İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    NAMAZ QILARKƏN NƏCİS BİR ŞEYİN İNSANDA OLMASI
    Sual 429. Əgər xumsu verilməmiş pul dəsmal və bu kimi şeylər ya namaz qılanın üstündə olsa onun namazı batildirmi?
    Cavab: Batil olmaz.
    Sual 430. Ana, bədəni nəcis olan uşağını namaz qıldıqda qucağına alsa namazında çatışmazlıq meydana gələrmi?
    Cavab: Uşağın bədənində nəcasət və ya təklikdə eyib yerlərini örtə biləcək nəcis bir paltar olmasa eybi yoxdur.
    Sual 431. Süni əl və ya ayağın nəcis olmasının namaza maneçiliyi varmı?
    Cavab: Eybi yoxdur.
    NAMAZ QILANIN YERİ
    Sual 432. Atam xums vermir. Onun evində və ya palazının üstündə namaz qıla bilərəmmi?
    Cavab: Əgər xumsun evin torpağına, ya palaza aid olub-olmadığını bilməsəniz namaz qılmağın eybi yoxdur.
    Sual 433. Bir nəfər indiyə qədər xums verməyib və indi də vermir. Onun evinə daxil olub mənzilində olan palazın üstündə namaz qılmağımıza, ya evində dəstəmaz alıb qusl etməyimizə icazə varmı?
    Cavab: Qohumluq əlaqələrinə görə, düz yola çağırmaq və yaxşı işlərə əmr etmək üçün daxil olmağın heç bir maneəsi yoxdur. Əgər mənzilində, palazında və həyətində xumsun olmasına yəqinlik olmasa orada namaz qılmağın eybi yoxdur. Su da mübah olsa onunla dəstəmaz və qusl almaq düzgündür.
    Sual 434. Bir qadın lazımi vəzifələrindən boyun qaçırdığı üçün naşizə (itaətdən boyun qaçıran) olub. Şəriətin hökmünə uyğun olaraq xərclik, paltar və məskən haqqı olmadığı halda ərinin evində ərinin aldığı paltarla namaz qılması düzgündürmü?
    Cavab: Bu halda əgər əri razı olmasa namazı batildir.
    Sual 435. Bir mənzil bir neçə varisə aiddir. Digər varislərin razılığı olmadan varislərdən birinin orada namaz qılması düzgündürmü?
    Cavab: Ümumiyyətlə müştərək olan ev və mülklərdə başqa şəriklərin icazəsi olmadan namaz qılınmasına və başqa şəkildə istifadə etməsinə icazə verilmir, orada namaz qılmaq batildir.
    Sual 436. Qardaşlarım mənim və digər bacılarımın miras payımızı verməyiblər. Razı olmadığımız halda bütün evdən istifadə edib orada oturublar. Onların həmin evdə namaz qılması düzgündürmü?
    Cavab: Digər şəriklərin razılığı olmadan müştərək maldan istifadə etməyə və orada namaz qılmağa icazə yoxdur. Orada qılınan namaz da batildir.
    Sual 437. Qəbristanlıqda namaz qılmağa icazə varmı?
    Cavab: Maneəsi yoxdur, amma məkruhdur.
    Sual 438. Ümumi və ya dövlət namazxanalarında namaz qılmağa icazə varmı?
    Cavab: İcazə verilir.
    Sual 439. Xəstəxana taxtı üzərində namaz qılmaq düzgündürmü?
    Cavab: Bir halda ki, taxt tərpənmir, səcdə yeri sabit və dəyişməzdirsə onun üzərində namaz qılmağın heç bir maneəsi yoxdur.
    Sual 440. Bir müddət əvvəlki rejimin əsil sahiblərindən alıb əkinçilərə verdiyi torpaqda bu məsələyə diqqət vermədiyim halda namaz qılmışam. İndi isə xəbərdar olmuşam, keçmiş namazların hökmü nədir?
    Cavab: Əgər hamılıqla məsələnin hökmündən xəbərsiz olmusunuzsa keçmiş namazlar düzgündür və qəzası yoxdur.
    İndi isə bilirsiniz riayət edin və namaz yeri üçün icazə əldə edin. Həzrət İmam Xomeyninin (r) vaxtında əkinçilərin yuxarıdakı torpaqlara sahibkarlığı təkrar hökümlə bəyənildi. Ondan sonra qılınan namazlar düzgündür.
    Sual 441. Üzərində Quran ayələri yazılmış səccadə və xalçaların üzərində namaz qılmağın hökmü nədir? Çünki, oturduqda və ya səcdəyə gəldikdə Quran ayələri ayaq altında qalır.
    Cavab: Əgər bilərəkdən və etinasızlıq üzündən onu ayaqlayırsa Quranı təhqir etməkdir. Buna icazə verilmir. Bundan əlavə namazın da eybi var.
    Sual 442. Musiqi səsi eşidilən yerdə namaz qılmaq düzgündürmü?
    Cavab: Tar və başqa əyləncə alətlərindən istifadə olunan (namaz qılanın eşitdiyi halda belə) yerdə namaz qılmaq batildir. Əgər namaza başladıqdan sonra əyləncə məclislərinə münasib olan həyəcanlandırıcı musiqi səsi eşidilsə və namaz qılan şəxs qulaq asmasa namazı düzgündür. Amma namaza başlamazdan əvvəl başqa yerdən səs eşidilsə imkan daxilində namazı başqa yerdə qılmalıdır.
    Sual 443. Mənzilin yeri və xalça mübahdır, amma xalçanın altında olan qəsbidir, onun üzərində namaz qılmağın hökmü nədir?
    Cavab: Qəsbi bir şeyin üzərində əgər bir vasitə ilə olsa da oturmaq və qalxmaq caiz deyil. Onun üzərində namaz batildir.
    Sual 444. Mənim qeyri-şəri (haram) yolla pul qazanan dostum və bir qohumum vardır. Həmin pulla mənzil və xalça alıb, bizi dəvət edir, ya qohumluğa görə onun mənzilinə gedirik. Onun mənzilində namazımızın nə hökmü vardır?
    Cavab: Yerin və xalçanın haram olmasını bilməsəniz namaz qılmağın eybi yoxdur.
    Sual 445. Bir şəxs məsciddə camaat namazında yer saxlayıb və çölə çıxıb. Camaat namazı başlayana kimi qayıtmamışdır, camaat namazı başlananda onun haqqı o yerdən götürülürmü və başqaları o yerdən istifadə edə bilərmi?
    Cavab: Camaat namazı başlayandan sonra ehtiyat odur ki, İmam birinci rəkətin rükusuna gedənə qədər onun yerini tutmasınlar. Bəli, əgər birinci cərgədə yer tutubsa birinci rükuya qədər səbr etmək cərgənin birləşməsində ixtilafa səbəb olar, bu surətdə səbr etmək lazım deyil.
    MƏSCİDİN HÖKMLƏRİ
    Sual 446. Məscidə bitişik olan bir torpağı məscid tikmək üçün təyin ediblər. Təyin edənlər peşman olmasın deyə, bir nəfər orada iki rəkət namaz qılıb. Bu torpaq məscidin bir hissəsi hesab olunur, ya yox?
    O yerin altında əl-üz yuyulan yer düzəltmək və ya məscidin xərclərini ödəmək üçün icarəyə vermək olar, ya yox?
    Cavab: Məscid üçün ayrılmış torpağı məscid olması məqsədi ilə hasar çəkib namaz qılanların öhdəsində qoyublarsa, bir nəfər vəqf edən və ya vəqf edənlərin icazəsi ilə orada namaz qılsa vəqf olunma dəqiqləşir. Bu halda ondan yalnız məscid kimi istifadə etməyə icazə var. Onun altında əl-üz yuyulan yer və başqa şeylər düzəltmək olmaz. Amma vəqf edən şəxs əvvəldən məscid üçün vəqf etməyibsə, bu hal istisnadır.
    Əgər vəqf edən icazə verməyibsə və həmin şəxs icazəsiz namaz qılıbsa namazı düzgün olmayıb, vəqf dəqiqləşməyib. Bu halda ixtiyar vəqf edən və məscidin şura üzvlərinindir. İstədikləri kimi ondan istifadə edə bilərlər. Edə bilərlər ki, bir mərtəbəsini məscid üçün və zirzəmisini isə əl-üz yuyulan yer və başqa şeylər üçün istifadə etsinlər.
    Sual 447. Vəqf olunmuş yeri icarə edib məscid tikmək düzgündürmü?
    Cavab: Heç bir maneəsi yoxdur, əgər elə tiksələr ki, adətə uyğun ona məscid desinlər, zahirən icarə müddətində məscid hökmündədir.
    Sual 448. Bir yeri uzun müddətə icarə edib orada məscid tikmək səhihdirmi? Səhih olan halda məscidin hökmləri ona aid olurmu?
    Cavab: Namazxana məqsədi ilə yer icarə etməyin eybi yoxdur. Camaat arasında ona məscid deyilsə, zahirən icarə müddətində məscid hökmləri ona aiddir. Uzun müddətlə qısa müddət arasında bir fərq yoxdur.
    Sual 449. Bir qədim qəbristanlıq vardır və daha orada heç kimi dəfn etmirlər, orada məscid tikmək caizdirmi? Əgər tikilsə orada namaz qılmaq səhihdirmi?
    Cavab: Əgər qəbristanlığın ölülərin dəfni üçün vəqf olunduğu sabit olsa, orada məscid tikmək caiz deyil. Orada məscid adı altında bir bina tiksələr də belə məscidin hökmləri ona aid deyil. Həmin binada namaz qılmağın maneəsi yoxdur, amma məsciddə qılınan namazın savabı da orada keçirilən ibadətlərə aid olmur.
    Sual 450. Bir şəxs neçə il əvvəl öz torpağında məscid tikib, orada camaat namazı və başqa işlər yerinə yetirilib. İndi camaat çoxalıb məscidi genişləndirməyə ehtiyac var. Amma məscidi tikən özünü məscid sahibi bilir və deyir ki, məscidin yeri mənim adımdadır, icazə vermirəm. Şəri cəhətdən icazə verməməyə haqqı varmı?
    Cavab: Verilən suala əsasən vəqf dəqiqləşib və istifadəyə qoyulub. Vəqf edənin daha onda bir ixtiyarı yoxdur. Məscid torpağının sənədinin kimin adına olması haqq, ya ixtiyar sahibi olmasına səbəb olmur. Məscidi genişləndirmək və yenidən tikmək zərurətdirsə, söküb və genişləndirməyin eybi yoxdur. Hətta yaxşı və savablı bir işdir. Vəqf edənin də mane olmağa haqqı yoxdur.
    Sual 451. Əhali bir yeri alıb onun zirzəmisini məscid adına düzəldiblər. Neçə ildən sonra zirzəmidə qılınan namazı onun üst təbəqəsinə köçürüb və neçə il də üst təbəqədə namaz qılıblar. Məscidin zirzəmisini anbar adı ilə icarə veriblər, onun icarə haqqını alıb məscidə sərf ediblər. Məscidin xüsusi sahibinin olmadığını nəzərə alaraq o məkanda namaz qılmaq olarmı? Bu binanın məscid hökmü varmı və məscidin hökmləri ona aiddirmi? Həmçinin onun alt təbəqəsini icarəyə vermək səhihdirmi?
    İcarə yolu ilə alınan məbləğlərin məscidə sərf olunmasının hökmü nədir? O məbləğləri əzadarlıq üçün və mübarək ayların günlərində xərcləmək caizdirmi?
    Cavab: Bəli, verilən suala əsasən məscid adıyla tikildiyinə görə məscid hökmündədir.
    1. Suala əsasən oranı məscid adı ilə tikdikləri üçün məscid hökmü daşıyır.
    2. Məscid adıyla tikilən zirzəmini icarəyə vermək səhih deyil.
    3. Vücuhatdan(Xums.) xərclənən şeylərə görə icarə verən ehtiyata əsasən razılıq edib, halal etsin, ehtiyata əsasən qalan şeylər də onun icazəsi ilə həmin məscidə çatsın. Əgər icarə verən bu xərclərə razı olmasa icarəyə götürən şəxs hər yolla onun razılığını ələ gətirsin.
    Sual 452. Məscidin damında kitabxana ya müxtəlif işlər üçün bir otaq və ya məscidin altını qazıb məscid üçün anbar və ya çayxana tikmək caizdirmi?
    Cavab: Məscidin damı və onun zirzəmisi adətə görə məscidə aid olan yerlər hesab olunur və məscid hökmündədir. Buna görə də qeyd olunan işlərdən heç birini görmək caiz deyil. Bəli, əvvəldən bir yeri məscid, kitabxana və başqa şeylər üçün hazırlamaq istəsələr, məsələn, bir mərtəbəsi məscid, bir mərtəbəsi kitabxana və onun zirzəmisi anbar və ya dəstəmaz almaq üçün yer düzəltmək istəsələr və bu adla tikib və vəqf etsələr eybi yoxdur və səhihdir. Bu surətdə hər yerin özünə məxsus hökmü vardır.
    Sual 453. Xiyabanın kənarında bir məscid var. Yolu genişləndirmək qərara alınıb. Məscidin bir hissəsini sökmək caizdirmi?
    Cavab: Məscidi sökmək heç cür caiz deyil. Məscidi məscid hökmündən çıxara bilməzlər. Əgər zərurət irəli gəlsə və ümumi müsəlmanlar məscidin sökülməsinə icazə versələr, bu surətdə camiuş-şərait müctəhidin izni ilə olsa heç bir maneəsi yoxdur.
    MƏSCIDLƏ BAĞLI YENILIKLƏR, TƏMIR OLUNMA, BINANIN TƏZƏLƏNMƏSI, GENIŞLƏNDIRILMƏSI VƏ AZALDILMASI
    Sual 454. Zəlzələ nəticəsində bir məscid dağılıb. Məscid əhli ondan iki kilometr aralıqda yeni bir məscid tikib ora köçüblər. Birinci məscidin təmiri üçün nəzərdə tutulan vəqflər vardır. Onlardan başqa məsciddə istifadə etmək olarmı?
    Cavab: Dağılmış məscidi təmir etmək lazımdır. Bəzi münasib vaxtlarda o məsciddə əzadarlıq və camaatın toplanması üçün məclislər qurmaq lazımdır ki, məscidə gediş-gəliş olsun.
    Sual 455. Mədrəsə, məscid və ya hüseyniyyə tikildiyi zaman yerin altından bir meyyitin sümükləri tapılıb. Sümüklərin tapılması həmin yerdə köhnə qəbristanlıq olmasına sübutdurmu?
    Cavab: Bir sümüyün tapılması o yerin qəbristanlıq olmasına sübut deyil. Deyilən halda sümüyü torpağın altında və ya başqa yerdə basdırın.
    Sual 456. Məscidi tikərkən bir neçə metr icra hakimiyyətinin qərarı ilə yola düşür, bu iş caizdirmi?
    Cavab: Əgər bir zərurət olmasa caiz deyil.
    Sual 457. Məscid və Hüseyniyyəni bir-birinin kənarında tikiblər. Məscidin binasını təzələyəndə Hüseyniyyənin bir otağını məscidə qatıblar. Bu iş şərən caizdirmi? Bu otaq məscidin bir hissəsi hesab olunurmu, məscid hökmü varmı?
    Cavab: Hüseyniyyəni məscidə qatmağın eybi var, məscidin bir hissəsi hesab olunmur və məscid hökmü də yoxdur.
    Sual 458. Came məscidin yüz metrliyində istifadə olunmayan dağıdılmış bir məscid vardır. Bu məscidə nəzir-niyaz vermək səhihdirmi?
    Cavab: Bu məscidi təmir etmək lazımdır. Orada namaz qılmağa riayət etmək daha yaxşıdır.
    Sual 459. Bu məscidi təmir etmək Came məscidinə zərər yetirərsə, təmir və orada camaat namazı qılmağın nə hökmü vardır?
    Cavab: Səy olunsun ki, Came məscidinə heç cür zərər yetirilməsin.
    Sual 460. Bir məscidi genişləndirməyə ehtiyac var. Onun bir tərəfi ümumi küçədir. Məhəllə camaatı küçənin məscidə qatılmasına razıdırlar. Başqa tərəfi əvvəllər məscid üçün alınmış yaşayış evidir. Ümumi küçənin istiqamətini dəyişib yolu o evdən salmaq caizdirmi?
    Cavab: Daha yaxşıdır ki, alınmış evi məscidin bir hissəsi etsinlər və ümumi küçəni öz keçmiş vəziyyətində olduğu kimi saxlasınlar.
    Sual 461. Təmirə çox ehtiyacı olan bir məscid vardır. Fitrə-zəkatı onun təmirinə sərf etmək olarmı?
    Cavab: Daha yaxşıdır ki, fitrəni məhəllə fəqirlərinə sərf etsinlər, amma zəkatı məscidə və onun kimi yerlərdə xərcləməyin maneəsi yoxdur.
    MƏSCIDI BAŞQA BIR YERƏ DƏYIŞMƏK
    Sual 462. Sahiblərinin gücünə bir məscidin tikilməsi iddia olunur, onun yeri də çox soyuqdur, Sentyabr ayından sonra orada namaz qılmaq olmur, onu qızdırmaq da mümkün deyil. Bu məsciddən iki yüz metr aralı başqa bir münasib məscid vardır. Məscidi söküb onun yerini əkin yeri edib, gələn gəliri yeni məscidə sərf etmək olarmı?
    Cavab: Məscidi heç bir adla və heç bir şərait altında sökmək düzgün deyil və daha yaxşıdır imkan olan surətdə namaz o məsciddə qılınsın.
    Sual 463. Heç bir ehtiyac və zərurət olmadan yaşıl meydan yaratmaq üçün məscidi sökmək isətyirlər. Qeyd olunan halda məscidin qalması mümkündürsə, bu iş caizdirmi?
    Cavab: Verilən suala əsasən məscidi sökməyə heç bir zərurət yoxdur, məqsəd meydan düzəltməkdir, şəri göstərişlərə əsasən məscidi sökmək caiz deyil.
    Sual 464. Bir kəndin içməli suyu yoxdur. Su qazma idarəsi bir yerdə dərin bir quyu qazmışdır. Sonradan məlum olub ki, o yerdə məscid olub və zəlzələ nəticəsində dağılıb, aradan gedib. İndi məscidin yerindən istifadə olunmur, quyudan istifadə etmək caizdirmi?
    Caiz olan halda onu qorumaq üçün ətrafını hasara almaq olarmı?
    Cavab: Verilən suala əsasən sudan istifadə etmək caizdir. Yerdə və quyuda boru və su motorları birləşdirmək üçün şəriət hakiminə müraciət olunsun.
    Sual 465. Keçmiş vaxtlarda məscid və Hüseyniyyəni mədrəsə ediblər. Bu iş caizdirmi?
    Cavab: Keçmiş vəziyyətinə qaytarmaq lazımdır.
    CƏNABƏTLI VƏ HEYZ HALINDA MƏSCIDƏ DAXIL OLMAQ
    Sual 466. Şəhərlərin bəzisində böyük salonların olmamasına görə tələbələrin imtahanlarını məsciddə təşkil edirlər. Diqqət etmək lazımdır ki, iştirak edənlərin əksəriyyəti qızlardır, onlardan da bəziləri aylıq-adət halında olurlar. Həmin imtahanlarda iştirak etmək məcburidir, imtahanda iştirak etməsələr onların bir illik zəhməti zay olacaqdır. Lütfən buyurun:
    Məscidi qızların imtahanları üçün təşkil etmək düzgündürmü? Məsciddə təşkil olunan surətdə aylıq adəti olan qızlar orada iştirak edə bilərlərmi?
    Cavab: 1) Qızların imtahanlarını təşkil edənlərə bu cəhətə riayət etmələri lazımdır. İmtahanları məsciddə yox, ən azı Hüseyniyyələrdə təşkil etsinlər.
    2) Yuxarıda qeyd olunan halda, zərurət varsa məscidin içərisinə girməyin heç bir maneəsi yoxdur.
    Sual 467. Qusl edə bilməyən cənabətli şəxs təyəmmümlə məscidə daxil olub namazını camaatla qıla bilərmi?
    Cavab: Əgər şəri üzrü olan surətdə xəstəlik və ya su tapılmaması kimi hallara görə vəzifəsi təyəmmüm etmək olsa, təyəmmümlə məscidə daxil ola bilər və başqaları kimi məsciddə qala bilər. Amma əgər üzrü vaxtın azlığıdırsa, təkcə namazı qılmaq müddətində məscidə daxil ola bilər.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 664 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Hamidofh20
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024