İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Dua » Аyәtul-kürsünün tәsir vә bәrәkәtlәri

    Аyәtul-kürsünün tәsir vә bәrәkәtlәri
    Üçüncü Hissə
    "Nadə-Əli (ə)” duası və onun xüsusiyyətləri
    Haqqında mühüm təsirlər zikr olunmuş dualardan biri də mübarək "Nadə-Əli” duasıdır. Bu dua iki beytdən ibarətdir.
    ناد علياً مظهر العجائب
    تجده عوناً لك في النوائب
    كل هم و غم سينجلي
    بولايتك يا علي يا علي يا علي
    Oxunuşu:
    Nadə Əliyyən Məzhərəl-əcaib!
    Təcidhu əvnən ləkə fin-nəvaib.
    Kullu həmmin və ğəmmin səyəncəli,
    Bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!
    Tərcüməsi:
    Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!
    Onu sənə çətinliklərdə kömək edən görərsən!
    Bütün qüssə və kədərlər çəkilib gedər,
    Sənin vilayətinlə, ya Əli (ə), ya Əli (ə), ya Əli (ə)!
    Biz onun təsir bağışlaması və bərəkətləri haqqında olan məlumatları "Min bir xətm” kitabından istifadə edərək burada veririk.
    1.”Nadə Əli” (ə) duasının gündə azı yüz on dəfə oxunmasının itmiş şeyin tapılmaısnda və itmiş şəxsin qayıtmasında çöx böyük təsiri var.
    2. Bir qrup adamın ucubatından çətinliyə düşən şəxs bu duanı yeddi dəfə oxuyub onlara tərəf üfürsə, onlardan heç bir zərər görməz.
    3. Düşməndən qorxan şəxs onu iyirmi yeddi dəfə oxusa, onları pərakəndə salıb məğlubiyyət uğradar
    4. Mühüm çətinliklərin həlli üçün min dəfə oxumaq lazımdır.
    5. Əgər bir şəxs sənə qarşı qəzəblənibsə, buna görə onu yetmiş bir dəfə oxu və üç dəfə də oxuyub şəxsin üzünə üfür.
    6. Əgər rəsmi dairə işçisi üçün oxusa, onun yanında sözü keçər.
    7. Cümə gününün əvvəlində on iki dəfə oxuyan şəxsin sözü keçərli olar.
    8. Böhtana düşmüş şəxs onu dəf etmək üçün səhər və axşam qırx dəfə oxumaq lazımdır.
    9. Var-dövlətli olmaq üçün, hər gün səhər on iki dəfə oxumaq lazımdır.
    10. Var-dövlətin artması üçün hər gün otuz bir dəfə oxumaq lazımdır.
    11. Düşmənlərə qələbə çalmaq üçün, hər gün on yeddi dəfə oxumaq lazımdır.
    12. Pis niyyətli şəxslərin ağzını bağlamaq üçün on yeddi dəfə oxumaq lazımdır.
    13. Mühüm çətinliklərdən çıxış yolu tapmaq üçün hər gün otuz dörd dəfə oxumaq lazımdır.
    14. Göz ağrısı üçün, üç gün, iyirmi dəfə oxumaq lazımdır.
    15. Xəzinələri ələ gətirmək və muharibələrdə qələbə əldə etmək üçün qırx dəfə oxumaq lazımdır.
    16. Həzrət Məhəmməd Peyğəmbəri (səlləllahu ələyhi və alih) yuxuda görmək üçün hər gecə yeddi dəfə oxumaq lazımdır.
    17. Həbsdən xilas olmaq üçün yeddi gün və hər gün on altı dəfə oxumaq lazımdır.
    18. Bağlı qapıların və bəxtin açılması üçün hər gün əlli dəfə oxumaq lazımdır.
    19. Sirlərin aşkarlanması və dövlətli olmaq üçün hər gün on altı dəfə oxumaq lazımdır.
    20. Qətl və düşməndən amanda qalmaq üçün səkkiz gün və hər gün on səkkiz dəfə oxuyub o şəxsə tərəf üfürmək lazımdır.
    21. Elm əldə etmək üçün sübh namazı vaxtı on yeddi dəfə oxumaq lazımdır.
    22. Hacətin rəva olması və istəklərin padşah (rəhbər və ya yüksək rütbəli şəxslərin) yanında qəbul olması üçün altı gün müddətində hər gün yüz dəfə oxumaq lazımdır.
    23. İzzətli olmaq üçün hər gün on dəfə oxumaq lazımdır.
    24. İki zalımın arasında düşmənçilik salmaq üçün hər gün iyirmi dəfə oxumaq lazımdır.
    25. Düşmənin avara və sərgərdan olması üçün hər gün otuz dəfə oxumaq lazımdır.
    26. Bir dəstənin arasındakı ixtilafı aradan qaldırmaq üçün hər gün otuz dəfə oxumaq lazımdır.
    27. Düşmənlərin məğlub olması üçün gündə yüz dəfə oxumaq lazımdır.
    28. Qəlbin qüvvətlənməsi üçün hər gün iyirmi beş dəfə oxumaq lazımdır.
    29. Düşmənin ürəyinin yumşalması üçün altı gün hər gün yüz dəfə oxumaq lazımdır.
    30. Düşmənin hiylə və tüğyanının qarşısını almaq üçün hər gün yüz dəfə oxumaq lazımdır.
    Bunlardan əlavə Nadə-Əli (ə) zikrini hər gün yetmiş dəfə oxumağın hacətlərin rəva olmasında, həyatdakı çətinliklərin həll olmasında və başqa mühüm işlərdə çox böyük təsiri vardır. Bu zikr təcrübə olunmuşdur. Deyilənə görə imamlardan (ələyhim-səlam) biri onun yuxusuna gəlib, onun üzləşdiyi hadisədən qurtuluş yolunu ona açıqlayar.
    Nadə-Əlinin (ə) başqa xətmi
    Nadə-Əli (ə) zikrinin başqa xətmi belədir:
    Sübh və axşam namazının təqibat (namazdan sonrakı dua) və salavatından sonra yüz on dəfə diqqətlə "Ya Əli” deyirsən. Sonra isə əllərini üzünlə bərabər tutub belə deyirsən.
    Ərəbcəsi:
    اللهم انك قلت: "ناد علياً مظهر العجائب تجده عوناً لك في النوائب!" فناديته ليظهر علي من عجائب آثار ولايته و غرائب أسرار امامته امامته حتي ينجلي كل همي و غمي بولايته يا علي يا علي يا علي!
    Oxunuşu: Əllahummə innəkə qultə: "Nadə Əliyyən Məzhərəl-əcaib təcidhu əvnən ləkə fin-nəvaib”. Fənadəytuhu liyuzhirə ələyyə min əcaibi asari vilayətih, və ğəraibi əsrari imamətih, hətta yəncəliyə kullu həmmi və ğəmmi bivilayətih. Ya Əliyyu ədrikni bisirri vilayətikəl-xəfiyyi vəl-cəliyy!
    Tərcüməsi: İlahi! Sən demisən: "Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır! Onu sənə çətinliklərdə kömək edən görərsən!” Mən də Onu çağırdım vilayətinin təsirlərindən əcaibləri və imamətinin sirrlərindən qəribəlikləri üzə çıxarsın; mənim qüssə və kədərlərim onun vilayəti ilə çəkilib getsin. Ya Əli (ə)! Gizli və aşkar vilayətinin sirri ilə mənim fəryadıma çat!
    Sonra yenə salavat deyib hacətini istə.
    Başqa bir xətm
    Kim təharətli halda xəlvət yerdə on iki min dəfə bu zikri desə, hacətləri rəva olar.
    Ərəbcəsi:
    بسم الله الرّحمن الرّحيم . يا قاهر العدوّ و يا والی الولیّ، يا مظهر العجائب، يا مرتضی علیّ !
    Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Ya Qahirəl-əduvvi, və ya Valiyəl-vəliyyi, ya Məzhərəl-əcaib, ya Murtəzəl-Əliyyi!
    Tərcüməsi: Ey düşmənləri məhv edib qələbə çalan! Ey dostlara kömək edən! Ey əcaibləri üzə çıxaran! Ey Murtəza Əli (ə)!
    Başqa bir xətm
    Zalımın və ya düşmənin həlak olması üçün çərşənbə günü gün çıxan vaxt qırx bir dəfəbu zikri deyib onun evnə tərəf üfürmək lazımdır.
    Ərəbcəsi:
    بسم الله الرحمن الرحيم . بفضل بسم الله الرحمن الرحيم . ببركة بسم الله الرحمن الرحيم . يا أبا الغيث أغثنى ناد عليًا مظهر العجائب تجده عونًا لك فى النوائب كل هم و غم سينجلى بولايتك يا علي يا علي يا علي!
    Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Bi fəzli Bismillahir-Rəhmanir-Rəhim! Bi bərəkəti Bismillahir-Rəhmanir-Rəhim! Ya əbəl-ğəysi əğisni! Nadi Əliyyən Məzhərəl-əcaibi, təcidhu əvnən ləkə fin-nəvaib! Kullu həmmin və ğəmmin səyəncəli bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyy!
    Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! Ey fəryadlara yetişən! Səni and verirəm "Bismillahir-Rəhmanir-Rəhim”-in fəzilətinə! Səni and verirəm "Bismillahir-Rəhmanir-Rəhimin”-in bərəkətinə mənim fəryadıma çat! Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır! Onu sənə çətinliklərdə kömək edən görərsən. Bütün qüssə və kədər çəkilib gedər, sənin vilayətinlə! Ya Əli! Ya Əli ! Ya Əli !
    Daha bir xətm
    Məqsədə çatmaq ??? üçün bir dəfəyə yüz on dəfə belə demək lazımdır:
    Ərəbcəsi:
    ناد علياً مظهر العجائب
    تجده عوناً لك في النوائب
    كل هم و غم سينجلي
    بولايتك يا علي يا علي يا علي
    Oxunuşu: Nadə Əliyyən Məzhərəl-əcaib!
    Təcidhu əvnən ləkə fin-nəvaib.
    Kullu həmmin və ğəmmin səyəncəli,
    Bivilayətikə ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!
    Tərcüməsi:
    Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!
    Onu sənə çətinliklərdə kömək edən görərsən!
    Bütün qüssə və kədər çəkilib gedər,
    Sənin vilayətinlə, ya Əli (ə), ya Əli (ə), ya Əli (ə)!
    Əgər üç gün belə xətm etsə inşallah məqsədinə çatar.
    Nadə-Əli (ə) zikrinin çoxlu faydalar!
    Mərhum Ayətullah Kəşmiri (rəhmətullah) belə deyirdi:
    "Mən "Nadə-Əli (ə)” zikrindən çoxlu xeyirlər görmüşəm. Nəcəfdə qarşıma çıxan hər bir çətinlikdə İmam Əmirəlmöminin Əlinin (ə) hərəminə gedib bir neçə dəfə "Nadə-Əli (ə)” zikrini oxuyardım və mənim çətinliklərim həll olardı. "Nadə Əli (ə)” zikri yüz on dəfə deyilərsə daha yaxşıdır”. ("Ruh və reyhan”, s-94.)
    Ayətullah Kəşmiri (rəhmətullah) belə buyurmuşdur:
    "Bir gecə bizim evdə şam və xiftən namazı vaxtı qatar şəklində nur peyda oldu”. Onun səbəbi ondan soruşulduqda dedi:
    "İsfəhan şəhərindən Qum şəhərinə gələrkən İmam Əmirəlmöminin Əliyə (ə) olan eşqimdən maşında "Nadə-Əli” (ə) zikrini deməyə başladım və təsiri namazda özünü büruzə verdi”("Ruh və Reyhan”, s-95.  ).
    Category: Аyәtul-kürsünün tәsir vә bәrәkәtlәri | Added by: Islam_Kitabxanasi (2012-07-31)
    Views: 1670 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Səhifeyi Səccadiyyə [16]
    Аyәtul-kürsünün tәsir vә bәrәkәtlәri [10]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024