İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)
    12:45 PM
    Kitabın adı: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət)

    94-ÜSTÜN CƏHƏTLƏRƏ GÖRƏ VƏZİFƏYƏ TƏ`YİN ETMƏK

    Ömər ibni Əbi Sələmə (Rəsulullahın) həyat yoldaşı Ümmü Sələmənin oğlu idi Cə`fəri Təyyarın atası o vaxt onunla Həbəşəyə mühacirət etdikdə dünyadan getdi və bu hadisədən sonra Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onun anası ilə evləndi. Bu adam Əli (əleyhissalam)-ın onu Bəhreyn və Farsın hakimi təyin etdiyi ləyaqətli bir şəxs idi. Digər tərəfdən də qüdrətli şair və Ənsarın söz ustadlarından sayılan No`man ibni Əclan özünün gözəl şe`rləri ilə nübüvvət xanidanını himayə etməyə qalxdı.

    İmam Əli (əleyhissalam) üstünlük qanunlarına riayət əsasında Ömər ibni Əbi Sələməni vəzifəsini layiqincə yerinə yetirəndən sonra geri çağıraraq No`man ibni Əclanı onun yerinə tə`yin etdi, çünki Siffeyn müharibəsi davam edirdi və Ömər ibni Əbi Sələmənin vücudu onun həm Qüreyşin böyüklərindən, həm də İslamda gözəl keçmişə malik olan şəxsiyyətlərindən sayıldığına görə orada daha çox lazım idi. İmam Ömər ibni Sələməyə aşağıdakı məzmunda bir sifariş göndərdi:

    «Mən No`man ibni Əclanı Bəhreynin valisi tə`yin edərək sənin ixtiyarını oranın valiliyindən geri çağırdım. Sən orada öz rəhbərliyini çox gözəl yerinə yetirərək əmanət haqqını düşzgün riayət etdin. Belə ki, heç bir sui-zənnə səbəb olmadın tez özünü mənə çatdır çünki qərara almışam Şam tələbkarlarına doğru hərəkət edəm. Mənimlə yoldaş olmağını çox istərdim. Çünki sən elə adamlardansan ki, həmişə düşmənlə döyüşdə və İslamın əsasını bərpa etməkdə bizlərə kömək etmisən və sən bu işlərə layiqsən. İnşallah.»

    95-ƏLİ (ƏLEYHİSSALAM)-IN NƏZƏRİNDƏ BEYTÜL-MAL OĞRULARI

    Məsqələt ibni Hubəyrə Şəybani Məxcəd qəbiləsinin böyüklərindən, eləcə də Bəni Şəyban ailəsindən sayılırdı. O Həzrət Əli (əleyhissalam) tərəfindən fars məntəqələrinin biri olan Ərdəşir Xurrənin valisi tə`yin edilmişdi. Bu vilayətin İslam qüvvələri vasitəsilə İslamın bayrağı altına tabe olunmasını nəzərə alaraq qənimətlər və əldə edilən malların bütün müsəlmanlar arasında bölünməsi əmr edildi. Bu zaman Məsqələt saysız hesabsız hədiyyə və bəxşişləri öz yaxın adamlarına paylamaqla müsəlmanların beytül-malına xəyanət etdi. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdırıldıqda İmam Məsqələyə belə bir sifariş göndərdi:

    «Sənin gördüyün işlər barədə mənə bir xəbər çatıbdır, əgər bu xəbər doğru olarsa sən öz Allahını qəzəbləndirmiş və öz İmamının fərmanından boyun qaçırmışsan. O da budur ki: Sən müsəlmanların can və qanları ilə ələ gətirdikləri qənimətləri öz qohumların və yaxın adamların arasında bölmüsən. And olsun o Allaha ki, insanı yaratdı. Əgər bu xəbər düz çıxsa, mənim yanımda puç və xar olacaqsan, yaradanının haqqını yüngül sayıb dinini dünyaya satma. Əgər belə olsa o, zaman ən ziyan verici adamlardan sayılacaqsan.

    Agah ol müsəlmanların haqqı bu qənimətlərin bölünməsində həm sənin həm də mənim yanımda barabər və eynidir. Bütün o mallar mənim əlimə çatmalıdır ki, müsəlmanlar öz paylarını məndən alsınlar.»

    Beləliklə İmam Əli (əleyhissalam) beytül-malı yeyib talayanlarla qətiyyətli rəftar edərək onları alçaq və puç adlandırırdı.

    96-NİYƏ RƏNGLİ SÜFRƏ BAŞINDA ƏYLƏŞDİN?!

    Osman ibni Hunəyf Əsil, şəhamətli Ənsarın ən seçilmiş (Mədinə müsəlmanları) şəxsiyyətlərindən Ovs sülaləsindən idi ki, qardaşı Səhl ibni Hunəyf ilə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin hüzuruna gələrək İslamı qəbul etdilər və onlar İslam yolunda var sə`yi ilə çalışan müxlislərdən idilər və köhnə müsəlmanlardan hesab olunurdular.

    Bu şəxs Peyğməbər səlləllahu əleyhi və alihi və səlləmin vəfatından sonra Həmişə Əli (əleyhissalam) ilə bir olub enişli-yoxuşlu yollarda heç vaxt o Həzrətdən ayrılmamışdı. O ömrü boyu həqiqət yolundan heç vaxt çıxmadı. O Şortətul-Xuməys (Əli (əleyhissalam)-ın ölümə hazır ordusundan) idi və ixlas və şəhamətlə bu yolda addım atırdı.

    Əli (əleyhissalam) xilafətə yetişdikdən və İslam hökuməti işlərini əlinə aldıqdan sonra Abdullah ibni Amir Osman ibni Əffanın xalası oğlu onun tərəfindən Bəsrənin valisi tə`yin olunmuşdu. Əli (əleyhissalam) onu valilikdən xaric edərək Osman ibni Hunəyfi onun yerinə tə`yin etdi.

    Osman ibni Hunəyf Bəsrəyə tərəf gələrək cüz`i yanaşma və toqquşmadan sonra Bəsrənin valiliyini öz əlinə aldı və bu diyarın camaatının işlərinə yetişməyə başladı.

    Osman Cəməl müharəbəsi başlanana kimi Bəsrənin valisi idi. Lakin Cəməl müharibəsi ərəfəsində onunla silahdaşları arasında bir tərəfdən digər tərəfdən, isə düşmənləri vasitəsilə toqquşma baş verdi. Osman ibni Hunəyf yaxşı müqavimət və şücaət göstərdi, ancaq axırda qüvvənin azlığı və təchizatın olmaması üzündən məğlub olub düşmənin əsirinə çevrildi və düşmən tərəfindən işkəncəyə mə`ruz qaldı. Sonradan azad olundu və Ziy Qar məhəlləsində Əli (əleyhissalam)-a qovuşduqda İmam onun haqqında dua edib buyurdu: «Sən bu dönməzlik və yaxşı işlərinlə xeyir və mükafata nail oldun.»

    Osman ibni Hunəyf Bəsrənin valisi olduğu müddətdə pis bir iş tutub ki, bu bir İslam valisinin şə`nindən uzaq idi. Onun tutduğu iş bu idi:

    «Bəsrə pullularından birinin nahar (ya şam) yeməyi də`vətini qəbul edərək onun əlvan süfrəsinin kənarında əyləşdi ki, bütün də`vət olunanlar varlılardan ibarət idi.»

    Bu işin haram olmamasına baxmayaraq onun kimi bir şəxsiyyətin elə bir mövqeiyyətdə olması düzgün deyildi. Bu hərəkət camaatı Əli (əleyhissalam)-ın hökumətinə qarşı bədbin edirdi. Bunu görən xalq elə fikirləşirdi ki, görəsən niyə Əli (əleyhissalam)-ın valisi xüsusi sinifdən olanlarla oturb-durur? Və çox güman ki, həmin əlaqə fürsət axtaranlar üçün körpü olardı və s...

    Əli (əleyhissalam)-ın qasidləri bu xəbəri Həzrətə çatdırdıqda İmam Əli (əleyhissalam) Osmana müfəssəl bir məktub yazdı ki, həmin məktub «Nəhcül-bəlağə»də ən dərin və dəyərli məktublardan hesab olunur. Bu məktubun əvvəlində belə gəlib:

    «Ey Hunəyfin oğlu! Mənə mə`lumat çatıb ki, Bəsrənin cavan və pullularından biri səni evinə ziyafətə də`vət edibmiş ki, sən də (işin nəticəsini nəzərə almadan) bu də`vətə tərəf tələsmisən və orada sənin qabağına cürbəcür ləzzətli xörəklər düzüblər ki, onlar sənin ağzına ləzzət gətirib.

    Mən güman etmirdim ki, sən elə adamların qonaqlığını qəbul edəsən ki, yoxsulları ac-yalavac, o süfrədən uzaq, amma varlıları oraya də`vət olunmuş və o süfrənin başında əyləşmiş olalar. Bir bax gör ki, sən bu axurdan nə çeynəyirsən!? Bir müsəlman şəxsin halal malı olduğuna yəqinin olmadığın şeyləri kənara tulla və halal olduğuna yəqinin olduqlarından istifadə et.

    Ey Osman ibni Hunəyf! Bil və dərk et ki, hər şəxsin bir rəhbəri vardır. Belə ki, müxtəlif məsələlərdə ondan dərs və ibrət alırlar. Belə ki, onu özləri üçün inam yeri və örnək sanaraq onun dünya görüşü və təcrübəsindən bəhrələnirlər. Elə isə bil ki, sizin rəhbəriniz Əli (əleyhissalam) öz dünyasından paltar sarıdan iki dəyərsiz paltarla kifayətlənib, dünya yeməyindən iki tikə arpa çörəyinə qənaət edibdir. Doğrudur ki, sizin bu həddə qədər qüdrətiniz yoxdur (mənim kimi olasınız) lakin, mənə nəfsi öldürmək, istiqamət və işlərdə diqqət məsələsində kömək etməlisiniz.»

    Bu məktubun digər bir hissəsində buyurur:

    «Əgər bal şəhdindən (süzmə baldan) və buğdanın məğzindən yemək hazırlamaq və bunları bir-birinə qarışdırıb yemək, eləcə də ipək paltar geymək istəsəm bunu edə bilərəm lakin heyhat, nəfs həvası mənə qalib gələ bilməz. Hərislik və tamah məni vadar edə bilməz ki, belə yeməklər yeyim, lakin Hicaz və Yəmamədə elə bir adam olsun ki, bir tikə çörəyi tapa bilməsin və heç vaxt doyunca çörək yeməmiş olsun; Yaxud (bu olan iş deyildir ki,) mən tox qarınla yatam, amma ətrafımda ac qarınlar və yanmış cigərlər yuxuya getməsinlər, ya şair demişkən:

    «Həmin dərd sənə bəsdir ki, tox qarınla yatasan, ətrafındakı ac cigərlər isə bir kasa xörək ələ gətirmək üçün (ya quru çörək) qanad çalsınlar.»

    Görəsən bununla kifayətlənim ki, bu şəxsin mö`minlərin əmiri və rəisi olmasını desinlər amma mö`minlərin çətinliyində iştirak etməmiş olum ya həyat çətinliklərində onların rəhbəri və qabaqcılı olmayım?!!»

    Məktubun başqa bir qismətində isə buyurur: «Danışıqlarımızdan qulağıma belə çatdı ki, deyir:

    Əbu Talibin oğlunun xörəyi belə (sadə) olarsa zəifliyə səbəb olur ki, bu zəiflik onu qəhramanlarla döyüşməkdən geri qoyar. Lakin bunu bil ki, dağlıq yerin ağacı daha möhkəm, yaşıl ağacların (ki onlara baxılır) qabıqları isə nazikdir. Digər tərəfdən isə çöl çöplərinin şö`ləsi daha qızğın sönməsi isə daha keçicidir.»

    Mənim Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə olan bağlılığım işığın işığa nisbəti kimidir. And olsun Allaha, əgər bütün ərəblər birləşib mənim döyüşümə gəlsələr müharibəyə arxa çevirmərəm və əgər əlimə fürsət keçərsə tələsik (düşmənin başını əzmək üçün) gedərəm, ardıcıl sə`y edərəm ta yer üzünü bu yoldan döndərib iki üzlü (Müaviyə kimi) adamın murdar vücudundan təmizləyim.

    Həzrət məktubunun sonunda isə belə buyurur:

    «Ey Osman! Allahdan qorx, bir neçə tikə çörəyə qənaət et, bəlkə cəhənnəm odundan nicat tapasan.»

    97-KUMEYLİN TƏNBİHİ!

    İmam Əli (əleyhissalam)-ın yaxın və xüsusi şiələrindən olan Kumeyl ibni Ziyad Nəxəi idi.

    Kumeyl duasını o, Həzrət Əli (əleyhissalam)-dan nəql etdiyinə görə də bu dua onun adı ilə bağlıdır. O, seçilmiş və ləyaqətli şəxslərdən idi ki, Əli (əleyhissalam) ona yüksək elmi və irfani mərhələni öyrətmişdi. Kumeyl Əli məktəbində inkişaf etmişdi ki, onu «Sahibi sirr» (ya Əli (əleyhissalam)-ın sirr saxlayanı) adlandırmışdılar. O, ibadətdə və gecəni yuxusuz keçirməkdə təqva və Allaha tə`zimdə İmamın əshabı arasında nümunəvi idi. İmam Əli (əleyhissalam) onun şəhadət xəbərini Kumeylə xəbər vermişdi. O doxsan yaşında (İraqın cəllad valisi Əbdül Məlik) in sərəncamı ilə Həccac ibni Yusif Səqəfi tərəfindən şəhadətə yetişdi.

    Həzrət Əli (əleyhissalam) onu özünün xilafəti dövründə (İraqın yaşayış məntəqələrindən biri) Hiytə şəhərinə vali tə`yin etmişdi. Məşhur sünni alimi İbni Əbil Hədid yazır: O qətl və qarətlər ki, İraqın ətrafındakı yaşayış məntəqələrində Müaviyə ordusu tərəfindən olurdu, o zəiflik nəticəsində onların qarşısını almadı. Daha sonra onu əvəz etmək yerinə Qirbisaya (Müaviyənin ixtiyarında olan şəhərlərdən biri idi) və onun nahiyələrinə hücum etdi. Buna görə də Əli (əleyhissalam) tərəfindən tənbih olundu. (Belə ki, aşağıdakı məktubda gəlibdir). Bu məktub Kumeylin hərbi və siyasi zəifliyini göstərən nişanədir. O məktub göstərir ki, layiqli və təqvalı şəxslər nə qədər zöhd sahibi olsalar belə təkcə bu kifayət deyildir. İslam nəzərində hər bir müsəlman bütün sahələrdə qüdrətli və cəsarətli olmalıdır. Məktubun əsli belədir: «İnsanın öhdəsində qoyulan hər bir işdə eləcə də ixtiyarında olan məntəqələrdə və işlərin yerinə yetirilməsində olan israrda süstlük onun acizliyini və batil rə`yini sübut edən və onu ölümə aparan aydın bir misaldır. (Ey Kumeyl sən Qirqisa əhlinə hücum etdin lakin ixtiyarında olan məntəqələrin sərhədlərinin qorunmasına göz yumdun. Belə bir iş düzgün deyildir, həqiqətdə isə sən düşmənlər üçün bir körpü olmusan ki, öz dostlarının qətl və, qarətinə əl atmaq niyyətindədirlər.»

    «Nə bir qüdrətli biləngin var, nə, də düşmən qəlbində qorxu ya heybət yaratmağı bacarırsan.? Nə bir sərhəddi qoruyursan nə düşmənin çiynini əzə bilirsən, nə diyarının şəhər və əhalisini qorumağa yetişmirsən, nə də öz rəhbərini oranın işlərinə dəxalət etməkdən azad qoyursan.»

    98-ƏBU MUSA VƏ YA AXMAQ MÜTƏKƏBBİR

    Abdullah ibni Qeys (Əbu Musa kimi tanınan) hicrətin yeddinci ilində İslamı qəbul etmiş və Peyğəmbər Əkrəm səlləllahu əleyhi və alihi və səlləmin yoldaşlarından hesab edilirdi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm onu Zübeyd Ədən və Yəmən sahillərinin hakimi tə`yin etmişdi. Ömər öz xilafəti zamanı onu Bəsrənin hakimi tə`yin etdi. Osman öz xilafət dövrü onu bir müddət Bəsrənin hakimiyyətində saxladıqdan sonra onu bu vəzifədən azad etdi. Əbu Musa Kufəyə gəldikdən sonra Kufə camaatı öz valiləri Səid ibni Asdan narazı olduqları üçün onun çıxarılması və Əbu Musanın Kufənin hakimi olmasını tələb etdilər.

    Osman bu tələbi qəbul etdi. Əbu Musa o vaxtdan Cəməl müharibəsi başlananədək Kufənin valisi idi.

    Osman öldürüləndən sonra İmam Əli (əleyhissalam) hakimiyyətə gələnədək Əbu Musa Kufədə camaatdan bey`ət almadı və bu barədə süstlük və sükut etdi. Elə ki, bey`ət sındıranlar (bey`əti pozanlar) Cəməl müharibəsini qızışdırdılar. İmam Əli (əleyhissalam) öz ordusu ilə onları məğlub etmək üçün yola düşdü. (Kufənin hakimi) Əbu Musa camaatı Bəsrə cəbhəsinə səfərbər etməli idi.

    Amma deyirdi: Əli (əleyhissalam) bir rəhbərdir ki, onunla olunan bey`ət düzdür, vəli onunla qiblə əhli əleyhinə müharibəyə qalxmaq düzgün deyildir. Bu minvalla nəinki camaata hərəkət vermədi, əksinə onları öz hərəkətlərindən də saxladı. Bu xəbər Əli (əleyhissalam)-a çatdıqda Həzrət aşağıdakı məzmunda məktub yazdı ki, həmin məktubdan bə`zi nümunələri burada qeyd edirik:

    Allah bəndəsi Əli (əleyhissalam) Əmirəl-mö`minindən Abdullah ibni Qeysə (Əbu Musaya). Sən tərfdən mənə xəbər veriblər ki, həm xeyrinədir (bu cəhətdən ki, Əli (əleyhissalam) haqq bilirdi) həm də ziyanına (müharibəyə hərəkət verməkdən maneçilik törədirdi). Göndirdiyim qasidlə tezliklə himmət kəmərini bağalayıb, bayıra çıx və camaatı başına yığ. Əgər haqqı tanıyıb öz qərarını qəbul etdin camaatı Bəsrəyə doğru hərəkətə səfərbər et, yox əgər süstük göstərsən öz məqamından uzaqlaş.

    And olsun Allha, hər kim olsan və hər yerdə olsan sənin tərəfinə gələcəklər və səni ətini sümüyünü və yaşını və qurunu bir-birinə qatanadək buraxmazlar (və bu müharibənin alovu səni də ətəyini tutacaqdır buna görə də səhlənkarlıq etmə və haqqın yolunda çalışqan ol)... və axırda buyurdu:

    «And olsun Allha ki, bu haqq yoludur və haqq tərəfdarlarının vasitəsilə icra olunur. (Bu surətdə) Allahdan xəbərsizlərin nə iş gördüklərindən qorxum yoxdur. O, Əli (əleyhissalam)-ın sifarişinə əhəmiyyət vermədi Əli (əleyhissalam)-ın ordusu Mədinədən Zi Qar (Bəsrənin yaxınlığında) yetişdikdə o Həzrət İmam Həsən və Yasir Əmmarı Kufəyə göndərdi. Bu iki böyük şəxsiyyət Kufəyə gəlib Kufə camaatını cihada də`vət etdilər və nəticədə yeddi min nəfər Kufədən hərəkət edib Əli (əleyhissalam)-ın ordusuna qoşuldular. Əbu Musa belə bir həssas şəraitdə səhlənkarlıq etdi. Elə ki, onun səhlənkarlığının xəbəri Rəbəzədə (Mədinənin yaxınında) İmam Əli (əleyhissalam)-a çatdı Həzrət ona bir məktub yazıb buyurdu:

    Ey Haikin oğlu! (Haik toxucu mə`nasındadır və burada da kinayə onun axmaqlığından və təkəbbüründəndir, yə`ni axmaq mütəkəbbir) Səni Kufənin hakimiyyətindnən uzaqlaşdırdım və bu vəziyyətin bizə qarşı birinci azar olmayacaqdır. (Həkəmeyn cərəyanına işarədir).

    99-MƏKKƏ HAKİMİNİN ZƏVVARLAR PLANI

    Quşəm ibni Abbas Əli (əleyhissalam)-ın əmisi oğlu, ləyaqətli və əhdinə sadiq hesab olunurdu. O, İmam Əli (əleyhissalam) tərəfindən Məkkənin hakimi və valisi idi. İmam Əli (əleyhissalam) ona bir məktub yazaraq orada həcc mərasiminin yerinə yetirilməsi və zəvvarların Beytül-haramda necə ibadət etmələrinə dair göstəriş verib xatırlatdı ki, Allah qonaqlarına Məkkədə böyük hörmət etmək lazımdır İmam Əli (əleyhissalam)-ın göstərişləri aşağıdakı on maddədə xülasələşir:

    1-Xalq üçün həcc mərasimini bərpa edərək onun düzgün əməllərinin icrasında onlara yol göstər;

    2-Allahın böyük günlərini onlara xatırladaraq həmin günləri daima yaşat;

    3-Səhər-axşam zəvvarların üzləşdiyi çətinlikləri yoxlayaraq onların aradan qaldırılmasında sə`y göstər. Bu işdə öz vaxtını əsirgəmə;

    4-Hacıların suallarına diqqətlə qulaq asıb cavab ver;

    5-Qafilləri və bilməyənləri xəbərdar et;

    6-Zəvvarların alimləri ilə iclas quraraq müsəlmanların ən ümdə məsələlərinin müzakirəsi həllinə yol tap;

    7-Özünlə onların arasında səfir ya vasitə qoyma. Əksinə özün onların arasında ol;

    8-Səninlə görüşmək istəyənləri görüşdən məhrum etmə; Çünki, bu arzuda olanları elə ilk dəfədən qapından qovsan, sonradan onların müşküllərinin həllində aciz qalacaqsan.

    9-Beytül-mal və ümum xalq malı barədə diqqətli ol; Belə ki, beytül-malı ac ailə sahibləri və yoxsulların arasında düzgün bölüb xərclədikdən sonra əlavəsini bizə göndər ki, buradakı camaatın da ona ehtiyacı var.

    10-Məkkə əhlinə bu şəhərdə yaşayanlardan icarə haqqı almamalarını əmr et. Çünki Allah («Həcc» surəsi, 25-ci ayə) belə buyurur:

    «Həm xaricdən gələnlər, həm də Məkkə sakinləri olanlar bu torpaqda bərabərdirlər.»

    Akif yaşayanlar badi isə Məkkəyə başqa yerlərdən həcc mərasimini icra etmək üçün gələn zəvvarlardılar.

    «Allah bu torpaqda siz və bizlərə yaxşı işlər görməyimizdə müvəffəqiyyət inayət etsin.»

    Doğrusu bu on maddəlik plana diqqət yetirməklə onun maddələrinin rifah, əmniyyət, inkişaf və zəvvar mədəniyyəti xatirinə tərtib olunduğunun şahidi oluruq.

    100-VALİNİN QƏLBİNİ ƏLƏ ALMAQ

    Səhl ibni Hunəyf İslamın ilk müxlis müsəlmanlarından və Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləmin ən yaxın silahdaşlarından biri sayılırdı. O bütün müharibələrdə o Həzrətin hüzurunda düşmənlə vuruşaraq Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən sonra Əli (əleyhissalam)-ın xəttində də hərəkət edirdi. Səhl İmam Əli (əleyhissalam) tərəfindən Fars əyalətlərinə vali və fərmandar tə`yin olunmuşdu. O, Eləcə də bir müddət Mədinənin fərmandarı vəzifəsində də çalışmışdı. Əli (əleyhissalam) öz ordusu ilə Mədinədən Qasitlər və Nakislərin müharibəsinə hərəkət etdiyi zaman Mədinədə öz canişini qoymuşdu.

    O 38-ci Hicri ilində Siffeyn müharibəsindən sonra Kufədə dünyadan köçmüşdü. İmam Əli (əleyhissalam) onun ölümündən bərk narahat olmuşdu və Hunəyfin cənazəsinə beş dəfə namaz qılmışdı. (Yə`ni hər dəfə yeni cəmiyyət gəldiyindən namazı təkrar qılmağa məcbur idi. Həzrət Əli (əleyhissalam) bu zaman buyurdu: «Əgər buna yetmiş dəfə belə namaz qılsam, yenə də layiqdir...»

    O ənsar başçılarından Osman ibni Hunəyfin qardaşı və Əvs sülaləsindən sayılırdı.

    Kufədə olan İmam Əli (əleyhissalam)-a bir qrup adamın Mədinədən Şama gedərək Müaviyəyə qoşulması xəbəri çatdıqda Mədinənin fərmandarı olan Səhl bu vəziyyətdən çox narahat və mütəəssif oldu. Bu vaxt İmam Əli (əleyhissalam) Səhlə bir məktub yazdı. Bu məktubu fərmandar ürəyini ələ almaq üçün yazılan bir namə kimi də adlandırmaq olar. Əli (əleyhissalam) bu məktubda belə yazmışdı. Mənə mə`lumat çatıb ki, o diyarın camaatından bə`zisi gizlin halda Müaviyənin yanına qaçmışlar. Bu barədə heç də təəssüflənmə, habelə bir qrup öz hami və silahdaşlarından itirdikdə, əsla fikirləşmə. Onlar üçün yalnız bu kifayətdir ki, düz yoldan azğın yola düşüblər ki, bu da sənin sakitləşməyin üçün tutarlı bir əsasdır. Onlar dünya-pərəst olduqlarından dünyaya doğru sür`ətlə yüyürmüşlər, bir halda ki, ədaləti yaxşı başa düşüblər. Onlar bilirlər ki, bizim hökumətimizdə bütün camaat eyni hüquqa malikdir. Onlar bu bərabərlikdən öz mənafeləri naminə boyun qaçırmışlar.

    «And olsun Allaha onlar ədalətə qovuşmamışlar. Biz ümidvarıq ki, Allah bu yolda çətinlikləri bizim üçün həll edərək səhmansızlıqlara səhman verəcək.»

    Bu minvalla Əli (əleyhissalam) öz fərmandarının qəlbini ələ alaraq, nəinki, bir qrup cəmiyyətin yoldan dönməsinin qarşısını almaqda zəiflik göstərmədi, hətta onu qəlbə təskinlik verən bir əsas saydı. Çünki onlar adi və təbii surətdə müqəddəs İslam cəmiyyətindən uzaqlaşmışdılar. Beləliklə onların bu uzaqlaşması nəticəsində cəmiyyət onların murdar vücudundan təmizləndi.

    101-XAİN İCRA HAKİMİNİN TƏNBEH OLUNMASI

    Münzir ibni Carude Əbdi böyük ərəb şəxsiyyətlərindən və Əbdül-Qeys qəbiləsindən sayılırdı. Atası (Carud) əvvəllər məsihi idi, 9-cu hicri ilində bir dəstə adamla Mədinəyə gəlib İslamı qəbul etmiş, sonra isə Bəsrədə yaşayaraq kafirlərlə müharibədə İran torpağında şəhadətə yetişmişdi. Münzir Həzrət Əli (əleyhissalam) tərəfindən İslam ölkəsi nahiyələrindən birində icra hakimi tə`yin edilmişdi. Buna baxmayaraq o beytül-mala xəyanət edib saysız-hesabsız hədiyyə və bəxşişlərlə öz qohum qardaşına əl tuturdu.

    Bu xəbər Əli (əleyhissalam)-a yetişdikdə İmam (əleyhissalam) bu sifarişi onun üçün göndərərək onun həbs olunmasını əmr etdi.

    Atanın ləyaqətli olması, məni sənə qarşı xoşbin və qafil etdi. Belə güman edirdim ki, sən də atanın yolu ilə gedəcəksən (pərhizkarsan), lakin birdən mənə xəbər verdilər ki, sən nəfsani həvəslərin dalınca düşüb öz axirətin üçün bir şey qoymamısan. Sən öz dünyanı abad etməklə axirətini viran qoyursan. Belə ki, öz qohumlarına qovuşmaq naminə öz dinini əldən veribsən. Əgər sənin barəndə mənə çatan xəbərlər düz olsa, qohumlarının dəvəsi və ayaqqabının bağı səndən yaxşıdır. Sənin kimi bir adam nə sərhəd qorumağa layiqdir, nə icra edilməsi işləri öz öhdəsinə götürməyə qüdrəti ola bilər nə də öz hörmətini yuxarı aparmağa ləyaqəti olmaz.

    «Allahın istəyi ilə bu məktubum sənə çatdıqda durmadan yanıma gəl.»

    102-ƏLİ (ƏLEYHİSSALAM)-IN RƏBBANİ ALİMƏ NƏSİHƏTİ

    Abdullah ibni Abbas Abdül Mütəllibin oğlu həm Peyğəmbərin həm də Əli (əleyhissalam)-ın əmisi oğlu sayılırdı. Bəni-Haşim Şe`be Əbu Talibdə mühasirədə olduqları vaxt (yə`ni be`sətin 7 və 8-ci ili) həmin Şe`bdə (Məkkədə) dünyaya gəlmiş təqribən hicri 71-ci ilində 75 yaşında Məkkədə də dünyadan köçmüşdü.

    O, Qur`an müfəssiri olub Əli (əleyhissalam)-ın ləyaqətli şagirdlərindən eləcə də İslamın böyük alimlərindən hesab olunurdu. Onun Peyğəmbər xanidanına böyük məhəbbəti var idi. O, dünyadan köçən zaman Məhəmməd ibni Hənəfiyyə (Əli (əleyhissalam)-ın oğlu) deyirdi:

    «Bu gün bu ümmətin İlahi alimi dünyadan köçdü.»

    Ölüm yatağında olarkən bu sözləri tez-tez təkrar edirdi. İlahi! Diriyəm o, əqidəyə ki, Əli (əleyhissalam) onunla diri idi və ölürəm o əqidə ilə ki, o dünyadan getdi. Bu sözləri söylədikdən sonra canını tapşırdı.

    Qeyd etmək lazımdır ki, Cəməl müharibəsindən sonra İmam Əli (əleyhissalam) Abdullah ibni Abbası Bəsrənin fərmandarı tə`yin etmişdi. Əllamə Xoyi özünün «Nəhcül-bəlağə»dəki şərhində yazır.

    İslam genişləndikdən sonra vergi və bə`zi İslami qənimətlər sel kimi Hicaza axmağa başladı. Əshablardan bə`ziləri mal toplayıb yığmağa hərisləşdilər. İmam Əli (əleyhissalam) onlara nəsihət edərək bu işdən çəkinmələrini söylədi. Həzrət Əli (əleyhissalam) bununla əlaqədar olaraq ibni Abbasa aşağıdakı məzmunda belə bir məktub yazdı:

    Sən Allah tərəfindən tə`yin olunmuş əcələ toxuna bilməzsən (yə`ni qarşısını ala bilməzsən). Sənin ruzin olmayan bir şey sənə qismət olmayacaq.

    Bil ki, dünya iki gündür. Bir günü sənin xeyrinə. İkinci günü isə sənin ziyanınadır. Bil ki, dünya dəyişilən və yenilik əmələ gətirən bir evə bənzəyir. Dünyadan sənin üçün tə`yin olunan şey sənin sorağına gələr, nə qədər aciz olsan belə o şey ki, sənin ziyanınadır gec-tez o da sənin yaxanı tutacaqdır nə qədər qüvvətli olsan belə. Daha başqa bir yerdə belə buyurur:

    Açıq üzlə camaatla davran və ədalətli mühakimə yürütməklə onlara bax. Qəzəb və kindən uzaq ol, bil ki, kin şeytanın bir nümunəsidir.(Müaviyyənin tərəfdarları - nakisinlər beyəti pozanlar və müharibə qızışdıranlar)

    İmam bu nəsihətlə hətta böyük məzhəbi şəxslərə belə xəbərdarlıq etdi ki, məbada camaatı təhqir edib ümumi-mala əl uzadalar. Məbada dünyadan qafillik onların qürurunu artıra və məbada öz ətəklərini dünyaya bulaşdıralar. Dünyanı özlərinə hədəf sanalar. Əksinə, dünyanı axirətə və ali mə`nəvi hədəflərə körpü edib istifadə etsinlər.

    103-XƏVARİCLƏ MÜZAKİRƏ (MÜNAZİRƏ)

    Ötən dastanlarda Xəvaric macərasına (28-ci dastan) xülasə şəkildə də olmuş olsa işarə etdik. Xəvaric Əli (əleyhissalam)-ın dünənki silahdaşları idilər ki, kor qəlblilik, tərslik və nadanlıq üzündən Həkəmiyyət məsələsi və Siffeyn müharibəsində Əli (əleyhissalam)-a qarşı əks mövqe tutdular.

    Nəhayət onların hamısı (bir neçə nəfərdən başqa) şiddətli müharibədə (Nəhrəvan müharibəsi) Əli (əleyhissalam)-ın ordusu tərəfindən qətlə yetirildilər.

    Bu müharibədən əvvəl İmam (əleyhissalam) müxtəlif yollarla onlarla əlaqəyə girməyə cəhd edirdi. Belə ki, bəlkə aralarındakı ixtilaf müzakirə və münazirə yolu ilə həll olsun ta iş müharibəyə çəkməsin. Lakin onlar Əli (əleyhissalam)-ın nəsihətlərinə qulaq asmayıb müharibə alovunu daha da qızışdırdılar. Yuxarıdaki qeyd olunan yollardan biri də bu idi ki, İmam əmisi oğlu ibni Abbası bir neçə dəfə özü ilə onlar arasında vasitə qərar vermişdi. Lakin əyri inam və yalançı hasarların məhbusuna çevrildiklərindən ibni Abbasla danışmazdan əvvəl cüz`i məsələlərin zikrinə başladılar. İbni Abbasa onların yanına müzakirəyə gəldikdə deyirdilər: «Bu gözəl paltarı niyə geymisən?!...»

    İmam İbni Abbasa buyurdu:

    «Xəvariclə Qur`an ayələri vasitəsilə bəhs etmə, zira Qur`an bir kitabdır ki, onun ayə və şərhlərini ehtimallarla mə`nalaşdırmaq olar. Məsələn mümkündür, sən bir şey deyəsən ki, cavabında onlar da başqa bir söz söyləsinlər və, bu da nəticəsiz qalacaq, lakin onlarla Peyğməbər səlləllahu əleyhi və alihi və səlləmin sünnəti ilə bəhs et ki, bunun müqabilində cavab tapmayacaqlar.»

    İbni Abbas Əli (əleyhissalam)-ın fərasətli və sayıq şagirdi olduğuna görə Əli (əleyhissalam)-dan Həkəmiyyətin əsl düzlüyünü (onun keyfiyyətini nəzərə almaqla) onlara sübut etməkdən ötrü Qur`an ayəsi istəyirdi, nəticədə isə qısa fikirlilik və cahillik üzündən Qur`anın mə`na və anlayışlarını əsassız dəlil və ehtimallarla rədd edərək xəyal edirdilər ki, hər bir mövzu üçün xüsusi ayə olmalıdı. Deyirdilər ki, Qur`an «iki siyasi qurupun Həkəmiyyətin barədə bir söz demədiyindən müsəlmanların hər iki qurupunun-Həkəmiyyəti batildir.»

    Mö`təziləli alim ibni Əbil Hədid deyir:

    Yuxarıdakı söz misilsizdir. Belə ki, bu sözün çox ali bir məfhumu vardır...

    Sonra deyir: Əgər ibin Abbasın hansı sünnətlə-Xəvariclə danışması sual olunarsa cavabında belə deyərik: İmamın məqsədi Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmin açıq və dəlilə ehtiyacı olmayan sözləridir. Məsələn Peyğəmbərin aşağıdakı buyurduğu cümlə kimi:

    «Əli haqqla, haqq isə Əli (əleyhissalam)-dır. Harada haqq olsa Əli (əleyhissalam)-da onunla harada Əli olsa şübhəsiz haqq da onunladır.»

    Ya da Qədir hədisi kimi; Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bu hədisdə buyurmuşdu:

    «İlahi! Əlini dost tutanları, sən də dost tut və onu özünə düşmən sananları sən də düşmən bil. Əli (əleyhissalam)-a gömək edənlərə sən də kömək et.

    Buna oxşar rəvayətləri əshab Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmdən eşitdiyinə görə sössüz qəbul edirdi. Amma Xəvariclər isə hətta bu danışığın aşkarlıq və qətiyyətindən belə boyun qaçırırdılar.

    Xəvaricin başqa hədəflər güdməsi get-getə Əliyə sübut olurdu. Həzrət bu barədə nə qədər sə`y göstərərək hüccəti tamam etdisə də onlar öz tərsliklərindən əl çəkmədilər.

    Nəticədə Əli (əleyhissalam) onlarla müharibə etməyə məcbur oldu.

    Category: Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) | Views: 880 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024