7-Cİ FƏSİL: MƏSCIDƏ XIDMƏT ETMƏK 7.1 MƏSCIDƏ XIDMƏT ETMƏNIN FƏZILƏTI Qurani-kərim buyurur: «İbrahimə və İsmailə: «Evimi‚ təvaf edənlər və orada qalıb həmişə ibadətdə olanlar‚ rüku və səcdə ilə namaz qılanlar üçün təmizləyin!»-deyə göstəriş verdik.» «İmranın zövcəsinin: «Ey Rəbbim‚ bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) Məndən qəbul et! Əlbəttə‚ Sən eşidənsən‚ bilənsən!»-dediyini xatırla!» 195. Xatəmul-ənbiya (s): «Həqiqətən, Allah-Təala sevdiyi bəndəsini məscidə xidmətçi təyin edər.» 7.2 MƏSCIDI IŞİQLANDIRMAQ Həzrət Məhəmməd (s) buyurmuşdur: 196. Kim Tanrı məscidlərindən birində çıraq yandırsa‚ nə qədər ki, onun işığı məscidi nura boyayır‚ mələklər və ərşi daşıyanlar onun bağışlanmağı üçün dua edər. 197. Kim məsciddə çıraq yandırsa‚ onun işığı məscidi nura boyayana qədər‚ yetmiş min mələk ona salam (salavat) göndərər. 198. Kim gecə vaxtı məscidə çıraq gətirib‚ Allahın evini nura boyasa‚ Tanrı onun yetmiş illik günahlarını əfv edər‚ ona bir il ibadətin savabını bağışlayar və (Behiştdə) ona bir şəhər əta edər. Əğər başqa bir gecə də bu işi təkrar etsə‚ artırdığı hər gecənin müqabilində bir peyğəmbərin savabını qazanar. On gecə beləcə davam etsə‚ onun Allah dərgahında qazandığı savabı‚ heç kim vəsf edə (sayıb-qurtara) bilməz. Əgər bir ay məscidi işıqlandırsa‚ Allah-Təala cəhənnəm atəşini onun bədəninə haram edər. 199. Əbu Hinddən nəql edilir: «Təmim Şamdan Mədinəyə çox sayda çıraq və yağ gətirdi. O‚ cümə günü Mədinəyə çatdı. Əbül-bərrad adlı xidmətçisinə‚ çıraqları məsciddə asıb‚ onlara yağ və su tökməsini əmr etdi. Günəş qurub etdikdə isə onları yandırdı. Allahın Rəsulu (s) məscidə gəlib‚ bu mənzərəni müşahidə etdikdə‚ buyurdu: «Bunları kim belə edib?» Dedilər: Təmim. Həzrət (s) buyurdu: «İslamı nurlandırdın‚ Allah-Təala səni dünya və Axirətdə nura boyasın!» Həzrət Məhəmməd (s) buyurmuşdur: 200. (Merac gecəsi Behiştin qapılarında gördüyü yazıları bəyan edərkən) «Kim yer altındakı həşaratlara yem olmaq istəmirsə‚ məscidləri təmiz saxlasın.» 201. (Əliyə (ə) müraciətlə) Ey Əli (ə)! Behişt hurilərinin mehriyyəsini ödə. Yol üzərindəki (həmçinin məscidin yolu üzərindəki) maneələri aradan qaldırmaq və məscidin toz-torpağını təmizləmək Behişt hurilərinin mehriyyəsidir. 202. Məscidlər inşa edin və onun toz-torpağını təmizləyin... Bu, Behişt hurilərinin mehriyyəsidir. 203. İmam Əli (ə): «Allahın Rəsulu (s) məscidlərin tikilməsinə‚ səliqə-sahmanlı‚ xoş ətirli və təmiz saxlanmasını əmr edərək‚ onun hər bir qapısının kənarında dəstəmazxana tikilməsinə göstəriş verdi.» Həzrət Məhəmməd (s) buyurmuşdur: 204. Hər cümə axşamı və cümə günü məscidi təmizləyən və insanların gözünə dolan toz-torpağı silib-süpürən şəxsin günahları Allah-Təala tərəfindən bağışlanar. 205. Kim məscidi təmizləyərsə‚ Allah-Təala ona bir qulu azad etməyin savabını yazar. Hər kim insanın gözünə düşüb‚ onu incidə bilən kicik bir çöpü məsciddən təmizləyərsə‚ Allah-Təala ona öz mərhəmətini ikiqat bəxş edər. 206. Allah-Təala insanlara əziyyət verə bilən hər hansı bir şeyi məsciddən kənara atan şəxsə Behiştdə ev bağışlayar. 207. Məscidin toz-torpağını təmizləyənlər‚ sanki Behiştdə yasəmən gülü əkirlər. 208. Ümmətimin yaxşı əməllərinə veriləcək savablar‚ hətta məscidin toz-torpağını təmizləyən şəxsin savabı da‚ mənə bəyan olunubdur. 209. Məscidin təmizlik işləri ilə məşğul olan qaradərili kişi (ya da qadın) dünyadan getdi. Peyğəmbər (s) (bir neçə gün onlara görmədiyi üçün) harada olduqlarını soruşdu. Dedilər: «Onlar vəfat edib». Həzrət buyurdu (s): «Nə üçün bu haqda mənə xəbər vermədiniz? Onun qəbrini mənə göstərin.» Sonra xidmətçinin qəbri üzərinə gedib‚ orada namaz qıldı. 210. İmam Sadiq (ə): «Behişt və hurilər məscidi süpürən və onun toz-torpağını təmizləyən şəxsin həsrətindədir.» 7.4 MƏSCIDİN DAXILİNI ƏTIRLƏMƏK Həzrət Məhəmməd (s) buyurmuşdur: 211. (Məscid mədəniyyəti haqqında buyurarkən) Cümə günləri məscidə ətir vurun. 212. Hər həftə məscidə gözəl iyli ətirlər vurun. 213. Mələklərin hədiyyəsi, məscidlərə gözəl iyli ətirlər vurmaqdır. |