İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 27 » Kitabın adı: Şübhə doğuran Suallar
    12:27 PM
    Kitabın adı: Şübhə doğuran Suallar
    SUAL 41-50
    Sual 41: Rəvayətlərə əsasən, zinadan doğulmuş şəxs nə kamala çata bilər, nə behiştə gedə bilər. Bu şəxsin zinada heç bir günahı olmadığı halda, nədənsə məhrum edilməsi Allahın ədalətinə uyğundurmu?
    Cavab: Həzrət Əli (ə) buyurur: "Ədalət hər işi öz yerinə qoymaqdır”.("Nəhcül-bəlağə”, h, 437. ) Bu tərifə əsasən, ilahi ədalət bütün mövcudların ali məqsədə uyğun xəlq edilməsindən ibarətdir. Beləcə, bizim yaşadığımız maddi dünya da varlıq aləminə hakim olan nizama tabedir. İxtilaflar, dəyişkənlik, hərəkət, təsir və əks təsir bu aləmin xüsusiyyətlərindəndir.
    Lakin insan bu dünyada bir sıra təsirlərə müqavimət göstərmək xüsusiyyətinə malik olan bir varlıqdır. Zinadan doğulmuş insan öz irsi nöqsanları ilə mübarizə apara bilər. Sözsüz ki, təbii meyllərlə mübarizə güclü müqavimət tələb edir. Amma Allah-taala bu sahədə müqavimət göstərib, müvəffəq olan insanları ikiqat mükafatlandırır. Valideynin günahı övlada təsir etsə də, bu övladın qarşısında iki yol var. O, təbii nöqsanlarına qarşı çıxıb, doğru yolu da seçə bilər. Allah yalnız bu seçim imkanını verdikdən sonra insanı sorğuya çəkir. Belə ki, iradəyə malik insan doğru yola yönəlməyə borcludur. Seçim imkanına, iradəyə malik insanın günaha görə cəzalandırılması Allahın ədalətinə zidd deyil.
    Sual 42: Seyyidlərin başqalarından üstünlüyü Allahın ədalətinə sığırmı?
    Cavab: Allahın ədaləti tələb edir ki, hər kəs etiqadına, əməllərinə, niyyətinə, danışığına və rəftarına görə qiymətləndirilsin. Əgər seyyidlər başqalarına nisbətən daha etiqadlı və abiddirlərsə, onların üstün tutulması Allahın ədalətinə tam uyğundur.
    Genetik baxımdan məsum imamlarla bağlı olan seyidlər üçün doğru yolu tutmaq daha asandır. Amma imamlarla bağlılıq hər şeyi həll etmir. Bəzi seyyidlərin yolunu azması genetik amilin yetərli olmadığını göstərir. Yolunu azmış seyyidlər də başqa azğınlar kimi cəzalandırılır. Doğru yolu tutmuş adi insanlar isə ilahi ədalətin tələbi ilə mərhəmətə qovuşur.
    Sual 43: Hər şeyin xəlq edəni varsa, Allahın xaliqi kimdir?
    Cavab: Hər mövcudun xaliqə, hər hadisənin səbəbə ehtiyaclı olması doğrudur. Amma belə bir qanunun bütün varlıqlara aid olmasına heç bir dəlil yoxdur. Allahın varlığını sübut edən dəlillər Onun ehtiyacsız olduğunu göstərir. Mütləq ehtiyacsız varlıq isə səbəbə də möhtac deyil.
    İslam fəlsəfəsində "vacibəl-vücud” və "mümkünəl-vücud” terminləri var. İnsan mümkünəl-vücuddur, yəni o olmaya da bilər. Allah isə vacibəl-vücuddur, yəni Onun olmaması mümkünsüzdür. Səbəbə ehtiyac, olmaması mümkün olan mövcudların xüsusiyyətidir.
    Demək, Allahın nəyə isə ehtiyaclı olduğu məlum olduqdan sonra Onun səbəbə ehtiyacı barədə danışmaq olar. Allahın ehtiyacsızlığı isə hələ ki, kimsədə şübhə doğurmur.
    Sual 44: Dini hökumət qurmaqda məqsəd ilahi qanunları hakim etməkdir, yoxsa dini cəmiyyət qurmaq?
    Cavab: Dini cəmiyyət dedikdə dinə inanan, dini sevən, dindar yaşayan bir cəmiyyət nəzərdə tutulur. Belə bir cəmiyyətdə dini dəyərlərə əhəmiyyət verilir, din əsasında hüquqi idarəçilik tənzimlənir, fərdi və ictimai münasibətlər dini qanunlarla müəyyənləşir. Yuxarıda deyilənlərdən məlum olur ki, dini hökuməti dini cəmiyyətdən ayrıca müzakirə etmək düzgün deyil. Dini hökumətin vəzifəsi dini cəmiyyət qurub, onu qorumaqdır. Yəni hakimiyyət son hədəf yox, cəmiyyətin xoşbəxtliyini təmin edən orta hədəf və ya vasitədir. İmam Sadiq (ə) buyurur: "İslamda vilayət (dini hakimiyyət) qədər diqqət mərkəzində olan ikinci bir məsələ yoxdur.("Biharul-ənvar” c.2, s-18.)
    Dini hökumətin zəruriliyinə dəlil olaraq bir neçə Quran ayəsinə nəzər salaq:
    "Hökm yalnız Allahındır, haqqı yalnız O bəyan edir. O ayırd edənlərin ən yaxşısıdır.”("Ənam” 57 )
    "Dünyada da, axirətdə də sitayiş Ona məxsusdur. Hökm Onundur.”("Qəsəs” 70. )
    "Onlar cahiliyyət dövrünün hökmünü istəyirlərmi? Yəqinliyi olan xalq üçün Allahdan daha yaxşı kim hökm verə bilər?!("Maidə”, 50.)
    "Məgər Allah hakimlərin ən üstünü deyilmi?!("Tin”, 8.)
    "Nəyin haqqında ixtilafda olsanız, onun hökmü Allaha aiddir.”("Şura”, 10.)
    "Allah sizə müfəssəl surətdə kitab nazil etdiyi halda, başqasını özümə hakim istəməliyəm?!("Ənam”, 114. )
    Sual 45: Dini hökumətə qarşı çıxan ruhaninin dəlili nədir?
    Cavab: Müasirimiz olan Mehdi Hairi dini hökuməti mənasız hesab etmişdir. Bu şəxs yalnız dövrümüzdəki dini hökumətləri inkar etməklə kifayətlənməyib, hətta İslam Peyğəmbərinin (s) qurduğu hökumətin də dini olmadığını iddia edir. O, öz "hikmət və hökumət” kitabında yazır:
    "İnsan azad yaşaya biləcəyi bir məkana ehtiyaclı və bağlıdır. Bu bağlılıq təbii şəkildə insanın həmin fəzaya sahib olmasını tələb edir. İnsan müştərək yaşayış üçün daha böyük fəzaya müştərək sahiblik hissinə malikdir. Bu sahiblik təbiidir və heç bir razılaşmaya ehtiyac yoxdur. Cəmiyyətin bütün fərdləri yer üzünün müştərək sahibləridir.
    Bir ərazidə hökumət qurmaq daha yaxşı yaşayışın təmini üçün vəkil seçməkdir. Əgər cəmiyyətdəki fərdlər bir şəxsin vəkilliyinə razı deyillərsə, çoxluğun seçimi əsas götürülməlidir.”
    Bu baxışlar təkcə din tərəfindən yox, bütün siyasi və hüquqi məktəblər tərəfindən inkar olunur. Məsələn, insan, Mehdi Hairinin iddiasının əksinə olaraq, sahibsiz torpaqdan başqa heç nəyi mülkiyyəti hesab edə bilməz. İddiaçı "müştərək yaşayış fəzası” dedikdə qeyri-müəyyən bir ərazi haqqında danışır. Bu fəzanın məhəllə, kənd, şəhər və ya bütün yer üzü olduğu bilinmir. Bu fəza hüquqi gücə malik deyil.
    Mehdi Hairi hökumət başçısını müştərək vəkil hesab edir. Hansı ki, insan istədiyi vaxt vəkildən imtina edə bilər. Belə bir hökuməti etibarlı hesab etmək olmaz.
    Alimin bütün iddialarının əsassızlığını sübut etmək, təəssüf ki, kitabın imkanlarından xaricdir.
    Sual 46: İmamətlə xilafət arasında nə kimi fərqlər var?
    Cavab: Bu sözlərin lüğət mənaları arasında elə bir fərq yoxdur. Amma tarixdəki imamət və xilafət cərəyanlarını müqayisə etsək, bu cərəyanlar arasında mühüm fərqlər olduğunu görərik.
    İstər imamət, istərsə də xilafət hakimiyyət növüdür. İmamlar Allah, xəlifələr isə insanlar tərəfindən təyin olunur. İslamda xilafətin dini hökumət olduğunu təsdiq edən heç bir mənbə yoxdur. İmamətin həqiqi dini hakimiyyət olduğu isə əqli və nəqli dəlillərlə sübuta yetir. Bəzi dəlilləri nəzərdən keçirək:
    -"...O (İbrahim) Allahın əmrlərini tamamilə yerinə yetirdi. Belə olduqda Allah ona buyurdu: Səni insanlara imam təyin edəcəyəm.”("Bəqərə”, 124. )
    −İslam Peyğəmbəri (s) buyurdu: "On iki imam bu ümmətə hakim olduqda onun işləri qaydasındadır.” ("Kənzül-ümmal”. )
    Həzrət Peyğəmbər (s): "Məndən sonra on iki canişinim var: birincisi Əli ibn Əbu Talib, sonuncusu Mehdidir (ə).("Fəraidül-səmteyn”.)
    Sual 47: Kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında hansı fərqlər var?
    Cavab: Orta əsrlərin kilsə hakimiyyəti ilə İslam hakimiyyəti arasında əsaslı fərqlər vardır. Kilsə təfəkkürünə əsasən, din siyasətdən ayrıdır. Əslində xristianlıq təlimində cəmiyyətin ictimai-siyasi həyatını tənzimləyəcək qanunlar mövcud deyil.
    Həzrət İsanın dilindən deyilən bir çox kəlamlar dinin dünyəvi hakimiyyətini rədd edir. Məsələn, İncildə Həzrət İsanın adından deyilir: "Mənim rəhbərliyim bu dünyaya aid deyil”; "Padşahın malını özünə, Allahın malını özünə verin”… Bəli, dini siyasətdən ayrı hesab edən bu günkü sekulyarizmin kökləri xristianlıq təlimindən rişələnir. Qeyd etməliyik ki, söhbət həqiqi İncildən yox, bu günkü təhrif olunmuş məsihilikdən gedir.
    Kilsə hakimiyyətinin əsas müddəalarından biri budur ki, hakim xalqın yox, yalnız Allahın qarşısında məsuldur. "Hakimə qarşı çıxmağa, ona iradını bildirməyə heç kəsin ixtiyarı yoxdur”, deyilir.
    İslam hökuməti isə öz ilahi təliminə əsasən, cəmiyyətin dünya və axirət səadəti üçün çalışır. Bu hökumət üçün əsas və nümunə İslam Peyğəmbərinin (s) qurduğu hökumətdir. İslamın hakimiyyətlə bağlı bütün sferaları əhatə edən konkret proqramları mövcuddur. O cümlədən:
    −hakimin şərtləri (xüsusiyyətləri);
    −daxili və xarixi siyasətin tənzimi;
    −cəmiyyət və hökumətin hüquq və vəzifələri;
    −iş yerlərinin təşkili, fəsadla mübarizə;
    −ictimai fəallığın təmini;
    −ilahi dəyərlərin aktuallığı;
    −ictimai qüdrətin qorunması və istiqamətləndiril-məsi.
    Sual 48: Dini hakimin hökuməti ilə peyğəmbər və imam (ə) hökuməti arasında fərq varmı?
    Cavab: Məqsəd cəmiyyətin səadəti olduğundan, bu hökumətlər ixtiyar nöqteyi-nəzərincə fərqlənmirlər.
    Bəs fərq nədədir? Məsələn, həzrət Peyğəmbər (s) insanların şəxsi işlərinə müdaxilə edə bilirdisə, dini rəhbərin ("vəliyyi fəqih”) belə bir səlahiyyəti yoxdur. Bəli, peyğəmbər və imamın mənəvi müqavimət haqqı var. Bu isə hökumətin vəzifəsi deyil.
    Sual 49: Xalq dini hakimiyyət istəmirsə, dini hakim nə etməlidir?
    Cavab: Dini hakimiyyət hakimin yox, xalqın ehtiyacıdır. Şübhəsiz ki, əxlaqsız həyat yaşayan şəhvətpərəst, şərabxor, kübar insanlar dini hakimiyyətə qarşı çıxasıdır. Bu etiraz kütləvi şəkil aldıqda cəmiyyət dini hakimiyyətdən məhrum olur. Çünki İslam dinində hakimiyyətin zorla qəbul etdirilməsinə icazə verilmir.
    Ümumiyyətlə, hökumətə dörd münasibət mövcuddur:
    −ilahi hökuməti xalqın qəbul etməsi (İslam peyğəmbərinin hökuməti)
    −qeyri-dini hökuməti qəbul etməsi
    −ilahi hökuməti xalqın qəbul etməməsi (imam Həsən (ə) məhz bu münasibətə görə hakimiyyətdən uzaqlaşdı)
    −qeyri-dini hökuməti xalqın qəbul etməməsi
    Bəli, əgər cəmiyyət kütləvi şəkildə dini rəhbərin səsinə səs vermirsə, zora əl atmaq caiz sayılmır.
    Sual 50: Dini hökumət diktaturanın bir növü deyilmi?
    Cavab: Diktaturanın bəzi xüsusiyyətlərini sadalayaq:
    −Diktatura heç bir sabit qanuna istinad etmir (İslamda isə Qurani-kərim kimi hidayət kitabı mövcuddur.)
    −İstənilən bir yolla hakimiyyətə çatmaq (İslamda xalqın istəyi əsas şərtdir.)
    −Canişin üçün heç bir maneənin olmaması (İslamda ən ləyaqətli insan rəhbər ola bilər.)
    −Cəmiyyətdə qorxunun hakimliyi (İslam hakimiyyəti insanları qorxu yox, inam kölgəsinə çağırır.)
    Həzrət Əli (ə) ərz edir: "Pərvərdigara, Sən özün yaxşı bilirsən ki, biz hakimiyyət, dünya malı arzusunda deyilik. Biz yalnız Sənin dinini ayağa qaldırmaq, diyarında islahat aparmaq istəyirik ki, məzlum bəndələrin amanda qalsınlar…”("Nəhcül-bəlağə”, x. 131. )

    SUAL 51-60
    Sual 51: Nə üçün imam Hüseyn (ə) Müaviyəyə qarşı qiyam qaldırmadı? Məgər Müaviyə öz oğlu Yəzid kimi zalım deyildimi?
    Cavab: İmam Hüseyn (ə) Müaviyənin hakimiyyəti dövrünə təsadüf etmiş on bir illik imamət dövründə (qəməri 49-60) ona çox müqavimət göstərmişdir. İmam öz məktublarından birində Müaviyənin cinayətlərini sadalayır, onun hakimiyyətini müsəlmanlar üçün ən böyük fitnə adlandırır. Həzrət (ə) Müaviyə hökumətinin qanuniliyini sual altına alaraq, ona qarşı cihadı ən yaxşı əməl hesab edir, bu cihadı tərk edənləri tövbəyə çağırır.("Əl-imamət vəl-siyasət”, c.1, s. 180. )
    Amma İmamın (ə) Müaviyəyə qarşı qiyam qaldırmasının köklərini tanımaq üçün imamın öz sözlərindən əlavə, bəzi tarixi təhlillərə nəzər salmağa məcburuq.

    SÜLH BARƏDƏ MÜQAVİLƏ
    İmam Hüseyn (ə) Müaviyənin məktublarına cavablarından birində onun imam Həsənlə (ə) bağladığı sülh müqaviləsini xatırlayır və bu müqaviləyə sədaqətli olduğunu bildirir. Maraqlıdır ki, Müaviyə həmin müqaviləni pozub Kufəyə daxil olduğu halda, nə üçün imam Hüseyn (ə) bu müqaviləni pozmaq istəmir? Əgər Müaviyənin sözlərinə diqqət yetirsək, onun bu müqaviləni pozduğunu hiss etmərik. O deyir: "Mən Həsənə bəzi şeylər vəd etdim.” Müaviyə, güman ki, verdiyi vədləri həmin müqavilənin şərti kimi qəbul etmədiyindən özünü həmin müqaviləyə sadiq bilir.
    Müaviyənin siyasi şəxsiyyətini imam Hüseynin (ə) siyasi şəxsiyyətindən fərqləndirmək lazımdır. Bu fərq Müaviyə ilə həzrət Əli (ə) arasında da mövcud idi. Müaviyə öz məqsədinə çatmaq üçün hər zaman yalan və hiyləyə əl atmağa hazır olmuşdur. Onun həzrət Əli ilə çarpışmaları dövründə belə hiyləgərliklər çox baş vermişdir. Osmanın qətli bəhanəsi, Təlhə və Zübeyrin qızışdırılması, Süffeyn döyüşündə Quran vərəqlərinin nizələrə sancılması, həzrət Əliyə (ə) tabe şəhərlərə gecə basqınları bu hiylələrin kiçik bir hissəsidir.
    Amma imam Hüseyn (ə) elə bir məktəbə bağlıdır ki, müvəffəqiyyətə çatmaq üçün istənilən vasitəyə (məsələn, hiyləyə) əl ata bilməz. Həzrət Əli (ə) "mən heç vaxt zülm-sitəmlə qələbə əldə etməyə hazır deyiləm” buyuruğu ilə əqidəsinə işarə edir.("Nəhcül-bəlağə”, x.125.) Bəli, məhz bu əqidəyə əsasən, imam Hüseyn (ə) qardaşı imam Həsənin (ə) Müaviyə ilə bağladığı müqabiləni poza bilmir.
    Həmin dövrün şəraitini də nəzərə almaq lazımdır. Müaviyə həmin vaxtlar Şamdan Yəmənədək ərazini əhatə edən İslam hökumətinin şəriksiz hakimi idi. Bu ərazinin istənilən bir nöqtəsində Müaviyənin siyasəti təbliğ olunurdu.
    Həzrət Əli ilə çarpışmalar zamanı Osmanın qətlinə səbəb olmuş fitnələrdə özünü günahsız tanıtdıran Müaviyə hətta bu qətlə qarşı çıxır, Şam əhlinə özünü Osmanın müdafiəçisi kimi tanıtdırırdı. İndi isə həzrət Əli (ə) də yox idi və Müaviyə öz istəklərini çox rahat həyata keçirirdi. Belə bir vaxtda imam Hüseyn (ə) müqaviləni pozub qiyam qaldırsaydı, Müaviyə çox rahatlıqla onu xəyanətkar kimi tanıtdırardı. Müaviyə ictimai fikri istədiyi tərəfə döndərə bildiyi bir zamanda imamın səsi xalqın qulağına çatmır, müqaviləni ilkin pozmuş Müaviyəni xalqa tanıtdırmaq üçün göstərilən səylər müvəffəqiyyətsizliyə uğrayırdı.
    Category: Şübhə doğuran Suallar | Views: 981 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024