İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 5
Qonaqlar 5
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 27 » Kitabın adı: Şübhə doğuran Suallar
    7:29 AM
    Kitabın adı: Şübhə doğuran Suallar
    SUAL 91-100
    Sual 91: Nə üçün əzadarlığa aşuradan bir neçə gün əvvəl başlanılır?
    Cavab: İmam Hüseynə (ə) əzadarlıq keçirilməsi müqəddəs şəriətin tapşırılmış göstərişlərindəndir.Amma bu əzadarlığın forması xalqın istəyindən asılıdır. Bəzi yerlərdə Aşura gününədək, bəzi yerlərdə imamın üçünədək, bəzi yerlərdə isə imamın yeddisinədək əzadarlıq keçirilir. İstənilən formada əzadarlıq keçirmək xalqın ənənələrindən asılıdır və bu müxtəlifliyin heç bir eybi yoxdur. Əsas məsələ Aşura hadisəsinin mahiyyətinin açıqlanması və xalqın həqiqətsevərlik və ədalətsevərlik hisslərinin oyadılmasıdır.
    Sual 92: İmam Hüseynə (ə) əza saxlamağın hədsiz savaba malik olması barədə rəvayət varmı?
    Cavab: Şəhidlər ağası həzrət Hüseyn (ə) üçün əza saxlamaq Allaha yaxınlaşmaq üçün ən təsirli vasitələrdəndir. Mötəbər mənbələrdə bu mövzuda kifayət qədər hədis vardır. Amma bu məsələyə münasibətdə bəzi nöqtələrə nəzər salmalıyıq:
    1. Bu mövzuda olan rəvayətlər səhih və qeyri-səhih olmaqla iki hissəyə bölünür.
    2. Bəzi rəvayətlərdə müəyyən əməllərin xüsusi təsirə malik olduğu bildirilir. Amma həmin əməl zikr olunan təsir üçün tam səbəb sayılmamalıdır. Tam səbəb bütün maneləri aradan qaldıran səbəblər məcmusudur. Mane olmadıqda bir əməl də təsir edə bilər. Amma maneələr əməlin təsir etməsi üçün ortaya şərtlər qoyur. Məsələn, deyilir ki, ağacın alışma səbəbi oddur. Amma od ağacı yandırmaya da bilər. Məsələn, alışma üçün oksigen lazımdır. Bir şəxs yaş ağacı tonqala atıb, onun alışmadığını görürsə, təəccüblənməməlidir. Ağacın alışmasına mane olan səbəblər araşdırılmalıdır. Şübhəsiz ki, alovun ağaca təsirinə mane olan səbəblər vardır. Düzgün istiqamətdə aparılan araşdırmalar göstərir ki, ağacın tərkibindəki rütubət alova müqavimət göstərir. Əgər bu maneə aradan qaldırılarsa ağac dərhal alışar. Demək, ağacın alışması üçün alovu tam səbəb bilmək olmaz.
    Ortaya suallar çıxır: dəqiq şərtlər nədir; hər səbəbin təsir payı nə qədərdir; bir səbəb həlledici rol oynaya bilərmi; təsir mexanizmi necədir? Amma insan düşüncəsi müstəqil şəkildə bütün suallara cavab tapmaq gücündə deyil. Peyğəmbərlərin ən böyük xidmətlərindən biri insan düşüncəsinin fövqündəki məsələləri işıqlandırmaqdır.
    İmam Hüseynə (ə) əza saxlamağın savaba malik olmasında təəccüblü heç nə yoxdur. Nəql edəcəyimiz rəvayət uyğun məsələyə aydınlıq gətirir:
    Əllamə Bəhrul-ülum Samirraya gedərkən yol boyu imam Hüseynə (ə) ağlamağın savabı barədə düşünür. Yolda onunla rastlaşan ərəb onu fikirli görüb, nə barədə düşündüyünü soruşur. Bəhrul-ülum bildirir ki, imam Hüseyn (ə) üçün axıdılan bir damla göz yaşının günahları yuması barədə fikirləşirəm. Ərəb deyir: "Təəccüb etmə. Sənə bir misal çəkim. Bir gün sultan ovda azıb yoldaşlarından ayrı düşür. Meşədə bir komaya rast gəlir. Burada yaşayan qoca qarı və onun oğlu südü ilə dolandıqları keçini qonaq üçün kəsirlər. Sultan saraya qayıtdıqdan sonra onların yaxşılığına necə cavab vermək barədə düşünür. Nəhayət başa düşür ki, olanını ona vermiş insanların mükafatı yalnız sultanın bütün olanlarıdır!
    İmam Hüseyn (ə) Allah yolunda hər şeyindən keçib, Allah Hüseynə (ə) ağlayana misilsiz savablar verirsə, təəccüb etməməliyik.”
    Sual 93: Mərhəmətə ehtiyaclı dünyamızda Hüseyn düşmənlərinə lənət oxumaq qəddarlıq deyilmi?
    Cavab: Adəm övladı həm müsbət, həm də mənfi hisslərə malik bir varlıqdır. Heç bir insan sevincsiz və ya qəmsiz yaşaya bilməz, gülmək və ağlamaq insanın fitri meyllərindəndir. Ən əsası isə bu varlıq yerində ağlamalı və yerində gülməlidir.
    İnsan kamil varlıqla üzləşdikdə qəlbində ona qarşı məhəbbət yaranır. Bu məhəbbət tərif, təşəkkür, dua kimi vasitələrlə izhar olunur. Amma könlünü oxşamayan varlıqla qarşılaşan insanın qəlbində nifrət hissi baş qaldırır. Bu nifrət etiraz, lənət, qarğışla müşayiət olunur.
    Allah övliyalarını sevən insan, təbii ki, Allah düşmənlərinə nifrət edir. Allah düşmənlərinə nifrət etməyən kəs tədricən onlarla dostlaşır, onların sözlərini qəbul edir, nə vaxtsa özü də Allahın düşməninə çevrilir. Əgər insan, orqanizminə daxil olmuş mikroba qarşı çıxmasa, bu mikrob tədricən bütün bədəni çulğayır.
    Yalnız Allah dostları ilə dostluq kifayət deyil. Allah düşmənləri ilə düşmənlik etməyən insan Allahla dostluqdan məhrum olur.
    İnsan məntiqi olaraq sevgisini salam, nifrətini lənətlə bildirir. İmam Hüseynin (ə) düşmənlərinə lənət oxumadan İmama salam göndərmək faydasızdır. Yəni dostun düşməni ilə dostluq ən azı riyakarlıqdır.
    Sual 94: Şiəlik əqidəsinə görə göz yaşına bu qədər əhəmiyyət verilməsinin əsası nədir?
    Cavab: İnsan varlıq aləmində baş verən bir çox hadisələrin mahiyyətindən xəbərsizdir. Çoxları, ümumiyyətlə, hadisələrin dərinliyinə varmır, zahirdə gördükləri ilə kifayətlənirlər.
    Göz yaşı da belə sirli həqiqətlərdəndir. Kimi göz yaşını daxili hisslərin təzahürü kimi etiraz, kimi də bədbinlik kimi qiymətləndirir. Müasir dünyanı şadlıq dünyası kimi qəbul edib, göz yaşlarının əbəs olduğunu iddia edənlər də var. Amma şiələr göz yaşına daha ciddi yanaşır və onun əsil mahiyyətini açıqlayırlar.
    Əsaslı beş növ ağlayış qeyd etmək olar:
    − qorxu və həyəcandan ağlayış;
    − mərhəmət qazanmaq üçün ağlayış;
    − qəm-qüssədən ağlayış;
    − şadlıqdan ağlayış;
    − təqva, ruhani kamillikdən ağlayış.
    Sonuncu bənddə qeyd olunan göz yaşları ilahi insanlara aiddir. Bu göz yaşlarının səbəbi daxili yanğı, pəhrizkarlıq, peşmançılıq, tövbə, Allah eşqidir. İnsanı kamillik zirvəsinə qaldıran, onu Allaha yaxınlaşdıran da məhz bu göz yaşlarıdır. Təqva ağlayışının bir sıra amilləri vardır:
    1. Günahdan peşmanlıq
    İlahi insanlar batdıqları günaha görə peşman olur, göz yaşları axıdırlar. Həzrət Əli (ə) buyurur: "Allaha itaətə üz tutub, günahları üçün ağlayan kəsin xoş halına” ("Nəhcül-bəlağə”, x. 176)
    2. Allah doğru hərəkətdə büdrəmə qorxusu
    Allah aşiqləri daim özlərini təhlükədə hiss edir, öz gələcəkləri üçün narahat olurlar. Doğrudan da, iman yolunda şeytanın qurduğu sədlərdən keçmək olduqca çətindir. Bu çətinliklər barədə düşünən aşiq göz yaşları axıdır.
    3. Şövq və sevgi
    Həqiqi Allah aşiqləri hicran qəmindən pərişan olur, məşuqla görüş həsrəti ilə hönkür-hönkür ağlayırlar.
    4. İlahi əzəmət qarşısında qorxu
    Bu qorxu insanın düşüncəsindən doğur. İlahi əzəməti dərk edən möminlər bu əzəmət qarşısında tir-tir əsir, göz yaşları axıdırlar. İmam Sadiq (ə) buyurur: "Allahın haram buyurduqlarına qapanan, gecələr ibadət üçün oyaq qalan və gecə yarı Allah qorxusundan ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlar qalacaq.("Üsule-kafi”, c. 2.)
    5. Həqiqi dost itkisi
    Allah aşiqlərinə məhəbbət Allaha məhəbbətdir. Belə insanları müvəqqəti də olsa itirmək mömin üçün ağrılıdır. Məsum imamların bir-birləri üçün, həzrət Peyğəmbərin (s) Həmzə üçün ağlaması Allah sevgisi ilə bilavasitə bağlıdır.
    6. Arzu olunan fəzilətlərdən uzaqlıq
    Bəzən ilahi insanlar arzuladıqları ilahi sifətlərə çata bilmədikləri üçün ağlayırlar.
    Bir çox mötəbər mənbələrdə, eləcə də Qurani kərimdə ilahi eşqlə bağlı göz yaşları təqdir olunur. "İsra” surəsində oxuyuruq: "Onlar səcdəyə qapanaraq ağlayırlar.”(a. 109 )
    İmam Sadiq (ə) buyurur: "Bəndənin Allaha ən yaxın halı səcdəyə qapanaraq ağladığı haldır.
    Sual 95: Əzadarlıq, müsibət zikri zamanı necə olur ki, insan qəmlənir, göz yaşları axıdır?
    Cavab: Bəli, belə bir hal hər əzadar üçün müyəssər deyil. Həqiqi sevgi, həqiqi hicran, həqiqi qüssənin əsasları var.
    Əvvəla, qəmli hadisələr, müsibətlər yada salınan vaxt kədərlənmək insan üçün qiymətli halətdir.("Vəsailüş-şiə”, c. 4, s. 1121 )
    İkincisi, ağlamaq insanın mərifəti ilə bağlı təzahürdür. Buna görə də, məsumlara verilən işkəncələri xatırlayarkən qəmlənib ağlamayan insanlar Əhli-beyt ilə daha yaxından tanış olmalıdırlar. Bu ilahi insanlarla daha yaxından tanış olmaq üçün onların həyatını mütaliə etməli, onların buyuruqları barədə düşünməli, ən əsası, bu şəxsləri nümunə kimi tanıtdıran Allahı tanımalıyıq.
    Kənar mövzularda çox danışmaq, çox günaha yol vermək, uzun-uzadı arzular, dünya malına sevgi, zalım və dəyərsiz insanlarla yoldaşlıq, çox gülmək, ibadətdən uzaqlıq insanın qəlbini daşlaşdırır, onun diqqətini ilahi həqiqətlərdən yayındırır.("Biharül-ənvar”, c. 71 s, 281, c. 70, s 55, c. 78, s. 83, c. 75, s. 370, c. 1, s. 203, c. 77, s. 45. )
    Bəli, insanı insan edən duyumlu, mərhəmətli, diri qəlbdir. Qəlbi yumşaltmaq, diriltmək üçün zikr olunmuş bəzi tədbirləri sadalayaq: ölüm haqqında düşünmək, moizə və nəsihət dinləmək, ilahi ayələr və qiyamət haqqında fikirləşmək, fəzilət sahibləri ilə ünsiyyət, yoxsulları doyurmaq, yetimlərə mərhəmət, Allahın zikri, Əhli-beytlə yaxınlıq, Quran qiraəti, çoxlu tövbə.
    Sual 96: Şiəlik yalnız əzadarlıqdanmı ibarətdir?
    Cavab: Şiələrin Qədir-xum, Fitr, Qurban, Məbəs və 14 məsumun doğum günü kimi əzəmətli bayramları var. Şiəliyin qəm-qüssə məzhəbi kimi tanınması bu məzhəbin yox, bəzi ifratçı şiələrin nöqsanıdır. İslamda Əhli-beytə əzadarlıq tövsiyə olunduğu qədər bayram və şadlıqlar da tövsiyə olunmuşdur. Həzrət Peyğəmbər (s) buyurur: "Mömini sevindirən məni sevindirmişdir, məni sevindirən isə Allahı sevindirmişdir.”("Mizanül-hikmə”. )
    Tarixi baxımdan, şiəlikdə əzadarlıqların çoxluğu Əhli-beytə edilən zülmlərlə bağlıdır. Tarixdə bu zülmün misli yoxdur. Tarix Kərbəla hadisəsi qədər ağır faciəyə heç vaxt şahid olmamışdır. Zalım hakimlər, qansız təcavüzkarlar tərəfindən qırğın edilmiş xalqlar faciənin, qəm-qüssənin nə olduğunu yaxşı anlayır və hüzn günlərini xüsusi qeyd edirlər.
    Sual 97: İslam dinində şadlığa münasibət necədir?
    Cavab: Ayə və rəvayətlərə əsasən insan səadəti üçün faydalı olan şadlıq zəruridir. İslam orta həddi gözləyən dindir. Bu baxımdan ifrat və təfrit şadlıq da məqbul sayılmır.
    İslamda insan təbiətinə münasib olmayan heç bir ayin yoxdur. Bütün ilahi göstərişlər insanın fitri ehtiyaclarına uyğun şəkildə tənzimlənmişdir. Şadlıq insanın mühüm fitri ehtiyaclarındandır. Varlıq aləmindəki gözəlliklər, təravətli bahar, lətafətli sübh, ürək oxşayan şəlalələr, ailə və övlad məhəbbəti insanın qəlbini sevinclə doldurur.
    Həqiqi şadlığın bəzi amillərini sadalayaq: iman, taledən razılıq, günahdan pəhriz, çətinliklərlə mübarizə, xoş qoxu, idman, həyat həvəsi, fiziki iş, əyləncə, Quran qiraəti, Allahın zikri, sədəqə və s. Qurani kərimdə behişt nemətlərinin sadalanması, İslamın şadlığa müsbət münasibətinin təsdiqidir. Məsumlardan (ə) nəql olunmuş rəvayətlərdə bu münasibət bir daha öz əksini tapır. İslam Peyğəmbəri (s) buyurur: "Mömin şux və fərəhlidir.”("Tühəful-üqul”, s. 49.) Həzrət Əli (ə) buyurur: "Şadlıq anları qənimətdir.”("Ğürərül-hikəm”, h. 2023. ) İmam Sadiq (ə) buyurur: "Zarafat təbi olmayan mömin yoxdur.”("Üsule-kafi”, c. 2, s. 663. )
    Amma hər şeyin həddi olduğu kimi, şadlığın da həddi var. Şadlıq insanın imanına, tövhid ruhuna, ilahi düşüncəsinə zidd olmamalıdır. İfrat şadlıq nəinki bəyənilmir, hətta məzəmmət olunur. Həzrət Əli (ə) şadlığın əsas səbəblərindən olan zarafat haqqında buyurur: "Çox zarafat edən şəxs vüqarını və ağırlığını itirir.”("Ğürərül-hikəm”, s. 222. ) İmam Sadiq (ə) buyurur: "Çox zarafat etmək insanı abırdan salır.("Kafi”, c. 2, s. 666 )
    Şadlıq, gülüş, təbəssüm səmimi olmalı, eləcə də, başqalarının şəxsiyyətini alçaltmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur: "Allah cənazəyə, ölümə gülən kəsi qiyamət günü hamının gözü qabağında alçaldar.”
    Bir çox müsəlman alimləri həqiqi şadlığın insanın daxili aləminə aid olduğunu bildirirlər. Onların nəzərincə dünyəvi şadlıq dünya kimi müvəqqətidir və onun ardınca qəm-qüssə gəlir. Əksinə, həqiqi mənəvi şadlığa çatmaq üçün qəmdən keçmək lazım gəlir.
    Sual: 98: Həzrət Zeynəb (ə) Kərbəla haqqında "mən yalnız gözəllik gördüm” buyurmuşdur. Bu gözəllik nədədir?
    Cavab: Ariflər "əzəmət baxılan şeydə yox, baxışdadır” deyirlər. Bəlkə, elə gözəllik də baxılan şeydə yox, insanın baxışındadır. Varlıq aləmini "gözəl nizam gözü” ilə seyr edənlər hər şeyi gözəl görürlər. Həyata gözəlliyin gözü ilə baxmaq insanın qəlbinə rahatlıq verir, onun ruhunu oxşayır.
    İmam Hüseyn (ə) başına gələcək işləri Allahın iradəsinə rəğmən özü və yoldaşları üçün xeyir hesab edirdi. Çoxları üçün ağrılı görünən şəhadət haqq mücahidləri üçün isə əsil gözəllikdir. Kərbəla insanın Allah yazısında razılığının təcəlla zirvəsidir. İmam (ə) həyatının son anlarında Allahdan razılığını bildirən sözlər zümzümə edir, bacısını da Allahdan razılığa çağırırdı.
    Aşura gözəlliklərindən biri haqla batilin arasından xətt çəkilməsi idi. Pislik yaxşılığa, batil haqqa qarışdığı vaxt yaxşılıq və haqq tədricən gözdən itir. Həqiqəti qorumaq üçün onu zəlalətdən ayırmaq zəruridir. İmam Hüseyn (ə) zülmətə bürünməkdə olan dövründə əlinə məşəl alıb, kimin kim olduğunu çaşqın xalqa göstərdi.
    Aşura göstərdi ki, əsil qələbə hərbi qələbə yox, qanın qılınca qələbəsidir. İbrahim ibn Təlhə Kərbəlaya işarə ilə kimin qalib gəldiyini soruşduqda, imam Səccad (ə) belə cavab verir: "Namaz vaxtı azan və iqamə de, gör kim qalib gəlib.” Bəli, əməvilərin cidd-cəhdlərinə baxmayaraq, azan və iqamədə "Əliyyən vəliyyullah” sədaları ətrafa yayıldı və Kərbəla bu cinayətkar sülaləyə lənət möhürünü vurdu.
    Bəli, maskaların yırtılması gözəldir! Aşiqin məşuqa qovuşması gözəldir! Bir sözlə Kərbəla gözəldir!
    Sual 99: Nə üçün imam Hüseyn (ə) düşmənin etinasız olduğunu bildiyi halda, son anadək onları nəsihət edir və onların halına acıyırdı?
    Cavab: İnsanlara qarşı canıyananlıq və şəfqət peyğəmbərlərə və övliyalara aid olan xasusiyyətdir. Quran ayələrinə, eləcə də tarixə nəzər salsaq, ilahi rəhbərlərin mərhəmətinə, azğın insanlara qarşı canıyananlığına təəccüb edərik. Doğrudan da bulaq başında susuz oturmuş, dodaqları çat-çat olmuş insanın halı acınacaqlıdır. İslam Peyğəmbəri (s) nadanlıqlar, azğınlıqlarla qarşılaşdığı vaxt o qədər narahat olardı ki, belə bir ayə nazil oldu: "Yoxsa onlar iman gətirmədiyi üçün özünü həlak etmək istəyirsən?”("Şüəra”, 3 )
    İmam Hüseyn (ə) risalət ağacının meyvəsi, peyğəmbər övladıdır. İslam Peyğəmbəri (s) buyurmuşdur: "Hüseyn məndəndir, mən də Hüseyndən.” Hüseyn (ə) Peyğəmbər (s) kamilliklərinin varisidir. Peyğəmbərin (s) mərhəmət şəlaləsi Hüseyn ucalığından axır. Şəhadət məqamınadək üstünə qılıncla gələnləri doğru yola dəvət etmək, günahdan uzaqlaşdırmaq cəhdlərinin arxasında ilahi mərhəmət dayanır. İmam Hüseyn (ə) onun qanına susamış cahilləri, hətta Ömər Səd və Şimr ibn Zilcuşən kimi zalımları cəhənnəm odundan qurtarmaq istəyir. İmam (ə) buyurur: "Vay olsun sənə, ey Səd oğlu! Hüzuruna qayıdacağın Allahdan qorxmursanmı? Mənim kimin oğlu olduğumu bildiyin halda, mənimlə vuruşacaqsanmı? Ətrafdakıları azad et, mənə qoşul ki, Allaha yaxın olasan.”
    İmamın düşmənə nəsihət verməkdə iki məqsədi vardı:
    1. Höccəti tamamlamaq, bəhanə yeri qoymamaq;
    2. Çaşmış insanları qəflət yuxusundan oyatmaq.
    Sual 100: Aşura günü düşmən əhatəsində imamın günorta namazına durmasının səbəbi nə idi?
    Cavab: Namaz dinin sütunu, Allahla bəndə arasında ən möhkəm bağlılıq vasitəsidir. Mömin öz namazı ilə tanınır. Namaz qılan şəxs namaz vasitəsi ilə Allaha doğru ucalır.("Mizanul-hikmə”, c. 5, h. 10243, 10238. )
    Namaz Allahla ünsiyyət yolu, Peyğəmbərin (s) ilk və son sifarişidir. O, namazı gözünün nuru adlandırır. Ən zəif namaz belə, insanla günah arasında səddir. Allah-taala buyurur: "Namaz insanı çirkin və pis işlərdən uzaqlaşdırır.”("Ənkəbut”, 45. )
    İmam Sadiqin (ə) yaxınlarından olan Müaviyə ibn Vəhəb imamdan Allaha ən əziz əməl haqqında soruşduqda həzrət buyurur: "Allahı tanıdıqdan sonra namazdan fəzilətli əməl bilmirəm.”("Mizanül-hikmə”, c. 5, h. 10245.)
    Əgər imam Hüseynin inqilabının məqsədi dinin canlanması idisə və dinin də sütunu namazdırsa, nə üçün Kərbəla səhnəsində namaz qılınmamalıdır?! Həzrət Hüseyn (ə) və yaxınları düşmən oxları altında günorta namazına dururlar. Onlardan bir hissəsi namaz əsnasında qanına qəltan olub, şəhadət şərbətini içir. Hələ Aşura axşamı imam və tərəfdarlarının ibadəti, münacatı, Quran tilavəti bəndəliyin ən gözəl nümayişi idi.
    Siffeyn döyüşünün qaynar çağında həzrət Əlinin (ə) göyə baxdığını görən ibn Əbbas bunun səbəbini soruşur. İmam buyurur: "Namaz vaxtını gözləyirəm.” İbn Əbbas "belə bir vaxtda döyüşü dayandırıb namaz qıla bilmərik” deyir. Həzrət Əli (ə) buyurur: "Biz onlarla namaza görə döyüşürük.”
    Bəli, imam Hüseynin (ə) qanlı Aşura səhnəsində namaza durması namaza etinasız müsəlmanlara ən ciddi xəbərdarlıqdır!
    Category: Şübhə doğuran Suallar | Views: 969 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024