İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Fiqh » Şəri suallara cavablar

    Şəri suallara cavablar
    ÖZ VƏTƏNİNDƏN KEÇƏN MÜSAFİR
    Sual 764. Ərak şəhərindən olan bir müsafir Qum şəhərinə gəlib, sonra Qumdan Bürucerd şəhərinə getməyi qəsd edib yola düşmüşdür. Ərak şəhərinə həddi-tərəxxüsdən az olan (Ərakın evlərinin divarlarını görür və şəhərin azan səsini eşidir) özünün əkin sahələrinin yanından keçəndə namaz üçün dayanmışdır. Onun namazı orada qəsrdir, ya bütöv?
    Cavab: Verilən suala əsasən onun namazı bütövdür.
    Sual 765. Vətənim Qum şəhəridir, amma Ərak şəhərində sakinəm. Səfər zamanı Qumdan keçsəm və Qumdan on kilometr aralıda yerləşən qəsd etdiyim yerə çatsam, orada namazım tamamdırmı? Bu halda şəri məsafəni Qumdan hesablayım, yoxsa Ərakdan?
    Cavab: Verilən suala əsasən sizin namazınız bütövdür, şəri məsafəni gərək Qumdan hesab edəsiniz.
    VƏTƏNDƏN İMTİNA ETMƏK
    Sual 766. «Vətəndən imtina etmək» nədir?
    Cavab: «Vətəndən imtina etmək» vətəni tərk etmək və oraya bir daha qayıtmamağı qərara almaqdır. Belə ki, bir daha orada yaşamaq fikrində olmasın.
    Sual 767. Mənim işim ayrı bir şəhərdədir. Öz vətənimə qayıdanda namazımın hökmü necədir?
    Cavab: Əgər öz vətəninizdən imtina etməmisinizsə, namazınız bütövdür.
    Sual 768. Öz şəhərində doğulub boya-başa çatan qız, başqa bir şəhərə ərə gedib. Hal-hazırda ərinin vətənində yaşayır. Öz vətəninə qayıtdıqda onun namaz və orucunun hökmü necədir?
    Cavab: Əgər öz əsli vətənindən bir dəfəlik imtina edib və həmişəlik ərinin vətənində yaşamağı qərara alıbsa, ərinin vətəni onun vətəni hesab olunur. Bəzi vaxtlarda öz əsli vətənində yaşayan qohumlarına baş çəkməyə gələrsə, on gün qalmağı qəsd etməmiş olsa, namazı qəsrdir və orucu da səhih deyil.
    VƏTƏNDƏ QADIN VƏ ÖVLADIN TABEÇİLİYİ
    Sual 769. Qadın vətən məsələsində ərinə tabedirmi?
    Cavab: Qadın tabe deyil, öz niyyəti və qərara gəlməsi meyardır.
    Sual 770. Övladın valideyndən namazı bütöv, ya qəsr qılmaqda tabeçilik etməsi barəsində: Birinci, övlad ata-anasının hər ikisinə tabedir, yoxsa təkcə atasına? Anasının vətəni atasının vətənindən ayrı olduğu təqdirdə övladın vəzifəsi nədir? (Nəzərə alınsın ki, atası anasının vətənində müsafirdir.)
    İkinci: Bu tabeçilik nə vaxta qədərdir?
    Üçüncü: Övlad bir şəhərdə doğulmuşdur, lakin bu şəhər nə atasının, nə də anasının vətəni deyilsə, bura onun vətəni hesab olunurmu?
    Cavab: Tabeçilik müstəqil şəkildə yaşaya bilməyən bir şəxsin digər bir şəxsin iradə və himayəsində yaşamasına deyilir. Bu cəhətdən kiçik və böyük, ata və həyat yoldaşı və özgələr arasında heç bir fərq yoxdur. Buna görə də əgər övlad anasına tabedirsə, istər-istəməz anası ilə və anasının vətənində yaşayıb orada böyüsə, anasının vətəni onun da vətəni hesab olunacaq. Əgər ora atasının vətəni hesab olunmasa və atası orada müsafir olsa da belə. Bu tabeçilik o vaxta qədərdir ki, övlad yaşayışında müstəqil olsun və orada qalıb-qalmayacağını öz meylinə uyğun qərara alsın.
    Sual 771. Qadın öz ərinə və uşaq atasına bir yerdə məskunlaşma, ya köçüb getmə məsələsində tabeçilik etməkdə məcburdur, yoxsa yox? Qərarlaşma və niyyət qadın və övladın özlərinə aiddir, ya xeyr?
    Cavab: Qadın və övladın bir yerdə məskunlaşma və köçüb getmə məsələsində tabeçiliyi yoxdur. Amma qadın «ərim harada yaşasa məndə orada yaşayacağam», övlad da «atam harada yaşasa məndə orada yaşayacağam» desə və özünün müstəqil qərarı olmasa məskunlaşma, ya köçüb getmə məsələsində tabeçilik adi qayda üzrədir. Amma orada müstəqil qərara almaq vardırsa və qadın öz əsli vətənindən üz çevirməyibsə, əri fikrindən dönsə də köçüb getmək məsələsi həqiqiləşmir. Övlad da həmin qayda ilədir. Övlad müstəqil olandan sonra tabeçilikdən xaricdir.
    Sual 772. Bir şəxs Qum şəhərindən Tehrana köçüb, orada ailə qurub yaşamağa başlamışdır. Amma vətəni olan (Qum) şəhərindən imtina etməməmişdir. İndi buyurasınız: Əgər həyat yoldaşını Quma iki, ya üç günlük ziyarətə və qohum-əqrəbaya baş çəkmək üçün gətirərsə, öz namazı Qumda tamam oluğu halda həyat yoldaşının vəzifəsi nədir?
    Cavab: Verilən suala əsasən Quma gələn zaman həyat yoldaşının namazı qəsrdir. Əlbəttə orada on gün qalmaq niyyəti olmasa.
    Sual 773. Ərə gedən bir qız özünə vətən təyin etməkdə ərinə tabedirmi, yoxsa gərək özü müstəqil şəkildə qərara gəlsin. Əgər öz əsli vətəninə gedərsə vəzifəsi nədir?
    Cavab: Qadın vətən təyin etməkdə ərinə tabe deyil, öz əsli vətənindən imtina etmədiyi surətdə orada öz namazını tamam qılmalı və orucunu da tutmalıdır.
    Sual 774. Qadın vətən təyin etmək və ya vətəndən imtina etmək məsələsində ərinə tabedir, ya müstəqil ola bilər?
    Cavab: Vətən məsələsində qadın ərinə tabe deyil və əri ilə bir yerdə onun yaşadığı yerdə yaşamaq istədiyi surətdə ərinin vətəni onun da vətəni hesab olur. Amma ərinin razılığı ilə, ya hətta ərinin razılığı olmadan başqa bir yerdə daimi yaşamaq istəsə, o yer onun vətəni sayılır.
    Sual 775. Övlad vətən məsələsində, ya köçüb getməkdə atasının tabeçiliyindədir, yoxsa müstəqildir?
    Cavab: Övlad müstəqil olmayana qədər vətən məsələsində öz hamisinə tabedir. Amma nə vaxt müstəqil yaşamağa başlasa özü üçün vətən təyin edə bilər və ya bir yerdən imtina edər.
    Sual 776. Əgər insan başqa bir şəhərdən evlənsə, qadının vətəni öz şəhəridir, yoxsa ərinin yaşadığı şəhər?
    Cavab: Ərinin niyyəti ömrünün axırına qədər öz vətənində yaşaması olsa və qadının da qəsdi ömrünün axırına qədər həyat yoldaşı ilə birgə onun şəhərində yaşamaq olsa, ərinin vətəni onun da vətəni hesab olunur, qadının öz şəhəri daha onun vətəni hesablanmaz.
    BİR YERDƏ QALMAQ NİYYƏTİ
    Sual 777. Bir şəxs namaz və orucu tamam olsun deyə, bir yerdə on gün qalmağını qərara alsa, öz niyyətini dilə gətirməsi lazımdırmı?
    Cavab: Bir yerdə on gün qalacağını qərara aldığı surətdə namaz və orucu səhihdir, dilə gətirmək, ya qəlbdən keçirtmək lazım deyil.
    Sual 778. Həddi-büluğ olmayan bir uşaq on gün qalmaq niyyəti ilə Müqəddəs-Məşhəd şəhərinə gəlmiş, gəldiyi gündən beş gün sonra həddi-büluğa çatmışdır. İndi qalan beş günün namazını qəsr qılmalıdırmı?
    Cavab: Əvvəldən on gün qalacağını qəsd etdiyi üçün gərək namazını tamam qılsın.
    Sual 779. Səfərdə olan qadın adət günlərində Müqəddəs-Məşhəd şəhərinə daxil olmuşdur və hələ onun adətindən üç gün qalmışdır. İndi bu şəhərdə on gün qalmaq qəsdi vardır. Bu qadın pak olana qədər səbr edib sonra qəsd etməli, yoxsa şəhərə daxil olan gündən on gün qalmaq niyyət etməlidir? İlk üç günü bu on gündən hesablamalıdırmı?
    Cavab: Təkcə on gün qalmaq niyyəti (baxmayaraq ki, bundan bir miqdarı adət günlərinə düşəcəkdir) kifayət edir. Hətta daxil olduğu gündən onuncu günə qədər heyz olsa da, on gün qəsdi kifayətdir. Ondan sonra bir gün də qalsa namazı bütöv qılmalıdır.
    Sual 780. Bir şəxs Məşhəd şəhərində on gün qalmaq qəsdi ilə oraya getmişdir. Harada namazını tamam qıla bilər?
    Cavab: Məşhəd şəhərinə çatdıqda namazı tamam qılmalıdır. Amma Müqəddəs Məşhəd şəhərinə çatmamışdan əvvəl şəhərin divarları görünən və azan səsi eşidilən bir yerdə namaz qılmaq istəsə, ehtiyat vacib budur ki, namazını həm qəsr və həm də tamam qılsın.
    Sual 781. Bir yerdə on gün qalmağı niyyət edən bir şəxs müəyyən səbəb üzündən qaldığı yerdən neçə dəfə və neçə saat xaric olarsa (uzaqlaşdığı məsafə 22, 5 kilometrdən azdırsa), onun niyyətinə zərər gətirirmi?
    Cavab: Etdiyi niyyətə zərər gəlməz, hətta əvvəldən qəsd etsə də belə; bu şərtlə ki, gecələr qəsd etdiyi yerdə qalsın və gedib-qayıtması altı saatdan az olsun.
    Sual 782. Bir şəxs qarşıya çıxan səbəblər üzündən on gün qala bilməyəcəyinə ehtimal versə vəzifəsi nədir, niyyət edə bilərmi? Qarşıya bir iş çıxsa öz niyyətindən dönə bilərmi?
    Cavab: Qeyd olunan ehtimal gözlənilməz bir iş olsa, etdiyi on gün qalma niyyətinə zərər vurmaz.
    Sual 783. Bir yerdə on gün qalacağını qəsd edən müsafir on gün orada qalandan sonra, on birinci gün qaldığı yerlə fasiləsi iki fərsəx olan bir kəndə gedib orada gündüz ya gecəni qalsa, qaldığı bir gün, ya gecədə namazı qəsrdir ya xeyr? Qaldığı yerə qayıtdıqdan sonra yenidən on gün qalmaq qəsdi etməlidirmi?
    Cavab: O yerə gedən zaman yeni səfər qəsdi olmasa və əvvəl qalmaq üçün niyyət etdiyi yerə qayıtmaq fikri olsa, orada və əvvəl qaldığı yerdə namazı bütövdür, yenidən qəsd etməyə ehtiyac yoxdur.
    Sual 784. Bir yerdə on gün qalacağını niyyət edən tələbə dərsinin ləğv olmasına görə cümə axşamı günü səfərə getmək istəyir. Bu səfər caizdirmi?
    Cavab: Maneəsi yoxdur.
    Sual 785. Tələbələr ramazan ayında bir kənddə qalacaqlarını qəsd ediblər. Əvvəldən qərara alıblar ki, bu kənddən beş və ya on beş kilometr aralıda yerləşən kəndlərə də bir neçə saatlıq təbliğ üçün getsinlər. Bəzən gecələr də orada qalırlar. Lütfən xahiş edirik ki, namazı bütöv qılmağın və oruc tutmağın yolunu bəyan edəsiniz.
    Cavab: Bir yerdə on gün qalacaqlarını qəsd etdikləri surətdə orada bir dörd rəkətli namaz qılandan sonra, onu başqa yerlərə dəvət etsələr, qəsd etdiyi yer və gedəcəyi kəndlər dörd fərsəxdən uzaqda olmasa namaz tamam və səhihdir, hətta gecələr o kəndlərdə qalsalar da belə. Eləcə də on gün niyyəti ilə bir yerdə qalsa, on birinci gündən sonra dörd fərsəxdən uzaq olmayan ətraf kəndlərə də gedib qayıda bilər. Onların namaz və orucu orada gecələr qalsalar da belə, tamam və səhihdir.
    Sual 786. Mən təbliğ üçün bir-birinə yaxın olan iki kənddə qalıram. Bu iki kənddə niyyət etməyim düzgündürmü?
    Cavab: O iki kənd el arasında bir kənd hesab olunsa səhihdir. Amma onlar bir kənd sayılmasa o iki kənddən birində qalmağı niyyət etsəniz, o biri kəndə hər gün gedib-qayıtmaq niyyətiniz olduğu halda etdiyiniz qəsdə zərər gəlməz. Bu şərtlə ki, gecə orada qalmayasınız. Bu surətdə etdiyiniz qəsd həqiqiləşir, amma dörd fərsəx getmək istəsəniz də qalmaq qəsdi həqiqiləşmir.
    Sual 787. Öz əsli vətənindən başqa bir yerdə yaşayan bir şəxs öz iş yerinə getmək üçün tərəxxüs həddini keçir. Onun namaz və orucunun hökmü yaşadığı və işlədiyi yerdə necədir?
    Cavab: Əgər müvəqqəti yaşadığı yerdə on gün qalmaq qəsdi etməyibsə hər iki yerdə onun namazı qəsr və orucu batildir.
    Sual 788. Bir şəxs təhsil almaq üçün əsas vətəni olmayan bir şəhərə gəlmişdir. Bu şəxs təhsil aldığı şəhərdə on gün qalmaq qəsdi etsə, qaldığı müddət ərzində təhsil aldığı şəhərə yaxın olan başqa şəhərlərə səfər edə bilərmi?
    Cavab: Əgər şəri məsafəyə qədər səfər etsə niyyəti pozulur, amma şəri məsafədən az olan bir yerə bir-iki saatlıq qalmaq üçün getsə etdiyi qəsd pozulmur.
    Sual 789. Mən öz əsli vətənimdən Tehrana gəlmişəm və on gün qalmaq qəsdi də etmişəm. Əvvəldən niyyətim bu olub ki, bütün günü iş üçün "Behişti-Zəhra”-ya gedəm. Mənim namaz və orucum səhihdirmi?
    Cavab: Namaz qəsr və oruc səhih deyil, çünki bir yerdə on gün qalmaq qəsdi yoxunuzdur.
    Sual 790. Bir şəxs Müqəddəs-Məşhəd şəhərində qalmaq üçün gələn həftənin cümə gününə kimi on gün olduğunu güman edib qəsd etmişdir. Namazları tamam qılmış və orucu da tutmuşdur. Sonra cümə gününə kimi doqquz gün olduğunu bilmişdir. Namaz və orucunun hökmü necədir?
    Cavab: Verilən suala əsasən həqiqətdə on gün qalmaq qəsdi olmamışdır və güman etmişdir ki, on gün qalacaqdır. Qıldığı namazları gərək qəsr qəza etsin və tutduğu orucları da qəza etməlidir.
    Sual 791. Bir şəxs Məşhəd şəhərində on gün qalacağını qəsd etmişdir. Güman etmişdir ki, onun on günü ayın 28-i cümə günü sona çatacaq. Buna görə namazlarını tamam qılmış, orucunu da tutmuşdur. Sonradan başa düşmüşdür ki, onun on günü ayın 29-u şənbə günü başa çatacaq. Bu gümana əsasən onun namaz və orucunun hökmü necədir?
    Cavab: Verilən suala əsasən həqiqətdə on gün qalmaq qəsdi olmuşdur. Onun oruc və namazları səhihdir.
    Sual 792. Bir şəxs öz yoldaşlarının bir yerdə on gün qalmaq üçün niyyət etdiklərini güman edib qəsd etmiş və namazını tamam qılmışdır. Sonradan məlum olub ki, yoldaşları on günü niyyət etməmişlər. Onun tamam qıldığı namazlar səhihdirmi və qalmaq qəsdi həqiqiləşibmi?
    Cavab: Məsələnin iki yolu vardır:
    Birinci yol, əgər yoldaşlarının on gün qalacaqlarını xəyal edib özü də on gün qalacağını qəsd etsə, bu halda etdiyi qəsd həqiqiləşir, qıldığı namazlar səhihdir və qalan günlərdə də namazı tamam qılsın.
    İkinci yolu budur ki, yoldaşlarının on gün qalacağını güman edib, onların qalacaqları müddətə qədər qalmağı qəsd etsə, bu surətdə onun etdiyi qəsd həqiqiləşmir, tamam qıldığı namazları səhih deyil, qalan günlərdə də namazlarını qəsr qılsın. Bundan əvvəl tamam qıldığı namazları da qəsr şəklində qəza etsin.
    Sual 793. Karvan rəisi zəvvarların Məkkə və Mədinə şəhərlərində on gündən az qalacağını bilə-bilə zəvvarlara on gün qalacaqlarını elan etmişdir. Zəvvarlar da bu sözə etimad edib namazlarını tamam qılıb və oruc tutublar. Amma on gündən tez oradan yola düşüblər. Bunu elan edən karvan rəisinin və zəvvarların namaz və orucunun şəri hökmü necədir?
    Cavab: Mənim nəzərimcə Məkkə və Mədinə şəhərlərinin bütün yerlərində mükəlləf namazlarını tamam və qəsr qılmaqda ixtiyar sahibidir. Buna görə də verilən suala əsasən, onların namazları səhihdir, amma orucları vacib idisə, qəza etsinlər.
    Sual 794. Müsafir şəxs on gün qəsd etməyi qərara alıb:
    a) Gərək on günü bütövlükdə sübh azanının vaxtından qəsd etsin, yoxsa gün çıxan vaxt kifayət edər?
    b) On gün qəsd etməyi birləşdirməklə kifayət edirmi? (Məsələn: Əgər zöhr vaxtı çatsa və on birinci günün zöhr vaxtına qədər qalacağını qəsd edib namazını tamam qılsın.)
    Cavab: a) Ən güclü rəyə görə günün başlanması gün çıxan vaxt deyil, sübh namazı vaxtı məşriq tərəfdən ağartı görünən vaxtandır. Buna əsasən əgər müsafir sübh vaxtı ağartı görünən zaman şəhərə daxil olsa və onuncu günün məğrib vaxtına qədər qalacağını qəsd etsə (yəni on gün və doqquz gecə ) namazı tamam qılmalıdır. Əgər günəş çıxan vaxt şəhərə daxil olsa və on birinci günün günəş çıxan vaxtına kimi qalacağını qəsd etsə namazını tamam qılmalıdır, amma əgər onuncu günün məğrib vaxtında hərəkət etmək istəsə namazı qəsr qılmalıdır. (Çünki, sübh azanından günəş çıxana qədər on gündən az qəsd etmişdir.)
    b) Bəli günün ortasında çatsa və istəsə 24 saat, yaxud çox qalsın, qalmaq qəsdi həqiqələşir və namazı tamamdır. Amma əgər 24 saatdan az qalmaq istəsə, qalmaq qəsdi həqiqiləşmir və namazı qəsrdir.
    İŞ YERİ VƏ YA TƏHSİLİ VƏTƏNİNDƏN BAŞQA YERDƏ OLAN ŞƏXSLƏR
    Sual 795. Ətraf şəhərlərdən Tehrana təhsil almaq üçün gələn tələbələr kimi işi səfər olan şəxslər adətən cümə günü vətəninə qayıdırlar. Eləcə də Tehrandan yaxın şəhərlərə tədris üçün gedən müəllimlər adətən əsr vaxtı vətənlərinə qayıdırlar. Bu şəxslər əvvəllər Həzrəti İmam Xomeyninin (r) müqəllidləri idilər. Onun vəfatından sonra Ayətullah Əraki, Ayətullah Gülpayiqani və Ayətullah Xoinin icazəsi ilə ilə İmamın təqlidində baqi qalmışlar, bunların namaz və oruc haqda vəzifələri necədir?
    Cavab: Bu məsələdə nəzəriyyə Həzrəti İmam Xomeyninin (r) buyurduğu kimidir. Amma işi həmişə səfər olan bu kimi insanlar bu məsələdə yuxarıda adları qeyd olunan bu üç alicənab şəxsiyyətlərin (rizvanullahi ələyhim) fətvasına əməl edib namazlarını tamam qılıb oruclarını da tuta bilərlər.
    Sual 796. Çoxlu səfərlə, daimi səfərdə olmağın hökmü birdirmi? Yəni məsələn təhsil üçün bir şəhərdən başqa şəhərə gedənlər işi səfər olanlarla namazı bütöv qılmaqda və orucu tutmaqda bərabərdirlərmi?
    Cavab: Namazın bütöv qılınmasında və orucun səhih olmasında meyar budur ki, onun peşəsi səfər olsun, (sürücü, təyyarəçi və bu qəbildən olan şəxslər kimi) və işi səfər olmayan şəxslər üçün uzun müddətli səfərin heç bir əsəri yoxdur, ehtiyat vacibə əsasən bu şəxslərin namazı qəsr və orucları səhih deyil.
    Sual 797. Mən İsfahan şəhərində qulluqçu işləyirəm, vətənim isə Gülpayqan şəhəridir. Hər həftənin şənbə günündən bazar ertəsi gününə kimi iş yerində, qalan günləri isə öz vətənimdə oluram. Mənim namaz və orucumun hökmü nədir?
    Cavab: İş yerində və yolda sizin namazınız ehtiyat vacibə görə qəsrdir və orucunuz da səhih deyil.
    Sual 798. Bir şəxs il boyu on beş gün bir yerdə işləyir və on beş gün vətənində qalır. Onun namaz və orucunun hökmü necədir?
    Cavab: Vətəndə onun hökmü məlumdur, iş yerində isə əgər bir yerdə on beş gün qalsa namazı tamamdır.
    Sual 799. Vətənindən uzaqda işləyən bir şəxs, yəni hər həftə bir, ya bir neçə dəfə iş yerinə gedib qayıdırsa, getdiyi yolda namazı tamamdırmı? Müəllimlərdən bəziləri vətənlərindən kənarda tədrislə məşğuldurlar və hər həftə bir dəfə universitetə dərs oxumaq üçün gedirlərsə, onların namazlarının hökmü necədir?
    Cavab: Hər iki halda namazları ehtiyat vacibə əsasən qəsrdir və orucları da səhih deyil.
    Sual 800. Metallurgiya zavodunda bəzən iyirmi ildən çox işləyən işçi və fəhlələr olur. Onların iş yerləri ilə vətənləri arasında fasilə dörd fərsəx, ya ondan çox olursa, hər gün bu yolu gedib gəlirlərsə, onların namaz və oruclarının hökmü iş yerində necədir?
    Cavab: Verilən suala əsasən ehtiyat vacibə görə namazları qəsrdir və orucları da səhih deyil.
    Sual 801. Bir müəllim vətənindən səkkiz fərsəx uzaqda yerləşən iki şəhərə gedib gəlir, bir şəhərdə tədrislə, digər şəhərdə isə təhsillə məşğuldur. Hər iki yer onun iş yeri hesablanırmı?
    Cavab: Bəli, hər ikisi iş yeri hesablanır, onun namazı bu iki şəhərin birində və həmçinin yolda ehtiyat vacibə əsasən qəsrdir və orucu da səhih deyil.
    Sual 802. Həftədə bir-iki dəfə şəri məsafəni qət edən tələbə (məsələn, beş gün təhsil almaq üçün bir şəhərdə məskunlaşmışdır və həftənin son iki günlərini öz şəhərinə qayıdır), «daimus-səfər» hökmündədirmi?
    Cavab: Verilən suala əsasən onun namazı vacib ehtiyata görə qəsrdir və orucu da səhih deyil.
    Category: Şəri suallara cavablar | Added by: Islam_Kitabxanasi (2011-09-06)
    Views: 729 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024