İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Articles » Din » Məscid

    Məscid
    5-Cİ FƏSIL
    5.1 MƏSCIDI ABADLAŞDIRMAQ
    Qurani-kərim: «Allahın məscidlərini, yalnız Allaha və Qiyamət gününə iman gətirən‚ namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abad edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yola yetişənlərdən ola bilərlər!»
    65. Həzrət Məhəmməd (s): «Hər zaman bir kişinin ardıçıl olaraq məscidə getdiyini görsəniz‚ onun imanlı olduğuna şəhadət verin. Allah-Təala buyurur: «Allahın məscidlərini, yalnız Allaha və Qiyamət gününə iman gətirən‚ namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abad edələr.»
    66. İmam Əli (ə): «Allahın Rəsulu mənə öyrətdi ki‚ hər yeni paltar geyindikdə de: «Həmd olsun Allaha ki‚ mənə xalq arasında yaraşıqlı görünməyim üçün paltar nəsib etdi. İlahi! Bu paltarı mənim üçün bərəkətli et ki‚ onu geyərkən sənin razılığın yolunda çalışım və məscidlərini abad etməyə cəhd edim.»
    67. Xatəmul-ənbiya (s): «İlahi! Bu Ramazan ayında Quranı aydın nişanələrlə birlikdə insanları hidayət etmək və haqqı batildən ayırmaq üçün nazil etdin. Bu (müqəddəs) kitabda bizə məscidləri abadlaşdırmaq‚ dua etmək‚ oruc tutmaq və namaz qılmağa əmr edib‚ onları qəbul etməyə söz verdin.»
    68. Əbuzərdən belə nəql olunur: «Bir gün Tanrı Elçisinin hüzuruna gedərək dedim:
    – Ey Allahın Rəsulu! Atam-anam sənə fəda olsun! Mənə elə bir göstəriş ver ki, onu yerinə yetirdiyim zaman Allah-Təala mənə (çoxlu) savab versin...
    Rəsulallah (s) buyurdu:
    – Kim Allahın əmrinə müsbət cavab versə (əməl etsə) və Tanrı məscidlərini layiq olduğu kimi abadlaşdırsa‚ Allah tərəfindən Behiştlə mükafatlandırılacaqdır.
    – Atam-anam sənə fəda olsun! Ey Allahın Rəsulu! Allahın məscidlərini necə abadlaşdırmaq olar?
    – Orada uca səslə danışılmaz‚ mənasız‚ bihudə işlər görülməz və al-ver olunmaz! Məsciddə olduğun zaman gərəksiz və səmərəsiz işlərdən uzaq dur. Əgər belə etməsən, Qiyamət günü, yalnız özünü günahkar bil (qəbahəti başqasında axtarma).»
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    69. Sizlərdən hər biriniz məsciddə olduğunuz zaman mələklər ardıcıl olaraq sizə dua edir və deyirlər: İlahi! Bu şəxsi bağışla. İlahi! Onu öz rəhmət və mərhəmətin sayəsində qərar ver.
    70. Sizlərdən hər biriniz məsciddə olduğunuz zaman‚ oranı tərk etdənə qədər namaz qılmış şəxs kimisiniz (şəxsin savabını qazanırsınız).
    71. Mömin şəxsin məsciddə oturması‚ onun düşmənlə döyüşə hazır olması deməkdir.
    72. Beş əməl ibadət sayılır: az yemək‚ məsciddə oturmaq...
    73. Əbuzərə nəsihət edərkən «Ey Əbuzər! Məsciddə oturduğun müddətdə Allah-Təala aldığın hər nəfəs üçün məqamını Behiştdə bir dərəcə ucaldır və mələklər sənə salam göndərirlər. Aldığın hər nəfəs üçün (əməl dəftərinə) on savab yazılır və on günah da pozulur.
    74. Məsciddə əyləşib namazı gözləmək ibadətdir.
    75. Məsciddə oturub namazı gözləyən şəxs‚ sanki ilahi məmuriyyətdədir və evinə qayıdanadək namaz qılanlardan sayılır.
    76. Məsciddə oturub namazın başlanmasını gözləyən şəxs‚ (bu müddətdə) namaz qılan şəxsin savabını qazanır.
    77. İmam Sadiq (ə): «Peyğəmbər (s) buyurur: «Məsciddə oturub namazın başlanmasını gözləmək‚ çirkinlik yaratmadığınız halda, ibadət sayılır.» Bir nəfər soruşdu: «Ey Allahın Rəsulu! Çirkinlik dedikdə məqsədiniz nədir?» Həzrət (s) buyurdu: «Qeybət etmək.»
    78. Həzrət Məhəmməd (s): Sizlərdən hər biri pak şəkildə evdən çıxıb‚ müsəlman qardaşı ilə namaz qılıb və sonra da (məsciddə) oturub (ikinci) namazın başlamasını gözlədikdə‚ mələklər (ona dua edərək) deyərlər: «İlahi! Onu bağışla. İlahi! Ona mərhəmət göstər.»
    79. Osman ibn Məzundan belə nəql olunur: «Bir gün Peyğəmbərə (s) dedim: «Ey Allahın Rəsulu! Sizdən bir neçə mətləb barəsində soruşmaq istərdim.» Həzrət (s) buyurdu: «Ey Osman! Sualın nə haqqındadır?» Dedim: «İstəyirəm ki‚ zahidliyə üz gətirim (tərki-dünya olum).»
    Həzrət (s) buyurdu: «Ey Osman! Bu doğru fikir deyildir. Çünki mənim ümmətimin zahidliyi məsciddə oturub bir namazı qılıb quratardıqdan sonra o biri namazın başlanmasını gözləməkdir.»
    80. Rəsulallah (s): «(İnsanların) yeddi dəstəsi Allahın (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günündə) Onun (rəhmət) sayəsi altında qərar tutar: ... Məsciddən çıxarkən‚ oraya bir də getməyi qərara alan şəxs.»
    İmam Əli (ə) buyurmuşdur:
    81. Məscid (orada ibadət olunmamasına görə) viran olduğu üçün Allaha şikayət edər və sizin bir müddət ayrı düşdüyünüz şəxsin yanınıza qayıtdığı zaman sevindiyniz kimi‚ (o da) bir müddət ondan uzaqlaşıb və yenidən oraya (ibadət etmək üçün) geri dönən şəxsi gördükdə sevinər.
    82. Mənim üçün məsciddə oturmaq‚ Behiştdə oturmaqdan daha xoşdur. Çünki Behiştdə olarkən mən xoşhal olacağam‚ məsciddə olarkən Allahım məmnun olacaq.
    83. Dan yeri ağarandan Günəş çıxana qədər (insanlar yer üzündə ruzi dalınca getməzdən öncə) məsciddə Allaha ibadət etmək ruzinin artmasına səbəb olar».
    84.
    Rüku və səcdə ilə gecə məsciddə qalan‚
    İlahi ibadətiylə gecəni başa vuran şəxs‚
    Şeytani inadla məsciddən qayıdan
    Özünü məscidin toz-torpağından uzaq tutan
    Kəslə bərabər mükafatlandırılmayacaq.
    85. İmam Həsən (ə): «Məscid əhli Allahın qonaqları sayılır və (şübhəsiz ki‚) ev Sahibi öz qonaqlarını mükafatlandırmalıdır.»
    86. İmam Həsən (ə): «Üç şəxs Allah-Təalanın qonşusu sayılır: Yalnız Allaha xatir məscidə gedən şəxs. Bu şəxs məsciddən qayıdana qədər Allahın qonağı sayılır.
    Yalnız Allaha xatir müsəlman qardaşının görüşünə gedən şəxs. Bu şəxs müsəlman qardaşının görüşündən qayıdanadək Allahın görüşünə getmiş sayılır.
    Yalnız Allaha xatir Həcc və ya Ümrə ziyarətinə gedən şəxs. Bu şəxs ailəsinin yanına qayıdanadək Allah dərgahında müsafir sayılır.»
    87. İmam Sadiq (ə): «Əli ibn Hüseynin (ə) xidmətçisi onu soyuq bir (qış) gecəsində xəz əba-əmmamədə və ətirlənmiş halda gördü. O‚ soruşdu: Sənə qurban olum! Bu saatda və belə (gözəl-bəzənmiş) şəkildə hara gedirsən?» İmam (ə) buyurdu: «Babam Peyğəmbərin (s) məscidinə, Allah-Təaladan huri istəməyə gedirəm.»
    88. İmam Baqir (ə): «Namaz qılmağa gedərkən belə dua et: «İlahi! Məni Allah evlərini (məscidlər) abadlaşdıran şəxslərdən et!»
    89. İmam Sadiq (ə): «Öz yaxınlarınızla birlikdə məscidə gedin.»
    5.2 MƏSCIDƏ GETMƏYIN FƏZILƏT VƏ DƏYƏRI
    90. Həzrət Məhəmməd (s) buyurmuşdur: Məscidə tərəf addım atan şəxs‚ (hər addımın) müqabilində (bir) savab qazanar.
    91. Məscidə sarı yola düşən şəxs‚ atdığı hər addımın müqabilində on savab qazanar.
    92. Məscidə tərəf yola düşən şəxs‚ evinə qayıdanadək atdığı hər addımın müqabilində on savab qazanar. Həmçinin, onun əməl dəftərindən on günah silinər və nəticədə o‚ on mərtəbə ucalar.
    93. Evindən məscidə getmək niyyəti ilə addım atan şəxs‚ əməl dəftərinə bir addımında bir savab yazar və o biri addımında isə bir günahını silər.
    94. Allah-Təala (Qiyamət günü) üç şəxsə zamin olar: məscidə sarı yola düşən şəxsə Allah-Təala Qiyamət günü onu tapıb‚ behiştə göndərməyə‚ yaxud da onun əməlinin savabını verməyə zəmanət verər.
    95. Azan oxuyanın (namaza) çağırışını qəbul etmək (namaza getmək)‚ Allahın rəhmət nəzərini cəlb edər və o‚ Behiştlə mükafatlandırılar. Mən onu rəd edən (namaza getməyən) şəxslə Qiyamət günü mübarizə aparacağam. Allah carçısının dəvətini qəbul edıb‚ məscidə gedən şəxsın xoş halına! Cənnət əhli olan mömin şəxslərdən başqa heç kəs müəzzinin (namaza) dəvətini qəbul etməz.
    96. Məscidə getmək Allah və Peyğəmbərinin (s) əmrinə tabe olmaq deməkdir. Hər kim‚ Allah və Peyğəmbərinə (s) itaət etsə‚ Tanrı onu sadiqlər və şəhidlərlə birlikdə Behiştə daxil edər. O‚ Behiştdə həzrət Davudla (ə) həmsöhbət olar. Həzrət Davuda (ə) verilən savab qədər mükafatlandırılar.
    97. Hər səhər-axşam məscidə getmək Allah yolunda cihad etməyin bir hissəsi sayılır.
    98. Məscidə hər səhər-axşam Allaha xatir getməyən şəxsin əməlləri naqisdir.
    99. Hər səhər-axşam məscidə gedən şəxsin hər gedişində Allah-Təala onun Behişt azuqəsini hazırlayır.
    100. Sənin məscidə doğru gedişinin və oradan evə qayıdışının savabı bərabərdir.
    101. Hər səhər-axşam məscidə gedən şəxs‚ bu əməlinə başqa işlərlə müqayisədə daha çox əhəmiyyət versə‚ Allah-Təala hər dəfə onun üçün Behişt nemətlərindən azuqə hazırlayar. Necə ki‚ sizlərdən hər biri sevdiyiniz şəxsin görüşünüzə gəldiyini gördükdə‚ ona (xüsusi) ziyafət təşkil edər.
    102. Agah olun! Hər kim camaat namazı qılmaq niyyəti ilə məscidə gedərsə‚ hər addımının müqabilində yetmiş min savab əldə edər və elə bu qədər də onun əməl dərəcəsi artar.
    103. Bu altı xislətdən biri hansı müsəlmanda olarsa‚ Allah-Təala onun Behiştə daxil olmasına zamin olar: ... Gözəl şəkildə dəstəmaz alıb‚ namaz qılmaq üçün məscidə gedən şəxs. Əgər bu şəxs məscidə gedərkən (ya qayıdarkən) dünyasını dəyişsə‚ Allah-Təala (onun Behiştə getməsinə) zamin olar.
    104. Evində özünü təmizləyib‚ sonra da vacib namazlardan birini yerinə yətirmək üçün Tanrı evlərindən birinə sarı yola düşən şəxsin ilk addımı onun pis əməllərini təmizləyər‚ digər addımı isə (Behiştəki) məqamını yüksəldər.
    105. Gözəl şəkildə dəstəmaz alib‚ yalnız namaz qılmaq üçün evdən çıxan şəxs‚ məscidə daxil olana qədər (hər addım attığında) ardıcıl olaraq sol ayağı onun pis əməllərini məhv edib‚ sağ ayağı da (ona) savab yazar.
    106. Layiqli şəkildə dəstəmaz alıb‚ təkcə namaz qılmaq məqsədi ilə məscidə sarı yola düşən şəxs‚ oraya daxil olana qədər attığı hər addımda Allah-Təala onun günahlarını silib‚ məqamını yüksəldər. O, məscidə daxil olduğu vaxtdan namazın başlanmasına qədər olan müddətdə namaz qılan şəxs kimidir.
    107. İmam Zeynül-abidin (ə): «Məscidlər Allahın evləridir. Məscidə doğru şövqlə tələsən insanlar‚ fərəhlə Allahın hüzuruna‚ görüşünə tələsmiş kimidirlər».
    108. İmam Sadiq (ə): «Yağışlı və ya quru havada məscidə tərəf irəliləyən şəxsi‚ yerin yeddi qatı mədh edər.»
    5.3 MƏSCIDƏ HAMIDAN ÖNCƏ DAXIL OLMAĞIN SAVABI
    109. Həzrət Məhəmməd (s): «(Qurani-kərimdə buyurulur:) «Və öndə olanlar; Onlar (dünyada Allah yolunda‚ imanda‚ əməldə‚ xeyirdə öndə olduqları kimi‚ Axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) Onlar (Allah dərgahına və lütfünə) yaxınlaşmış kimsələrdir.»
    (Bu ayənın nümunələrindən biri də) Məscidə ilk daxil olan və oranı sonuncu olaraq (hamıdan sonra) tərk edən şəxsdir.»
    110. İmam Baqir (ə): «Allahın Rəsulu (s) Cəbrayıldən soruşdu: «Ey Cəbrayıl! Hansı məkan Allah yanında daha dəyərlidir?» Dedi: «Məscidlər. Allahın ən çox sevdiyi məscid əhli isə hamıdan qabaq məscidə girib‚ hamıdan sonra oranı tərk edən şəxsdir.»
    111. Rəsulallah (s): «(Əbuzərə nəsihət edərkən) Ey Əbuzər! Qiyamət günündəki bayraq sahibləri necə də xoşbəxtdirlər! Onlar əllərində bayraq hamıdan qabaqda Behiştə doğru gedərlər. Agah olun! Onlar sübh çağı və başqa vaxtlar hər kəsdən əvvəl namaza tələsənlərdir.»
    5.4 MƏSCID ƏHLI OLMAĞIN FƏZILƏTI
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    112. Allah-Təala söhbəti Quran ayələri və evi məscid olan hər kəsə Behiştdə bir ev inşa edər.
    113. (Merac gecəsi müşahidə etdiyi Behiştin bəzi qapılarına həkk olunmuş yazıları bəyan edərkən): Kim Behiştdəki yerini görmək istəyirsə, məscidlərdə məskunlaşsın. (orada ibadətə məşğul olsun)
    114. Bu dünyada (Allaha) qonaq olun ki, məscidlər eviniz olsun.
    115. «Allah-Təala (insanların) yeddi dəstəsini Tanrının (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günü) Öz (rəhmət) sayəsinin altına alar: ... məsciddən çıxarkən‚ oraya bir də qayıtmaq üçün darıxan şəxs.»
    116. Məscidin divarına söykənmək ərəbin zahidliyi deməkdir. Həqiqətən də, möminin oturduğu yer məscid‚ istirahət yeri isə evidir.
    117. Şeytan adəm övladının canavarıdır. (Agah olun!) Sürüdən ayrılan qoyun qurda yem olar. Beləliklə‚ təfriqədən çəkinin‚ (həmişə) birliyə‚ həmrəyliyə və məscidə doğru üz tutun.
    118. Bir-birinizə salam verin ki, Allah-Təala sizi məscidlərdə görsun.
    119. Məscid hər təqvalı insanın evidir. Allah-Təala məscidi öz evi secən şəxsin (Qiyamət günü) rahat-asudə olmasına‚ Tanrının mərhəməti (sayəsində) qərar tutmasına və Sirat körpüsündən (əmin-amanlıq içində) keçməsinə zəmanət verir.
    120. Hər bir müsəlman məscidi ibadət etmək və Allahı xatırlamaq məqsədilə öz evi seçərsə‚ uzun müddət uzaq səfərdə olan (əziz) yaxınını görən ailə üzvləri kimi‚ Allah-Təala (da onun gəlişinə) sevinər.
    121. Hər kəs məscidlə ünsiyyət yaratsa‚ Allah-Təala da onunla ünsiyyət yaradar.
    122. Hər bir məscidin mələklərlə həmdəm olan «mismarlar»ı vardır. Onlar məscidə gəlmədikdə‚ mələklər onları axtarar. Əgər xəstələnsələr‚ onları yoxlamağa gedər, ehtiyacları olduqda isə onlara kömək edərlər.
    123. İmam Əli (ə): «(Merac haqqında olan hədisdə buyurulur): Allah-Təala buyurur: «Ey Əhməd! Hər kim sədaqətlə və tam səmimiyyətlə «Mən Allahı sevirəm!»-deyərsə‚ bil ki‚ məscidi öz evi seçər.»
    124. Əmirəl-möminin (ə): «Axirət aləmini düşünüb‚ dünyadan üz çevirən insanlar‚ necə də xoşbəxtdirlər! Onlar məscidləri xalça‚ onun torpağını yataq‚ suyunu təmizlik vasitəsi‚ Quran və duanı da özünə geyim vəsiləsi seçib, İsa ibn Məryəm (ə) kimi yaşayırlar.»
    125. İmam Zeynül-abidin (ə): «Musa ibn İmran (ə) dedi: «İlahi! Sənin (mərhəmət) sayəndən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günündə) Öz (rəhmət) sayən altına alacağın kəslər kimdir?» Allah-Təala ona belə vəhy etdi: «Qəlbləri pak və təvazökar şəxslər... Onlar, qartalların yuvalarına sığındığı kimi, məscidlərə sığınarlar.»
    126. İmam Sadiq (ə): «Mürüvvət iki növdür: Evdə və səfərdə alicənab olmaq. Evdə comərd olmaq Qurani-kərimi oxumaqla və məscidlərə getməklə qazanılar.»
    127. İmam Kazım (ə): «Həzrət İsa Məsih (ə) həvarilərinə buyurdu: «Allahın məbədlərini bədənlərinizin və alınlarınızın zindanı qərar verin.»
    5.5 MƏSCIDƏ ÇOX GETMƏYIN SAVABI
    128. Peyğəmbər (s) buyurur: «Sizə hansı əməlin günahlarınızı yuyub‚ xətalarınızın bağışlanmasına səbəb olacağını söyləyimmi?» Dedim: «Bəli! Ey Allahın Rəsulu!» Buyurdu: «Çətin şəraitdə kamil formada dəstəmaz almaq‚ məscidlərə tez-tez getmək və namazın birini qılıb qurtardıqdan sonra o biri namazın başlanmasını gözləmək.
    129. Zeyd ibn Sabitdən nəql olunur: «Peygəmbərlə (s) birlikdə gəzirdik. O‚ kiçik addımlarla yeriyirdi. Buyurdu: «Bilirsənmi‚ nə üçün belə yeriyirəm?» Dedim: «Xeyr‚ bilmirəm.» Buyurdu: «Çünki namaz (qılmaq üçün məscidə) gedərkən addımlarımın sayının çox olmasını istəyirəm.»
    130. Həzrət Məhəmməd (s): «Məsciddən uzaqda yerləşən məkanlardan (oraya ibadət etməyə) gələnlər daha çox savab qazanırlar.»
    131. Rəsulallah (s): «Məsciddə namaz qılan şəxslərdən ən çox savab qazanan (yolunun uzaq olmasına baxmayaraq), oraya uzun məsafə qət edərək gələn şəxsdir.
    132. Cabir ibn Abdullah Ənsaridən nəql olunur: Bizim məhəlləmiz məsciddən uzaqda yerləşirdi. Elə buna görə də‚ məscidə yaxın olmaq üçün evlərimizi satmaq istədik. Amma Allahın Rəsulu (s) bizi fikrimizdən daşındıraraq‚ buyurdu: «Atdığınız hər addım sizin (Behiştdəki) məqamınızı daha da ucaldır.
    5.6 GECƏ MƏSCIDƏ GETMƏYIN SAVABI
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    133. Qüdisi-hədisdə Allah-Təala buyurur: «Qaranlıq gecələrdə daim məscidlərə gedən bəndələrimə Qiyamət gününün aydınlığını müjdə ver.»
    134. Gecələr məscidə üz tutan şəxslərə Qiyamət günü nurlu bir məkan əta olunacağı müjdəsini ver. O gün hər kəs (Tanrı qəzəbindən) qorxar‚ amma onlar qorxmazlar.
    135. Qaranlıq gecədə məscidə gedən şəxsə‚ Allah-Təala Qiyamət günü bir nur bağışlayar.
    136. Qaranlıq gecələrdə məscidlərə doğru üz tutanlar İlahi rəhmətinə qərq olmuşlar.
    137. Qaranlıq gecələrdə daim məscidə gedənlərə mükəmməl bir nur əta olunacağı müjdəsini ver.
    138. Məhəmməd ibn Münkədirdən nəql olunur: «Çox qaranlıq bir gecədə imam Baqirin (ə) məscidə getdiyini gördüm. Qaçaraq özümü ona yetirdim və salam verdim. O‚ salamımın cavabını verib‚ buyurdu: «Ey Məhəmməd ibn Münkədir! Allahın elçisi buyurdu: «Qaranlıq gecələrdə daim məscidlərə gedən bəndələrimə Qiyamət gününün aydınlığını müjdə ver.»
    5.7 MƏSCIDDƏ NAMAZ QILMAĞIN FƏZILƏTI
    139. Həzrət Məhəmməd (s): «Məğrib‚ işa və sübh namazını məsciddə camaatla qılan şəxs‚ gecəni səhərədək oyaq qalaraq‚ ibadətlə məşğul olan şəxs kimidir.»
    140. Rəsulallah (s): «Evdə qılınan namaz bir namazın savabını daşıyır‚ məhəllənin məscidində qılınan namaz isə iyirmi beş namaza bərabərdir. Cümə məscidində qılınan namaz beş yüz namazın savabına‚ Məscidül-Əqsada qılınan namaz isə əlli min namazın savabına malikdir. Mənim məscidimdə («məscidün-nəbi) qılınan namaz da‚ əlli min namazın savabına sahibdir. Məscidül-həramda qılınan namaz isə yüz min namazın savabını özündə daşıyır.»
    141. İmam Əli (s): «Beytül-müqəddəs»də qılınan bir namaz min namaza bərabərdir. «Cümə məscidi»ndə qılınan bir namaz yüz namaza bərabərdir. Məhəllə məscidində qılınan namaz isə iyirmi beş namazaın savabına malikdir. Bazar məscidində qılınan namaz da‚ on iki namazın savabına sahibdir. Evdə qılınan namaz isə bir namazın savabını daşıyır.»
    İmam Sadiq (ə) buyurmuşdur:
    142. Namazlarıınızı məscidlərdə qılın!
    143. (Məsciddə icra ediləcək dəyərli əməllərı sayarkən buyurdu) Məscidlərdə çox namaz qılıb‚ dua edin. Məscidlərin müxtəlif yerlərində namaz qılın. Çünki Qiyamət günü hər bir məkan‚ onda namaz qılan şəxsin xeyrinə şahidlik edəcək.
    144. Evdə qılınmış camaat namazı iyirmi dörd namaza‚ məsciddə qılınmış camaat namazı qırx səkkiz namaza‚ yəni evdə qılınan namazın iki qatına bərabərdir. Məscidül-həramda qılınan namaz başqa məscidlərdə qılınmış min rəkət namaz qədər dəyərlidir. Məsciddə tənha şəkildə namaz qılmaq‚ iyirmi dörd namazın savabına malikdir.
    5.8 HƏR SƏFƏRDƏN QAYITDIQDAN SONRA PEYĞƏMBƏRIN (S) MƏSCIDDƏ NAMAZ QILMASI
    145. Kəb ibn Malik rəvayət edir: «Həzrət Peyğəmbər (s) hər səfərdən qayıtdıqdan sonra məscidə gedər orada namaz qılardı.»
    146. İbn Ömər rəvayət edir: «Allahın elçisi (s) Həcc ziyarətindən qayıtdıqdan sonra Mədinəyə gəldi və dəvəsini məscidin qarşısında dayandırdı. Sonra isə məscidə gedib‚ orada iki rəkət namaz qıldı və ardınca evinə doğru yola düşdü.»
    147. Cabir ibn Abdullah Ənsaridən rəvayət edir: «Rəsulallahla (s) birlikdə səyahətdə idim. Mədinəyə qayıtdıqda, mənə buyurdu: «Məscidə gir və iki rəkət namaz qıl.»
    148. Kəəb rəvayət edir: «Həzrət Peyğəmbər (s), hətta gecə yarısı səfərdən qayıtdıqda‚ məscidə gedər və birbaşa, əyləşib istirahət etmədən öncə‚ iki rəkət namaz qılardı.»
    5.9 MƏSCIDDƏ DUA VƏ IBADƏTLƏ MƏŞĞUL OLMAĞIN SAVABI
    149. Əbu Səid Xudridən nəql olunur: Allahın elçisi buyurdu: «Allah-Təala buyurur: «Tezliklə məhşər əhli anlayacaq ki‚ kim daha çox hörmətə layiqdir». Soruşdular: «Ey Allahın Rəsulu! Kim daha çox hörmətə layiqdir?» Buyurdu (s): «Məsciddə ibadətlə məşğul olan şəxslər.»
    150. İbn Abbas‚ Cüveyriyə binti Harisdən rəvayət edir: «Həzrət Peyğəmbər (s) (sübh vaxtı) məsciddə ibadət və dua ilə məşğul olan Cüveyriyəni müşahidə etdi. Günorta çağı da onu yenə məsciddə ibadət halında gördükdə‚ soruşdu: «Hələ də ibadətlə məşğulsan?» Cüveyriyə dedi: «Bəli.» Rəsulallah (s) buyurdu: «Dia etdiyin zaman hansı sözləri söyləməyin lazım olduğunu sənə öyrədimmi? Sonra belə de: Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala razı olduğu kimi uca və pakdır! Allah-Təala razı olduğu kimi uca və pakdır! Allah-Təala razı olduğu kimi uca və pakdır! Allah-Təala ərşin ağırlığı (əzəməti) qədər uca və pakdır! Allah-Təala ərşin ağırlığı (əzəməti) qədər uca və pakdır! Allah-Təala ərşin ağırlığı (əzəməti) qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır! Allah-Təala yaratdıqlarının sayı qədər uca və pakdır!
    151. İmam Sadiq (ə): «Bir nəfər Peyğəmbərin (s) yanına gəlib soruşdu: «Ən yaxşı məscid əhli kimdir?» Həzrət (s) buyurdu: «Allahın şəninə daha çox zikr söyləyən (Allahı daha çox yad edən) şəxs.»
    152. Cabir ibn Abdullahdan nəql olunur: «Allahın elçisi (s) buyurdu: «Məscidlər Axirət bazarlarından biridir. Oraya daxil olan şəxs Tanrı qonağıdır. Oraya daxil olmaq fürsətini əldə etmək, günahların bağışlanmasına səbəb olar. Məscidin (oraya daxil olan şəxsə) salamı kəramətdir. Bununla da‚ xeyir-bərəkət əldə etmək üçün çalışın!» Soruşdular: «Ey Allahın Rəsulu! Necə xeyir-bərəkət əldə edək?» Buyurdu (s): «Dua və Tanrı dərgahına rəğbətlə üz gətirməklə.»
    153. Əbu Səid Xudridən nəql olunur: «Bir gün Tanrı elçisi məscidə daxil olduqda‚ Ənsardan olan Əbu Umamə adlı kişi ilə üzləşdi. Rəsulallah (s) buyurdu:
    – Ey Əbu Umamə! Nə üçün namaz vaxtı olmadığı halda məsciddə oturmusan?
    Əbu Umamə dedi:
    – Borclu olduğuma görə qəm-qüssə və kədər içindəyəm‚ ey Allahın Rəsulu!
    – Sənə bir dua öyrədim ki, onun vasitəsilə Allah-Təala dərd-qəmini aradan aparıb‚ borclarını ödəməyə yardım etsin?
    – Bəli‚ ey Allahın elçisi!
    – Hər səhər-axşam bu duanı oxu: «İlahi! Mən qəm-qüssə‚ gücsüzlük‚ taqətsizlik‚ qorxaqlıq‚ simiclik‚ borcumun çoxluğu və insanların məni alçaltmasından Sənə pənah aparıram.
    Əbu Umamə deyir: «Bu sözləri dedim və uca Allah mənin dərdimi‚ kədərimi aradan aparıb‚ borcumu ödədi.»
    154. Rəvayət olunur ki; imam Zeynəl-abidin (ə) başqasının evinin qapısının kandarında oturan bir kişinin yanından keçirdi. İmam (ə) (üzünü ona tutub) buyurdu: «Səni bu zalım və lovğa şəxsin qapısına gəlib (yalvarmağa) nə məcbur edib?» Dedi: Çətin və ağır həyat tərzi». Buyurdu: «Dur! Mən səni elə bir qapıya apararam ki‚ bu qapı (sahibindən) daha yaxşıdır. Uca Tanrı ondan daha mərhəmətlidir.»
    Beləcə‚ onun əlini tutub Məscidün-nəbiyə (Peyğəmbərin məscidi) apardı. İmam (ə) buyurdu: «Üzünü qibləyə çevir və iki rəkət namaz qıl. Sonra da əllərini Allah dərgahına uzadıb‚ Ona həmd-səna oxu və Peyğəmbərinə (s) salavat göndər. «Həşr» surəsinin son ayələrini‚ «Hədid» surəsinin ilk altı ayəsini və «Ali-İmran surəsinin iki ayəsini (18 və 26-cı ayələr) oxuyub‚ Allahı (köməyə) çağır. İstədiyini Allahdan dilə ki‚ şübhəsiz‚ O‚ sənə istədiyini verəcək.»
    İmam Sadiq (ə) buyurmuşdur:
    155. Atamın (İmam Baqir (ə)) Allah-Təalaya bir hacəti və diləyi olduqda onu günorta çağı istəyərdi. O‚ əvvəlcə sədəqə verər‚ ətir vurub‚ məscidə gedər və sonra da hər nə arzusu varsa‚ Allahdan istəyərdi.
    156. Allahdan bir istəyim var idi. Günorta çağı məscidə getdim. Mənim hər hacətim olanda belə edirəm.
    157. Ey Məsmə! Nə üçün sizə qəm-qüssə üz verdikdə dəstəmaz alıb‚ məscidə gedib‚ iki rəkət namaz qılıb‚ Allahdan hacətinizi diləmirsiniz?! Bu ayəni eşitməmisinizmi?: «(Müsibət vaxtında) səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!»
    158. İmam Sadiq (ə): «Xəstələndiyiniz zaman həkimə müraciət edərək‚ ona müəyyən məbləğ ödəyirsiniz. Həmçinin, hökmdarın yanına (dərdinizi deməyə) gedərkən qapıçıya bəxşiş verirsiniz. Hər hansı bir müşküllə üzləşdiyiniz zaman Allaha pənah aparsanız‚ əvvəlcə dəstəmaz alın. Sonra da məscidə gedib‚ iki rəkət namaz qılın və Allaha həmd-səna edib‚ Peyğəmbərinə (s) və Əhli-beytinə (ə) salavat göndərin. Ardınca da belə dua edin: İlahi! Xəstələndikdə mənə şəfa ver. Səfərə gedərkən sağ-salamat geri qayıtmağıma kömək ol. Qorxduğum bəlalardan məni qoru.
    Allah-Təala duanızı qəbul edəcək. O‚ bəndə şükür etdiyi zaman dualarını qəbul etməyə and içib.»
    5.10 MƏSCIDDƏ ETIKAF SAXLAMAĞIN FƏZILƏTI
    Qurani-kərim: «Məscidlərdə ibadətdə (etikaf) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunlar (bu hökmlər) Allahın hədləridir‚ bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki‚ təqvalı olsunlar!»
    İmam Sadiq (ə) buyurmuşdur:
    159. Yalnız Came məscidində oruc tutaraq‚ etikaf saxlamaq düzgün sayılır.
    160. İmam Əli (ə) buyurur: «Yalnız Məscidül-həram‚ Məscidün-nəbi və ya Came məsciddə etikaf saxlamaq səhihdir. Etikaf saxlayan şəxsin çarəsiz olmadığı və ya cox zəruri ehtiyacın yaranmadığı müddətdə məsciddən kənara çıxması‚ düzğün deyil.»
    161. Məkkədən kənarda etikaf saxlamaq‚ Peyğəmbərin () məscidi və ya Came məscidlərinin birində olmazsa‚ səhih deyildir!
    5.11 MƏSCIDDƏ ÖRYƏNMƏK VƏ ÖYRƏTMƏYIN SAVABI
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    162. Sübh vaxtı, yalnız faydalı bir şey öyrənmək və ya öyrətmək üçün məscidə gedən şəxs‚ kamil formada ümrə ziyarəti yerinə yetirmiş şəxsin savabını qazanar. Xeyirli bir şey öyrənmək və ya öyrətmək niyyəti ilə‚ gecə məscidə gedən şəxs isə həcc ziyarətini mükəmməl şəkildə icra etmiş şəxsin savabını qazanar.»
    163. Kim mənim məscidimə, yalnız xeyirli bir şey öyrənmək və ya öyrətmək məqsədi ilə gəlsə‚ Allah yolunda cihad etmiş şəxs kimidir. Ayrı bir niyyətlə (məsələn; qeybət etmək üçün) gələn şəxs isə sanki başqasının malına göz dikmişdir.»
    164. Allah evlərindən birində toplaşaraq Quran oxuyan‚ onu bir-birinə öyrədən kəslər‚ ilahi asudəlik və rəhmətindən bəhrələnər‚ mələklər onları əhatəyə alar və Allah-Təala, yanındakılara onlar haqqında danışar (onları mədh edər).
    165. Abdullah ibn Ömərdən nəql olunur: «Bir gün Allahın Rəsulu (s) evindən (otaqlarından birindən) çıxıb‚ məscidə daxil oldu. Həzrət Peyğəmbər (s) məsciddə iki dəstəni müşahidə etdi. Bir qrup insan Quran oxuyub‚ ibadətlə məşğul idi. O biri qrup isə bir-birlərinə (elm) öyrədir və öyrənirdi. Rəsulallah (s) buyurdu: «Hər iki dəstə xeyirli və faydalı işlə məşğuldur. Bu dəstə Quran oxuyub‚ Allahı çağırır. Allah istəsə, onların dualarını qəbul edər‚ istəməsə də qəbul etməz. Başqa dəstə isə öyrənir‚ digərlərinə də‚ öyrədir. Agah olun! Mən, yalnız müəllim olaraq peyğəmbərliyə seçilmişəm.»
    (Sonra da) Allahın Rəsulu (s) onların (ikinci dəstənin) yanında əyləşdi.»
    166. İbn Abbasdan nəql olunur: «Biz dəstə-dəstə dairə şəkilində məsciddə oturmuşduq. Allahın elçisi (s) məscidə daxil olub‚ soruşdu: «Nə ilə məşğulsunuz?» Dedim: «Günəşin çıxış və batışı haqqında fikirləşirik.» Buyurdu: «Afərin! Həmişə belə olun. Yaranmışlar barəsində fikirləşin‚ amma Yaradanın zatı və həqiqəti haqqında (əsla) fikir yürütməyin. Allah-Təala hər bir şeyi öz hədəf və məqsədinə uyğun yaratmışdır.»
    167. Əqəbət ibn Amirdən rəvayət olunur: «Biz Suffədə oturduğumuz zaman‚ Allahın Rəsulu (s) yanımıza gəlib‚ buyurdu: «Kim Buthan, yaxud da Əqiq məntəqəsinə gedib‚ iki böyük‚ ağ və hündür belli dişi dəvə qazanmaq istəyir? Amma bu şərtlə ki‚ Allahın əmrlərinə qarşı çıxmayacaq və qohumlarla əlaqəni kəsməyəcəkdir.» Dedilər: «Biz hamımız buna hazırıq‚ ey Allahın Rəsulu!» Peyğəmbər (s) buyurdu: «Hər birinizin gündəlik olaraq məscidə gəlib ilahi Kitabdan iki ayə öyrənməsi, iki ağ dəvəyə sahib olmaqdan daha dəyərlidir. Üç ayə öyrənmək isə üç dəvəyə malik olmaqdan daha faydalıdır. Ümumiyyətlə, hər nə qədər çox ayə öyrənsəniz‚ bir o qədər dəvəyə yiyələnməkdən daha yararlı və mənfəətlidir.»
    168. Səid ibn Müsəyyib rəvayət edir: «İmam Zeynəl-abidin (ə) hər cümə günü Peyğəmbərin (s) məscidində xalqa moizə oxuyur‚ insanları dünyaya bağlanmamağa çağırır və Axirət dünyası (üçün faydalı olan) əməllərə doğru üz gətirməyə dəvət edirdi. Onu dinləyənlər də (İmamın (ə)) kəlamlarını əzbərləyir və yazırdılar.»
    5.12 MƏSCIDƏ SIĞINMAĞIN FƏZILƏTI
    169. Mahmud ibn Ləbid rəvayət edir: «Peyğəmbərin (s) oğlu İbrahim vəfat etdiyi zaman Günəş tutuldu. Camaat: «Günəş, İbrahim öldüyü üçün tutuldu»-dedilər. Peyğəmbər (s) buyurdu: «Günəş və Ay, Allahın (ilahi qüdrətin) iki nişanəsidir. Agah olun! Bunlar nə kimsənin ölməsi‚ nə də kiminsə dirilməsinə görə tutulmazlar. Ay və Günəş tutulduqda məscidə pənah aparın.»
    170. İmam Baqir (ə): «Zəlzələ‚ Günəşin və ya ayın tutulması və qorxuducu küləklər Qiyamət gününün nişanələrindəndirlər. Hər zaman onlardan birini müşahidə etdikdə‚ Qiyamət gününü xatırlayın və məscidlərinizə pənah aparın.»
    171. Müaviyə ibn Əmmardan nəql olunur: İmam Sadiq (ə) buyurur: «Mömin şəxsi ildırım vurmaz.»
    Dedilər: Amma biz Məscidül-həramda namaz qılan bir kişini ildırım vurduğunu gördük.
    İmam Sadiq (ə) buyurdu: «O kişi Məscidül-həramın göyərçinlərini daşa basırdı.»
    5.13 AZAN SƏSINI EŞITDIKDƏN SONRA MƏSCIDI TƏRK ETMƏYIN KƏRAHƏTI
    172. Həzrət Məhəmməd (s): «Azan səsini eşitdikdən sonra, səbəbsiz olaraq, məscidi tərk edən və oraya yenidən qayıtmaq niyyəti olmayan şəxs‚ münafiqdir!»
    173. İmam Sadiq (ə): «(Yunis ibn Yaquba müraciətlə) Ey Yunis! Onlara de: Ey «müəllifəti-qülubihim»! (Pis) əməllərinizi gördüm. Azan səsini eşitdiyiniz zaman ayaqqabılarınlzı götürüb‚ məscidi tərk edirsiniz.
    5.14 MƏSCIDI BOŞ QOYUB‚ ORADA NAMAZ QILMAMAĞIN PISLƏNILMƏSI
    174. İmam Sadiq (ə): «Peyğəmbər (s) buyurur: «Heç bir üzrü olmadan məsciddə müsəlmanlarla birlikdə namaz qılmayan şəxsin namazı qəbul deyil! Evdə namaz qılıb‚ bizim camaatdan uzaqlaşan şəxsin (bu işini tənqid etmək barəsində olan) qeybəti caizdir. Müsəlman camaatından üz döndərən (onlara kin bəsləyən) şəxs tənqid olunmalıdır və (bu işini tənqid etmək barəsində olan) qeybəti müsəlmanlara vacibdir. O‚ müsəlmanlar arasında ədalətini itirmişdir və ona etiraz edilməlidir. Onu müsəlmanların rəhbərinin hüzuruna apardıqda xəbəldarlıq olunmalı və bu işə son qoyması tələb edilməlidir. Lakin o‚ müsəlmanlara qaynayıb-qarışsa, əmin-amanlıqdadır... Belə olan surətdə onun qeybəti haramdır və ədaləti bərpa edilmiş sayılır.»
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    175. Bu dünyada dörd şey qəribdir: Zalım şəxsin ağuşundakı (sinəsindəki) Quran‚ namaz qılınmayan məscid‚ Evdə (dustaq) qalıb oxunmayan Quran və fasiq cəmiyyətin arasında yaşayan saleh əməlli insan.
    176. Üç şey Qiyamət günü Allah dərgadına şikayət edəcək: «Qurani-kərim‚ məscid və Əhli-beyt (ə). Quran buyurar: «İlahi! Məni yandırdılar‚ parça-parça etdilər.» Məscid deyər: «İlahi! Məni tərk etdilər və kənara atıb hədər etdilər.» Əhli-beyt (ə) buyurar: «İlahi! Bizi qətlə yetirdilər‚ cəmiyyətdən uzaqlaşdırıb‚ sürgün etdilər.»
    177. Münafiqlər özlərinə məxsus nişanələrlə tanınarlar: ... könülsüz və etinasız halda məscidə gələr‚ (həmişə qəsdən) namaza gecikərlər.
    178. Məscidin qonşuluğunda yaşayan şəxsin namazı, yalnız məsciddə məqbul sayılır.
    179. İmam Sadiq (ə) atasından‚ o da imam Əlidən (ə) rəvayət edir: «Məscidin qonşuluğunda yaşayan şəxsin namazı‚ məsciddən başqa bir yerdə qəbul olunmaz. Əlbəttə‚ üzrlü səbəbdən və ya xəstə olduğu üçün deyilsə». Dedilər: «Məscidin qonşuları kimdir‚ ey Əmirəl-möminin (ə)?!» Buyurdu (ə): «Azan səsini eşidən hər kəs.»
    180. İmam Əli (ə): «Məscidin qonşuları rahat‚ asudə və sağlam olduğu halda vacib namazlarını məsciddə qılmırsa‚ onların namazı məqbul deyildir!»
    181. İmam Sadiq (ə): «Əmirəl-mömininə (ə) Kufədə məscidin qonşuluğunda yaşayan bir qrup müsəlmanın camaat namazına gəlmədiyi xəbəri çatdı. Buyurdu: «Ya bizimlə birlikdə camaat namazında iştirak etsinlər‚ ya da yerləşdiyi məkanları dəyişib‚ məscidin qonşusu və bizim qonşumuz olmasınlar.»
    182. İmam Həsən (ə): «Məscidi tərk etmək və fitnə-fəsad əhlinə tabe olmaq cəhalətdir!»
    İmam Sadiq (ə) buyurmuşdur:
    183. Üç şey Allaha şikayət edər: Camaatın namaz qılmadığı üçün xarabalığa çevrilmiş məscid‚ nadan insanların arasında yaşayan müdrik şəxs və kənara atıldığı üçün toz basmış və istifadə olunmayan (tilavət olunmayan) Quran.
    184. Məscidlər oraya gəlməyən qonşularından Allah-Təalaya şikayət etdi. Allah-Təala da‚ belə buyurdu: «And olsun izzəti-cəlalıma ki‚ onların heç bir namazını qəbul etməyəcəm‚ xalq arasında onları ədalətli tanıtmayacam‚ onlarla mərhəmətli davranmayacam və Behiştdə mənim qonşum ola bilməyəcəklər.
    185. Evdə tək namaz qılmaq (bir ovuc) toz yığınağına bənzəyir ki‚ havada yayılar və Tanrı dərgahına heç bir zərrə də çatmaz. Məsciddən üz döndərib evdə camaat namazı qılan şəxsin və ona iqtida edənlərin namazı məqbul deyil! Əlbəttə, əgər məscidə getməməsi üçün bir səbəb və ya üzrü yoxdursa.
    Category: Məscid | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 952 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məscid [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024