İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Articles » Fiqh » Dörd risalə

    Dörd risalə

    İRS MƏSƏLƏLƏRİ (İKİNCİ TƏBƏQƏ)
    Məsələ 53: İkinci varis təbəqəsi bacı, qardaş, baba və nənədir; bacı və qardaş, qardaşın övladı və bacının övladı olmadıqda, baba və nənə irsə sahib olur.
    Məsələ 54: Əgər varis ata-anadan doğma bir bacıdırsa, bütün irs ona çatır. Ata-anadan doğma bacı olmadıqda, atadan doğma bacı irsə sahib olur.
    Məsələ 55: Əgər varis ata-anadan doğma bir neçə bacıdırsa, bütün irs onlara çatır və onlar bu irsi öz aralarında bölürlәr.
    Məsələ 56: Əgər varis ata-anadan doğma bacı və qardaşdırsa, qardaş iki, bacı bir pay götürür.
    Məsələ 57: Əgər varis ata-anadan doğma bir qardaşdırsa, bütün irs ona çatır. Bir neçə qardaş olarsa, irsi aralarında bərabər bölərlər.
    Məsələ 58: Əgər varis atadan doğma bacılardırsa, bütün irs onlara çatır.
    Məsələ 59: Əgər varis atadan doğma qardaş və bacılardırsa, bütün irs onlara çatır: qardaş iki pay, bacı bir pay götürür.
    Məsələ 60: Əgər varis atadan doğma qardaşdırsa, bir nəfər olduqda bütün mal ona çatır, bir neçə nəfər olduqda aralarında bərabər bölürlər.
    Məsələ 61: Əgər varis anadanbir qardaş və ya bacıdırsa, bütün irs ona çatır.
    Məsələ 62: Əgər varis anadanbir neçə bacı və ya anadanbir neçə qardaşdırsa və ya birlikdə anadanbir bir neçə bacı və bir neçə qardaşdırsa, bütün malı aralarında bərabər bölürlər. Bu halda qardaş və bacının eyni miqdarda irs götürməsinin səbəbi onların anadanbir olmasıdır.
    Məsələ 63: Əgər varis yalnız anadanbir bir neçə qardaşdırsa, bütün malı aralarında bərabər bölürlər.
    Məsələ 64: Əgər varis yalnız bir neçə anadanbir bacıdırsa, bütün mal onların arasında yarı bölünür.
    Məsələ 65: Əgər varis atadanbir bacı və qardaş, ata-anadanbir bacı və qardaşlardırsa, atadanbir bacı və qardaş irs götürür. İrs yalnız ata-anadanbir bacı və qardaş arasında bölünür: qardaş iki pay, bacı bir pay götürür.
    Məsələ 66: Əgər varis ata-anadanbir bacı və qardaş, atadanbir bacı və qardaş, anadanbir bacı və qardaşdırsa, atadanbir bacı və qardaş irsdən məhrumdur. Əgər anadanbir bacı və qardaş bir nəfərdirsə, irsin altıda birinə sahib olur, əgər bir neçə nəfərdirsə, irsin üçdə birini aralarında bərabər bölür. Qalan mal ata-anadanbir bacı və qardaşlar arasında bölünür: qardaş iki pay, bacı bir pay götürür.
    Məsələ 67: Əgər varis ata-anadanbir bacı və qardaş, anadanbir bacı və qardaş olarsa, anadanbir bacı və qardaş bir nəfər olduqda, altıda bir pay alır. Birdən artıq olduqda malın üçdə birini öz aralarında bölürlər. Qalan mal ata-anadanbir bacı və qardaş üçündür. Qardaş iki pay, bacı bir pay götürür.
    Məsələ 68: Əgər varis atadanbir bacı və qardaş, ata-anadanbir bacı və qardaşsa, atadanbir bacı və qardaş irsdən məhrumdur. Əgər ata-anadanbir övladlar bir nəfər olarsa, bütün irsə sahib olar. Əgər bir neçə nəfər olarsa, oğlanlar iki pay, qızlar bir pay götürər.
    Məsələ 69: Əgər varis anadanbir bacı və qardaşla bir və ya bir neçə atadanbir qardaş olarsa, anadanbir bacı və qardaş bir nəfər olduqda altıda bir, bir neçə nəfər olduqda üçdə bir pay götürür. Onlar bu payı aralarında bərabər bölürlər. Malın qalanı qardaş və ya qardaşlara çatır.
    Məsələ 70: Əgər varis anadanbir tək bacı və atadanbir tək bacıdırsa, anadanbir bacı altıda bir pay götürür, qalan hissə atadanbir bacıya çatır.
    Məsələ 71: Əgər varis anadanbir tək bacı və ya qardaş, atadanbir qardaşlardırsa, anadanbir bacı və ya qardaş altıda bir pay götürür, qalan hissə atadanbir qardaşlar arasında bərabər bölünür.
    Məsələ 72: Əgər varis anadanbir tək bacı, ata-anadanbir tək bacıdırsa, anadanbir bacı altıda bir pay götürür, qalan hissə ata-anadanbir bacıya çatır.
    Məsələ 73: Əgər varis anadanbir tək bacı və atadanbir bir neçə bacıdırsa, anadanbir bacı altıda bir pay götürür, qalan hissəni ata-anadanbir bacılar bölür.
    Məsələ 74: Əgər varis anadanbir tək bacı və ya qardaş, ata-anadanbir qardaşlarsa, anаdanbir bacı və qardaş irsdən altıda bir pay götürür, qalan hissə ata-anadanbir qardaşlar arasında bərabər bölünür.
    Məsələ 75: Əgər varis anadanbir bir qardaş və bir bacı, ata anadanbir bacılar və qardaşlarsa, anadanbir bacı və qardaş irsdən altıda bir pay götürür, qalan hissə ata-anadanbir bacı-qardaşlar arasında bölünür: qardaş iki, bacı bir pay götürür.
    Məsələ 76: Əgər varis anadanbir bir neçə bacı və qardaş, atadanbir tək bacı olarsa, anadanbir bacılar və qardaşlar irsdən üçdə bir pay götürər və öz aralarında bölər. Qalan hissə atadanbir tək bacınındır.
    Məsələ 77: Əgər varis anadanbir bir neçə bacı və qardaş, atadanbir bir neçə bacı olarsa, irsin üçdə biri anadanbir bacı-qardaşların payıdır. Qalan üçdə iki hissə atadanbir bacılarındır.
    Məsələ 78: Əgər varis anadanbir bir neçə bacı və qardaş, atadanbir bir və ya bir neçə qardaşsa, anadanbir bacı və qardaşlar irsin üçdə birinə sahib olur. Qalan mal atadanbir qardaş və ya qardaşlarındır.
    Məsələ 79: Əgər varis anadanbir bacılar və qardaşlar, ata-anadanbir bacılar və qardaşlarsa, anadanbir bacılar və qardaşlar irsin üçdə birinə sahib olur, qalan hissə anadanbir bacı və qardaşlarındır. Qardaşlar iki, bacılar bir pay götürür.
    Məsələ 80: Əgər varis anadanbir bir neçə bacı və qardaş, ata-anadanbir tək bacıdırsa, anadanbir bacılar və qardaşlar irsdən üçdə bir pay götürür, qalan hissə ata anadanbir bacıya çatır.
    Məsələ 81: Əgər varis anadanbir bir neçə bacı və qardaş, ata-anadanbir bacılarsa, irsin üçdə biri anadanbir bacı və qardaşlara çatır, qalan üçdə iki hissə ata-anadanbir bacılar arasında bərabər bölünür.
    Məsələ 82: Əgər varis anadanbir bir neçə bacı və qardaş, ata-anadanbir tək və ya bir neçə qardaşsa, anadanbir bacılar və qardaşlar irsdən üçdə bir pay götürür, qalan hissə ata-anadanbir qardaş və ya qardaşlara çatır.
    Məsələ 83: Əgər varis anadanbir bir neçə bacı və qardaş, ata-anadanbir bacılar və qardaşlarsa, malın üçdə biri anadanbir bacılar və qardaşlara çatır, qalan hissə ata-anadanbir bacılar və qardaşlar arasında bölünür: qardaşlar iki, bacılar bir pay götürür.
    Məsələ 84: Əgər varis ər və atadanbir tək bacısa, malın yarı hissəsi ərə çatır, qalan yarı hissə atadanbir bacıya düşür.
    Məsələ 85: Əgər varis ər, atadanbir bacılar olarsa, ər irsin yarısına sahib olur, qalan hissə bacılar arasında bərabər bölünür.
    Məsələ 86: Əgər varis ər, atadanbir qardaş və ya qardaşlarsa, ər irsin yarısına sahib olur, qalan hissə atadanbir qardaş və ya qardaşlara çatır.
    Məsələ 87: Əgər varis ər, atadanbir bacılar və qardaşlarsa, ər yarı pay götürür, qalan yarı bacı və qardaşlara çatır. Qardaşlar iki, bacılar bir bir pay götürür.
    Məsələ 88: Əgər varis ər, anadanbir tək bacı və qardaş olarsa, ər irsin yarı hissəsinə sahib olur, qalan hissə anadanbir bacı və qardaşa çatır.
    Məsələ 89: Əgər varis ər, anadanbir neçə bacı və qardaşsa, ər irsin yarı hissəsinə sahib olur, qalan hissə bacı və qardaşlara çatır.
    Məsələ 90: Əgər varis ər, ata-anadanbir tək bacı olarsa, yarı hissə ərə çatır, yarı hissə ata-anadanbir bacının ixtiyarına verilir.
    Məsələ 91: Əgər varis ər, ata-anadanbir bacılar olarsa, irsin yarı hissəsi ərə, qalan hissə bacılara çatır. Onlar bu malı aralarında bərabər bölürlər.
    Məsələ 92: Əgər varis ər, ata-anadanbir qardaş və ya qardaşlarsa, ər yarı pay götürür, qalan hissəsi isә qardaş və ya qardaşlara verilir.
    Məsələ 93: Əgər varis ər, ata-anadanbir bacılar və qardaşlarsa, yarı pay ərə çatır, qalan hissə ata-anadanbir bacı və qardaşlar arasında bölünür.
    Məsələ 94: Əgər varis zövcə və atadanbir bacısa, zövcə ümumi irsdən dörddə bir pay götürür, qalan hissə atadanbir bacıya çatır.
    Məsələ 95: Əgər varis zövcə, atadanbir bacılarsa, zövcə dörddə bir pay götürür, qalan hissə bacılar arasında bərabər bölünür.
    Məsələ 96: Əgər varis zövcə, atadanbir qardaş və ya qardaşlarsa, zövcə dörddə bir pay götürür, qalan hissə qardaş və ya qardaşlara çatır.
    Məsələ 97: Əgər varis zövcə, anadanbir bacılar və qardaşlarsa, zövcə ümumi irsdən dörddə bir pay götürür, qalan hissə atadanbir bacılar və qardaşlar arasında bölüşdürülür. Qardaş iki pay, bacı bir pay götürür.
    Məsələ 98: Əgər varis zövcə, anadanbir qardaş və bacı olsa, zövcə ümumi irsdən dörddə bir pay götürür, qalan hissə atadanbir bacı və qardaşa çatır.
    Məsələ 99: Əgər varis zövcə, anadanbir bir neçə bacı və bir neçə qardaşsa, zövcə ümumi irsdən dörddə bir pay alır, anadanbir bacılar və qardaşlar qalan hissəyə sahib olur.
    Məsələ 100: Əgər varis zövcə və ata-anadanbir bacısa, zövcə dörddə bir pay götürür, qalan hissə ata-anadanbir bacıya çatır.
    Məsələ 101: Əgər varis zövcə və ata-anadanbir bacılarsa, zövcə ümumi irsdən dörddə bir pay götürür, qalan hissə ata-anadanbir bacılar arasında bərabər bölünür.
    Məsələ 102: Əgər varis zövcə, ata-anadanbir bacılar və qardaşlarsa, zövcə dörddə bir pay götürür, qalan hissə ata-anadanbir bacılar və qardaşlar arasında bölünür. Qardaş iki pay, bacı bir pay götürür.
    Məsələ 103: Əgər meyitin istər ata-anadan, istər təkcə ata və ya anadanbir bacıları və qardaşları sağ deyilsə, onların övladları (meyitin qardaşı və bacısı övladları) hamılıqla varisdirlər və ata-analarının payına sahib olurlar. Məsələn, meyitin ata-anadanbir qardaşı və bacısı övladları ata-anadanbir qardaş və bacının payına sahib olurlar.
    Anadanbir qardaş və bacının övladları anadanbir bacı və qardaşın payını götürür.
    Ata-anadanbir qardaş və bacı övladları olan halda atadanbir qardaş və bacı övladları pay götürmür. Əgər qardaş və bacı övladları yoxsa, qardaş və bacının nəvələri varisdir. Əgər qardaş və bacının nəvələri də yoxsa, onların nəticələri varisdir.
    Məsələ 104: İkinci təbəqə varislikdə bacılar və qardaşlardan əlavə, meyitin baba və nənələri də varis olur. Atanın ata-anası, ananın ata-anası meyitin birinci mərtəbə əcdadı sayılır. Birinci mərtəbə əcdadın varlığı, ikinci mərtəbə əcdadın varisliyinə mane olur. İkinci, üçüncü, dördüncü mərtəbə əcdadların hökmü ilə tanış olmaq istəyənlər təqlid etdikləri müctәhidin risaləsinə müraciət etsinlər.
    Məsələ 105: Əgər varis ata-ana tərəfindən bir baba və ya bir nənədirsə, bütün mal ona çatır.
    Məsələ 106: Əgər varis ata tərəfindən baba ilə nənədirsə, bütün mal onlar arasında bölünür. Babaya iki pay, nənəyə bir pay çatır.
    Məsələ 107: Əgər varis ana tərəfindən baba ilə nənədirsə, bütün mal onların arasında bərabər bölünür.
    Məsələ 108: Əgər varis ata və ana tərəfindən əcdadlardırsa, irsin üçdə ikisi ata tərəfindən əcdada, üçdə biri isә ana tərəfindən əcdada çatır. Ata tərəfindən olan baba iki pay, nənə isә bir pay götürür. Ana tərəfindən olan baba və nənə paylarına düşəni yarı bölürlər.
    Məsələ 119: Əgər varis ata tərəfindən və ana tərəfindən baba olarsa, irsin üçdə ikisi ata tərəfindən babaya, üçdə biri ana tərəfindən babaya düşür. Başqa bir rə`yə görə, ata tərəfindən baba altıda beş, ana tərəfindən baba altıda bir pay alır. Bu və bundan sonrakı dörd məsələdə təqlid edilən müctəhidin fәtvasına əməl olunmalıdır.
    Məsələ 110: Əgər varis ata tərəfindən baba və ana tərəfindən nənədirsə, ata tərəfindən baba irsin üçdə ikisini, ana tərəfindən nənə irsin üçdə birini götürür. İkinci rə`yə görə ata tərəfindən baba altıda beş, ana tərəfindən nənə altıda bir pay alır.
    Məsələ 111: Əgər varis ata tərəfindən nənə və ana tərəfindən baba olarsa, ata tərəfindən nənə üçdə iki, ana tərəfindən baba üçdə bir pay alır. İkinci rə`yə görə ata tərəfindən nənəyə altıda beş, ana tərəfindən babaya altıda bir pay düşür.
    Məsələ 112: Əgər varis ata tərəfindən nənə və ana tərəfindən nənədirsə, ata tərəfindən nənə üçdə iki, ana tərəfindən nənə üçdə bir pay alır. İkinci rə`yə görə ata tərəfindən nənəyə dörddə üç, ana tərəfindən nənəyə dörddə bir pay düşür.
    Məsələ 113: Əgər varis ata tərəfindən baba və nənə, ana tərəfindən baba və ya nənə olarsa, ata tərəfindən baba və nənə ümumi irsin üçdə ikisinə sahib olur, qalan üçdə bir pay ana tərəfindən baba və nənəyə düşür. İkinci rə`yə əsasən ata tərəfindən baba altıda beş pay alır, ana tərəfindən baba və nənəyə altıda bir pay düşür.
    Məsələ 114: Əgər varis ana tərəfindən baba və nənə, ata tərəfindən baba və ya nənə olarsa, ata tərəfindən olan baba və nənə üçdə iki pay, ana tərəfindən olan baba və nənə üçdə bir pay götürür. Sonuncular götürdükləri payı aralarında bərabər bölür.
    Məsələ 115: Əgər varis ata tərəfindən baba və nənə, ata-anadan və atadanbir bacı və qardaş olarsa, bütün mal baba, nənə, bacı və ya qardaş arasında bölünər: kişi iki pay, qadın bir pay götürər.
    Məsələ 116: Əgər varis ata tərəfindən baba və nənə, təkcə bacılar və ya bacılarla qardaşlar olarsa (ata anadanbir və ya atadanbir), bütün mal onlar arasında bölünər, kişilər iki pay, qadınlar bir pay götürər. Əlbəttə ki, anadanbir qardaş və bacılar olduqda atadanbir olanlar irs almır. Ata-anadanbir qardaş və bacılar olmadıqda atadanbir olanlar irsdən pay almır.
    Məsələ 117: Əgər varis ata tərəfindən baba-nənə, anadanbir bacı, ya qardaş, ya da anadanbir bacılar və qardaşlarsa, bacı və ya qardaş bir nəfər olduqda irsdən altıda bir pay alır. Əgər bir nəfər olarsa, malın üçdə biri onlar arasında bərabər bölünür, qalan hissə ata tərəfindən baba-nənəyə çatır. Kişi iki pay, qadın isә bir pay götürür.
    Məsələ 118: Əgər varis ata tərəfindən baba və nənələr, eləcə də ərsə, ər ümumi irsin yarısını götürür. Qalan yarı ata tərəfindən baba və nənə arasında bölünür.
    Məsələ 119: Əgər varis ata tərəfindən baba və nənənlər, eləcə də zövcəsə, zövcə ümumi irsin dörddə birini götürür, qalan hissə ata tərəfindən baba-nənələr arasında bölünür.
    Məsələ 120: Əgər varis ana tərəfindən acdad və ərsə, ər ümumi irsin yarısını götürür, qalan hissə ana tərəfindən əcdad arasında bərabər bölünür.
    Məsələ 121: Əgər varis ana tərəfindən əcdad və zövcəsə, zövcə ümumi irsdən dörddə bir pay alır. Dörddə üç hissə ana tərəfindən əcdad arasında bərabər bölünür.
    Məsələ 122: Əgər varis ana tərəfindən əcdad, ata-anadanbir bacı və ya onlar olmadıqda atadanbir bacısa, ana tərəfindən əcdad üçdə bir pay götürür, qalan hissə ata-anadanbir bacıya, o olmadıqda atadanbir bacıya çatır.
    Məsələ 123: Əgər varis ana tərəfindən əcdad, ata-anadanbir bacılar və ya onlar olmadıqda atadanbir bacılarsa, ana tərəfindən əcdad üçdə bir pay götürür, qalan üçdə iki hissə ata-anadanbir bacılar və ya onlar olmadıqda atadanbir bacılar arasında bərabər bölünür.
    Məsələ 124: Əgər varis ana tərəfindən əcdad, ata-anadanbir və ya atadanbir bir qardaş, ya bir neçə qardaş, ya bir neçə bacısa, ana tərəfindən əcdad üçdə bir pay götürür. Qalan üçdə iki hissə bir qardaş olduqda tamamilə ona çatır, bir neçə qardaş olduqda aralarında bərabər bölünür. Əgər varis bacılar və qardaşlarsa, götürülən payı öz aralarında bölürlər. Ata-anadanbir övladlar olduqda atadanbir övlad pay almır. Əgər ata-anadanbir övlad yoxsa, atadanbir övlad varis sayılır.
    Məsələ 125: Əgər varis ana tərəfindən əcdad, anadanbir bacı, ya qardaş, ya bir neçə bacı və qardaşsa, hamısı bir dәrәcәdədir və bütün mal onlar arasında bərabər bölünür.
    Məsələ 126: Əgər varis ata tərəfindən əcdad, ata-anadanbir və ya atadanbir bacı, anadanbir bacı və qardaşsa, anadanbir bacı və qardaş altıda bir pay götürür, qalan irs ata tərəfindən əcdad və ata-anadanbir və ya atadanbir bacı arasında bölüşdürülür.
    Məsələ 127: Əgər varis ata tərəfindən əcdad, ata-anadan və ya atadanbir bacı və qardaş, anadanbir bacı və ya qardaş olarsa, anadanbir bacı və ya qardaş altıdabir pay götürür, qalan hissə ata tərəfindən əcdad və ata-anadanbir və ya atadanbir bacı və qardaş arasında bölüşdürülür.
    Məsələ 128: Əgər varis ata tərəfindən əcdad, ata-anadan və ya atadanbir bir neçə bacı və qardaş, anadanbir bacılar və qardaşlarsa, anadanbir bacılar və qardaşlar ümumi irsdən üçdə bir pay götürüb aralarında bölür, qalan üçdə iki hissə ata tərəfindən əcdadla ata-anadanbir bacı və qardaş arasında (onlar olmadıqda atadanbir olanlar arasında) bölünür.
    Məsələ 129: Əgər varis ana tərəfindən əcdad, anadanbir bir və ya bir neçə bacı və ya qardaş, ata-anadan və ya atadanbir bir bacı, ya bacılar, ya qardaşlar və bacılarsa, ana tərəfindən əcdad anadanbir bir və ya bir neçə bacı və qardaşla ümumi irsdən üçdə bir pay götürür və öz aralarında bərabər bölürlər. Atadanbir bacı təkcə üçdə iki pay alır. Əgər bir neçə bacı olarsa, həmin üçdə iki payı öz aralarında bərabər bölürlər. Əgər bir neçə qardaş və bacı olarsa, üçdə iki pay onlara çatır. Kişilər iki, qadınlar bir pay götürür.
    Məsələ 130: Əgər varis ər, anadanbir övladlarla ata-anadanbir və ya atadanbir bacılar və ya qardaşlarsa, ər ümumi irsin yarısını götürür, altıda bir pay anadanbir bacı və ya qardaşa, qalan hissə ata-anadanbir övladlara çatır. Onlar olmadıqda atadanbir övladlar pay alır. Bir qardaş və ya bir bacı olarsa, qalan hissə bütünlüklə ona çatır. Əgər bir neçə qardaş və ya bacı olarsa, qalan hissə onlar arasında bərabər bölünür. Kişilər iki, qadınlar bir pay götürür.
    Məsələ 131: Əgər varis ər, anadanbir bacılar və qardaşlar, atadanbir və ya ata-anadanbir bir və ya bir neçə bacılarsa, ər ümumi irsin yarısına sahib olur, üçdə bir hissə anadanbir qardaşlar və bacılar arasında bölünür, qalan hissə atadan və ya ata-anadanbir bacılara çatır. Məsələ şərtlənmədikdə bacılar altıda üç pay almalı olsalar da, hazırkı halda onların payı azalır. Məsələn, 60 min manat irsdən 30 min manatı ərə çatır, 20 min manatı anadanbir bacılar və qardaşlara düşür, 10 min manatı ata-anadan və ya atadanbir bacılar üçün nəzərdə tutulur. Qızların payı ümumi irsin üçdə ikisi olsa da, vərəsəlikdə ərin iştirakı səbəbindən onların payı azalır.
    Məsələ 132: Əgər varis ər, anadanbir bacılar və qardaşlar, ata-anadan və ya atadanbir bacılar və qardaşlarsa, ər ümumi irsdən yarı pay götürür, üçdə bir hissə anadanbir bacılar və qardaşlara, qalan altıda bir hissə isə ata-anadanbir övladlara çatır. Ata-anadanbir övladlar olmadıqda bu pay atadanbir övladlara verilir.
    Məsələ 133: Əgər varis zövcə, anadanbir bir bacı və ya qardaş, ata-anadan və ya atadanbir bir bacısa, zövcə dörddə bir pay götürür, altıda bir pay anadanbir bacıya, ya qardaşa, qalan hissə ata-anadanbir bacıya düşür. Bu məsələdə başqa bir rə`y də var: uyğun məsələ ilə bağlı hər şəxs öz təqlid еtdiyi müctәhidә müraciət etməlidir.
    Məsələ 134: Əgər varis zövcə anadanbir bir bacı və ya qardaş, atadanbir və ya ata-anadanbir bacılar olarsa, zövcə ümumi irsdən dörddə bir pay götürər, altıda bir pay anadanbir bacı və ya qardaşa çatar, qalan hissə ata-anadanbir bacılara verilər. Ata-anadanbir bacı-qardaş olmadıqda atadanbir övlad varisdir. Ata-anadanbir övladlar olduqda, atadanbir övladlar pay götürmür.
    Məsələ 135: Əgər varis zövcə, anadanbir bir bacı və ya qardaş, atadanbir və ya ata-anadanbir bir neçə qardaş və ya bacı olarsa, zövcə ümumi irsdən dörddə bir pay götürər, anadanbir bacılar və ya qardaşa altıda bir pay düşər, qalan hissə bir qardaş olduqda, bütünlüklə ona çatar, bir neçə qardaş olduqda aralarında bərabər bölünər. Əgər bir neçə bacı və qardaş olarsa, kişilər iki, qadınlar bir pay götürər. Ata-anadanbir övladlar olmadıqda atadanbir övladlar varisdir.
    Məsələ 136: Əgər varis zövcə, anadanbir bacı və qardaş, ata-anadan və ya atadanbir bir bacısa, zövcə ümumi irsdən dörddə bir pay götürər, üçdə bir hissə anadanbir bacı və qardaşa çatar, yerdə qalan hissə ata-anadan və ya atadanbir bacıya verilər.
    Məsələ 137: Əgər varis zövcə, anadanbir bacılar və qardaşlar, ata-anadanbir və ya atadanbir bacılarsa, zövcə dörddə bir pay götürər, üçdə bir pay anadanbir bacılara və qardaşlara düşər, qalan hissə ata-anadan və ya atadanbir bacılara çatar. Ata-anadanbir bacıların sayı üçdə iki olsa da, hazırkı məsələdə onlara az pay düşür.
    Məsələ 138: Əgər varis zövcə ilə anadanbir bacı və qardaş, ata-anadanbir bir və ya bir neçə qardaş, ya da bir neçə bacı və ya qardaşsa, zövcə dörddə bir pay götürür, üçdə bir hissə anadanbir bacı və qardaşa çatır, qalan hissə o biri övladlara verilir. Ata-anadanbir övlad yeganədirsə, qalan hissə bütünlüklə ona çatır. Ata-anadanbir övlad olmadıqda, atadanbir övlad varis olur.
    Məsələ 139: Əgər varis ərlə ana və ata tərəfindən əcdad olarsa, ər ümumi irsdən yarı pay alar, ana tərəfindən əcdad üçdə bir pay bölər, qalan hissə (altıda bir) ata tərəfindən əcdadlara verilər. Atanın atası iki pay, atanın anası bir pay götürər.
    Məsələ 140: Əgər varis zövcə, ana tərəfindən və ata tərəfindən əcdadlarsa, zövcə dörddə bir pay götürər (zövcə birdən çox olarsa, dörddə bir onlar arasında bölünər), üçdə bir pay ana tərəfindən əcdadlara çatar, qalan hissə ata tərəfindən əcdadlara verilər. Atanın atası iki pay, atanın anası bir pay götürər.
    Məsələ 141: Əgər varis ata tərəfindən və ana tərəfindən əcdadlar, anadanbir bir bacı və ya qardaşsa, ata tərəfindən əcdad üçdə iki pay götürür, üçdə bir pay ana tərəfindən əcdad və ondan bir bacı və ya qardaş arasında bərabər bölünür.
    Məsələ 142: Əgər varis ata və ana tərəfindən əcdadlar, anadanbir bacılar və qardaşlarsa, ata tərəfindən əcdad üçdə iki pay götürür, qalan üçdə bir pay ana tərəfindən əcdadla anadanbir bacılar və qardaşlar arasında bərabər bölünür.
    Məsələ 143: Əgər varis ata və ana tərəfindən əcdadlar, ata-anadan və anadanbir bir bacısa, ata tərəfindən əcdadla ata-anadan və ya atadanbir bacılar üçdə iki pay götürüb öz aralarında bölür, qalan üçdə bir pay ana tərəfindən əcdada düşür. Onlar bu payı öz aralarında bölürlәr.
    Məsələ 144: Əgər varis ata tərəfindən və ana tərəfindən əcdadlar, ata-anadan və ya atadanbir bacılarsa, ata tərəfindən əcdad ata-anadan və ya atadanbir bacılar və ya qardaş üçdə iki paya sahib olub aralarında kişiyə iki, qadına bir pay olmaqla bölürlər. Qalan hissə (üçdə bir) ana tərəfindən əcdadlar arasında bərabər bölünür. Ata-andanbir bacı və qardaşlar olduqda atadanbir bacı və qardaşlara pay düşmür.
    Məsələ 145: Əgər varis ərlə ata tərəfindən əcdad, ata-anadan və ya atadanbir bir bacı və ya qardaş, ya da bacılar və qardaşlarsa, ər ümumi irsdən yarı pay götürür, qalan hissə ata tərəfindən əcdadla, ata-anadanbir və ya atadanbir bir bacı və ya qardaş, bacılar və qardaşlar arasında bölünür.
    Məsələ 146: Əgər varis ər, anadanbir bacı və qardaşla ata tərəfindən əcdadsa, ər irsdən yarı pay götürür, altıda bir hissə anadanbir bacı və ya qardaşa çatır, qalan üçdə bir hissə ata tərəfindən əcdada verilir.
    Məsələ 147: Əgər varis ər, anadanbir bacı və qardaş, ata tərəfindən əcdadsa, ər ümumi irsdən yarı pay götürür, üçdə bir hissə anadanbir bacı və qardaş arasında bölünür, qalan altıda bir hissə ata tərəfindən əcdada çatır.
    Məsələ 148: Əgər varis zövcə, ata tərəfindən əcdad, ata-anadanbir və ya atadanbir bacı və qardaş və ya bacılar və qardaşlarsa, zövcə dörddə bir pay götürür (zövcələr çox olduqda dörddə bir pay onların arasında bölünür), qalan dörddə üç hissə ata tərəfindən əcdadla ata-anadanbir bacı və qardaş, ya da bacılar və qardaşlar arasında bölünür. Ata-anadanbir bacı və qardaş yoxsa, atadanbir bacı və qardaş varis olur.
    Məsələ 149: Əgər varis zövcə, ata tərəfindən əcdad, anadanbir bacı və ya qardaşsa, zövcə ümumi irsdən dörddə bir pay alır, altıda bir hissə anadanbir bacı, ya qardaşa çatır, qalan hissə ata-ana tərəfindən əcdada verilir.
    Məsələ 150: Əgər varis zövcə, ata tərəfindən əcdad, anadanbir bir neçə bacı və qardaşsa, zövcə ümumi irsdən dörddə bir pay götürür, ümumi irsin üçdə biri anadanbir bacı və qardaşa çatır, qalan hissə ata tərəfindən əcdada verilir.
    Məsələ 151: Əgər varis ər, ana tərəfindən əcdad, ata-anadan və ya atadanbir bir bacısa, ər ümumi irsin yarısına sahib olur, ümumi irsin üçdə biri ana tərəfindən əcdada çatır, qalan hissə ata-anadan və ya atadanbir bacıya verilir.
    Məsələ 152: Əgər varis ər, ana tərəfindən əcdad, ata-anadan və ya atadanbir bacılarsa, ər ümumi irsin yarısına sahib olur, ümumi irsin üçdə biri ana tərəfindən əcdada verilir, qalan hissə (altıda bir) ata-anadan və ya anadanbir bacılar arasında bölünür.
    Qur`anda bacılara ümumi irsin üçdə ikisi çatdığı bildirilir. Məsələn, 60 min manat irsdən 40 min manatı onların payıdır. Hazırkı məsələdə isə bacılara nəzərdə tutulanın yarısı verilməlidir. Ata-anadanbir bacılar olmadıqda, atadanbir bacılar varisdir.
    Məsələ 153: Əgər varis ər, ata tərəfindən əcdad, ata-anadan və ya atadanbir bacı və qardaşsa, ər yarı pay götürür, üçdə bir pay ana tərəfindən əcdada çatır, qalan hissə ata-anadan və ya atadanbir bacı və qardaşa verilir. Ata-anadanbir övladlar olduqda, atadanbir övladlar irsdən məhrumdur.
    Məsələ 154: Əgər varis ər, ana tərəfindən əcdad, anadanbir bir və ya bir neçə bacı və ya qardaşsa, irsin yarısı ərə çatır, qalan yarı hissə atadanbir bacı və qardaşlarla ana tərəfindən əcdad arasında bərabər bölünür. Kişilər və qadınlar eyni pay götürür.
    Məsələ 155: Əgər varis zövcə, ana tərəfindən əcdad, ata-anadan və ya anadanbir bir neçə bacısa, zövcə ümumi irsdən dörddə bir pay götürür, ana tərəfindən əcdada ümumi irsin üçdə biri verilir, qalan hissə ata-anadan və ya atadanbir bacıya çatır. Bu məsələdə də tənha bacıya düşəsi yarı pay, bir neçə bacıya düşəsi üçdə iki pay azalır.
    Məsələ 156: Əgər varis zövcə, ana tərəfindən əcdad, ata-anadan və ya atadanbir bir və ya bir neçə qardaş, ya bacı və qardaşsa, zövcə ümumi irsin dörddə birinə sahib olur, ümumi irsin üçdə biri ana tərəfindən əcdada çatır (aralarında bərabər bölünür), qalan hissə tənha qardaşa verilir. Bir neçə qardaş olduqda həmin pay onlar arasında bölünür. Əgər varis bacı və qardaşsa, qardaş iki, bacı bir pay götürür.
    Məsələ 157: Əgər varis zövcə, ana tərəfindən əcdad, anadanbir bir və ya bir neçə bacı və qardaşsa, zövcə ümumi irsdən dörddə bir pay alır, qalan dörddə üç hissə ana tərəfindən əcdadla anadanbir qardaş və bacılar arasında bərabər bölünür.
    Məsələ 158: Əgər varis ər, ata tərəfindən əcdad, ana tərəfindən əcdad, ata-anadan və ya atadanbir bir bacısa, ər ümumi irsin yarısına sahib olur, üçdə bir hissə ana tərəfindən əcdada çatır. Qalan altıda bir hissə ata tərəfindən əcdadla ata-anadan və ya atadanbir bacı arasında kişiyə iki pay, qadına bir pay qaydası ilə bölünür.
    Məsələ 159: Əgər varis zövcə, ana tərəfindən əcdad, ata tərəfindən əcdad, ata-anadan və ya atadanbir bir bacısa, zövcə ümumi irsdən dörddə bir pay götürür, ümumi irsin üçdə biri ana tərəfindən əcdada çatır (aralarında bərabər bölürlər), qalan hissə ata tərəfindən əcdadla ata-anadan və ya atadanbir bacı arasında bölünür (kişiyə iki, qadına bir pay).
    Məsələ 160: Əgər varis ata tərəfindən əcdad, ata-anadan və ya atadanbir bir və ya bir neçə bacı, ana tərəfindən əcdad, anadanbir bir və ya bir neçə bacı və ya qardaşsa, ata tərəfindən əcdad və ata-andan və ya atadanbir bir və ya bir neçə bacı ümumi irsdən üçdə iki pay götürür. Bu pay kişilərə iki pay, qadınlara bir pay olmaqla arada bölünür. Qalan üçdə bir hissə ana tərəfindən əcdad və anadanbir bir və ya bir neçə bacı və qardaş arasında bərabər bölünür.
    Məsələ 161: Əgər varis ata tərəfindən əcdad, ata-andan və ya atadanbir bacılar və qardaşlar, ana tərəfindən əcdad, anadanbir bir və ya bir neçə bacı və ya qardaşsa, ata tərəfindən əcdad və ata-anadan və ya atdanbir bacılar və qardaşlar ümumi irsin üçdə iki hissəsini götürüb öz aralarında kişilərə iki pay, qadınlara bir pay qaydası ilə bölür. Qalan üçdə bir hissə ana tərəfindən əcadala anadanbir bacı və qardaş arasında bərabər bölünür. Əgər ata-anadanbir bacı və qardaş olmasa, atadanbir bacı və qardaş varisdir.
    Məsələ 162: Əgər varis ər, ata tərəfindən əcdad, ata-anadan və ya atadanbir bir və ya bir neçə bacı, ya da bacılar və qardaşlar, ana tərəfindən əcdadsa, ər ümumi irsdən yarı pay götürür, altıda bir hissə ata tərəfindən əcdadla ata-anadan və ya atadanbir bir və ya bir neçə bacı, ya da bacılar və qardaşlar arasında kişilərə iki pay, qadınlara bir pay qaydası ilə bölünür. Qalan altıda bir hissə ana tərəfindən əcdadın payıdır. Onlar bu payı öz aralarında bərabər bölürlәr.
    Məsələ 163: Əgər varis ər, ata tərəfindən əcdad, ana tərəfindən əcdad, atadanbir bir və ya bir neçə bacı və ya qardaşsa, ər ümumi irsdən yarı pay götürür, üçdə bir hissə ata tərəfindən əcdada çatır. Ata tərəfindən əcdad bu payı öz aralarında kişilәrə iki pay, qadınlara bir pay qaydası ilə bölürlər. Qalan altıda bir hissə ana tərəfindən əcdad və anadanbir bir və ya bir neçə bacı və qardaşa çatır. Onlar bu payı öz aralarında bərabər bölürlər. Bu məsələ ilə bağlı başqa rə`ylər də var. Ətraflı mə`lumat almaq üçün təqlid etdiyiniz müctәhidin risaləsinə müraciət edin.
    BİR NEÇƏ BAŞQA MƏSƏLƏ
    Məsələ 164: Qadının irs payı kişidən az olmaya bilər. Məsələn:
    1. Ata-anadan və ya atadanbir bacı və qardaşın övladının irsi;
    2. Anadanbir bacı və qardaşın irsi;
    3. Qız olsa belə, oğul nəvənin irsi atasının payıdır; oğlan olsa belə, qız nəvənin irsi anasının payı qədərdir. Bu məsələdə qız oğlandan iki qat artıq irs götürür.
    Məsələ 165: Qadın ərin yaşayış yerindən irs götürmür. Bağ, dükan və fabrik kimi qeyri-yaşayış yerləri ilə bağlı, təqlid еtdiyi müctәhidә müraciət etmək daha yaxşı olar.
    Məsələ 166: Əgər meyit malının üçdə birini vəsiyyət etsə, vərəsə həmin üçdə birdən pay götürmür. Vəsiyyət etmədiyi halda bütün mal varisindir. Böyük vərəsə meyitin dəfn və hüzür məclisinin xərcini öz payından ödəyə bilər. Kiçik vərəsənin payından xərcləmək olmaz. Böyük vərəsə də razı olmasa, onun payına toxunulmamalıdır.
    Məsələ 167: İnsan vəsiyyət etməmiş ölərsə, üçdə bir ayrılmır.
    Məsələ 168: Meyitin öz zövcəsinә vеrmәli оlduğu mehriyyə, bank borcu və insanlara borc kimi verəcəkləri əsil maldan çıxılır.
    Məsələ 169: Bə`zi kəndlərdə qıza cehiz verilir deyə, irs payı ayrılmır. Bu kimi rәftаrlаr düzgün deyil, qız da, oğlan da irsdən pay alır.
    Məsələ 170: İnsan vəsiyyət etməklə öz varisini irsdən məhrum edə bilməz. Ölənin canişini bu qəbildən olan vəsiyyətə əməl etməməlidir. Bəli, insan öz mülkünün üçdə birini istədiyi yönümdə vəsiyyət edə bilər. Qalan hissə Allah kitabı və peyğəmbər sünnəsi əsasında varislər arasında bölüşdürülür.
    Məsələ 171: Varisi olmayanın mülkü öldükdən sonra mə`sum imamın ixtiyarına verilir. İmam qeybdə olduğu dövrdə bu irs təqlid оlunаn müctәhidә təqdim edilir.
    Məsələ 172: Əgər insan sağ olduğu vaxt öz mülkünün xümsünü vermişsə, öldükdən sonra ondan qalan irsə xüms düşmür. Əgər mülk sahibi sağ ikən xüms verməmişsə, öldükdən sonra irs bölünməmişdən malın xümsü verilməlidir.
    Məsələ 173: İnsana gözləmədiyi ünvandan irs çatdıqda onun xümsü verilir. Məsələn, bir şəxsin xarici bir məmləkәtdə əmisi ölmüşsə və o, əmisi olduğundan xəbərsiz olmuşsa, əldə etdiyi irsin xümsünü verməlidir.
    QUR`ANDA İRS MƏSƏLƏSİ
    Qur`ani- məciddə "fəraiz” sayılan altı paydan danışılır: ikidə bir, dörddə bir, səkkizdə bir, altıda bir, üçdə bir, üçdə iki.
    İkidə bir, yə`ni yarı pay üç zümrəyə aiddir: yeganə qız(surə 4, ayə 11); zövcənin övlad və nəvəsi olmadıqda ər(surə 4, ayə 12); ata-anadan və ya atadanbir yeganə bacı.(surə 4, ayə 176)
    Dörddə bir pay iki zümrəyə aiddir: ölmüş zövcəsinin övlad və ya nəvəsi olan ər (övlad və nəvə başqa kişidən də olsa)(surə 4, ayə 11); ölmüş ərinin övlad və nəvəsi olan zövcə (övlad və nəvə başqa zövcədən olsa da).(surə 4, ayə 12)
    Səkkizdə bir pay bir zümrəyə aiddir: başqa bir qadından olsa belə, övladları olan kişinin zövcəsi; bir neçə zövcə olarsa, irs onlar arasında bölünər.(surə 4, ayə 12)
    Altıda bir pay üç zümrəyə aiddir: meyitin övlad və nəvəsi olsa belə onun ata-anası(surə 4, ay 11); övladları olmayan, bacıları və qardaşları olan meyitin anası(surə 4, ayə 11); anadanbir yeganə bacı və qardaş.(surə 4, ayə 12)
    Üçdə bir pay iki zümrəyə aiddir: maneə olmadıqda meyitin anası(surə 4, ayə 11); anadanbir iki və ya daha artıq bacı və ya qardaş; onlar üçdə bir payı öz aralarında bərabər bölürlәr.
    Üçdə iki pay iki zümrəyə aiddir: meyitin oğlu olmadıqda iki və ya ikidən artıq qız(surə 4, ayə 11); ata-anadanbir iki və ya daha artıq bacı; ata-anadanbir bacılar olmadıqda (və meyitin ata-anadanbir qardaşı yoxsa) atadanbir bacılar.(surə 4, ayə 176)
    Category: Dörd risalə | Added by: Islam_Kitabxanasi (2011-09-10)
    Views: 865 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024