İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    1:50 PM
    Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    ON DOQQUZUNCU HEKAYƏT

    19-HƏKƏMEYN ƏHVALATI

    Mö`minlər ağası Həzrət Əli (əleyhissalam)-ın xilafəti dövründə baş verən ən mühüm hadisələrdən biri də Həkəmeyn əhvalatıdır ki, onu burada xülasə də olmuş olsa qeyd etməyi lazım bildik. Həzrət Əli (əleyhissalam) 36 hicri ilinin Şəvval ayının 5 də ki, bu da hökumətinin birinci ilinə təsadüf edir Müaviyənin təcavüzkar ordusunu məğlubiyyətə uğratmaq üçün silahdaşları ilə birlikdə Siffeyn vilayətinə (İraqla Şam arasında) yola düşür. Bu müharibə 18 ay davam edir. Müharibənin sonunda artıq Əli (əleyhissalam) qələbəsi ehtimalı möhkəmlənir. Müaviyə ordusunun isə məğlubiyyət nişanələri sezilirdi.

    Bu həlledici böhranda məl`un Əmr As tərəfindən (Müaviyənin xüsusi müşaviri) bir hiylə quruldu.

    Belə ki, Müaviyə ordusunun Qur`anları nizə başına keçirmələri planlaşdırıldı, eləcə də qoşunun «Ey Əli (əleyhissalam)-ın ordusu gəlin hər iki tərəf arasında Qur`an hakim olsun. Qur`an hər nə hökm etsə onu qəbul edək. Müharibə və qan axıdılmasının qarşısını alın.»

    Zahirdə xoş, batində isə aldadıcı sui-qəsddən savayı bir şey olmayan baş tumuş hiylə əsgərləri aldatdı. Daha Həzrətin müharibəni davam etdirmək barədə əmrlərini dinləmədilər. Həzrət bunun Müaviyə ilə Əmr Asın aldadıcı hiylələri olmasını onlara başa saldısa da əsgərlərdən bir çoxu Əlinin (əleyhissalam) sözünə e`tina etmədi. Elə buna görə də Əli (əleyhissalam)-ın ordusunda ziddiyyət əmələ gəldi.

    Nəticədə Müaviyənin ordusu müqəddəs kitabın fərmanını məhv edib tapdadılar. Bu ziyan verici hiylə nəticəsində Əli (əleyhissalam)-ın ətrafındakıları aldatdılar. Həzrət Əli (əleyhissalam) onlara nə qədər nəsihət etdisə də ona qulaq asan tapılmadı. Bu zaman İmam Allaha pənah aparıb belə buyurdu:

    «Allahım, sən bilirsən ki, onların hədəfi Qur`an deyildi.» Sözün qısası budur ki, Əli (əleyhissalam)-ın minlərlə yaxın köməkçlərindən, eləcə də Əş`əs ibni Qeys (münafiqlərin başçısı) din və əqidə oğrularının zahirdəki aldadıcı oyunları ilə həmin əqidədən sui istifadə edərək hətta Müaviyə tərəfdarlarından daha alçaqcasına Əli (əleyhissalam)-ın ətrafını tutdular və belə fəryad edib dedilər:

    «Allahın əmrindən başqa fərman yoxdur.» onlar Həzrət Əli (əleyhissalam)-a Müaviyə ilə müharibəni dayandırmağı qəbul etdirdilər ki, məktubundan sonra Həkəmiyyət mövzusunu irəli çəkdilər. Belə ki, həm İmam Əli (əleyhissalam), həm də Müaviyə ordusu tərəfindən bir nəfər nümayəndə tə`yin olunsun.

    Həzrət Əli (əleyhissalam) Həkəmiyyətə qol qoymağa məcbur edildikdən sonra Abdullah ibni Abbası öz nümayəndəsi kimi təklif etdi. Çünki, məhz Abdullah Əmr Asın aldadıcı hiyləsinin öhdəsindən yaxşılıqla gələ bilərdi.

    Müaviyə də Əmr Ası nümayəndə ünvanıyla tə`yin etmişdi. Əş`əs ibni Qeys Müaviyənin gizli qasidi idi. O, ibni Abbasın bu həkəmiyyətdə olmasına qarşı çıxdıqda Həzrət Əli (əleyhissalam) Malik Əştərin nünayəndəliyini irəli sürdü. Bu seçki ilə də müxalifət olunduqda vəhdəti qorumaqdan ötrü Əli (əleyhissalam) məcbur oldu ki, onların təklif etdiyi Əbu Musanın Həkəmiyyətini qəbul etsin. Qərardaddan sonra yenə də bir qrupun bu qərardadı qəbul etmələri bildirildi. «Hökumət yalnız Allaha məxsusdur»

    Əmr As qırx nəfərlə Əbu Musa isə dörd yüz nəfərlə Dəvmətil cundəl də (Həkəmiyyət məhəllində) hazır olduqda müzakirənin sonunda hiyləgər Əmr As tam xüsusi bir iclasda nadan Əbu Musadan son nəzərini soruşub dedi: Son nəzərin nədir?

    Əbu Musa dedi: Mən hər ikisini (Əli və Müaviyəni) xilafətdən götürür müsəlmanları isə xəlifə seçmək üçün şuraya də`vət edirəm. Əmr As öz hiyləsinin baş tutduğunu gördükdə yalandan and içdi ki, bu yaxşı fikirdir.

    Ümumi iclas qurulduqda Əmr As Əbu Musaya dedi: Sən də öz fikrini söylə Əbu Musa fikir söyləməkdə qabağa düşməsini israr etsə də o qabağa düşüb dedi: «Mən Əli və Müaviyəni xilafətdən kənarlaşdırıram. Özünüz yığışıb yeni bir xəlifə seçin.» Bu zaman Hiyləgər Əmr As cəld yerindən durub: Əbu Musanın dediyini eşitdiniz. O öz rəisi Əli (əleyhissalam)-ı xilafətdən götürdü, yə`ni kənarlaşdırdı, elə mən də onu kənar hesab edib yerində isə öz rəisim Müaviyəni tə`yin edirəm, deyib öz üzüyünü sağ əlindən çıxardıb sol əlinə keçirdi və Əli (əleyhissalam)-ı viladətdən bu cür çıxarıb Müaviyəni onun yerinə nəsb edirəm – dedi.

    Yuxarıda qeyd olunan Əli (əleyhissalam)-ın xilafəti zamanı ən iyrənc və siyasi hadisələrdən biri hesab olunur. Məhz Həkəmeyn əhvalatı da həmin Xəvaricləri əmələ gətirmişdi. Baxmayaraq ki, Əli (əleyhissalam) Əgər Abdullah ibni Abbası bəyənmirsinizsə onda yerinə Malik Əştəri göndərin – deyə buyurmuşdu, ancaq Əş`əs və onun əshabı isə cavabında belə demişdilər.

    Biz Əbu Musadan başqa bir kəsi tə`yin edə bilmərik. «Hər halda o şey ki, olacaqdı oldu» lakin çox təəccüblü idi ki, çirkin Həkəmeyn macərasının bais və baniləri sonradan öz peşmanlıqlarını büruzə verərək tam həyasızlıqla bütün günahları Əli (əleyhissalam)-ın boynuna yıxıb dedilər:

    «Axı Əli niyə bu təhkimə razı oldu? Elə buna görə də Əli kafirdir.» Bunlar dəfələrlə Əli (əleyhissalam)-ın hüzuruna gəlib fəryad edirdilər: «Hökumət Allaha məxsusdur!!!» İndi qayıdaq əsl mətləbə: Dastanın seçilmiş hissələrinin şərhində Xəvaricin (iman və əqidə oğrularının) şüardarının «Hökumət Allaha məxsusdur.» olmasını və bu cazibəli şüarla camaatı aldatmasını başa düşdük. Məhz bunlar idi ki, camaatı Əli (əleyhissalam)-ın əleyhinə qaldıraraq həyatda ən böyük zərbəni o Həzrətin ilahi hökumətinə varid etdilər. Mö`minlər ağası Həzrət Əli (əleyhissalam) buyurdu:

    «Bu haqqın öz sözü idi, lakin bu sözdən batil bir şəkildə istifadə edildi bəli hökumət və hökm Allaha məxsusdur.»

    Beləliklə, o, Xəvaricin nadürüst əqidə və nifaq yaradan simalarını xalqa nümayiş etdirərək onlara xəbərdarlıq etdi ki, din maskası arxasında müharibəyə gələnlərə inanmayın.

    20-SƏBR VƏ DÖZÜM

    İmam Əli (əleyhissalam) həmişə sə`y edirdi ki, bacardığı qədər düşmənlərlə ortaya çıxan problemləri səbr, həvəs və dözümlə həll edib imkan dairəsində müharibəyə qol qoymasın, habelə müharibəni başlayan ilk şəxslərdən hesab olunmasın. Həzrətin müharibəsi bir növ müdafiə xarakteri daşıyırdı.

    Əli (əleyhissalam)-ın ən qəddar düşməni olan Müaviyəyə gəldikdə isə, Həzrət ilk növbədə ona müxtəlif məktublar, eləcə də bir çox qasidlər göndərdi ki, xalqın müxtəlif problemləri Allahın əmrlərinə əməl etmək yolu ilə həll edilsin.

    Məsələn: İmam Əli (əleyhissalam) Şam əhlindən olan Cərir ibni Abdullaha bir məktub verib onu Müaviyənin yanına göndərdi. Cərir Əli (əleyhissalam)-ın məktubunu Müaviyəyə çatdırıb onları Həzrətin doğru yolu ilə getməyə də`vət edərək Müaviyəyə dedi: «Sən də müsəlmanların seçdikləri yolu seç! Daha demə ki, mən Şamda Osmanın valisiyəm.»

    Müsəlmanların xəlifəsi Əli (əleyhissalam)-dır və gərək ona tabe olasan. Müaviyə zahir cavabında belə dedi: Bu barədə fikirəşməyin, lakin Əli (əleyhissalam)-ın onu öz vəzifəsində saxlamağa qadir olmadığını duyduqda camaatı Əli (əleyhissalam)-ın əleyhinə qaldırırdı.

    Cərir Müaviyədən mə`yus olduqda Kufəyə qayıtdı çox təəssüflər olsun ki, Kufə camaatı da ona qarşı çıxaraq Cəriri Müaviyənin tərəfdarı adlandırdılar. Bu böhtandan narahat olan Cərir Kufədən Qırqısa adasına gələrək ömrünün sonuna qədər orada yaşadı. Əli (əleyhissalam)-ın əshabı Həzrətin Müaviyə ilə müharibəyə qalxmasını tə`kid edirdilər. (Əlbəttə bu hazırlıq müharibə e`lan etmək idi). Amma Əli (əleyhissalam)-ın metodu isə başqa idi. O özünün müharibəni başlayan ilk şəxs olmasını istəmirdi. Böyük inqilabi səbr və dözümlə öz işlərini əncam verirdi. Həzrət sülh qapılarını bağlamaq istəmirdi. Cəririn Şamdan Kufəyə gəlməsini nəzərə almaqla Həzrət bu barədə əshaba belə buyurdu:

    «Mənim Şam camaatı ilə müharibəyə qarşı olan səfərbərliyim onlarla sülh bağlamaq deməkdir. Eləcə də əgər yaxşı iş görmək istəsələr bu yaxşı işin yolunu onların üzünə bağlamaq mə`nasındadır.»

    Beləliklə Əli (əleyhissalam) müharibəni ilk başlamaq təşəbbüsünü qəbul etmədi. Həmişə çalışırdı ki, adamları haqq yoluna hidayət etsin. Elə buna görə də bu yolda çox səbrli və dözümlü idi.

    21-TƏLƏSMİŞ NADAN

    Həkəmeyn əhvalatından sonra Xariyyət ibni Ramid adlı bir şəxs öz qəbiləsindən 30 nəfərlə (bəni Naciyə) Əli (əleyhissalam)-ın hüzuruna gələrək Həzrətə qarşı e`tiraz edib dedi: «And olsun Allaha, mən daha sənin yolunla getməyəcək sənin dalında namaz qılmayacağam. Elə günü sabah səndən ayrılıram.» O həmin günün sabahı qaçaraq İslam hökuməti əleyhinə qiyam etsin deyə bir neçə nəfəri də öz ətrafına yığdı. Əli (əleyhissalam) öz əyalətlərinin bütün valilərinə Xariyyət ibni Raşidi axtarmalarını tapşırdı. Bu zaman Həzrətə Xariyyət və yoldaşlarının Mədaində Əli (əleyhissalam)-ın havadarları ilə toqquşması nəticədə beş nəfər ölü verməklə Əhvaz tərəfə qaçaraq orada olan bir qrup oğru və kafirləri özlərinə qoşması, eləcə də öz yağı əməllərini davam etdirməsi xəbəri yetişdi.

    Nəhayət Əli (əleyhissalam) Mə`qəl ibni Qeysi iki min nəfər döyüşçü ilə Əhvaza sarı yola saldı. Mə`qəl Hörmöz dağlarının kənarında Xariyyətin ordusu ilə vuruşaraq yetmiş nəfər bəni Naciyə 300 nəfər isə kafirlərdən cəhənnəmə vasil elədi. Qaçmağa cəhd göstərən Xariyyət isə Noman ibni Səhban tərəfindən öldürüldü Mə`qəl əsir düşən müsəlmanları azad edib 500 nəfərə yaxın qeyri müsəlmanı da özü ilə birlikdə Ərdəşir Xuvvə vilayətinə gətirdi, oradan da qələbə xəbərini məktub vasitəsilə Əli (əleyhissalam)-a çatdırdı.

    Müsqələt ibni Hücəyrə Şəybani Əli (əleyhissalam) tərəfindən Ərdəmir Xuvvənin valisi tə`yin edilmişdi. Əsirlər onun hüzurunda ağlayaraq azad olunmalarını ondan xahiş etdilər.

    Bir çox danışıqlardan sonra əsirləri ondan beş yüz min dirhəmə alaraq bu məbləği İmam üçün göndərməyinə daha sonra əsirləri azad edəcəyinə söz verdi. Onun İmam üçün iki yüz min dirhəm məbləğində pul göndərməyə imkanı olmadığından Şama qaçaraq Müaviyəyə qoşuldu.

    Bəli, o, tələsmək və nadanlığı üzündən əks inqilabçıya çevrildi. Əgər Əli (əleyhissalam)-ın hüzuruna gəlib əhvalatı olduğu kimi o Həzrətə desəydi, İmam Əli (əleyhissalam) onu mütləq bağışlardı.

    Həzrət onun barəsində belə buyurmuşdu:

    Allah Müsqələnin üzünü qara eləsin, o böyük şəxsiyyətlərin əməlini qulların azad olunmasını yerinə yetirdi, lakin qul kimi də qaçdı. Hələ yaxşı işinə görə onu tə`rifləyənlərin (yə`ni qulların alınması və onların azad edilməsi) mədhi sona yetişməmişdi ki, öz qaçışı ilə özünü danlaq və məlamətə düçar etdi.

    «Əgər o, qaçmayıb müqavimət göstərsəydi hər nəyi olsaydı, biz ondan qəbul edərdik və öz borcunu ödəyənə kimi onun üçün güzəşt edərdik.»

    Lakin onun özü bu barədə qardaşı Nəimə belə yazmışdı: Müaviyə ilə sənin barəndə söhbət etmişəm Müaviyə sənə ehsan edib vəzifə verəcək, o, bunu mənə və`də veribdir.!

    Bu məktub sənə çatan kimi Şama gəl və mənə qovuş. Doğrudan da nifrin olsun belə insanlara ki, Əli (əleyhissalam) da onlara nifrin etmişdir.

    22-GƏLƏCƏKDƏN XƏBƏR!

    Bir gün Əli (əleyhissalam) Kufə şəhərinə xitab edib buyurdu:

    Ey Kufə! Səni xoşagəlməz hadisələrin ayaqları altında tapdanan və nə kimi bəla yüklərinin çiynindən asılaraq vəhşətli hadisələrlə qarşılaşacağını görürəm.

    «Mən yaxşı bilirəm ki, hər məğrur zalım sənə qarşı sui-qəsd edər və nəticədə Allah onu giriftarlığa düçar edib qatil əlində qətlə yetirər.»

    Bu sözlər Kufə və Nəcəf Əşrəf torpağının fəzilətini bəyan etməklə yanaşı həm də Kufənin gələcəkdə yağı tərəfindən ağır hadisə və zülmlərə mə`ruz qalacağını göstərir, lakin zalımların öz cəzalarına çatması çox çəkməyəcəkdir Əli (əleyhissalam)-ın buyurduğu kimi:

    Kufəyə böyük bəla nazil oldu necə ki, Ziyad ibni Əbih və oğlu Übeydullah ibni Ziyad eləcə də Məs`əb ibni Zübeyr ilə Yəzid Mühləb və s... təki adamlar zəhərli ölüm oxlarına tuş oldular. Nümunə olaraq Ziyad ibni Əbihin Kufəyə hücum etməsini və Kufə camaatının da məscidə yığılmasını misal göstərmək olar ki, Əli (əleyhissalam)-ı təhqir etmək məqsədi ilə ora toplaşmışdılar.

    Bir azdan Həzrətin gözətçisi məscidə gələrək onun xəstəliyə mübtəla olmasını e`lan edib dedi: Bu gün əmir gəlməyəcəkdir.

    23-SƏFƏRBƏRLİK FƏRMANI

    Zamanın çarxı hərəkətdə idi. Belə ki, 36-cı hicri ilinin şəvval ayının beşi yetişdikdə xəbər çıxdı ki, təcavüzkar Müaviyə ordu toplamağa başlamış və Əli (əleyhissalam)-ın nəzarəti altında olan ölkələrə hücum etməyi planlaşdırmışdı. İmam Əli (əleyhissalam) təcavüzkarları məğlub etməkdən ötrü silahlanmış ordu hazır etdi. Həzrət bu ordunu Nüxəylədə yerləşdirdi.

    İmam Əli (əleyhissalam) Kufədən çıxdı, Nüxəylə qərargahına sarı yollanaraq orada səfərbərliyə dair çıxış etdi. Çıxışın əvvəlində Allaha həmd və səna etdikdən sonra belə buyurdu:

    Agah olun! Mən öz ordumun qabaqcıllarını döyüş meydanına göndərmiş və onlara fərman vermişəm ki, Fərat çayı sahilində sonrakı əmrim onlara çatana kimi düşərgə salsınlar.

    Belə səlah bilirəm ki, sudan keçib Dəclə kənarındakı müsəlmanlardan kömək istəyəm. Təki ordu bir az da möhkəmlənsin. Nəticədə isə düşmən özünün hər tərəfdən mühasirə olunduğunu görüb məğlubiyyətini hiss etsin.

    Əli (əleyhissalam)-ın təchiz olunmuş ordusu Həzrətlə birlikdə Nüxəylədən Siffeynə tərəf hərəkət edərək (Sasani şahlarının paytaxtı) Mədainə yetişdilər. Müxtəlif qəsr və talar xərabələrini müşahidə etdikləri vaxt qəflətən çürümüş bir kəllə Həzrət Əli (əleyhissalam)-ın gözünə sataşdı və adamlarından birinə buyurdu:

    Onu götür mənimlə gəl. Sonra Əli (əleyhissalam) Mədain qəsrinin məşhur eyvanına gəlib orada əyləşdi və bir ləyən istədi. Ləyənə bir qədər su tökdükdən sonra kəlləni gətirənə buyurdu:

    Kəlləni teştin ortasına qoy. O da Həzrətin buyurduğunu yerinə yetirərək kəlləni ləyənin ortasına qoydu. Əli (əleyhissalam) cümcüməyə xitab edib buyurdu: «Ey kəllə! Səni and verirəm söylə ki, mən kiməm və sən kimsən?»

    Kəllə dilə gəlib belə dedi: Sən Mö`minlər ağası, Seyyidi-Övsiya və təqvalıların rəhbərisən. Mən isə Allahın kənizinin oğlu Kəsra Ənuşirəvanam Əli (əleyhissalam) ona buyurdu: İndi halın necədir?

    Kəllə bir cavab söylədi ki, xülasəsi budur:

    «Mən əlimin altında olanlara qarşı mehriban olsam da, ancaq Məcus dinində idim. Rəyasət və şahlığın göz qamaşdırıcıları məni iman və həqiqi dindən geri qoydu. Budur behiştdən məhrumam, cəhənnəmə giriftar olmuşam. Lakin rəiyyətlə xoşrəftar olduğuma görə cəhənnəm odundan amandayam həsrəta! Əgər mən də vaxtında iman gətirsəydim səninlə olardım, ey Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm xanədanının sərvəri və ey mö`minlərin ağası.»

    Kəllənin sözləri o qədər can yandırıcı idi ki, oradakıların hamısı ucadan ağlamağa başladılar.

    Ümidimiz budur ki, bu sərgüzəşti oxumaqla hələ ölüm sorağımıza gəlməmiş özümüzü Həzrət Əli (əleyhissalam)-ın həqiqi ardıcıllarından bilək. Qoy öləndən sonra «va həsrəta»mız göylərə yüksəlməsin.

    24-İZZƏTLİ ÖLÜMÜN ZİLLƏTLİ ÖLÜMDƏN ÜSTÜNLÜYÜ

    İmam Əli (əleyhissalam) öz ordusu ilə Müaviyə qoşununu məğlub etməkdən ötrü Kufədən çıxdı Müaviyə ordusu da 58 min nəfərlik döyüşçü ilə Siffeyn torpağına yetişərək ilk növbədə Fərat su yolunu (yeganə məhəll idi su götürmək üçün) işğal edib tutdu. Əbul Ə`vər Əsləmini də qırx min nəfərlə həmin su yolunu qorumaqdan ötrü ora göndərdi. Beləliklə su yolu Əli (əleyhissalam)-ın ordusunun üzünə bağlandı. Əmr As Müaviyənin bu işini xoşlamayıb ona dedi: Əli (əleyhissalam) elə bir adam deyil ki, siz su içib sirab olasınız, lakin o susuz qalsın.

    Əli bura başqa bir hədəf üçün gəlmişdir. Lakin Müaviyə Əmr Asın sözünə qulaq asmayıb su götürülməsini qadağan etdi

    Fəratın tutulması xəbərini Əli (əleyhissalam)-a çatdırdıqda Həzrət Sə`sət ibni Suhanini çağıraraq onu Müaviyənin yanına göndərdi ki, ona desin biz söhbət və hüccəti tamam etməzdən qabaq müharibəyə başlamırıq və su yolunun sən tərəfdən bağlanması isə müharibə e`lan etmək üçün ilk tutarlı bir dəlildir.

    Sə`sə İmamın sifarişini Müaviyəyə çatdırdıqda Müaviyə öz əshabı ilə məşvərət etdi. Vəlid ibni Üqbə ilə Abdullah ibni Səid dedilər: «Suyu onların üzünə mütləq bağlamaq lazımdır ki, susuzluqdan ölsünlər.» Müaviyə də bu fikirlə razılaşdı. Bu zaman Əbul Ə`vərə su yolundan tamamilə müvazib olmaları sifarişini göndərdi.

    Bu vaxt Həzrət Əli (əleyhissalam) öz ordusu üçün aşağıdakı mövzuda bir xütbə buyurdu: Ey Camaat!

    Müaviyənin ordusu su yolunu bağlamaqla sizə müharibə e`lan etmişdir. İndi siz iki yol ayrıcındasınız, ya zilləti qəbul etməli ya da qılınclarınızı o cinayətkarların qanı ilə bulaşdırmalısınız.

    Bu zaman özünün çox dərin və məşhur cümləsini buyurdu:

    Əgər məğlub olub onların önündə diz çöksəniz, alçaq və zillətli ölümü qəbul etmisiniz, yox əgər bu yolda iftixar və izzətlə can versəniz, əbədi həyata qovuşacaqsınız. Bilin ki, Müaviyə bir qrup günahkar, yoldan azmış və qara qəlbliləri döyüş meydanına gətirərək həqiqəti onlardan gizlətmişdir ta bu bəxti dönmüşlər öz boğazlarını sizin ölüm saçan nizələrinizə tuş etsinlər.

    İmamın bu cəzzab və çox mə`nalı sözlərinin müqabilində əsgərlər özlərinin bu döyüşə hazır olduqlarını bildirdilər. Daha sonra dörd min nəfər qoşun Malik Əştərin başçılığı altında cəbhəyə sarı göndərildi. İmamın özü də qalan ordu ilə hərəkət etdi. Su yolunun kənarında şiddətli döyüş başladı. Nəticədə Müaviyə ordusunun minlərlə nəfəri əldən verməklə geri çəkildi və Əli (əleyhissalam)-ın ordusu su yolunu tutdu.

    Bu zaman Əli (əleyhissalam)-ın əshabı Həzrətə gəl biz də suyu Müaviyə ordusu üzünə balğlayaq deyə təklif etdikdə İmam Əli (əleyhissalam) buyrudu: «Yox qoyun sudan istifadə etməkdə azad olsunlar. Biz nadanların işini görməyəcəyik.»

    Sizin vəzifəniz İslam və Qur`anı düşmənə anlatmaqdan ibarətdir ki, onları düz yola hidayət və də`vət edəsiniz. Əgər qəbul etdilər ki, heç, əks halda Allahın istəyi ilə qılıncla onlara layiqincə cavab verəcəyik.»

    Müaviyə ordusu sudan istifadə etməkdə azad olduqlarını bildikdə su götürmək üçün dəstə dəstə Fərat çayına tərəf axışdılar!

    Bəli İmam Əli (əleyhissalam) hətta bu cür vəziyyətdə belə mərdlik və ülvi məqamından çıxmırdı və çıxmadı da.

    Category: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) | Views: 1027 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024