İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    1:37 PM
    Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    QIRX BİRİNCİ HEKAYƏT

    41-ƏBUZƏRİN YOLA SALINMASI

    Əbuzər Qəffari Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin xüsusi əshabı, eləcə də İslamın ən doğru dilavər kişilərindən biri idi (ümmətlərindən idi). O, İslam qanunlarının müqəddəs həyata keçirilməsi uğrunda özünə qarşı edilən məzəmmət və danlaqlardan çəkinməzdi.

    Beləliklə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onun barəsində buyurmuşdu:

    Bu vaxtacan, Əbuzərdən düz danışan görmədim, Əbuzər müqəddəsliyin ən uca zirvəsində durmuşdu. Belə ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onun haqqında buyurdu:

    «İlahi məni dörd nəfərin dostluğuna və eşqinə səsləyib mənə xəbər verdi ki, onlarla dost olum: Əli (əleyhissalam), Əbuzər, Miqdad və Salman!»

    Osman öz xilafəti dövründə beytül-malı ürəyi istədiyi kimi yaxın qohum qardaşına bir neçə bərabər paylayır və elə həmin adamları da müsəlman vilayətlərinin valisi tə`yin edirdi.

    Bu vaxt Əbuzər acıqlı ləhn və sözlər ilə Osmanı bu işlərinə görə tənqid atəşinə tutaraq onun üçün «Tövbə» surəsinin 34-cü ayəsini oxumuşdu. Həmin ayə budur:

    «Qızıl və gümüş toplayıb Allah yolunda xərcləməyənlər üçün şiddətli əzab vardır.»

    Osman hüzurunda olanlara üzünü tutaraq dedi: «İmam və rəhbərin bir malı (Beytül-maldan) özünə götürməsi rəvadır ki, imkanı olduqda öz borcunu qaytarsın?!»

    Kə`bül Əhbar yəhudi ailəsində böyüsə də zahirdə müsəlmanların cərgəsində idi, həm də Osmanın yaxın adamlarından hesab olunurdu, dedi: Heç bir eybi yoxdur Həmin məclisdə Əbuzər də var idi bunu eşitdikdə bərk narahat olub Kə`bül Əhbara dedi: «Ey yəhudizadə, bizim dinimizi bizə öyrədirsən?!»

    Osman onun bu sözündən əsəbləşib dedi:

    Ey Əbuzər, mənə qarşı olan azar və dil yaran, adamlarıma qarşı da çoxalmışdır?! Bundan sonra sənin Mədinədə qalmağa haqqın yoxdur. Birbaş Şama qayıt.

    Əbuzər Qəffari haqq söyləmək cürmü üstündə Şama sürgün olunaraq Şamın valisi Müaviyənin nəzarəti altında saxlanıldı.

    Əbuzər elə Şamın özündə də müxtəlif fürsətlərdə Müaviyənin qeyri insani hərəkətlərinin əleyhinə danışaraq onu ifşa edirdi. Müaviyə öz başı üzərində təhlükə hiss etdikdə Osmana məktub yazaraq Ondan Əbuzərin Mədinəyə qaytarılmasını xahiş etdi.

    Məktub Osmana çatdıqda cavabında Əbuzərin Mədinəyə qaytarılmasını əmr etdi.

    Məktubun cavabı Müaviyənin əlinə yetişdikdə onu ağır bir vəziyyətdə Mədinəyə göndərdi. Belə ki, budlarının əti bədənindən ayrıldı.

    Məşhur tarixçi Vaqedi bu barədə belə yazır:

    Əbuzər (Şamdan qayıdandan sonra) Osmanın hüzuruna gətirildikdə Osman ona belə dedi:

    «Allah Qeynin gözünü aydın eləməsin» (ya heç bir göz Qeyni görməklə aydın olmasın).

    Əbuzər dedi: Mənim adım Qeyn deyil.

    Osman dedi: «Ey Cunəydəb, Allah heç bir gözü səni görməklə aydın etməsin.»

    Əbuzər isə cavabında mənim adım Condəbdir və Rəsulullah məni Abdullah (Allah bəndəsi) adlandırırdı ki, mən də özüm üçün həmin adı seçmişəm dedi.

    Osman dedi: «Sən elə fikirləşirsən ki, biz «Allahın əli bağlanıb, Allah fəqirdir və biz isə varlıyıq» deyirik?!

    Əbuzər dedi: «Əgər belə demirsinizsə, onda Allah malını (beytül-malı) öz yolunda xərcləməli və Allah bəndələrinin əlinə çatdırmalısınız. Ancaq mən şəhadət verirəm ki, Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin özündən eşitmişəm ki, buyurur:

    «As sülaləsi otuz nəfərə çatdıqda Allah malını özlərininki, bəndələrini isə öz nökərləri sanaraq Allah dinini öz gəlirləri üçün məvacib və maya bilərlər.»

    Osman orada olanlardan soruşdu: Siz bu sözləri Rəsulullahdan eşidibsiniz?

    Dedilər ki, «Yox»

    Osman dedi: «Vay olsun sənə, ey Əbuzər, Allahın elçisinə yalan nisbət verirsən?!»

    Əbuzər üzünü orada olanlara çevirib dedi: Məgər mənim düz danışan olduğumu bilmirsiniz?

    Dedilər: Yox bilmirik. Osman dedi: Əli (əleyhissalam)-ın dalınca gedib onu bura gətirin.

    Bir neçə nəfər Əli (əleyhissalam)-ın dalınca gedib Osmanın sifarişini Əli (əleyhissalam)-a çatdırdılar Əli (əleyhissalam) məclisə girdikdə Osman üzünü Əbuzərə tutub dedi: Bayaq bizim üçün oxuduğun hədisi Əli (əleyhissalam) üçün də oxu.

    Əbuzər həmin hədisi (Asın övladları otuz nəfərə çatsalar) Əli (əleyhissalam) üçün də oxudu:

    Osman üzünü Əliyə (əleyhissalam) tutub dedi: Sən bu hədisi Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitmisən?

    Əli (əleyhissalam) buyurdu: Yox, eşitməmişəm, lakin Əbuzər düz deyir.

    Osman dedi: Əbuzərin düz danışan olduğunu haradan bilirsən?

    Əli (əleyhissalam) buyurdu: Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmdən özüm eşitmişəm ki, buyurub:

    «Göy kölgə salmadı, yer dalına götürmədi o dil sahibini ki, Əbuzərdən düz danışan olsun.»

    Hüzurda olanların hamısı «Biz də bu mətləbi Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmdən eşitmişik» deyə e`tiraf etdilər, Əbuzər üzünü oradakılara tutub dedi: «Mən Asın sülaləsi haqqındakı xəbəri Allah elçisinin səlləllahu əleyhi və alihi və səlləmin özündən eşitmişəm. İndicə siz məni bu xəbərin doğru olub-olmamasında ittiham etdiniz. Heç vaxt Mühəmməd səlləllahu əleyhi və alihi və səlləmin əshabından bu sözləri eşidəcəyimi güman etməzdim ki, eşitdim.»

    Bu yolla Əbuzər yenə də e`tiraz edərək mətləbləri aydın bir şəkildə bəyan edirdi. Nəhayət Osman Əbuzəri (Mədinənin bir kilometirliyinə) sürgün etdi.

    Əbuzər də həyat yoldaşı və iki övladı – bir qız bir oğlan ilə birlikdə Rəbəzəyə getdi. Bu da onun qocalıq vaxtına təsadüf edir.

    Bir neçə müddətdən sonra Əbuzər Rəbəzənin yandırıcı çölündə şəhadətə yetişdi. Onun ölümündən qabaq isə həyat yoldaşı və oğlu elə həmin çöldə məzlumanə bir surətdə bu həyatla vidalaşmışdılar. Təkcə bir qızı yadigar və tənha qalmışdı...

    Əbuzərin sürgün edərkən Osman əmr etdi ki, carçılar e`lan etsinlər ki, Əbuzərlə danışmağa, ya onu ötürməyə heç kəsin haqqı yoxdur. Lakin Mö`minlər ağası Həzrət Əli (əleyhissalam) Həsən və Hüseyn (əleyhissalam) Əli (əleyhissalam)-ın qardaşı Əqil ilə Əmmar Yasir Əbuzəri yola salmağa tələsdilər. İmam Həsən (əleyhissalam) Əbuzərlə danışdığı zaman Mərvan çığırdı:

    Ey Həsən sus! Məgər xəlifənin fərmanını eşitməmisən!?

    İmam Əli (əleyhissalam) Mərvana sarı hücum edib qamçını onun atına ilişdirdi və buyurdu: «Uzaqlaş, Allah səni ölüm oduna atsın.»

    O, Osmanın yanına qayıdaraq əhvalatı tam təfsilatı ilə ona danışdı. Əbuzər isə onu yola salanların yanında dayanıb öz dostları ilə vidalaşırdı.

    Onu yola salanların hər birinin Əbuzərə deyiləsi sözü vardı. İlk növbədə İmam Əli (əleyhissalam) ona belə buyurdu:

    «Ey Əbuzər, sən Allaha görə qəzəbləndin, elə ona da ümidvar ol. Bu camaat isə öz dünyası xatirinə səndən qorxdular, sən isə dininin ehtiramına görə onlardan qorxdun. Elə buna görə də onlar sənin üçün (yə`ni dünya üçün) qorxurlar, qorxun olduğu şeydən uzaqlaş, sən onları möhtac olduqları şeydən çəkindirdin. Sənin isə onların səni çəkindirdikləri şeyə ehtiyacın yoxdur. Tezliklə bilərsən qələbə kiminlədir.

    Əgər göy və yerin qapılarını bir bəndənin üzünə bağlasalar, əgər o bəndə də Allahdan qorxarsa, Allah onun üçün başqa bir yol açacaqdır.»

    Bu minvalla İmam Əli (əleyhissalam) Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin ən düzgün səhabəsini müdafiə edib bizlərə həmişə məzlumların köməyinə yetişib müdafiələrində durmaq və haqqdan tərəfdarlıq etməyi öyrətdi.

    42-PULGİRİN CAVABI

    Osman ibni Əffan hicri 24-cü ilin başlanğıcında Ömər ibni Xəttabdan sonra xilafətə yetişdi.

    O, təqribən 12-il xəlifəlik edərək çərşənbə günü günorta zamanı evindəcə qətlə yetirildi. Şiə və sünnü tarixçilərinin yazdığına görə Osman öz xilafəti zamanında müsəlmanların malını ürəyi istədiyi kimi çapıb-talayır, İslam ölkəsinin ən böyük və həssas vəzifələrini (postlarını) öz qohumlarına bağışlayırdı.

    Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin pak səhabələri Osmana qarşı e`tiraz edib onu bu bəd əməllər və rəftarından əl götürməyə çağırırdılar. Belə bir mövqedə Həzrət Əli (əleyhissalam)-ın e`tiraz etməsi təbii idi. Belə ki, Əli (əleyhissalam)-la Osman arasında tez-tez sözləşmə və çəkişmə baş verirdi.

    Adətən müsəlmanlar Əli (əleyhissalam)-ın hüzuruna gəlib Osmanın xilaf iş və əməlləri barədə o Həzrətə şikayət edirdilər. İmam da onların şikayətinə yetişməyi özünə vəzifə və borc hesab edirdi.

    Bu səbəblər üzündən Həzrət Əli (əleyhissalam) tez-tez Osmanla görüşüb ona e`tiraz edirdi, nəticədə o Həzrətlə Osman arasında çəkişmələr baş verirdi ki, bunun bir nümunəsi «Nəhcül-bəlağə»nin 164-cü xütbəsində qeyd olubdur. Bu toqquşmalardan biri Əli (əleyhissalam)-ın Muğəyrət ibni Əxnəslə olan söz çəkişməsidir ki, (Osmanın yaxın adamlarından) onun xülasəsini burada qeyd edirik. Müğəyrə Osmanın bibisi oğlu idi, atası Əxnəs ibni Şəriq Peyğəmbəri As ibni Vail ilə birlikdə Əbtər (Mətuun-nəsl) nəsil verməyən adlandırırdı. O, həmin qrupdan idi ki, onların barəsində «Kövsər» surəsi nazil olmuşdu. «Şübhəsiz, sənin düşmənin əbtərdir.» Onun qardaşı Əbul Həkəm Ühüd müharibəsində Əli (əleyhissalam) tərəfindən öldürüldüyünə görə qara qəlbi Əli (əleyhissalam)-a qarşı kin və ədavət toxumu ilə dolu idi. Bir gün Zeyd ibni Sabit Əli (əleyhissalam)-ın yaxın köməkçilərindən biri, Həzrətə dedi: «Çox yaxşı olardı ki, Osmanın yanına gedib camaat tərəfindən olunan şikayətləri ona çatdıraq.»

    Əli (əleyhissalam)-da Zeydin təklifi ilə razılaşdı.

    Zeyd Əli (əleyhissalam)-la birlikdə Osmanın yanına gəldi. Müsəlmanlardan da bir qrup, o, cümlədən, Osmanın yaxın tərəfdarlarından olan Müğeyrət ibni Əxnəs onun yanına gəldi. Zeyd ibni Sabit söhbəti açdıqdan sonra İmam Əli (əleyhissalam) buyurdu: And olsun Allaha, Osmanın gördüyü hər hansı bir işiin e`tiraz dalğalarının sularında qərq olaraq məhkum olunmasını sevmirəm. Məgər ki, xalqın İslami haqqı tapdalanmış ola. O zaman haqqı müdafiə etməyə məcburam. And olsun Allaha mümkün qədər mən Osmanın yerinə şikayətlərin cavabını verib onların hesabına yetişirəm.

    Bu zaman Müğəyrət ibni Əxnəs Osmanın xüsusi köməkçisi son dərəcədə alçaqlıqla Əli (əleyhissalam)-a dedi: «Xalqın şikayətinə cavab vermək qüdrəti Osmanda səndən daha çoxdur. Vaxt gələcəkdir ki, həmin şikayət edənlər öz şikayətlərinə görə üzr istəyəcəklər. Bu şikayətlərin sənə heç bir dəxli yoxdur. Əksinə, sənin özün tənbeh olunmalısan, nəinki tənbih edəsən.»

    Bu çirkin və alçaq sözlərdən sonra İmam Əli (əleyhissalam) o pulpərəst və qarınqulunun çavabında belə buyurdu:

    «Ey quyruğu kəsik, lə`nətə gəlmişin oğlu, Ey kök, budağı olmayan ağac, mənimi ittiham edirsən, and olsun Allaha, Allah sənin köməyində durduğun adamı əziz etməz və sən əlini tutduğun adam öz yerindən qalxmağa qadir olmayacaq. Yanımızdan get, Allah səni yazıq edər. Bacardıqca var qüvvənlə bütün sə`yini bizim əleyhimizə işə sal Allah səni geri qoymasın, yurdda qalmayasan...»

    43-ƏDALƏTİN İCRASI

    Osmanın ölümündən sonra müsəlman camaat yığışaraq Əli (əleyhissalam)-a bey`ət etdilər. O Həzrət haqq və ədaləti dirçəldərək batil və zülmü məhv etmək naminə rəhbərlik ipinin cilovunu əlinə aldı.

    Bir müddət ötməmiş öz həvayi-nəfsləri naminə maddi və mə`nəvi göstərişlərinə çatmadıqlarını görən bir qrup münafiq Həzrətlə olan bey`ətlərini sındırdılar.

    Beləliklə də bu dəstə Əli (əleyhissalam)-la özünün müxalifət marşını başladı.

    Təlhə Zübeyr, Abdullah ibni Ömər, Sə`d ibni Əbi Vəqqas, Mühəmməd ibni və s... kimilərin Əli (əleyhissalam)-a etdikləri bey`ətini Həzrət din və ədalətin hamısı olsunlar deyə qəbul etmişdi. Lakin onların maddi hədəfi buna imkan vermədi. Onların Əli (əleyhissalam)-la vəhdətə atılması tamamilə maddi hədəflər güdürdü ki, təbiidir belə qovuşma uzun sürə bilməzdi. Buna görə də çar-naçar tezliklə Əli (əleyhissalam)-dan ayrılmalı oldular.

    Əli (əleyhissalam) bu insanları danlayıb məzəmmət etməklə onlara belə xitab etdi.

    «Sizin mənimlə olan bey`ətiniz kor-koranə, hədəfsiz, gözlənilməz (düşünülməmiş) deyildi. İndi bizim hədəflərimiz bir-birindən fərqlənir. Mən sizi Allaha görə Allah xəttində görmək istəyirəm, lakin siz isə məni öz şum hədəfləriniz üçün istəyirsiniz. Məhz elə buna görə də mən sizinlə bir ola bilmərəm» Sonra buyurdu: «Ey Camaat! Mənə öz cəmiyyətinizin islahı və səhmana salınması yolunda kömək edin.»

    And olsun Allaha, məzlumun qisasını zalımdan alacaq, zalımların cilovunu yığacağam. O vaxtacan ki, onu haqq axuruna gətirəm, hətta bu zalımın xoşuna gəlməsə belə!

    İmam Əli (əleyhissalam) bey`əti pozub yolunu azanların macərasında bir neçə mühüm mətləbə işarə edir:

    1-Siz mənimlə bilərəkdən və fürsət üzü ilə bey`ət etdiniz. Başqalarının bey`ətində olduğu tək, bu bey`ətdə zor və tələsməklik yox idi. Bəs onda nəyə görə bu tezliklə bey`əti sındırdınız??!!

    2-Mənim hədəfim Allah və onun əmrini icra etməkdən ibarətdir. Siz isə başqa yolla gedirsiniz.

    3-Qürur atından aşağı enib ağılla fikirləşin ta birlikdə cəmiyyətin islahına başlayıb səhmansızlıqlara səhman verək.

    4-Bunu bilin ki, mən məzlumların dadına yetəcək və heç vaxt onların haqqını əzməyəcəyəm.

    5-Zalımın beytül-mal və hökumətdən başqalarından artıq faydalanıb istifadə etmək istədiyini bilsəm boğazından yapışıb onu şəffaf ədalət suyu və haqqa tərəf sürükləyərəm.

    Beləliklə Həzrət Əli (əleyhissalam)-ı haqqın müdafiəsi yolunda zülm və zalımın başını əzməsini eləcə də əbədi və ölməz sözlərin müşahidə edirik.

    44-SÜFYANİNİN XƏBƏRİ

    Həzrət Məhdi (əleyhissalam)-ın qiyamının başlanğıcında baş verəcək hadisələrdən biri də Şam vilayətində Süfyani adlı birinin peyda olub Məhdi (əleyhissalam)-ın köməkçiləri tərəfindən İmamın öz rəhbərliyi altında məğlub edilməsidir. Bu hadisəyə müxtəlif rəvayətlərdə işarə edilibdir. Süfyaninin Əbu Süfyanın nəslindən olub rənginin sarı qırmızıya bənzər xoş qiyafəli olması deyilmişdir.

    Lakin o qədər murdar və çirkindir ki, hətta ondan uşağa qalmış kənizini belə diri-diri basdıracaqdır. Əlbəttə, onun yeri cəhənnəmdir. İmam Baqir (əleyhissalam) bu barədə buyurur:

    «Şamda xüsusi bayraqları olan müxtəlif üç qrup: Əshəb, Əbqə`ə və Süfyaninin dəstələri peyda olacaqlar.»

    Sonra Həzrət Məhdi (əleyhissalam) Məkkədən müsəlmanlarla birlikdə Süfyani ilə müharibə etməkdən ötrü Şama gəlib onun ordusu ilə vuruşaraq Süfyaninin qoşununu darmadağın edəcəkdir. Süfyaninin özü isə Dəməşqdə Bəğutəi adlı ağacın altında qətlə yetiriləcək. Bə`zi rəvayətlərdə bu ağacın hündür və çox budaqlı olması qeyd olunubdur ki, Cəyrədə İordaniya ətrafında bitir. Bununla belə böyük yağı sayılan Süfyani təchiz olunmuş qoşunla Şam və Fələstin torpağında İmam Məhdi (əleyhissalam)-ın ordusu ilə döyüşərək məğlub olacaqdır.

    Həzrət Əli (əleyhissalam) xütbələrinin birində Şamda belə bir yağıdan xəbər verməklə yanaşı Məhdi (əleyhissalam)-ın qiyamına, eləcə də onun üstün cəhətlərinə işarə etmişdir. Əllamə Məclisi Əllamə Xoyi və s.. alimlər (Nəhcül-Bəlağəni şərh edənlər) bu xəbəri Süfyaninin peyda olmağına dair əsaslandırmışlar.

    Bu fikir nəzərə daha münasib çarpır. Bu barədə Həzrət Əli (əleyhissalam) buyurub:

    Sanki səsi Şamdan ucalıb bayraqlarını Kufə ətrafında dalğalandıraraq qızmış və qəzəbli dəvələr kimi (İraqa) tərəf hərəkət edənləri öz gözümlə görürəm ki, yeri başlar ilə döşəyəcəklər (çoxlu başları bədəndən ayırırlar).

    Ağzı açıq bir çox torpaqlar isə onun istila çəkmələri altında qalıb əzilir. Onun cövlangahı geniş, cəlalı isə böyükdür. And olsun Allaha, sizləri yer ətrafından elə dağıdıb bir-birinizdən ayırar ki, sanki sürmə qabının ətrafında bir az qalmış sürməyə bənzərsiniz.

    Bu vəziyyət ərəbin (müsəlmanların) əldən getmiş ağlının geri qayıdaraq İslamın həyat verici qanunlarına əməl etməsilə İslam nuru sayəsində birləşəcəyiniz ana kimi davam edəcəkdir, onunla döyüşə gedib döyüşün. Bunu da bilin ki, şeytan öz əyri yollarını ürək aldadıcı zər və bərq ilə sizə göstərib sizi öz tələsində əsir etsin deyə bu yolda hazır durmuşdur. O zaman Şeytan şərrini özünüzdən uzaqlaşdırmaqdan ötrü Süfyani və Məhdi (əleyhissalam)-ın düşməni olan tağutların qarşısında vuruşun.

    45-HAQQ İLƏ BATİLİN FASİLƏSİ

    Mö`minlər ağası Həzrət Əli (əleyhissalam) bir gün camaatın əxlaqi inkişafı və bu yoldakı irəliləyiş mərhələləri barədə söhbət etdiyi zaman buyurdu:

    Ehtiyatlı olun ki, başqasının arxasınca danışmayasınız (yə`ni nə qeybət edin, nə də eşidin).

    Haqq olmayan sözlər çoxdur ki, onların hamısı aradan getməlidir. İnsana qalacaq onun öz əməlidir. Çünki, Allah görən və eşidəndir.

    Bilin ki, haqq ilə batil arasındakı məsafə dörd barmaqdan artıq deyildir.

    Orada olanlardan biri Həzrətə sual verib soruşdu: Sənin bu sözünü necə başa düşək?

    İmam Əli (əleyhissalam) barmaqlarını yan-yana tutub qulağı ilə gözünün arasında qərar verərək buyurdu: «Batil odur ki, qulağınla eşidəsən, haqq isə odur ki, deyəsən gördüm!»

    46-FİTNƏ-FƏSAD YUVASI

    İmam Əli (əleyhissalam) Bəsrə camaatı ilə Bəsrənin gələcək fitnə və fəsadları camaatın imanı, hicrəti və cihadı barədə söhbət edirdi. Həzrət bu barədə onlara müxtəlif nəsihət və möizələr söyləyirdi.

    Qur`an və Qur`anla bağlı məsələlərdən söz düşdükdə Həzrət belə buyurdu:

    «Hər kim Qur`an əsasında söz desə, düz deyibdir. Hər kəs də Qur`anın buyurduqlarına əməl etsə bu işdə başqalarından irəli keçibdir.»

    Bu vaxt bir kişi ayağa qalxıb dedi:

    «Ey Mö`minlər ağası, bizə fitnə»-dən söylə. Görəsən bu barədə Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmdən bir şey sual edibsən?!» İmam onun cavabında «Ənkəbut» surəsinin ilk iki ayəsini tilavət etdi:

    «Görəsən camaat öz başlarına buraxılaraq imtahan və sınaqdan keçməyəcəkləri barədə fikirləşirlər?.»

    Sonra buyurdu: Mən Peyğəmbəriin bizim aramızda olduğu müddətdə son imtahandan keçə bilməməyimizi bilmirdim. O Həzrətdən bu fitnədən məqsədin nə olmasını soruşduqda Peyğəmbər buyurdu:

    «Ya Əli! Məndən sonra mənim ümmətim imtahan verməli olarlar.»

    Tezliklə öz malları ilə imtahan və sınaqdan keçərlər, lakin öz dindarlıqlarını Allaha minnət sanar və elə bu hal ilə də Allahın rəhmətinə ümidvar olaraq özlərini Allah qəzəbindən amanda hesab edərlər. Haramı yalan hiylələrlə halal sayaraq şərabı nəbiz (kişmiş suyu), rişvəni hədiyyə, sələmi isə ticarət adı altında halal və rəva bilərlər.

    Peyğəmbərdən bu adamların «mürtədlər» məkanında (dindən dönənlər) ya fitnə mənzilində olmalarını soruşduqda Həzrət «Onları fitnə mənzilində qərar ver» deyə buyurdu.

    47-ƏLİ (ƏLEYHİSSALAM)-IN ŞƏHADƏT EŞQİ

    Hicrətin üçüncü ilində kafirlər müsəlmanları qıraraq İslam hökumətini yıxsınlar deyə Məkkədən Mədinəyə hərəkət etdilər. Müsəlmanlar Ühüd dağı kənarında (təqribən Mədinənin yeddi kilometrliyi) onların qarşısını kəsdilər. İslam ordusu ilə kafir qoşunları arasında şiddətli müharibə başlandı. Bu müharibədə şəxsən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm və Əli (əleyhissalam)-ın özü döyüşçülər cərgəsində idilər. Həzrət Əli (əleyhissalam) bu döyüşdə misilsiz fədakarlıqlar nümayiş etdirdi.

    Düşmən müharibənin sonunda öz qüvvəsini yalnız Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öldürmək üçün hazırlaşmışdı. Bu vaxt Əli (əleyhissalam) yüksək bir dağ və yıxılmaz bir səddə çevrilərək böyük İslam Peyğəmbərini qoruyurdu.

    Bu müharibədə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin ləyaqətli köməkçilərindən bir çoxu şəhadət şərbətini içib bu dünyaya vida etdilər. Bu müharibədə Əli (əleyhissalam)-ın bədəni altmış yerdən yaralanmışdı. O Həmzə Məs`əb, Abdullah ibni Cahş, Hənzələ və s.. İslam şəhidlərinin pak bədənlərini gördükdə vücudu şəhadət eşqilə dolmuşdu. Həzrət Əli (əleyhissalam) şəhadət şərbətinin müxlis köməkçilərlə birlikdə ona nəsib olmamasından bərk həyəcanlanmışdı. O, bu həyəcanı Əli (əleyhissalam)-ın simasından sezərək üzünü ona tutub buyurdu:

    «Dediklərim baş vermişdir amma de görüm sənin səbrin necədir?!» İmam Əli (əleyhissalam) ərz etdi: Ya Rəsulullah «Bura səbr və istiqamətin yeri deyil, əksinə bəşarət və şükrün yeridir» (təsliyət yeri deyil, əksinə təbrik yeridir)!

    48-BU HAQDA DAHA BİR DASTAN

    Məşhur sünni alimi İbni Əbil Hədid bu xütbənin şərhində belə yazır:

    Hədis və tarix yazanlardan bir çoxu nəql ediblər ki, İmam Əli (əleyhissalam) buyurdu:

    «Allah məftunlarla cihadı (fitnəyə gedənlər) müqərrər edibdir necə ki, müşriklərlə cihadı mənə müqərrər etdi.»

    Dedim: «Ya Rəsulullah! Bu fitnə nədir ki, onda cihad mənə müqərrər olub?!»

    Buyurdu: «Bu cihad Allahın birliyinə və mənim risalətimə şəhadət verən cəmiyyətə aiddir ki, həqiqətdə onlar sünnətimin əleyhinədirlər.»

    Dedim: «Bir halda ki, onlar Allahın birliyinə və sənin risalətinə şəhadət verirlər hansı əsasla onlarla müharibə edim?»

    Buyurdu: «Dində əmələ gətirdikləri bidətə görə ki, onlar nəticədə mənim əmrimlə müxalifət edirlər.»

    Dedim: «Ya Rəsulullah! Sən qabaqcadan mənə şəhadət və`dəsi vermisən, Allahdan istə ki, onu sənin hüzurunda əncam versin (ürəyim istəyir ki, sənin astananda və sənin məhzərində şəhadətə yetişəm) həm də onu tə`xirə salmasın.»

    Buyurdu: Bəs o zaman kim nakisinlərlə (bey`əti pozan müharibə qızışdırıcılar) və qasitinlər (Müaviyə və tərəfdarları) və mariqinlərlə (xəvariclər) vuruşacaq?! Sənə şəhadət və`dəsi verirəm ki, bu və`də tezliklə sənə nəsib olar. İnşallah.

    «Sənin başından qılınc vurub saqqalını başının qanı ilə rəngləyərlər. O zaman səbrin necə olacaqdır?!»

    Dedim: «Ya Rəsulullah! Bura səbr yeri deyil, əksinə şükr və həmd yeridir.»

    Buyurdu: «Bəli bu hadisələr sənin üçün qabağa gələcəkdir. Elə isə bütün bunlara qarşı hazır ol.»

    Dedim: «Ya Rəsulullah, az da olmuş olsa o hadisələri mənə bəyan etmənizi istərdim.»

    Budurdu: «Mənim ümmətim məndən sonra tezliklə fitnəyə düşərək Qur`anı tərcümə edib onu öz ürəkləri istədiyi kimi mə`nalandırar, şərabı nəbiz adına (kişmiş suyu) halal sayıb, rişvəni hədiyyə, sələmi isə alver adı ilə rəva bilərlər. Qur`anı əsl anlayışından təhrif edərlər.»

    Beləliklə də öz yollarını azarlar.

    Belə bir vaxtda öz evində əyləş (onlardan küs) camaat sənə tərəf üz gətirdikləri vaxt (batini mə`na) Qur`anın batini mə`nası əsasında müxaliflərlə çarpış. Necə ki, mən tənzil əsasında (yə`ni Qur`anın zahiri əsasında) vuruşdum. Bunu da bil ki, sənin zamanının camaatı mənim zamanımın camaatı ilə bir olmayacaqdır.

    Dedim: Ey Allahın Rəsulu! Mən bu adamları (öz müxaliflərimi) hansı dərəcəyə mənsub edim? Mürtədlər?!

    Buyurdu: Onları «fitnə» dərəcəsində tanıt. Belə ki, qoy ədalət onları tapana kimi sərgərdan qalsınlar.

    Dedim: «Ey Allahın Rəsulu! Görəsən ədalət onları bizim tərəfimizdən tutacaq, yoxsa başqaları tərəfinədən?!»

    Buyurdu: Ədalət onları bizim tərəfimizdən öz vasitəmizlə tutaraq tam qələbə hasil olacaqdır. Məhz bizim vasitəmizlə Allah şirkdən sonra qəlbləri (tovhid xəttində) bir-birinə qovuşduracaqdır.

    Bəli, məhz bizim vasitəmizlə fitnə və fəsaddan sonra qəlblər bir-birinə qovuşacaqdır.

    Dedim:

    «Həmd olsun fəzilət və ne`mətlər bağışlayan Allaha.»

    Bu dastan bunu bizə çatdırır ki, bə`zən müsəlmanların hakimi günah və fitnəkarlığa qərq olmuş müsəlmanlarla da vuruşmalıdır ki, onları müharibə vasitəsilə haqq yoluna də`vət etsin.

    Category: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) | Views: 1001 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024