İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    TƏHARƏT VƏ NƏCASƏTİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
    Sual 85:Xarici dövlətlərdən gələn sosiska və kolbasaların hökmü necədir?
    Cavab: Əti haram və ya islam qaydalarına uyğun kəsilməyən heyvanın ətindən olsa, haramdır.
    Sual 86: Xarici ölkələrdə bağlanmış balıq konservaları və xaricdən gələn balıq yağları pakdırmı? Onlardan istifadə etməyin hökmü nədir?
    Cavab: Onların sudan xaricdə, ya balıqçıların torunda və ya insan əlində ölməsi sabit olsa, pak və yeyilməsi də halaldır. Amma bu barədə təkcə kafirin xəbər verməsi kifayət etmir.
    Sual 87: Pişiyin ağız vurduğu yemək nəcisdirmi?
    Cavab: Nəcis deyildir.
    Sual 88: Müsəlman bazarlarında alınıb satılan kafirin istehsal etdiyi dərmanlar pakdırmı?
    Cavab: Pak hökmündədir.
    Sual 89: Qeyri-müsəlman ölkələrdən heyvan dərisindən hazırlanmış gödəkcə və ayaqqabı gətirilərsə hökmü necədir?
    Cavab: Əgər müsəlmandan alınsa pak hökmündədir, amma o müsəlman aldığı kafirdən heyvanı şəri göstərişlə kəsib-kəsməməsini soruşmasa nəcis deyil; buna baxmayaraq onunla namaz qılmaq düzgün deyil.
    Sual 90: Övrətin və qoltuğun altında tüklərin uzun olmasının nə hökmü vardır?
    Cavab: Onları təmizləmək vacib deyil. Yalnız təharət və qusl etməyə mane olmamasına riayət olunsun.
    Sual 91: Hamamda, ya ayaq yolunda bədən pak olandan sonra o yerlərin daxili hissələri də pak olurmu?
    Cavab: Verilən sual bütün üzvlər barəsində eyni cavaba malik deyil.
    Sual 92: Üzərində məsum İmamların adı yazılmış dəmir pullar tualetə düşərsə, onu çıxarmaq çoxlu xərc tələb etdiyi üçün mümkün deyil. Yalnız əl-üz yumaqla kifayətlənmək şərti ilə ondan istifadə etmək olarmı?
    Cavab: Qeyd olunan halda eybi yoxdur.
    Sual 93: Təharət və nəcasətdə vasvası olan bir şəxsin hökmü nədir; vasvası olmağın şəri cəhətdən eybi varmı?
    Cavab: Vasvasılıq həqiqətdə təharətə aid olan hallarda Allahın Rəsulunun hökmlərini qəbul etməməkdən ibarətdir. Bəzən dəstəmazın batil olmasına səbəb olur. Buna görə də şəriət və əqli nöqteyi-nəzərdən bu cür şeytani xəyallardan çəkinmək lazımdır. Təkrar etinasızlıqla həmin halları özündən uzaqlaşdırmaq olar.
    Sual 94: Xaricdən gətirilən ətir və bu qəbildən olan şeylərin pak və nəcis olmasını bilmədiyimiz halda onlardan istifadə etməyin hökmü nədir?
    Cavab: Nəcis şeydən düzəldiyini və ya nəcis şeylə qarışıq olduğunu bilməsə pakdır.
    Sual 95: Əl dirsəyə qədər nəcis olsa, onu biləyə qədər suya salar və ya kranın altında saxlasalar, bu şərtlə ki, quruluqla yaşın əlaqəsi nəzərə alınsa, biləkdən aşağı pak olur, ya yox?
    Cavab: Bəli, pak olmuşdur.
    Sual 96: Qarpızın və ya yemişin bir tərəfi nəcis olubsa, o tamamilə nəcisdirmi?
    Cavab: Xeyr, nəcis olmur. Bu şərtlə ki, nəcis olan hissənin suyu təmiz olan hissəyə dəyməsin.
    Sual 97: İnsanın əli dirsəyə qədər nəcis olarsa, xörək yemək üçün əlini biləyinə qədər az su ilə yusa, pak olurmu, ya əlin yuxarı hissəsi ilə birləşmiş olduğu üçün təmizlənməzmi?
    Cavab: Pak olur, çünki, nəcis olmasının səbəbi bağlılıq yox, həmin yerə çatmasıdır.
    Sual 98: Əgər bütün paltar, ya bir parça nəcis olubsa, olar ki, onun bir hissəsini yuyub paklayasan digər hissəsini isə saxlayasan? Bu halda az su, kürr su və axar su ilə paklamağın fərqi vardırmı?
    Cavab: Bəli, pak olur, az su ilə çox suyun fərqi yoxdur. Çünki, nəcis olmasının səbəbi bağlılıq deyil, nəcasətin həmin hissəyə axmasıdır.
    Sual 99: Evin qapı, pəncərə və divarları nəcis rənglə rənglənmiş olsa pak hökmündədirmi?
    Cavab: Bəli, quruyandan sonra onun zahiri pakdır.
    Sual 100: Əgər dişin dibindən çıxan qan ağız suyu ilə qarışıb aradan gedərsə, ağızın içərisini su ilə paklamaq lazımdırmı?
    Cavab: Lazım deyil.
    Sual 101: Dişə fırça vuran vaxt dişin dibindən qan xaric olur, ağızın içərisində qanla qarışan fırçanı çölə çıxardanda qan bilinmirsə nəcis olurmu? Ağızı yaxalayarkən ağız suyu ilə qarışan, lakin gözlə seçilməyən qan olsa nəcisdirmi?
    Cavab: Ağızın içində qanla qarışan su və diş fırçası bayıra çıxaranda qanla qarışmayıbsa nəcis olmayıb, pak etmək lazım deyil.
    Sual 102: Xörək yemək və ya su içməklə dişlərinin ətindən çıxan qan ilə qarışan süni dişlər nəcis olurmu? Yeməyi və suyu udmağın hökmü nədir?
    Cavab: Ümumi halda dişin dibindən gələn qan ağızı və ağızda olanları nəcis etmir. Buna əsasən yemək, su və süni dişlər nəcis olmur. Yeməyi və suyu ağıza ötürməyin eybi yoxdur və həmçinin süni dişlərin suya çəkilməsi də lazım deyildir.
    Sual 103: Əgər dişi dolduran və ya çəkdirən zaman ağız qanla dolursa nə etmək lazımdır?
    Cavab: Təkcə qanı aradan aparmaqla ağız paklanar.
    Sual 104: Nəcis şeyi yeyəndən və ya içəndən sonra (qan kimi) ağızı suya çəkmək vacibdirmi?
    Cavab: Nəcis bir şeyi udan ağız pak olur, onu suya çəkmək vacib deyil.
    Sual 105: Üzürlü səbəbdən bir cənazəyə qusl əvəzinə təyəmmüm etsələr, yaş bir şey ona toxunsa nəcis olurmu?
    Cavab: Qusl əvəzinə təyəmmüm olunan meyyitin pak olması şübhəlidir. Buna əsasən əgər ona rütubətli bir şey toxunsa ehtiyata görə suya çəksinlər.
    Sual 106: Kitab əhli olan yəhudilər, məsihilər və zərdüştilər pakdırlarmı?
    Cavab: Bəli, Mütəal-Allahın birliyinə Həzrəti Musa (ə), Həzrəti İsa(ə) və Zərdüştün peyğəmbərliyinə etiqad edib Tövratı, İncili və Avestanı öz kitabı bilib qəbul etsələr, kitab əhli hesab olunurlar və pakdırlar.
    Sual 107: Yuxarıda qeyd olunan halda onlara etiqadımız olmasa, təkcə həmin qədər bilsək ki, onlar kitab əhli kimi tanınıblar, vəzifəmiz nədir?
    Cavab: Bu halda da pak hökünmdədirlər. Əgər kitab əhli olmalarına yəqinlik hasil olmasa nəcis hökmündədirlər.
    Sual 108: Yəhudi diş həkiminin yanında düzəldilən süni dişlər pakdırmı? Onunla namaz qılmağın hökmü nədir?
    Cavab: Kitab əhli müşrik olmasa pakdır, düzəldilən süni dişlər nəcis olmur. Əgər süni dişlər nəcis olsa belə, onunla namaz qılmağın maneəsi yoxdur.
    Sual 109: Tovzihul-məsail risaləsinin 115-ci məsələsində buyurmusunuz: Kitab əhli olan yəhudi və nəsranilər nəcis deyillər. Digər tərəfdən buyurmusunuz ki, on iki İmama (ə) nalayiq sözlər deyən və ya düşmənçilik edən nəcisdir. Buna diqqət etməklə, onlar İslamın düşmənidirlər. Bu barədə hökm nədir?
    Cavab: Bu bəhsin geniş izahı fiqhi kitablara aiddir. Ümumi halda, kitab əhli müşrik olmasa pakdır və başqa tərəfdən pak İmamlara nalayiq sözlər deyən və ya onları təhqir edən kəs nəcis sayılır. Kitab əhlindən çoxu pak İmamlarımıza nisbətdə sakitdirlər və onlara qarşı nə sevgiləri, nə də qəzəbləri vardır. Bəli, əgər kitab əhli də İmamlara (ə) qarşı ehtiramsızlıq etsələr nəcis sayılırlar.
    Sual 110: Müsəlman kişinin qeyri-müsəlman kişiyə əl verib görüşməsinin hökmü necədir?
    Cavab: Maneəsi yoxdur, amma müşrik olsa və əli də yaş olsa, ona toxunanın əli də nəcis olar.
    Sual 111: Əcnəbi ölkələrdən gətirilən piydən sabun düzəltsələr hökmü necədir?
    Cavab: Pak hökmündədir, əgər əcnəbi ölkələr islam ölkələrindən alıb, sonra ixrac etsələr, hər bir surətdə ondan istifadə etməyin maneəsi yoxdur. Əgər islami qanunlarla kəsilmədiyini və ya donuz, it piyinin olduğunu bilsə nəcisdir.
    Sual 112: Nəcis maddələrdən hazırlanan dərmanlar nəcisdirmi? Onların istifadəsi necədir?
    Cavab: Bəli, nəcisdir. Onların istifadəsi də nəcis olur.
    Sual 113: Mən bəzi çörək sexlərinin çörəklərinin pak olmadığını bilirəm, vəzifəm nədir?
    Cavab: Bütün çörək sexlərindən bəzilərini nəcis bildiyiniz halda, şəhərdə olan bütün çörək sexlərindən tək-tək istifadə edirsinizsə, gərək hamısından çəkinəsiniz. Adətən hamısından istifadə etmək mümkün deyil, bu surətdə çəkinmək lazım deyil.
    Sual 114: Paltarımın bir yerində bir az qan vardır, bu qanın haradan dəydiyini bilmirəmsə nəcasət hökmündədirmi?
    Cavab: Hansı qanın olduğunu bilmədiyiniz halda, atıcı qanı olmayan heyvanın qanı olmadığı ehtimal verilsə və ya milçək qanı, onun kimi qan olsa pak hökmündədir.
    Sual 115: Yaş nəcis əllə başqa bir şəxslə görüşən şəxs qarşı tərəfə məlumat verməlidirmi?
    Cavab: Bəli, nəcis əl vasitəsi ilə onun əlini nəcis edirsə, o da o əllə yemək yeyərsə və ya namaz üçün təmizləməyib dəstəmaz alarsa, məlumat vermək lazımdır.
    Sual 116: Başqasının əşyasını nəcis edən şəxs onun sahibinə məlumat verməlidirmi?
    Cavab: Həmin əşyanın sahibi onu paklıq şərt olan yerdə istifadə edirsə (yemək, içmək, dəstəmaz və qusl suyu kimi) onun nəcis olmasını sahibinə deməsi vacibdir. Amma onun istifadəsində paklıq şərt deyilsə (xalçanın nəcis olması kimi), deməsi vacib deyil, onun üstündə namaz qılmasını bilsə də belə.
    Sual 117: Bir şeyin nəcis olmasına ehtimal verirəm;bu barədə axtarış və sual etmək lazımdırmı?
    Cavab: Əgər nəcis və pak olmaq cəhətindən onun keçmiş halı bilinmirsə, onun pak və nəcis olması şübhəlidir, axtarış aparmaq lazım deyil, pak hökmündədir.
    SİRKƏ VƏ ÜZÜM SUYUNUN HÖKMLƏRİ
    Sual 118: Bir miqdar üzümü kişmiş olsun deyə, qurutmaq üçün günəşin altına qoyduqdan sonra onun dənələri şişmişdir. İndi ona nə kişmiş, nə də üzüm deyilir, onu yemək olarmı?
    Cavab: Qaynamasında şəkkiniz vardırsa, onu yeməyin eybi yoxdur.
    Sual 119: Kişmiş və xurmanı suda qaynatsalar və ya qızartsalar, nəcis olurmu? Onu yeməyin hökmü nədir?
    Cavab: Nəcis olmur, onları yeməyin maneəsi yoxdur.
    Sual 120: Üzümü üzüm üzərinə, xurmanı xurma üzərinə və bu kimi şeyləri sirkə olsun deyə bir-birinin üstünə nə vaxta qədər tökmək olar?
    Cavab: Hər vaxt töksələr və sirkə olsa maneəsi yoxdur, sirkə olandan sonra, ya əvvəl fərqi yoxdur.
    Sual 121: Sirkə düzəltmək üçün hər gün bir miqdar üzüm qaba tökürlər; hər dəfə tökəndə əvvəlki günün üzümü qaynayıbsa bu sirkənin hökmü nədir?
    Cavab: Heç bir maneəsi yoxdur.
    Sual 122: Bir miqdar üzümü sirkə olsun deyə qaba tökmüşük. Qaynanmış, ya köpmüş halda onu başqa böyük bir qaba boşalda bilərikmi və artıq qalan hissəsi dolsun deyə üzüm əlavə edə bilərikmi?
    Cavab: Qaynanmış üzümün qabını böyük qabla əvəz etməyin və dolsun deyə ona üzüm əlavə etməyin maneəsi yoxdur. Sirkə olandan sonra təmamilə pak və halaldır.
    Sual 123: Sirkə hazırlamaq üçün bir miqdar kişmiş və bir neçə ədəd noxud da əlavə etmişlər; turş olandan sonra onlar da pakdırmı?
    Cavab: Noxudu əlac məqsədi ilə tökdükləri üçün pakdır.
    Sual 124: Bir miqdar üzümü sirkə olsun deyə bir qaba töküblər; neçə gündən sonra yenidən bir qədər üzüm və başqa şeyləri də (məsələn badımcan və s.) əvvəlki üzümlərin üzərinə əlavə ediblər, eybi varmı?
    Cavab: Maneəsi yoxdur, bütün üzümlər sirkə olduqdan sonra onların yeyilməsi maneəsizdir və halaldır.
    AYAQYOLU MƏSƏLƏLƏRİ
    Sual 125: Bəzən qaitin (ağır ifrazat) məxrəcindən rütubət xaric olur, pakdırmı?
    Cavab: Pakdır, əgər nəcasətin zərrəcikləri ilə birlikdə olmasa.
    Sual 126: Sidiyin məxrəcini necə pak etmək lazımdır?
    Cavab: Kürr suya bitişik olan şlanq suyu ilə bir dəfə yumaq kifayət edər, amma az su ilə gərək iki dəfə yuyulsun. Əgər sidik kanalı sidikli olmasa az su ilə də bir dəfə yumaq kifayət edər, amma daha yaxşıdır ki, iki dəfə yuyulsun.
    Sual 127: Ayaqyolunda üzü, ya arxası qibləyə oturan şəxsə bu işin haram olmasını xatırlamaq vacibdirmi?
    Cavab: Hökmü və mövzunu bilirsə (yəni bu əməlin haram olduğunu bilirsə) və qibləni tanıyırsa bu halda əmr be məruf və nəhy əz münkər baxımından yada salmaq vacibdir. Əgər cahillik üzündən olsa (yəni təxəlli halında üzü ya arxası qibləyə oturmağın haram olduğunu bilmirsə) bu halda doğru yol göstərmək üçün məsələni yada salmaq vacibdir. Əgər mövzunu bilmirsə (yəni məsələni bilir, amma qibləyə tərəf oturduğunu bilmirsə) o halda yada salmaq vacib deyil.
    Sual 128: Binanın tualeti 7-10 dərəcə qiblədən sağa ya sola meyl etmişdir, bu qədər dönmə kifayət edərmi?
    Cavab: Ümumiyyətlə əgər, bu qədər yana dönmə camaat arasında üzü, ya arxası qibləyə oturmaq sayılmazsa, maneəsi yoxdur.
    VASVASILIQ VƏ ONUN HÖKMLƏRİ
    Sual 129: Hansı adamlara vasvası deyilir və onun hökmü nədir?
    Cavab: Hamıya bəlli olan orta haldan xaric olan bir kəs vasvasıdır. Gərək vasvası adama etina olunmasın, vasvasılıq şeytandan olduğu üçün düzgün deyildir.
    Sual 130: Vasvası adamın vəzifəsi və onun nicat yolu nədir?
    Cavab: Onun vəzifəsi öz şəklərinə etinasız olmasıdır. Gərək nəcasətin paklanmasında, dəstəmaz və quslda adi camaat kimi əməl etsin. Şəkk-şübhələrə etinasızlıq göstərmək, onun aradan getməsinə səbəb olar. (Yəni artıq dərəcədə diqqət etməmək).
    Sual 131: Çox şəkk edən bir şəxs hər şeyi nəcis bilir, qonaqlıqda yeməyi nəcis bilir, qapı və divarı nəcis bilir və s. bu cür əqidə və rəftar səhihdirmi?
    Cavab: Gərək şəkkinə etina etməsin və niyyətini paklığa qoysun. Bu kimi rəftar şəriətin, ağlın və adət-ənənənin xilafına olan bir gediş, eyni zamanda şeytanın ardınca getməkdir. Müsəlman gərək İslam göstərişlərinə uyğun əməl etsin.
    Sual 132: Bəzi şəxslər dəstəmaz və quslda həddən artıq su tökür, əllərinə və bədənlərinə əl çəkir və bu kimi ehtiyat üçün etdiklərini deyirlər. Xanımlardan da bəziləri paltar və başqa şeyləri yuyub suya çəkəndə və ya dəstəmaz almaq üçün çoxlu su istifadə edirlər. Çox vaxt hər dəstəmaz və namazdan əvvəl ayaqlarını suya çəkir və deyirlər ki, ürəyimizə yatmır, ehtiyat yaxşıdır. Bu əməllər şəriətə uyğundur, üstünlüyü vardır və ya ehtiyatdırmı?
    Cavab: Bir maenəsi yoxdur, öz-özlüyündə ehtiyata görə yaxşıdır və şəri cəhətdən üstünlüyü vardır. Lakin bəzən bu kimi şeylər şəriətin və ağlın ziddinədir. Bu kimi hallarda ehtiyat etmək nəinki üstündür, hətta ehtiyat, ehtiyatı tərk etməkdədir. Məsələn: əgər ehtiyat adamı vasvasılığa vadar etsə, yəni əl çəkmək, suyu artıq tökmək, əli, ayağı və paltarı səbəbsiz suya çəkmək insanı vasvasılığa düçar edərsə, şəriətin ziddinədir və haramdır. Necə ki, bu mətləbi mərhum Seyyid (r) "Ürvətül-Vüsqa” əsərində və başqa böyük alimlər öz kitablarında buyurmuşlar. Xüsusilə, dəstəmazda diqqət olunsun. Əgər bir şəxs dəstəmaz aldıqda vasvası olsa, belə ki sol əlinə həddən artıq su tökərsə, onun dəstəmazının düzgünlüyündə işkal vardır. Çünki, yeni su ilə məsh etməsi lazım gəlir. Bəlkə əgər suyu çox tökməsə də, həddindən çox əlini sol əlinə çəkməsinin özündə də dəstəmazın düzgünlüyünə işkal gətirir. Çünki, bu iş onunla məsh edilən əlin rütubəti, dirsəyinin rütubəti ilə qarışır və məsh qarışıq su ilə yerinə yetirilir.("Ürvətül-vüsqa fi əfğalil vuzu”, məs, 47.)
    Bundan əlavə, vasvasılıq nəfsani və şeytani xəyalın hallarındandır. Belə hallar özü-özlüyündə bəyənilməmişdir və insanın ağılsızlığının nişanələrindən sayılır. Çünki, bu kimi hallar vaxtın, ömrün hədərə getməsinə səbəb olur. Bəzən vacib və ya haram olan bir işin yerinə yetirilməməsinə bais olur. Bu səbəbə görə alimlərin bir çoxu buyurmuşlar ki; «Vasvasılığa əməl etməyin haram olmasını söyləməyin işkalı yoxdur.»
    Bəziləri isə belə buyurmuşlar ki: "İnsanın özünü vasvasılıq astanasında qərar verməsi haramdır. Çünki, bu əməl şeytana itaət etmək deməkdir. Şeytana itaət etmək Allahın bəyənmədiyi işlərdəndir.” Bunlara əlavə olaraq, səhih rəvayətlərdə Abdullah ibn Sənan deyir: "İmam Sadiqin (ə) xidmətində dəstəmaz və namazda vasvasılığa düçar olmuş bir adamın adını çəkib dedim ki, o ağıllı şəxsdir. Həzrət buyurdu ki, şeytana itaət edən şəxs necə ağıllı ola bilər? Soruşdum: Şeytana necə itaət edir? Buyurdu: Özündən soruş, onda olan vasvasılıq halı haradan və nədəndir (yəni bunun əsl səbəbi nədir)? Deyəcək: Bu hal və gediş şeytan əməlidir.”(Vəsailüş-şiə cild 1 səh 46 bab 10.).
    Başqa bir hədisdə Həzrət buyurur: "Xəbis şeytanı özünüzə öyrəşdirməyin. Çünki, o xəbis bir şeyə öyrəşsə adətkar olar. Onun hədəf və istəyi ona itaət etməkdir.” Buna görə ağıllı və mömin şəxs gərək həddindən artıq əl sürtmək və yersiz su tökməkdən çəkinsin. Məbada şeytanın tələsinə düşməklə ömrünü zay edərək dəstəmazın düzgünlüyündə şübhə və israf etsin. Bəzən özünə ziyan, xəstəliyə, ayaq ağrısına, yaşayışdan geridə qalmaq və suyu hədərə vermək və s. kimi şeylərə səbəb olur. Xüsusilə, öz yaşayışını təmin etməkdən ötrü bir içim suya ehtiyacı olan şəhərlərdə və başqa yerlərdə yaşayan insanlar çoxdur. Allah bizi və bütün möminləri bu kimi şeytani vasvasılıqdan uzaq etsin və qorusun.
    Sual 133: Həyat yoldaşım təharət, dəstəmaz və qüsulda ehtiyat edir və yavaş-yavaş vasvası olmağından qorxuruq. Xahiş edirik bu qəbildən olan ehtiyatları bəyan edəsiniz.
    Cavab: Ehtiyat öz-özlüyündə və öz yerində bəyənilmişdir. Lakin diqqət etmək lazımdır ki, onun müqabilində danlanan və bəyənilməyən nəfsani hallardan olan vasvasılıq durur. Vasvası olan şeytana itaət edəndir. Mömin ömrünü və vaxtını hədər edib şeytana tabeçilik etmir. Xüsusilə ibadət işlərində. Buna əsasən, başlanğıcı vasvasılıq olan və ya vasvasılığa gətirib çıxaran ehtiyat haramdır. Gərək bu qəbildən olan ehtiyatlardan çəkinsinlər.
    Sual 134: Təharət və dəstəmaz məsələlərində vasvası olan bəzi şəxslər başqa adamların sözlərinə qulaq asmırlar, bunların əməlləri necədir?
    Cavab: Düzgün deyil. Əgər dəstəmazda sol əli iki dəfədən artıq yuyub su töksələr səhih deyildir.
    Sual 135: Nəcasət və ya bir şeyin nəcis olmasında vasvası adamın sözünə etimad etmək olarmı?
    Cavab: Xeyr, bu işdə onun sözünə etimad düzgün deyil. Onun sözünə qulaq asmaq əsassızdır.
    Sual 136: Vasvası adama vasvasılığı qadağan etmək lazımdırmı?
    Cavab: Bəli, hamıya vacibdir, nəhy əz münkərə riayət etməklə, onu vasvasılıqdan çəkindirsinlər.
    DƏSTƏMAZ
    Dəstəmazın qaydası
    Sual 137: Dəstəmazda hər dəfə yumaq bir ovuc su ilə başa gəlirmi ki, üçüncü ovuc haram sayılsın?
    Cavab: Bir dəfə yumaq təkcə su tökməklə deyil, tamam üzvü kamil şəkildə yumaqla başa gəlir. Buna əsasən mümkündür ki, dəstəmaz məqsədi ilə bir neçə ovuc su tökülsün, üzv tamam yuyulsun. Bu da bir dəfə (yuyulmuş) hesab olunur. İkinci dəfə də həmin şəkildə təkrar olunur. Əgər sol əl iki dəfədən artıq yuyularsa məsh etmək üçün dəstəmaz suyundan yox, başqa sudan istifadə etmək lazım gəlir. O da dəstəmazın batil olmasına səbəb olar.
    Sual 138: Əgər üzü və sağ əli üç dəfə, məsh zamanı bir maneə yaranmasın deyə sol əli iki dəfə yusalar dəstəmaz düzgündürmü?
    Cavab: Əgər məqsədi şəriət nöqteyi-nəzərindən və şəri göstərişin əksinə bu cür dəstəmaz almaqdırsa, dəstəmaz qeyri-qanunidir. Amma belə bir məqsədi yoxdursa, dəstəmaz düzgündür.
    Sual 139: Əgər bir nəfər uzun müddət dəstəmazda üzünü və iki əlini üç dəfə yuyubsa və məsh etməsinin nöqsanlı olduğunu bilməyibsə, bu halda qıldığı namazları batildirmi?
    Cavab: Bəli, verilən suala əsasən, sol əli də üç dəfə yuyubsa dəstəmazı batildir və qıldığı namazları da gərək təkrar qılsın.
    Sual 140: Əgər əlləri kranın altında saxlasaq, ya suya salsaq və dəstəmaz niyyəti ilə çıxarsaq əl vurmadan dəstəmaz düzgündürmü?
    Cavab: Nöqsanı yoxdur. Həmin yaş əllə başı və ayaqları məsh edin.
    Sual 141: Bəzilərinin dəstəmazda üzün yuyulması barəsində fikirləri budur ki, başın qabaq hissəsində sağda və solda tük bitməyən yer, üzün sərhədlərinə aid deyil. Bu məsələ təsadüfidir, ya yanaqların üzə aid olması kimi mübahisəlidir?
    Cavab: Başın qabaq hissəsində sağ və sol tərəfdə tük bitməyən yerlərin üzün sərhədlərinə aid olmaması fikrində bütün İmamiyyə şiələri həmrəydilər və onu yumaq lazım deyil. Təkcə əhli-sünnə alimlərindən bəzisi dəstəmazda onu yumağı vacib bilirlər.
    Sual 142: Bir nəfər xəstəlik ucbatından və ya taqətsizlikdən ucbatından dəstəmaz üzvlərindən birini və ya bir neçəsini tərpədə bilmirsə, yaxud çətinlik çəkirsə quslu, təyəmmümü və dəstəmazı yerinə yetirməkdə vəzifəsi nədir?
    Aşağıdakı hallarda onlar necə yerinə yetirilməlidir:
    1. Sol əlin hərəkətsiz olması;
    2. İki əlin hərəkətsiz olması.
    Cavab: 1) Qusl barəsində bir çətinlik yoxdur, dəstəmaz üçün isə sağ əllə üzü yuyar və sağ əli suya batırmaqla irtimasi dəstəmaz alar. Mümkün olmasa köməkdən istifadə edər. Sol əli sağ əllə yuyur. Başı, sağ ayağı sağ əllə məsh edir. Əgər köməkliklə də olsa sol ayağı məsh etmək üçün sol əldən istifadə etmək lazımdır. Bu mümkün olmasa sağ əllə sol ayağı məsh olunsun. Təyəmmüm etmək üçün isə sağ əli yerə vursun, mümkün olan halda köməkliklə də olsa sol əli sağ əllə birgə yerə vursun. Bir yerdə alnına sürtsün. Əgər mümkün olmasa sağ əli bütün alnına sürtsün. Sonra sağ əlin üstünü yerə sürtsün, ondan sonra isə sol əlin üstünü sağ ələ sürtsün.
    2) Hər iki əl işləmədikdə üzü suya batırmaqla yumaq, əlləri yumaq və məsh etmək üçün kömək istəməlidir. Təyəmmümdə deyilən formada əməl olunmalıdır.
    Sual 143: Namaz vaxtının daxil olmasını nəzərə almaqla dəstəmazı namaz qəsdi ilə yox, qürbətən iləllah niyyəti ilə alsalar, düzgündürmü?
    Cavab: Bəli, maneəsi yoxdur. O dəstəmazla namaz da qıla bilərlər və düzgündür.
    Sual 144. Bir şəxs bir müddət məsələni bilməməzlik üzündən namaz vaxtından əvvəl namaz üçün dəstəmaz almışdır və o dəstəmazla namaz qılmışdır. Qıldığı namazlar səhihdirmi?
    Cavab: Verilən suala əsasən qürbət qəsdi olmuşdur. Namazlar səhihdir və qəzası da yoxdur.
    Sual 145. Dəstəmaz öz-özlüyündə müstəhəbdirmi?
    Cavab: Dəstəmazın öz-özlüyündə müstəhəb olması məlum deyil. Amma qürbət qəsdi ilə təharətli olmaq üçün dəstəmaz alınarsa düzgündür və maneəsi yoxdur. Nə qədər ki, dəstəmaz pozulmayıb dəstəmaza aid olan işləri onunla yerinə yetirmək olar. Baxmayaraq ki, dəstəmaz alarkən müəyyən bir məqsəd nəzərdə tutulmamışdır.
    Sual 146. İrtimasi dəstəmazda sağ əli suya salsalar və sol əli də suya aparıb beləcə irtimasi dəstəmaz alsalar və sağ əli sol ələ çəkməsələr, belə halda sağ ələ toxundursalar, başa və ayağa məsh etmək üçün işkalı varmı?
    Cavab: İşkalı yoxdur, başı və sağ ayağı yaş olan sağ əllə, sol ayağı sol əllə məsh etsinlər və dəstəmaz da səhihdir.
    Sual 147. Tovzihul-məsaildə buyurmusunuz ki, üzü və əlləri yumaq birinci dəfə vacib, ikinci dəfə caiz, üçüncü dəfə haramdır. Bu mətləb yalnız tərtibi dəstəmaza aiddir, yoxsa irtimasi dəstəmaz da belə olur?
    Cavab: İkinci dəfə yumağın düzgün olması və üçüncü dəfə yumağın düzgün olmamasında tərtibi və irtimasi dəstəmazda heç bir fərq yoxdur.
    Sual 148. Dəstəmaz aldığım vaxt səhvən əlimi aşağıdan yuxarı çəkdim, dəstəmaz pozulurmu?
    Cavab: Camaat arasında deyilsə ki, yuxarıdan aşağıya yuyulmuşdur, maneəsi yoxdur.
    Sual 149. Dəstəmaz vaxtı təsadüfən əlimi yuxarı apardım və dəstəmaz suyu dirsəyimə tərəf getdi, dəstəmaz batil olmuşdurmu?
    Cavab: Dəstəmaz batil deyil.
    Sual 150. Üzü sağ əllə yumaq vacibdirmi?
    Cavab: Dəstəmazda üzü sağ əllə yumaq vacib deyil.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 830 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024