İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    12:59 PM
    Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    YETMİŞ DÖRDÜNCÜ HEKAYƏT

    74-ÜZBƏÜZ TƏ`RİF

    İmam Əli (əleyhissalam) Siffeyndə idi. Bir gün İslam döyüşçüləri Həzrətin ətrafına yığışdılar. İmam çıxışında Allaha həmd və sənadan sonra İslam başçılarının hüququ barədə onun yolu ilə gedənlərə qiymətli və mühüm bir bəyanla söhbət etdi.

    Bu vaxt Həzrətin əshabından biri ayağa qalxıb Həzrəti tə`rif etməyə başladı. Bu tə`rifində Əli (əleyhissalam)-ın məqamından və İmamın fərmanlarından itaət və onun yolu ilə gedəcəyini e`lan etdi.

    1-Nəql edirlər ki, bu şəxsi o günə qədər Əli (əleyhissalam)-ın ordusunda görməmişdilər. Həmin kəs Allaha həmd və səna etdikən sonra İmam Əli (əleyhissalam)-ı belə alqışladı: «Sən bizim rəhbərimiz və biz də sənin rəiyyətinik. Allah təala sənin vasitənlə bizi zillətdən izzət yoluna doğru və sair bəndələri də köləlik boyunduruğu altından nicat verdi. Biz sənin ixtiyarında və fərmanın altındayıq. Düz danışan, natiq və müvəffəq hakim, eləcə də fərasətli malik sənsən. Heç rəva deyil ki, sənə itaət olunmasın. Biz sənin elm və kamalını heç kəsin elmi ilə müqayisə etmirik.

    Sənin əzəmət və cəlalın bizim yanımızda çox böyükdür və sənin fəzilətlərin bizim yanımızda təsəvvür etdiyimizdən daha yüksəkdir.»

    Amma bu şəxsin kim olması aydın deyildi. Əllamə Məclisi bu barədə belə deyir: «Belə mə`lum olur ki, bu kəs Həzrət Xızr (əleyhissalam) imiş ki, aşkar olub İmam Əli (əleyhissalam) öz haqqında danışıbdır. Bundan ötəri ki, xalqa höccət tamam olsun.»

    İmam Əli (əleyhissalam) haqqında deyilən tə`rifləri qəbul etmədi, çünki (Həzrətin məqamı bu sözlərdən daha yüksək və ehtiramlı idi.) Buna görə də buyurdu: Allahın cəlalı hər kəsin yanında əzəmətli və böyük olarsa bütün şeylər onun nəzərində Allahdan kiçik olmalıdır... Daha sonra buyurdu: «Salehlərin qarşısında rəhbərlərin ən pis vəziyyəti onların fəxr və ziynətlərə aldanması, eləcə də yüksəliş axtarmaq cilvəsi gümanıdır.»

    «Mən istəmirəm ki, bu mövzu sizin zehninizə yol tapsın. Belə ki, guya mən tə`rif və sitayişi sevir və onu eşitməkdən ləzzət aparıram. And olsun Allaha ki, mən belə deyiləm. Əgər sevmli olsaydım belə yenə böyük və sübhan Allahın bərabərində həqirlik və kiçiklik izhar etmək xatirinə ki, hamıdan çox tə`rif və sənaya layiqdir onun (tə`rifin) tərk edilməsini seçərdim və axırda buyurdu:

    «Həqiqətən də mən, və siz yeganə Allahın bəndələriyik Allah o qədər bizə malikdir ki, özümüz-özümüzə o dərəcədə malik deyilik. Allah bizi əvvəlki yolumuzdan xaric edib nicat yoluna qaytardı. Qara qəlblik və kor zehinlikdən sonra bizə bəsirət və tanıma yolunu göstərdi.»

    Beləliklə görürük ki, İmam Əli (əleyhissalam) üz-üzə tə`rif etməkdən nəhy edib.

    Xomeyni (müddə zillluhul ali) yadıma düşdü ki: Çərşənbə axşamı 1366-cı şəmsi ilinin mehr ayının 7-də ölkənin bütün İmam cümələri Ayətullah Meşkini ilə birlikdə Cəmaran Hüseyniyyəsində İmamın hüzuruna yetişdilər. Ayətullah Meşkini İmam Xomeyninin çıxışından öncə bir neçə dəqiqə qabaq söhbət edərək o böyük şəxsiyyətin yüksək məqamına işarə etdi. İmam Xomeyni söhbətinin əvvəlində buyurdu «Mən əvvəlcə Ağayi Meşkinidən gilayə edirəm, ona görə ki, bizim öz nəfsimizə mübtəla olmağımız kifayətdir. Odur ki, daha başqa məsələləri buyurmayasınız ki, nəfslərimizdə üst-üstə yığılıb bizi geri qaytarsın. Dua edin ki, insan olaq...»

    Rəvayətlərdə gəlib: Həvarilər – İsa (əleyhissalam)-ın xüsusi əshabları Həzrəti İsa (əleyhissalam)-dan soruşdular:

    «Ən xalis əməl nədir?»

    O Həzrət buyurdu:

    «Ən xalis əməl o əməldir ki, yalnız və yalnız Allah üçün yerinə yetirilsin və onu görən kəs başqasının bu əməlinə görə onu alqışlamasını arzulamasın.»

    75-ƏLİ (ƏLEYHİSSALAM) TƏLHƏNİN CƏNAZƏSİ YANINDA

    Təlhə Übeydullahın oğlu Məkkə əhlindən və Qüreyş sülaləsindən idi. O, şücaətli və səxavətli bir şəxs idi ki, onu Təlhətül-Cavad deyə çağırırdılar.

    O, İslama ilk qədəm qoyanlardan Ühüd və Xəndək, eləcə də zəmanənin digər müharibələrində iştirak edənlərdən biri idi. Osmanın xilafəti zamanında Təlhə Osmanla bərk müxalif və Osmanın qatillərindən biri idi. Əli (əleyhissalam) bir gün Təlhəyə buyurub israr etdi ki, «Osmanı azad edin.» O, cavabında dedi: «Bəni-Üməyyəni cəzalandırmayınca Osmanın azadlığı mümkün deyildir.»

    Təəccüblü burasıdır ki, həmin Təlhə Əli (əleyhissalam)-ın əleyhinə olan Cəməl müharibəsində, həmin ordunun Bəsrədəki bayraqdarı idi. Onun bayrağı altında yaşayan Mərvan adlı bir şəxs nəhayət Təlhəni öldürdükdən sonra dedi: «Osmanın qanının intiqamını Təlhədən aldım.»

    Cəməl müharibəsinin ən böyük qızışdırıcılarından biri olan Təlhə nəhayət öldürüldü. Müharibədən sonra İmam Əli (əleyhissalam) cəsədlərin arasında gəzirdi. Elə ki, gözü Kə`b ibni Səid ibni Miqdad və s... kimilərin napak cəsədlərinə sataşdı bir neçə qısa sözlər buyurdu: Amma Həzrətin gözü Təlhənin napak cəsədinə sataşdıqda buyurdu: «Bu şəxs mənim bey`ətimi sındıran, fitnə və qalmaqal yaradan idi, həmçinin ümmət üçün camaatı məni və mənim nəslimi öldürməyə də`vət edirdi.»

    Sonra İmam buyurdu: Onu əyləşdirin oradakılar onu oturtdular. Bu zaman İmam üzünü ona tutub buyurdu: «Ey Təlhə! Allahımın mənə verdiyi və`dənin haqq olduğunu tapdım və sən də öz növbəndə Allahın günahkarların cəzası haqqında verdiyi və`dəsinə yetişdin. Daha sonra buyurdu: Cəsədini tullayın.»

    «Nəhcül-bəlağə»də gəlmişdir İmam Əli (əleyhissalam) Təlhə və Əbdür-Rəhman ibni İtabın cəsədlərinin yanından keçdikdə buyurdu: Əbu Məhəmməd (Təlhə) bu məkanda yalqız və həmdəmsiz qalıbdır. And olsun Allaha ki, mən səma altında qalmış Qüreyşlilərin cəsədlərinə baxmaq istəmirdim. Mən öz intiqamımı Əbd Mənaf övladından aldım, amma Bəni Cümə qəbiləsinin rəisləri qaçdılar, müharibə qızışdıranlar elə bir işə (yə`ni xilafət və rəhbərliyə) can atırdılar ki, buna əsla ləyaqətləri yox idi. «Hələ Arzularına çatmamış onların dartılmış boyunları sındırıldı.» Beləliklə İmam Əli (əleyhissalam) öz qatillərinin intiqamını aldı və fasidləri məhv etdi.

    76-ƏQİLİN QIZMIŞ DƏMİRDƏN NALƏSİ

    Həzrət Əli (əleyhissalam)-ın anası Fatimə Əsəd qızının Talib, Əqil, Cə`fər və Əli (əleyhissalam) adlı dörd oğlu var idi ki, hər birinin digəri ilə aralarındakı fərqdə on il fasilə var idi. Əbu Talibin ikinci oğlu Əqil gözəl fikirli, hazır cavab və şücaətli idi. Siffeyn müharibəsində Əli (əleyhissalam)-ın döyüşçülərindən hesab olunurdu. Əqilin övladları və nəvələri xüsusilə də oğlu Həzrət Müslüm hamılıqla dinin himayətçilərindən idilər. Onlardan bir neçəsi də Kərbəlada İmam Hüseyn (əleyhissalam)-ın hüzurunda şəhadətə yetişdilər. İmam Əli (əleyhissalam) xütbələrin biridə buyurur:

    «And olsun Allaha ki, qardaşım Əqilin yoxsulluq və kasıblıq caynağı altında çapaladığını gördüm. Məndən sizin hüququnuzdan olan buğdanın bir miqdarını ona bağışlamağını istədi.»

    Elə bir halda ki, onun uşaqlarını yoxsulluğun şiddətindən pərişan və rənglərini solmuş gördüm. Elə bil ki, uşaqların üzləri qaraldılmışdı. Əqil bir neçə dəfə Həzrətin yanına gedib qayıtdı. Hər dəfə də ürək yandırıcı halətlə öz istədiyini təkrar edirdi. Mən də onun sözlərinə qulaq asırdım. O belə güman etdi ki, mən dinimi satıb onun istəyinə itaət edir və öz iş tərzimdən əl götürərəm. Bu halda bir dəmiri qızdırıb Əqilin bədəninə yaxınlaşdırdım. Bu vaxt Əqil nalə çəkdi və az qaldı ki, qızmış dəmirin hərarətindən yansın. Ona dedim:

    Anan yasında otursun, ey Əqil! İnsanın oyuncaq üçün qızdırdığı oddan nalə edirsən, amma məni elə bir oda tərəf sürükləyirsən ki, Cəbbar olan Allah onu Öz qəzəbindən alışdırıbdır. «Sən qısa müddətli dünya əziyyətindən nalə etdiyin halda mən cəhənnəmin alışdırılmış əbədi odundan nalə çəkməyim?»

    Bura qədər sözü Əli (əleyhissalam)-ın dilindən eşitdik. İndi də Əqilin öz dilindən eşidək. Məşhur sünni alimi ibni Əbil Hədid deyir: Bir gün Müaviyə Əqildən soruşdu: «Qızdırılmış dəmir əhvalatı nədir?!»

    Əqil dedi: «Ruzigar mənim üçün çox çətin keçirdi. Yoxsulluq və əli boşluqdan təngə gəlmişdim. Qardaşımın yanına getdim nə qədər tə`kidlə kömək etməsini xahiş etdimsə də müsbət cavab eşitmədim. Nəhayət bütün uşaqlarımı götürüb Əli (əleyhissalam)-ın evinə getməkdən başqa bir çarə görmədim. Yoxsulluq və pərişanlıq uşaqlarımın üzündən aşkar olurdu. Həzrət bunu görcək buyurdu: «Gecə gəl sənə bir şey verim.»

    Gecənin qaranlığında uşaqlarımdan biri mənim əlimdən tutub Əli (əleyhissalam)-ın evinə apardı. Əli (əleyhissalam) oğluma çölə çıxmasını tapşırdı otaq xəlvət olduqdan sonra qardaşım dedi: «İndi götür» Məndə qızıl gümanı ilə sür`ətlə irəli getdim. Qəflətən əlim qızmış bir dəmirə toxundu və onu əlimdən atıb nalə etdim.»

    Həzrət buyurdu: «Anan yasında otursun, bu insanın dünya odu ilə qızdırılmş bir dəmirinin istiliyidir. Bəs, sabah qiyamətdə mənim və sənin halın necə olacaqdır?

    Sonra bu ayəni («Mö`min» surəsi, 71) tilavət etdi:

    «O zaman ki, zəncirlər onların boyunlarına asılar və onları çəkər.»

    Sonra buyurdu:

    Beytül-malda Allahın sənə tə`yin etdiyi haqdan başqa məndə sənin haqqın yoxdur, get evinə.»

    Müaviyə təəccüb edib dedi: «Əfsus, əfsus, haradadır elə bir ana ki, Əli (əleyhissalam) kimi bir oğul dünyaya gətirsin?»

    77-HƏDİYYƏ FORMALI RÜŞVƏT YA İLANIN AĞZININ SUYU İLƏ QARIŞDIRILMIŞ HALVA

    Əş`əs ibni Qeys (münafiqlrin başçısı) ən alçaq və hiyləgər, eləcə də Əli (əleyhissalam)-ın ən kinli düşmənlərindən biri idi. O, həmçinin Siffeyn müharibəsində və Həkəmeyn əhvalatında Əli (əleyhissalam)-a ən böyük xəyanətlərdən birini etdi. Nəhrəvan müharibəsinin əsl qızışdırıcısı da elə o oldu. İbni Əbil Hədidin dediyinə görə Əli (əleyhissalam)-ın xilafəti dövründə baş vermiş hər hansı bir fitnə və fəsadlar Əş`əsin tərəfindən olmuş. O elə bir kəs idi ki, Kufədə evinin damında minarə tikdirmişdi və namaz vaxtlarında azan verilən yerə qalxıb uca səslə Əli (əleyhissalam)-a xitab edib deyirdi: «Ey Əli, (əleyhissalam) sən yalançı və sehrbazsan.»

    İmam Sadiq (əleyhissalam) buyurdu: Əş`əs Əli (əleyhissalam)-ın qətlində, qızı Co`də İmam Həsən (əleyhissalam)-ın qətlində və oğlu Məhəmməd Əş`əs İmam Hüseyn (əleyhissalam)-ın qətlində iştirak etdi.

    İndi də hadisənin əslinə qayıdaq: Əş`əs ibni Qeys özünün xam xəyalı ilə Əli (əleyhissalam)-a hədiyyə adlı rüşvət gətirməklə o Həzrətin hökumətinə yaxınlaşmasını, nəticədə özünün maddi və mə`nəvi hədəflərinə çatmasını istəyirdi. Buna görə də halva hazırlayıb gecə vaxtı Əli (əleyhissalam)-ın evinə gəldi və qapını döydü. Əli (əleyhissalam) qapını açdı və Əş`əs halvanı Həzrətə təqdim etdi. İmam Əli (əleyhissalam) bu barədə buyurur: O halvaya elə bir şey qatmışdı ki, mən onu bəyənmirdim, sanki o halva ilan ağzının suyu ilə qatışmışdı.

    Dedim: Bəxşişdir, zəkatdır, yoxsa sədəqə? Zəkat (vacib) və sədəqə ki, (müstəhəbb) bizim ailə və sülaləmizə haramdır.

    Əş`əs dedi: Nə zəkatdır, nə də sədəqə və hədiyyədir.

    Dedim: Yasçılar sənin yasında otursunlar, Allahın dini yolu ilə daxil olubsan ki, məni aldadasan? Sənin əqlinin nizamı pozulub dəli olmusan yaxud sayıqlayırsan?

    And olsun Allaha, əgər göylərin altında olan yeddi iqlimi mənə bağışlayalar, bundan ötəri ki, qarışqanın ağzından apardığı arpa qabığını ondan alacağım qədəri günah edəm, etməyəcəyəm. Həqiqətən də sizin dünyanız mənim yanımda çəyirtgənin ağzında çeynədiyi yarpaq qədər dəyrsizdir. Əlinin fani dünya ne`mətləri həmçinin onun müvəqqəti ləzzəti ilə nə işi? Allaha əql zəifliyindən və azğınlığından pənah aparır və ondan kömək istəyirəm.

    Bu tərtiblə Əli (əleyhissalam) Əş`əsin rüşvət formalı hədiyyəsini rədd etdi və Əş`əsin bu işi o Həzrəti icra etməkdən saxlaya bilmədi.

    78-VƏFALI VƏ CƏSUR YOLDAŞIN MƏDHİ

    Malik Əştər Əli (əleyhissalam)-ın səmimi, pak və şücaətli dostlarından idi. Elə bir dost ki, Əli (əleyhissalam) bə`zi vaxtlar öz yoldaşlarına buyururdu:

    «Kaş sizin aranızda iki nəfər Malik Əştər kimi adamım olaydı.» mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm üçün necə idimsə Malik də mənim üçün o cür idi. İmam Əli (əleyhissalam) öz danışıqlarının birində bu qəhrəman və cəsurun haqqında belə buyurur:

    Allah ona xeyr versin ki, əyrilikləri düzəltdi və xəstələri müalicə etməyə başladı, sünnəti ayağa qaldırdı, fitnəni arxada qoyub imtahanlardan qəbul olundu və təmiz geyim az eyb ilə bu dünya ilə vidalaşıb əbədi həyata qovuşdu. Həmçinin, həyatın pisliyindən azad oldu. O Allah qarşısında öz məs`uliyyətini layiqincə yerinə yetirdi, Allaha günah etməkdən çəkindi.

    O getdi lakin camaatı bir neçə yol ayrıcında qoydu və onlar da onun olmaması üzündən sərgərdanlıq bataqlığında batdılar.

    Malik Əştər Əli (əleyhissalam) tərəfindən Misirin valisi tə`yin edilmişdi, Misirə sarı getdiyi zaman Müaviyənin məxfi muzduru tərəfindən zəhərli bal ilə şəhadətə çatdı. Bu böyük insanın şəhadət xəbəri Əli (əleyhissalam)-a çatdıqda o Həzrət buyurdu:

    «Malik?! Malik kim idi? And ola Allaha, əgər dağ idisə yeganə və yüksək bir dağ idi. Əgər daş idisə elə möhkəm və hündür idi ki, heç kəs onun ətəyinə çatmazdı və heç bir yüksəyə uçan quş belə onun göylərə ucalmış zirvəsində qanad çala bilməzdi.»

    79-BEYTÜL-MALIN BÖLGÜSÜNDƏ BƏRABƏRLİK

    Abdullah ibni Əsvəd Əli (əleyhissalam)-ın şiələrindən və silahdaşlarından idi. Baxmayaraq ki, atası və əmisi Bədr müharibəsində şirk ordusunun tərəfdarı idilər və elə o müharibədə öldürüldülər. Babası Əsvəd Peyğəmbəri istehza edənlərdən biri idi, lakin özü Əli (əleyhissalam)-ın xəttində hərəkət edən və onun yolunu qəbul edənlərdən sayılırdı. Bir gün o beytül-maldan öz haqqından artıq istəyib xəyal etdi ki, Əli (əleyhissalam)-a yaxın olması xatirinə o Həzrət onu başqalarından üstün tutar, amma İmam onun istəyinin cavabında buyurdu:

    «Bu sərvət nə mənim, nə də sənindir. Əksinə müharibə qənimətlərindəndir ki, müsəlmanlar onu öz qılıncları ilə ələ gətiriblər. Əgər sən onlarla yoldaş olsaydın, onlar qədər payın var idi, yoxsa onların ələ gətirdikləri özgəsinin ağzına yem olmayacaqdır.»

    Yuxarıdakı mövzunu nəzərdə tutmaqla aşağıdakı dastana diqqət edin:

    Asim ibni Kuləyb atasından nəql edib dedi: Əli (əleyhissalam)-ın hüzurunda idim ki, İranın bir hissəsindən beytül-mal ünvanıyla bir qədər pul və başqa şeylər gətirmişdilər. Həzrət ayağa qalxıb onu bölmək qərarına gəldi. Camaat öz paylarını almaq üçün hücum etdilər. Həzrət qayda-qanuna riayət etmək üçün göstəriş verdi ki, Hail ünvanıyla malların ətrafına bir ip çəksinlər və camaat ipin o biri tərəfində dayansınlar Əli (əleyhissalam) özü də ipin içərisinə daxil oldu və əmr etdi ki, Yeddi qəbilənin rəisləri (o gün Kufədə sakin idilər) hazır olsunlar. Həzrət hər qəbilənin payını onların nümayəndələrinə verdi ki, hər nümayəndə o malları öz qəbilələrinin üzvləri arasında bərabər surətdə bölsünlər. İşin sonunda boşalmış qabların içərisində bir parça çörək qaldı.

    Əli (əleyhissalam) buyurdu: «Həmin çörəyi yeddi hissəyə bölün və hər hissəsini bir qəbilənin payına əlavə edin.»

    Başqa bir rəvayətə görə İmam Əli (əleyhissalam) müsəlmanların malını böldükdən sonra onun yerini süpürüb su səpirdi, sonra ağ və sarı pullara işarə ilə buyurdu:

    «Ey ağ və qırmızı (yə`ni qızıl və gümüş) pullar, məndən başqasını aldadın.»

    «Nəhcül-bəlağə»də 232-ci xütbəyə nəzər salaq:

    Bir gün Əli (əleyhissalam)-ın yanına iki qadın gəldi. Onlardan biri ərəb, digəri isə azad olmuş kəniz idi. İmam bir neçə dirhəm və bir miqdar yeməyi eyni bərabərdə onlara verdi. Bunu görcək ərəb qadın e`tiraz etdi və dedi: Mən ərəbəm, bu qadın isə əcəmdəndir. Niyə mənə artıq vermədin? İmam (əleyhissalam) buyurdu: «And olsun Allaha! Mən beytül-malın bölügüsündə İsmailin övladlarını İshaqın övladlarından üstün görmürəm.» ("Biharul-Ənvar" c.41, səh.137)

    Əllamə Məclisi yazır: «İmam Əli (əleyhissalam) İslam məntəqələrindən, xüsusilə Şamdan başqa bütün maddi dünyanı buraxmışdı. O bu məntəqələrdən yığılan beytül-malı bölüşdürdükdən sonra aşağıdakı şe`ri oxuyurdu:

    «Bu mənim əl səliqəmdir və ən yaxşısı ortasındadır, çünki hər bir canlının əli ağzına çatır.»

    80-DİL–DAXİLİ QÜVVƏNİN NÜMAYƏNDƏSİ

    Co`dət ibni Hubəyrə Məxzuni Əli (əleyhissalam)-ın bacısı oğlu, onun da anası Ümmü Hani idi. İmam Əli (əleyhissalam) hadisələrdən birində ondan məsciddə camaat qarşısında çıxış etməsini istədi. O, minbərə qalxdı, amma danışa bilmədi və sakit dayandıqdan sonra aşağı endi. Bu zaman İmam minbərə çıxıb buyurdu:

    «Agah olun, dil insan bədəninin ətindən olan bir parçadır. Əgər bir insanın hazırlığı olmazsa, dili söz deməyə qadir deyildir və əgər hazırlığı olub azad olsa nitq ona möhlət verməz (ürəyi istəyəcək ki, söz danışsın). Biz söz hakimləriyik və onun damar və kökləri bizdə möhkəmlənibdir.»

    Beləliklə İmam (əleyhissalam) demək istəyir ki, dil insan ürəyinin və batininin nümayəndəsidir. Əgər insan düzgün çıxış etmək istəsə, gərək əvvəlcə canını və ruhunu elm, mə`rifət və əməl ilə qüvvətləndirsin. Digər tərəfdən isə hazırlıqdan sonra gərək dilini qorusun çünki, dilin öz başına buraxılması böyük bir xətadır.

    Sonra Həzrət nübüvvət sülaləsinin söz danışmaqda qüvvətli olmalarına və onların vücudlarının dərinliklərində kök atmasına, eləcə də onun bu ailəyə məxsus olmasına işarə etdi.

    81-ƏLİ (ƏLEYHİSSALAM) PEYĞƏMBƏR SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏMDƏN AYRILDIĞI ÜÇÜN QƏMGİNDİR

    İmam Əli (əleyhissalam)-ın xüsusiyyətlərindən biri də budur ki, Peyğəmbərin vəfatı vaxtı onun yatağının kənarında idi və o Həzrətin başı Əli (əleyhissalam)-ın sinəsi üstündə olduğu halda müqəddəs ruhu behiştə doğru yüksəldi. Əli (əleyhissalam) Peyğəmbəri kəfənə tutdu və ona namaz qılıb torpağa tapşırdı. İmam Əli (əleyhissalam) Peyğəmbərin müqəddəs cənazəsinə qüsl verdiyi zaman bir söz buyurdu ki, onun dözülməz qəmindən və mütəəssir olmasından xəbər verirdi. Həzrət orada can yandırıcı bir mətləbə işarə edib buyurdu:

    «Ey Allahın elçisi! Atam və anam sənə qurban olsun, doğrudan da ilahi hökmlər və göylərin xəbərləri sənin getməyinlə kəsildi.

    Sən yeganə əziz idin və sənin vəfatın, qəmin o qədər böyükdür ki, başqa müsibətlərə baş sağlığı verir. Sən elə bir şəxssən ki, bütün camaat sənin matəmində qəmgin və kədərlidirlər.»

    «Ey Allahın Rəsulu! Əgər sən bizə səbri əmr etməsəydin, eləcə də bizi nalə və dözümsüzlükdən uzaqlaşdırmasaydın sənin matəmində göz yaşlarımızın bulağı quruyana kimi ağlardıq, doğrusu, əhəmiyyətsiz şeylərdir, amma həmişəlik can yandırıcı qəm və kədərlə nə etmək olar? Ölüm inkar edilməz və çarəsiz bir həqiqətdir?.»

    «Atam və anam sənə fəda olsun, bizi pərvərigarının yanında yada sal və öz xatirində saxla.»

    Başqa bir yerdə isə belə buyurur: «Səbr və hövsələ yaxşıdır, amma nə sənin nə də ki, sənin ayrılığına səbrim var. Sənin ayrılığının müsibəti çox ağırdır (və) səndən qabaq və səndən sonra hər müsibət kiçikdir» Əmirəl-mö`minin Əli (əleyhissalam)-ın bu ibarə və danışıqlarından mə`lum olur ki, o Həzrət heç kəsin ayrılığında Allah elçisi səlləllahu əleyhi və alihi və səlləmin ayrılığı qədər kədərli olmamışdır. Hətta Əli (əleyhissalam) Həzrəti Zəhra (s.ə)-ın müqəddəs bədənini dəfn edərkən Peyğəmbərə xitab edib deyir:

    «Sənin vəfat faciənlə qarşılaşdıqdan sonra mənə hər haqqa bir müsibət yetişsə (yenə də) kiçikdir.»

    Bu sözlərlə Əli (əleyhissalam)ın Peyğəmbərə nə qədər bağlı olduğunu dərk edirik.

    82-OSMANIN ƏLİ (ƏLEYHİSSALAM)-A SİFARİŞİ VƏ HƏZRƏTİN CAVABI

    Osmanın öz xilafəti zamanı İslam qayda-qanunları ilə uyğun gəlməyən işlər gördü.

    Buna görə də onlar yığılıb onu öz evində mühasirə etdilər və hətta bir neçə gün ona su da vermədilər. Axırda onu elə öz evindəcə öldürdülər. Mühasirədə olduğu vaxt Osman Abdullah ibni Abbas vasitəsilə Əli (əleyhissalam)-a sifariş göndərdi və o Həzrətdən Mədinədən xaric olmağını istədi ki, özünün Əli (əleyhissalam)-ın düzəltdiyi əkin yerlərindən birinə getsin, daha camaat Əli (əleyhissalam)-ın adına xilafət şüarı verməsinlər. İbni Abbas Osmanın sifarişini Əli (əleyhissalam)-a çatdırdı, İmam Əli (əleyhissalam) ibni Abbasa belə buyurdu:

    «Ey Abbasın oğlu! Osman istəyir ki, məni su daşıyan dəvəyə çevirsin və həmişə dəvə kimi o tərəf bu tərəfə gedəm. Bundan qabaq mənim üçün sifariş göndərdi ki, Mədinədən çıxım və sonra xəbər göndərdi ki, qayıdım. İndi də səni səfir edibdir ki, Mədinədən çıxım.

    And olsun Allaha, o qədər onu müdafiə etdim ki, qorxdum məbada günahkar olam.»

    Bu minvalla görürük ki, İmam Əli (əleyhissalam) İslamı və İslami birliyi qoruyub saxlamaq üçün ciddiliklə çalışır və istəmirdi ki, İslam üçün xoşa gəlməyən bir hadisə baş versin. Buna baxmayaraq sonralar o Həzrətin müxalifətləri Osmanın köynəyini onun əleyhinə bayraq edib onu Osmanın qatili adlandırdılar və Osmanın intiqamını almaq adı altında o Həzrətlə müharibəyə başladılar.

    Category: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) | Views: 1082 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024