İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 9
Qonaqlar 9
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 22 » Kitabın adı: Xurafat
    5:17 AM
    Kitabın adı: Xurafat
    2-Cİ BÖLMƏ: BƏZİLƏRİNİN XURAFAT SAYDIQLARI HƏQİQƏTLƏR
    SADƏLİKLƏ BİR ŞEYİ QƏBUL VƏ ya İNKAR ETMƏYİN!
    Fitri paklıq, Allahın verdiyi sağlam ağıl insana, kifayət qədər dəlil, etibarlı sənəd və faktlar olmadan, bir şeyi inkar və ya qəbul etməyə icazə vermir. Yersiz və dəlilsiz təsdiq-təkzib etmək, şəriət və əql baxımdan pislənilmişdir.
    İnsanın kifayət qədər məlumatı olmadığı, yaxud hiss olunmayan, onun üzləşmədiyi bəzi məsələləri inkar etməsi əqli və şəri baxımdan pislənilib, nəhy olunub. Kifayət qədər araşdırma aparmadan və təhqiq etmədən, əsassız olaraq inkar və təkzib edənlər haqqında Allah-Təala buyurur:
    «(Onlar elm üzündən Quranı inkar etmədilər) Haqqında məlumatları olmadıqları həqiqəti, onlara aydın olmayan bir şeyi təkzib etdilər.»
    Əmirəl-möminin (ə) bir rəvayətdə buyurur:
    لا تعا دوا مـا تجهـلون؛ فإ نّ أکثر العلم فیما لا تعریفون
    «Bilmədiyinizlə düşmənlik etməyin! Çünki çox biliklər vardır ki, sizin bilmədiklərinizdədir.»
    Bu hədisdən belə məlum olur ki, yersiz inkar, insanın inkişafının qarşısını alır və geridə qalmasına səbəb olur. Bundan başqa, bəşərin qürur və təkəbbür üzündən çoxlu məsələləri qəbul etməməsi hələ ilkin təcrübələrdə özünü göstərmişdir. Bir neçə müddətdən sonra isə qəbul etmədiklərini boynubükük, utancverici şəkildə qəbul etmişdir. Bir neçə il bundan öncə dənizin çəkilməsi və çoxalmasının Ay işığı ilə bağlılığına kim inanardı?! İndi isə bu, kamil şəkildə qəbul olunub. Yüzlərlə başqa bu kimi nümunələr göstərmək olar.
    ƏBU ƏLİ SİNADAN İKİ HİKMƏTLİ SÖZ
    İslamın aləminin və dünyanın böyük filosofu Əbu Əli Sinaya istinad edilmiş dəlilsiz və yersiz təsdiq və inkar etmək haqqında insanı düşünməyə vadar edən iki düşündürücü və hikmətli söz nəql olunmuşdur. O, dəlilsiz təsdiq etmək haqqında deyir:
    من تعود أن یصـدّ ق بغیر دلیل فقد انخـلع عن فطرة الانسا نیّة؛
    «Hər kəs ona deyiləni dəlilsiz olaraq qəbul etməyə adət etsə, insanlıq fitrətindən xaric olub (ona insan demək olmaz).»
    Dəlilsiz və yersiz inkar etmək haqqında deyir:
    کل ما قرع سمعک من الغرا ۀب فزره فی بقعة الامکا ن ما لم یذد ک عنه قا ـم البرها ن
    «Qulağına çatan hər bir qəribə mətləbi inkar etmək üçün düzgün dəlil və elmi sübut olmadıqca, onun həqiqət olacağını mümkün bil.»
    Mövləvi bu barədə gözəl deyib:
    Belə bir həqiqət vardır, bunu bil,
    Nə hər şey haqq deyil, nə batil deyil.
    Hər şeyə həqiqət deyən əhməqdir,
    Hər şeyə yalan da deyən bədbəxtdir.
    Nəticə budur: bir söz, ya nəzər eşitdiyimiz zaman onu tələsik, düşünmədən qəbul və ya rədd etməməliyik. Onu ağıl və dəlillərin işığı ilə müşahidə etməli, nə yüzdə-yüz qəbul, nə də rədd etməliyik. Çünki dünən inkar etdiyimizi sabah qəbul və ya əksinə, bu gün qəbul etdiyimizi sabah inkar edə bilərik.
    HƏDİSLƏRİ YALAN SAYMAQ ÜÇÜN TƏLƏSMƏYİN!
    Süfyan ibn Səməd deyir: «İmam Sadiqə (ə) ərz etdim: «Canım sizə fəda olsun! Yalançı tanınmış bir şəxs sizin tərəfinizdən yanımıza gəlib bir hədisi nəql etsə, biz onu xoşagəlməz sayıb qəbul etməsək, əməlimiz nə şəkildə olar?» İmam (ə) buyurdu:
    یقول لک:إنّی قلت للیل:إنّه نهار،أو للنهّار:إنّه لیل؟
    «O sizə deyirmi ki, gecə gündüzdür və ya gündüz gecədir?» Dedim: «Xeyr!»
    Həzrət buyrdu: «Əgər o, mənim bir söz dediyimi sizə desə, onu yalan saymayın; Əks halda, mənim sözümü yalan saymış olcaqsınız.»
    فإ ن قال لک هذا إنّی قلته فلا تکذّ ب به، فإنّک إنّما تکذ بنی
    İmamın (ə) məqsədi, bizim, bir-birinin əksinə olan sözləri tez qəbul etməyimiz deyil. Ehtimala görə məqsəd budur ki, rəvayətin zahircə əqli baxımdan düzlüyü-əyriliyi məlum olsa, onu qəbul və ya rədd etməyə tələsməyək. Çünki mümkündür ki, İmamların (ə) o rəvayətdəki məqsədi, bizim dərk etmədiyimiz, həqiqətini anlamadığımız bir mətləb olsun. Həzrətin (ə) özü də bu buradə İbrahim Kərxiyə buyurur:
    ان الکلمة من کلامنا لتنصرف علی سبعین وجها لنا من جمیعها المخرج
    «Bizim dediyimiz hər bir cümlənin yetmiş mənası var ki, onların hər birinin çıxışı (mənası) bizə məlumdur.»
    Buna görə də, tələm-tələsik, düşünmədən və kifayət qədər araşdırmadan rəvayət və hədisləri, yaxud da başqa şəriətə aid məsələləri rədd etmək, «ənəl-həqq» deyərək dad-aman etmək olmaz. Şair demişkən:
    Bax sözün sirrinə, bax bu bəyanə,
    Ağa deyirdi, din deyil əfsanə!
    HƏDİSLƏRİ TƏKZİB ETMƏYİN AQİBƏTİ
    Böyük hədisçi, mərhum Əllamə Təbatəbai (r) özünün məşhur kitabı «Biharul-ənvar»da
    «ان حدیثهم صعب مستصعب... و النهی عـن ردّ اخبارهم» ünvanında bir bölmə ayırmışdır. Bu bölmədə nəql olunmuş 116 sayda rəvayətlərin məzmunu belədir: «Əhli-beytin (ə) hədislərinin çoxlu mənaları vardır; onları anlamaq çətindir və hədislərin inkar edilməsi şiddətli şəkildə nəhy olmuşdur.»
    Bu mövzu əhəmiyyətli olduğuna görə, bir-neçə qısa rəvayətə işarə edirik:
    Peyğəmbərdən (s) buyurub:
    من کذب علی متعمدا أو ردّ شیئا أمرت به فلیتبوّأ بیتا فی جهـنـم
    «Kim qəsdən mənim adıma yalan danışsa və ya mənim əmr etdiyimi inkar etsə, onun üçün Cəhənnəmdə ev hazırlanar.»
    Başqa bir rəvayətə buyurub:
    من بلغه عنّی حد یث فکذب به فقد کذب ثلاثة: الله و رسوله و الذی حدث به
    «Məndən bir kəsə bir hədis çatsa və onu təkzib etsə, (hədidsi təkzib etməklə) üç nəfəri inkar etmişdir: Allahı, Onun Rəsulunu (s) və hədisi nəql edəni.»
    Əbazər Sadiqeyndən (ə) rəvayət etmişdir ki, buyurub:
    لاتکذب بحد یث أتاکم به مرجئی و لا قدری و لا خارجی نسبه إلینا، فانکم لا تدرون لعله شیء من الحق فتکذبون الله عز و جلّ فوق عرشه
    «Bizə istinad edilən heç bir hədisi; hətta onu sizə mürcii, qədəri və ya xarici nəql etsə də, təkzib etməyin. Çünki siz onun həqiqətdə bizim hədis olmamağını bilmirsiniz. Mümkündür, bu hədislə yanaşı bir haqqı inkar edəsiniz ki, nəticədə Allahı ərşdə təkzib etmiş olarsınız.»
    RƏSULALLAHDAN (S) BİR GÖSTƏRİŞ
    Bəzən mütaliə zamanı məsumlardan (ə), yaxud bir şəxsin Peyğəmbərə (s) və ya Əimməyi-əthara (ə) istinad etdiyi hədis və ya rəvayətlə qarşılaşırıq. Onu dərk etmək, inanmaq və qəbul etmək bizim üçün çətin olur, onu qəbul etmək ruhiyyəsinə sahib olmuruq. Buna görə Rəsulallah (s) bu zaman onu dərhal, diqqətsiz, düşüncəsiz və bu fənn üzrə ixtisasçılara müraciət etmədən, inkar etməkdən çəkindirmiş və buyurmuşdur:
    من ردّ حدیثا بلغه عنّی فأنا مخاصمه یوم القیمة، فإ ذا بلغکم عنّی حدیث لم تعرفوا فقولوا: الله اعلم
    «Məndən nəql olunan bir hədisi bir kəs inkar etsə, Qiyamət günü onun düşməni olacağam. Məndən sizə bir hədis çatsa və onu anlamasanız, (mənim olub-olmamasını bilməsəniz) onda belə deyin: «Daha doğrusunu Allah bilir!»
    Belə hədislərin bu şəkildə vurğulanıb açıqlanmasında, əiməyi-ətharın (ə) məqsədlərindən biri, bəlkə də cahilliyin nişanəsi olan inkar və təkzib ruhiyyəsini müsəlmanlardan uzaqlaşdırmaqdır. Çünki belə bir ruhiyyə ilə Əhli-beytin (ə) həqiqətini, elmini, xüsusən də onların məqam və kəramətlərinə aid olan bölmələri qəbul etmədən, səadət və qurtuluş mənzilinə çatmaq olmaz.
    QURAN TƏƏCCÜBLƏR VƏ QƏRİBƏLİKLƏRLƏ DOLUDUR
    Əgər insan adi, təbii və gündəlik məsələlərin əksinə olanları inkar edərsə, çox sayda şəri, əqli məsələlərdən, həmçinin kamil və sağlam əqlin heç şübhəsiz qəbul və təsdiq etdiyi din ayinlərindən, həqiqətlərindən əl çəkib uzaqlaşar.
    Peyğəmbərin (s) ölməz möcüzəsi olan Qurani-kərim insanı təəccübləndirəcək şəkildə ağıla və təfəkkürə dəvət edən ilahi kitabdan düşüncəsizlik üzündən faydalanmayanları heyvanlar sırasında hallandırmış, hətta ondan daha da alçaltmışdır...
    Bəli, əgər Quranı açıb varaqlayaraq onu ötəri mütaliə etsəniz, bu nümunələri oarada müşahidə edəcəksiniz:
    – Bəni-İsrail kəsilmiş inək ətini ölünün bədəninə vurdu və o, dərhal dirilib öz qatilini tanıtdı!
    – Həzrət Musanın əsası dəryanı yardı və oradan keçmək üçün yol açıldı!
    – Məryəmin pak oğlu İsa atasız dünyaya gəldi!
    – Yandırıcı od, həzrət İbrahim (ə) üçün sərin olub gülüstana çevrildi!
    – Üzeyir (ə) peyğəmbər ölümündən yüz il sonra dirildi. Halbuki, onun yüz il bundan öncə olan yeməyi saf və təmiz qalmışdı. Amma mindiyi ulağ çürüyüb dağılmışdı!
    – Həzrət İsa anasının qucağında hələ doğulduğu ilk günlərdə söhbət edib, camaata möizə oxudu və özünü Allahın peyğəmbəri saydı!
    – Həzrət Yəqub ömrünün qoca, bədənin süst vaxtında və arvadının doğum qabilliyəti olmadığı halda (و امرتی عاقرا) Yəhya (ə) adlı övlada sahib oldu
    – Əshabi-kəhf 309 il mağarada yatdı və bədəni salamat idi!
    – Həzrət Süleyman (ə) şanapipik və qarışqa ilə söhbət etdi!
    – Möhkəm dəmir həzrət Davudun (ə) əlində yumşalırdı və o, öz əli ilə ondan zireh (döyüş paltarı) düzəldirdi! (Səba, 10.)
    – Ay, həzrət Məhəmməd (s) üçün iki parça oldu!
    – Bilqeysin taxtı uzaq ölkədən bir göz qırpımında həzrət Süleymanın (ə) qarşısında hazır oldu.
    – Həzrət Nuh (ə) öz tayfasının arasında 950 il təbliğ etdi.
    – Həzrət İbrahim (ə) qoca ikən, əldən düşmüş qoca arvadından övlad sahibi oldu!
    - Nuhun (ə) tufanında göydən və yerdən elə şəkildə su qaynadı ki, təndirdən çölə od yerinə su daşırdı!
    - (و فار التنور)
    - Həzrət İsa (ə) ölünü dirildir, kor doğulmuşlara şəfa verir, çarəsiz xəstəliklərə çarə edir, palçıqdan düzəldilmiş quşa üfürməklə onu həqiqi quşa çevirir, qeybdən və camaatın gizlətdiklərindən xəbər verirdi və...
    -
    - Səmud qövmü üçün o möhkəm dağın içindən yenicə doğmuş balası ilə birlikdə dəvə çıxdı! (Əraf, 73.)
    - Həzrət İbrahimin (ə) daşı kəsən kəskin bıçağı İsmayılın (ə) boğazını kəsmədi! (Saffat, 100-110.)
    - Həzrət Musa (ə) əsanı daşa vurdu və daşdan bəni-israil üçün 12 su çeşməsi qaynadı!
    -
    - Küləyin ixtiyarı həzrət Süleymanın (ə) əlində idi. Onunla uzaq məsafələri qət edib şəhərlərə gedirdi!
    -
    QEYBƏ İMAN – QURANDAN FAYDALANMAĞIN ŞƏRTİ
    Əgər Quran ayələrində, mötəbər rəvayətlərdə, ənbiya və övsiya haqqında sənədə əsaslanan və tarixdə baş vermiş onlarla belə nümunələri saymaq istəsək, Mövləvinin sözü ilə desək:
    Çoxalar, Məsnəvi saydıqca bunu,
    Qırx dəvə daşıyıb qurtarmaz onu.
    Yaxşı! "Qeyri-adi və qeyri-təbiidir" bəhanəsi ilə onları dərk etmək tutumu olmadığı üçün ağlımızın bu həqiqi, sənədli və dəlilli məsələləri inkar etməyə haqqı varmı?! Bizim ağlımız külli ağıldırmı?! Bütün məsələləri dəqiq, kamil, aydın şəkildə dərk edirmi? Ümumiyyətlə, hər şeyi ağılmı dərk etməlidir.
    Əgər belədirsə, niyə Əmirəl-möminin (ə) tövsiyələrində belə buyurur?!:
    اتهموا علیه آراءَکم ، و و استغشوا فیهِ أهواءَکم
    «Öz nəzər və rəylərinizi Quranın qarşısında səhv sayın! Quranı deyil, özünüzün saf olmayan təşəbbüs və həvəslərinizi (nəfsani fikirlərinizi) naqis bilib, ittiham edin.
    Apar bu gözünü satmağa bu dəm,
    Çünki görmək üçün deyildir möhkəm.
    Elə bir qüsursuz göz gətir ələ,
    Qeybi də görməyi bacarsın belə.
    Allah kitabının əvvəlində ondan yararlanmanın, faydanlanmağın və hidayət olmağın şərti qeybə iman olduğu da aydın olur:
    «O (Quran), bir kitabdır ki, onda heç bir şübhə yoxdur! Pərhizkarları üçün hidayətdir; o şəxslər üçün ki, qeybə iman gətirirlər...»
    Qeybə iman gətirmək, zahiri hisslərimizin hüdudundan kənarda olan həqiqətlərə iman gətirmək deməkdir. Məsələn: Allah, məad, dua, vəhy, qeybdən gələn köməklər və s. etiqadlar kimi. Sanki qeybə iman, müsəlmanlıq meydanına daxil olmağın birinci şərtidir. Onsuz ilahi kitabdan, vəhy biliklərindən bəhrələnmək və səadətə çatanların sırasına daxil olmaq olmaz.
    BƏZİLƏRİNİN XURAFAT SAYDIQLARI HƏQİQƏTLƏRİN BƏYANI
    Başlanğıcda xatırlatdıqlarımızdan sonra bu nəticəyə çatırıq ki, heç bir məsələ, kifayət qədər düzgün sənəd və fakt olmadan rədd və ya qəbul olunmamalıdır.
    İLAHI ÖVLIYALARIN KƏRAMƏTLƏRINI XURAFAT GÜMAN ETMƏYIN!
    Bəzilərinin: «Biz heç bir şeyi dəlilsiz qəbul etmirik»-deyə özlərini ağıl və məntiq tərəfdarı saymaq bəhanəsi ilə böyük insanların və övliyanın teyyül-ərz, xəstəyə şəfa vermək, heyvanların dilini anlamaq, gizli olan məsələlərdən xəbər vermək və s. bu kimi kəramətlərini inkar edir, bəzən də onları yalan sayır, hətta məsxərə belə edirlər. Belə şəxslərin cavabını vermək üçün iki filosofun və böyük arifin kəlamına işarə edirik:
    Filosof, böyük İslam və dünya alimi Əbu Əli Sina, özü ağıl, məntiq və dəlil müdafiəçilərindən olduğu halda, ilahi övliyanın kəramət və məqamının inkaredilməz olduğu barədə yazır: «Tənbeh» Ariflərdən sənə adət (etdiyimiz) qaydaları alt-üst edən bir xəbər – bir arif, Allahdan yağış istədi və yağış yağdı, yaxud bir xəstəyə şəfa verdi və xəstə sağaldı və ya nifrin etdi və yer, camaatı özünə çəkib uddu... – gəlib çatsa, onu açıq şəkildə qəbul etməmək üçün yolun yoxdursa, dayan və tələsmə! Çünki təbiətdə, bütün bunların baş verməsinə səbəb ola biləcək sirlər vardır. Bəlkə onlardan bəzilərini sənin üçün sayaq?!»
    Hafiz necə də gözəl deyib:
    Sən sirr məqamına aşina olsan,
    Onda bu pərdədən sirri duyarsan.
    Xəbərin yerini soruş sən haman,
    Naməhrəmə qulaq olma sən aman.
    O böyük irfan və İslam alimi imam Xumeyni (r), irfani məktubunda öz gəlininə yazır: «Qızım! Əgər (onun) əhli olmasan və olmadınsa, arif və salehlərin məqamlarını inkar etmə! Onlarla inadkarlıq etməyi öz dini vəzifələrindən sayma! Onların dediklərinin çoxu, Quranda rəmz və bağlı (şəkildə), əhli-ismətin (ə) dualar və münacatlarında daha aydın deyilib. Biz cahillər onlardan məhrum olduğumuz üçün onların əleyhinə qalxdıq ... Sənə tövsiyə edirəm: qalın hicabdan kənara çıxmağın ilk addımı inkardır ki, o, hər bir qədəm və inkişafına maneədir.»
    Əllamə Həsənzadə Amuli də şerin şirin dili ilə belə bəyan edir:
    Bu mətləb həm nazik, həm incədir bil,
    Gün kimi aydındır, həm aydın deyil.
    Allahın qoy versin sənə görən göz,
    Tap öz müddəanı budur doğru söz.
    İynə dəliyi tək darısqaldır söz,
    Sap kimi incədir, onu görsə göz.
    Elə nəhəngdir ki, məna cüssəsi,
    Yer və göy olubdur onun kölgəsi.
    Qurtula bisəydin həva-həvəsdən,
    Mənanı seçərdin o xəzinədən.
    TEYYÜL-ƏRZ
    Sual: İnsanlar, «teyyül-ərz» dərəcəsinə necə nail olurlar?! (Məsələn, Qum şəhərində olan bir şəxs imam Rzanın (ə) hərəmini ziyarət etmək üçün Allahdan, onu Məşhədə aparıb çatdırmasını istəyir. Bir neçə addım atır və Allahın köməyi ilə hərəmə çatır!)
    Ayətullah Məkarim Şirazi: «Nəfsi təmizləyib özünü kamil şəkildə (mənəvi) düzəltdikdən sonra belə bir kəramət hasil olması mümkündür.
    İnsan Allaha qulluq etmək, təqvalı olmaq, günahlardan pərhiz etmək və özünü (mənəvi) düzəltmək uğrunda irəli getsə, həqiqəti görməkdə onun gözü daha da açıq olar. Onlar adi adamlar üçün əlçatmaz olan məsələlərə həll tapırlar.
    Əziz Peyğəmbər (s), əshabın arasından bir qrup insan bəzi kəramətlərə təəccüb etdikləri üçün buyurdu:
    لو عرفتم الله حق معرفته لمشیتم علی البحور و لزالت بدعائکم الجبال
    Əgər Allahı tanınması lazımi qədər tanısaydınız, mütləq dəryalar üzərində yeriyib, dua ilə dağları parçalayardınız.
    Arif şəxs olan Ayətullah-üzma Behcətin belə dediyi nəql olub: «Keçmişdə Nəcəfdə teyyül-ərzi olmayan tələbə barmaqla göstərilərdi; belə xarüqəladə hadisələr tələbə və alimlər üçün adi hal olmalıdır»
    .
    Gözlərin qaralıb, tapıbsa əngəl,
    İncə nöqtələrə eyib tutma gəl.
    İSMI-ƏZƏMIN HƏQIQƏTI
    Çoxları ismi-əzəmin hərf və kəlmədən ibarət olduğunu düşünürlər. Guya kim onu tapsa, xarüqəladə işlər görüb, özündən kəramətlər göstərə bilər. Əhli-məna və ariflər, illərlə çəkdikləri riyazət və səylərdən sonra ismi-əzəmi (kəramət və mükaşifələri) əldə edib ondan istifadə edirlər! Amma məsələnin həqiqəti başqa cürdür. Əllamə Təbatəbai deyir: «Hər şeyi dəyişikliyə məruz qoyan ismi-əzəmin kələmlərdən və ya müəyyən anlam daşıyan sözlərdən ibarət olması mahaldır.»
    Ayətullah Cavadi Amuli bu barədə belə deyir: «Düşüncənin təsəvvürü ilə meydana gələn və təsəvvür olmadıqda yoxa çevrilən zehni anlam daşıyan və havada dalğalanmaqla yaranan bir kəlmə (və ya adı) ilə xəstənin şəfa tapması, quşun yaranması, ölülərin dirilməsi, əsanın əjdahaya çevrilməsi və bunun kimilər arasında uzlaşma yoxdur. Buna görə də, ismi-əzəmi kəlmələr və anlayışlar arasında axtarmaq nəticəsiz, əziyyət və səmərə verməyən zəhmətdir...»
    İsmi-əzəm kəlmə və zehnin anlayacağı bir şey deyil, kamil insanın məqamlarından biridir.
    Ali-Məhəmməd (s) alimi həzrət Əli ibn Musər-Rza (ə) buyurur:
    انّ "بسم الله الرحمن الرحیم" أقرب إلی اسم الله الأعظم من سواد العین إلی بیضاه
    «Bismillahir-rəhmanir-rəhim», ismi-əzəmə gözün qarasının ağına olan yaxınlığından da yaxındır.»
    Bu hədis, yuxarda deyilənlərin sədaqətli şahididir. Çünki çoxları «Bismillah» deyirlər, amma o mənəvi məqama sahib olmadıqarı üçün ismi-əzəmin təsirlərini müşahidə edə bilmirlər.
    Bu mövzunun sübutu üçün başqa bir nümunə, həzrət Musanın (ə) əsrində yaşamış Bələm Bauradır. O, elm və təqva nəticəsində ismi-əzəmi anlamış və duası qəbul olmuşdu. Nəfsani istəklərinə görə bu məqam ondan götürülmüş və daha duası qəbul olmamışdı. Qurani-kərim onu itə bənzədib:
    فمثله کمثل کلب
    «İlahi adları və sifətləri bilmək (öz-özlüyündə) fayfdasızdır və heç bir şeyi həll etmir.»
    Üzük Süleymanın deyilsə əgər,
    Gümüş nəqşləri daşımaz dəyər.
    Başqa bir təsdiqləyicisi (Bir alim, bir arifdən nəql edir) Hacı şeyx Həsənəli İsfahani soruşdu: «Camaatın həll olmayan müşkülləri və çarəsiz xəstəlikdən sağalmaları üçün qəndə, nabata və başqa əşyalara oxuduğunuz duanı bizə öyrədə bilərsiniz?!»
    Hacı Şeyx dedi: «Fövqəladə və təzə bir şey deyil, təkcə bir «Həmd» oxuyuruq!»
    Hamının əzbər bildiyi və hər gün neçə dəfə oxuduğumuz «Həmd» surəsini oxuyurlar! Bəli!
    Baharın adıyla güllər ki, bitməz,
    Çırağın adıyla qaranlıq getməz.
    Onun adını yox, özünü axtar,
    Ay göydə, ney isə sularda olar
    .
    BƏZI CƏSƏDLƏRIN ÇÜRÜMƏMƏSI
    Filan alimin və arifin, şəhidin və ya imamzadənin cəsədinin saf-salamat,, təzə qalmasını; məsələn, Şah İsmayılın, imam Hüseynin (ə) tövbəkar və fədakar əskəri olan Hürr ibn Yəzid Riyahinin cəsədini qəbirdən saf çıxarması və bu qəbildən hekayələri bəlkə də kitablardan oxumusuş və ya alimlədən, moizə edənlərdən eşitmişsiniz.
    Görəsən, bu kimi söhbətlərin düzlüyü barədə dini mənbələrdə dəlil və sənəd varmı?! Belələrinin bədəni digərlərindən fərqlidirmi?! Onların əməlləri bədənlərinin saf qalmasında təsirli olmuşdurmu?!
    Bəzilərin əqidəsinə görə, bunlar da xurafatdır, həqiqət hesab olunmamalıdır. Biz bu mənəvi söhbətlərin həqiqət olmasını sübuta yetirmək üçün bir neçə rəvayətə istinad edirik:
    İmam Sadiq ələyhis-salam buyurub:
    انّ الله عزّ و جلّ حرّم عظامنا علی الأرض و حرّم لحومنا علی الدّود ان یطعم منها شیئاً
    «Allah bizim sümüklərimizi yerə, ətlərimizi qurdlara haram edib (ki,) ətimizdən heç vaxt bir şey yeyə bilməzlər.»
    Biz şiyələrin və əhli-sünnənin hədis mənbələrində bunu təsdiqləyən başqa hədislər də vardır ki, onlardan təkcə biri ilə kifayətləndik.
    ON DƏSTƏ ADAMIN CƏSƏDI QƏBIRDƏ ÇÜRÜMÜR!
    Məsumdan başqa şəxslərin də bədənlərinin çürüməməsi barədə bir rəvayəti nəql etməklə kifayətlənirik:
    (Qütbuddin Əbul-Həsən) Səid ibn Həbbətəlah Ravəndi
    dəyərli «Ləbbul-lubab» kitabında məsumdan (ə) nəql edir:
    لا تبلی عشرة:
    On qrup adamın cəsədi qəbirdə çürümür:
    1. Cihad edənlər (الغازی)
    2. Azan deyənlər (والمؤّذن)
    3. Alimlər (والعالم)
    4. Quranı əzbər bilənlər (وحامل القرآن)
    5. Şəhidlərin (والشهید)
    6. Peyğəmbərlər (و النّبیّ)
    7. Doğuş zamanı ölən qadın (و المرأة اذاماتت فی نفاسها)
    8. Zülm ilə (məzlumcasına) öldürülən şəxs (ومن قتل مظلوما)
    9. və 10. Cümə günü və ya cümə axşamı ölən şəxs (و من مات یوم الجمعه أو لیلتها)
    Diqqət: Nübüvvət istisna olmaqla, bu hədisdə işarə olunanlar (mütləq onların çürüməməsi) üçün tam səbəb (illəti-tammə) sayılmır. Bunlar «müiddat»-dır, yəni bunlardan biri olsa, şəxs özünün pis əməlləri ilə bu keyfiyyəti aradan qaldırmadığı təqdirdə onun bədəni qəbirdə çürüməyəcək.
    Məsələn, alimin, azan deyən və cihad edənin bədənləri elm, azan və cihadın mahiyyətinə görə qəbirdə çürümür; bu şərtlə ki, bu mahiyyəti aradan qaldıracaq bir günah etməmiş olsun. Bir çırağın nefti iki saat yanıb işıq və istilik verə bilər. Amma bu şərtlə ki, külək əsib bu keyfiyyəti aradan qaldırmasın.
    Quranda da cəsədlərin çürüməməsinə şahidlik edən ayələr vardır. Məsələn, Əshabi-kəhfin və Üzeyir (ə) peyğəmbərin dastanı. Öldükdən yüz il sonra Allah-Təala ölüləri necə dirildəcəyini göstərmək üçün onu dirildir. Təəccüblüsü budur ki, bu yüz ildə onun yeməyi dəyişməmiş və çürüməmişdi.
    فانظر إلی طعامک و شرابک لم یتسنّه
    «Xörək və içməyinə bax! Xarab olmamışdır»
    İNSAN NÜTFƏSININ BAĞLANMASI ƏRKANI XURAFAT DEYIL!
    İnsan, Allahın yaratdıqlarının və varlıq aləminin ən təəccüblüsüdür. Onun başdan-başa sirlər və təəccüblərlə doğumu, həyatı və ölümü hamını heyrətə salır. Bu sirlərdən ən mühümü insanın ana bətnində, o xüsusiyyətdə olan nütfədən yaranmasıdır. Allah-Təala Quranda dəfələrlə bizi onu xatırlamağa və ibrət almağa çağırıb:
    «İnsan baxmalıdır ki, nədən yaranıb?! Bir sıçrayan sudan yaranıb. (O su) Bel və sinənin arasından xaric olur».
    İnsanın yaranışı və onun nəslinin davamı məsələsi bəzilərinin təsəvvür etdiklərinin əksinə olaraq asan deyil, təkcə şəhvəti söndürməklə xülasələnmir. Bu mövüzunun əhəmiyyətini Xacə Əbdullah Ənsari kimi şəxslər yaxşı anlayıblar. O, deyir: «Hamı axırından qorxur, Abdullah əvvəlindən.»
    İNSAN TƏMƏLININ ƏHƏMIYYƏTI
    Mərifət əhli deyir: «Kim hər nədirsə və olmalıdırsa, işin əvvəlindən məlumdur...» Çünki hər şəxsin kitabı elə əvvəldə yazılıb-bükülmüşdür ki, onlar, onun ömrünün axrınadək üzə çıxıb aydın olur; bunun cəbr və ixtiyarın olmamasına olan inancla çox təfavütü vardır. Məsələn: bir ağac kimi; onun səmərəsinin necəliyi, toxumundan asılıdır.
    Bil ki, hər körpənin ilk ibtidası,
    Göstərir necədir onun siması.
    Ata-anasının tapdığı xislət,
    Onun nütfəsini bəzəyər əlbət.
    Atası qazansa, süd versə ana,
    Ya zəhər, ya şəkər tökərlər ona.
    Dinimizdə bu mövzuya əhəmiyyətli dərəcədə diqqət yetirilidiyinə görə, onun bütün qayda-qanunları, o cümlədən; nütfənin bağlanması, vaxtının təyin edilməsi açıqlanmışdır. Təəssüflər olsun ki, bəziləri onu xurafat və lağlağı sayır, ona əməl etməyi ağılsızlıq hesab edirlər. Onu orta əsr adamlarına aid edirlər. Halbuki, bu, İslamın diqqətini, həssaslığını və uzaqgörənliyini gösrərir. Onun bir çox məziyyətlərinin həqiqət olduğu müasir elm və bilik tərəfindən qəbul olunur və təsdiqlənir.
    Bu mövzunun həqiqətini və əhəmiyyətini daha da aydınlaşdırmaq üçün bu barədə təkcə iki elm əllaməsi ustad Ayətullah Həsənzadə Amulinin bir sözünə işarə edirik: «Zamanların fərqliliyi, müxtəlif bəlalar, ulduzların vəziyyəti, valideynlərin əhvalı, yeməklər, içməklər və minlərlə başqa amillər nütfənin mizacında dəxalətlidir...»

    Category: Xurafat | Views: 1136 | Added by: Islam_Kitabxanasi | Rating: 1.7/3
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024