İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Fiqh » Dörd risalə

    Dörd risalə
    ÜÇÜNCÜ RİSАLӘ
    Böyük (kəbirə) günahlar
    BÖYÜK GÜNАHLАR
    Bəşəriyyətin dünya və axirət səadəti üçün peyğəmbərlər göndərən, onlar vasitəsi ilə böyük günahları bəyan edən, günahlara yol verənləri cəhənnəm əzabı ilə qorxudan Allaha həmd olsun! Bu yolla insanlar günahdan çəkinər və nəticədə əbədi axirət səadətinə çatarlar. Allahın ən üstün məxluqu olan həzrət Məhəmməd (s) ibn Abdullaha və onun ailəsinə sonsuz salam!
    Mö`minlərin istəyi ilə 1995-ci ildə böyük günahlar haqqında araşdırılma aparıldı. Ümid edirik ki, mö`min qardaşlar bu risaləni mütaliə edəcək. Əgər kitabda qeyd olunmuş günahlardan birinə yol vermişlərsə, bu günahı tərk etmək üçün Allahdan tövfiq istəsinlər və inşaəllah nicat tapsınlar.
    Kitabın mətnləri beş fəsildə və bir sonluqda verilmişdir.
    Birinci fəsildə kəbirə günahlarla bağlı Qur`an ayələri və onların tərcüməsi verilir.
    İkinci fəsildə bir sıra kəbirə günahların nəql olunduğu rəvayətlər və fəqih bəyanatları əks olunur.
    Üçüncü fəsildə kəbirə günahların müəyyənləşdirilməsi yolları tanıtdırılır.
    Dördüncü fəsildə alimlər və fəqihlərin hansı günahları kəbirə günah sayması bildirilir.
    Beşinci fəsildə bildirilir ki, kəbirə və səğirə günahlara yol verənlərin peyğəmbərə canişinlik ləyaqəti yoxdur. Xilafət və imamət yalnız kəbirə və səğirə günahdan ömür boyu çəkinənlərin haqqıdır. Bəyan olunur ki, hәzrәt Peyğəmbərdən sonra belə bir məqam (günahdan uzaqlıq) yalnız müttəqilər mövlası Əmirəl-mö`minin və onun on bir övladına aiddir. Qeyd olunur ki, şiələrin əqidəsinə əsasən mə`sum imam Allah tərəfindən peyğəmbər vasitəsi ilə tanıtdırılır. Xalq mə`sumu tanımaq gücündə olmadığından onu müəyyənləşdirmək imkanında deyil. Sünnilərin belə bir əqidəsi düzgün deyil.
    Sonluqda ədalət məfhumu açıqlanır, ədalətli kəsin kimliyi bəyan olunur. Ədalətli şəxs o kəsdir ki, onda kəbirə günahların qarşısını alacaq iman qüvvəsi var. Belə bir şəxs kiçik günahları da davam etdirmir.
    Əlinizdəki risalə də beş fəsil və bir sonluqdan ibarətdir. Birinci fəsildə kəbirə günahların rəvayətlərdə qeyd olunmuş tə`sirləri bəyan olunur. İkinci fəsildə günah əhli ilə oturub-duranlar məzəmmət edilir. Üçüncü fəsildə günahlarını e`tiraf edənlər mədh olunur. Dördüncü fəsildə tövbə və onun şərtləri qeyd edilir. Beşinci fəsildə günahdan tövbə ilə bağlı rəvayətlər nəql olunur və tövbənin faydaları sadalanır. Sonluqda "Nəhcül-bəlağə”dən günah və tövbə ilə bağlı bir xütbənin tərcüməsi verilir.
    Birinci fəsil:
    KƏBİRƏ GÜNAHLAR HAQQINDA AYƏLƏR VƏ ONLARIN TƏRCÜMƏSİ
    Qur`ani-məciddə kəbirə günahlardan çəkinənləri mədh edən və onları müjdələyən ayələr mövcuddur.
    Birinci ayə: "Əgər qadağa qoyulmuş böyük günahlardan çəkinib onları tərk etsəniz sizin kiçik günahlarınızı örtər, sizi pak və çox gözəl bir məkana daxil edərik. Orada heç bir nöqsan yoxdur və ora behiştdir.” ("Nisa", 31)
    Səğirə (kiçik) günahın olmamasını düşünən alimlər ayəni belə mə`nalandırır:” Bu və bundan başqa surələrdə bəyan olunmuş böyük günahlardan çəkinsəniz, əlbəttə, biz sizin keçmiş günahlarınızı bağışlayarıq.” Yə`ni sizin hazırda bu günahları tərk etməyiniz keçmiş günahlarınızın kəffarəsidir.
    İkinci ayə: "Sizə düyada verdiyimiz ailə, övlad və sərvət kimi şeylər dünya matahıdır, ölüm vaxtı hər biri sizdən ayrılasıdır. Behişt və behiştdə olan ne`mətlər kimi Allahın yanında olan axirət ne`mətləri imanlı, yalnız Allaha təvəkkül edən, böyük günahlardan və pis işlərdən çəkinənlər, zülmü bağışlayıb əvəzini çıxmayanlar üçün daha üstündür.” ("Şura", 36, 37)
    Üçüncü ayə: "Göylərdə və yerdə nə varsa Allaha məxsusdur.” ("Nəcm", 31, 32)
    "Nəcm” surəsinin bu ayədən öncəki ayəsində Allah-tәala öz elminin nəhayətsizliyini bəyan edir. Bu ayədə bəyan olunur ki, hər bir şəxsi əməllərinə görə cəzalandırıb günahkarları cəhənnəmə daxil etməsi bu nəhayətsiz elmin nəticələrindəndir. Allah həm də yaxşı iş görənlərə mükafat verir. Yaxşı iş görənlər isə böyük günahlardan və çirkin işlərdən çəkinənlərdir.
    Saleh əməl sahibləri ismət məqamında olmadığından onlardan kiçik günahlar baş verə bilər. Amma onlar kiçik günahları təkrarlamırlar. Çünki kiçik günahların təkrarı özü böyük günahdır. Allah-tәala bu ayədə kiçik günahları istisna etmişdir. Bildirilir ki, yalnız təkrarlanmayan kiçik günahlar bağışlanasıdır.
    Böyük günaha yol verməyənin kiçik günahı bağışlanır. Allah-tәala buyurur ki, Allahın mərhəməti böyükdür.
    Bə`ziləri daim özünü tə`rif etdiyindən Allah-tәala buyurur ki, Rəbbiniz sizi daha yaxşı tanıyır və özünüzü tə`rif etməyin. Allah təqvalı olub kəbirə günahlardan çəkinənlərdən daha yaxşı xəbərdardır.
    Müəllif deyir: Əgər bir şəxs özünü saxlayıb, tə`rifdən çəkinsə, ibadətdə riyadan uzaq olar, daha səmimi ibadət edər. Allah ona xatir yaxşılığa üz tutanların yaxşılığını zahirə çıxardır, məhəbbətini qəlblərə salır. Demək, insanın özünü tə`rif etməsinə ehtiyac yoxdur.
    Çalış müşkü qoxusundan tanı sən,
    Müşk tanınmır əttarın tə`rifindən.
    Allah-tәala Qur`ani-kərimdə buyurur: "Həqiqətən, Allah Onun birliyinə, peyğəmbərin risalətinə, məada inanıb, saleh, Onun razılığına uyğun işlər görənlərin məhəbbətini qəlblərə salar.”("Məryəm", 96)
    İkinci fəsil:
    RƏVAYƏTLƏRDƏ VƏ FƏQİHLƏRİN BƏYANATLARINDA KƏBİRƏ GÜNAHLARIN SAYI
    Rəvayətlərdə və alimlərin buyuruqlarında müxtəlif saylı kəbirə günahlar qeyd olunur. Bə`zi alimlər yetmiş yeddi, bə`ziləri yetmiş, bə`ziləri altımış, bə`ziləri qırx, bə`ziləri iyirmi, bəziləri yeddi kəbirə günah olduğunu bildirir. Hәdislərdə kəbirə günahların otuz iki, iyirmi bir, yeddi, beş olduğu da qeyd edilir.
    Birinci rəvayət: İmam Riza (ə) Mə`mun Ər-Rəşidə yazır: "İmanın xalislik əlaməti budur ki, mö`min böyük günahlardan çəkinsin.” Sonra buyurur: "Kəbirə günahlar bunlardır: Günahsızı öldürmək, zina, oğurluq, şərabxorluq, ata-ananı incitmək, İslam uğrunda savaşdan qaçmaq, yetimin malını zorla yemək, ölmüş heyvanın ətini yemək, qan içmək, donuz əti yemək, bütlərin adına kəsilmiş heyvanın ətindən yemək, haram olduğunu bilib sələm yemək, rüşvətxorluq, udub-uduzmaqla müşayiət olunan qumar, ölçüdə və çəkidə əskiltmək, pak qadını zinakarlıqda suçlamaq, livat (həmcinsbazlıq), haqsız yerə şəhadət, axirət rahatlığına ümidsizlik, özünü Allahın əzabından amanda bilmək, Allahın mərhəmətindən ümidsizlik, zalıma kömək və onlara meyl etmək, yalandan and içmək, güc çatan halda borcu ödəməyib haqqı saxlamaq, yalan, təkəbbür, israf (malı boş yerə və ya haram yolda sərf etmək), xəyanət, Həcdən boyun qaçırmaq (güc çatan halda Həccə getməmək, Həcci kiçik saymaq), Allah dostları ilə savaş, şər`ən bəyənilməyən boş işlərə məşğulluq, kiçik günahı davam etdirmək (naməhrəmə baxmaq kiçik günah olarsa, çox baxmaq).” (Şeyx Mürtəza Ənsari, "Məkasib", s.333, 334)
    İkinci rəvayət: İmam Sadiq (ә) buyurur: "Əli ibn Əbi-Talibin (ə) yazısında beş böyük günahla rastlaşdım: Allah-tәalaya qarşı şirk, ağvalideynlik, sələm yemək, İslam savaşından qaçmaq, dini məsələləri öyrənmək şəraiti olan şəhərdən dini məsələlərin yada salınmadığı yerə köçmək.” (Şeyx Səduq, "Xisal", s.273)
    Bu çox incə məsələdir. Bir çox e`tiqadlı insanlar tanıyıram ki, dindar, məscidi olan məhəlləni qoyub, Tehranın dini mühiti olmayan yerinə köçüblər. Həmin yerdə onların nəinki dini mə`lumat əldə etmək imkanı yoxdur, hətta qonşuları qeyri-müsəlmandır. Məhz bu səbəbdən belələrinin övladları dindən uzaq düşür, oğlanları büdrəyir, qızları hicaba riayət etmir. Dini göstərişləri nəzərə almadan mənzili və yeri dəyişmək belə nəticələnir.
    Ağlının, dininin artması üçün
    Yoldaşın olmalı özündən üstün.
    Əziz oxucular təqlid еtdiklәri müctәhidlәrdәn soruşa bilər ki, müsəlman ölkəyə hicrətdən sonra kafir ölkəyə qayıtmaq kəbirə günahdırsa, müsəlman məhəlləsindən qeyri-müsəlman məhəlləsinә köçmək hansı hökmdədir? Məzhəbi bir yerdən qeyri-məzhəbi şəhərə köçmək də günahdır, yoxsa yox?
    Üçüncü rəvayət: Ravi nəql edir ki, İmam Sadiqdən (ə) kəbirə günah haqqında soruşdum və o belə cavab verdi: "Kəbirə günah beşdir və оnlаr еlә günahlardır ki, Allah-tәala оnlаrın müqаbilindә cəhənnəm odu və`d etmişdir:
    1. Yetimin malını zorla yemək; Allah-tәala izzət və cəlalına and içir ki, yetimin malını zorla yeyənlərə od yedirəsidir. Belələri tezliklə cəhənnəm oduna sürüklənər.
    2. İslam savaşından qaçmaq; Allah-tәala buyurur ki, ey iman gətirənlər, savaş meydanında kafirlərin çoxluğunu görüb onlara arxa çevirməyin. Yə`ni cihaddan qaçmayın. Şübhəsiz, islami savaşdan qaçanların yeri cəhənnəmdir.
    3. Sələmçilk; həzrət sələmin haram olmasından danışarkən belə bir ayəni dəlil göstərir:” Ey iman gətirənlər, Allahdan çəkinin, günaha yol verməyin, sələm yeməyin, sələmin artığını almayın.” Yə`ni əgər mö`minsinizsə, verdiyiniz puldan mənfəət götürməyin.
    4. Pak qadını zinada suçlamaq.
    5. Mö`mini mö`min olduğu üçün bilərəkdən öldürmək.”
    Dördüncü rəvayət: "İmam Sadiq (ə) buyurur ki, yeddi böyük günah var və bu günahlara bizə hörmətsizlikdən yol verilir: Allah-tәalaya münasibətdə şirk; Allahın möhtərəm saydığını öldürmək; yetimin malını zorla yemək; ata-ananın haqqına riayət etməmək; pak qadınları zinada suçlamaq; İslamı cihaddan qaçmaq; biz peyğəmbər ailəsindən olan əhli-beytin haqlarının inkarı.”
    Allaha münasibətdə şirklə bağlı deyə bilərik ki, Allah biz Әhli-beyt (ә) haqqında ayə göndərmiş, hәzrәt Peyğəmbər (s) bizim haqqımızda tövsiyələr vermişdir. Səqəlеyn hədisi buna misal ola bilər. İnsanlar Allah və onun rəsulunu inkar etdilər, bizim haqqımızı tapdadılar. Beləcə, Allaha qarşı şirkə yol verdilər.
    Möminin qətlə yetirilməsi ilə bağlı deyə bilərik ki, zalımlar imam Hüseyni (ə) və onun köməkçilərini qətlə yetirdilər.
    Yetimin malının yeyilməsi ilə bağlı deyə bilərik ki, Allahın bizim üçün müəyyənləşdirdiyi xüms payını başqalarına verdilər.
    Ata-anaya münasibətdə itaətsizliklə bağlı deyə bilərik ki, Allah Qur`anda peyğəmbərin insanlara onların özündən yaxın olduğunu bildirir. Peyğəmbərin zövcələri xalqa ana sayılır. Demək, hәzrәt Peyğəmbərə (s) qarşı itaətsizlik olunаnda, həzrət Xədicənin haqları pozuldu.
    İffətli qadınların günahda suçlanması ilə bağlı deyə bilrik ki, xanım Fatiməyə minbərdə mane oldular. Dedilər ki, Həsən və Hüseyn qız nəvəsi olduğundan Peyğəmbərə (s) övlad sayılmır. Onların bu sözlərdə məqsədi imamət maqamını inkar etmək idi.
    İmam Həsənin şəhadətindən sonra bu qəbil təbliğatlar Bəni-Üməyyənin proqramına çevrildi. Cümə namazlarında, dini bayramlarda yuxarıdakı məqsəd izlənilir, həzrət Fatimənin haqqı tapdanırdı.
    Əslində xanım Fatimənin (s) hansısa şəkildə təhqiri nəzərdə tutulmur. Çünki xanım hətta düşmənlərin inkar edə bilməyəcəyi həddə pak və iffətli idi.
    Cihad meydanından qaçmaq dedikdə həzrət Əliyə (ə) bey`ət edənlərin sonradan onu tərk etməsi nəzərdə tutulur.
    Bizim haqqımızın inkarı isə aydın bir məsələdir və mübahisəyə yer yoxdur.”("Xisali-Səduq", s.364)
    Beşinci rəvayət: Həzrət Əbdül-Əzim Həsəni buyurur: İmam Məhəmməd Təqi (ə) mənə belə nəql etdi: Atam öz atasından belə eşitdiyini buyurdu: "Əmr ibn Übeyd atam imam Sadiqin (ə) yanına gəlib salam verdi və belə bir ayə oxudu:” Böyük günahdan uzaqlaşanların, onlara qılınan zülmü bağışlayanların, əvəz çıxmaq fikrində olmayanların...” O, sözünü yarımçıq saxladı. İmam buyurdu: "Nə üçün dayandın?” O dedi: "İstəyirəm Qur`andakı böyük günahları tanıyım.” İmam buyurdu: "Ey Әmr! Ən böyük günah Allaha qarşı şirkdir. Allah-tәаlа buyurur ki, Ona qarşı şirkə yol verənə behişt haramdır.(bax:"Maidə",72) Allaha şirkdən sonra növbəti böyük günah Onun mərhəmətindən ümidi üzməkdir. Çünki Allah-tәala buyurur ki, yalnız kafirlər Allahın mərhəmətindən ümidini üzür. (bax:"Yusuf",87)Növbəti böyük günah insanın özünü Allahın cəzasından amanda bilməsidir. Allah-tәala buyurur ki, yalnız riyakarlar özünü Allahın cəzasından amanda bilir.(bax: "Ə`raf",99) Kəbirə günahlardan biri də ata-anaya ağ olmaqdır. Çünki Allah ağvalideyni zalım kimi tanıtdırır. Allah-tәala həzrət İsanın dilindən bəyan edir: "Allah məni anama münasibətdə xeyirxah qərar verdi və məni zalım buyurmadı.”(bax: "Məryəm",32) Başqa bir böyük günah Allahın möhtərəm saydığı günahsız insanı öldürməkdir. Buna qisas misal ola bilər. Allah-tәala buyurur: "Hər kəs bilərəkdən mö`mini öldürsə, cəası cəhənnəmdir və orada əbədi qalar. Allah ona qəzəblənər, onu lə`nətləyər, ona böyük əzab hazırlayar.”("Nisa",93) Pak qadını zinada suçlamaq növbəti böyük günahdır. Allah-tәala buyurur ki, mö`minə pak qadınları günahda suçlayanlara dünya və axirətdə lə`nət olsun. Onlar üçün böyük əzab var. (Nur",23)Başqa bir kəbirə günah yetimin malını zorla yeməkdir. Allah-tәala buyurur ki, yetimlərin malını zorla yeyənlər həqiqətən qarınlarını odla doldurur. Onlar şübhəsiz cəhənnəmə daxil olar, od tutub yanar. ("Nisa",10)Cihad meydanından qaçmaq növbəti kəbirə günahdır. Çünki Allah-tәala buyurur ki, döyüş günü düşmənə arxa çеvirənlər Allahın qəzəbinə gələr. Döyüş mövqeyini dəyişmək, başqa bir dəstəyə qatılmaq üçün arxa çevirməyin eybi yoxdur.("Ənfal",16) Başqa bir kəbirə günah sələm yeməkdir. Allah-tәala buyurur ki, sələm yeyənlər yalnız şeytanın məsx etdiyi kəslərdir. Sələmçi şəxs Qiyamət günü qəbirdən divanə kimi qalxar. ("Bəqərə",274)
    Bu təşbeh bir zümrənin gümanına əsaslanır. Onların fikrincə şeytan insanı özündən gedəcək vəziyyətə gətirir, cin onun ağlını əlindən alır. Yə`ni sələmçilərin ayağa qalxması divanələrin ayağa qalxması kimidir. Sələmçilik onların qəlbini daşlaşdırmış, hallarını dəyişmişdir. Bə`ziləri bildirir ki, sələm yeyənlər Qiyamət zamanı günah yükünün ağırlığında məst insanlar kimi sağa-sola gedər, yıxılıb-durar. Yedikləri sələm qəlblərində böyüyüb onları ayağa qalxmağa qoymaz.("Təfsiri-Beyzavi")
    "Məcməul-bəyan” təfsirində buyurulur ki, onlar yalnız şeytanın divanə etdiyi kəslər kimi ayağa qaldırılar. İbn Abbas və başqaları bildirirlər ki, belə bir sifət sələmçilərə məxsusdur.
    Bə`ziləri düşünür ki, şeytan insanın ağlını əlindən almır, deyilənlər bir təşbehdir. Nəfs istəklərinin qalib gəldiyi insan zəifləyir və şeytan onu təhlükələrə sürükləyir. Belə bir hal yalnız vəsvəsələrlə baş tutur.
    Başqa bir böyük günah sehr-cadudur. Allah-tәala buyurur ki, onlar şeytanın oxuduqlarına uydular. Küfr edən Süleyman yox, şeytanlar oldu. Onlar insanlara sehr-cadu öyrətdilər. Harut və Marut adlı mələklər onlara nazil olanı kimsəyə öyrətmirdilər. Amma onlar bunu öyrənib ərlə arvad arasına ayrılıq saldılar. Mə`lum oldu ki, sehr-cadunu satın alanlar axirətdə fayda görməz.("Bəqərə",102)
    Zina da kəbirə günahlardandır. Allah-tәala buyurur: "Allahdan qeyrisini mə`bud kimi çağırmayanlar, Allahın haram buyurduğunu öldürməyənlər haqsızlıq və zina etməz. Bu işləri görənlər günahının cəzasına çatar, Qiyamət əzabı ikiqat olar. Onlar zəliledici əzabda əbədi qalar.("Fürqan",69)
    Kəbirə günahlardan başqa biri günah yolda and içməkdir. "Nəhayə” kitabında yazılır ki, günah yolda and içmək evləri viran qoyar. Allah-tәala buyurur ki, onlar Allahla əhdi və andlarını ucuz qiymətə satırlar və onlar üçün axirətdə bəhrə yoxdur.(bax: "Ali-İmran",77)
    Cihad qənimətindən oğurlamaq da kəbirə günahdır. Allah-tәala buyurur ki, qənimətdən oğurlayan kəs məhşər səhnəsinə oğurladığı şeylə gətirilər.(bax: "Ali-İmran",161)
    Vacib zəkatın qarşısını almaq böyük günahlardan sayılır. Allah-tәala buyurur ki, xalqı Allahın yolundan çəkindirənləri cəhənnəm odu gözləyir.(bax: "Tövbə",35)
    Yalan şəhadət vеrmәk və şəhadəti gizlətmək də böyük günahlardan sayılır. Allah-tәala buyurur ki, şəhadəti gizlədənin həqiqətən də qəlbi günahkardır.(bax: "Bəqərə",282)
    Şərab içmək böyük günahlardan sayılır. Allah-tәala şərab içməyi bütlərə pərəstişi qadağan etdiyi kimi qadağan etmişdir. Yə`ni hər iki əməl yanaşı olaraq qadağan edilir. Mə’lum olur ki, hər iki günahın cəzası eynidir. Bu ayəyə əsasən şərabxoru bütpərəst sayırlar.
    Namazı və ya namaz üçün vacib edilmiş bir əməli bilərəkdən tərk etmək böyük günahdır. Allahın rəsulu (s) buyurur ki, namazı bilərəkdən tərk edən Allahla və Allahın rəsulu ilə əhdini pozmuşdur.
    Əhdi pozmaq, yaxınlarla əlaqəni kəsmək böyük günahlardan sayılır. Allah-tәala buyurur ki, Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın əmr etdiyi əlaqələri kəsən, yer üzündə fəsad törədən insanlar üçün lə`nət var, axirət evinin pisliyi də onlar üçündür.(bax: "Rə`d",25)
    İmam Kazim (ə) buyurur ki, atamın buyuruqlarından sonra Əmr uca səslə ağlayaraq evimizdən çıxdı. O deyirdi: "Öz rə`yi əsasında fәtva verən həlak oldu və siz Peyğəmbər (s) əhli-beyti (ə) ilə elm və fəzilətdə çəkişməyə qalxdınız.”
    Şübhəsiz ki, Əmr imamın müxaliflərini nəzərdə tuturdu. Onlar öz şəxsi rə`yləri əsasında hökm çıxarırdılar. Hansı ki, Qur`andan, Əhli-beytdən (ə) xəbərsiz idilər. Bizim alimlər "mənim fәtvam” dedikdə, Qur`an və hədis əsasında gəldikləri qənaəti nəzərdə tuturlar. Müctəhidin rə`yi onun zəhmətlərinin məhsuludur. Əslində isə ortada heç bir şəxsi rə`y yoxdur.(Şeyx Kuleyni, "Kafi", 2-285)
    Altıncı rəvayət: Məhəmməd ibn Müslim nəql edir ki, imam Sadiqdən (ə) yeddi kəbirə günah olduğunu eşitdim. Bilərəkdən mö`mini öldürmək, pak qadını zinada ittiham etmək, cihad cəbhəsindən qaçmaq, İslam məmləkətinə hicrətdən sonra İslam hökmlərinin yada salınmadığı yerə qayıtmaq, yetimin malını haqsız yemək, sələmin haramlığını bildikdən sonra sələm yemək, müqabilində Allah tərəfindən cəhənnəm odu və`d olunmuş hər bir günah şirk kimidir.(Kafi",2-277)
    Yeddinci rəvayət: Übeydə ibn Zurarə deyir ki, imam Sadiqdən (ə) kəbirə günahlar haqqında soruşdum, həzrət Sadiq (ə) imam Əlinin (ə) kitabında yeddi kəbirə günah qeyd olunduğunu bildirdi: Allah küfr, günahsızı öldürmək, ağvalideynlik, sələmçiliyin haram olduğunu bilib sələm yemək, yetimin malını haqsız yemək, cihad cəbhəsindən qaçmaq, hicrətdən sonra İslam olmayan məmləkətə dönüş.
    Ravi nəql edir ki, imamdan soruşdum ki, bu günahlar böyük günаh sаyılırmı? İmam buyurdu ki, bəli. Mən yetimin malını haqsız yeməyin və ya namazı tərk etməyin böyük günah olduğunu soruşdum. İmam buyurdu ki, namazı tərk etmək daha böyük günahdır. Soruşdum ki, nə üçün namazın tərkini böyük günahlar kimi qeyd etmədiniz? İmam cavabında buyurdu ki, Sənə ilkin olaraq hansı günahı xatırlatdım? Dedim ki, küfrü. İmam buyurdu: "Həqiqətən, namazı tərk edən kafirdir. Yəni heç bir səbəb və üzr olmadan namaz qılmamaq küfrdür.”
    Müəllif deyir ki, bir şəxs namazı inkar etsə, yəni desə ki, namaz vacib deyil, o şəxs mürtəd və murdardır. Namazı inkar etmədən yerinə yetirməzsə, kafir və murdar deyil, günaha yol verib və ruhu murdardır.("Kafi",3-278)
    Kəbirə günahlarla bağlı yeddi rəvayət nəql olundu.
    FƏQİHLƏRİN BƏYANATLARI
    Mərhum Ayətullah Ağa Seyid Əbülhəsən İsfəhaninin "Zəxirətul-ibad” kitabında yazılır:
    Sual: İnsanın çəkinməli olduğu kəbirə sayılan günahları bəyan edin.
    Cavab: Əllamə Hilli (r) "Qəvaid” və "Təhrir” kitablarında buyurur ki, müqabilində od və`d olunmuş günahlar kəbirə günahlardır.
    Şeyx Təbərsi "Məcməul-bəyan” təfsirində səhabələrə əsaslanaraq bildirir ki, bütün günahlar özündən aşağı günaha münasibətdə kəbirə günahdır. Məsələn, naməhrəm qadını öpmək zinaya münasibətdə kiçik, ona baxmağa münasibətdə böyük günahdır.
    Müxtəlif alimlərin rə`yinə əsasən, yetmiş yeddi kəbirə günah var. (Onlardan bə`zilərinin kəbirə olması qəbul edilmir): Xalqı azdırmaq, yalan, Allaha iftira, günahsızı öldürmək, yer üzündə fəsad, zülm, zalıma güvənmək, zalıma kömək, təkəbbür, namaz qılmamaq, zəkat ödəməmək, cihada getməmək, cihada gedənlərə mane olmaq, cihaddan qaçmaq, yetimin malını yemək, Allahın mərhəmətinə ümidsizlik, özünü Allahın qəzəbindən amanda bilmək, Qur`an hökmündən fərqli hökmlərə riayət etmək, gücü çatanın Həccə getməməsi, fitnəkarlıq, insanların arasını vurmaq, şərab içmək, ağvalideynlik, Qur`anın təkzibi kimi küfrə yol vermək, Allahа münasibətdə şirk, nifaq, Qur`an ayələrinin inkarı, Allahla düşmənçilik, peyğəmbərlə müxalifətçilik, məadın inkarı, məadın cismaniliyinin inkarı, dinin zəruri hökmlərinin inkarı, Allahın zikrindən üz çevirmək, Məkkədə, Məscidül-həramda zülm etmək, məscidə gedənlərin qarşısını kəsmək, pak qadını zinada suçlamaq, pak insanı həmcinsbazlıqda suçlamaq, möminlərə istehza, çirkin işlər, əhdi pozmaq, andı pozmaq, zina, həmcinsbazlıq, ğina (haram musiqi), qumar, dəf çalmaq, qadının qadınla həmcinsbazlığı, yalan and, yalan şəhadət, Kə`bəyə hörmətsizlik, Məkkəyə daxil olmaq istəyənin ehramı tərk etməsi, oğurluq, alim olmayan yerə getmək, ölmüş heyvanın ətini yemək, donuz əti yemək, Allahdan qeyrisinin adına kəsilmiş heyvanın ətini yemək, haram mal qazanmaq, ölçüdə və çəkidə əskiltmək, şəri üzr olmadan xalqın haqqını yubatmaq, israf, yersiz xərc, xəyanət, ləhvə (mə`nasız işlərə) məşğulluq, "lə’bə” (faydasız işlərə) məşğulluq, kiçik günahların davamı, bir-birinə haram olan qadınla kişinin bir-birinə toxunması, dəyyusluq, yə`ni insanın öz zövcəsini başqalarının ixtiyarına verməsi, söz gəzdirmək, yaxınlarla rabitəni kəsmək, peyğəmbərə iftira, müsəlmanı haqsız yerə vurmaq, şəhadəti gizlətmək, müsəlmandan zalıma şikayət etmək, şəri dəlil olmadan həcci təxirə salmaq, kişinin öz zövcəsinə "mənə ana kimi oldun” deməsi (zihar), yol kəsmək, yəni quldurluq.
    "Məfatihul-hidayə” və "Mişkatul-vilayə” kitab-larında mərhum Hacı Mirzə Hüseyn Şəhristanin "Üsuli-din” kitabından altımış kəbirə günah zikr olunur: namazı tərk etmək (namaz qılmamaq), zəkat verməmək, xüms verməmək, Həcci tərk etmək (ölən vaxt ona "yəhudi və ya məsihi dinində öl” deyilər), mübarək ramazan ayı orucunun tərki, Allah bəndələrinə zülm və zalıma kömək (zalımlar qarşısında təvazö), şərab və istənilən məstedici bir şey içmək, haqsız yerə adam öldürmək, livat (bu günah zinadan da pisdir; bu günaha görə qətl və ya odda yandırılma nəzərdə tutulub), zina, sələm yemək, qeybət etmək və qeybəti dinləyib qarşısını almamaq, yalan danışmaq, ğina, mütrib musiqiləri dinləmək (ney, tənbur, dəf kimi ləhv alətlərindən istifadə haramdır), əskik satmaq, saqqalı qırxmaq (rəvayətlərdə nəql olunur ki, saqqal qırxmaq səbəbindən bir qövm məsx oldu; saqqal qırxmaq məcusi padşahların xislətidir; girami İslam Peyğəmbəri (s) bunu qadağan etmişdir), özü ölmüş və ya şəri qaydada kəsilməmiş heyvanın ətindən yemək (donuz kimi murdar heyvanın və ya dovşan kimi əti haram olan heyvanın ətindən yemək, ağvalideynlik, haqsız yerə şəhadət, qumarbazlıq (uduş biletlərindən istifadə, şəhadət veriləsi yerdə şəhadəti gizləmək, pak qadını zinada suçlamaq, yalan and (yalan and ömrü qısaldır, evi viran qoyur,) xəyanət və hiyləgərliklə xalqın malını yemək (məsələn, südə su qatmaq), din qardaşlarına münasibətdə təkəbbür, israfçılıq, cihaddan qaçmaq, Allah-tәalanın mərhəmətindən ümidsizlik özünü Allahın əzabından amanda bilmək, kişinin ipək libas geyməsi (savaş meydanı istisnadır), kişilərin qızıl libas geyib, qızıl üzük taxması, qızıl və gümüş qabdan yemək üçün istifadə, söz gəzdirmək (xalqın arasında ixtilaf yaratmaq), nəziri, əhdi, andı pozmaq, heyz və nifas halında zövcə ilə yaxınlıq, arvadın ərin haqlarını, ərin arvadın haqlarını pozması, ibadətdə riya (xalqın diqqətini cəlb etmək üçün ibadət), elmi mübahisələrdə həqiqəti qəbul etməyib әks mövqe tutmaq, qadının kişi libası geyməsi (eləcə də kişinin qadın libası geyməsi), rüşvət vermək, haqqı pozaraq rüşvət almaq (mə`murların zülmündən qaçmaq üçün rüşvət verməyin eybi yoxdur; məsələn, Seyyidüş-şühəda zyarətçilərinin gömrükdən keçməsi üçün rüşvət verməyin eybi yoxdur), Qur`anın ziddinə hökm çıxarmaq, yaxınlarla əlaqəni kəsmək (bu, ömrü qısaldır), sehr-cadu, cinlərin və ruhların ram edilməsi, heykəltəraşlıq, şərtlər ödəndiyi bir halda yaxşılığa də`vət və pislikdən çəkindirməkdən vaz keçmək, vəsiyyət edənin icazəsi olmadan vəsiyyətnaməni dəyişmək, şəri icazə olmadan vəqfi dəyişmək, məscidi, Qur`anı, Seyyidüş-şühəda türbətini murdarlamaq, məsciddə cənabət, heyz və nifas halında oturmaq (Məscidül-həram və ya Peyğəmbər məscidindən ötüb keçmək), murdar və ya murdarlanmışı paklamadan istifadə, heyvanla cinsi yaxınlıq, istimina (insanın özündən spеrmа xaric etməsi; bu çox zərərlidir), müsəlmanın qəbrini murdarlamaq, dəstəmazsız və ya cənabət halında Qur`ana toxunmaq (qadının heyz və nifas halında Qur`ana toxunması), cənabət, heyz və nifas halında Qur`аnın vacib səcdəli surələrini oxumaq, səbəbsiz yerə vacib namazı pozmaq, müctəhidin hökmünü rədd etmək (bu, Allaha qarşı şirk kimidir), əti haram heyvanın südündən və ya yumurtasından istifadə (əti halal heyvanların cinsiyyәt üzvlәrindәn istifadə), torpaq yemək (şəfa tapmaq məqsədi ilə Seyyidüş-şühəda türbətindən istifadə olar), naməhrəm qadının bədəninə və ya saçına baxmaq.
    Əlbbəttə ki, haramlar və günahlar çoxdur. Onların hamısını sadalamaq imkanımız yoxdur. Müəyyən kitablarda bu mövzu geniş açıqlanmışdır.
    Mərhum Molla Məhəmməd Baqir Məclisi (r) buyurur: "Atam mərhum Molla Məhəmməd Təqi Məclisi bə`zi kitablarında hədislərə əsaslanaraq kəbirə günahları iki qrupa bölür. Birinci qrupa qəti kəbirə günahlar daxildir. Allaha münasibətdə şirk, Allahın mərhəmətindən ümidsizlik, Allahın qəzəbindən özünü amanda bilmək, günahsızı öldürmək, ağvalideynlik, mö`min kişi və qadını zinada suçlamaq, yetimin malını haqsız yemək, cihad cəbhəsindən qaçmaq, sələmçilik, sehr-cadu, kahinlik, zina, livat, oğurluq (xüsusi ilə qənimətdən), yalan and, namaz, oruc və zəkat kimi vacib əmrlərin tərki, güc çatan halda həccə getməmək, yersiz şəhadət və şəhadəti gizləmək, mәstеdici içkilər içmək, müqaviləni pozmaq, Allah və insanlarla əhdi pozmaq, yaxınlarla əlaqəni kəsmək, hicrətdən sonra geri dönmək, Allaha, onun rəsuluna və mə`sum imamlara iftira, qeybət, böhtan. İkinci qrupa isə ehtimal olunan kəbirə günahlar daxildir. Müstəhəb işlərin tərki, ehtiyac duyulmadığı halda susuz yolçuları sudan məhrum etmək, sidiyə münasibətdə ehtiyatsızlıq, ata-ananın təhqiri üçün şərait yaratmaq, vəsiyyəti pozmaq Allahın qəzavü-qədərinə qarşı çıxmaq, Allahın müqəddəratına e`tiraz, təkəbbür, həsəd, mö`minlərlə düşmənçilik, Məkkə və Mədinə hərəmlərində mülhidlik, söz gəzdirmək, haqsız yerə mö`minin bәdәn üzvünü kəsmək, ölmüş və murdar heyvan ətindən yemək, kiçik günahın davamı, pisliyə də`vət və yaxşılıqdan çəkindirmək, yalan və və`də-xilaflıq, xəyanət, mö`minə lə`nət, mö`mini alçatmaq, mö`mini incitmək, xidmətçini layiq olduğundan artıq vurmaq, haqqı çatana su verməmək, yol kəsmək, ailəni sıxıntıya salmaq, təəssüb, zülm, həqiqət qarşısında bəhanə (dığallıq), ikiüzlülük, mö`mini alçaltmaq, mö`mində eyb axtarmaq, mö`mini məzəmmət etmək, mö`minə qarşı iftira, mö`mini lə`nətləmək, mö`minə münasibətdə bәdgümаnlıq, mö`mini qorxutmaq, ölçünü və çəkini əskiltmək, yaxşılığa də`vət və pislikdən çəkindirmənin tərki, günahkarlarla bir məclisdə (xüsusilə şərab məclisində) oturmaq, dində bid`ət, bid`ətçi ilə yoldaşlıq, günahı kiçik saymaq, qumarbazlıq, haram yemək.
    Mərhum şəhid buyurur: "Şəriətdə hədd qoyulmuş, əzab və`di verilmiş hər bir günah kəbirə günahdır. Məsələn, Allaha münasibətdə şirk, haqsız qətl, livat, zina, cihad meydanından qaçmaq, sehr-cadu, sələmçilik, pak qadını zinada suçlamaq, yetimin malını yemək, haqsız qeybət, yalan and, haqsız şəhadət, şərabxorluq, Kə`bəyə hörmətsizlik, oğurluq, müqаviləni pozmaq, hicrətdən sonra qayıdış, Allahın mərhəmətindən ümidsizlik, özünü Allahın əzabından amanda bilmək, ağvalideynlik.
    Category: Dörd risalə | Added by: Islam_Kitabxanasi (2011-09-10)
    Views: 1393 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Dörd risalə [7]
    Namazın sirləri [0]
    Xümsün hökmləri [11]
    Şəriət hökmlərinin izahı [41]
    Əhkam risaləsi (gənclər üçün şəri məsələlər və etiqadi bəhslər) [13]
    Torpaq üzərinə səcdə və iki namazın ardıcıl qılınması [4]
    Hәcc [11]
    İnsan həyatında təqlidin rolu [10]
    Şəri suallara cavablar 1-c- cild [21]
    Şəri suallara cavablar 2-c- cild [24]
    Tovzihul-məsail (risalə) [43]
    Şəri suallara cavablar [19]
    Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri [13]
    Ramazan nuru [2]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024