İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » Articles » Din » Məscid

    Məscid
    3-CÜ FƏSIL: MƏSCID TIKMƏK
    3.1 MƏSCID TIKMƏYIN VƏ ONU ABADLAŞDIRMAĞIN FƏZILƏTLƏRI
    Qurani-kərim: «Allahın məscidlərini, yalnız Allaha və Qiyamət gününə iman gətirən‚ namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yola yetişənlərdən ola bilərlər!»
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    22. Kim‚ (xırda) daşla yemlənən quşun yuvası ölçüsündə belə olsa‚ məscid inşa etdirsə‚ Allah ona Behiştdə ev hazırlayacaqdır.
    23. kim Allah yolunda bir məscid tikdirsə‚ Allah da‚ Behiştdə ona belə bir ev bina edəcəkdir.
    24. Kim Allah yolunda bir məscid inşa etdirsə‚ Allah onun üçün Behiştdə ondan daha geniş bir ev əta edəcəkdir.
    25. Kim Allah yolunda halal qazancla‚ Tanrıya ibadət olunmaq üçün bir bina (məscid) tikdirsə‚ Allah-Təala da‚ ona Behiştdə mirvari və yaqutdan tikilmiş bir ev verər.
    26. (Merac gecəsi Behişt darvazalarına yazılmış yazılardan birində gördüm ki‚) «Kim qəbir evinin geniş və rahat olmasını istəyirsə‚ məscid tiksin!»
    27. Ölümündən sonra möminə (savabı) çatacaq xeyir əməllərindən öyrənib öyrətdiyi elm, ... və tikdiyi məsciddir.
    28. Beş insan qəbir evində rahat‚ asudə olar və əməlinin savabını ardıcıl olaraq alar... və (bunlardan biri də) məscid inşa etdirən şəxsdir.
    29. Tanrı evini abab edən şəxslər Allahın ailəsi sayılır.
    30. Allah-Təala Qiyamət günü buyurar: «Mənim qonşularım haradadır?» Mələklər soruşarlar: «Kim sənin qonşun olmağa layiqdir?» Allah-Təala buyurar: «Məscidimi abadlaşdıran şəxslər.»
    3.2 YOL ÜZƏRINDƏ MƏSCID INŞA ETMƏK
    31. Əbu Qursafə nəql edir: «Həzrət Məhəmməd (s) buyurdu: «Kim Allah yolunda bir məscid tikdirsə‚ Allah da Behiştdə ona bir ev bina edəcəkdir.» Bir kişi soruşdu: «Ey Allahın Rəsulu! Yol üzərində qurulmuş məscidlər də buna aiddir? Peyğəmbər buyurdu: «Bəli.»
    32. Hişam ibn Həkəm‚ Əbu Ubeydə Həzzadan nəql edir: «İmam Sadiq (ə) buyurdu: «Kim Allah yolunda bir məscid inşa etdirsə‚ Allah ona Behiştdə bir ev əta edəcəkdir.»
    İmam Sadiq (ə) Məkkə yolunda məni yol kənarında məscid tikmək üçün daş hazırlayarkən gördü. Soruşdum: «Sənə qurban olum! Bu məscid də sölədiyiniz savaba malikdir?» Buyurdu: «Bəli.»
    3.3 MƏSCIDÜN-NƏBININ PEYĞƏMBƏRIN (Ə) TƏŞƏBBÜSÜ ILƏ INŞA OLUNMASI
    33. Ənəs ibn Malikdən rəvayət edilir: «Peyğəmbərin (s) məscidinin (Məscidün-nəbi) tikildiyi yer Bəni-Tüccar tayfasına aid idi. Orada xurma ağacları və müşriklərin qəbirləri yerləşirdi. Rəsulallah (s) onlara buyurdu: «Bu yerin qiymətini söyləyin.» Dedilər: «Biz bu yer üçün sizdən heç bir şey istəmirik.»
    Peyğəmbər (s) məscidi tikir və onlar da‚ (daş və suvaq) çatdırırdılar. O həzrət (s) buyurdu: «Əsl həyat‚ Axirət həyatıdır. (İlahi!) Ənsar və muhacirləri əfv et!» Peyğəmbər (s) məscidin inşası qurtarmadan öncə də‚ namaz vaxtı gəlib çatdıqda namaz qılardı.
    34. İmam Sadiq (ə): «Peyğəmbər (s) məscidini çiy palçıqdan tikdi. Müsəlmanların sayı çoxaldıqdan sonra o Həzrətə (s) dedilər: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidin genişlənməsi üşün göstəriş verəydin». Buyurdu: «Olsun.»
    O‚ məscidin genişləndirilməsinə göstəriş verdi. Yenə də müsəlmanların sayı artdı və dedilər: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidin genişlənməsi üşün göstəriş versəydin». Buyurdu: «Olsun.»
    O‚ məscidin genişləndirilməsinə göstəriş verdi. Sonra isti hava şəraiti hökm sürdüyünə görə müsəlmanlar dedilər: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscid üçün dam örtüyünün düzəldilməsinə əmr etsəydin.
    Peyğəmbər (s) xurma ağacından (məscidin üstünü örtmək üçün) tirlər düzəldilməsinə göstəriş verdi. Sonra xurma və «izəxr» ağacının budaqları və yarpaqlarının onun üstünə atılmasını söylədi. Beləcə günlər keçdi. Bir gün yağış yağarkən‚ (məscidin tavanından) onların üzərinə su damlamağa başladı. Müsəlmanlar dedilər: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidin tavanının gillə suvanmasına əmr edərdin».
    Buyurdu: «Yox‚ həzrət Musanın (ə) tavanı kimi bir dam örtüyü bizə kifayətdir».
    Həzrət Məhəmməd (s) dünyadan gedənə qədər beləcə davam etdi. Məscidin divarı tavansız şəkildə‚ bir insan boyu hündürlüyündə idi. O Həzrət (s) divarın kölgəsi bir ziraya çatdığı zaman günorta namazını‚ gölgə iki dəfə artdıqda isə əsr namazını qılardı.»
    35. Abdullah ibn Ömərdən nəql edilir: «Peyğəmbərin məscidi onun zamanında palçıqla bina olunmuş və tavanı xurma ağacının gövdəsindən düzəldilmiş (tirlərlə) və yarpaqsız budaqlar ilə örtülmüşdü. Əbu Bəkr bu binada heç bir dəyişiklik yaratmadı. Amma Ömər onu genişləndirərək‚ Peyğəmbərin (s) zamanında olduğu kimi xam palçıq və xurma ağacının gövdəsindən hazırlanmış taxtalar və budaqlarla yenidən tikdi. Sonra da‚ Osman (bu binada) geniş şəkildə dəyişiklik yaradaraq‚ onun divarını naxışlarla‚ sütunlarını bəzəkli daşlarla zinətləndirib‚ tavanını da‚ «sac» taxtası ilə inşa etdirdi.»
    36. İbn Ömərdən nəql olunur: «Allahın Rəsulunun dövründə Peyğəmbərin məscidinin sütunları xurma ağacının gövdəsindən düzəldilmişdi. Onun dam örtüyü xurma ağacının yarpaqsız budaqlarından ibarət idi. Əbu Bəkrin xilafəti zamanı bu taxtalar çürüdü və o‚ yenidən məscidin tavanını xurma ağacının yarpaqsız budaqlarından inşa etdirdi. Osmanın xilafəti dövründə isə bu taxtalar yenə də çürüdü. O‚ məscidin dam örtüyünü yenidən kərpic ilə inşa etdirdi.»
    37. Ənəs ibn Malikdən nəql olunur: Allahın Rəsulu (s) (Mədinəyə daxil olduğu zaman) əshabı ilə birlikdə açıq havada‚ evlərin arxasında (xurmaların qurudulduğu yerdə) namaz qılırdı. O‚ Əsəd ibn Zürarəyə buyurdu: «Bu yeri məscid tikmək üçün sahibindən satın al.»
    Əsəd ibn Zürarə (oranın sahibi olan) iki yetim uşaqla yerin qiyməti haqqında danışmağa başladı. Onlar: «Biz bu yeri Peyğəmbərə (s) bağışladıq»-dedilər.
    Allahın Elçisi (s) isə buyurdu: «Yox. Bu yer satın alınmalıdır!» Nəhayət?‚ oranı on min dinar müqabilində satın aldılar. Orada bir su çalası var idi. Peyğəmbər (s) onun qarşısını açmağa göstəriş verdi. Sonra isə orada palçıq yoğurmagı əmr etdi. Rəsulallahın (s) özü məscidin bünövrəsini qoydu. Ardınca məscidin özəyini qazaraq‚ daş toplamağı əmr etdi. Səhabələr qayalardan daş yığıb gətirirdilər. Peyğəmbər (s) də onları qucağına alaraq‚ (məscidin inşa olacağı) yerə daşıyırdı. Usəyd ibn Huzəyr Peyğəmbərin (s) qarşısına gələrək‚ dedi: «Ey Allahın Rəsulu! Bunları mənə ver‚ mən daşıyım». Peyğəmbər (s) buyurdu: «Yox‚ get başqa bir daşı gətir.»
    Daşları yığıb gətirdikdən sonra məscidin özəyini doldurub‚ divarlarını hörməyə başladılar. Əvvəlcə divarı bir-bir çiy kərpiclə‚ sonra isə bir kərpic və onun yarısı ilə‚ ardınca da‚ kərpicləri çarpaz şəkildə düzərək‚ divarı bir insan boyu uzunluğunda ucaltdılar.
    Məscidin eni yüz zira idi. İsti hava şəraiti onları incidirdi. (Əshab) dedi: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidə bir daldanacaq düzəltsəydin.»
    Peyğəmbər (s) taxta sütunları məscidin həyətinə qədər qurdu və onların üzərini xurma ağacının budaqları ilə örtdu. Bir müddət beləcə keçdi. Səhabələr yenidən Peyğəmbərə (s) müraciət edərək: «Ey Allahın Rəsulu! Kaş ki‚ məscidə bir tavan da‚ düzəltsəydin.» – dedilər. Rəsulallah (s) buyurdu: «Yox‚ həzrət Musanın (ə) tavanı kimi bir dam örtüyü bizə kifayətdir. Bizim (bundan daha vacib olan başqa) işlərimiz var.»
    3.4 VƏ 3.5 MƏSCID INŞASINDA MÜHÜM TÖVSIYƏLƏR
    38. Əbu Qütadədən nəql olunur: «Allahın Rəsulu (s) ənsardan (özləri üçün məscid tikmək istəyən) bir qrup şəxslə qarşılaşdıqda‚ buyurdu: «Sahəsi geniş bir məscid tikin ki‚ gələcəkdə onu dolduracaqsınız.»
    39. Həzrət Məhəmməd (s): «Dəstəmazxanaları məscidə yaxın tikin.»
    A) MƏSCIDLƏRI EYVANLARLA DOLU OLDUĞU HALDA UCALDILMIŞ ŞƏKILDƏ TIKMƏMƏK
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    40. Sanki‚ sizin məndən sonra məscidlərinizi yəhudi məbədləri və xristian kilsələri(ndə olduğu kimi yersiz cah-cəlal içində) eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə tikdiyinizi görürəm.
    41. Saf-hamar‚ (yersiz cah-cəlaldan uzaq) eyvansız məscidlər tikməyə əmr olunmuşam.
    42. Mənə məscidləri (lazım olmayan miqdarda) həddindən artıq cah-cəlallı şəkildə ucaldaraq möhtəşəm formada tikmək əmr edilməyib.
    43. Məscidləri saf-hamar (lazımsız təmtəraqdan uzaq)‚ eyvansız tikin.
    44. Məscidləri eyvanlarla dolu olduğu halda ucaldılmış şəkildə deyil‚ şəhərlərinizi (evlərinizi) eyvanlı‚ möhtəşəm tikin.
    45. İmam Baqir (ə): «Əli (ə) Kufədə eyvanlarla dolu olduğu halda (yersiz təm-təraqla) ucaldılmış bir məscid gördü. Buyurdu: «Elə bil kilsədir. Məscidlər saf-hamar (lazımsız təmtəraqdan uzaq)‚ eyvansız tikilməlidir.»
    46. İmam Baqir (ə): «Qaim (ə.c) zühur etdiyi zaman Kufəyə gedib orada yerləşən dörd məscidi yerlə-yeksan edəcəkdir. Sonra daxilində (təm-təraq üçün tikilmiş) eyvanları olan məscidlərin eyvanlarını viran edəcəkdir.
    B) MƏQSURƏ DÜZƏLTMƏK
    47. İmam Baqir (ə): «Bu məqsurələr keçmiş xəlifələrdən heç birinin zamanında yox idi. Zülmkarlar onu ortaya çıxardtılar. Belə bir məkanda dayanıb camaat namazı qılan pişnamaza iqtida edən şəxsin namazı düzgün deyil.»
    48. Şeyx Tusi Davud ibn Qasim Cəfəridən nəql edir: «İmam Həsən Əsğərinin (ə) yanında idim. Buyurdu: «Qaim (ə.c.) qiyam etdiyi zaman məscidlərin minarələrini və məqsurələrini məhv edəcəkdir.» Öz-özümə dedim: «Axı bunun nə mənası var ki?» İmam (ə) üzünü mənə çevirib‚ buyurdu: «Mənası budur ki‚ bütün bunlar dinə sonradan artırılmış bidətlərdir. Heç bir peyğəmbər və ilahi höccəti belə şeylər tikməmişdir.»
    49. Bu il (h.q. 44-cü il) Müaviyə məsciddə məqsurə tikdirdi, bayram günlərində minbərləri namaz qılınan yerlərə daşıtdırdı və bayram namazı xütbəsini namazdan qabaq oxudu. Çünki xalq namazdan sonra (tez ayağa qalxıb) gedirdilər ki‚ (carçı) Əlini (ə) söyərkən eşitməsinlər. Elə buna görə də‚ Müaviyə xütbəni namazdan öncə oxuyurdu. O‚ Peyğəmbərin ailəsini hiddətləndirmək məqsədilə Fədəyi Mərvan ibn Həkəmə bağışladı.
    C) MEHRAB TIKMƏK
    50. İmam Baqir (ə): «Həzrət Əli (ə) məscidlərdəki mehrabları müşahidə etdikdə‚ onları yerlə-yeksan edirdi. O‚ buyurur: «Bu mehrablar yəhudilərin qurban kəsdikləri yerə oxşayır.»
    D) MƏSCIDLƏRI BƏZƏMƏK
    51. Qüdsi-hədisdə Allah-Təala Şəəya (ə) peyğəmbərə belə vəhy etdi: «Mənim üçün evləri (məscidləri) dəbdəbəli şəkildə bina edirlər və məscidləri (həddindən artıq‚ gərəksiz yerə təmtəraqlı formada) bəzəyirlər. Yaşamadığım evlərin dəbdəbəli şəkildə tikilməsinə nə ehtiyacım var?! Daxil olmayacağım məscidlərin təmtəraqlı formada bəzədilməsinə mənim nə ehtiyacım var? Mən onların möhtəşəm şəkildə tikilməsini yalnız ona görə əmr etmişəm ki‚ orada məni yad etsinlər‚ şənimə həmd oxusunlar. Amma insanlar bu məkanlarda vücudlarını‚ ağıllarını və qəlblərini korlayıb‚ viran edirlər!»
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    52. (Qiyamət gününün nişanələrini buyurarkən) Ey Süleyman! O zaman məscidlər kilsələr və sinanoqlar kimi bəzədiləcəkdir.
    53. Dünyanın axırı gəlib çatdıqda‚ ümmətimin arasında məscidlərini zinətli və təmtəraqlı tikən‚ amma qəlblərini xarabalığa çevirmiş şəxslər peyda olacaqlar. Onların heç biri, hətta köynəyinə əhəmiyyət verdiyi qədər belə‚ dininə əhəmiyyət verməyəcəkdir. Belə ki‚ onlar yalnız dünyəvi mənfəətləri təhlükə altına düşməyənədək‚ dinin kənarında olarlar.
    54. Hər bir xalqın əməlləri‚ məscidlərin yalnız zahiri görünüşünü abadlaşdırdığı‚ (amma ilahi əmrlərinə məhəl qoymadığı) zaman dəyərsiz olar.
    55. Quranların gözəl cildli (nəfis şəkildə çap) olduğu‚ məscidlərin (hədsiz dərəcədə) zinətləndirildiyi‚ minarələrin (möhtəşəm formada) ucaldıldığı‚ Quranın musiqi ilə oxunduğu‚ məscidlərin (yalnız) keçid yerinə çevrildiyi zaman‚ mömin‚ qırmızı kükürtdən də əlçatmaz olar. Bəli‚ insanların tikdiyi məscidlər çox bəzəkli‚ üst-başları təmiz‚ lakin qəlbləri isə ölmüş heyvandan daha iyrənc şəkildə qoxuyar.
    56. İmam Əli (ə): «Bil ki‚ insanlar (ilahi əmrlərinə baş əyməyib) yalnız məscidlərin zahiri görünüşünü abadlaşdırdıqları zaman əməlləri korlanmış‚ yararsız olmuşdur.
    E) RƏSM ÇƏKMƏK
    57. Ömər ibn Cüməyrdən nəql olunur: «İmam Baqirdən (ə) divarları rəsm və şəkillərlə bəzədilmiş məsciddə namaz qılmaq barəsində soruşdum. Buyurdu: «Bu işi bəyənmirəm. Lakin hələ ki‚ sizə heç bir ziyanı yoxdur. Amma ədalət bərpa olduqda‚ bu haqda veriləcək hökmü anlayacaqsınız.»
    3.6 MƏSCID ƏRAZISI
    58. Rəvayət olunur ki‚ məscidin hər bir tərəfindən 40 gəz qədər məsafə məscid ərazisidir.
    59. İmam Əli (ə): « Məscidin hər bir tərəfindən 40 gəz qədər məsafə məscid ərazisidir (müqəddəsliyini daşıyır). Evinin hər bir tərəfində yerləşən 40 ev isə sənin qonşundur.
    Şərh: Əllamə Məclisi deyir: «Adətən, fəqihlər məscidin ərazisi haqqında bəhs etmirlər. Lakin (Şəhid) «Əd-Durus» kitabında yazır: «Şeyx Səduqun rəvayətinə əsasən, məscidin ərazisi hər tərəfdən 40 gəzdir və əkinçiliyə yararsız sahələrdə (məscidin haqqının‚ torpağı əkinə yararlı hala gətirən şəxsə nisbətən daha üstün olduğu üçün) olmalıdır. Həmçinin, bu hədis məscidin 40 ev məsafəliyində yerləşən qonşularının‚ daha yaxınlıqda yerləşən başqa bir məscid olmadığı halda‚ Allahın evində ibadətlə məşğul olmasının müstəhəb olduğuna təkid edir.»
    Category: Məscid | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 1024 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məscid [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024