İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Articles » Din » Məscid

    Məscid
    8-Cİ FƏSIL: MƏSCIDIN ƏHKAMI VƏ DAVRANIŞ QAYDALARI
    A. MÜSTƏHƏBB ƏMƏLLƏR
    8.1 İXLAS (PAK NIYYƏT)
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    214. Kim məscidə hansı məqsədlə gedərsə‚ elə onu da qazanar.»
    215. İnsanlar məsciddə bir-birlərinə lovğalandıqda, Qiyamət yaxınlaşar.
    8.2 TƏMIZLIK
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    216. Allah-Təala buyurdu: «Ey hay! Evində dəstəmaz alıb‚ evimə (məscid) Mənim görüşümə gələn bəndə necə də xoşbəxtdir!»
    217. Həzrət Məhəmməd (s): Təmiz olmadığın zaman məscidə getmə! Pak olmayan halda məscidə gedən şəxslə‚ məscid düşmənçilik edər.
    218. İmam Sadiq (ə): «Məscidlər yer üzündə Allahın evi sayılır‚ onları ziyarət edin. Allah-Təala təmiz halda məscidə gedən şəxsin günahlarını təmizləyər və adını Tanrı görüşünə gələnlərin siyahısına yazar.»
    8.3 AYAQQABILARIN ALTINI TƏMIZLƏMƏK
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    219. Məscidin qapısına yaxınlaşdıqda ayaqqabılarınızın altını təmizləyin.
    220. Məscidə daxil olmaq istəyən şəxs ayaqqabılarının altını təmizlədikdə‚ mələklər deyərlər: «Yaxşı əməl sahibi oldun! Behişt sənə halal olsun! Sag-salamat (əmin-amanlıqla) daxil ol.»
    8.4 MƏSCIDƏ DAXIL OLARKƏN VƏ ORADAN ÇIXARKƏN ALLAHA SIĞINMAQ
    Həzrət Məhəmməd (s) buyurmuşdur:
    221. Bəndə məscidə daxil olarkən‚ belə deməlidir: (Tanrı dərgahından) qovulmuş Şeytanın şərrindən Allaha pənah aparıram.» (Bu zaman) Şeytan deyər: «Belim qırıldı!» Sölədiyi bu sözə görə‚ Allah-Təala öz bəndəsinə (əməl dəftərinə) bir il ibadətin savabını yazar. Məsciddən çıxdığı zaman da həmin cümləni yenidən söyləsə‚ Allah-Təala onun bədənindəki hər tükə yüz saleh əməlin savabını əta edər və onun məqamını yüz dərəcə ucaldar.
    222. Sizlərdən hər biri məsciddən çıxdıqda‚ arılar «şahzadə» arının başına cəmləşdiyi kimi‚ İblis öz qoşununu yanına çağırıb‚ bir yerə toplayır. Amma sizin hər biriniz (məscidi tərk etməmişdən öncə) məscidin qapısının kəndarında dayanıb‚ «İlahi! İblis və onun qoşununun şərrindən sənə pənah aparıram.»-söyləsə‚ sizə bir ziyan-zərər yetişməz.
    223. Məscidə daxil olduqda‚ Peygəmbərə (s) salam verin... və məsciddən çıxdıqda da Peygəmbərə (s) salam verib‚ belə dua edin: «İlahi! (Tanrı dərgahından) qovulmuş Şeytanın şərrindən mənə pənah ver.»
    224. Abdullah ibn Ömərdən Peyğəmbərin (s) məscidə necə daxil olması barəsində belə nəql olunur: «Rəsulallah (s) məscidə girdikdə buyurardı: «Qovulmuş Şeytanın şərrindən əzəmətli Tanrıya‚ Onun möhtəşəm varlığına və qədim‚ əzəli iqtidarına pənah aparıram!»
    8.5 MƏSCIDƏ DAXIL OLARKƏN VƏ ORADAN ÇIXARKƏN DUA ETMƏK
    225. Həzrət Məhəmməd (s): Sizlərdən hər biri məscidə daxil olduqda Peygəmbərə (s) salam verib‚ bu duanı oxusun: «İlahi! Rəhmət qapılarını mənim üzümə aç.» Məsciddən çıxdıqda isə belə deyin: «İlahi! Mənə öz fəzl və kərəmindən mərhəmət əta et.»
    226. Fatimei-Zəhra: «Allahın Rəsulu (s) məscidə daxil olduqda buyurardı: «Allahın adı ilə və Tanrı elçisinə (s) salam olsun! İlahi! Günahlarımı bağışla və rəhmət qapılarını mənim üzümə aç.» Məsciddən çıxarkən də‚ buyurardı: «İlahi! Günahlarımı bağışla və fəzilət, kərəm qapılarını üzümə aç.»
    Həzrət Məhəmməd (s):
    227. Məscidə daxil olduqda Peygəmbərə (s) salam verib‚ bu duanı oxuyun: «İlahi! Rəhmət qapılarını üzümə aç.» Oranı tərk etdikdə isə belə deyin: «İlahi! (Tanrı dərgahından) qovulmuş Şeytanın şərrindən mənə pənah ver.»
    228. Məscidə daxil olduqda Peygəmbərə (s) salam verib‚ bu duanı oxuyun: «İlahi! (Tanrı dərgahından) qovulmuş Şeytanın şərrindən mənə pənah ver.»
    229. Sizlərdən hər biri vacib namazınızı qıldıqdan sonra məscidi tərk edərkən qapının kənarında dayanıb‚ belə dua etsin: «İlahi! Məni dəvət etdin, mən də gəldim və vacib namazını əda etdim. Əmr etdiyin kimi (başqa lazım olan işlərlə məşğul olmaq üçün) gedirəm. İndi də sənin fəzl və kərəminə sığınıb‚ (əmrlərinə) itaət etmək və razı olmadığın işlərdən çəkinmək istəyirəm. Rəhmətinə pənah aparıb‚ ruzimi Səndən istəyirəm.
    230. (İmam Əlinin (ə) məscidə necə daxil olması barəsində) O‚ məscidə daxil olduqda‚ buyurardı: «Allahın adı ilə. Ondan imdad diləyirəm. Ey Peyğəmbər! Allahın salamı və xeyir-bərəkəti sənin üçün olsun! Bizə və Allahın dəyərli bəndələrinə salam olsun!»
    231. Rəvayət olunur ki, dəstəmaz alarkən imam Həsənin (ə) üzünün rəngi qaçardı. Bunun səbəbini soruşduqda‚ belə buyurardu: «Axı əzəmətli Hökmdarın qarşısında dayanmağa hazırlaşıram.»
    O‚ hər zaman məscidin qapısına yetişdikdə‚ başını qaldırıb: «İlahi! Kölən dərgahına üz gətirib. Ey gözəl əməl sahibi! Bu pis əməlli bəndən hüzuruna gəlib. Bir halda ki‚ bizim yaxşılarımıza pislərimizi bağışlamaq əmri vermisən. İndi Sən yaxşıliq edən‚ amma mən pis əməl sahibiyəm. Öz gözəlliyinlə mənim pisliyimi bağışla. Ey bağışlayan!» buyurar, sonra da məscidə girərdi.
    İmam Sadiq (ə) buyurmuşdur:
    232. Məscidə daxil olduqda Allaha şükür et və Ona həmd-səna oxu.
    233. Məscidə daxil olduqda və oradan xaric olduqda‚ Peyğəmbərə (s) salavat göndər.
    234. Kim evində gözəl şəkildə dəstəmaz alıb, saçlarını darayıb‚ özünü ətirləyib sonra da evindən sakit və vüqarla çıxaraq camaat namazında iştirak etmək üçün məscidə gedərsə‚ atdığı hər addıma görə bir savab qazanar, bir günahı bağışlanar və məqamı bir dərəcə yüksələr.
    Məscidə girdikdə bu duanı oxu: «Allahın adı ilə. Allahdan yardım diləyirəm‚ Rəsulallahın dininə‚ Allahdan və Ona doğruyam. Tanrının istədiyi kimi olsun. Allahdan başqa qüdrət sahibi yoxdur! İlahi! Rəhmət və əfv qapılarını üzümüzə aç‚ qəzəb və hiddət qapılarını üzümüzə bağla. İlahi! Rahatlıq və asudəlik Səndən gələr. İlahi! Gecə-gündüzüm Səninlədir. Sənin mərhəmət və razılığına görə‚ (və həmçinin) narazı olduğun işlərdən çəkinmək üçün qarşında diz çökürəm. İlahi! Səndən rahatlıq və asudəlik istəyirəm.»
    Sonra yenə belə de: «İlahi! Mən, Məhəmməd (s) və Əlinin (ə) vasitəsi ilə dərgahına gəlmişəm. Məni bu iki şəxsin vasitəsi ilə hüzuruna gələn‚ ən heysiyyətli insanlardan qərar ver. Onların vasitəçiliyi ilə Sənə daha yaxın olan kəslərdən et. Bu iki şəxsə xatir məni Özünə yaxınlaşdır və əsla Özündən uzaqlaşdırma. Amin! Ey aləmlərin Rəbbi.»
    Sonra camaatın imamı ilə birlikdə namaza başla. İmam, namazı qurtarmamışdan öncə Allah onu bağışlamış və Behişti ona vacib etmişdır.
    235. Səmaədən nəql olunur: «Fatimeyi-Zəhra (səlamullahi əleyha) buyurub: «Məscidə daxil olduğun zaman de: «Allahın adı ilə. Allahın elçisinə salam olsun! Həqiqətən də‚ Allah-Təala və mələkləri‚ Məhəmmədə (s) və Onun ailəsinə salam göndərirlər. Allahın salamı və xeyir-bərəkəti onlara şamil olsun! İlahi! Günahlarımı bağışla və rəhmət qapılarını mənim üzümə aç.» Məsciddən çıxarkən də‚ elə bu duanı oxu.
    8.6 MƏSCIDƏ DAXIL OLARKƏN SAĞ‚ XARIC OLARKƏN ISƏ SOL AYAĞI ATMAQ
    236. İbn Abbasdan nəql olunur: «Allahın Rəsulu (s) məscidə daxil olarkən əvvəlcə sağ ayağı ilə içəri addım atırdı.
    237. Həzrət Məhəmməd (s): «Mömin məscidə daxil olduqda (ilk öncə) sağ ayağı ilə içəri girsə‚ mələklər deyər: «Allah sənin günahlarını bağışlasın!» Məscidi tərk etdikdə (əvvəlcə) sol ayağı ilə addımını çölə qoyarsa‚ mələklər deyər: «Allah səni qorusun‚ arzularına çatdırsın və savabın Behişt olsun!»
    238. Yunis məsumlardan (ə) nəql edir: Məscidə girdikdə sağ ayağı və çıxdıqda isə sol ayağınız ilə addımınızı atmanız daha üstün və bəyənilmişdir.
    8.7 TƏHIYYƏT (SALAM) NAMAZI
    239. Əbuzərdən nəql olunur: «Allahın Rəsulunun (s) hüzuruna getdim. O‚ məsciddə oturmuşdu. Onun tənha olmasını fürsət bildim. Mənə buyurdu: «Ey Əbuzər! Məscidə salam ver.» Dedim: «Necə salam verim‚ ey Allahın elçisi?» Buyurdu: «İki rəkət namaz qıl.»
    240. Əbuzərdən nəql olunur: «Allahın Rəsulu (s) məsciddə olarkən onun yanına getdim və oturdum. O‚ buyurdu: «Ey Əbuzər! Namaz qılmısanmı?» Dedim: «Xeyr». Buyurdu (s): «Qalx və namaz qıl!»
    Ayağa qalxıb‚ namaz qıldım və sonra oturdum.»
    241. Həzrət Məhəmməd (s): «Məscidə daxil olduqda‚ oturmadıqdan öncə‚ iki rəkət namaz qıl.»
    242. Rəsulallah (s): «Məscidə gəldikdə‚ iki rəkət namaz qılmamış‚ oturma!»
    243. Əbu Qutabədən nəql olunur: «Allahın elçisi (s) buyurdu: «Məscidlərin haqqını yerinə yetirin.» Dedilər: «Onların haqqı nədir?» Buyurdu (s): «Oturmamışdan qabaq iki rəkət namaz qılın.»
    244. İmam Əli (ə): «Məscidin haqlarından da biri budur ki, oraya ayaq basdıqda iki rəkət namaz qılmalısan. İki rəkət namazın da haqqı budur ki, (onu qılarkən) Ümmül-Quranı («Həmd» surəsi) qiraət edəsən.»
    8.8 QIBLƏYƏ SARI OTURMAQ
    245. İmam Əli (ə): «Məsciddə üzü qibləyə oturmaq‚ (Peyğəmbərin (s)) sünnəsindəndir (adət).»
    8.9 MƏSCIDI TƏRK ETMƏYƏ TƏLƏSMƏMƏK
    246. Xatəmun-nəbi (s): «İyirmi xüsusiyyət yoxsulluğa səbəb olar: ... biridə məscidi tərk etməyə tələsmək.»
    8.10 ƏN YAXIN MƏSCIDDƏ NAMAZ QILMAQ
    247. Rəsulallah (s): «Yaşadığınız yerə daha yaxın olan məsciddə namaz qılın və (müxtəlif) məscidləri gəzməyin.»
    8.11 BU XÜSUSIYYƏTLƏRƏ DIQQƏT EDIN!
    248. Həzrət Məhəmməd (s): «Məscidə daxil olan şəxs on xüsusiyyətə malik olmalıdır: Əvvəlcə, ayaqqabılarının altını təmizləməlidir; sağ ayağı ilə məscidə addım atmalıdır; belə dua etməlidir: «Bağışlayan və mehriban Allahın adı ilə. Allahın adı ilə. Həmd-səna Ona məxsusdur. Peyğəmbərə və mələklərə salam olsun! İlahi! Rəhmət və kərəm qapılarını üzümə aç. Həqiqətən‚ Sən bağışlayansan!»; məsciddəki insanlara salam verməlidir. Əgər məsciddə heç kim yoxdursa‚ belə deməlidir: «Allahın layiqli bəndələrinə salam olsun! Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur! Şəhadət verirəm ki, Məhəmməd (s) onun bəndəsi və elçisidir!»; namaz qılan şəxsin qarşısından keçməsin; dəstəmazsız məscidə girməsin; məsciddə dünya işləri ilə məşğul olmasın; iki rəkət namaz qılmamış məsciddən getməsin. Məscidi tərk edərkən bu duanı oxusun: «İlahi! Sən münəzzəhsən (pak)! Sənə həmd-səna olsun! Şəhadət verirəm ki, Səndən başqa Allah yoxdur. Səndən əfv diləyirəm və Sənə doğru üz gətirirəm.»
    249. Allahın Rəsulu (s) məscidə daxil olarkən əvvəlcə sağ ayağı ilə addım atır və buyururdu: «Allahın adı ilə. Allaha təvəkkül edirəm. Allahdan başqa heç bir qüdrət və güc sahibi yoxdur.»
    Məsciddən xaric olduqda isə ilk olaraq sol ayağı ilə addım atar və buyurardı: «Allahın adı ilə. Qovulmuş Şeytanın (şərrindən) Allaha pənah aparıram.»
    Sonra buyurdu: «Ey Əli! Hər kim məscidə daxil olub‚ mən dediyim kimi rəftar etsə‚ Allah-Təala namazını qəbul edər və qıldığı hər rəkət namazın müqabilində yüz rəkət namazın savabını yazar. Məsciddən xaric olan zaman da mən söylədiyim formada rəftar etsə‚ Allah-Təala günahlarını bağışlayar və atdığı hər addımın müqabilində onu bir dərəcə ucaldar. Həmçinin, hər addımına yüz yaxşı əməlin savabı yazılar.»
    250. İmam Baqir (ə): «Nə vaxt oturmaq niyyəti ilə məscidə daxil olsan‚ yalnız pak olduğun halda oraya gir. Daxil olduqda isə üzü qibləyə dayanıb‚ Allahı çağır və Ondan dilə. İçəri girdikdə salam ver‚ Allaha həmd-səna söylə və Peyğəmbərə (s) salam göndər.»
    251. (İmam Sadiqə (ə) nisbət verdiyi yazıların arasında deyilir) Məscidin qapısına çatdıqda anla ki‚ sən izəmətli Padşahın qapısına gəlmisən. Onun büsatında təmiz və pak olmuş insanlardan başqa kimsə addım atmaz! Sadiq (sözlərində və rəftarında doğru olan) insanlardan başqa heç kəs Onunla həmsöhbət ola bilməz! Ona (bu Padşaha) qulluqçu olmaq şərəfinə nail olduğun üçün qorx (ehtiyatlı ol və məsuliyyətli davran). Necə ki‚ bilmədən‚ qəflət üzündən hər hansısa bir səhvə yol verəcəyin üçün (zəmanə) padşahından qorxursan.
    Agah ol ki‚ O‚ səninlə istədiyi kimi, ədaləti, yaxud mərhəməti ilə rəftar edə bilər. Əgər səninlə rəhmət və kəraməti ilə davransa‚ sənin qüsurlu itaətini qəbul edəcək və əməllərini çox böyük töhfə ilə dəyərləndirəcək. Lakin ədaləti ilə rəftar edərsə‚ səndən doğruluq və ixlas tələb edərsə‚ (əməllərinin) əsl simasını açar və itaətini, hər nə qədər çox olsa da rədd edər.
    Onun dərgahında öz acizliyini‚ qüsurlarını və həmçinin, miskinliyini etiraf et. Çünki sən Ona bəndəlik etmək və Onunla əlaqə yaratmaq üçün oradasan. Sirlərini Ona söylə. Bil ki‚ heç bir bəndənin məxfi və aşkar əməlləri Onun üçün gizli deyil. Onun qarşısında ən ehtiyaclı və fağır bəndə kimi davran və qəlbini Allahınla sənin aranda fasilə sala biləcək (Ondan uzaqlaşdıran) hər bir şeydən təmizlə. Çünki O‚ yalnız ən pak və ən xalis əməlləri (qəlbləri) qəbul edir.
    Gör ki‚ adın hansı əməl dəftərində çıxacaq. Əgər Onunla münacat etməyin ləzzətini və şirinliyini azacıq da olsa dadmısansa‚ Onun geniş mərhəmətindən qaynaqlanan kəramət və səxavət çeşməsindən şərbət içmisənsə, deməli, Ona xidmət etmək üçün ləyaqət qazanmısan. İcəri daxil ol ki‚ buna icazə verilib və sən əmin-amanlıqdasan.
    Belə olmadıqda isə carəsiz‚ əlacsız və sanki ölümü gəlib çatmış aciz şəxs kimi orada dayan. Əgər Allah səmimi-qəlbdən Ona pənah gətirdiyini müşahidə etsə‚ mərhəmət və lütf nəzəri ilə sənə baxarsa‚ bil ki‚ səni razı olduğu və sevdiyi yola hidayət edər. Çünki Allah elə kəramət sahibidir ki‚ öz dərgahında aciz şəkildə dayanan və Onun razılıgını cəlb etmək istəyən bəndələrini sevir. Belə ki‚ Allah-Təala buyurur: «Kimdir o kəs ki, dara düşüb əli hər yerdən üzülənin dua etdiyi zaman duasını qəbul edən?»
    B. MƏKRUH OLAN ƏMƏLLƏR
    8.12 MƏSCIDI KEÇID YOLU ETMƏK
    252. Məhəmməd peyğəmbər (s): «Məscidlərdən, yalnız namaz qılmaq və zikr oxumaq üçün keçin.»
    253. Rəsulallah (s): «Məscidlərdən ancaq orada iki rəkət namaz qıldığınız təqdirdə keçin.»
    254. Rəvayət olunub ki‚ (məscid haqqında olan zülmlərdən biri də) iki rəkət namaz qılmadan məsciddən keçib-getməkdir.
    255. Məhəmməd peyğəmbər (s): «Bir kəsin məsciddən keçib (amma) orada namaz qılmaması, Qiyamət gününün nişanələrindən biridir.»
    256. Rəsulallah (s): «Qiyamət gününün yaxınlaşmasının nişanələrindən biri də budur: insanlar... Quranı (haram) nəğmə ilə oxuyar‚ vəhşi heyvanların dərilərindən geyim hazırlayar və məscidləri keçid yolu (kimi istifadə) edərlər.»
    8.13 MƏSCIDDƏ UCA SƏSLƏ DANIŞMAQ
    257. İmam Əli (ə): Peyğəmbər (s) buyurdu: «Nə vaxt ümmətim bu on beş əməli əncam versə‚ onlara bəla nazil olar.» Soruşdular: «Ey Allahın Rəsulu! Bunlar hansı əməllərdir?» Buyurdu (s): «Nə vaxt... məsciddə uca səslə danışılsa.»
    8.14 MƏSCIDDƏ DÜNYƏVI MƏSƏLƏLƏR HAQQINDA DANIŞMAQ
    Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
    258. Bir gün gələcək ki‚ camaat dünyəvi məsələlərdən başqa bir şey fikirləşmədikləri halda məscidə toplaşacaqlar. Allahın onlara heç bir ehtiyacı yoxdur. Buna görə də‚ onlarla həmsöhbət olmayın.
    259. Dünyanın sonu gəldikdə‚ mənim ümmətimin arasında bir qrup insan peyda olacaqdır ki; məscidlərə yığışar‚ yalnız dünya və dünya məhəbbəti haqqında danışarlar. Onlarla həmsöhbət olmayın ki‚ onlar Allaha lazım deyillər.
    260. Məsciddə nahaq danışmaq‚ yaxşı əməlləri yeyər (məhv edər). Necə ki‚ heyvanlar qurumuş otları yeyər (aradan aparar).
    261. Məsciddə Quran oxumaq‚ Allah-Təalaya zikirlər söyləmək‚ faydalı məsələlər haqqında soruşmaq və ya xeyirlı işlər etməkdən başqa bir şey haqqında danışmaq bihudədir.
    262. İmam Sadiq (ə): «Əmirəl-möminin (ə) kimi məsciddə əfsanə (nağıl) danışan görsəydi, ona şallaq vurub‚ oradan qovardı.
    8.15 İTƏN ƏŞYALARIN TAPILMASI ÜÇÜN MƏSCIDDƏ ELAN VERMƏK
    Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
    263. Kim məsciddə itirdiyini tapmaq üşün elan verərsə, ona deyin: «Allah itirdiyini sənə qaytarmasın!
    264. Hər kəs‚ kiminsə məsciddə itirdiyini axtardığını (bunun üçün elan verdiyini) eşitsə‚ belə desin: «Allah onu sənə qaytarmasın!» Çünki məscidlər belə işlər üçün inşa olunmayıb.
    265. Kim‚ bir kəsin məsciddə itirdiyini axtardığını (bunun üçün elan verdiyini) eşitsə‚ ona desin: «Allah onu sənə qaytarmasın!» Çünki məscidlər (buna görə deyil) başqa məqsədlər üçün inşa olunub.
    266. Süleyman ibn Borəydə atasından nəql edir: «Bir kişi məsciddə uca səslə elan verərək‚ dedi: «Kim mənim itirdiyim qırmızı tüklü dəvəmi görüb?» Peyğəmbər (s) buyurdu: «(Ümidvaram) Onu tapa bilməyəsən. Çünki məscidlər (buna görə deyil) başqa məqsədlər üçün bina olunub.»
    8.16 MƏSCIDDƏ BIHUDƏ ŞEIRLƏR OXUMAQ
    267. Məhəmməd peyğəmbər (s): «Kimin məsciddə (faydasız) şer oxuduğunu görsəniz‚ ona belə deyin: «Allah dişlərini töksün!» Məscidlər yalnız Quran oxumaq üçün tikilib.»
    İzah: Diqqət edin! Yuxarıdakı hədisin və buna oxşar digər hədislərin əksinə olaraq, aşağıdakı rəvayətlər Peyğəmbərin (s) və Əhli-beytin (ə) məsciddə şer oxumağı təsdiq etdiyindən xəbər verirlər. Elə buna görə də‚ çoxsaylı fəqihlər məsciddə şer oxumağın məkruh (bəyənilməmiş) olması haqda olan hökmün‚ nalayiq və batil şerlərə aid olduğu fikrindədirlər.
    268. Cabir ibn Səmurədən belə nəql olunur: «Yüz dəfədən artıq Peyğəmbərin (s) məsciddəki məclislərində iştirak etmişəm. Elə bir halda ki‚ Rəsulallah (s) əyləşmiş və dostları da bir-birlərinə şer deyirdilər.
    269. Ürvə, Ayişədən nəql edir: «Allahın Rəsulu (s) məsciddə Həssan (o dövrdə yaşamış şair) üçün minbər qoyar və o da‚ minbərin üzərinə çıxaraq‚ Peyğəmbəri mədh edər və onu müdafiyə edərdi. Rəsulallah (s) da öz növbəsində buyurardı: «(Nə qədər ki‚ Allah Rəsulunu (s) mədh edir və onu müdafiə edir) Allah-Təala Həssana Ruhül-quduslə kömək edəcəkdir.»
    270. Səid ibn Müsəyyibdən nəql olunur: «Bir gün Həssan ibn Sabit məsciddə şer oxuyar»kən Ömər oraya gəlib dedi: Ey Həssan! Sən Allahın Rəsulunun (s) məscidində şer oxuyursan?» Həssan cavab verdi: «Mən bundan əvvəl də burada şer oxuyurdum o zaman səndən daha yaxşısı (Peyğəmbər (s)) burada idi.
    Ömər «Doğrudur.»-dedi və yoluna davam etdi.»
    271. Nail ibn Tufeyl ibn Əmr Dəvsi nəql edir: «Peyğəmbər (s) (daim faydasız-lazımsız sözlər eşitməkdən sığındığı) məscidində oturmuşdu. Xəffaf ibn Nəzlət ibn Ömər ibn Bəhdələ Səqəfi yaxınlaşaraq bu şeri oxudu:
    Nə qədər qaranlıqda yürüyən cavan dəvələr
    Susuz və otsuz çöllərdə çarəsiz və gücsüz qaldılar...
    Allahın elçisi bu beytləri bəyənib‚ buyurdu: «Doğrudan da, bəzi bəyanlar sehirli və bəzi şerlər hikmətlidir.»
    272. Yəhya ibn Səidin rəvayət etdiyinə əsasən‚ Abdullah ibn Ünəys anası‚ yəni Kəəb ibn Malikin qızı vasitəsilə belə rəvayət edir: «Allahın elçisi (s) Kəəb ibn Malik məsciddə şer oxuyarkən onun yanına gəldi. Peyğəmbər (s) onun simasının (parlaq və bədirlənmiş) ay kimi nurani olduğunu müşahidə etdikdə‚ buyurdu: «Hansi işlə məşğul idin?» Kəəb dedi: «Şer oxuyurdum». Rəsulallah (s) buyurdu: «Mənim üçün də oxu». Kəəb oxudu və bu beytlərə çatdı:
    Öz tayfamızı müdafiə etmək yolunda‚
    Bütün əzab-əziyyətlərə dözərik
    Allahın elçisi (s) buyurdu: «Öz tayfamızı deyil‚ öz dinimizi müdafiə etmək üçün» de!»
    273. İbn Şəhri Aşub yazır: «Bədəvi bir ərəb Mədinə şəhərinə gəldi. O‚ xalq arasında kimin daha çox kəramətli və comərd olduğunu soruşduqda‚ ona imam Hüseyni (ə) göstərdilər. Bədəvi ərəb məscidə daxil oldu. Bu zaman imam Hüseyn (ə) orada namaz qılırdı. O‚ İmamın (ə) qarşısında dayanıb‚ bu beytləri oxudu:
    Sənə bel bağlayan heç kəs naümid olmadı‚
    Qapını döyən heç kim köməksiz qalmadı.
    Sən səxavətli və bizim güvənc yerimizsən‚
    Atan isə çirkin əməlli insanları öldürən.
    Sənin babaların olmasaydı əgər‚
    Cəhənnəmdə yanardı bütün bəşər.
    İmam Hüseyn (ə) namazını qılıb qurtardıqdan sonra buyurdu: «Qənbər! Hicazdan gələn mallardan bir miqdar qalıbmı?» Qənbər dedi: «Bəli‚ dörd min dirhəm qalıb». İmam (ə) buyurdu: «Pulu mənə ver.» İndi burada ona bizdən daha çox ehtiyacı olan bir şəxs var».
    Sonra İmam (ə) çiyninə atdığı paltarı çıxarıb‚ pulu ona bükdü. Utanaraq bədəvi ərəbi çölə çıxarıb‚ pulu ona verərkən bu şeri oxudu:
    Bu pulu al‚ məni bağışla‚
    Bil ki‚ mən sənə qarşı mehribanam.
    8.17 HEÇ BIR ZƏRURƏT OLMADAN MƏSCIDDƏ YATMAQ
    274. Məhəmməd peyğəmbər (s): «Ayağa qalxın‚ məsciddə yatmayın!»
    275. Cabir rəvayət edir: «Məsciddə uzanmışdıq. Bu vaxt Allahın Rəsulu (s) içəri daxil oldu. Əlindəki təzə xurma ağacının budağı ilə bizi yavaşca vuraraq‚ buyurdu: «Məsciddə yatırsınız‚ bilmirsiniz ki‚ burada yatmaq olmaz?!»
    276. Əbuzər rəvayət edir: «Məsciddə yatmışdım. Allahın elçisi (s) yanıma gəldi. Ayağı ilə yavaşca vuraraq‚ buyurdu: «Səni məsciddə yatmış görürəm?!» Dedim: «Ey Allahın Rəsulu (s)! Göz qapaqlarım mənə qələbə çaldı (istər-istəməz mürgülədim).»
    277. Məhəmməd peyğəmbər (s): «Kim məsciddə üzrsüz səbəbə yatarsa‚ Allah-Təala onu davamlı bir xəstəliyə düçar edər.»
    278. Rəsulallah (s): «Kim cümə günü məsciddə mürgüləsə‚ öz yerini dəyişsin.»
    8.18 MƏSCIDƏ TÜPÜRMƏK
    279. İmam Əli (ə): «Peyğəmbər (s) məscidə tüpürməyi qadagan etdi.»
    Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
    280. Ümmətimin yaxşı və pis əməlləri mənə göstərildi. Ümmətimin saleh əməlləri arasında‚ yol üzərindəki (gediş-gəlişə çətinlik törədən) maneələri aradan qaldırmağı, bəd əməlləri arasında isə məscidə tüpürməyi gördüm.
    281. Məscidə tüpürmək yanlış hərəkətdir. Kəffarəsi isə tüpürcəyi təmizləməkdir.
    282. Kim məscidə tüpürərsə‚ onu təmizləməlidir! Onun kiminsə bədəninə və ya paltarına toxunaraq‚ əziyyət verməsinə‚ yol verilməməlidir.
    283. Abdullah ibn Ömərdən belə rəvayət olunur: «Allahın Rəsulu (s) məsciddə namaz qılırdı. O həzrət (s) qiblə tərəfdə (yerə) tüpürcək atıldığını gördü. Peyğəmbər (s) namazını qılıb‚ qurtardıqdan sonra buyurdu: «Sizlərin hər biri namaz qılarkən öz Tanrınızla minacat edir və Allah-Təala da sizə doğru üz çevirir. Deməli‚ qibləyə sarı və onun ətrafına ağız suyu atmaq olmaz!»
    Peyğəmbər (s) bir çubuq alıb‚ oradakı tüpürcəyi təmizlədi. Sonra isə ətirli maye ilə oranı yudu.»
    Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
    284. Bəndə məscidə tüpürdükdə‚ məscidin sütunları‚ dərinin od üzərində gərildiyi kimi gərilib‚ lərzəyə gələr. Amma onu udsa (və yaxud gizlətsə)‚ Allah-Təala yetmiş iki xəstəliyi ondan uzaqlaşdırar və ona iki milyon savab yazar.
    285. Məscidə tüpürüldükdə, oranın sütunları‚ dərinin od üzərində gərildiyi kimi, gərilib‚ lərzəyə gələr.
    286. Kim məscidə hörmət etmək məqsədilə (oraya tüpürməyib) ağzının suyunu udsa (gizlətsə)‚ bu onun saglamlığına və xəstəliklərdən amanda qalmasına səbəb olar.
    287. İmam Əli (ə): «Kim məscidə ehtiram qoymaq və hörmət göstərmək məqsədilə oraya tüpürməsə‚ Qiyamət günü Allahın hüzuruna əməl dəftəri sağ əlinə verildiyi halda‚ sevinc içərisində gedər. Şallaq altında hansı hissləri keçirirsinizsə‚ məscid də‚ oraya tüpürüldükdə sanki belə hisslər kecirir.»
    288. İmam Sadiq (ə): «Kim məsciddə burun və ağız suyunu boşaltmaq əvəzinə onu udsa (və yaxud gizlətsə)‚ xəstəliyə düçar olmaz. Allah (məscidə hörmət edib‚ oraya tüpürmədiyi üçün) ona şəfa verər.»
    8.19 PIS IYLI YEMƏKLƏR YEDIKDƏN SONRA MƏSCIDƏ GETMƏK
    289. Cabir rəvayət edir: «Allahın Rəsulu (s) bizi soğan və tərə yeməkdən çəkindirdi. Amma biz dözə bilməyərək onlardan yedik. Belə olduqda, O, buyurdu: «Heç kəs bu pis iyli tərəvəzlərdən yedikdən sonra bizim məscidimizə yaxınlaşmasın! Çünki mələklər də insanların narahat olduğu hər bir şeyə narahat olurlar.»
    290. Məhəmməd ibn Müslim rəvayət edir: «İmam Baqirdən (ə) sarımsaq yemək barəsində soruşdum. O həzrət (ə) belə buyurdu: «Allahın Rəsulu (s) insanları sarımsaq yeməkdən pis iyinə xatir çəkindirib. Buyurub: «Kim bu pis iyli tərəvəzi yesə, bizim məscidə yaxınlaşmasın! Məscidə gəlmədikdə isə sarımsaq yemək olar.»
    291. İmam Sadiq (ə): «Peyğəmbər (s) buyurdu: «Heç kim bu göyərtidən (sarımsaq) yediyi halda məscidimizə gəlməsin!» Amma onun haram olduğunu buyurmadı.
    292. Əbu Səid Xudri belə rəvayər edir: «Rəsulallahın (s) hüzurunda soğan və sarımsaq barəsində söhbət açılanda:« Ey Allahın elçisi! Bu tərəvəzlərin ən pis qoxulusu‚ sarımsaqdır. Onu yeməyi haram buyurursan?»-deyə soruşuldu. Peyğəmbər (s) buyurdu: «Onu yeyin‚ amma nə qədər ki‚ ağzınızdan iyi getməyib‚ məscidə yaxılaşmayın!»
    293. İmam Əli (ə): Hər kim‚ pis qoxulu bir şey yesə‚ heç vaxt (o halda) məscidə yaxınlaşmasın.
    294. Həsən Zəyyat rəvayət edir: «Həcc əməllərini qurtardıqdan sonra Mədinə şəhərinə gedib‚ imam Baqiri (ə) axtardım. Mənə onun Yənbu məntəqəsində olduğunu söylədilər. Oraya getdim. İmam (ə) buyurdu: Ey Həsən! Buraya mənim üçün gəlmisən?» Dedim: «Bəli‚ sənə qurban olum! Səni görmədən buradan getmək istəmədim». İmam (ə) buyurdu: Mən bu göyərtidən (sarımsaq) yemişdim və ona görə də Peyğəmbərin məscidindən uzaq olmaq istədim.»
    8.20 MƏSCIDDƏ ALVER ETMƏK
    295. Məhəmməd peyğəmbər (s): «Kiminsə məsciddə alverlə məşğul olduğunu gödükdə ona deyin: «Allah ticarətini faydalı, səmərəli etməsin!»
    8.21 MƏSCIDDƏ MEYID NAMAZI QILMAQ
    296. Əbu Bəkr ibn İsa ibn Əhməd Ələvi rəvayət edir: «Məsciddə idim. Bu zaman oraya bir cənazə gətirdilər. Mən ona namaz qılmaq istədikdə‚ imam Kazım (ə) yanıma gəldi. Əlini sinəmə qoyaraq məni məsciddən çıxana qəbər itələyib‚ apardı. Buyurdu: «Ey Əbu Bəkr! Məsciddə meyid namazı qılınmaz!»
    8.22 MƏSCIDDƏ HƏDD ICRA ETMƏK[3]
    297. Əmr ibn Şüeyb babaları vasitəsilə nəql edir: «Allahın elçisi (s) məsciddə hədd icra etməyi qadağan etmişdir.»
    298. Məhəmməd peyğəmbər (s): «Günahkarları məscidlərdə cəzalandırmaq olmaz!»
    8.23 DIGƏR MƏKRUH ƏMƏLLƏR
    299. Məhəmməd peyğəmbər (s): «Məsciddə qılınclar qınlarından çıxmaz, oxlar atılmaz, Allaha and içilməz, yarım günlük istirahət etmək istəyən qonaqlara mane olmaq olmaz! Məscidlər nəqqaşlıq və şüşə ilə bəzədilmiş bina şəkilində tikilməz! Ümumiyyətlə‚ məscidlər əmin-amanlıq məkanıdır. Səxavət və kəramətlə şərəf tapmışdır.»
    300. Rəsulallah (s): «Bəzi işlər məscidə layiq deyil: Məscidi keçid yoluna çevirmək. Orada qılıncları qınlarından çıxarmaq olmaz, günahkarlar cəzalandırılmaz, kimdənsə qisas alınmaq. Məscidi bazar etmək qadağandır.»
    301. İmam Əli (ə): «Allahın Rəsulu (s) məsciddə günahkarları cəzalandırmağı‚ uca səslə danışmağı‚ itirdiyini tapmaq üçün elan verməyi‚ qılıncları qınından çıxarmağı‚ ox atmağı‚ alver etməyi‚ qiblə tərəfdə silah asmağı və nizə düzəltməyi qadağan etmişdir.»
    302. Məhəmməd peyğəmbər (s): «Körpə uşaqları və dəlilərinizi məsciddən uzaqlaşdırın. Məsciddə ticarət etməyin.»
    303. Məhəmməd ibn Müslim rəvayət edir: «İmam Baqir (ə) (ya imam Sadiq (ə)) buyurdu: «Peyğəmbər (s) məsciddə qılınc çəkməyi‚ nizə düzəltməyi qadağan etdi. O həzrət (s) buyurdu: «Şübhəsiz‚ məscidlər belə işlər üçün deyil‚ başqa məqsədlər üçün inşa edilmişdir.»
    304. Əmr ibn Şüeyb babalarından belə nəql edir: «Allahın Rəsulu (s) məsciddə alver etməyi‚ itirilən şeylər üçün elan verməyi və şer oxunmağı qadağan etdi.»
    305. Allah-Təala mənə belə vəhy etdi: «Ey peyğəmbərlərin və xalqa xəbərdarlıq edənlərin qardaşı! Ümmətinə xəbərdarlıq et! Onlardan heç kim bəndələrimdən birinin haqqı boynunda olduğu halda evlərimdən (məscid) heç birinə daxil olmasın! Çünki ona qarşımda namaz qıldığı halda olsa da‚ nə qədər ki‚ mənim bəndəmin haqqını qaytarmayıb‚ nifrin (qarğış‚ bəddua) edərəm. Amma bəndəmin haqqını ödəsə‚ onun eşıdən qulqları‚ görən gözləri olaram. O‚ mənim dostlarım və seçilmiş yaxınlarımdan birinə çevrilər. Behiştdə peyğəmbərlər‚ siddiqlər (düzgün əməlli və doğru danışan‚ sədaqətli insanlar)‚ şəhidlər və saleh əməlli insanlarla birgə Mənim qonşum olar.»
    306. Allah-Təala peyğəmbərlərindən birinə belə vəhy etdi: «Nə üçün bəndələrim günahkar qəlbləri‚ pak olmayan əlləri ilə evlərimə (məscid) daxil olurlar?! Mənə lovğalıqmı edirlər?! Yoxsa Məni aldatmaqmı istəyirlər?! İzzət və şərəfimə and olsun‚ onları elə bir bəlaya mübtəla edərəm ki‚ dözümlü və səbirli şəxs belə ona tab gətirə bilməz! Belə insanların arasından, yalnız qərq olduğu zaman dua edən (tövbə edən) kəslər qurtular və nicat tapar.»
    307. İmam Əli (ə): «Allah-Təala məsih İsa ibn Məryəmə (ə) belə vəhy etdi: «Bəni-İsrail zadəganlarına de: «Evlərimə (məscid), yalnız təmiz qəlblər‚ məsum baxışlar və günaha bulaşmamış‚ pak əllərlə daxil olun! Bəndələrimdən birinin haqqını tapdalayan heç bir kəsin duasını (nə qədər ki‚ onun haqqını əta etməyib) qəbul etməyəcəyəm!»
    C. MƏCIDDƏ HARAM OLAN ƏMƏLLƏR
    8.24 MƏSCIDI MURDARLAMAQ
    308. Məhəmməd peyğəmbər (s): «Məscidlərinizi hər cür natəmizlikdən uzaq saxlayın.»
    309. Rəsulallah (s): «Agah olun! Məscidlər nəcis və murdara uyğun deyil! Məscidlər, yalnız Allahı yada salmaq‚ namaz qılmaq və Quran oxumaq üçündür.»
    8.25 CƏNABƏTLI VƏ HEYZLI ŞƏXSİN MƏSCIDDƏ DAYANMASI
    Qurani-kərim: «Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cünub olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (namaz qılınan yerlərə) yaxınlaşmayın!»
    310. İmam Əli (ə): («Yol ötən müsafirlər müstəsnadır» ayəsini şərh edərkən) Məqsəd budur ki, cənabətli şəxs məsciddən keçib-gedə bilər‚ amma orada otura bilməz.»
    311. İmam Baqir (ə): «(Həmin ayənin şərhi zamanı) Məqsəd budur ki, cənabətli olan halda namaz qılınan yerlərə (məscid), yalnız keçib-getmək surətilə daxil olun.»
    312. Zürarə və Məhəmməd ibn Müslim belə rəvayət edir: «İmam Baqirə (ə) dedim: «Heyzli və cənabətli şəxs məscidə daxil ola bilərmi?» Buyurdu (ə): «Heyzli və cənabətli şəxs‚ keçib-getmək məqsədi istisna olmaqla‚ başqa heç bir niyyətlə məscidə daxil ola bilməz! Allah-Təala buyurur: «Cünub olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır – qüsl edənədək namaza (namaz qılınan yerlərə) yaxınlaşmayın!»
    313. Məhəmməd peyğəmbər (s): «Heç bir cənabətli və heyzli şəxsə məscidə daxil olmaq olmaz!»
    314. Rəsulallah (s): «Allah-Təala mənim üçün üç xüsusiyyəti bəyənilməmiş saydı. Mən də‚ övladlarımın arasında olacaq özümdən sonrakı canişinlərimə və onların ardıcıllarına bu xüsusiyyətləri bəyənilməmiş sayıram ... (onlardan biri də) məscidə cənabətli halda daxil olmaqdır.»
    315. İmam Baqir (ə): Cənabətli və heyzli şəxs ... keçib-getmək məqsədilə məscidə daxil ola bilər, lakin orada otura bilməz! İki daha əzəmətli‚ hörmətli məscidlərə yaxınlaşmamalıdır.»
    316. İmam Baqir (ə): «Kim Məscidül-həramda və ya Məscidün-Nəbidə yatarsa və yuxuda ikən boynuna cənabət qüslü gələrsə‚ təyəmmüm etməlidir. O‚ məscidi tərk edərək qüsl almadan‚ orada təyəmmümsüz hərəkət edə bilməz. Heyzli qadın da belə etməlidir. Başqa məscidlərdə isə orada oturmadan kecib gedə bilərlər.»
    317. İmam Sadiq (ə): «Boynunda cənabət qüslü olan şəxs‚ bütün məscidlərdən (orada oturmamaq şərtilə) keçib-gedə bilər. Lakin Məscidül-həram və Məscidün-Nəbidə buna icazə verilmir.»
    8.26 CƏNABƏTLI ŞƏXSİN VƏ YA HEYZLI QADININ MƏSCIDƏ BIR ŞEY QOYMASI
    318. Abdullah ibn Sənan nəql edir: «İmam Sadiqdən (ə) soruşdum: «Cənabətli və heyizli şəxs məsciddən öz malını – əşyasını götürə bilərmi?» Buyurdu (ə): «Bəli‚ lakin (belə şəraitdə) məscidə bir şey qoya bilməz.»
    319. Zürarə nəql edir: «İmam Baqirdən (ə) soruşdum: «Necə olur ki‚ heyzli qadın məscidə qoyduğu şeyi götürə bilər‚ amma oraya bir şey qoya bilməz?» İmam (ə) buyurdu: «Çünki heyzli şəxs əlindəki malı başqa bir yerə də qoya bilər‚ amma məsciddəki malını, təbii ki‚ oradan götürməlidir.»
    Category: Məscid | Added by: Islam_Kitabxanasi (2012-07-27)
    Views: 1036 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Məscid [13]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019