İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    1:32 PM
    Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    QIRX DOQQUZUNCU HEKAYƏT
    HƏZRƏT ƏLİDƏ ZAHİDLİK NÜMUNƏLƏRİ
    İmam Əli (əleyhissalam) "Nəhcül-bəlağə”nin 160-cı xütbəsində həmd və sənadan sonra camaatı moizə və nəsihətə başlayır. Daha sonra Allaha pənah apararaq maddiyyatın quluna çevrilərək onu hədəf satanlardan bərk narahat olduğunu bildirib onları tənqid atəşinə tutur, söhbət əsasında dörd böyük Peyğəmbərlərdən onlar üçün nümunə gətirərək həyat və yaşayışlarını bu Peyğəmbərlər kimi tənzim etmələrini tapşırır. Həmin 4 böyük Peyğəmbər aşağıdakılardır.
    1-İslam Peyğəmbəri 2-Həzrət Musa 3-Həzrət Davud 4-Həzrət İsa (əleyhimussalam).
    Bununla belə adı qeyd olunan Peyğəmbərlərin hər biri ilə əlaqədar "Nəhcül-bəlağə”yə diqqət yetirməklə onların pərhizkarlığı və yetginlikləri barəsində gəlmiş dastanı əziz oxuculara çatdırırıq.
    ƏLLİNCİ HEKAYƏT
    ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) ARDICILI
    Əli (əleyhissalam) buyurur: Dünyanı hədəf satmağın bəyənilməzliyi barədə İslam Peyğəmbərini özümüzə örnək və nümunə saymağımız kifayət edər. Eləcə də 150-ci xütbənin sonunda bu barədə belə buyurur:
    "Allahın dərgahında ən əziz bəndələr İslam Peyğəmbərindən nümunə götürüb addımını onun ləhirinin yerinə qoyanlardır.” Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ac qarınla dünyadan köçərək ruh sağlamlığı və imanla əbədiyyətə sarı qanad açdı. Doğrudan da Allah bizə nə böyük nemət verdi. Və bizə inayət elədi ki, məhz onun xətti ilə hərəkət edək. And olsun Allaha əynimdəki köynəyimi o qədər yamamışam ki, artıq yamayandan utanıram. Bir şəxs etirazla mənə dedi:
    "Niyə bu köhnə paltarı çıxarmırsan!” Ona dedim: "Məndən uzaqlaş.”
    ƏLLİ BİRİNCİ HEKAYƏT
    İSLAM PEYĞƏMBƏRİNİN ZAHİDLİYİ
    İslam Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öz ehtiyacı qədər dünyadan artıq bəhrə almadan özü hamıdan artıq qarnı ac idi... Yerin üstündə (döşəksiz) oturduqda qullar kimi təvazökarcasına əyləşərdi, özü öz əli ilə ayaqqabı və paltarını yamayardı. Peyğəmbər həmişə yəhərsiz ata minsə də bir adamı da öz tərkinə mindirirdi.
    Bir gün evin qapısında (arvadlarından birinin hücrəsində) asılmış bir pərdini gördükdə öz həyat yoldaşına buyurdu:
    "Onu məndən uzaqlaşdır, Hər vaxt gözüm ona sataşdıqda dünyanı öz gözəllikləri ilə mənim yadıma salır.”
    Bəli, o bütün varlığı ilə dünyanın zərq və bərqindən gözünü çəkmiş dünyanın yad etməyi isə özündən uzaqlaşdırmışdı.
    Həzrət bu dünyanı özünə karvansara sanırdı. Buna görə də ona ürək bağlamağı özünə rəva bilmirdi.
    Sizdən soruşuram: Görəsən, Allah öz haqq yolu üçün seçdiyi Mühəmmədi əziz tuturdu, yoxsa ona ihanət edirdi? Əgər bir kəs desə: Allah onu təhqir edibdir.
    And olsun Allaha ki, yaradana böyük yalan nisbətini veribdir. Yox, əgər desə ki, onu əziz tutbdur onda gərək bilməlidir ki, Allah ondan başqasını təhqir edibdir. Buna görə də Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləmi özünüzə ülgü və örnək sanın.
    Yalnız onun xəttində hərəkət edin, yoxsa sizin yolunuz həlakət və uçurumla nəticələnəcəkdir.
    ƏLLİ İKİNCİ HEKAYƏT
    MUSA (ƏLEYHİSSALAM)-IN PƏRHİZKARLIĞI
    Sonra Əli (əleyhissalam) bu xütbədə (160) Həzrət Musa (əleyhissalam)-ı xatırlayıb buyurur: İstəyirsən, İslam Peyğəmbərindən sonra Allahın elə dostunu xatırlayam ki, Allah dərgahına sarı hacət əlini götürüb belə dua buyurmuşdur?:
    "İlahi hər nə xeyir və yaxşılıq mənə nazil etsən ona ehtiyacım vardır.” ("Qəsəs” surəsi, 24)
    And olsun o böyük Allaha ki, Musa (əleyhissalam) Allahdan yeyəcəyi çörəkdən başqa bir şey istəmədi. Çünki, o Həzrət yerin otunu (ələfini) yeyirdi belə ki, arıqlıqdan və ətinin azlığından yediyi otun göyü qarnının nazik dərisinin arxasından görünürdü! Rəvayətlərdə gəlib ki, bir gün Musa (əleyhissalam) Allaha belə ərz etdi:
    "Mən acam” Allah buyurdu: "Sənin aclığını bilirəm” Musa ərz etdi: "Məni öz yeməyinlə (ruzinlə) qidalandır.”
    Allahın Musa (əleyhissalam)-la olan vəhylərindən biri də bu idi:
    "Ey Musa! Yoxsul o kəsdir ki, mənim kimi başçısı yoxdur. Xəstə o kəsdir ki, mənim kimi təbibi yoxdur, qərib o kəsdir ki, mənim kimi munisi yoxdur.
    Ey Musa! Bir tikə arpa çörəyinə razı ol. Dünya sənə tərəf üz döndərdikdə de:
    "Hamımız Allah tərəfinən gəlmişik və onun tərəfinə də qayıdacağıq.” Dünyanın sənə arxa çevirdiyini gördükdə isə belə de:
    "Afərin salehlərin şüarına.” Ey Musa! O şey ki, Allah Firona verib təəccüblənmə, onlar dünyanın davamsız həyat zirvələridir!”
    ƏLLİ ÜÇÜNCÜ HEKAYƏT
    DAVUD (ƏLEYHİSSALAM)-IN PƏRHİZKARLIĞI
    Sonra Əli (əleyhissalam) həmin xütbədə (160) buyurur: İstəyirsən üçüncü nümunəni Davud (əleyhissalam)-dan deyim ki, behiştin xanəndəsidir. O xurma liflərindən öz əli ilə zənbillər toxuyaraq öz camaatına belə deyirdi: Sizlərdən hansı biriniz bu zənbillərin satılmasında mənə kömək edə bilərsiniz? Öz əli ilə toxuduğu zənbillərin pulundan arpa çörəyi əldə edib onunla dolanırdı.
    İmam Sadiq (əleyhissalam) buyurmuşdu: Allah Həzrət Davud (əleyhissalam)-a belə vəhy etdi: "Sən yaxşı bəndəsən əgər beytül-maldan yeməsəydin!” Davud (əleyhissalam) qəmgin olub ağlamağa başladı, Allah onun üçün dəmiri yumşaltdı, nəticədə isə Davud hər gün dəmirdən zireh (döyüş köynəyi) düzəldib onu min dirhəmə satırdı. Beləliklə də o 360 zirehi 360 min dirhəmə satdı. Bir daha beytül-maldan istifadə etmədi. Bundan əlavə Allah Peyğəmbərlik məqamından savayı onu şahlıq dərəcəsinə kimi ucaldıb bütün imkanları Davudun ixtiyarında qoydu. Lakin, o, öz zəhməti, alın təriylə zənbil və zireh toxuyub satar, beləliklə öz sadə yaşayışını təmin edərdi.
    ƏLLİ DÖRDÜNCÜ HEKAYƏT
    İSA (ƏLEYHİSSALAM)-IN YETKİNLİYİ
    Həzrət həmin xütbədə yenə də (160) buyurur:
    "İstəyirsən Həzrəti İsa (əleyhissalam) barəsində (onun yetginliyinə dair) söz açam? Bil ki, qalın və kobud paltar geyir, quru çörək yeyirdi. Onun yeməyi aclıq, gecə çırağı ay, qış örtüyü isə şərq və qərb torpaqları idi (səhərlər məğribdə günortalar isə məşriq tərəfdən günəşlə üzbəüz gəzirdi)”
    Yerdə dörd ayaqlılar üçün bitənlər onun meyvə və gülləri hesab olunurdu. Onu özünə məşğul edə biləcək nə arvadı var idi, nə də qəmgin edəcək övladı, nə də dövləti var idi ki, diqqətini özünə cəlb etsin. Onun nə də tamahkarlığı var idi ki, onu xar etsin. Onun atı, iki ayağı, xidmətçisi isə iki dostu idi.
    "İddətüd-dai” kitabında bu məzmunda Həzrət İsa (əleyhissalam)-dan nəql olubdur. Daha sonra Həzrət yenə buyurdu:
    "Dünya malından mənim bir şeyim yoxdur, eyni halda yer üzündə heç kəs mənim kimi ehtiyacsız sayıla bilməz.”
    Həm də İmam Sadiq (əleyhissalam)-dan nəql olunubdur ki, Həzrət İsa haqqında İncil kitabında belə gəlib: İsa (əleyhissalam) Allaha ərz edirdi:
    "İlahi, həm səhər, həm də geçə mənə bir arpa fətiri əta elə, lakin artıq vermə ki, tüğyan edəm.”
    ƏLLİ BEŞİNCİ HEKAYƏT
    VAXTSIZ VƏ YERSİZ SUALA CAVAB
    Siffeyn müharibəsi idi Əli (əleyhissalam)-ın ordusu Müaviyənin ordusu ilə hər tərəfdən tutaşmışdılar. Belə bir həngamdə İbni Dudan adlı qohumlarından biri Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: Siz həm nəsəb, həm də Peyğəmbərlə qohum olmağınız və həm də Quranı bilmək sarıdan Peyğəmbərə hamıdan artıq yaxınsızınz. Bəs onda niyə sizləri olduğnuz məqama yetişməyə qoymadılar.?
    (Baxmayaraq ki, ibni Dudanın niyyəti yaxşı idi, həm də Həzrətin qohumlarından idi, lakin vaxtsız sual etdi).
    İmam Əli (əleyhissalam) ona buyurdu:
    Ey Əsədi qardaş, sən çox tələsərək vaxtsız və yersiz sual etsən də qohumluq ehtiramına, eləcə də sual edənin haqqına riayət etməyə görə sənin cavabını verməyə məcburam.
    Bil ki, adamların rəhbərlikdə mənə qarşı zülmü barədə baxmayaraq ki, bizim Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmla olan nisbətimiz hamıdan yüksək və ona olan peyvəndimiz hamıdan daha çoxdur, buna görə idi ki, bir qrup adam bu məqama paxıllıq edirdilər (və ona yiyələndilər).
    Digər bir qrup da (biz özümüz) onların bu işinə göz yumdu, hakim yalnız Allahdır və bizim hamımız qiyamət günü onun tərəfinə qayıdarıq.
    Keçmişdən sual etmə, bu gün biz üzləşdiyimiz hadisələr haqqında (Müaviyə ilə müharibə) soruş! Ruzgar məni ağladandan sonra güldürdü (təəccübə gətirdi). Gəlin, bu böyük və qəribə işə təəccüblənək. Əgər çətinliklər aradan götürülsə onları xalis haqqa doğru sövq etdirərəm yoxsa ki,
    "Buna görə də onlara həsrət çəkib öz canına qəsd etmə, Allah onların törətdiklərindən agahdır.” ("Fatir”, 8)
    ƏLLİ ALTINCI HEKAYƏT
    OSMANA NƏSİHƏT
    Osmanın xilafət dövrü idi. Müsəlmanlardan bir qrupu İmam Əli (əleyhissalam)-ın yanına gələrək ondan Əliyə şikayət etdilər. Əli (əleyhissalam) -dan xahiş etdilər ki, Osmanla söhbət edib onu xətalarından çəkindirsin.
    İmam Əli (əleyhissalam) (bu siyasi məsələlərə laqeyd qalmadı). Onların istəyini nəzərə alıb Osmanın yanına gələrək ona nəsihət etməyə başladı. Bu nəsihətində camaatın etiraz və şikayətini söylədikdən sonra buyurdu: "Bil ki, Allah hüzurunda olan ən yaxşı bəndə hidayət olub başqalarını da hidayət edən adil rəhbərdir ki, sünnətini canlandıraraq daha da möhkəmləndirir.”
    "Allah qarşısında insanların ən pisi öz yolunu azıb başqalarını da yolundan sapdıran zalım rəhbərdir ki, düzgün sünnətləri məhv edib tərk olunmuş bidətləri dirildər.” Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurub:
    "Zalım rəhbəri qiyamət günü səslərlər, o zaman onun nə köməyi olar nə də üzr istəməyə üzü.”
    Onu cəhənnəm oduna atarlar. Bundan sonra dəyirman daşı odda fırlanmağa başlar, daha sonra isə onu cəhənnəmin dərinliyində zəncirə çəkərlər. Olmaya sən olasan ki, Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm həmişə buyururdu:
    "Bu ümmət bir rəhbəri öldürdükdən sonra qiyamətə qədər ölüb öldürmə qapıları onların üzünə açılar...”
    Bir az danışıqdan sonra yenə buyurdu:
    "Səni and verirəm Allaha, məbada ətlərinin cilovunu Mərvanın əlinə verəsən ki, o da onu istədiyi tərəfə çəksin.”
    Osman dedi: "Camaatdan mənə möhlət al, ta onların tapdanmış hüquqlarını qaytarım.”
    İmam buyurdu:
    "Mədinəliləri deyirsənsə onda möhlət yoxdur. Tez işə başlamaq lazımdır ki, Mədinədən çıxmaq möhləti sənin dəsturunun onlara çatması qədərdir.”
    Bu tərtiblə: görürük ki, İmam Əli (əleyhissalam) ən ali əxlaqi və siyasi üsulla Osmana nəsihət edib böyük ədəb və kamallla məntiqi işlərin başlanmasına zəminə yaradır.
    ƏLLİ YEDDİNCİ HEKAYƏT
    MƏNTİQİ QƏBUL ETMƏK
    Kuləybe Cərmi deyir: Mədinədə Osmanın ölümündən sonra Təlhə və Zübeyr Bəsrəyə gələrək camaatı Əli (əleyhissalam)-ın hökumətinə qarşı qaldırdılar. Bununla da Cəməl müharibəsinin özülünü qoydular.
    Bir azdan Əli (əleyhissalam) öz ordusu ilə beyət sındıran üsyançıları yerlərində otuzdurmaqdan ötrü Bəsrəyə tərəf hərəkət etdi. Qoşun Ziyqar məhəllinə çatdıqda qəbilə rəislərindən iki nəfər mənə dedilər: Bizimlə gəl, Əli (əleyhissalam)-ın hüzuruna gedib görək ki, onun bu yürüşdən hədəfi nədir?
    Mən onların sözünü qəbul edib onlarla birgə Ziy Qara yetişdik. Onun ərəblərə ən fərasətli rəhbər olmasını öz gözlərimizlə gördük. O qəbilə rəisləri barədə məndən suallar etdikdə mən də cavab verirdim. Danışıqdan və mətləb aydınlaşandan sonra mənimlə gələn yoldaşlar Həzrətlə beyət etdilər. Daha sonra o Həzrət mənə buyurdu:
    "Bəs sən beyət etmirsən?”
    Dedim: Mən qəbilənin sifarişi aparıb gətirəniyəm. Gərək bu xəbəri onlara çatdıram. Gördüm ki, alınlarında səcdə əsəri olan köməkçilərindən bir qrup dalbadal mənə deyirdilər: beyət et bu zaman Əli (əleyhissalam) buyurdu: Azad buraxın onu məni bu dəlillərlə ("Nəhcül-bəlağə”nin mətnində gəlib) qane edib və nəhayət haqq aydınlaşandan sonra beyət etdim. O dəlillər bu idi:
    Kuləyb mənə dedi: Mən sifariş gətirib aparanam və gəlmişəm öz qəbiləm üçün buradan bir xəbər aparam (və mənim qərar qəbul etməyim öz qəbiləmizin mərkəzi təşkilatının varlığı əsasında olur) İmam Əli (əleyhissalam) ona buyurdu:
    Əgər qəbilən səni bu mövzu üçün göndərsəydi ki, yağışın yağdığı yeri onlar üçün tapsan, daha sonra onlara tərəf qayıdaraq gördüyün yaşıllıq və su məkanından xəbər versəydin əgər sözünün əksinə hərkət edib otsuz-susuz bir çöllüyə tərəf getsəydilər, sən nə edərdin?! Özüm otu və suyu çox olan yerə gedərdim Həzrət buyurdu: "Beləliklə əlini beyət əlaməti olaraq qaldır.” O şəxs deyir:
    "And olsun Allaha, elə ki, İmamın dəlilərini eşidib haqı tanıdım, ondan boyun qaçırmaq yolunu tapa bilməyib o Həzrətlə beyət etdim.”
    İmam Əli (əleyhissalam)-ın məntiq, dəlil və şəmşir əhli olmasını görürük.
    Ruhi cəhətdən hazırlıqları olub ürəklərində mərəz və xəstəlik olmayanlar isə o Həzrətin dəlillərinə cəzb olunaraq ona qovuşurlar. Eyni halda Əli (əleyhissalam)-ın öz yuxarıdakı sözlərində bütün bəşəriyyətə hər zaman üçün fikir azadlığı dərsi öyrətməsini görürük. Öz youlnu azanların bir çoxu süni hasar və təşkilatın müharsirəsində qalaraq əsirə çevrilirlər. Kuləyb isə bu hasarı Əli (əleyhissalam)-ın ardıcılına çevrilməklə sındırıb haqqa qovuşdu.
    ƏLLİ SƏKKİZİNCİ HEKAYƏT
    İMAMƏTİN MÜDAFİƏSİ
    Peyğəmbərin rehlətindən sonra baş verən xilafət və rəhbərlik hadisəsində İmam Əli (əleyhissalam)öz xilafət və rəhbərliyini ətraflı dəlillərlə sübut edərək öz haqqını müdafiə edirdi. Bu arada Səd ibni Əbi Vəqqas (şura üzvlərindən biri) Əli (əleyhissalam)-a dedi: "Sən bu (xilafət) işə hərissən.”
    İmam da onun cavabında belə buyurdu: Sizin Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə qovuşmaq nisbətiniz çox olduğundan bu işə də hərissiniz. Amma həm məktəb, həm də nisbəti cəhətdən Peyğəmbərə daha yaxın olan mən isə öz haqqımı tələb edirəm. Sizlər isə haqqımla müxalifətlik edərək məni döşümdən itələyirsiniz.. Dəlil və məntiqlə camaat qarşısında vilayətə özünün daha layiqli olmasını sübut edən Əli (əleyhissalam)-a qarşı etiraz edənin özü (Səd və ya Əbu Übeydə) Həzrətin cavabında nə deyəcəyini belə bilmədi. Sonra İmam aşağıdakı duanı buyurdu: İlahi, mən Qüreyş və onları himayət edənlərin haqqında sənin dərhgahından kömək istəyirəm ki, onlar mənimlə olan tellərini qıraraq böyük məqamımı kiçik sandılar. Haqqımı qəsb edib mənimlə vuruşmaqdan ötrü əlbir oldular.
    ƏLLİ DOQQUZUNCU HEKAYƏT
    ALLAHI TANIMAQ
    İmam Əli (əleyhissalam) öz xilafəti dövründə camaata bu müraciətlə çox buyururdu:
    "Hələ aranızdan getməmişdən
    qabaq məsələlərinizi məndən soruşun.” Bir gün güclü cəsur, eləcə də dildən iti adam olan Zi”ləb Yəməni öz dostlarına belə dedi:
    Əbu Talibin oğlu artıq təhlükəli uçurumun zirvəsində durmuşdur. Bu gün ondan edəcəyim sualla onu camat qarşısında utandıracağam.
    Elə bu qərarla da məscidə gələrək camaatın qabağında Əli (əleyhissalam)-dan soruşdu: "Ya Əmirəl-möminin! Yaradanını görmüsən?!”
    İmam buyurdu: Mən görmədiyim Allaha sitayiş edə bilmərəm.
    Zil”əb dedi: "Allahı necə görmüsən?!”
    İmam buyurdu: "Heç zaman gözlər onu görməz, lakin imanın həqiqət aynasında yalnız qəlblər onu görə bilərlər.” O, Hər şeyə yaxındır, amma belə də yox ki, onlara bitişmiş olsun, eləcə də o hər şeydən uzaqdır, amma belə də yox ki, onlara laqeyid qalsın. O, qabaqcadan fikirləşməmiş danışır, həm də qabaqcadan qərar qəbul etməmiş iradə göstərir!
    Category: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) | Views: 1096 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024