İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 27 » Kitabın adı: Şübhə doğuran Suallar
    12:22 PM
    Kitabın adı: Şübhə doğuran Suallar
    SUAL 61-70
    Sual 61: İmam Hüseyni (ə) böyük həvəslə Kufəyə dəvət edənlər nə üçün ondan üz döndərdilər?
    Cavab: Kufədən imama gələn dəvət məktubları o qədər çox idi ki, Kufədə inqilabi əhvali-ruhiyyə olduğunu güman etməyə əsas vardı. Məktubların sayı on iki mini keçmişdi.("Biharul-ənvar”, c,44 s. 344.)Amma hadisələrin gedişatından məlum olur ki, bu məktubların böyük bir hissəsi maddi təmənnalı insanlar tərəfindən yazılıbmış. Bu admların çoxu Yezidin təzyiqləri və şirin vədlərindən sonra imam Hüseynə (ə) qarşı mövqe tutdular. Bəli, bu adamların qəlbi imam Hüseynə meyl etdiyi halda, qılıncları ona doğru uzanmışdı.("Tarixe Təbəri”, c. 4, s. 306. )
    İmamı dəvət edənlər arasında Həbib ibn Məzahir kimi xalis şiələr azlıq təşkil edirdi. Kufə əhlinin çoxunu imama üz tutmağa vadar edən son iyirmi ildə əməvilərdən gördükləri zülm-sitəm idi. Bəziləri isə, sadəcə, Kufənin əvvəlki əzəmətini geri qaytarmaq üçün imamın (ə) gəlişini dəstəkləyirdilər.
    İmamı dəvət edənlər arasında öz nüfuzunu qorumaq uğrunda çalışan qəbilə başçıları da vardı.
    İbn Ziyad Yezidin əmri ilə Kufəyə daxil olduqdan sonra rahat nəfəs alan Əməvi tərəfdarları onun başına toplaşdılar. İbn Ziyad Kufəyə daxil olan xalqın an imam Hüseynə (ə) olan rəğbətini hiss etmişdi. O, şəhərə başında qara əmmamə, üzü örtülü şəkildə girdiyindən əhali onun imam Hüseyn (ə) olduğunu zənn edib, qarşılamağa çıxmışdı.("Vəqətül-təf”, s.109. )
    Təhlükəni dərindən hiss edən ibn Ziyad Bəsrə təcrübəsini işə salaraq, tərəfdarlarının köməyi ilə qiyamı yatırmaq üçün fəaliyyətə başladı. Qəddar hakim üçün həqiqi şiələrin azlıq təşkil etdiyi cəmiyyəti susdurmaq çətin olmadı.
    Sual 62: İbn Ziyad Kufə əhlini necə susdurdu?
    Cavab: İbn Ziyad mənfur Yezid rejiminə qarşı çıxan xalqı susdurmaq üçün üç istiqamətdə siyasi gedişlər etdi:
    1. Psixoloji hücumlar.
    İbn Ziyad hədə-qorxu və şirnikdirmə ilə müşayiət olunan bu siyasətə Kufəyə girdiyi andan başlamışdı. O, Kufənin came məscidindəki ilk çıxışında özünü itaət edənlərə mehriban ata kimi təqdim edib, itaət etməyənlərə qılıncının qəbzəsini göstərdi.("Vəqətul-təf”, s. 110.)
    Şam qoşununu yada salıb, onun Kufəyə doğru hərəkətindən danışan ibn Ziyad qiyamçıları qorxudurdu. İmamın (ə) nümayəndəsi Müslim qəsrdə onu mühasirəyə aldıqdan sonra bu metod daha çox təsir göstərirdi. (həmin mənbə) Kufəlilər imam Həsənin (ə) Müaviyə ilə sülh müqaviləsindən sonra (Şam qoşunu ilə son qarşılaşma) bu qoşun haqqında düşünərkən sıxılır, onunla qarşılaşmaq üçün özlərində güc görmürdülər. Bu təbliğat hətta qapalı qadın cəmiyyətinə də tə’sir etmişdi. Belə ki, qadınlar öz qardaşlarını və ərlərini Müslim ün qoşunundan kənarlaşdırırdılar. Məhz bu təbliğat nəticəsində, günorta ibn Ziyadın olduğu qəsri dörd min nəfərlə mühasirəyə alan Müslim axşama yaxın Kufə küçələrində tənha qalmışdı.
    2. İctimai gedişlər.
    Hələ də qəbilə münasibətləri möhkəm olduğundan, qəbilə başçıları güclü ictimai nüfuza malik idilər. Onların çoxu imamın (ə) Kufəyə dəvət olunmasında fəal iştirak etmiş, sonra isə Müslim ə qoşulmuşdular. Lakin bu adamlar öz məqamlarını qorumaq üçün çalışdıqlarından, ibn Ziyadın hədə-qorxularından sonra ona qoşulmağı daha münasib bildilər. İbn Ziyad onları öz ətrafına toplamağın yolunu yaxşı bilirdi. O, hədə-qorxu ilə yanaşı, rüşvətdən istifadə etməklə qəbilə başçılarını özünə tərəf çəkdi. Kufədən çıxıb imamın dəstəsinə qoşulmuş Müctəme ibn Əbdullah Aizi Kufədəki vəziyyət barədə imama (ə) bunları bildirdi: "Kufə başçılarına xeyli rüşvət verib, çüvallarını doldurdular. Onların dostluğunu və xeyirxahlığını ələ aldılar. Onlar hamısı sənə qarşıdır.”("Vəqətül-təf”, s. 174)
    Übeydullah ibn Ziyadın ələ aldığı ikinci nüfuzlu qüvvə "ərif”lər oldu. Qəbilələr Kufədə məskunlaşdığı vaxt "ərif” məqamı dövlət vəzifəsi həddinə gəlmişdi. Onlar Kufə hakimi qarşısında cavabdeh hesab olunurdular. Onların mövqeyi qəbilə başçısı tərəfindən yox, hakim tərəfindən müəyyənləşirdi. Bu adamlar hökumətlə xalq arasında körpü rolunu oynayırdı.
    Hər bir ərif xüsusi dəftərdə nəzarəti altında olanların adını qeyd edir və bu adamları hamıdan yaxşı tanıyırdılar.
    İbn Ziyad ilk çıxışından sonra ərifləri qəsrə toplayıb dedi: "Siz gəlmələrin və Yezid müxaliflərinin siyahısını hazırlayıb verməlisiniz. Eləcə də şübhəli adamlar haqqında məni məlumatlandırmalısınız. Mənim əmrimə itaət edənlərlə işimiz olmayacaq. Amma deyilən siyahını yazmayanlar dəftərlərindəki adamlara cavabdeh olacaq. Əgər bir ərifin dəftərindəki adam bizə qarşı çıxsa, ərifin özünün malı və qanı bizə halaldır. Hansınızın dəftərində qiyamçı adı tapılsa, onu evindəcə dara çəkəcəyik…”("Vəqətül-təf”, s. 11. ) İbn Ziyadın bu çıxışından sonra əriflər öz adamlarına ciddi nəzarət etməyə başladılar.
    3. İqtisadi gedişlər
    Həmin dövrdə xalqın əsas dolanışıq mənbəyi hökumətin verdiyi ianələr idi. Bu ianələr əhalinin iranlılara qarşı müharibədə iştirakı müqabilində təyin olunmuşdu. Bu ianələri almaqda davam edən ərəblər heç bir işə maraq göstərmirdilər. Onlar işləməyi özlərinə sığışdırmırdılar. Kufəlilər hökumətdən nağd puldan, əlavə xurma, buğda, arpa, yağ və sair yardımlar alırdılar. Bu ianələr ərəbləri tam şəkildə dövlətdən asılı edirdi. Ümumiyyətlə, bütün müstəbid hökumətlər xalqın bu zəif nöqtəsindən ustalıqla istifadə edirlər.
    Müslim , ibn Ziyadın qəsrini mühasirəyə aldığı vaxt o, Müslim ün ətrafındakılara elan etdi ki, dağılışıb gedənlərin ianəsi artırılacaq, qiyam davam etsə, iaənələr kəsiləcək. İbn Ziyad bu gedişi ilə otuz minlik Kufə qoşununu imam Hüseynə qarşı müharibəyə vadar etdi. Hansı ki, qoşundakıların çoxu qəlbən imama bağlı idi.
    İmam Hüseyn (ə) bu gedişləri yaxşı dərk edirdi. Həzrət (ə) Aşura günü kufəlilərə üz tutub dedi: "Hamınız mənə qarşı çıxıb, sözlərimi dinləmirsiniz. Çünki sizə verilən ianələr haramdandır, qarınlarınız haramla dolub. Bu səbəbdən də qəlbləriniz möhürlənib.("Biharul-ənvar”, c.45,s.8. )
    Sual 63: Doğrudanmı, imam Hüseyn (ə) və onun ətrafındakılar Kərbəlada susuz saxlanıldı?
    Cavab:Mötəbər tarixi məlumatlardan bəlli olur ki, imamın (ə) şəhadətindən üç gün qabaq (məhərrəmin yeddinci günü) ibn Ziyaddan Ömər ibn Sədə belə bir əmr gəldi: "Hüseynlə suyun arasını kəs, bir damla da içməyə qoyma.” Bu əmr vaxtilə Osmana su verilməməsinin intiqamı kimi təqdim olunurdu. (Hansı ki, Osmanın evini mühasirəyə almış izdihamı yarıb ona su aparan Həzrət Əli (ə) idi.
    Tezliklə bu əmri alan ibn Səd, Əmr ibn Həccacı beş yüz atlı ilə Fərat çayının qarşısını kəsmək üçün göndərdi. Bu iki-üç gün ərzində imam (ə) və onun köməkçiləri suya yol tapmaq üçün xeyli səy göstərdilər. Çünki qaynar səhrada qadın və uşaqların da olduğu karvanın susuzluğa dözməsi olduqca çətin idi.
    Bəzi məlumatlarda belə bildirilir: "İmam Hüseyn (ə) öz düşərgəsində quyu qazmağa başlamışdı. Bu xəbər İbn Ziyada çatan kimi İbn Sədə əmr olundu ki, bu işin qarşısını alsın.
    Məlumatlarda bildirilir ki, həzrət Əbbas (ə) otuz süvari və iyirmi piyada ilə (bayraqdar, Nafe ibn Hilal olmaqla) Fərata həmlə etdi. Onlar Əmr ibn Həccacın dəstəsi ilə vuruşub, iyirmi məşk su götürməyə müvəffəq oldular.("Vəqətul-təf”,s. 152. ) Bu mə’lumatda dəqiq vaxt göstərilmir.
    Bəzi məlumatlarda nəql olunur ki, Aşura günü imam (ə) öz bacısı Zeynəbin üzünə su çilədi. Çünki şəhadətin yaxınlaşdığı barədə imamın (ə) oxuduğu şeri eşidən Zeynəb özündən getmişdi.("Tarixe Yəqubi” c. 2, s. 244.) Bu məlumat Aşura axşamı düşərgədə su olduğunu bildirir. Əllamə Məclisi Aşura günü sübh düşərgədə hətta içmək üçün su olmadığını inkar edir. İmam öz səhabələrinə buyurur: "Qalxın su için, bu sizin dünyada son azuqənizdir. Dəstəmaz alın qüsl verin, paltarlarınızı yuyun, onlar kəfəniniz olasıdır”. Sonra imam sübh namazını onlarla cəm şəkildə qıldı.”("Biharul-ənvar”, c. 44 s. 317. )
    Deyilənlərdən belə məlum olur ki, Aşura günü sübh su ehtiyatı qurtardıqdan sonra yenidən su əldə etmək mümkün olmadı. İmam (ə) və onun ətrafındakılar şəhadətə çatanadək susuzluqdan əziyyət çəkdilər.
    İbn Sədin qoşunundakılardan biri rişxəndlə dedi: "Ey Hüseyn, ey Hüseyn dostları görürsünüzmü, Fəratın suyu ilan qarnı tək necə işıldayır! And olsun Allaha, ölənədək bu sudan bir damla içməyəcəksiniz!”("Biharul-ənvar”, c.44,s 317. )
    Hürr də Aşura günü kufəliləri nəsihət edərkən suyun qabağını kəsdikləri üçün onları qınayır.("İnsab- əşraf”, c. 44, s. 317.)
    Bir çox mənbələrdə imamın (ə) su üçün səyləri, Şimrin suyun qarşısını kəsməsi, imamın ona nifrini haqqında danışılır.("Biharul-ənvar”, c. 45,s. 51. )
    Əllamə Məclisi bir rəvayətdə imamın (ə) Əbbası su üçün Fərata göndərməsi və Əbbasın bu yolda şəhadətə yetirilməsi barədə məlumat verir.("Biharul-ənvar”, c. 45, s. 41, 42.)
    Sual 64: İmam Hüseyn (ə) öz düşmənlərindən su istəmişdirmi?
    Cavab: Aşura gününün birinci yarısında köməkçiləri, ailəsi və özü susuzluqdan əzab çəkən imamın (ə) düşməndən su istəməsi haqqında mötəbər mənbələrdə heç bir məlumat yoxdur. Susuzluq mövzusu məddahların təsvir etdiyi səviyyədə heç bir mənbədə göstərilməyib. İmamın (ə) Aşura günü oxuduğu şerlər, dilindən qopan sözlər misilsiz izzət və şərəfi təcəssüm etdirir. İmamın (ə) məşhur bir bəyanına nəzər salmaqla hər şey aydın olur: "Agah olun ki, zinazadə oğlu zinazadə (İbn Ziyad) bizi iki yol arasında qoydu. Ya siyrilmiş qılıncla döyüşə girməli, ya da Yezidə beyət etməklə zillət libasına bürünməliyik. Amma zillət bizdən çox uzaqdır. Allah, Onun rəsulu, möminlər, pak ağuşda böyüyənlər və qeyrətli kişilər rəva bilməzlər ki, biz alçaq adamlara itaəti izzətli ölümdən üstün tutaq”.
    Bəzi əzadarlıq məclislərində imam Hüseyn (ə) inqilabının izzət və şərafəti sönük təsvir olunur. Sanki insanlarda imamın halına acımaq hissi təlqin edilir. İnsanları həyəcanlandırmaq üçün həqiqətə uyğun olmayan səhnələr canlandırılır.
    Bu sayaq əsassız və yalan məlumatlara bir misal çəkək: "İmam (ə) ibn Sədin yanına gedib üç şey istədi. Onun ikinci istəyi bu oldu: "Mənə bir az su verin, ciyərim susuzluqdan yanır” İbn Səd imamın istəyini alçaqcasına rədd etdi.”("Əlmuntəxəb”, s. 439. )
    Bəli, belə sözlər daşı da ağlatmağa qadir olsa, imamın izzət və şərəfinə zərbə vurur.
    Sual 65: İmam Hüseyn (ə) şəhadətə yetdikdən sonra onun kəsilmiş başı harada dəfn olundu?
    Cavab: İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması haqqında müxtəlif fikirlər var. Kərbəla, Nəcəf, Kufə, Mədinə, Şam, Rəqqə, Misir həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlərdir.
    Onun Kərbəlada dəfn olunması şiə alimlərinin nəzərincə ən düzgün fikirdir. Əllamə Məclisi bu baxışı təsdiq edən rəvayətlər nəql edir.("Biharul-ənvar”, c. 45, s. 145) Şeyx Səduq imam Hüseynin (ə) bacısı Fatimənin dilindən nəql edir ki, imamın başı Kərbəlada bədəni olan qəbirdə dəfn olundu. Seyyid ibn Tavus və bəzi başqa alimlər belə hesab edirlər ki, imamın başının bədəni ilə dəfni ilahi möcüzə şəklində baş verdi.("İqbalul-əmal”, s. 588. ) O, bu işin necə baş verməsi haqqında sorğuya icazə vermir.
    Bəzi alimlərin fikrincə, imamın qırxı günü (ərbəin) geri qayıdan imam Səccad (ə) imamın başını Kərbəlada onun bədəninin yanında dəfn etdi. Başın bədən olan qəbirdə və ya onun kənarında dəfn olunması məlum deyil.
    Bəzi mənbələrdə bildirilir ki, kəsilmiş baş üç gün Dəməşq darvazasında asıldıqdan sonra onu endirib, Süleyman ibn Əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. Süleyman imamın mübarək başını Dəməşq qəbiristanında dəfn etdi. Onun canişini Ömər ibn Əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən çıxartdı. Şəriətə zahirən ehtiram göstərən Ömər ibn Əbdüləziz, güman ki, başı Kərbəlaya göndərmişdir. Sünni alimləri arasında da imamın başının Kərbəlada dəfn olunduğunu söyləyənlər var.
    Sual 66: Aşura axşamı yaxın adamlarından imamı tərk edən oldumu?
    Cavab: Aşura axşamından danışan tarixi mənbələrdə bildirilir ki, imam (ə) öz adamlarına Kərbəladan getməyi təklif etdikdə heç kim bu təkliflə razılaşmadı. Onların şəhadətlə razılaşması imamı dilə gətirdi: "Mən səhabələrimdən yaxşı səhabə, ailəmdən xeyirxah ailə tanımıram.”("Vəqətül-təf”, s.197)
    Eyni mənbədə bildirilir ki, Müslim , Hani və Əbdüllahın şəhadət xəbərindən sonra imam öz ətrafındakılara buyurdu: "Ey mənim şiələrim, bizi xar etdilər! Bizi tərk etmək istəyən getsin. Belə ki, biz öz beyətimizi sizin üzərinizdən götürdük.” Sonra nəql olunur ki, imamın (ə) döyüşçüləri dəstə-dəstə dağılışmağa başladılar. İmamın (ə) ətrafında Mədinədən onunla bir yerdə yola çıxmış kiçik bir qrup qaldı. Rahat həyat arzusu ilə imama qoşulanların belə bir məqamda onu tərk etməsi təbii idi.
    Mötəbər mənbələrdə həmin andan sonra kimsənin imamı tərk etməsi barədə məlumat yoxdur.
    Sual 67: Kərbəlada imamın (ə) ətrafında neçə nəfər var idi?
    Cavab: Müxtəlif mənbələrdə Aşura günü imamın köməkçilərinin sayı fərqli bildirilir. Məsələn, Təbəri imamın ətrafında 100 nəfərə yaxın adamın olduğunu bildirir. Qeyd olunur ki, onlardan beşi həzrət Əlinin (ə) övladları, on altısı Bəni-Haşimi, qalanları isə müxtəlif qəbilələrdən olmuşdur.("Tarixi Təbəri”, c. 5, s. 393.)İbn Şəhr Aşub orada 82 nəfərin olduğunu bildirir.("Əlmənaqib”, c. 4, s. 98.) "Məsirül-əhzan” kitabında isə imamın ətrafında 100 piyada, 45 süvari olduğu nəql edilir. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə də bu say təsdiqlənir.("Biharul-ənvar)”, c. 45, s, 4. )
    Ən təəccüblü rəqəm isə Məsudi tərəfindən qeyd olunur. O, imam Hüseyn (ə) Kərbəlaya çatdığı anadək onun ətrafında 500 süvari və 100 piyada olduğunu qeyd edir.
    Bu say barədə ən məşhur məlumata əsasən Kərbəlada imamın 32 süvarisi və 40 piyadası olmuşdur. Yəni cəmi 72 nəfər!("Biharul-ənvar”, c. 45, s. 4 )
    Sual 68: Kərbəlada imam Səccaddan (ə) başqa sağ qalan oldumu?
    Cavab: Tarixi mənbələr aşağıdakı məlumatları verir:
    Sağ qalan bəni haşimilər:
    1. İmam Səccad (ə)
    2. Həsən ibn Həsən (Həsəni-müsənna). O, Aşura günü yaralı halda əsir düşdü. Sonralar imam Hüseynin (ə) qızı Fatimə ilə ailə qurdu və 35 yaşında dünyasını dəyişdi. Həsən ibn Həsən Məhəmməd ibn Əbdüllahın babasıdır. Məhəmməd ibn Əbdüllahın həm atası, həm də anası ələvi olduqlarından ona "Nəfsi-zəkiyyə” ləqəbi verilmişdir.
    3. Zeyd ibn Həsən. Zeyd də imam Həsənin övladlarındandır. O, 90 il ömür sürmüş və Bəni-Haşim böyüklərindən hesab olunmuşdur.
    4. Əmr ibn Həsən.
    5. Məhəmməd ibn Əqil
    6. Qasim ibn Əbdullah ibn Cəfər
    Digər səhabələr:
    1. Üqbə ibn Səman. O, imam Hüseynin (ə) arvadı Rübabın qulamı olmuş, Aşura günü əsir düşmüş və qulam olduğu üçün azad edilmişdir.
    2. Zəhhak ibn Əbdullah Məşriqi. Bu şəxs imam Hüseynlə (ə) şərt kəsmişdir ki, məğlubiyyət labüd olacağı təqdirdə imamı tərk edəcək. Belə də oldu. Aşura günü son anlarda imama yaxınlaşıb şərtini xatırlatdı. İmam buyurdu: "Əgər canını qurtara bilərsənsə, getməyinə etiraz etmirəm.” İmamın razılığını aldıqdan sonra Zəhhak düşmən sıralarını yara-yara möcüzəli bir şəkildə döyüş meydanından çıxa bildi. Tarixçilər Kərbəla haqqındakı məlumatlarında onun dediklərindən bəhrələnmişlər.
    3. Qulam Əbdurrəhman ibn Əbdullah Ənsari. O, bildirir ki, döyüşdən sonra qaçıb canını qurtarmışdır.
    4. Mərqə ibn Səmamə Əsədi.
    5, Müslim ibn Ribah Mövla Əli.
    Qeyd edildiyi kimi, Kərbəla hadisəsi haqqındakı rəvayətlərin çoxu bu şəxslər tərəfindən nəql olunmuşdur.
    Sual 69: Doğrudanmı, III Yəzdəgirdin qızı Şəhrəbanu imam Səccadın (ə) anasıdır?
    Cavab: Mötəbər tarixə istinad etdiyini düşünən axır dövrün bəzi müəllifləri belə yazır: "Fatimənin anası Şəhrəbanu imamın (ə) göstərişi ilə onun atına süvar olub Kərbəladan çıxdı və Reyə getdi. Sonralar Seyyid Əbdüləzimin məqbərəsi yaxınlığında dəfn olundu.”(Molla Ağa Dərbəndi”, İksirül-ibadat fi israruşşəhadat”, c. 3, s. 110.) Eyni mənbədə oxuyuruq: "Xalq arasında belə danışılır ki, dağın zirvəsində qadın örtüyünə oxşar bir şey görünür. Ona kimsə yaxınlaşa bilmir. Hətta bətnində oğlan uşağı olan qadın ona yaxınlaşmaq qüvvəsində deyil.”
    Bəziləri belə hesab edə bilərlər ki, belə əfsanələrin saxtalığı aşkardır və bu mövzunu araşdırmağa dəyməz. Amma xalq arasında belə şayiələr çox olduğundan uyğun mövzunun araşdırılmasını zəruri bildik.
    Müxtəlif mənbələrdə imam Səccadın (ə) anası on altı adla xatırlanmışdır. Kimi onu Cahanşah, kimi Məryəm, kimisi də Fatimə adlandırır. Şiə mənbələrində "Şəhrəbanu” adı daha məşhurdur. Bu ad ilk dəfə "Həbairud-dərəcat” kitabındakı bir rəvayətdə zikr olunur. Eyni hədisi Kuleyni "Kafi” kitabında nəql edir. Mötəbər hesab olunmayan bu rəvayətdə deyilir: "Yəzdəgirdin qızı Ömərin yanına gətirilərkən Mədinə qızları onun tamaşasına durmuşdular. Bu qız məscidə daxil olarkən ətrafı işıqlandırdı… Əmirəl-möminin (ə) Ömərə buyurdu: "Ona ixtiyar ver, qoy müsəlmanlardan özünə ər seçsin.” Ömər qıza bu imkanı verdi. Qız imam Hüseynə (ə) yaxınlaşıb, Əlini Hüseynə uzatdı. Həzrət Əli (ə) ondan adını soruşdu. Qız dedi: "Cahanşah”…Sonra həzrət oğlu Hüseynə (ə) buyurdu: "Bu qızdan sənin üçün yer üzünün ən yaxşı şəxsi doğulacaq.” Bir vaxt bu xanım imam Səccadı (ə) dünyaya gətirdi. Ona "İbnəl-xeyrəteyn” (iki seçilmişin oğlu) deyirdilər…
    Bu rəvayəti nəql etmiş iki şəxsin heç biri mötəbər hesab edilmir. Bundan əlavə, rəvayətin mətninə iradlar bildirilmişdir. Məsələn, Yəzdəgird şahın qızının əsir düşməsi çox şübhəlidir. Onun Ömər zamanında imam Hüseyn (ə) ilə izdivacı da inandırıcı görünmür. Bu rəvayətdən başqa heç bir yerdə imam Səccad (ə) "İbnəl-xeyrəteyn” adlandırılmayıb.
    Elə düşünürük ki, bu rəvayəti düzəltməkdə məqsəd, İranın Sasanilər sülaləsini məsum imamlara bağlamaq olmuşdur. Tarix kitablarının heç birində Yəzdəgirdin övladlarının əsir düşməsi barədə məlumat yoxdur.
    İmam Səccadın (ə) anası haqqında ən mühüm sənəd Mənsurun Məhəmməd ibn Əbdüllaha yazdığı məktubdur. Məktubda deyilir: "Həzrət Peyğəmbərin (s) vəfatından sonra sizin aranızda imam Səccaddan (ə) üstün şəxs olmayıb, hansı ki, o, kəniz övladı idi.” ("Əlkamilü fittarix”, c. 2,s 570)
    Maraqlıdır ki, Mənsurun bu sözlərinə nə Məhəmməd, nə də başqaları e’tiraz etməmişdir. Əgər imam Səccadın (ə) anası iran şahzadəsi olsaydı, təbii ki, Mənsura cavab verilərdi.
    Demək olar ki, bütün şiə mənbələrində imam Səccadın (ə) anasının doğuş vaxtı vəfat etdiyi bildirilir. Nəql olunur ki, imam Səccadı (ə) həzrət Əlinin (ə) kənizlərindən biri böyütmüşdür. Həzrət (ə) yalnız bu kənizi ərə verdikdən sonra camaat onun imamın anası (ə) olmadığını anlamışdı.("Biharul-ənvar”, c. 46, s. 8.)
    Beləcə, mötəbər mənbələrə əsasən imam Səccadın (ə) anası adından və əsil-nəsəbindən asılı olmayaraq Kərbəlada olmamışdır.
    Deyilənlərdən bu da məlum olur ki, Reyin şərqində dağda "Şəhrəbanu bibi” adı ilə tanınan ziyarətgahın imam Səccadın (ə) anası ilə heç bir əlaqəsi yoxdur. Bu məqbərənin sonradan tikilməsinə digər bir sübut uzun illər Reydə yaşamış Şeyx Səduqun bu barədə heç bir məlumat verməməsidir.
    Olsun ki, həmin məqbərədə Şəhrəbanu adlı hər hansı möminə bir qadın dəfn olunmuşdur. Xalq isə adlar üst-üstə düşdüyündən bu məqbərənin imam Səccadın (ə) anasına aid olduğunu güman etmişlər.
    Sual 70: Yezid Kərbəla faciəsinə görə tövbə etdimi?
    Cavab: Tarix boyu əksər tarixçilər, mühəddislər və digər din alimləri Yezidi cinayətkar, Aşura hadisəsinin müqəssiri kimi tanısalar da, Qəzali kimi bəzi alimlər Yezidin tövbə etməsinin mümkünlüyünü nəzərə alaraq, ona lənət oxunmasını düzgün hesab etmirlər.
    İslam aləmində böyük şəxsiyyət olmasına baxmayaraq, Qəzalinin uyğun fikri məqbul sayılmır. Onun nəzərinə qarşı tanınmış alimlər etiraz etmiş, hətta ayrıca kitab da yazılmışdır. Bununla belə, Lamens Yəhudi kimiləri İslam ensiklopediyasındakı məqalələrdə eyni sözləri təkrarlayırlar. Son vaxtlar bəzi dini mərasimlərdə də uyğun məsələ ilə bağlı şübhəli fikirlər söylənilir.
    Yezidin tövbə etməsi haqqında ehtimallar doğuran məlumatlara nəzər salaq:
    1. İbn Qətibə "əl-imamət vəl-siyasət” kitabında yazır” "Hadisələr baş verdikdən sonra Yezid elə ağlayırdı ki, sanki ruhu bədənindən çıxacaqdı.”(c.2, s. 8. )
    2. Kəsili başlar və əsirlər saraya gətirildikdən sonra Yezid çox həyəcanlandı və bu cinayətdə İbn Ziyadı təqsirləndirərək dedi: "Allah Mərcanənin oğluna (Übeydullah ibn Ziyad) lənət etsin, məni müsəlmanlar arasında mənfur etdi və qəlblərində mənə qarşı kin yaratdı.”(Təzkirətul-xass”, s. 256. )
    Digər bir mənbədə Yezid imam Hüseynin (ə) müxalifətçiliyinə qarşı həlim adam kimi tanıtdırılır. Guya, Yezid imamın qətlini istəməmiş, bu cinayət İbn Ziyad tərəfindən törədilmişdir.("Əlkamilü fittarix”, c. 2, s. 578.)
    3. Yezid Kərbəla karvanını Mədinəyə yola salarkən imam Səccada (ə) müraciətlə deyir: "Allah Mərcanənin oğluna lənət etsin! And olsun Allaha, əgər Hüseynlə üz-üzə olsaydım, onun bütün istəklərini yerinə yetirərək, övladlarımın həyatı bahasına da olsa, ölümü ona yaxın buraxmazdım!”(Həmin mənbə )
    Doğrudanmı, Yezid imamın qətli haqqında fərman verməmişdir? Doğrudanmı, O, ibn Ziyadı lənətləmişdir? Doğrudanmı, Yezid öz işindən peşiman olmuşdur?
    Yezid Mədinə hakimi Vəlid ibn Ütbəyə ilk məktubunda yazır: "Məktubum çatan kimi Hüseyn və İbn Zübeyri çağır və onlardan mənim üçün beyət al. Əgər qəbul etməsələr hər ikisinin boynunu vur və başlarını mənə göndər!”("Tarixi Yəqubi”, c. 2, s. 241 )
    Digər mənbələrdə oxuyuruq: "İmam Hüseyn (ə) Məkkədə olarkən Yezid onu qətlə yetirmək üçün həccə gizli şəkildə adamlar göndərdi.”(Lühuf, s. 82.)
    Hətta Yezidin oğlu Müaviyə Dəməşq came məscidinin minbərindən danışarkən atasını imamın qətlində ittiham etmişdir.("Tarixe Yəqubi”, c. 2, s. 254.)
    "Təzkirətül-xass” kitabında bildirilir ki, Yezid imamın (ə) şəhadət xəbərini eşitdikdə xoşhal oldu. O, İbn Ziyada qiymətli hədiyyələr göndərdi.(s. 29. )
    Sonrakı tarixi hadisələr bir daha sübut edir ki, Yezid nəinki İbn Ziyadı kənarlaşdırmamış, hətta İbn Zübeyrin qaldırdığı qiyamı yatırmaq üçün də onu göndərmişdir. Əgər Yezid, İbn Ziyada qarşı qəzəblənmişsə, bu zahiri bir manevr və həzrət Zeynəbin (ə), eləcə də, imam Səccadın (ə) çıxışlarına hədəf olmamaq üçündür.
    Kəsilmiş başlar və əsirlər Dəməşqə gitiriləndə Yezid şadlıq məclisi qurmuş, hətta əlindəki ağacla imamın dişlərini döyəcləmişdir.("Tarixe Yəqubi”, c. 2. s, 245. ) Yezid yalnız xalqın mənfi münasibətindən yaxa qurtarmaq üçün zahirən təəssüflənə bilərdi.
    Əgər Yezid tövbə etmişdisə, sonrakı həyatında bu tövbənin təsirləri görünməli idi. Hansı ki, aşuradan sonra iki il hakimiyyətdə qalan Yezid daha iki cinayət törətdi:
    1. Mədinə əhlinin qırğını;
    2. Məkkəyə qoşun yeritməklə Kəbə evinə hörmətsizlik.
    Beləcə, tarixi həqiqətlər Yezidin tövbə etmədiyini sübuta yetirir.
    Category: Şübhə doğuran Suallar | Views: 1194 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024