İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 22 » Kitabın adı: Xurafat
    5:19 AM
    Kitabın adı: Xurafat
    İSTİXARƏNİN İKİ HƏQİQİ ŞƏRTİ
    İkincisi budur ki, insanlar arasında işlədilən «istixarə» termininin həqiqəti, bəzən təhrif olaraq bəzilərinin tənbəllik və süstlük alətinə çevrilir; düşünmək zəhmətinə qatlanmaq, araşdırmaq və məsləhətləşmək yerinə, sadə bir istixarə ilə öz vəzifələrini müəyyənləşdirirlər, Allahdan «göstəriş» alırlar! Halbuki, düzgün və həlledici istixarə odur ki, fikirləşməklə, məsləhətləşməklə nəticə alınmadıqdan sonra olsun. Daha da təəccüblüsü budur ki, bəzilərinin fikrincə, bağlı həqiqətlərdən, gələcəkdən və qeyb aləmindən xəbər almaq üçün istixarə etmək olar. Məsələn: bir şəxs istixarə edir ki, ev və torpağı üçün yaxşı müştəri tapılacaqmı, yoxsa yox; filan mal gələcəkdə bahalaşacaq, yoxsa ucuz olacaq; filan şəxs, filan şəxslə evlənəcək, yoxsa yox... Bunlar dini hökmləri istehza etmək deyilmi?!
    EVLƏNMƏK ÜÇÜN İSTİXARƏ TÖVSİYƏ OLUNMAYIB
    Baxın! Məsələni düzgün anlamamaq nəticəsində bəziləri istixarə etməyi göydən nazil olan vəhy kimi yerinə yetirir, talelərini bir istixarə ilə müəyyən edirlər! Elə bu şəxslərdilər ki, evlənən zaman öz nəzərlərində tutduqları şəxsi istixarə ilə təyin edib, gələcəklərini düşünmədən, araşdırmadan istixarənin əlinə tapşırırlar!
    Ayətullah Əmini deyir: «Qız, oğlan və onların ailələri, onun həyat yoldaşı olacaq şəxsin tanınması barəsində araşdırma aparmalıdırlar. Əgər yenə də tərəddüddə olsalar, məlumatlı və etimadlı bir və ya bir neçə nəfərlə məsləhətləşsinlər. Nəticə aldıqları təqdirdə, onu həyata keçirsinlər. İstixarə isə o yerdə olur ki, təhqiq və məsləhətləşmə ilə nəticə almayıb, heyrətdə qalsınlar. Təbii ki, təhqiq və məsləhət, istixarədən öncədir. Sizin təhqiqinizin nəticəsi yaxşıdırsa, onu yerinə yetirin. Bu halda istixarə etmək lazım deyil. Biz, İslamda istixarə etməyə sövq olunmamışıq.»
    İSTİXARƏYƏ ARXA ÇEVİRMƏK OLAR
    Başqa bir nöqtə də budur ki, istixarənin əksinə əməl etmək (istixarəyə arxa çevirmək) şəriətdə haram olunmayıb. Əgər şəxs qəlbən istixarədən narazıdırsa, onun əksinə əməl edə bilər. Bəzi alimlərdən nəql olunub ki, əgər istəsələr, istixarənin əksinə əməl edə bilərlər. Dərhal deyil, əvvəlcə bir müddət səbir etsinlər. Sonra sədəqə verib, işlərini yerinə yetirsinlər.
    12-ci sual: İstixarəyə əməl etmək vacibdir?
    Ayətullah Əli Xameneyi: «Şəriətə görə istixarənin nəticəsinə uyğun hərəkət etmək ilazımi (vacib) deyil. Amma yaxşıdır ki, onun əksinə əməl olunmasın.»
    NƏHS GƏTİRMƏK
    (Təfəül) İşi xeyrə yozmaq (onun baş tutacağı qənaətinə gəlmək) və ya (təyyür) nəhs gətirmək haqqında bir neçə nöqtəyə işarə edirik:
    Nəhs və yaxşıya yozmaq, təqribən həmişə müxtəlif cəmiyyətlər arasında olmuşdur. Bunlar təbii təsirə malik olmasalar da, onların psixoloji təsirləri inkaredilməz həqiqətdir. İmam Sadiq (ə) buyurub: «Nəhs gətirməyin təsiri, onu qəbul etdiyin miqdardadır. Əgər onu yüngül saysan, təsiri yüngül olacaq. Ağır saysan, ağır olacaq. Ona etina etməsən, heç bir təsiri olmayacaq.»
    الطیرة علی ما تجعلها ان هونتها تهونت و ان شدد تها تشددت و ان لم تجعلها شیئا لم تکن شیئا
    Bu məsələ çox təəccüblü və heyrətamizdir.
    İslami rəvayətlərdə nəhs gətirməklə mübarizə və ona etina etməmək yolu göstərilir. Peyğəmbər (s) buyurub:
    اذا تطیرت فا مض
    «Hər vaxt nəhs gətirsən, işini yerinə yetir (ona etina etmə).»
    NƏHS GƏTİRMƏK KÜFR VƏ ŞİRK KİMİ
    Nəhs gətirmək, Quranın
    müxtəlif ayələrində və Əhli-beytin (ə) rəvayətlərində şiddətlə nəhy olub, hətta bəzi rəvayətlərdə nəhs gətirməyin şirk və küfr həddində olduğu göstərilmişdir.
    Peyğəmbərdən (s) buyurub:
    من رد ته الطیرة عن حاجته فقد اشرک
    «Kimin nəhs onu işindən saxlasa, şirk etmişdir»
    من خرج یرید سفرا فرجع من طیر فقد کفر بما انزل علی محمد
    «Səfərə getmək üçün evindən xaric olan şəxs nəhs gətirməyə görə qayıtsa, Məhəmmədə nazil olana küfr etmişdir.»
    کفارة الطیرة توکل
    «Nəhs gətirmənin kəffarəsi, Allaha təvəkkül və Ona etimad etməkdir.»
    Bəzi adamlar qarğanın uçmağını, asqırmağı, bayquş görməyi, bəzilərinin ayağını düşərsiz sayır və nəhs əlamət kimi qəbul edirlər. Qərblilərin arasında nərdivanın altından keçmək, duzqabının düşməsi, bıçağı hədiyyə vermək şiddətli nəhs əlamət sayılır ki, bunların da hamısı xurafatdır.
    PEYĞƏMBƏRİN (S) İKİ XEYİR YOZMASI
    Nəhsə yozmanın əksinə olaraq, xeyrə yozmaq, İslam rəvayətlərində nəhy olmamışdır. Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buna tövsiyə olunur:
    تفأل با لخیر تنجح
    «Xeyrə yoz, arzuna çat»
    Bizim məsum rəhbərlərimiz bəzən əməli olaraq bunu təbliğ edib, bizə göstərmişlər. Məsələn, Hudəybiyyə vadisində müsəlmanların Məkkə kafirləri ilə qarşıdurması barədə oxuyuruq: «Sühəyl ibn Ömər kafirlərin nümayəndəsi olaraq Peyğəmbərin (s) yanına gəldi. Həzrət onun adını bildikdən sonra buyurdu:
    قد سهل علیکم امرکم
    «Mən «Sühəyl» adından işi xeyrə yozuram ki, işiniz asan olacaq.»
    (Ərəb dilində «Sühəyl» kəlməsinin kökü «səhl» kəlməsidir ki, bunun da mənası «asan» deməkdir.)
    Peyğəmbər (s) Pərviz Xosrova, onu İslama dəvət etmək üçün məktub göndərdi. O, məktubu cırdı və cavab olaraq Rəsulallaha (s) bir ovuc torpaq göndərdi. Həzrət bunu yaxşı mənaya yozub buyurdu: «Tezliklə, möminlər oranın torpağını ələ keçirəcəklər.»
    Qədim dövrdə insanların belə bir əqidəsi var idi: insanların bir-birlərinə ünvanladıqları məkubları çatdırmaq vəzifəsi olan «Buduvvuh» adında bir mələk var. Onlar məktubların yuxarı tərəfində «Ya Budduvuh» yazardılar ki, indi də bəziləri onun yerinə, əbcəd hesabına uyğun olaraq, o kəlmənin sayını (2468) yazırlar. Bunu, məktubun ünvana çatması üçün yaxşı bir iş sayırlar. Budduvuh kəlməsi, əbcəd hesabına görə aşağıdakı şəkildə hesablanır: 2 = ب, = د 4, 6 = و, ح = 8. Bunların yan-yana düzülüşü 2468 raqamini əmələ gətirir. Əlbəttə, təhqiqat aparıldıqdan sonra «Budduvuh» adında mələk, hədis kitablarında tapılmadı.
    NƏHS GÜNLƏR
    Görəsən, bəzi günlərin nəhs olmasının həqiqəti varmı?
    Böyük təfsirçi, filosof Əllamə Təbatəbai (r) deyir: «Etimadlı rəvayətlərə görə, həzrət Seyidüş-şühədanın (ə) və ya Peyğəmbərin (s) şəhadəti günü nəhs,
    Əimməyi-ətharın (ə) doğum günlərin isə səadətli günlər hesab olunub. Bunun isə şəriətə bağlılığı vardır. Amma o günün aydınlığı ilə (iki) gecənin qaranlığı arasında (nəhslik) uğursuzluq yoxdur.»
    Ustad Əllamə başqa bir yerdə deyir: «Əqli cəhətdən filan günün, filan vaxtın nəhs və ya səadətli olduğu sübut edən dəlil yoxdur. Necə ki, günlərin nəhs və uğurlu olmasını inkar edən dəlil də yoxdur. Onda, həqiqətinin olması qeyri-mümkündür. Amma qeyri-mümkün olması, onun mahal olması demək deyil. Lakin şəriət baxımından Quranda günlərin nəhs və xoşbəxt olması xatırlanmışdır...»
    Belə nəticə alırıq ki, gün, öz-özlüyündə nəhs və səadətli deyil, hadisələr, təsadüflər və biz insanların əməlləri bu mövzunun əsl amilidir. Allah-Təala Quranın iki yerində günahkar tayfaya əzabın nazil olduğu (yovmü-nəhs) günü, nəhs gün olaraq xatırladıb.
    ÇƏRŞƏNBƏ GÜNÜNÜN NƏHS OLMASINI İNKAR EDƏN İKİ RƏVAYƏT
    Deməli, özümüzün yaratdığı nəhslik, məsələn, bu gün çərşənbə olduğu üçün çölə çıxmamaq, filan gün filan hadisə baş verdiyinə görə o günü nəhs bilmək... və s. bu kimi məsələlər xurafat sayılır. və Əiməyi-əthar (ə) da məhz bunlarla mübarizə aparmışdır.
    Məhəmməd ibn Əhməd Dəqqaq deyir: «İmam Hadiyə (ə) məktub yazıb, ondan ayın axır çərşənbə günü səfər etmək haqqında soruşdum. Həzrət, cavabında yazdı:
    من خرج یوم الربعاء لا تدور خلافا علی أهل الطیرة وقی من کل آقة، و عوفی من کل عا هة، و قضی الله له حاجته
    «Kim nəhsə etiqadlı olanların əksinə olaraq, ayın axırıncı çərşənbəsi səfərə getsə, bəlalardan amanda qalar, xəstəlik və təhlükələrdən (qurtulub) salamat olar və Allah onun istəyini yerinə yetirər.»
    O şəxs, başqa bir məktub da yazıb, ayın axırıncı çərşənbəsində həcamət etmək barəsində soruşdu. Həzrət, cavab yazdı: «Kim nəhsə etiqadlı olanların əksinə olaraq, ayın axırıncı çərşənbəsində həcamət etsə, bütün təhlükə, bəla, xəstəliklərdən amanda qalar...
    »
    VBƏZİ GÜNLƏRİN NƏHS OLMASI BARƏDƏ HƏDİSLƏR
    Bəzi rəvayətlərdə, bəzi günlərin nəhs olması barəsində deyilən sözlərin şahidi oluruq. Belə günlərdə səfərə getmək, həcamət etmək və başqa işlərdən çəkindirilib. Məsələn, ayın axırıncı çərşənbəsi səfərə getmək, qarğanın sağ tərəfə uçması, itin quyruğunu tərpətməsi, bayquşun səsi, canavarın ulaması
    və s. səfərə getmək və başqa işlər üçün nəhs sayılmışdır. Sayı heç də az olmayan belə rəvayətlər oduğu halda nə edək?
    Bu sualın cavabında bir neçə nöqtəyə işarə edirik:
    1. Bu rəvayətlərin əksəriyyətinin əksinə olan çoxlu rəvayətlər vardır. («Vəsailuş-şiə» kitabında nəql olunan hədis, belə hədislərdəndir.)
    2. Əllamə Təbatəbai deyir: «Hədis mənbələrində həddən ziyadə çox olan bu hədislərin əksəriyyəti,
    3. zəif, mürsəl və mərfu növündəndir. Hərçənd ki, onların arasında sənəd baxımından etibarsız sayılmayan hədislər də vardır.»
    4.
    5. Ustad Əllamə deyir: «Rəvayətlərdə dini aspektdən ayın həftə və günləri, bu günlərdə baş verən xoşagəlməz, acı hadisələrə görə nəhs sayılmışdır. Məsələn, Peyğəmbərin (s) vəfatı, imam Hüseynin (ə) şəhadəti, həzrət İbrahimin (ə) oda atılması, filan ümmətə əzabın nazil olması, odun yaradılması və s.»
    6. Yenə də Əllamə Təbatəbai deyir: «Bəzi alimlər, bəzi günlərin nəhsliyini həqiqət sayır, o günlərə təqiyyə ilə yanaşırlar. Bunun belə olacağı da qeyri-mümkün sayılmaz. Çünki məkanları, zamanları, vəziyyətləri və halları nəhs və ya uğurlu qəbul etmək əhli-sünnətin (ammə) xüsusiyyətlərindəndir. Belə etiqadların çox miqdarı qədimdən indiyədək müxtəlif tayfa və millətlərin arasında olub, indi də vardır.»
    7. Ustad Şəhid Mütəhhəri deyir: «Təəssüflər olsun ki, bəzi böyük alimlərimiz günlərə aid bəzi yazılar yazmışlar. Bu yazıları nəzərdən keçirib gördük ki, onlar da, öz fikirlərincə, camaatı münəccimlərdən döndəriblər; quyudan çıxarıb çalaya salıblar, bəzi sənədiz sözlər nəql ediblər. Amma bizim bu barədə çox mötəbər olan məlumatlarımızda: «Belə sözlərin arxasınca heç vaxt getməyin!»-deyilib.
    Ulduzların vəziyyəti nəyə dəlalət edir?! Filan şeyin ehtimalı var və ya yoxdur! Bunlar İslamda yoxdur və dinimizin ziddinədir! Mötəbər hədislərimizin mətnində belə sözlər yoxdur!»
    GÜNLƏRİN NƏHS VƏ YA UĞURLU OLMASI ƏHLİ-BEYT NƏZƏRİNDƏ
    Ustad şəhid Mütəhhəri deyir: «... Gəlin Peyğəmbərin (s) davranışına əvvəldən axıradək baxaq! Şiə və sünnilərin yazdığı bütün kitablara baxaq, sünni və şiələrin Rəsulallah (s) haqqında yazdıqları tarixi kitabları mütaliə edək! Peyğəmbərin (s) öz həyat yolunda istifadə etdiyi məsələlər içərisində günlərin nəhs və ya uğurlu olması mövzusunu görəcəyikmi?!
    Məsələn, O, deyibmi ki, bu gün bazar ertəsi günü olduğu üçün səfərə getmək yaxşı deyil; yaxud bu gün novruz bayramının 13-cü günüdür. Kim gəzməyə getməzsə, boynu sınacaq, həm də bir yerdən deyil, 13 yerdən?!
    Belə xurafatmı olar?! Əlinin (ə) həyatında necə?! İmamların (ə) həyatında necə?! Biz heç vaxt Peyğəmbər (s) və İmamların (ə) həyatlarında, bir zərrə də olsun, bu sözlərdən əməli olaraq istifadə etdiklərini görmürük! Bunun tamamilə əksini görürük...
    Əhli-beytdən (ə) bizə çatmış rəvayətlərin toplusundan belə bir qənaətə gəlmək olar: bu məsələlər, ya mütləq olaraq təsirsizdir, ya da təsiri olsa belə, Allaha təvəkkül, Peyğəmbər (s) və Əhli-beytə (ə) təvəssül etmək onu aradan qaldırır. Buna görə də, həqiqi müsəlman və şiə, əməli olaraq bunlara etina etmir. Səfərə getmək istədikdə sədəqə verib, Allaha təvəkkül və övliyalarına təvəssül edərək, bunlardan heç birinə əhəmiyyət vermir.
    Ən əhəmiyyətlisi də tarıxdə Peyğəmbər (s) və İmamların (ə) bu məsələlərə əməl etmələri barədə heç bir mətn yer almamışdır!»
    CAHİLİYYƏT DÖVRÜNƏ QAYIDIŞ
    Bəziləri də asqırmağı uğursuz əlamət sayıblar: «Bu, səbir əlamətidir. Əgər bir yerə getmək, ya bir işi yerinə yetirmək istəyəndə asqırsan, ya dayan, ya da bir neçə an yerindən tərpənmə!»
    Bu əqidə də xurafat və əsassız adətlərdəndir. Onun heç bir əqli və şəri bünövrəsi yoxdur. Təəccüblüdür ki, bu xurafatın başlanğıcı İslamdan öncəyə, yəni cahiliyyət dövrünə aiddir. Cahiliyyət əsrini əhatə edən tarixi mənbələrdə yazılıb: «Ərəblər asqırığı nəhs əlamət olaraq qəbul edib, onu mütləq baş verəcək təhlükənin başlanğıcı sayırdılar. Buna görə də, asqırıq səsi eşidən zaman: «بکلابی; onun bəlası itlərimin canına düşsün»- deyərdilər. Əgər öncədən şəxsi münasibətləri pozulmuş şəxs asqırsaydı, «بک لابی; mənə yox, öz canına düşsün»-deyərdilər.
    Yazılanlara görə, ərəb padşahlarından birinin nağıl-dastan danışanı var imiş. Bir gecə nağıl danışan şəxs birdən şiddətlə asqırır. Padşahın bərk qəzəblənir. Nağılçı, padşahın əl-ayağına düşüb: «Mən bu işdə iradə sahibi deyildim və bu, soyuqladığım üçün oldu»-deyir. Qəzəb alovunda yanan padşah deyir: «Əgər asqırmağının həmişə bu cür olduğuna sübut gətirməsən, öldürüləcəksən!» Nağılçı da sabahı gün onun asqırığının həmişə şiddətli olduğuna şahidlik etməsi üçün bir nəfərə çoxlu pul verib padşahın yanında gətirir. Şahid təzim-ehtiramdan sonra deyir: «Mən şahidəm ki, o, bir gün şiddətli şəkildə asqırdı. Hətta asqırığının şiddətindən bir dişi də düşdü!»
    ASQIRMAĞIN MADDİ VƏ MƏNƏVİ TƏSİRLƏRİ
    Bu xurafatın əksinə olaraq, pak imamlardan (ə) olan rəvayətlərdə asqırmaq, afiyət və salamatlığın amili adlanmış, onun insan cismi və ruhu üçün bərəkətli olduğu bildirilmişdir:
    التثا وب من الشیطا ن، و العطا س من الله عز و جل
    «Əsnəmək şeytandandır, asqırmaq isə Allah-Təala tərəfindəndir.»
    Əsnəmək süstlüyə, yuxulu olmağa və bədənin fəaliyyətə hazır olmamasına işarədir. Amma asqırmaq Allahın rəhmət və lütfünün müjdəsi olub, insanı işə fəaliyyətə şövq edir. İslamın əziz Peyğəmbəri (s) bir hədisdə buyurub:
    العطا س للمریض دلیل علی العافیه والراحة البدن
    «Xəstənin asqırmağı, onun üçün salamatlıq nişanəsi, bədən üçün xeyir və rahatlıqdır.»
    İmam Sadiqdən (ə) rəvayət olunub:
    و صاحب العطسة یأمن الموت سبعة ایّام
    «Asqıran şəxs yeddi gün ölümdən amandadır.»
    Asqırmağın mənəvi təsiri haqqında İmam Rzadan (ə) nəql olunub: «Allah-Təala, bəndəsinə bir nemət versə və o, nemətin şükrünü unudsa, Allah onun bədənində (ag ciyərdə) bir yel yaradır ki, bu da asqırmaq vasitəsilə onun burnundan xaric olur. O, asqırdıqdan sonra «Əl-həmdulillah» deyir və Allah da onu, bəndənin unutduğu şükrü olaraq qəbul edir.»
    فیکون حمد ه عند ذلک شکرا لما نسی
    ÜZƏRRİYİN FAYDALARI VƏ TÜSTÜSÜNÜN TƏSİRİ
    «Səfinətul-bihar» kitabında Xatəmul-ənbiyanın (s) belə buyurduğu rəvayət olunur:
    ما انبت الحرمل من شجرة و لا ورقة ولا ثمرة الا و ملک موکل بها حتی تصل إلی أو تصیر حطاما، و انّ فی حبّها الشفا ء من اثنین و سبعین داءً فتدا و وابها و با لکندر
    «Bir üzərrik bitmir ki, birinin əlinə düşüncə, yaxud çürüyüncə onun hər bir buta, yarpaq və dənəsində bir mələk vəkil olmasın. Onun kökündə və budaqlarında bir sirr gizlənmişdir, dənəsində yetmiş iki dərdin şəfası vardır. Elə isə onunla buxur
    edin, özünüzü üzərriklə müalicə edin.»
    Başqa bir rəvayətdə deyilir: «Peyğəmbərlərdən biri öz ümmətinin qorxaqlığından Allahın dərgahına şikayət etdi. Allah ona belə vəhy göndərdi:
    مر امّتک بأ کل الحرمل
    «Ümmətinə əmr et ki, üzərrik yesinlər.»
    İmam Sadiq (ə) üzərriyin olduğu ev haqqında buyurub:
    انّ الشیطان لیتنکّب سبعین داراً دون الدّار التی هو فیها، و هو شفاء مَن سبعین داءٍ اهونه الجذام فلا تغفلوا عنه
    «Şeytan, üzərriyin olduğu evdən, yetmiş ev qədər uzaqlaşar. Üzərrik yetmiş dərdin dərmanıdır ki, onlardan ən kiçiyi cüzamdır. (Elə isə) Ondan xəbərsiz olmayın!»
    Bu hədislərdə üzərriyin yeyilməsi və onun dərman bitkisi olduğu haqqında söhbət gedir. Tibb də bitkilərlə müalicə üsulunda onun təsirini söyləyir, xəstəliklər üçün ondan istifadə edir. Görəsən, üzərriyi tüstülətmək insanı bədnəzərdən qoruyur, yoxsa bu, xurafatdan qaynaqlanır?
    Ayətullah Məkarim Şirazinin cavablandırdığı yeni «İstiftat»-da (xurafata aid olan məsələlər) bu sualın da cavabı deyilib:
    Sual: Üzərriyi bədnəzərdən qorunmaq üçün yandırıb tüstülətməyin həqiqəti varmı?
    Cavab: Həqiqəti yoxdur. Amma deyirlər ki, havanın çirkini təmizləyir və faydalıdır.
    ƏQİQƏ HAQQINDA XURAFAT
    «Əqiqə», doğulan körpənin ilk günlərində qoyun və ya dəvənin onun üçün qurbanlıq kəsilməsinə deyilir. Yeddinci gün yerinə yetirilməsi müstəhəbdir. Əgər yeddinci gün də təxirə düşsə, yerinə yetirilməsi yenə də müstəhəbdir. Hətta övlad həddi-büluğa çatsa, müstəhəbdir ki, özü üçün «əqiqə» etsin.
    Əqiqənin müstəhəb omasının sənəd və dəlillərə söykənməsində heç bir şübhə yoxdur. Amma onun üçün əl-ayağı bağlayan xürafat uydurublar ki, bu da insanları zəhmətə salmışdır. Belə görünür ki, bu xurafat bizim dövrümüzlə məhdudlanmayıb, hələ qədim zamanlarda var imiş. Bunu, imam Sadiqdən (ə) olan rəvayətdə görürük:
    کان ناس یلطفون رأ س الصبیّ بدم العقیقة، و کان أبی یقول: ذلک شرک
    «Camaat əqiqənin qanını (yeni doğulmuş) körpənin başına sürtürlər. (Halbuki) Atam isə həmişə deyərdi: «Bu əməl şirkdir!» (Sanki bu qanın öz-özlüyündə qoruyucu olduğuna qail olublar.)
    Başqa bir rəvayətdə həzrət bu əməli cahiliyyət sünnətlərdən sayıb ki, İslam da onu nəhy etmişdir.
    Bəzilərinin etiqadına görə, əqiqənin əti xüsusi qayda ilə bişirildikdən sonra qonaqlara verilməlidir. Bu da düzgün fikir deyil. Xomeyni deyir: «Əqiqənin ətini bişirilməmiş və ya bişirib paylamaqda ixtiyarlıdırlar. Onu bişirib möminlərdən ən azı on nəfəri dəvət edirək yemək versinlər.»
    Bu barədə Ayətullah Fazil Lənkərani deyir: «Əqiqə qurbanlığının sümüklərinin dəfn olunmasının müstəhəb olması və bəzi yerlərdə bəzi işlərin adət və məşhur olması sübuta yetməyib, sənədə əsaslanmır.»
    CAHİLİYYƏTƏ AİD BAŞQA BİR SÜNNƏT – MÜSİBƏTƏ DÜŞMÜŞLƏRİN YEMƏYİNDƏN YEMƏK
    Bu gün müşahidə olunan adətlərdən biri də budur ki, bir müsəlman dünyasını dəyişəndə, dünyadan getmiş (cavan və ya qeyri-cavan) əzizlərinin müsibətindən bir ailənin qəlbi dağlanır və bir sıra yersiz adətlər icra olunur. Bu adətlər şəriətin və əqlin əksinə olmaqla yanaşı, bəzən də zülmə və günaha çevrilir. Misal olaraq:
    – Toyu olmamış cavan qız və ya cavan oğlanın cənazəsi kənarında toy xonça və büsatının düzülüb daşınması.
    – Ölənin cənazəsi önündə qoyun və ya qurbanlıq kəsmək.
    – Əza əhlinin süfrə açıb qonaqlıq verməsi və camaatın o məclisdə iştirakı. Halbuki, dəfndən sonra üç gün əzaya düşən ailəyə yemək göndərmək müstəhəbdir və onların yanında, evlərində yemək məkruhdur. Hətta imam Sadiqdən (ə) olan bir hədisdə nəql olunub:
    الاکل عند أهـل المصیبة من عمل اهـل جاهلییة، و السنت البعث الیهم با لطعا م
    ...
    «Müsibət əhlinin yanında (süfrəsində) yemək, cahiliyyət əməllərindəndir. İslamın sünnəti odur ki, (onların yeməyini yeməyib) müsibət əhlinə yemək aparsınlar.»
    Cəfər ibn Əbu Talibin şəhadət xəbəri çatan zaman Peyğəmbər (s) göstəriş verdi ki, onun ailəsi üçün yemək aparsınlar.
    – Camaatın bir-birlərinin nəzərlərini çəkmək üçün əza məclislərini dəm-dəstgahlı təşkil etmələri, beləliklə də, qəm-kədər məclisinin şadlıq-fərəh məclisinə bənzəməsi.
    – Cənazənin aparılmasında (şərəfləndirmə) onun qəbri üstə şan-şərəf nümayişi və nəhayət, qəbirin (ad-san üçün) cah-cəlalla düzəldilməsi.
    – Mədh deyənlərin, mərsiyəxanların qəlbi dağlanmışlara başsağlığı vermək, səbirlərini artırmalaq yerinə, ürəkparçalayan rövzələr, şeirlər və ağılar oxuması; meyitin keçmiş xatirələrini yada salmaq; dağlanmış qəlbləri yenidən göynədib, müsibət əhlinin dərdini daha da artırır. Sonra da «vaveyla» bərpa olmasına görə xoşlanırlar!
    ÜÇ GÜNDƏN SONRA BAŞSAĞLIĞI VERMƏYİN!
    Dinimizin əhkamı müsibət əhlinin dərdini təzələyən, qəm-qüssəsini artıran hər bir şeyi, hətta başsağlığı verməkllə də olsa, qadağan etmişdir.
    Xomeyninin «Tozihul-məsail» kitabında oxuyuruq: «Dəfndən sonra matəmə düşmüşlərə başsağlığı vemək müstəhəbdir. Amma vaxtı keçdikdə, başsağlığı vermək, onların müsibətini yada salır. Onu tərk etmək daha yaxşıdır.
    Başsağlığı vermək haqqında əmirəlmöminindən (ə) rəvayət olunub:
    التعزیه بعد ثلاث تجدید للمصیبة، و التهنئة بعد ثلاث استخفا ف با لموّدة
    «Üç gündən sonra başsağlığı vermək, (əza sahibləri üçün) müsibəti təzələməkdir. Üç gündən sonra təbrik etmək isə dostluğu (azaltmaq) yüngül saymaqdır.»
    Çoxlu sayda hədislərdə Allahın həyati əhəmiyyət daşıyan (əlbəttə, məxfi) nemətlərindən biri də, müsibət əhli üçün baş verəni unudmaq xüsusiyyətidir. Bununla da o, baş vermiş müsibətin acısına və qüssəsinə daha rahat dözür, özünün təbii həyatına davam edir!
    İmam Baqir (ə) bu barədə buyurur:
    انّ ملکا موکلا با لمقابر، فا ذانصرف اهل المّیت من جنازتهـم عن میّتهـم أخذ قبضة من تراب فرمی بها فی آثاریهـم، فقا ل: أ نسوا ما رأ یتـم، فلو لا ذالک ما نتـفع أحد بعیش
    «Qəbirlər üçün bir mələk təyin olunub: Meyitin yaxın adamları dəfndən sonra onun cənazəsindən uzaqlaşında, (o mələk) bir ovuc torpaq götürüb onlara səpir və deyir: «Hər nə (ölənə aid xatırələri) görmüsünüzsə, unudun!»
    Əgər müsibətdən sonra bu (unutqanlıq) olmasaydı, heç kəs həyatdan faydalanmaz və həyata davam edə bilməzdi.»
    İndi isə öz vəziyyətimizi nəzərdən keçirək; məclislərimizi neçə təşkil edirik, necə başsağlığı veririk, necə qəlbidağlanmışların qəlbini ağradırıq?!
    Bu söhbətin üstündən keçək! bu müxtəsər mövzu onun yeri deyil.
    Bir ciyər qanırdır bu şərhi-hicran,
    Dayan! Danışarıq bir başqa zaman!
    İMAM HÜSEYNİN (Ə) ƏZA MƏCLİSLƏRİNDƏ XURAFAT VƏ ƏSASSIZ RƏVAYƏTLƏR
    Həzrət Hüseyn (ə) şiə və aşiqlərinin hər birinin qəlbini ağrıdan əza məclislərində xurafatın və Kərbəla hadisəsi haqqında çoxlu sayda təhriflərin əmələ gəlməsi, insanı incidən, təəssüf doğuran məsələlərdəndir. İş o yerə çatıb ki, böyük alimlər deyiblər: «... Yeri var ki, Aşuranın özü üçün bir aşura tutulsun.»
    Xoşbəxtlikdən İslam aləminin ürəkyanan, uzaqgörən böyük alim və mütəfəkkirləri bu rəva olmayan məsələlərə qarşı sakit davranmamış, müxtəlif yollarla onunla mübarizə aparmışlar. O cümlədən;
    Əllamə Mirzə Hüseyn Nuri Aşura hadisəsi barəsində xəbərsizcə danışanların dilindən deyilmiş yalanlarla mübarizə mövzusunda «Lölö və mərcan» kitabını yazmışdır.
    Böyük islamşünas ustad şəhid Mütəhhəri «Həmase-ye Hüseyni» kitabının «aşura təhrifləri» bölməsində ən yaxşı açıqlama və dəlillərlə bu əyri səmtə yönəlmələrlə mübarizə etmişdir. İnsafla desək, onun bu işi öz üslubunda az tapılan, yaxud da misilsiz nümunələrdəndir.
    SEYİD MÖHSİN ƏMİNİNIN AŞURA TƏHRİFLƏRİ İLƏ MÜBARİZƏSİ
    Böyük islahatçı alim Əllamə Seyid Möhsün Əmin Amili (r) bu mübarizə meydanının fəryada səsləyənlərindəndir. Əzadarlıq məclislərində çoxəhatəli hərakata başlamışdı:
    1. İslamın şəninə uyğun olmayan məclislərdə iştirak etməkdən çəkinir və bu çəkinmənin səbəbini də bildirirdi.
    2. Aşura vaqiəsi və imam Hüseynin (ə) şəhadətini mötəbər rəvayətlərlə bir neçə kitab qələmə almışdı: «Ləvaicul-əşcan», «Əsdəqul-əxbar», «Əd-Durrun-nəzid» və «Əl-Məcalisus-sunniyyə».
    3.
    4. Şiəni böhtandan müdafiə etmək üçün «Tənziyə» kitabını yazmışdı. Bu kitab, mərhum Cəlal Ali-Əhməd tərəfindən fars dilinə çevrilib, «Əzadarihaye-naməşru» adı ilə Teranda çap olunmuşdur.
    5. Məşriqdə olduğu zaman, cavan xətiblər və mərsiyəçilərin tərbiyyəsi ilə məşğul olmuşdur. Bu məqsədlə təhsil almış istedadlı cavanları seçib, onlara düzgün şəkildə mərsiyyə oxumağı öyrətmiş və zəif rəvayətlərə əsaslanan qədim mərsiyyə oxuyanların qarşısını almışdı.
    6.
    Deməli, təhrif, yalan və əsassız dastanlar ilə tanış olmaq üçün bu kitablara müraciət edərək onları tanıyıb çəkinmək lazımdır.
    Bu nöqtəni də qeyd etmək lazımdır ki, aşura vaqiəsilə bağlı bu təhrif və əsassız rəvayətlərin yayılmasının məsuliyyəti birinci növbədə alimlərin, rövzəxan, mərsiyyəxan, məddah şair və Kərbəla tarixçilərinin öhdəsinə düşür. İkinci dərəcəli isə məsuliyyəti, bu yalanların, təhriflərin əksinə heç bir münasibət bildirməyən, öz sükutu ilə bu təhriflərin yayılmasına səbəb olan dinləyicilər daşıyır. Halbuki, həqiqi müsəlman əql, məntiq, fərasət gücü və özünün düşüncəsi ilə təhrifləri tanıyıb bacardığı qədər onların qarşısında dayanmalıdır. Buna əlavə olaraq, təkcə məclislərə yüksək səsli deyil, hadisələri düzgün faktlar və sənədlər əsasında danışan məddahlar dəvət olunmalıdır. Əhli-beytin (ə) simasını (Allah eləməsin) həqir, zəlil və ya o böyüklərin şənindən uzaq olan yersiz təriflərlə canlandıranların, o Şəxsiyyətlərin (ə) müqəddəsliyindən özlərinin maddi bazalarını böyütmək üçün bazar açanların yanında deyil, əksinə, Onları düzgün tanıdanların, izzət və əzəmətini xatırladanların yanında oturmalıdırlar.
    Category: Xurafat | Views: 1795 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024