İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 22 » Kitabın adı: Xurafat
    5:03 AM
    Kitabın adı: Xurafat
    XURAFATI ÖLÇƏN TƏRƏZİ
    Həqiqi və şəri hökm və əqidələri xurafi adət-ənənələrdən ayırmaq üçün etibarlı və düzlüyünə əmin olduğumuz mənbə və faklara müraciət olunmalıdır. Mübahisə doğuran və şübhəli mövzuları onlarla uyğunlaşdırmalı və heç bir vaxt Allah dininin saf həqiqətindən və İslamın düz yolundan irəli və geridə durmamalıyıq. Nə (ifrat) əlavəni qəbul edək, nə də onun bəzi həqiqətlərini kənara qomalıyıq (təfrit etməyək). Ona bir hökm artırmalı və şəri sünnətlərini xurafat saymamalıyıq.
    Əgər insanın öz əməl və rəftarını ölçmək üçün etibarlı bir tərəzisi olmasa, düz yolu əyridən, dostu düşməndən, həqiqəti xurafatdan, səhih və doğru hədisi yalan və düzgün olmayan rəvayətdən ayıra bilməz! Nəhayət, azğınlıq və puçluğa sürüklənib səadətin aydın yolu və nicatdan məhrum olar.
    Miqyasla mizanla qızıl ölçülər,
    Mizansız etibar daşımaz heç zər.
    Bu barədə İmamlardan (ə) çox sayda rəvayət vardır. Şərəfli kitab olan «Usulul-kafi»-dən bir neçə nümunəni diqqətinizə təqdim edirik:
    İmam Səccad (ə) buyurur:
    إنّ افضل الأعمال عند الله ما عُمِلَ با لسّنة و إن قلّ
    «Allah dərgahında əməllərdən ən yaxşısı, az da olsa, sünnətə uyğun olan əməldir.»
    Peyğəmbər (s) buyurub: «Əməlsiz heç bir söz həqiqi dəyərə malik deyil! (Eyni zamanda) Heç bir söz və əməl, niyyətsiz (həqiqi dəyərə malik deyil). Sünnət mizanına uyğun olmayan heç bir söz, əməl və niyyət, həqiqi dəyərə malik deyil!»
    لا قول إلاّ با لعمل و لا قول و لا عمل الاّ بنیّة و لا قول ولا عمل و لا نیّة إلاّ بإصابة السنّة
    Nəticə budur ki, insanın öz əməl və rəftarı üçün bir mizan və ölçüyə ehtiyacı vardır. Yerinə yetirilən əməl deyilən ölçüyə uyğundursa, az olsa belə, o əməlin dəyəri və qiyməti çoxdur və insanı əyrilikdən, doğru yoldan azmaqdan saxlayır.
    ƏGƏR MIZAN OLMASA, AZARSINIZ
    Hər tərəfdən hücuma məruz qalmış iman və dinin kasad bazarında mizana və etibarlı bir ölçüyə olan ehtiyac barəsində Mövləvinin hikmətli və nəsihətli gözəl bir şeri vardır ki, ondan bir parçanı burada veririk:
    Ey könül, tap munisin kim, onda qəlbindən xəbər var,
    Bir ağac altında əyləş yarpağında tazə tər var.
    Böylə bir əttar bazarı ki, qamış var hər dükanda,
    Öylə bir tüccari axtar ki, dükanında şəkər var.
    Aldadacaqdır səni hər kəs, yoxundursa tərəzı,
    Öylə bir halda bəzərlər, sən sanarsan onda zər var.
    Qaynayan hər bir qazandan bir kasa aş gözləmə sən,
    Qaynayan hər bir qazanda kim bilirmiş ki, nələr var?!
    Olmaz hər yerdə şəkər, zirdə zəbər, gözdə nəzər həm,
    Hər məkanda dərya varsa, kim deyir orda gövhər var?!
    Bülbüli-şeyda! Yenə məstanələr tək sən fəğan et!
    Xar ilə daşlar arası, nalə etsən, çox əsər var.
    Diqqət olunmalıdır ki, bu misilsiz şerin üçüncü beytində ölçü üçün tərəziyə sahib olmaq, azğınlıqdan qurtarmağın ümumi bir formulu kimi tanıdılmış və onsuz insanın üzləşəcəyi zərərlər qeyd edilmişdir.
    SƏQƏLEYN – XURAFAT ÖLÇÜSÜNÜN HƏQIQI MIZANI
    İndi isə görək doğru yolu göstərən, bizi ifrat və təfritdən qoruyan dəyərli mizan hansıdır?! Aydındır ki, belə bir mizan hər bir xəta və səhvdən uzaq, kifayət qədər etibar daşımalıdır ki, o, bütün müsəlmanların əqidə və əməllərini əminliklə ölçən ülgü olsun. Belə bir mizan, deyilən şərtlər və qeydlərlə hər biri məsum, səhv və xətalardan pak olan Qurandan və imamlardan (Qurani-natiq) (ə) başqası ola bilməz.
    Allah-Təala, bir məsələ üstündə mübahisəyə düşdüyümüz zaman onları həqiqi mizana Allaha (Onun kəlamı olan Qurana) və Peyğəmbərə (s) müraciət edərək və həqiqəti üzə çıxarmağı göstəriş vermişdir:
    فإن تنازعتم فی شیء فردّوه إلی الله و رسوله
    «.Bir məsələ üzərində mübahisə etsəniz, onu Allahın və rəsulunun kəlamı ilə yoxlayın»
    QURTULUŞ ZƏMANƏTNAMƏSI VƏ İSLAM ÜMMƏTININ SƏADƏTI
    Aydın oldu ki, əqidə, hökm və şəri göstərişlərimizin düzlüyünün ülgü və sənədi Peyğəmbərin (s) iki misilsiz yadigarı olan Quran və itrətdir. Sənainin sözü ilə desək:
    Bilmək istəyirsən həqiqət budur,
    Allah və Rəsulun sözü doğrudur!
    Quranda olmayan hər bir söhbəti,
    Bil ki, əfsanədir, yalandır qəti.
    Biz dinimizi filan film, serial, mətbuat, arif, mədhçi, dərviş və yoqadan deyil, səqəleyndən öyrənirik və onunla ölçürük. Məsumdan, onların təsdiqlədiyi və ya onların yolu ilə addımlayandan başqa heç kəsdən bir şey qəbul etmirik. Qurtuluş və səadət yolunu təkcə bunda görürük.
    Rəsulallahın (s) vəd etdiyi kimi, Quran və Əhli-beytdən (ə) ayrılmayınca, azmayacaqsınız:
    انّی قد ترکت فیکم الثقلین، ما إن تمسکتم بهما لن تضلّوا بعدی...
    «Mən sizin aranızda iki qiymətli şey qoyuram, hər nə qədər onlardan yapışsanız, məndən sonra azmayacaqsınız...»
    Oğrudan, quldurdan pak deyil yollar,
    Şare-şəriətlə nə qorxun olar!
    Yolda olmamaqçün ayaqaltı sən,
    Ged Rəsula söykən, əhlinə söykən!
    Hər növ axtarışı sən daha unut,
    Quran və itrətin sorağını tut!
    Rəsulallahun (s) göstərişlərinə əməl etmək, Quranı, Peyğəmbəri və imamları mizan və ülgü qəbul etmək nəticəsində İslam ümməti təhrif və azğınlıqdan sığortalanır, müsəlmanlar öz dininin həqiqi göstəriş və hökmlərindən ayrılmırlar. Nə zaman bir məsələdə şəkk-şübhə ilə qarşılaşsalar, – mövzumuz barəsində hər hansı bir göstərişin həqiqi və ya saxta olmasında tərəddüd keçirərlərsə – Qurana, Əhli-beytin (ə) kəlam və sünnətinə müraciət etsinlər. Bu zaman məsələnin həqiqətini anlayıb azmaqdan xilas olarlar.
    ÖZÜNÜZÜ FARUQI-ƏKBƏRLƏ TUTUŞDURUN
    Pak İmamlar (ə) və məsum rəhbərlər dəfələrlə bu nöqtəni vurğulamışlar. Rəvayətə əsasən, bir gün Rəsulallah (s) öz önündə bir xətt çəkdi və buyurdu:
    هذا صراطی
    «Bu, məniım yolumdur.»
    Sonra o xəttin sağ-sol tərəflərinə başqa xətlər çəkdi və buyurdu:
    فلا تتبّعوا السبل، علی کل سبیل منها شیطان یدعوا إلیه
    «Bunlar başqalarının yollarıdır. Bu yolların arxasınca getməyin! Bilin ki, bu azdırıcı yolların hər birində Şeytan vardır və sizi dəvət edir.»
    Əmirəl-möminin (ə) buyurmuşdur:
    نحن النمرقة الوسطی الّتی یلحقی بها التالی و إلیها یرجع الغالی
    «Biz yollarası sığınacağıq (etidal xəttiyik). Yolda düşüb-qalanlar özlərini ona çatdırsınlar və çox irəli gedənlər ona tərəf qayıtsınlar.»
    Nüdbə duasında oxudumuz kimi:
    فکانُوا هُمُ السّبیلَ الیکَ
    Əhli-beyt (ə) Allaha çatmaq üçün yoldur. Əmirəl-möminin (ə) (mizanül-əmal) əməllərin mizanı kimi tanıdılmışdır. Bir rəvayətdə özünü belə vəsf edir:
    انا الفاروُقُ الاکبرُ
    «Mən (faruqi-əkbər) (haqq və batili ayıran) ən böyük ayırıcıyam.»
    Peyğəmbər (s) də, Əlini (ə) haqq və həqiqətin mehvəri kimi tanıtdırır. Həzrət Əbdül-Əzim Həsəni (ə) öz etiqadlarını təsdiqləmək üçün imam Hadiyə (ə) bidirərdi.
    Bütün bunlar, dindarlıq yolunda azğınlıq, ifrat və təfritdən xilas olmaq üçün hər an Quran və Əhli-beytə (ə) müraciət etmək, məsumun mizanı ilə yol getməyin zəruriliyinə dəlildir. Bu da, təkcə xurafat bəhsində tətbiq olmaqla xülasələnmir.
    QURAN İSLAMIN MIZANIDIR
    İslamın səhih hökmlərini, həqiqi göstərişlərini və məlumatlarını əldə etməyin yeganə yolu, Quran, Rəsulallahın (s) sünnəti və onun məsum Canişinlərinə müraciət etməkdir.
    Bunlar (Quran və sünnət), misilsiz dəyərli olub, İslam göstərişlərinin düzgün sənədi kimi tanıdılmışdır. Onlara söykənmək qurtuluş və səadətin yegənə yoludur. Allah-Təala bu məsələyə dəfələrlə işarə edərək buyurmuşdur:
    «Allaha və Allahın Rəsuluna itaət edin!»
    Sünnətə, Peyğəmbər (s) və Əhli-beytin (ə) hədislərinə müraciət etdikdə bəzən təhriflərə, dəyişiklərə uğramış saxta hədislərlə üzləşirik ki, bu da işimizi çətinləşdirir. Bunu da deyək ki, düşmənlər və fürsətaxtaranlar bu iki böyük əmanətə (Quran və sünnət) zərbə vurmaq üçün bütün səylərini qoymuş, heç bir hiylədən çəkinməmişlər. Onlar Quranla mübarizədə heç bir müvəffəqiyyətə nail olmayıblar. Allahın vəd etdiyi kimi, o, təhrif və dəyişikliklərdən amandadır. Bu gün də haqq və batili ayıran yeganə ölçü və mizan nüsxəsidir! Amma sünnətə gəldikdə, düşmənlər, az da olsa, bəzi müvəffəqiyyətə nail olmuşlar. Hədislərə toxunmaqla və saxta hədis düzəltməklə öz yalan, təfrih və iftiralarını işə salıb, bu qiymətli mirasa zərbələr vurmuşlar.
    Amma din rəhbərləri də onların müqabilində sükut etməmişlər.
    RƏVAYƏTIN QURANLA TUTUŞDURULMASI
    Əimməyi-əthar (ə) düşmənlərin planını ifşa etmək və Allahın dininin əsl və saf maarifini saxlamaq üçün hikmətli bir tədbirlə meydana varid olub, hədis və rəvayətləri Fürqanla– heç bir vaxt saxtakarlığa uğramayan, heç bir batilə özündə yer verməyən Quranla tutuşdurmaq göştərişini verdilər. Müsəlmanları, dəyişikliyə uğramayan əbədi mizana yönəltdilər.
    خطب النبی بمنی ، فقال ایها الناس ما جاءکم عنی یوافق کتاب الله فانا قلته و ما جاءکم یخالف کتاب الله فلم اقله
    Peyğəmbər (s) Minada buyurdu: «Ey camaat! Mənim tərəfimdən sizə gəlib çatanlar Allah kitabı ilə uyğun olsa, onu mən demişəm; Allah kitabı ilə uyğun olmasa, onu mən deməmişəm.»
    İmam Sadiq (ə) buyurur: «Bütün mövzular Allahın kitabı və sünnət ilə tutuşdurulmalıdır; Allah kitab ilə uyğunlaşmayan hədis batildir!»
    کل شیء مردود إلی الکتاب و السنة و کل حدیث لا یوافق کتاب الله فهو زخروف
    ƏQL – XURAFATI AYIRIB ÖLÇƏN MIZAN
    Xurafatı və uydurmaları həqiqət və saf elmdən ayıran digər bir mizan, sağlam əql və təfəkkür qüvvəsidir. O, ilahi nemətlərin ən böyüyü olub, insan və heyvanın ayırıcısıdır.
    Şeyx Bəhai nə gözəl demişdir:
    Ey oğul fikir və ibadət ki, var,
    İnək və eşşəkdən bizi ayırar.
    Əgər düşüncədən faydalanmasan,
    «Kəl-ənam bəl əzəl» onda olarsan.
    Din üçün bir saat düşünsən əgər,
    Min il ibadətdən üstün ölçülər.
    Allah-Təala özünün ən pis mövcudat və məxluqatını belə tanıtdırır:
    «Allah yanında ən pis varlıqlar kar, lal və düşünməyən şəxslərdir.»
    «Ağıl kimi bir nemətin üstünlüyü üçün Allah-Təalanın yuxarıda buyurduğu kifayət edər.
    İslamın əziz Peyğəmbəri (s) ağlın üstünlüyü barəsində buyurur:
    ما قسم الله للعباد شیئا ًً افضلُ من العقل
    «Allahın, bəndələr üçün böldükləri arasında ağıldan üstünü yoxdur.»
    Tanrının bəndəyə bəxş etdiyi nemət içrə,
    Bir görən göz ilə huşyar könüldən olmaz.
    Allah-Təala ağılı insana əta etdiyi zaman ondan istifadə etməyi ona vəzifə etdi. Qiyamət günü Allah-Təalanın hüzurunda cavab verəcəyimiz suallardan biri də budur: «Öz düşüncə və ağlınızın gücündən nə üçün düzgün və kamil şəkildə istifadə etmədiniz?! Filan məsələni eşitdiyiniz zaman niyə düşüncəsiz, dəlilsiz və faktsız onu qəbul edib əməl etdiniz; yaxud da təkzib və inkar etdiniz?! Nə əqlin, nə də nəqlin təsdiqləmədiyi puç məsələləri niyə qəbul etdiniz?! Allah övliyalarının kəramətini, dua, təvəssül və istiğfarın təsirini, peyğəmbərlərin (ə) heyvanlarla danışmasını, sileyi-rəhmin ruzinin çoxalmasında və ömrün uzanmasında olan təsirini, sehr, cin və gözdəymənin həqiqətini, möminlərə kömək etmək üçün ibdal və ovtadın varlığını, imam Hüseynin (ə) türbətinin şəfavericiliyini və s. əksəriyyətinin Quranda təsdiqləndiyi başqa belə məsələləri hansı dəlilə əsasən inkar etdiniz?! Cəhənnəmdə yananların nalə və fəryadlarının nə üçün ucaldığını Quranda oxumamısınız?!
    «Deyirlər: «Əgər biz qulaq assaydıq, yaxud düşünsəydik, Cəhənnəm əhlinin arasında olmazdıq.»
    ŞƏHİD MÜTƏHHƏRİDƏN HİKMƏTLİ SÖZ
    Şəhid Mütəhhəri özünün «Həmaseyi-Hüseyni» adlı çox maraqlı kitabında imam Hüseyn (ə) müsibətində əza saxlayan heyətlər barəsində bir sıra məsələlərə toxunmuşdur. O, ağılın mizan və ülgüsünü təhrif və azğınlıqla mübarizədə əsas aparıcı qüvvə sayaraq deyir: «Bir sıra məsələlər vardır ki, (onu dəkr etmək üçün) dərs oxumağa ehtiyac vardır, təkcə dərs oxuyanlar onu dərk edirlər; dərs oxumayanlar onu dərk etməzlər...
    Amma bəzi məsələlər də vardır ki, bəşər onları sağlam bir fitrətlə dərk edir. Bunun üçün artıq mədrəsə, kitab və müəllim lazım deyil. Ağıla sahib olmaq kifayətdir! Buna sağlam fitrət lazımdır ki, bu da hamıda vardır. Peyğəmbərin (s) buyurduqları arasında cümlələrin ən fitrisi və püxtələşmişi var:
    اِنّما العمال با النیّات و اِنّما لِکلِِّ امرهٍ ما نَویَ
    «Əməl, niyyət və məqsədə bağlıdır.»
    Əgər məqsədsiz olaraq sizdən yaxşı və ya pis bir iş üz versə; o iş pis olduğu təqdirdə məsuliyyət daşımırsınız; yaxşı olduğu təqdirdə isə mükafat almayacaqsınız.
    Əgər bir şəxs gəlib sizə bu şəkildə bir yuxu və ya bir dastan danışsa, məsələn; «Filan şəxs bir zəruri hadisədə, özündən xəbərsizlik aləmində – heç bir kiçicik müsbət məqsəd daşımadan, hətta mənfi məqsədlə – bir iş yerinə yetirdi və bu əməl məqsədsiz olaraq onu əla-illiyyinə apardı və onun bütün günahlarını sildi» deyərsə, onu qəbul etməlisiniz?!
    Buna görə kitabmı oxumalıydıq? Ərəbcəmi bilməliydik?... Biz, Allahın verdiyi fitrətdən də istifadə etmirik.»
    QUŞCIĞAZIN OVÇUYA ÜÇ NƏSİHƏTİ
    Bir nəsihətli hekayəni nəql edirik: Bir kişi bir kiçik quşu ovladı. Quşcığaz dilə gəlib ovçuya belə dedi: «Mən sənin qarnını doyurmaram. Mənim arıq və kiçik bədənim sənin yarım vədəlik yeməyin qədər olmaz. Məni yemək fikrindən daşınsan, bunun qarşılığında sənə üç nəsihət verərəm: Birincisini sənin əlində, ikicisini azad olduqdan sonra ağacda və üçüncüsünü isə dağın başında deyəcəyəm!»
    Ovçu qəbul etdi. Quşcığaz birinci nəsihətini ovçunun əllərində dedi: «Əlindən çıxan şey üçün təəssüflənmə və qəm yemə!
    Ovçu onu azad etdikdə, quşcığaz uçdu və ağaca qonub dedi: «İkincisi budur ki, eşitdiyin hər bir şeyi ağılla tutuşdur; ağıl onu qəbul edərsə, qəbul et! Əks təqdirdə, qəbul etmə!
    Sonra quşcığaz dağa tərəf uçub ucadan dedi: «Bədbəxt! Məni əlindən çıxartdın. Mənim qarnımda iyirmi misqal dürr var idi!» Ovçu qəm və peşmançlığa qərq olvuş halda dedi: «Heç olmasa üçüncü nəsihətini de!» Quşcığaz cavab verdi: «Birinci və ikinci nəsihətlərə əməl etdin ki, üçüncüsünü də deyəm?! Əlindən çıxan üçün qəm yeyirsənsə, bil ki, mənim bütün bədənimin çəkisi iyirmi misqal deyil, iyirmi misqal dürr qarnımda necə ola bilər?!» Düşünmədən bir şeyə necə inanırsan?!
    Buna görə də, ağıl insanı həqiqətə tərəf yönəldən ən böyük hidayətçidir, bizi azmaqdan qoruyur.
    Ağlından düzgün istifadə etməyən şəxs həqiqi dindar olmaz, özünün şəri vəzifələrinə əməl edə bilməz. Çünki İslam ağıl dinidir.
    Müxtəlif rəvayətlərə görə, Allah-Təala insanların ağıl səviyyəsini mizan tutub, ona görə onlara mükafat-savab verir və ya cəzalandırır.
    ایّاک اُثیبُ و ایّاک اُعاقِبُ
    MÖVLƏVIDƏN BIR TƏMSIL: AĞIL ILƏ IY DUYMAQ
    Xurafat, qondarma və düz olmayan mətləbləri düz və səhih mövzulardan ayırmaq barədə Mövləvinin bir gözəl, hikmətli, əlbəttə bir az da pərdəsiz bir təmsili vardır ki, onu nəql edirik:
    Mövləvi deyir ki, itin qabağına bir tikə yemək atanda, çarəsiz, onu birbaşa yemir. Əvvəlcə onu iyləyərək öz zövqünə uyğun və zərərli olub-olmamasını yoxlayır.
    İnsan da bir məsələni eşitdiyi zaman onu ağlın-düşüncənin gücü ilə iyləməli, ağıl saflığından keçirməli, ağıla və şəriətə uyğun olub-olmamasını müəyyən etməli, «onun həqiqəti varmı və ya yoxmu» deyə düşünməlidir.
    İtə bir tikəni atsalar əgər,
    Əvvəlcə iyləyər sonradan yeyər.
    İt burunla iylər, insan ağılla,
    Saf-çürük eyləyər insan ağılla.
    Ustad Həsənzadə Amulilin dili ilə desək, «İlahi! Birinin güclü yaddaşı var, digərinin güclü həzm etməyi (yeməyi)! Xoş o şəxsin halına ki, yetgin ağlı var!»
    «MIN MƏNLIK QAPI» LƏTIFƏSI
    Burada həqiqətdən çox uzaq olmayan, ona bənzər hadisələrin müşahidə olunduğu bir lətifəyə işarə edək ki, yorğunluğun dəf olması və rəngarəngliyindən əlavə ondan lazımi dərs də alaq: Deyirlər ki, bir şəxs həzrət imam Əlinin (ə) qüvvət və qolunun gücünü vəsf edər, ona mədhlər deyərdi: «Əmirəlmöminin (ə) min mənlik Xeybərqapısını bir əli ilə yerindən götürdü.»
    O şəxs, başqa bir məclisdə dedi: «Həzrət Əmir (ə) yeddi yüz mənlik Xeybər qapısını bir əli ilə yerindən götürüb qaldırdı». Ondan soruşdular: «Bu necə olur ki, ikinci məclisdə dediyin əvvəlkindən üç yüz mənlə fərqlənir?» Cavabında dedi: «Birinci məclisdə qapını dördbucaqı ilə demişdim, ikinci məclisdə isə dördbucaqsız!»
    İnsan şübhəli və qeyri-adi bir mətləblə üzləşdikdə, öz ağlını qazi seçib o məsələnin ağıl və şəriətlə nə qədər uyğun olub-olmamasına baxmalıdır. Eşitdiyi hər bir şeyi, düşünmədən, kor-koranə qəbul və ya inkar etməməlidir. Bu, Quran və əhli-beyt (ə) ardıcılı olan bir müsəlmana yaraşmaz!
    Fikir uca, ürək də olarsa huşyar,
    Qollar qısadırsa, bunda nə qəm var?
    HEÇ BIR MÜSİBƏT AĞILSIZLIQ KIMI DEYIL!
    Xatırlananlardan ağıl-düşüncə tərəzisindən istifadə etməyin əhəmiyyəti və belə rəvayətlərin həqiqəti məlum olur:
    من كان عاقلاَ كان لَهُ دینٌ
    «Ağılı olanın dini də olar.»
    لا مصیبَةَ کَعَدَمِ العقل
    «Heç bir müsibət ağılsızlıq kimi deyil.»
    Belə hədislər olduğu halda yeri vardır ki, şair belə hiddətlə desin:
    Haqq yolunu cahil biləcək hardan,
    Nə zaman bacarıb keçəcək yoldan!?
    Yerində dolanır hey ələk-vələk,
    Dəyirman fırladır sanki bir eşşək
    Düşüncə insanla höccəti tamamlamış və Buna görə də, xəta, səhv üçün yer qalmamışdır.
    Kitabın mövzusunu imam Sadiqdən (ə) bir dua ilə sona çatdırırıq.
    االهمّ ... أرنی الحقّ حقاً حتّی اتبعه، و أرنی الباطل باطلا حتّی أجتنبه، و لا تجعلهما علّی متشابهین ... و اهدنی لما اختلف فیه من الحقّ باذنک، إنّک تهدی من تشاء إلی صراط مستقیم
    «Ey Allah! Haqqı olduğu kimi mənə göstər ki, onun arxasınca gedim. Batili olduğu kimi mənə göstər ki, ondan uzaqlaşım. Haqq və batili mənə seçilməz və anlaşılmaz etmə... həqiqətin müxtəlifləşdiyi yerlərdə izninlə mənə yolu göstər! Həqiqətən də, Sən, istədiyin şəxsi doğru yola yönəldirsən!
    Və ma tofiqi illa billah vəl-həmdulillah və səlləllahu əla Muhəmməddin və Alihit-tahirin.
    Category: Xurafat | Views: 1247 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024