İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 27 » Kitabın adı: Şübhə doğuran Suallar
    12:24 PM
    Kitabın adı: Şübhə doğuran Suallar
    MÜAVİYƏNİN NÜFUZU
    Həmin dövrdə Müaviyə xalq arasında, xüsusi ilə, şamlıların gözündə çox müsbət bir sima kimi tanınırdı. Müsəlmanlar Müaviyəni peyğəmbər səhabəsi, Peyğəmbərin (s) arvadının qardaşı kimi tanıyır və onun İslamın möhkəmlənməsində (Şam və Dəməşqdə) böyük rola malik olduğunu düşünürdülər.
    Hakimlik təcrübəsi və yaşının çox olması Müaviyəni imam Həsən (ə) və imam Hüseyndən (ə) daha çox nəzərə çarpdırırdı. Müaviyə imam Həsənə (ə) yazdığı məktublarda daha ləyaqətli olduğunu isbat etmək üçün bu iki xüsusiyyəti xatırladırdı. Bu iki xüsusiyyət Müaviyəyə imam Hüseynə qarşı daha çox manevr imkanları verirdi.
    MÜAVİYƏNİN SİYASƏTBAZLIĞI
    İmam Həsənlə (ə) sülh müqaviləsi bağladıqdan sonra Əhli-beytə zərbə vurmaq üçün bütün vasitələrə əl atan, hətta imam Həsənin (ə) şəhadətinə nail olan Müaviyə zahirdə özünü bu ailənin dostu kimi göstərir, onlara tez-tez hədiyyələr göndərirdi. İslam büdcəsindən (beytül-mal) göndərilən bu payları imamlar ona görə qəbul edirdilər ki, bu büdcəyə sahiblik və onun xərci məhz onların haqqı idi. Müaviyənin bu münasibəti o yerə gedib çıxır ki, ölüm astanasında oğlu Yezidə imam Hüseyni (ə) tapşırır, onu qətlə yetirməməyi tapşırır.
    Belə bir siyasətin səbəbləri aydındır. İmam Həsənlə sülhə nail olmuş Müaviyə öz hökumətini qanuniləşdirmiş, özünü qanuni xəlifə kimi tanıtdırmışdı. O, əlini imamın qanına açıq-aşkar bulaşdırmaqla nüfuzunu itirmək istəmirdi. Əksinə, özünü bu ailəyə yaxın verməklə daha çox nüfuz qazanırdı.
    Müaviyə imam Həsən (ə) və imam Hüseynə (ə) qiymətli bir hədiyyə göndərərkən onlara minnət qoyaraq belə yazmışdı: "Bilin ki, mən Hindin oğluyam. And olsun Allaha, məndən əvvəl sizə belə hədiyyələr verən olmayıb və məndən sonra da olmayacaq.” İmam Hüseyn (ə) ona belə cavab verir.” And olsun Allaha, nə səndən əvvəl, nə də səndən sonra heç kəs bizim kimi fəzilətli qardaşlara hədiyyə vermək imkanına malik olmayıb və olmayacaq.”("Tarixe ibn Əsakir”.)
    Digər bir tərəfdən Müaviyə tünd rəftarın ciddi reaksiyalara səbəb olacağını bilirdi. İmamlarla kəskin rəftar xalqın diqqətini Peyğəmbər (s) ailəsinə cəlb edər, Müaviyə hökumətinə nifrət yaradardı. Ən əsası Müaviyə həmin vaxt imam Hüseyn (ə) tərəfindən ciddi bir təhlükə hiss etmirdi. Beləcə, öz siyasəti ilə yaranmış mühiti yaşatmağa çalışırdı. Digər bir tərəfdən imam Hüseyn (ə) Müaviyə hökumətinin qeyri-qanuniliyini xalqa çatdırmaq üçün bütün fürsətlərdən faydalanırdı. İmam (ə) Müaviyəyə yazdığı məktublarda onun cinayət və bidətlərini xatırladır, Yezidin canişinliyinə etiraz edirlər.("Biharül-ənvar”,c 44, s. 212; Tarixe Yəqubi, c. 2,s 228.) Əlbəttə, imam gözəl başa düşürdü ki, Müaviyəyə qarşı qiyam onun təbliğatları nəticəsində xalq tərəfindən dəstəklənməyəcək.
    MÖVCUD ŞƏRAİT
    Bir qrup Kufəli imam Həsənin (ə) şəhadətindən sonra dərhal imam Hüseynə (ə) məktub yazıb onun əmrini gözlədiklərini bildirsələr də, imam mərkəzi Şam hökumətinin Kufəyə təsirindən və kufəlilərin həzrət Əli (ə) və imam Həsən (ə) ilə bir zamankı pis rəftarından xəbərdar idi. Belə bir şəraitdə qiyam qaldırmaq az saylı dostları qiyamçı kimi tanıtdırmaq və nəhayətdə məhv edilməkdən başqa nəticə verə bilməzdi. Yezidin hakimiyyəti dövründə isə vəziyyət tamam başqa idi.
    Sual 52: Nə üçün İmam (ə) Mədinədə qiyam qaldırmadı?
    Cavab: İmam (ə) Mədinədə olduğu vaxt Müaviyənin ölümü ümumi şəkildə elan olunmamışdı. Bundan əlavə hələ ki, xalq Yezid hakimiyyətinin necə olacağını dərk etmirdi. İmam Hüseyn (ə), Əbdüllah ibn Zübeyr, Əbdüllah ibn Ömər, Əbdürrəhman ibn Əbubəkr kimi şəxslər Yezidin şərabxor, itbaz və meymunbaz olduğunu bilsələr də, xalqın çoxu Müaviyənin təbliğatının təsiri ilə hələ o ölməmiş oğluna beyət etmişdilər.("Əl-imamət vəl-siyasət”, c. 1, s. 161-164.)
    İkinci bir tərəfdən Mədinə qiyam üçün münasib yer deyildi. Mədinə əhlinin böyük bir hissəsi Əhli-beyti sevsə də, bu sevgi fədakarlıq həddində deyildi. Maraqlıdır ki, beyəti pozanlarla da döyüş üçün Mədinə əhlindən kömək istəyən həzrət Əli (ə) də onlardan müsbət cavab almamışdı. Həzrət (ə) bir neçə minlik müxaliflərə qarşı dörd yüz nəfərlik dəstə ilə vuruşmağa məcbur olmuşdu.
    Həzrət Peyğəmbərdən sonra Mədinə Əbubəkr və Ömərin siyasətinə tabe olmuşdu. Belə ki, Peyğəmbərdən sonra Ömərin şurasında Mədinənin nümayəndəsi olan Əbdürrəhman ibn Of belə bir şərt qoydu: hökümət həzrət Əliyə (ə) bu şərtlə verilə bilər ki, o, Əbubəkr və Ömərin yolunu getsin. Lakin həzrət Əli (ə) bununla razılaşmadı.("Tarixe Yəqubi” , c.2,s. 162.)
    Həzrət Əlinin (ə) xilafətə çatmasında da Mədinə əhli elə də mühüm rol oynamadı. Müxtəlif İslam ölkələrindən, xüsusi ilə, Kufədən gələn mühacirlər Həzrətin (ə) xilafətini israr edirdilər.
    Qüreyşin müxtəlif qəbilələrindən olanlar, eləcə də, Mərvan və ailəsi kimi əməvi quldurları Mədinədə böyük nüfuza malik idilər. Şübhəsiz ki, bu adamlar imam Hüseynin (ə) hər bir hərəkətinə qarşı tədbir görürdülər.
    Kufə, Bəsrə, Şam kimi böyük şəhərlərlə müqayisədə Mədinənin əhalisi çox az idi. Bu cəmiyyətin kiçikliyi böyük və taleyüklü bir qiyam qaldırmaq üçün maneə idi.
    Tarixi gerçəkliklər sübut edirdi ki, Mədinə qiyam qaldırmaq üçün əlverişsiz yerdir. Bu şəhərdə mərkəzi hökumət əleyhinə qaldırılan qiyam elə əvvəcədən məğlubiyyətə məhkum idi. Qəməri tarixi ilə 63-cü ildə Mədinə də Yezid hökumətinə qarşı qaldırılmış qiyam az bir zamanda yatırıldı. Eləcə də H.Q. 165-ci ildə ələvi Məhəmməd ibn Əbdüllahın, H.Q. 169-cu ildə Hüseyn ibn Əlinin qaldırdığı qiyamlar məğlubiyyətə düçar oldu.
    Mədinə əhlinin keçmişi açıq-aşkar bildirirdi ki, onlar Əhli-beyti (ə) əməvi hökumətindən qorumağa hazır deyillər. İllər uzunu bu şəhərin minbərlərindən Müaviyənin təhriki ilə həzrət Əlinin (ə) lənətlənməsi, Mədinə hakimlərinin imama ünvanlanmış çirkin sözləri öz işini görmüşdü. Mədinə əhli deyilənlərin yalan olduğunu bilsə də, səsini qaldırmağa cürət etmirdi. Əməvi quldurlarının siyasətinə Əhli-beyt üzvləri, xüsusi ilə də imam Hüseyn (ə) müqavimət göstərirdi. Bununla belə, onlara yardım əli uzadan tapılmadı.("Biharul-ənvar”, c.44,s.211. )
    Mədinədəki əməvi hakimi Vəlid ibn Ütbə şəhəri ciddi nəzarət altında saxlayırdı. Bir qiyamla cilovu onun əlindən almaq mümkünsüz idi.
    Sual 53: Nə üçün imam Hüseyn (ə) Məkkəyə yola düşdü?
    Cavab: Əvvəlcə onu qeyd edək ki, imamın Mədinədən çıxmasının səbəbi Yezidin Mədinə hakiminə yazdığı məktub idi. Bu məktubda tələb olunurdu ki, Yezidin bir neçə müxalifindən, eləcə də imam Hüseyndən (ə) beyət alınsın və əks təqdirdə bu şəxslər azad buraxılmasın. Bir sözlə, bu şəxslər qeyd-şərtsiz Yezid hakimiyyətini tanımalı idilər.("Vəqətul-təf” s.75. )
    Vəlid ibn Ütbə özxoşuna əlini imamın qanına batırmaq istəməsə də, Mədinədə onu bu işə təhrik edən Mərvan ibn Həkəm kimi quldurlar vardı. Yeziddən məktub alan Vəlid Mərvanla məsləhətləşdiyi zaman Mərvan dedi: "Məncə, dərhal bu adamları Yezidə itaətə vadar etmək lazımdır. Əgər etiraz etsələr, onlar Müaviyənin ölümündən xəbər tutanadək hamısının boynunu vurmalısan.
    Çünki onlar Müaviyənin ölüm xəbərini eşidən kimi başlarına adam yığıb müqavimət göstərəcəklər.”
    Bu səbəbdən də, müqavimət və qiyam üçün Mədinədə münasib şərait görməyən İmam (ə) şəhəri tərk etmək qərarına gəldi. İmam Hüseynin (ə) Mədinədən çıxarkən oxuduğu Quran ayəsindən məlum olur ki, bu gedişin səbəbi şəhərdəki təhlükədədir. "Musa qorxu içində şəhərdən çıxaraq dedi: Pərvərdigara, məni bu zalım qövmün əlindən qurtar.”("Qəsəs” surəsi. ayə 21. )
    İmam (ə) Məkkəyə doğru hərəkət etmək qərarına gəldiyi vaxt hələ ki, başqa şəhərlərin əhalisi Müaviyənin ölümündən xəbərsiz idi. Hələ ki, Yezidə qarşı ciddi müxalifət başlamamışdı və İmam (ə) başqa şəhərlərdən, həmçinin Kufədən dəvət almamışdı. İmam (ə) hicrət üçün elə bir yer seçməli idi ki, orada öz baxışlarını rahatca bəyan edə bilsin. Seçiləcək yerdən imamın (ə) mövqeyi bütün İslam ölkələrinə yayılmalı idi.
    Məkkə şəhəri hər iki xüsusiyyətə malik idir. Bu şəhərdə asayiş hökm sürürdü. Kəbə bu şəhərdə olduğundan dünyanın hər yerindən müsəlmanlar ümrə və həcc əməllərini yerinə yetirmək üçün buraya axışırdılar. İmam Hüseyn (ə) burada müxtəlif qruplarla görüşüb, öz müxalifətçiliyinin səbəblərini açıqlaya bilər, İslam maarifini yaymaq imkanı qazanardı. Burada Kufə və Bəsrədən olan müsəlmanlarla əlaqə yaratmaq imkanı vardı.
    Qəməri tarixi 60-cı il, şəban ayının üçü, cümə axşamı Məkkəyə daxil olan imam zilhəccənin səkkizinədək şəhərdə fəaliyyət göstərdi.("Vəqətül-təf”, s. 147.)
    Sual 54: Nə üçün imam Hüseyn (ə) öz həcc əməllərini yarımçıq qoyub Məkkəni tərk etdi?
    Cavab: Fiqhi baxımdan, imam Hüseynin (ə) həcci yarımçıq qoyması fikri yanlışdır. İmam zilhəccənin səkkizinci günü Məkkəni tərk etdi. Hansı ki, həcc əməlləri Məkkədə ehram bağlamaqla və Ərəfatda dayanmaqla zilhəccənin doqquzuncu günü başlayır. Demək, İmamın (ə) həcci yarımçıq qoyması kimi məşhur söz həqiqətdən uzaqdır.
    Bəli, İmam (ə) Məkkəyə daxil olduğu vaxt fərdi ümrə əməllərini yerinə yetirmişdi. Amma fərdi ümrə həcc əməllərinə daxil olmaq deyil.("Vəsailüşşiə”, c.1 s. 246.)
    Sual 55: Məkkəni qəfil tərk etməyin səbəbi nə idi?
    Cavab: İmama (ə) yaxın olan bir çox şəxsiyyətlər ona Məkkədən çıxmamağı məsləhət görmüşdülər. İmamın (ə) bu adamlara verdiyi cavabdan aydın olur ki, o, Məkkədə qalmağı təhlükəli hesab etmişdir. İmam Hüseyn (ə) ibn Əbbasa buyurur: "Başqa yerdə öldürülmək Məkkədə öldürülməkdən daha yaxşıdır.”("Əlbidayətu vən-nəhayə”, c. 8, s. 159.)
    İmam Əbdüllah ibn Zübeyrə buyurur: "And olsun Allaha! Bir qarış Məkkədən kənarda öldürülmək mənim üçün bir qarış Məkkənin daxilində öldürülməkdən daha yaxşıdır. And olsun Allaha, istədiklərini almaq üçün canavar yuvasına sığınsam belə , çəkib çıxaracaqlar.”("Vəqətul-təf”, s. 152.)
    İmam (ə) qardaşı Məhəmməd Hənəfiyyə ilə söhbət zamanı Yezidin onu Allah hərəmində (Məkkədə) öldürmək məqsədini açıqlayır. Bəzi mənbələrdə bildirilir ki, Yezid imam Hüseyni (ə) öldürmək üçün Məkkəyə silahlı adamlar göndərmişdi.("Seyid ibn Tavus” lühuf. )
    Yuxarıda deyilənlərdən məlum olur ki, imam öz qanının axıdılması ilə Kəbəyə hörmətsizlik göstərilməsinə razı deyildi. İmam Hüseyn (ə) Əbdüllah ibn Zübeyrə buyurur: "Atam mənə nəql edib ki, Məkkənin ehtiramı oradakı bir qoça görə sındırılacaq. Mən o qoç kimi olmaq istəmirəm.”(İbn Əsir. ) Zaman gəldi ki, Əbdüllah ibn Zübeyr Məkkədə mövqe tutduğu üçün Yezid qoşunu şəhərə daxil olub, onun hörmətini sındırdı.
    Sual 56: Nə üçün imam Hüseyn (ə) qiyam üçün Kufəni seçdi?
    Cavab: Tarix boyu hər bir alim bu suala öz elmi səviyyəsi və qəbul etdiyi mənbələr əsasında cavab verib. Bu sualın cavabını ikiqat əhəmiyyətli edən bəzi məsələlər var:
    İmam Hüseyn (ə) öz siyasi-hərbi hərəkatında zahirən məğlub oldu. Bu məğlubiyyətin ilkin səbəbi qiyam üçün Kufənin seçilməsi idi.
    Əbdüllah ibn Cəfər (həzrət Zeynəbin əri), Əbdüllah ibn Əbbas, Əbdüllah ibn Müti, Məhəmməd Hənəfiyyə kimi şəxsiyyətlər imamın Kufəyə getməsinə etiraz edirdilər. Onlar kufəlilərin bir zaman həzrət Əli (ə) və imam Həsəni (ə) tənha qoymalarını xatırladırdılar.
    Bütün bunlara baxmayaraq İmam (ə) Kufəyə üz tutudu. İbn Xəldun kimi tarixçilər imamın bu seçimini siyasi səhv hesab etmişlər.("Müqəddimeye ibn Xəldun”, s. 211. )
    İbn Əbbas kimi şəxsiyyətlər bildirirlər ki, İmamın (ə) qarşısında Kufədən başqa Yəmən kimi seçimlər də var idi. İbn Əbbas imam Hüseynə (ə) deyir: "Əgər Məkkədən çıxmaq qərarın qətidirsə, Yəmənə tərəf get. Orada möhkəm qalalar var və Yəmən böyük yerdir. Sən oradan öz tərəfdarlarını və təbliğatçılarını başqa yerlərə göndərə bilərsən.”
    Nə üçün imam başqa seçimlərdən imtina etdi? İmamın (ə) uyğun seçimini qeyri-şiə tədqiqatçılar qiyamın hərbi nəticəsini əsas götürərək yanlış hesab etmişlər. Amma şiə alimləri İmamın (ə) hərəkətini təhlil edərək iki nəzəriyyə üzərində dayanmışlar: şəhadət istəyi və ya hakimiyyət istəyi.
    Sual 57: İmam Hüseyn (ə) şəhadət məqsədi ilə Kufəyə üz tuta bilərdimi?
    Cavab: Bu nəzəriyyənin tərəfdarları öz baxışlarını belə əsaslandırırlar:
    Şiə imamlarının hər biri öz ilahi vəzifələri ilə tanış olarkən vəzifələrinin şəhadətlə başa çatdığını görürlər.("Üsule-kafi”, c.2, s. 28-36. )
    İmam Hüseyn (ə) öz tarixçəsini açarkən belə bir vəzifə ilə üzləşdi: "Vuruş, öldur və bil ki, öldürüləcəksən. Bir dəstə ilə öz diyarından şəhadət üçün çıx və bil ki, onlar yalnız səninlə birgə şəhadətə çatacaqlar.” ("Üsule-kafi”, c2. s.28)
    Buna görə də elə əvvəlcədən Allahın istəyi İmamın (ə) şəhadəti olub və imam Allahın iradəsindən çıxa bilməyib. İraqa üz tutmamışdan qabaq yuxuda həzrət Peyğəmbər (s) Allahın istəyini Hüseynə (ə) bildirir. Məhəmməd Hənəfiyyə imamdan Kufəyə hərəkətinin səbəbini soruşduqda imam gördüyü yuxunu ona danışır.
    Bu nəzəriyyəyə görə, İmamın (ə) Kufəyə doğru hərəkətdə məqsədi şəhadətdir. Bu baxış İmamın (ə) nə üçün böyük şəxsiyyətlərin məsləhətlərinə qulaq asmadığını aydınlaşdırır. İmam Hüseyn (ə) Kufə əhlini hamıdan yaxşı tanıyırdı. İmam onlar tərəfindən şəhadətə yetiriləcəyini bilərək, öz qurbangahına doğru gedirdi.
    Amma bu şəhadətin məqsədi haqqında uyğun nəzər sahibləri arasında fikir ayrılığı var. Bəziləri bu şəhadəti insanların hidayəti (əmr be məruf və nəhy əz münkər) yolunda atılmış addım, İslam ağacının qanla suvarılması kimi dəyərləndirirlər. Bu qan hesabına İslam möhkəmləndi, Yezid (Bəni Üməyyə) rüsvay oldu, yetmiş il sonra bu dövlət süquta uğradı.
    Hissə qapılan digər bir qrup isə belə hesab edir ki, bu şəhadətin məqsədi bir növ Hüseyn (ə) ardıcıllarının günahlarının kəffarəsi, imamın öz şiələrinə şəfaətidir. Xristianlar da İsanın öldürülməsini eynən belə yozurlar.
    İmamın Kufəyə üz tutmasında məqsədin şəhadət olması nəzərinə bəzi iradlar da var:
    Belə bir məqsəd məsum imamların ideal olması ilə uyğun gəlmir. İmam Hüseyn (ə) buyurur: "Mən sizin üçün nümunəyəm”.("Tarixe Təbəri”, c.5, s. 403.)
    Həzrət Peyğəmbərin (s), əvvəlki imamların bu şəhadət barəsindəki sözlərini, eləcə də imamın öz şəhadətindən xəbərdarlığını qəbul etmək olar. Amma şəhadətin əvvəlcədən bilinməsi onun əsas məqsəd olması demək deyil. İmam Hüseyn (ə) qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətnaməsində deyir: "Mənim qiyamımda məqsəd babamın ümmətinin islahıdır. Əmr be məruf və nəhy əz münkər etmək qəsdindəyəm. İstəyirəm babam Peyğəmbərin (s) və atam Əli ibn Əbu-Talibin yoluna əməl edəm.”("Biharül-ənvar” c. 44, s. 329. ) Vəsiyyətnamədə sadalanan hədəflər arasında şəhadətdən danışılmadığı göz qabağındadır.
    Sual 58: İmamın (ə) İslam hökuməti qurmaq istəyi vardımı?
    Cavab: Belə bir baxış ilk dəfə şiələr arasında Seyyid Mürtəza(2. 355-436. ) tərəfindən bəyan olunmuşdur. İmamın (ə) Kufəyə doğru hərəkəti haqqında verilən suala alim belə cavab verir: "Ağamız Əba-Əbdillah (i. Hüseyn (ə)) yalnız öz qövmünün əhd və əqidəsinə əmin olduqdan sonra, hakimiyyəti ələ almaq üçün Kufəyə yola düşdü.("Şəhid Fateh”, s. 170.) Amma bu nəzəriyyə digər şiə alimləri arasında tərəfdar tapmadı. Şeyx Tusi, Seyid ibn Tavus, əllamə Məclisi kimi böyük alimlər bu baxışı rədd etdilər.(Həmin mənbə.)
    Dövrümüzün bəzi yazarları qeyri-şiələrin şübhələrinə cavab vermək üçün bir daha bu nəzəriyyəni diriltmək istəmişlər. Amma şəhid Mütəhhəri, doktor Şəriəti kimi şəxsiyyətlər uyğun nəzəriyyəni qəbul etməmişdir. Bu nəzəriyyəyə qarşı əsas irad imam Hüseynin (ə) qeyb elminin nəzərdən qaçırılmasıdır.
    Amma həmin nəzəriyyənin mahiyyəti, yəni islami hökumət qurmaq məqsədi ilə Yezidə qarşı qiyam qaldırılması Seyyid Ruhullah kimi yüksək şəxsiyyətlər tərəfindən təsdiq olunur. O, müxtəlif məqamlarda bu məsələyə toxunur, dini hökumət qurulması üçün İmamın (ə) səylərini müqəddəs Aşura qiyamının əsas məqsədlərindən biri kimi qeyd edir. Onun Nəcəfdəki çıxışlarından birinə nəzər salaq : "İmam Hüseyn (ə) Müslim ibn Əqili xalqı beyətə dəvət etmək üçün göndərdi. O, zalım hökuməti yıxmaq, islami bir hökumət qurmaq istəyirdi.”("Səhifəyi nur”, c. 1, s. 174. )
    Bu nəzəriyyənin isbatı üçün bir sıra dəlillər gətirilir:
    Mədinədən çıxarkən İmamın (ə) sadaladığı üç hədəf (islah, əmr be məruf, Peyğəmbər və Əli (ə) yolunun davamı) uyğun nəzəriyyənin ən tutarlı dəlilidir.("Biharul-ənvar”, c. 44.s.329. ) Əlbəttə ki, ən böyük islah islami hökumət qurulması sayəsində mümkün olur. Əmr be məruf və nəhy əz münkərin (yaxşıya əmr, pisə qadağa) ən ali dərəcəsi islami hökumətə xas bir işdir. Yalnız İslam hökumətində şəri hakim səlahiyyət sahibi olur. İkinci bir tərəfdən, imam Peyğəmbər (s) və Əlinin (ə) yolunu xatırlatmaqla onların hakimiyyətinə işarə edir.
    Kufəlilərin hazır qoşunu və imama ehtiyacdan danışan məktubu bir daha sübut edir ki, onlar Yezid hökumətini qeyri-qanuni bilir və İmamın (ə) Kufəyə gəlib hökumət qurmasını istəyirdilər. Həzrət onların istəyinə cavab olaraq Kufəyə doğru hərəkət etdi. Kufənin şiə başçılarının yazdığı bir məktubda belə deyilir: "Bizim rəhbərimiz yoxdur. Bizə tərəf gəlsən, ümid var ki, Allah sənin vasitənlə bizi haqqa çatdıra…”("Vəqətul-təf”, s.92.)
    İmamın Müslim ibn Əqil vasitəsi ilə Kufəyə göndərdiyi ilk cavabda imamət və hökumətin təşkili məsələsinə toxunulur. İmam (ə) buyurur: "Mən bütün dediklərinizi anladım. Birinci sözünüz budur ki, bizim rəhbərimiz yoxdur.” İmam qərara gəlir ki, Müslim Kufəyə gedib, onların istəyini təsdiq etdikdən sonra Kufəyə üz tutsun.("Vəqətul-təf”, s. 91. )
    İmam (ə) öz məktubunda şəriət hökmlərinin bəyanından yox, hökumət məsələlərindən danışır. İmam (ə) yazır: "Yalnız o şəxs imam kimi tanına bilər ki, Allahın kitabını bilsin, ədaləti bərpa etsin, həqiqətə bağlansın və bütün səylərini Allahın yoluna yönəltsin.”(Həmin mənbə. )
    Müslim ün Kufədəki fəaliyyəti, kufəlilərdən beyət alması, beyət edənlərin siyahısının tutulması bir daha imam Hüseynin (ə) Kufədə hökumət qurmaq məqsədini açıqlayır.
    Bəni-Üməyyə tərəfdarlarının Yezidə yazdıqları məktublarda Kufədə Müslim tərəfdarlarının artmasından duyulan həyəcan öz əksini tapır. Onlar Kufənin əldən çıxacağından qorxurlar. Məktublardan birində deyilir: "Əgər Kufəyə ehtiyacın varsa güclü bir şəxsi oraya hakim göndər ki, əmrini yerinə yetirib, düşməninlə sənin kimi rəftar etsin.”(Bəq’ətul-təf, səh.101. )
    Kufəlilərin imamı (ə) istəməsi barədə Müslim ün ona göndərdiyi xəbər bu müddəanın tutarlı dəlillərindəndir. İmam (ə) yoldan kufəlilərə yazıb, Qeys ibn Müsəhhər vasitəsi ilə göndərdiyi məktubda onların daha ciddi çalışmalarını istəyir. Məktubda buyurur: "Müslim dən məktub aldım ki, bizə gömək etməyə və haqqımızı düşməndən almağa hazırsınız. Allahdan istəyirəm ki, işimizi xeyrə döndərsin və sizə böyük mükafat əta etsin. Həmin məktubdan sonra zilhəccənin səkkizinci günü Məkkədən çıxıb, sizə doğru hərəkət etdim. Mənim elçim sizə yetişən kimi sürətlə hazırlaşın, işinizdə ciddi olun. Mən tezliklə sizinlə görüşəcəyəm.”("Əl-irşad”, 418. )
    Sual 59: İmam Hüseyn (ə) başına nə gələcəyini bilirdimi?
    Cavab: Şiə əqidəsinə görə 12 məsum imamın hər biri qeyb aləmindən xəbərdardır. Yəni onlar başlarına nə gələcəyini əvvəlcədən bilirdi. İmamın (ə) hökumət qurmaq istəyində olmasını inkar edənlər məhz bu əqidəyə əsaslanır. Onların fikrincə, imam (ə) şəhadətə yetişəcəyini bildiyindən hökumət istəyində ola bilməzdi. Həzrət imamın (ə) hökumət istəyində olması onun qeyb aləmindən xəbərdarlığı və heç vaxt səhvə yol verməməsi inamlarımızla uyuşmur.
    Bununla belə, imam (ə) öz şəhadətindən xəbərdar ola-ola da hökumət qurmaq məqsədində ola bilərdi. Əgər islami hökumət qurmaq imam (ə) üçün vəzifə idisə, o, işin nəticəsindən asılı olmayaraq vəzifəsini yerinə yetirməli idi. Həqiqət yolunda hərəkət edən insan zahirən məğlub olsa da, onun cəhalət üzərində qələbəsi əbədidir.
    Əgər siyasi bir şəxsiyyət şəraiti tam araşdırdıqdan sonra hərəkətə başlayırsa və qəfildən onun qarşısına gözlənilməz bir maniə çıxırsa, bu şəxsi səhv buraxmaqda ittiham etmək olmaz.
    Bizim əqidəmizə görə, imam Hüseyn (ə) Kufənin vəziyyətini gözəl bildiyi üçün Müaviyə dövründə kufəlilərin çağırışını rədd etdi. Hətta qardaşı Məhəmməd Hənəfiyyəyə icazə vermədi ki, həmin məktuba müsbət cavab göndərsin.("Əl-bidayatu vən-nəhayət”, c. 8, s. 163.)
    İmam (ə) bu dəfə də onlara inanmadığından əmisi oğlu Müslim ibn Əqili vəziyyəti öyrənmək üçün Kufəyə göndərdi. Müslim bir aydan çox Kufədəki vəziyyəti araşdırıb, imamın gəlişinin münasib olduğunu xəbər verdi. Yalnız bundan sonra həzrət Kufəyə üz tutdu. İmamın (ə) Məkkədən tələsik çıxması isə oradakı təhlükə ilə bağlı idi.
    Bu zaman Nöman ibn Bəşirin yerinə Übeydullah ibn Ziyadın Kufə hakimi təyin olunması o qədər gözlənilməz oldu ki, heç bir siyasətçi bu hadisəni qabaqcadan hiss edə bilməzdi. Vəziyyət zahirən, baş verənlərin əksinə idi. Çünki Yezidin ibn Ziyadla çox pis münasibətdə olduğu, hətta onu Bəsrə hakimliyindən kənarlaşdırmaq istədiyi barədə söhbətlər gəzirdi. Bəzi mənbələrdə bu münasibət haqqında belə deyilir: "Yezid, ibn Ziyada ən düşmən adam idi.”("Təzkirətul-xass”, s. 138. ) Əgər Müslim və ətrafındakılar da ibn Ziyad kimi təzyiq və hədə-qorxuya əl atıb, iqtisadi, siyasi, ictimai və psixoloji amillərdən istifadə etsəydilər, Kufədə qələbə qazana bilərdilər. Qeyd edək ki, Haninin evində Müslim ün ibn Ziyadı öldürmək imkanı vardı.
    Bəli, imam Hüseyn (ə) Kufə əhlini ibn Əbbas kimilərdən qat-qat yaxşı tanıyırdı. İbn Əbbas yalnız keçmişdə baş verənlərə istinad edirdisə, imam (ə) öz dövründən də agah idi. İmamın (ə) Kufədə şəxsi nümayəndəsi olduğu üçün onun məlumatları daha etibarlı sayılmalıdır.
    Həmin vaxt Kufənin şəraiti iyirmi il əvvəlkindən o qədər fərqlənirdi ki, Kufəlilər imam Hüseynə (ə) qoşulmaq üçün hazırlıqlarını bildirirdilər. Onların bu mövqedən çəkiləcəyi ehtimal olunmurdu. Çünki Kufə Şamla rəqabətdə mərkəzlik mövqeyini itirmişdi. Əməvilərin Kufəni tənəzzülə uğratmaq siyasəti kufəliləri vadar edirdi ki, itirilmiş əzəməti geri geri qaytarmaq üçün tədbir görsünlər. Əməvi hökumətinin kufəlilərə, xüsusi ilə Kufə şiələrinə qarşı sərt münasibəti onları ciddi qərarlar qəbul etməyə vadar edirdi. Kufəlilər Yezidin şəxsiyyətini tanıdıqlarından imam Hüseynin (ə) rəhbərliyinə nail olmağa çalışırdılar.
    Atası Müaviyə ilə müqayisədə çox-çox zəif görünən təcrübəsiz Yezidin şəxsiyyəti Kufədə yeni bir hökumətin qurulması ehtimalını gücləndirən amillərdən idi.
    Bəli, imam Hüseyn (ə) qarşıda onu gözləyən hadisələrdən xəbərdar idi. O, şəhadətə doğru hərəkəti ilə mənfur əməvi rejimini rüsvay edərək tarixi bir qələbə qazandı. Əgər gözlənilməz maneələr yaranmasaydı, zahiri qələbə də əldə edilərdi.
    Sual 60: İmamın (ə) şiə keçmişə malik Yəmənə üz tutmamasının səbəbi nədir?
    Cavab: İbn Əbbas kimi şəxsiyyətlər imama (ə) qiyam üçün daha münasib olan Yəmənə getməyi məsləhət görüblər. İmamın bu təklifi qəbul etməməsini səbəblərini anlamaq üçün bir neçə məsələyə nəzər salmaq lazım gəlir:
    1. Yəmən əhli Peyğəmbər zamanından həzrət Əliyə (ə) xoş münasibətdə olsalar da, heç vəchlə onları şiə mərkəzi kimi tanınmış Kufə əhli ilə müqayisə etmək olmaz.
    2. Həzrət Əli (ə) hökuməti dövründə Müaviyənin azsaylı dəstəsinin qarşısında geri çəkilib, öz başçıları Übeydullah ibn Əbbası tənha qoyan həmin yəmənlilər idi. Çarəsizlikdən Übeydullah Kufəyə qaçdı. Müaviyənin qansız silahlıları şəhəri işğal edib, Übeydullahın iki körpəsini də daxil olmaqla əhalinin bir hissəsini qətlə yetirdilər.("Əl-kamil fit-tarix”, c.2s. 431. )
    3. Həmin vaxt Yəmən İslam məmləkətinin mərkəzi şəhərlərindən sayılmırdı. Kufədə olan tərəfdarlarla müqayisədə Yəməndəki tərəfdarlar olduqca az idi.
    4. Həzrət Peyğəmbərin (s) vəfatından sonrakı ilk aylarda Yəmən əhli arasında İslamdan üz döndərənlər çox oldu. Onların bu hərəkəti Yəmən əhli haqqında mənfi təsəvvür yaratmışdır. Əgər imam Hüseyn (ə) öz qiyamı üçün Yəməni mərkəz seçsəydi, həmin mənfi təsəvvür əməvilər tərəfindən qiyamı gözdən salmaq üçün istifadə oluna bilərdi.
    5. Yəmənin digər şəhərlərdən uzaq olması qiyamın rahatlıqla yatırılmasına şərait yaradırdı.
    6. İmam Hüseyn (ə) yəmənlilərdən ciddi bir dəvət almamışdı. Kufəlilərdə imama olan münasibətin yəmənlilərdə yüzdə biri yox idi.
    Category: Şübhə doğuran Suallar | Views: 990 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024