«NƏHCÜL-BƏLAĞƏ» HEKAYƏTLƏRİ(140 HEKAYƏT) ÖN SÖZƏlinizdəki kitabın hərtərəfli mütailəsi üçün aşağıda qeyd olunanlara diqqət yetirmək lazımdır. Qur`anın qardaşı sayılan «Nəhcül bəlağə» üç hissəyə bölünür: 1-Xütbələr; 2-Məktublar; 3-Qısa kəlamlar. «Nəhcül-bəlağə» haqqında çox sözlər deyilmiş və onun şə`ninə bir çox tə`riflər söylənilmişdir: «Nəhcül-bəlağə» – mə`rifət dəryası. «Nəhcül-bəlağə» – səadət və əzab yollarını özündə əks etdirən albom. «Nəhcül-bəlağə» – zülm və istismardan nicat kitabı. «Nəhcül-bəlağə» – təkamül və inkişaf kitabı. «Nəhcül-bəlağə» – zaman və dövrü əhatə edən ictimai siyasi kitab «Nəhcül-bəlağə» sanki keçmiş, müasir dövr və gələcək üçün yazılmış, zaman keçdikcə köhnəlmək bilməyən, əksinə günbəgün təzələnən bir kitabdır. «Nəhcül-bəlağə» də bütün bəşəri biliklər və dünya baxımı üsulları özünə məxsus yer tutur. Dini siyasətdən ayıranlar yaxşı olardı ki, «Nəhcül bəlağə»ni mütaliə edib yanlış və kor təsəvvürləri özlərindən uzaqlaşdırsınlar. Qeyd etmək yerinə düşərdi ki, bu tə`riflərin ən yaxşısı və ürəyə yatımı «Nəhcül-bəlağə» – Əxul-Qur`an (Qur`anın qardaşı) adlığıdır. İslamda Qur`andan sonra heç bir kitab öz əzəmət və dəyərində «Nəhcül-bəlağə» kimi qiymətli hesab olunmamışdır. Ədiblərə ədəbi örnək, siyasətçilər üçün siyasi, əxlaq sahibləri üçün əxlaqi, e`tiqadi, fəlsəfi və irfani mühəqqiq arif və nicat axtaranlar eləcədə ictimai məzhəbi və s... insanlar üçün Qur`anın bətni və beyni sayılan «Nəhcül-bəlağə» sanki Allah tərəfindən nazil olan asimani bir vəhydir ki, Həzrət Cəbrayıl onu kəlmə-kəlmə Əmirəl-Mö`minin Əli (əleyhissalam)-a çatdırmışdır. Sanki bu vəhylər nübüvvət ağacı və insani dəyərlər məxzənindən faydalanan Həzrət Əli əleyhissalam üçün göndərilibdir. «Nəhcül-bəlağə» Qur`andan sonra ən böyük kəşf mənbəyi sayılaraq insana kamilliyin ən uca, əlçatmaz və ün yetməz zirvələrinə yiyələnmək üsulunu öyrədir. Bu kitab Qur`anın güzgüsüdür və öz nurunu Qur`andan əxz edibdir. Həzrət Əli əleyhissalam bu barədə belə buyurubdur: «Elm və mə`rifət seli vücudumdan caridir, fikir səmasının ən yüksək zirvəsinə uçan quşlar belə mənim böyük və yüksək məqamıma çata bilməzlər.»("Nəhcül-Bəlağə" 3-cü xütbə)
Körkəmli və məhşur sünni alimlərindən biri olan İbni Əbil Hədid «Nəhcül-bəlağə»nin şərhi barədə (ən yaxşı şəhrlərdəndir və 20 cilddə çap olunub) yazır: «Elm çöllərdə aşıb-daşdı, lakin axıra çatmadı, elə çöl torpaqlarındaca qurudu.» («Nəhcül-bəlağə»nin şərhi (İbni Əbil-hədid), 1-ci cild, səh.5)Yə`ni «Nəhcül-bəlağə»yə yazdığı bu şərhinin coşğun və gurultulu olmasına baxmayaraq bu geniş elm biyabanında itib-batır. Bir şəxs Əli əleyhissalamdan soruşdu: Sizdə vəhydən bir şey varmı? İmam buyurdu: «Xeyr, and olsun toxumu yarıb insanı yaradan Allaha ki, bizim vəhyimiz Qur`anı öyrənib dərk etməkdən savayı bir şey deyildir.» Böyük şiə alimi Əllamə Təbatəbai bu hədisi qeyd etdikdən sonra buyurur: «Bu rəvayət» hədislərin qururundandır. Və bu hədisdə dəlalət edici bir şey varsa o da budur ki, Həzrət Əli əleyhissalamın buyurduğu fikir və ağılları heyran qoyan maarif mö`cüzələrinin Qur`ani kərimdən olması iddiasıdır. 2-«Nəhcül bəlağə»nin toplayanı: İmam Əli (əleyhissalam)-ın sözlərini «Nəhcül-bəlağə» şəklində toplayıb yığan əsrin böyük alimlərindən biri olan Seyyid Rəzi Seyyid Mürtəzanın qardaşı olmuşdur, hər iki qardaş şiə alimi sayılaraq böyük iste`dad sahibi olmuşlar. Hər iki alim tarix səmasının parlaq ulduzlarındandırlar. Mühəmməd ibni Hüseyn ibni Musa ibni Mühəmməd ibin Musa ibni İbrahim ibni Musa ibni Cə`fər Seyyid Rəzi adı ilə tanınan yeddinci İmamın beşinci nəvəsi Həzrəti Musa ibni Cə`fərdir ki, 359-cu hicri qəməri ilində Bağdadda dünyaya gələrək məhərrəm ayının 6-da hicri qəməri tarixilə 406-cı ildə 47 yaşında ikən Bağdadda da dünyadan köçmüşdür. Onu Kazimeyndə İmam Kazim (əleyhissalam)-ın qəbri kənarında əmanət kimi dəfn edir və bir müddətdən sonra öz vəsiyyətinə əsasən pak cəsədini eləcə, də qardaşı Seyyid Mürtəzanın cəsədini oradan çıxarıb götürür və müqəddəs Kərbəla torpağında dəfn edirlər. 3-«Nəhcül bəlağə»nin təcziyə və təhlili! Qeyd olunduğu kimi «Nəhcül-bəlağə» əqidə və əməl kitabıdır. Aydındır ki, bu kitabla ətraflı surətdə tanışlıq əqidə və əməl yolunun müqəddiməsi hesab olunur. Bu kitabın təcziyə və təhlilinin mövzusu onun gözəl surətdə tanımaqdan ibarətdir ki, bu yolda alimlər böyük tədqiqatlar apararaq geniş addımlar atmış, eləcə də bu barədə bir çox kitablar yazmışlar. «Xəvaric Nəhcül-bəlağədə», «Beytül-mal Nəhcül-bəlağədə» «Beytlər (şe`rlər) Nəcül-Bəlağədə», «Qur`anın Nəhcül-bəlağə ilə olan əlaqəsi», «Əlmö`cəmül-fehres li əlfazi Nəhcül bəlağə», «Nəhcül-bəlağənin e`lamı», «Əməli və nəzəri həkəmiyyət Nəhcül-bəlağədə», «Nəhcül-bəlağədə şəhadət» və s... Əlinizdəki kitabın naşiri bu barədə aşağıdakı üç mövzunun təcziyə və təhlilinə dair kitab yazmış və çap etmişdir. 1-Qur`an ayələri «Nəhcül-bəlağə»də. 2-Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin sözləri «Nəhcül bəlağə»də (Bu kitablar Qum şəhəri müdərris cəmiyyətinin nəzdindəki İslam nəşriyyatı tərəfindən çap edilmişdir.) 3-«Nəhcül-bəlağə», Qur`an vəsfləri. Bu kitab da qəzetlərin birində nəşr olunmuşdur. Bu barədə yazılan kitablardan biri də əlinizdəki 140 hekayəti əhatə edən «Nəhcül-bəlağə» hekayətləri kitabıdır ki, əziz oxuculara «Nəhcül-bəlağə»ni daha yaxşı oxuyub dərk etmələrindən ötrü təqdim olunur. Bu kitab gözəllik və çirkinliklərin aynası və sınanmışıdır. «Nəhcül-bəlağə hekayətləri» sadə və ümumi dildə yazılmış bir əsərdir ki, buradakı müxtəlif dastanların çoxu Həzrət Əli (əleyhissalam)-ın xilafəti hakimiyyəti dövründə baş verib. Kitabdakı dastanlar siyasi-iqtisadi, əxlaqi-ictimai və dini sahələri özündə əhatə etmişdir. Kitabdakı dastanların yazılış qaydaları ilə maraqlananlar üçün aşağıdakı beş mühüm şeyi qeyd etmək daha yerinə düşərdi: Kitabın ərsəyə gəlişində me`yarımız «Nəhcül-bəlağə»dən hekayət seçməkdir. Belə ki, yarısından çoxu dastana bənzəyən mətləblər dastan başlığı altında dərc olunubdur. Əgər xütbə ya danışıqda yalnız bir cümlə ilə dastana işarə olunmuşdursa dastan burada qeyd olunmayıbdır. Bə`zən bir dastanın bir neçə xütbə ya məktubda eləcə də bir xütbə ya bir məktubda və ya daha artıq gəldiyini müşahidə edirik ki, müəllif onların hamısını sətirlərin sonunda iqtisabla vərəqin axırında sənədi ilə birgə qeyd edibdir. Dastanın təbii duyumluğu adətən hadisələri daha yaxşı büruzə verməkdən ötrü qeyd olunubdur. Belə ki, bu zəminədə müxtəlif tarix kitablarından, eləcə də «Nəhcül-bəlağə» şərhlərindən bəhrələnmişdir. Kitabdakı dastanların mehvəri «Nəhcül-bəlağə»nin öz mətni olaraq elə onun hədəfləri çərçivəsində düzəlmişdir. Hər bir dastanın rəvan və axıcı bir dillə, eləcə də namə`lum əlavə və qondarmalardan uzaq tənzim olunması nəzərdə tutulmuşdur. Dastanlar nömrələnərək Sübhü Salehin yazdığı «Nəhcül-bəlağə» şəklində tərtib olunmuşdur. İmam Əli (əleyhissalam) öz xütbələrinin birində buyurur: «Ey Allahın bəndələri, ruzigar keçmiş zamanlarda keçmişdəkilər üçün nə cür idisə, sizlər üçün də o cür keçir.» («Nəhcül-Bəlağə», 157-ci xütbə)Gəlin biz də «Nəhcül-bəlağə» dastanları güzgüsündə səadət yolunu tapıb ona qovuşaq və İmam Əli (əleyhissalam)-ın tə`limləri əsasında öz mə`nəvi inkişafımızı daha da yüksəklərə ucaldaq. Qum elmiyyə hövzəsi Məhəmməd İştihardi. 1366-cı şəmsi ili Payız. XÜTBƏLƏR BÖLÜMÜ1-İBLİSİN DİKBAŞLIĞI(1 və 192-ci xütbələr.)İblis (Şeytanların atası) əvvəllərdə səma əhli ilə bir olub göy onların cərgəsində idi. O, altı min il Allaha ibadət etmişdi. Böyük Allah Həzrət Adəmi (insanların atası) yaratdıqdan sonra insan xilqətinin əzəmətini qorumaq üçün bütün mələklərə və İblisə Adəmin qarşısında səcdə etmələrini (Qur`anda səcdə fərmanı beş yerdə gəlibdir: «Bəqərə», 34, «Ə`raf», 11 «Kəhf«, 50, «Taha», 116, «Əsra» 61. Bu səcdə, ibadət səcdəsi deyildi, çünki Allahın Pak zatından başqa digərinə görə ibadət səcdəsi etmək caiz deyildir. Əksinə bu, Allaha şükr səcdəsi olub böyük xilqət və ne`mət olan Adəmin xatirinə idi.) əmr buyurdu. İblisdən başqa bütün göy əhli ona səcdə etdilər, lakin İblisi qürur tutdu. Şeytan öz əsl xilqətini xatırlamaqla özünü daha böyük bilib Adəmə dedi: «Mən oddan yaranmışam, sən isə palçıq və gildən.» Məhz elə bu təkəbbürlüyü Şeytanı Allah buyruğunu yerinə yetirməkdən saxladı, nəticədə bütün əməlləri puç və bəhrəsiz oldu. Həmçinin, Allah dərgahından qovularaq ordan uzaqlaşdırıldı. Mö`minlər ağası Həzrət Əli (əleyhissalam) bu barədə buyurur: İblisin dastanından nəsihət və ibrət alın. Belə ki, onun sonsuz ibadət və sə`yi (təkəbbürün nəticəsində) aradan getdi. O, altı min il Allaha ibadət etmişdi. Hələ də o illərin dünya ya axirət illərindən olması mə`lum deyil lakin bir saatlıq təkəbbür və qüruru onun bu illərdə etdiyi bütün ibadət və sə`ylərini məhv edib boşa çıxartdı. Baxmayaraq ki, Şeytan da göy və ərş əhli idi, lakin Allah fərmanı yer və göy arasında eynidir. Bütün bəndələr Allah qarşısında bərabərdirlər Ey Allahın bəndələri, bu Allah düşmənindən (yə`ni Şeytandan) özünüzü qoruyun. 2-ADƏMİN GÜNAHI VƏ TÖVBƏSİ!(«Nəhcül-Bəlağə»dən iqtibas, xütbə 1 və 91)
Allah yeri yaradaraq onu insanların sükunəti üçün hazır etdikdən sonra ilk növbədə Öz məxluqatı arasında Adəmi (yə`ni hazırkı nəslin ilk nümayəndəsini) xəlq edib seçdi. Ona behiştdə yer ayırdı, müxtəlif halal və ən ləzzətli xörəkləri onun ixtiyarında qoydu. (Baxmayaraq ki, bə`ziləri dastanda qeyd olunan behiştin yaxşı insanlara məxsus axirət behişti olmasına inanırlar, lakin behişt meyvə və bitkilərlə zəngin dünyanın ən xoş və ab-havalı yeri imiş. Belə ki, bu mətləb İmam Sadiq (əleyhissalam)-ın hədislərindən birində də gəlibdir («Nurus-səqəleyn» təfsiri, 1-ci cild, səh.62). Deyilməmiş qalmasın: Yuxarıda qeyd olunan dastan Qur`anın «Bəqərə» surəsinin 35-dən 38-ə kimi «Ə`raf» surəsinin 19-dan 22-yə kimi eləcə də «Taha» surəsinin 118-dən 123-ə kimi, nəcv ayələrində gəlmişdir.) Bütün bunlarla yanaşı Allah, Adəmə özünü İblisin hiylə və düşmənçiliyindən qorumağı tapşırdı. Ulu Yaradan Adəmi imtahan etmək qəsdi ilə onun və arvadının «filan» ağacın yaxınlığına getməməsini eləcə də ondan bir şey yeməməklərini tapşırdı. Lakin İblis (Şeytanların atası) onu aldatdı çünki İblis onlara paxıllıq edirdi. Axı Həzrət Adəm behiştdə həmişəlik qalaraq daim yaxşıların yanında olacaqdı. Beləliklə, Adəm (əleyhissalam) öz yəqinini Şeytanın şübhə və vəsvəsələri nəticəsində əldən verərək möhkəm qərarını onun əsassız sözləri ilə mübadilə etdi! (Həzrət Adəm (əleyhissalam)-ın günahı həmin «Tərki-övla» idi, başqa ibarətlə desək mütləq günah sayılmırdı, əksinə nisbi günah idi. Belə ki, Həzrət elə əziz və böyük məqam sahibi olduğuna görə gərək məkruh iş tutmayaydı, çünki hətta məkruh iş belə onun üçün günah sayılırdı ki, bu da ismət məqamı ilə düz gəlmir. Adəmin behiştdəki sınağı onun yer üzünə gəlib xalqa rəhbərlik etmək ləyaqətini özündə hazırlaşdırmaqdan ötrü idi. Onun tövbəsi ilə bir növ təzkiyə və ruhun paklanması idi ki, bu da Allah höccətlərindən bir nümunədir.) Behiştdəki xoşbəxt həyat və şadlıq o gündən belə Adəm (əleyhissalam) üçün qorxu və vəhşətə çevrildi. Amma mehriban Allah günahdan tövbə və peşmanlıq zəminəsini ilk dəfə olaraq Adəmdə vücuda gətirdi Məhz bundan sonra Adəm Allahın bu ne`mətindən istifadə edərək mürtəkib olduğu günahdan tövbə qıldı. (Həzrət Adəm (əleyhissalam) zatı pak və özü də mö`min idi. Aldandıqdan sonra özündə müstəsna bir xarakter daşıyırdı. Tez öz səhvini anlayıb tövbə etdi. Nəticədə Allah da onun tövbəsini qəbul etdi. Bununla bərabər yenə də gözləmək lazımdır ki, şeytan insanı aldatmasın və əgər aldatsa dərhal insan öz günahını tövbə ilə yumalıdır.) Tövbəsindən sonra Allah Adəmi yerə göndərdi ki, öz gələcək nəsli ilə yer üzünü abad etsin. Beləliklə Xaliqi-Sübhan Adəmi öz höccəti kimi tə`yin etdi. Belə ki, bütün insanlar onun göstərdiyi doğru yolun səmtində hidayət yolunu tapsınlar Allah Adəmin ölümündən sonra da yer üzünü Höccətsiz qoymaz. 3-İKİ HƏDƏF XATİRİNƏPeyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra mö`minlər ağası Həzrət Əli (əleyhissalam)-ın Peyğəmbərin haqlı xəlifə və vəsisi olmasına baxmayaraq Əbu Bəkr xilafətə yetişdi. İki il 4 aydan sonra dünyadan gedən Əbu Bəkrin yerinə Ömər ibni Xəttab əyləşdi. O da on bir il neçə ay xilafət etdi; Ömərdən sonra xilafətə əyləşən Osman təqribən on iki il hökmranlıq etdi və Osmanın qətli 35-ci hicri qəməri ilinin axırlarında baş verdi. Bu zaman Hicaz camaatı Əli (əleyhissalam)-ın evinə sarı axışaraq o Həzrətlə bey`ət etdilər. Həzrət Əli (əleyhissalam) 4-il 9 ay xilafət etdi. Həzrət qısa müddətin çox vaxtını Nakisinlər, Qasitinlər (Müaviyə və onun tərəfdarları) və Mariqilərlə (Xəvariclə) müharibiyə sərf etdi. («Tətimmətül-müntəha», 4-9-cu səhifələrdən iqtibas olunub.)Məzlumlar ağası Həzrət Əli (əleyhissalam) bir söhbətində xilafət macərasını xatırlayarkən belə buyurur: Osmandan sonra saysız-hesabsız adam mənim ardımca gəldilər. Onlar kaftarın yalları kimi (çox və sıx) idilər. Beləliklə hər tərəfdən məni əhatəyə aldılar, camaatın izdihamı o qədər sıx idi ki, hətta az qalmışdı gözümün işıqları Həsən və Hüseyn (əleyhissalam)-onların ayaqları altında əzilsinlər. Camaatın təzyiqi və sıxımı bədənimə zərər yetirdi. Hər iki tərəfdən paltarım cırıldı. Onlar canavardan qorxmuş qoyunlar çobanın ətrafına yığışdığı kimi mənim ətrafıma toplaşdılar. Mən də onları qəbul etdim. Lakin, çox çəkmədi ki, onlardan bir qrupu öz bey`ətlərini sındırdılar. (Təlhə, Zübeyr və onların ardıcılları) və bir hissəsi də mənim fərmanıma itaət etməkdən boyun qaçırdılar, (Xəvaric) başqa bir hissəsi Müaviyənin ardınca düşdülər. Dünya sadəlikləri gözlərini qamaşdıraraq onları aldatdı! (Bu mətləb «Nəhcül bəlağə»nin 67-və 92-ci xütbələrində qeyd olunub.)Agah olun, and olsun Allaha, əgər hüccətin tamam etməsinə səbəb olan camaatın bey`əti olmasaydı, (həmçinin), Bu zaman İraq əhlindən bir nəfər yerindən qalxıb Əli (əleyhissalam)-a bir məktub uzatdı (bə`ziləri deyir guya o məktubda bə`zi suallar yazılmışdı ki, Əli (əleyhissalam) onlara cavab versin). Əli (əleyhissalam) məktubu oxumağa başladı. O məktub oxuduğu vaxt Əli (əleyhissalam)-ın məclisini qaynar sükut bürümüşdü. Camaat Əli (əleyhissalam)-ın söhbətinin ardını gözləyirdilər. Bu zaman Abdullah ibni Abbas böyük İslam alimlərindən biri Əli (əleyhissalam)-ın öz sözünü kəsməsini hiss edib dedi. «Nə qədər gözəl olardı ki, öz söhbətinizi davam etdirəsiniz?!.» İmam Əli (əleyhissalam) cavabında buyurdu: Heyhat, ey ibni Abbas. «Bu böyük ürək yanğısı idi ki, alovlandı da söndü.» İbni Abbas deyir: And olsun Allaha heç bir zaman bu danışıq kimi bir sözə heyfslənib qəmgin olmamışdım ki, iş pozanların işi İmam istədiyini bəyan etməsin qoymadı. («Nəhcül bəlağə», xütbə 3)Beləliklə Əli (əleyhissalam)-ın xilafət və rəhbərlik məs`uliyyətini qəbul etməkdə məqsədinin iki mövzu olmasını dərk etdik. 1-Zalımların zülmünün qarşısını almaq. 2-Məzlum və müstəz`əfləri (zəif) himayə etmək. 4-SİYASİ MÖVQEİslam Peyğəmbərinin vəfatı, eləcə də Bəni-Səqifə macərası ortaya çıxdıqdan sonra bəni Haşimlərdən bir qurpu hətta Peyğəmbərin əmisi Abbas onlarla olub. Əbu Süfyanla birlikdə Əli (əleyhissalam)-ın hüzuruna gələrək Həzrətdən Peyğəmbərin xəlifəsi adıyla ona bey`ət etmələrin xahiş edirlər. Hətta Əbu Süfyan: «Əgər icazə versən piyada və atlılardan təşkil olunmuş çoxlu qoşunla səndən himayət edərik!» deyə əlavə etdi. («Nəhcül-bəlağənin» şərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh. 218 və 221.)Əbu Süfyanın pis keçmişini olduqca yaxşı tanıyan Həzrət Əli (əleyhissalam)-ın onların cavabında buyurduğu söz «Nəhcül-bəlağə»nin beşinci xütbəsində qeyd olunubdur. Əvvvəlcə buyurdu: «Ey camaat! Dağ cüssəli fitnə dalğalarını nicat gəmiləri ilə dağıdın. İxtilaf və pərakəndəliyə son qoyun. Axırda belə buyurdu: «Yetişməmiş meyvəni dərmək şor, şumlanmamış yerə toxum səpmək isə faydasız olar.» İmam Əli (əleyhissalam) bu bəyanı ilə böyük inqilablarda şərait və hazırlıqlara lazımınca olan diqqəti bildirdi. İşin müxtəlif anlarına varmaqla İslam üçün mühüm olan işlərin əncamına başlamaq lazımdır. Bu işdə şübhəli adamlara e`tiqad etmək olmaz. |