İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 27 » Kitabın adı: Şübhə doğuran Suallar
    12:07 PM
    Kitabın adı: Şübhə doğuran Suallar
    SUAL 71-80
    Sual 71: Mən əmr be məruf (yaxşılığın əmri) və nəhy əz münkər (pisliyin qadağası) üçün qiyam etdim” deməkdə imamın (ə) məqsədi nə idi?
    Cavab: İmam Hüseynin (ə) bu sözləri əmr be məruf və nəhy əz münkərin əhəmiyyətini bildirir.
    Əmr be məruf və nəhy əz münkər bütün ibrahimi dinlərdə peyğəmbərlərin, imamların və möminlərin əsas vəzifəsi kimi tanıtdırılır. Bu sırf şəri vəzifə deyil. Bu vəzifə peyğəmbərlərin göndərilməsinin əsas səbəbidir. Çünki maddi aləm yaxşılıqların və pisliklərin, haqqın və batilin, zülmət və nurun, fəzilət və rəzilliyin mübarizə meydanıdır. İlahi dinlər yaxşılıq və pisliyi tanıtdırır, yaxşılığı əmr edir və pisliyə qadağa qoyur.
    İslam Peyğəmbəri (s) bu barədə buyurur: "Əmr be məruf və nəhy əz münkər edən şəxs yer üzündə Allahın, ilahi kitabın və Allahın rəsulunun canişinidir.”("Mizanul-hikmət”, c. 3, s. 80. ) Həzrət Əli (ə) buyurur: "Əmr be məruf və nəhy əz münkər” şəriətin sütunudur.”("Ğürərül-hikəm”, c. 2, s. 400. )
    Quranı-kərim möminlərdə yaxşılığın əmri və pisiyin qadağası xüsusiyyətini namaz və zəkat kimi xüsusiyyətlərdən qabaq xatırladır.("Tövbə”, 7 )
    İmam Baqir (ə) bir hədisdə buyurur: "Əmr be məruf və nəhy əz münkər peyğəmbərlərin yolu, salehlərin məramıdır. Digər vacib işlər bu vacib əmrin sayəsində gerçəkləşir. Yolların asayişi, qazancların halallığı, düşmənlərin insafa vadar edilməsi, bir sözlə bütün işlər onun sayəsində mümkün olur”.("Üsule-kafi”, c. 5, s. 55.)
    Demək, yaxşılığın əmri və pisliyin qadağası yalnız imam Hüseynin yox, bütün peyğəmbərlərin, imamların, möminlərin vəzifəsidir. Amma imam Hüseynin (ə) vaxtında yaxşılıqla pislik elə qatma-qarışıq düşmüşdü ki, dinin varlığı üçün təhlükə yaranmışdı. İmam Hüseyn (ə) İslamın yalnız əmr be məruf və nəhy əz münkər sayəsində dirçələcəyinə əmin idi. Ona görə də öz qiyamının məqsədi kimi əmr be məruf və nəhy əz münkəri göstərirdi.("Biharul-ənvar”, c. 44. )
    Sual 72: Ölüm qorxusu olan yerdə "əmr be məruf və nəhy əz münkər” vacibdirmi?
    Cavab: Biz dini hökmlərin şərtlərini məsum imamlardan (ə) öyrənməliyik. Hər bir əməlin şəri cəhətdən vacibliyinin dəlili həmin əməlin imamlar tərəfindən yerinə yetirilməsidir.
    Əmr be məruf və nəhy əz münkərin faydası onun ehtimal olunan zərəri ilə tutuşdurulmalıdır. Əgər onun faydası daha mühüm olarsa, zərərinə dözmək lazımdır.
    Adi əmr be mərufla dinin təhlükədən qorunması kimi ictimai əmr be məruf arasında fərq var. Yezid hökuməti dövründə İslam ümmətinin kafir olması təhlükəsi vardı. İmam Hüseyn (ə) dini gözləyən təhlükəni gördüyündən, Mərvan ona Yezidə beyət etməyi təklif edəndə buyurdu: "…İslamla vidalaşmaq lazım gəlir. Çünki ümmət Yezid kimisinin çobanlığına mübtəla olmuşdur.” Bəli, harada Yezid varsa, İslam yox idi. Harada İslam var idisə, orada Yezid yox idi.
    Belə bir vaxtda imam Hüseyn (ə) İslamın səngərini boş qoya bilməzdi. Çünki o İslamın yaşamasını özünün və ailəsinin həyatından üstün tuturdu. İmam (ə) bu yolda özünü və əzizlərini qurban verdi, bacıları və qızları əsir alındı.
    Bəli, imamın (ə) qiyamı əsil əmr be məruf və nəhy əz münkər, zülmlə mübarizə idi. Tarix belə bir mübarizəyə şahid olmamışdı. Öz ailəsi ilə zalım qoşunun əhatəsində qalmış imam Hüseyn (ə) vəzifəsinə əməl etməklə yanaşı öz izzətini də qorudu. Aşura günü həzrət elə bir şücaət göstərdi ki, şəhidlər arasında birinci pilləyə qalxdı.
    Burada şəhid Mütəhhərinin bir bəyanına nəzər salmaq yerinə düşərdi:”Əmr be məruf və nəhy əz münkərin vacibliyini nə qədər ki zərər yoxdur, hamı qəbul edir. Elə ki, qarşıya zərər çıxdı deyirlər ki, bu işin vacibliyi bura qədər idi. Yəni nə qədər ki, abır, can, hətta mal üçün qorxu yox idi, bu iş vacib idi. Bu adamlar uyğun vəzifənin dəyərini aşağı endirmişlər. Bəziləri isə bu vəzifəni daha dəyərli hesab edir və bildirirlər ki, zərər qorxusu sadə və kiçik məsələlərdə şərtdir. Əgər Quran üçün təhlükə yaransa, ədalət və islami birlik təhlükəyə düşsə, əmr be məruf və nəhy əz münkər etmirəm” demək olmaz. "Bir söz desəm canım və abrım təhlükəyə düşər, cəmiyyət bəyənməz” kimi sözlər məqbul deyil.”
    Bəli, böyük əhəmiyyətli məsələlərdə əmr be məruf üçün sərhəd yoxdur. Böyük təhlükələr gözlənilsə belə, bəzən bu vəzifə vacib olur. Buna görə də imam Hüseynin (ə) bu vəzifənin məqamını ucaltdığını düşünürük. Həzrət (ə) yalnız canını və malını yox, əzizlərinin də həyatını qurban verdi, hətta ailəsinin əsirliyi ilə razılaşdı.
    İmamın (ə) bu işindən sonra zərrəcə şübhə qalmır ki, mühüm məsələlərdə heç bir təhlükə əmr be mərufun qarşısını ala bilməz.
    Sual 73: Hər hansı dini vəzifənin vacib olması üçün qüvvə şərt deyilmi?
    Cavab: Şəhid Mütəhhəri bu barədə buyurur: "Əmr be məruf üçün digər bir şərt qüvvədir. Yəni gücsüz şəxs əmr be məruf etməməlidir. Başqa sözlə, qüvvəni hədərə vermək olmaz. Bəziləri yanılaraq deyir: "Qüvvəm olmadığı üçün filan işi görə bilmirəm. İslamda da deyilir ki, gücün çatmayan işi görmə. Demək, bu iş mənə vacib deyil!”
    Belə bir münasibətə cavab olaraq deməliyik ki, xeyr, İslam başqa söz deyir: "Get, güc qazan.” Yəni nə qədər ki gücsüzsən, bir işə əl vurma. Amma nəticə əldə etmək üçün qüvvə əldə etməlisən.”
    Bu vəzifəyə görə güc qazanmaq o qədər mühümdür ki, bəzən haram iş vacib olur. Məsələn, zalım hökumətdə vəzifə sahibi olmaq haram olduğu halda, əmr be məruf üçün güc qazanmaq məqsədi ilə belə bir vəzifəni qəbul etmək olar. İmamların (ə) göstərişi ilə bəzi şəxslərin belə vəzifələri qəbul etməsi barədə tarixi faktlar var.
    Bu vəzifə o qədər dəyərlidir ki, İslamın həyatı ondan asılı bildirilir. Belə mühüm bir vəzifəni yalnız təsadüfən qüvvə əldə etdikdə yerinə yetirmək rəvadırmı?!("Həmaseyi Hüseyni”, c. 1 s. 304-312.)
    Sual 74: Əmr be məruf təsirsiz olacaqsa, artıq əziyyətə nə ehtiyac var?
    Cavab: Qeyd etdik ki, imamların sözü və rəftarı şəri hökm üçün dəlildir. Əmr be mərufun təsir ehtimalı iki növdür: Birbaşa təsir ehtimalı və gələcəkdə təsir ehtimalı. Bu iki ehtimaldan hər hansı biri əmr be mərufu vacib edir.
    Belə bir ehtimal ola bilər ki, pozucu bir müəssisənin xalq arasında ifşa edilməsi bir müddət sonra öz təsirini göstərə bilər. Müəssisənin öz işini dayandırmamasına baxmayaraq, onun təsirinin zəifləyəcəyi ehtimal olunarsa əmr be məruf vacibdir.
    Müasir dünyamızda əsarət buxovundan çıxa bilməmiş millətlər düşmənə qarşı mənfi ictimai fikir yaratmaq üçün çalışırlar. Bu yolda qanı axıdılanlar öz işlərinin nə vaxtsa səmərə verəcəyinə ümid edirlər.
    İlahi insanlar da qətlə yetiriləcəklərini bilsələr də, İslamın, tövhidin və ümmətin nicatı üçün cihad edir, xalqın oyanışı üçün səy göstərirlər.
    İmam Hüseyn (ə) əmin idi ki, onun qiyamı İslamı hifz edəcək, müsəlman xalqları qəflət yuxusundan oyadacaq. İmam bilirdi ki, hiyləgər əməvilər onu qətlə yetirməklə öz iç üzlərini açacaqlar. Kərbəla faciəsi İslam dünyası üçün təkan oldu. Bu faciədən xəbər tutan bütün xalqlar din düşmənlərinə qarşı mübarizəyə qalxdılar.
    Tarix sübut etdi ki, Kərbəla faciəsi bəşəriyyətin yaddaşında silinməz iz qoyub. Burada şəhid Mütəhhərinin bəzi sözlərini xatırlamaq yerinə düşər:” "Əmr be mərufun digər bir şərti təsir ehtimalıdır. Yəni bu vəzifə namaz kimi mütləq əmr deyil. Bizə deyirlərsə ki, namaz qılmalısınız, bu namazın təsirləri barədə soruşmağa dəyməz. Amma əmr be məruf və nəhy əz münkər tədbirlə yerinə yetirilməlidir. Bu işdə nəticə əsasdır. Necə ki, işin qazancı ona qoyulan xərcdən çox olmalıdır.
    Şiəlikdə "təqiyyə" adlanan inanc da var. Təqiyyə əmr be mərufun taktikasıdır. Yəni müdafiə silahından istifadə, zərbə vurub, əks-zərbədən qaçmaq.”
    Təsir ehtimalı bu deyil ki, ehtimal olmadığı üçün evdə oturasan. Bu ehtimal işdə yoxlanılmalı, araşdırılmalıdır. Araşdırma aparmayanın ehtimalı əsassızdır.
    Category: Şübhə doğuran Suallar | Views: 786 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024