri hallarda eybi yoxdur.
    Sual 38: Qadının naməhrəm kişi ilə əlində əlcək olan vəziyyətdə görüşməsinin hökmü nədir?
    Cavab: Yaxşı olar ki, bu iş görülməsin.
    Sual 39: Naməhrəm qadının gülüşü fəsada səbəb olmazsa, onu eşitməyin hökmü nədir? Fəsad səbəbi olarsa hökm nədir?
    Cavab: Fəsad qorxusu olmadıqda eybi yoxdur.
    Sual 40: Adətən saçının bir hissəsi görünməyən çadralı qadının simasına baxmağın hökmü nədir? Belələri həmin qaydada örtünməyə adət etmişlər və xəbərdarlığa məhəl qoymurlar.
    Cavab: Əgər ləzzət almaq məqsədi olmasa baxmağın eybi yoxdur.
    Sual 41: İran İslam Respublikasının televiziyasından yayımlanan xarici filimlərə baxmağın hökmü nədir? Bu filimlərdə adətən örtüksüz xanımlar iştirak edir.
    Cavab: Fəsad qorxusu olmasa eybi yoxdur.
    VƏQF
    Sual 42: Məsciddə istifadəyə yararsız qab və əşyaların hökmü nədir?
    Cavab: Əgər onları heç vəchlə məscidlərdə istifadə etmək mümkün deyilsə, satıb, ona oxşar şeylər almaq olar.
    Sual 43: Sökülmüş məscidin avadanlıqlarını başqa yerə işlətmək olarmı?
    Cavab: Əgər başqa məscidlərdə istifadəsi mümkünsə, onlara verilsin. Əgər istifadəyə yararsızsa, satılsın və puluna həmin məscid üçün ehtiyac duyulan şeylər alınsın.
    ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR
    Sual 44: Əgər əmr be məruf və nəhy əz munkər insanın müəssisədəki mükafatlardan məhrum edilməsi ilə nəticələnərsə, yenə də vacibdirmi?
    Cavab: Əgər mühüm zərər olmasa, vacibdir.
    Sual 45: İslam respublikasında əmr be mərufla məşğul olan cəmiyyətlər olduğu halda bu vəzifə fərdlərin öhdəsindən götürülürmü?
    Cavab: Əmr be məruf və nəhy əz münkər ümumi bir hökmdür və hər kəs öz gücündə bunu yerinə yetirməlidir. Əmr be məruf və nəhy əz münkərlə məşğul olan təşkilatların varlığı fərdləri məsuliyyətdən azad etmir. Bu mövzu ilə bağlı vəzifə bölgüsü proqramlı şəkildə həll olunmalıdır.
    Sual 46: Əmr be məruf və nəhy əz münkərdə Allaha yaxınlıq məqsədi şərtdirmi?
    Cavab: Allaha yaxınlıq məqsədi şərt deyil. Amma belə bir məqsəd olmadıqda savab verilməz.
    Sual 47: Quranı səhv oxuyan şəxsə xəbərdarlıq etmək vacibdirmi?
    Cavab: Yaxşı olar ki, xoş dillə xəbərdarlıq edilsin.
    CƏZALAR
    Sual 48: Əgər həkim müalicədən imtina edirsə və nəticədə xəstə dünyasını dəyişirsə, onun cəzası nədir?
    Cavab: Həkim cəzalandırılmalıdır. Cəzalandırmanın müxtəlif növləri var: zindan, cərimə, işdən müvəqqəti və daimi məhrumluq.
    Sual 49: Şagirdi vurmaq olarmı?
    Cavab: Şagirdi vurmaq caiz deyil. Yalnız tərbiyə məqsədi ilə və onun valideynlərinin icazəsi ilə istisna var. Bizim dövrümüzdə bu işdən çəkinmək daha yaxşıdır.
    BANK
    Sual 50: Banka yatırılan uzunmüddətli və qısamüddətli sərmayələrin hökmü nədir?
    Cavab: Əgər bu işdə şəri ölçülər gözlənilirsə və pul sahibinin tələbi olmadan bank hansısa məbləğ ödəyirsə, eybi yoxdur.
    Sual 51: Bank yatırımlarının qazancı halaldırmı?
    Cavab: Şəri ölçülər gözlənilərsə və ya bu ölçüləri gözləyən məsullara vəkillik verilərsə halaldır.
    HƏKİMLİK
    Sual 52: Hamiləliyin qarşısını almağın hökmü nədir?
    Cavab: Bu işin mühüm zərəri olmazsa, kişi və qadın daimi olaraq sonsuzluğa düçar olmazsa, caizdir. Amma hamiləliyin qarşısını alarkən qeyri-şəri qaydada baxış və toxunma lazım gələrsə, yalnız fərdi və ictimai zərurət olduqda caiz sayılır.
    Sual 53: Abort caiz sayılırmı?
    Cavab: Ana üçün ciddi təhlükə yarandıqda bu təhlükənin qarşısını almaq üçün ilkin mərhələdə abort olar.
    Sual 54: Cinsiyyəti dəyişmək olarmı?
    Cavab: Cinsiyyətin dəyişilməsi prinsipcə qadağan deyil. Amma bu işdə şəri ölçülərə əməl edilməli, qeyri-şəri baxış və toxunmaya yol verilməməlidir. Bu iş zərurət həddində mümkündür.
    MÜXTƏLİF MƏSƏLƏLƏR
    Sual 55: Vergilərdən yayınmağın, yol hərəkəti qaydalarını pozmağın, gömrük haqlarının azaldılmasının hökmü nədir?
    Cavab: İslam hökumətinin qanunlarına müxalif addım caiz deyil.
    Sual 56: Nə üçün səkkizinci imamın dəfn olunduğu yer "7-ci qiblə” adlandırılır?
    Cavab: Məsumlar 7 məkanda (Mədinə, Bəqi, Nəcəf, Kərbəla, Kazimeyn, Samirra və Məşhəd) dəfn olunduğundan imam Rizanın (ə) məqbərəsi bəziləri tərəfindən 7-ci qiblə adlandırılmışdır. Əlbəttə ki, burada namaz qibləsi nəzərdə tutulmur.
    Sual 57: Qəsbkar İsraillə iqtisadi əlaqələr qurmaq olarmı?
    Cavab: Qəsbkar İsraili gücləndirən istənilən bir addım haramdır.
    Sual 58: Qalstuk və yaxa kəpənəyindən istifadə etmək olarmı? Bir şəxs toy gecəsi qalstuk vurarsa bunun hökmü nədir?
    Cavab: İslama biganələrin atributlarından çəkinin.
    Sual 59: Qadınlar avtomobil sürə bilərmi?
    Cavab: İslami hicab qorunsa və şəri ölçülər gözlənilsə eybi yoxdur.
    Sual 60: Qadınlar hərbi təlim keçə bilərmi?
    Cavab: Bu iş caizdir. Bir şərtlə ki, günaha yol verilməsin.
    Sual 61: Xidmət haqqının hökmü nədir?
    Cavab: Xidmət haqqı dedikdə bank işçilərinə verilən maaş nəzərdə tutulur. Onlar bank hesablarını qoruyur və sair xidmətlər göstərirlər. Bu məqsədlə müştəridən əlavə haqq alına bilər.
    Sual 62: Qadınlar kişilərin hüzurunda Quran oxuya bilərmi?
    Cavab: Ahənglə oxumalarına irad var.
    Sual 63: Fəsada səbəb olmasa ney çalmağın hökmü nədir?
    Cavab: Eyş-işrət məclislərinə aid musiqilərin çalınması haramdır.
    Sual 64: Bir şəxs soyuducu satana desə ki, 100 soyuducu alıram və bir həftədən sonra pulunu verirəm, bu müamilə düzgündürmü?
    Cavab: Əgər soyuducular alıcıya verilsə, eybi yoxdur.
    Sual 65: Müxtəlif yerlərdə çəpik çalmağın hökmü nədir?
    Cavab: Çəpik çalmağın eybi yoxdur. Amma məscid və hüseyniyyə kimi yerlərdə bu işdən çəkinmək lazımdır.
    Sual 66: Rəqsin növləri haqqında açıqlama verin.
    Cavab: Yalnız qadın əri üçün oynaya bilər. Qalan rəqslərə irad var.
    Sual 67: Şahmat haqqında fikriniz nədir?
    Cavab: Əgər şahmat xalqın nəzərində qumar aləti halından çıxmışsa və idman sayılırsa eybi yoxdur.
    Sual 68: Kart oynamağın hökmü nədir?
    Cavab: Udub-uduzmaq olmadan kart oynamağın eybi yoxdur.
    Sual 69: Saqqalı qırxmaq olarmı?
    Cavab: Ehtiyat budur ki, bu iş görülməsin.
    Sual 70: Hansı musiqilər halal, hansılar haramdır?
    Cavab: Eyş-işrət məclislərinə aid olan bütün musiqilər haramdır və qalan musiqilər halaldır. Halal musiqini haram musiqidən ayırmaq üçün ürf əhlinə müraciət olunsun.
    Sual 71: Dini hadisələrin səhnələşdirilməsi, şəbihə münasibətiniz nədir?
    Cavab: Əgər şəri ölçülər gözlənilsə və müqəddəsliklər təhqir olunmasa eybi yoxdur.
    Sual 72: Öldürülən şəxsə görə pul almağın hökmü nədir?
    Cavab: Diyə Allahın təyin etdiyi bir haqdır və onu almaq caizdir. Amma bağışlamaq bəzi hallarda daha yaxşıdır.
    Sual 73: Qeyri-müsəlman ölkələrə mühacirət və səfərin hökmü nədir?
    Cavab: Əgər şəxs kafir ölkələrdə özünün və yoldaşlarının dinini qorumağa qadirsə və ya dini yaya biləcəksə, bu səfər caizdir.
    Sual 74: Bir şəxs yanıb xəstəxanaya düşdükdə həkimin səhlənkarlığı ucbatından dünyasını dəyişərsə, eləcə də, məhkəmə tibbi ekspertiza həkimin səhlənkarlığını təsdiqləyərsə, həkimin hökmü nədir?
    Cavab: Həkim günah etmişdir və cəzalandırılmalıdır.
    Sual 75: Valideynlərim qeydə almadığından doğulduğum günü bilmirəm. Mənim üçün dini vəzifələr nə vaxtdan vacib sayılır?
    Cavab: Büluğ həddinin kişilər üçün üç nişanəsi var: 15 yaşın tamam olması (digər əlamətlər olmasa 15 yaşın tamamlanmasına əmin olmadan vəzifə yoxdur); yuxuda və oyaq vaxtı az və ya çox sperma xaric olması; ayıb yer ətrafında cod tüklərin çıxması.
    Sual 76: Bir şəxs dünyasını dəyişmiş atası üçün Quran oxutdurmaq məqsədi ilə pul vəd edərsə və Quran başa çatdıqdan sonra pul ödəməzsə, borclu qalırmı?
    Cavab: Vədinə zamindir.
    77: Çek alış-verişi: Çek müamiləyə aid olarsa, borc sənədi sayılarsa, (dostcasına çek olmazsa) onun az və ya çox miqdarda alış-verişi caizdir.
    78: Poker, şahmat və bilyard oyunları: əgər bu oyunlar qumar aləti halından çıxarsa və xalq arasında idman, əyləncə vasitəsi sayılarsa, udub-uduzmaq olmadan eybi yoxdur.
    79: Musiqi: eyş-işrət məclislərinə aid olan bütün musiqilər haramdır. Haram musiqini halal musiqidən fərqləndirmək üçün bu işi bilən imanlı insanlara müraciət edilməlidir.
    80: Hipnoz: Tibbi və bu kimi məqsədələrlə hipnoz olar. Amma gizli işləri aşkarlamaq, keçmişdən və ya gələcəkdən xəbər vermək məqsədli hipnoz caiz deyil.
    81: Dodaq və qaşların döyəclənməsi, bu halda qüsl və dəstəmaz: bu iş ifrat bəzək sayılmasa və fəsada səbəb olmasa caizdir. Hər halda döyəclənmə ilə dərinin üzəri örtülmədiyindən bu halda dəstəmaz və qüsl düzgündür.
    82: Bakirə qızların qaşını və üzünü alması: bu iş qızlar üçün şərən haram deyil. Amma xalq arasında qəbul edilmədiyindən ondan çəkinmək daha yaxşıdır.
    83: Yatırım şərti: Əgər bu şəxs bank sahibinin yox, borc götürənlərin işini asanlaşdırarsa, eybi yoxdur.
    84: Borc götürmək: Bankdan borc götürmək olar. Amma bu işdə şəri ölçülər gözlənilməlidir. Bu ölçülər gözlənildikdə verilən əlavə haqq sələm sayılmır. Amma istənilən bir məqsədlə borc götürərkən müqaviləyə əməl olunmalıdır.
    85: Yubandırma cəriməsi: yubandırmağa görə cərimə almağın eybi var. Amma borclu öz borcunu vaxtında ödəməlidir. Əks təqdirdə günahkar sayılır.
    86: Borc imtiyazının alqı-satqısı: əgər bu iş borc verən bankın qanunlrına zidd olmasa eybi yoxdur.
    87: Başqalarının sığorta dəftərçəsindən istifadə: bu iş sığorta təşkilatının qaydalarına zidd olduğundan və sığortalanan şəxslə öncədən şərt kəsildiyindən caiz deyil. Hətta sığorta idarəsi öz xidmətlərində səhlənkarlıq göstərsə də belədir.
    88: Borc və infilyasiya: borc ödənən müddətədək ciddi infilyasiya baş verərsə, borclu şəxs infilyasiya faizini nəzərə alıb borcunu ödəməlidir. Banklardan ayrı-ayrı illərdə infilyasiya faizinin nə qədər olduğunu öyrənmək olar.
    89: Həcc və ümrə yatırımları: Əgər şəxslərlə Həcc təşkilatları arasında müqavilə olmazsa və şəxslər öz istəyi ilə bu məbləği ödəyərsə eybi yoxdur. Bu fayda Həcc xərclərindən sayılarsa, onun üzərinə xüms gəlməz.
    Sual 90: Həftədə üç gün tədris məqsədi ilə başqa şəhərə gedən müəllimlərin namaz və orucunun hökmü nədir?
    Cavab: Bu səfər üç gün və ya daha artıq çəkərsə, onların namaz və orucları tamdır.
    Sual 91: Həftədə üç gün təhsil üçün bir şəhərdən o birinə gedən tələbələrin namaz və orucunun hökmü nədir?
    Cavab: Onların namaz və orucu tamdır. Amma 3 gündən az olarsa müsafir hökmündədirlər.
    Sual 92: Bəzi dövlət məmurları işləri ilə bağlı həftədə üç gün bir şəhərdən o birinə gedirlər. Onların namaz və oruclarının hökmü nədir?
    Cavab: Onların namaz və orucu tamdır.
    Sual 93: Əgər hərbi xidmətdə olan əsgər valideynlərini görmək üçün həftədə üç gün bir şəhərdən o birinə gedirsə, onun namaz və orucunun hökmü nədir?
    Cavab: Onların namaz və orucu tamdır. Ardıcıl şəkildə iş və təhsil üçün həftə ərzində 3 gün başqa yerə gedənlərin namaz və orucu tamdır.
    Sual 94: Mübarək ramazan ayında günortadan sonra təbliğ üçün Qumdan 40 km. aralanan tələbə və təbliğçilərin namaz və oruclarının hökmü nədir?
    Cavab: Namaz və orucları tamdır.
    Sual 95: Büluğ yaşa, 9 yaşa çatmış, amma fiziki baxımdan möhkəmlənməmiş qızların oruc tutmasının hökmü nədir?
    Cavab: Nəzərdə tutulan halda bu qızlara oruc tutmaq vacib deyil. Əgər bu zəiflik gələn ramazan ayınadək davam edərsə, həmin orucların qəzası da vacib olmaz. Hər gün üçün bir mudd (750 qr) təam vermək bəs edər.
    Sual 96: İş məqsədi ilə Tehrandan Savəyə həftədə 4 gün səfərə çıxan mühəndis və fəhlələrin namaz və orucunun hökmü nədir?
    Cavab: Onlar tez-tez gedib-gəldiyindən "kəsirus-səfər” sayılırlar, namaz və orucları tamdır.
    Sual 97: İşlə bağlı hər gün Tehrandan Kərəcə səfərə çıxan qız və xanımların namaz və orucunun hökmü nədir?
    Cavab: Namaz və orucları tamdır.
    Sual 98: Həftədə üç gün müxtəlif məntəqələrə səfərə çıxan imam-cümələrin namaz və orucunun hökmü nədir?
    Cavab: Onlar da "kəsirus-səfər” sayılırlar, namaz və orucları tamdır.
    Sual 99: Həftədə üç gün daxil və xaricə uçuşu olan təyyarəçi və hava limanı işçilərinin namaz və orucunun hökmü nədir?
    Cavab: Namaz və orucları tamdır.
    Sual 100: Universitetlərdə yaşayıb, qidalanan yerli və xarici tələbələrin fitrə zəkatının hökmü nədir? Bu fitrə onların öz öhdəsinədir, yoxsa universitetin?
    Cavab: Tələbələr qidanı adətən dükandan aldıqları üçün fitrə zəkatını ya özləri, ya da xərclərini ödəyən şəxs verməlidir.
    Sual 101: Fabrik və müəssisələrdə işləyən işçilərin fitrə zəkatının hökmü nədir? Öz öhdələrinədir, yoxsa müəssisənin öhdəsinə?
    Cavab: Həmin yerlərdə qidalanma maaşın bir hissəsi sayıldığından fitrə zəkatı onların öz öhdəsinədir.
    Sual 102: Poçt kimi dövlət müəssisələrində işləyənlərin fitrə zəkatı kimin öhdəsinədir?
    Cavab: Fitrə zəkatı onların öz öhdəsinədir.
    Sual 103: Ramazan ayında müxtəlif şəhər və kəndlərdə mənzillərdə yaşayan ruhanilərin fitrə zəkatı kimin öhdəsinədir? Onlar adətən hər gecə iftar üçün bir mənzilə dəvət edilir.
    Cavab: Onların fitrə zəkatını ödəmək kimsəyə vacib deyil. Ayın sonundan bir neçə gün bir yerdə qalsalar istisnadır. Səhərlər ardıcıl şəkildə bir mənzildə olsalar, fitrə zəkatını ev sahibi verməlidir.
    Sual 104: Kimsəsiz xəstələrin müalicəsi üçün fitrə zəkatından istifadə etmək olarmı?
    Cavab: Eybi yoxdur.
    Sual 105: Müxtəlif büdrəmələr səbəbindən zindana düşən yoxsulların azadlığa çıxması üçün fitrə zəkatından istifadə etmək olarmı?
    Cavab: Eybi yoxdur.
    ETİKAF
    1. Etikaf müstəhəb əməllərdəndir. Amma bu əməl nəzir və bu kimi yollarla vacib olur. Etikafda ibadət məqsədi şərtdir.
    2. Etikaf 3 gündən çox da çəkə bilər. Amma iki gün artırsalar, 3-cü günü də əlavə etsinlər. (Vacib ehtiyata əsasən)
    3. Etikaf ibadəti came məscidində yerinə yetirilməlidir. Came məscidi dedikdə şəhərin müxtəlif zümrələrinin iştirak etdiyi məscid nəzərdə tutulur. Məhəl və bazar məscidi isə belə deyil.
    4. Bilərəkdən məsciddən çıxdıqda etikaf ibadəti pozulur. Etikaf edən şəxs unutqanlıqdan məsciddən çıxarsa, ehtiyata əsasən etikafı pozulmuşdur.
    5. Qadınlar da etikaf saxlaya bilər. Amma vacib ehtiyat budur ki, ərlərindən icazə alsınlar.
    6. Başqası üçün etikaf saxladıqda ehtiyat budur ki, hədiyyə məqsədi olsun. Bu məqsədlə həm diri, həm də ölü üçün etikaf etmək olar. Demək, bir neçə nəfər üçün də bu işi görmək mümkündür.
    7. Etikafda xüsusi oruc tutmaq zəruri deyil. Mübarək ramazan ayının orucunu və ya qəza orucu tutmaq olar. Amma muzdla oruc tutmaq iradlıdır.
    8. Müstəhəb etikafı ilk iki gündə pozmaq olar. Amma 3-cü gün pozmaq caiz deyil.
    9. Etikaf ibadəti bir məsciddə yerinə yetirilsə, daha yaxşıdır. Amma bir-birinə bitişik iki məsciddə də etikaf saxlamaq olar.
    10. Bir yerin məsciddən olub-olmadığı şübhəlidirsə və zahirən bu məhəlin məscid olması bilinmirsə, etikaf düzgün deyil.
    11. Qadınlar da yalnız məsciddə etikaf saxlaya bilər.
    12. Yaxşını pisdən seçən uşaqlar da etikaf edə bilər.
    13. Aşağıdakı hallarda etikaf saxlayan şəxs məsciddən xaric ola bilər:
    a) Şəri və ürfi zəruri bir işə görə. Məsələn, ayaqyoluna getmək və ya zəruri qüsl etmək üçün.
    b) Məhkəmədə şahidlik, cümə namazı, dəfn, xəstəni yoxlamaq üçün məsciddən çıxmaq olar. Amma hər müstəhəb iş üçün caiz deyil.
    14. Etikaf zamanı qəsbi xalça üzərində əyləşmək etikafı batil etmir. Ehtiyata əsasən, qəsbi xalça qəsbi yerdən fərqlənir.
    15. Etikafda niyyətin başlanğıcında şərt qoymaq olar ki, ürfi və şəri üzür yaranarsa, etikaf dayandırılacaq. Bu halda üzür yaranarsa, hətta 3-cü gün etikafı pozmaq olar.
    16. Tam 3-gündən az etikaf düzgün deyil. Gün dedikdə fəcr tülusundan günəşin qürubunadək olan vaxt nəzərdə tutulur.
    17. Məscidin şəbistanında, sərdabədə, məscidin həyətində etikaf caizdir. Bir şərtlə ki, məscid həyətinin məscidə aid olmadığı sübuta yetməsin və zahirən məlum olmasın.
    18. Etikafda beş şey haramdır:
    a) Zövcədən ləzzət almaq. İstər yaxınlıq, ehtiyata əsasən, istər toxunmaq vasitəsi ilə.
    b) İstimna. Ehtiyata əsasən, zövcə vasitəsi ilə halal istimna olsa belə.
    c) Ləzzət məqsədi olmasa belə ətir və xoş qoxuları iyləmək.
    ç) Alış-veriş, hətta mütləq ticarət. Ehtiyata əsasən zərurət olmadıqda. Amma tikiş kimi halal dünyəvi işlərlə məşğul olmaq mümkündür.
    d) Qələbə, üstünlüyü göstərmək məqsədi ilə dini və dünyəvi mövzularda höcətləşmək. Bu işin gündüz və ya gecə baş verməsinin fərqi yoxdur.
    19. Etikaf edən şəxs dünyəvi işlər görüb mütaliə edə bilər. Amma bu qəbil işlərdən uzaqlıq və ibadətə diqqət daha yaxşıdır.
    20. Əgər etikaf edən şəxs qeyd olunan yollardan biri ilə etikafını batil etsə, etikaf vacib olmuşsa, qəzasını yerinə yetirməlidir. Əgər qeyri-müəyyən vacibsə və 3-cü gün pozulmuşsa, yenə qəzası yerinə yetirilməlidir. 1-ci və 2-ci gündə baş verdikdə qəzası vacib deyil. Etikafın qəzasını dərhal yerinə yetirmək vacib deyil.
    Category: Şəriət hökmlərinin izahı | Added by: Islam_Kitabxanasi (2011-09-09)
    Views: 1295 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019