İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Fiqh » Dörd risalə

    Dörd risalə
    BİRİNCİ RİSАLӘ
    İrs qаnunlаri
    MÜQƏDDIMƏ
    Bu vaxtadək geniş oxucu kütləsinin istifadə edəcəyi irs kitabı mövcud deyildi. Çoxları irs bölməkdə çətinliyə düçar olur, səhvə yol verirdilər. İnsanların irs məsələləri ilə rahatlıqla tanış ola bilməsi üçün bu müxtəsər risaləni hazırladım.
    VARİSLƏRİN TƏBƏQƏLƏRİ
    Birinci təbəqə: övlad, ata, ana, övlad olmadıqda nəvə və nəticələr;
    İkinci təbəqə: bacı, qardaş, babalar, nənələr, bacı və qardaş olmadıqda bacının övladları və qardaşın övladları; bacı və qardaş bə`zən ata və anadan, bə`zən təkcə atadan, bə`zən isə təkcə anadan doğma olur. Eyni qisimdən olduqda bütün mal götürülür; ata və anadan doğma qardaş iki pay, bacı bir pay götürür. Amma təkcə anadan doğma olan qardaş və bacı bərabər miqdarda irs götürür.
    Əgər varislər arasında həm ata-anadan, həm atadan, həm də anadan doğma qardaş-bacılar varsa, yalnız ata-anadan və anadan doğma olan bacı-qardaşlar irs götürür; ata-anadan doğma bacı-qardaşların olması atadan doğma bacı-qardaşların irs götürməsinə mane olur; əgər ata-anadan doğma bacı-qardaşlar yoxdursa, atadan doğma bacı qardaşlar irs götürür; anadan doğma bacı və qardaş bir nəfərdirsə, malın altıda biri onundur. Əgər onların sayı bir nəfərdən çox olsa, malın üçdə biri onlara düşür. Həmin malı öz aralarında bərabər bölürlər.
    Üçüncü təbəqə: bibilər, əmilər, xalalar, dayılar, onlar olmadıqda övladları. (bu risalədə üçüncü təbəqənin məsələləri açıqlanmır.)
    Xatırlatma: Әr və arvad bütün təbəqələr olduqda belə, bir-birlərindən irs götürürlər.
    ÖVLAD, NƏVƏ VƏ NƏTİCƏNİN HÖKMÜ
    Ata və ana, ya ərlə arvad oğul və ya qız övladlarla vərəsəlikdə şərik olsalar, övlad sağ olmadığı təqdirdə onun övladları ata və analarının yerini tutur; onlar ata-ana vә yа meyitin əri və ya arvadı ilə varislikdə iştirak edirlər. Onların payı ata və analarının payı qədərindədir.
    Əgər onun övladı qızdırsa, atasının irs payına sahib olur; qızın övladı oğlandırsa, anasının irs payını götürür; övladın övladları öz irs paylarını götürdükdən sonra öz aralarında bölürlər; oğlan qızdan iki pay artıq irs payı götürür; ən məşhur fәtva budur; amma başqa rə`y də var: qız övladın irsi onun qızı və oğlu arasında bərabər bölünür; bu rə`y məşhur deyil. (Bu sayaq ixtilaflı məsələlərdə hәr kәs öz təqlid еtdiyi müctәhidә müraciət etsin.)
    İRS MƏSƏLƏLƏRİ (BİRİNCİ TƏBƏQƏ)
    İrs təbəqələri və varislərin qisimləri nəzərə alınaraq onlara aid məsələlər zikr olunur:
    Məsələ 1: Əgər ata yeganə varis olsa, bütün irs ona çatır.
    Məsələ 2: Əgər ana tənha varis olsa, bütün irs ona çatır.
    Məsələ 3: Əgər ər yeganə varis olsa, bütün irs ona çatır.
    Məsələ 4: Əgər ərin yeganə varisi onun arvadıdırsa, arvad bütün irsdən dörddə bir pay götürür. Əgər başqa arvadlar da varsa, onların da hər birinə dörddə bir pay verilir. İrsin qalan hissəsi imamı ixtiyarındadır. Arvad torpaqdan irs payı götürmür. Bu məsələdə ixtilaf olduğundan hər kəs öz təqlid еtdiyi müctәhidә müraciət etsin.
    Məsələ 5: Ailənin yeganə övladı olan oğlan bütün irsə sahibdir.
    Məsələ 6: Ailənin yeganə övladı olan qız bütün irsə sahibdir.
    Məsələ 7: Əgər bir neçə oğul varsa, bütün irs onlar arasında bərabər bölünür.
    Məsələ 8: Əgər varis bir neçə qızdırsa, bütün mal onlar arasında bərabər bölünür.
    Məsələ 9: Əgər bir neçə oğul və bir neçə qız övlad varsa, oğlan övladlar iki pay, qız övladlar isә bir pay götürür.
    Məsələ 10: Əgər varis ata və anadırsa, bütün irs üç hissəyə bölünür: üçdə bir pay anaya çatır, qalan irsi ata götürür. Əgər meyitin ən azı iki qardaşı və ya dörd bacısı, ya bir qardaşı, iki bacısı olsa, bu halda irs altı hissəyə bölünür: ana altıda bir pay götürür, qalan irs ataya çatır.
    Məsələ 11: Əgər varis ata və bir qızdırsa, irsin dörddə bir hissəsi ataya, qalan üç hissəsi qıza çatır. Çünki ilkin halda atanın payı altıda birdir; Qur`ana görə qızın payı yarıdır. Yerdə qalan altıda iki hissə dörd hissəyə bölünür, bir hissə ataya, üç hissə qıza çatır; nəticə budur ki, mal dörd hissəyə bölünür, bir hissə ataya və üç hissə qıza çatır. Məsələn, məbləğ 60 min manat olarsa, 15 min manat atanın, 45 min manat qızın payına düşür.
    Məsələ 12: Əgər varis ata və bir neçə qız olarsa, bütün mal beş hissəyə bölünür: bir hissə ataya çatır, qalan dörd hissə qızlar arasında bərabər bölünür. Məsələn, əgər məbləğ 60 min manatdırsa, 12 min manat atanın payına düşür, qalan hissə qızlar arasında bərabər bölünür. Çünki atanın payı altıda birdir, qızların payı üçdə iki. Qalan altıda bir hissə beş hissəyə bölünür, beşdə bir ataya verilir və qalan dörd hissə qızlar arasında bölünür. Nəticədə mal beş hissəyə bölünmüş olur: bir hissə ataya verilir, dörd hissə qızların payına düşür.
    Məsələ 13: Əgər varis ata və bir oğuldursa, irsin altıda biri atanın, qalan hissəsi oğulun payına düşür.
    Məsələ 14: Əgər varis ata və bir neçə oğul, bir neçə qızdırsa, ata irsindən altıda bir pay alır, qalan hissə oğlanlar və qızlarındır. Oğlanlar iki pay, qızlar bir pay götürür.
    Məsələ 15: Əgər varis ata və ərdirsə, irsin yarı hissəsi ərin, qalan hissəsi atanındır.
    Məsələ 16: Əgər varis arvad (zövcə) və atadırsa, zövcəyə dörddə bir pay düşür, qalan hissə ataya aiddir.
    Məsələ 17: Əgər varis ana və bir qızdırsa, bütün mal dörd hissəyə bölünür: bir hissə ananın payıdır, qalan hissə qızın.
    Məsələ 18: Əgər varis ana və bir neçə qızdırsa, bütün mal beş hissəyə bölünür, bir hissə ananın, dörd hissə qızların payıdır. Qızlar həmin payı öz aralarında bərabər bölürlər.
    Məsələ 19: Əgər varis ana və bir neçə oğuldursa, malın altıda biri ananın, qalan hissə oğlanların payına düşür.
    Məsələ 20: Əgər varis ana, bir neçə oğul və bir neçə qızdırsa, malın altıda biri ananın payıdır. Qalan hissə oğlanlara və qızlara məxsusdur, oğlanlar iki pay və qızlar bir pay götürür.
    Məsələ 21: Əgər varis ana və ərdirsə, malın yarısı ərin, qalan hissəsi ananındır.
    Məsələ 22: Əgər varis ana və zövcədirsə, zövcəyə dörddə bir pay verilir, qalan hissə anaya aiddir.
    Məsələ 23: Əgər varis ata, ana və bir qızdırsa, irsin altıda biri atanın, altıda biri ananın və bütün irsin yarısı qızın payına düşür. Əgər meyitin ən azı iki qardaşı və dörd bacısı, ya da bir qardaşı və iki bacısı olarsa, qalan altıda bir hissə beş yerə bölünür, bir hissə ataya, bir hissə anaya verilir, qalan üç hissə qızın payıdır. Əgər meyit deyilən şəraitdə olmasa qalan altıda bir hissə dörd yerə bölünür, bir hissə ataya, üç hissə qıza verilir.
    Məsələ 24: Əgər varis ata, ana və birdən artıq qız olarsa, malın altıda birini ata, altıda birini ana götürür, qalan üçdə iki hissəsi qızlar arasında bərаbər bölünür.
    Məsələ 25: Əgər varis ata, ana, oğlanlar və qızlardan ibarət övladlardırsa, malın altıda biri ataya, altıda biri anaya verilir və qalan hissə övladlarındır. Əgər övlad bir oğlandırsa, qalan hissə bütünlüklə ona çatır. Əgər bir neçə oğlandırsa, onların arasında bərabər bölünür. Əgər oğlan və qızlardan ibarətdirsə, oğlan iki, qız bir pay götürür.
    Məsələ 26: Əgər varis ata, ana və ər olarsa, (və ana üçün "hacib” olmazsa) ər malın yarısını götürür, ataya altıda bir, anaya altıda iki pay düşür. Əgər ana üçün "hacib” şərti olarsa, ər yarı pay götürür, ataya altıda iki, anaya altıda bir pay düşür.
    Məsələ 27: Əgər varis ata-ana və zövcə olarsa, zövcə ümumi irsdən dörddə bir pay götürər: əgər ana üçün "hacib” şərti olarsa, ümumi irsin üçdə biri ananındır. Əgər şərt yoxdursa, anaya altıda bir pay düşür və qalan hissə atanındır.
    Məsələ 28: Əgər varis ata, ər və bir qız olarsa, ər ümumi irsdən dörddə bir pay götürür, ataya altıda bir pay çatır, qız isə malın yarısına sahib olur. Qalan on ikidə bir hissə dörd hissəyə bölünür, bir hissə ataya, qalan hissə qıza verilir.
    Məsələ 29: Əgər varis ata, ər və birdən artıq qız olarsa, ata ümumi irsdən altıda bir pay alır, ər dörddə bir götürür. Qalan hissə qızlar arasında bərabər bölünür. (Qızlar yarı pay götürməli olsa da, ortaya şərt çıxdığından onların payı azalır.)
    Məsələ 30: Əgər varis ata, ər, oğlan övlad və ya oğlan və qız övladlar olarsa, ata ümumi irsdən altıda bir pay alır. Ərə dörddə bir pay düşür. Qalan hissə övladlarındır. Əgər cəmi bir oğlan övladdırsa, qalan hissə bütünlüklə ona çatır. Əgər bir neçə oğlandırsa, qalan hissə bərabər şəkildə onların arasında bölünür. Əgər oğlan və qız övladlar varsa, oğlan iki pay, qız bir pay götürür.
    Məsələ 31: Əgər varis ata, zövcə, bir qızdırsa, ümumi irsdən ataya altıda bir, zövcəyə səkkizdə bir pay düşür. Əgər zövcələr çoxdursa, həmin səkkizdə bir payı öz aralarında bölürlər. Qız ümumi irsin yarısına sahib olur. Qalan iyirmi dörddə beş hissə dörd hissəyə bölünür, bir hissə ata, üç hissə qız götürür. Zövcələrin səkkizdə bir payı götürüldükdən sonra qalan mal dörd hissəyə bölünür və ata ilə qız arasında bölünür.
    Məsələ 32: Əgər varis ata, zövcə və birdən artıq qızdırsa, ümumi irsin altıda biri ataya, səkkizdə biri zövcəyə çatır. Qızlar ümumi irsin üçdə ikisinə sahib olur. Onlar bu payı öz aralarında bərabər bölür. Yerdə qalan iyirmi dörddə bir hissə ata ilə qızlar arasında bərabər bölünür. İyirmi dörddə bir hissə beş hissəyə bölünür, bir hissə ata, dörd hissə qızlar götürür.
    Məsələ 33: Əgər varis ata, zövcə, oğlan övlad və ya oğlan və qız övladlar olarsa, ata ümumi irsdən altıda bir pay götürür. Zövcəyə səkkizdə bir pay çatır. Qalan mal övladlarındır. Əgər övlad bir oğlandırsa, qalan hissə bütünlüklə ona çatır. Əgər bir neçə oğlandırsa, həmin hissə oğlanlar arasında bərabər bölünür. Əgər bir neçə oğlan və bir neçə qızdırsa, oğlanlar iki, qızlar bir paya sahib olur.
    Məsələ 34: Əgər varis ana, ər və bir qız olarsa, ana ümumi irsdən altıda bir, ər dörddə bir pay götürür. Qız ümumi irsin yarısına sahib olur. Yerdə qalan on ikidə bir hissə dörd yerə bölünür, bir hissə anaya, üç hissə qızlara çatır.
    Məsələ 35: Əgər varis ana, ər və birdən artıq qız olarsa, ümumi irsdən ana altıda bir, ər dörddə bir pay götürür. Qalan hissə qızlar arasında bərabər bölünür. Qızların payı üçdə iki olmalıdırsa da, məsələ şərtləndiyindən onlara az pay düşür.
    Məsələ 36: Əgər varis ana, ər, oğlan övlad və ya oğlan və qız övladdırsa, irsdən altıda bir pay anaya, dörddə bir pay ərə düşür. Qalan hissə övladlarındır. Əgər bir oğul olarsa, qalan hissə bütünlüklə ona çatır. Əgər bir neçə oğlandırsa, qalan hissə onlar arasında bərabər bölünür. Əgər oğlan və qız övladlar varsa, oğlan iki, qız bir pay götürür.
    Məsələ 37: Əgər varis ana, zövcə və bir qızdırsa, ümumi irsdən ana altıda bir, zövcə səkkizdə bir pay götürür. Qız ümumi irsin yarısına sahib olur. Malın qalan iyirmi dörddə beş hissəsi dörd hissəyə bölünür: bir hissə anaya, üç hissə qıza çatır. Belə ki, zövcənin səkkizdə bir payını ayırdıqdan sonra mal beş yerə bölünür: bir pay anaya, dörd pay qızlara düşür.
    Məsələ 38: Əgər varis ana, zövcə, bir oğul, ya bir neçə oğul, ya bir neçə oğulla qız olarsa, ümumi irsin altıda biri ananın, səkkizdə biri zövcənin, qalan hissə övladların payıdır. Əgər bir oğlan övlad olarsa, övladların payı ona düşər. Əgər bir neçə oğulsa, övladların payını bərabər bölürlər. Əgər oğlan və qız övladlar varsa, oğlan iki pay, qız bir pay götürür.
    Məsələ 39: Əgər varis ata, ana, ər və bir qız olarsa, ata və ana hər biri maldan altıda bir pay, ər dörddə bir pay götürür. Qıza ümumi irsin yarısı düşməli olsa da, ər olduğundan onun payı əskilir. Məsələn, 60 min manatdan 10 min manatı atanın, 10 min manatı ananın payına düşür, 15 min manat ərə çatır. Qalan 25 min manat qızın payıdır. Qızın payı yarı olmalıdırsa da, o 30 min manat yox, 15 min manat alır.
    Məsələ 40: Əgər varis ata, ana, ər və birdən artıq qız olarsa, ata və ana hər biri altıda bir pay alır, ər dörddə bir pay götürür. Malın qalanı qızlar arasında bərabər bölünür. İrsin üçdə ikisi qızlara çatmalı olsa da, ata-ananın və ərin haqqı müqəddəmdir, ona görə də qızların payı azalır.
    Məsələ 41: Əgər varis ata, ana, ər, oğlan övlad, ya oğlan və qız övladlardırsa, ata və ana hər biri altıda bir pay, ər dörddə bir pay alır, Övladlar oğlandırsa, qalan mal onların arasında bərabər bölünür. Əgər oğlan və qız övladlar varsa, oğlanlar iki pay, qızlar bir pay alır.
    Məsələ 42: Əgər varis ata, ana, zövcə və bir qızdırsa, ata və ana hər biri altıda bir pay götürür, səkkizdə bir pay zövcəyə çatır. Qız ümumi malın yarısına sahib olur. Qalan hissə beş yerə bülünür, bir hissə ataya, bir hissə anaya və üç hissə qıza verilir. Amma ana üçün "hacib” şərti olarsa, o beş hissədən bir pay götürür. Qalan mal dörd yerə bölünür, bir hissə ataya, üç hissə qızlara düşür.
    Məsələ 43: Əgər varis ata, ana, zövcə və birdən artıq qızdırsa, ata və ana hər biri ümumi irsdən altıda bir pay alır, zövcə səkkizdə bir pay götürür, qalan hissə qızlar arasında bərabar bölünür.
    Məsələ 44: Əgər varis ata, ana, oğlan və qız övladları olan zövcədirsə, ata və ana hər biri altıda bir pay alır, zövcə səkkizdə bir pay götürür. Əgər oğul bir övladdırsa, qalan mal bütünlüklə ona çatır. Əgər bir neçə oğlandırsa, qalan mal onlar arasında bərabər bölünür. Əgər övladlar oğlan və qızlardırsa, oğlanlar iki, qızlar bir pay alır.
    Məsələ 45: Əgər varis ər və bir neçə qızdırsa, ər dörddə bir pay alır, qalan hissə qıza çatır.
    Məsələ 46: Əgər varis ər, birdən artıq qızdırsa, ər dörddə bir pay alır, qalan hissə qızlar arasında bərabər bölünür.
    Məsələ 47: Əgər varis oğlan övladları və ya qız və oğlan övladları olan ərdirsə, ər ümumi irsdən dörddə bir pay alır, qalan hissə övladlarındır. Əgər övlad bir oğlandırsa, qalan hissə bütünlüklə ona çatır. Əgər bir neçə oğlandırsa, mal onlar arasında bərabər bölünür. Əgər övladlar oğlan və qızlardırsa, oğlan iki pay, qız bir pay götürür.
    Məsələ 48: Əgər varis bir qızı olan zövcədirsə, zövcə səkkizdə bir pay götürür, qalan hissə qıza çatır.
    Məsələ 49: Əgər varis zövcə və birdən artıq qızdırsa, zövcə səkkizdə bir pay götürür, qalan hissə qıza çatır.
    Məsələ 50: Əgər varis zövcə, oğlan övlad və ya oğlan və qız övladdırsa, zövcə səkkizdə bir pay götürür, qalan hissə övladlarındır. Övlad bir oğlandırsa, qalan hissə bütünlüklə ona çatır. Əgər bir neçə oğlandırsa, onların arasında bərabər bölünür. Əgər övladlar oğlan və qızlardırsa, oğlan iki pay, qız bir pay götürür.
    Məsələ 51: Əgər bir şəxs dünyadan getdiyi vaxt onun bütün övladları özündən qabaq dünyasını dəyişmiş olsa, amma oğul və ya qız nəvələri qalsa, oğlan nəvələri (oğlunun övladları) atalarının, qız nəvələri analarının payına sahib olur. Oğlan nəvələri öz paylarını, qız nəvələri öz paylarını öz aralarında bölürlər. Oğlan iki, qızlar bir pay götürür. Nə qədər ki, övlad var, nəvəyə irs düşmür. Nə qədər ki, nəvə var, nəticəyə irs düşmür.
    Məsələ 52: Nəvə də övlad kimidir. O ata, ana, zövcə və ər kimi irsdən pay alır.
    Category: Dörd risalə | Added by: Islam_Kitabxanasi (2011-09-10)
    Views: 737 | Rating: 3.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019