İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 26 » Kitabın adı: Məsəllər
    8:46 PM
    Kitabın adı: Məsəllər
    MƏSƏLLƏR
    (Sual-cavablar: 1-20)


    Sual 1: Nə üçün Allah yaranışa əl qatıb, bir bu qədər mövcudu, eləcə də, insanı yaradıb?
         Cavab: Əgər gözəl nitqi olan bir alim danışarsa, ondan nə üçün danışdığı soruşulmamalıdır. Çünki malik olduğu elm və natiqlik onu öz biliklərinin bəyanına vadar edir. Əgər o susub, elmini gizlədərsə, bu iş sual doğura bilər.
         Qadir, həkim və mehriban Allah torpaqdan buğda, buğdadan nütfə, nütfədən kamil insan yarada bildiyi halda, nə üçün də yaratmamalıdır?!
         
         Sual 2: Allaha inam insanın həyatında nə rol oynayır?
         Cavab: Sahibsiz, nəzarətsiz, səliqə-səhmansız bir mənzilə daxil olan insan istədiyini edə bilər. Əgər o, könlündən keçəni etməsə, səbəbsiz olaraq ləzzətlərdən məhrum qalır. Amma sahibli, müxtəlif nöqtələrində kameralar quraşdırılmış, səliqə-səhmanlı evə daxil olan şəxs özünü evin qanunlarına uyğun aparmağa vəzifəli və məcburdur.
         Varlıq aləminin Allah kimi sahibi olduğuna, əməllərinə görə sorğu-suala çəkiləcəyinə inanan, başqa sözlə, iman gətirən insan nəfsini cilovlayaraq, Allahın qanunlarına tabe olacaq. İmanlı insan bütün əməllərinin nəzərdən keçiriləcəyinə əmin olduğu üçün Allahın bəyənmədiyi işlərə yol verməyəcək.
         
         Sual 3: Üzümüzü Kəbəyə tutub namaz qılmağımızı əmr etmiş Allahın bizim ibadətimizə ehtiyacı varmı?
         Cavab: Hamı evini üzü günəşə tərəf tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tərəf tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər.
         Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun lütfündən faydalanır və inkişaf edirlər. Quranın «İbrahim» surəsinin 8-ci ayəsində buyurulur: «Əgər bütün insanlar kafir olsalar, Allaha zərrəcə təsir etməz. Çünki, O bütün insanlardan ehtiyacsızdır».
         
         Sual 4: Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır?
         Cavab: Allah salehləri, öz dostlarını sevdiyi üçün hər hansı səhvə görə onları dərhal cəzalandırır ki, onlar öz səhvlərinə diqqətli olsunlar. «Haqqə» surəsinin 44-45-ci ayələrində buyurulur: «Əgər peyğəmbər bizə istinad edərək özündən sözlər danışsa, ondan mütləq intiqam alarıq».
         Möminlər də belədir. Səhv edən kimi cəzalandırılırlar. Günahkarlara isə əvvəlcə möhlət verilir, möhlət başa çatdıqdan sonra onlar əzaba düçar olurlar. («Kəhf», 59)
         İslahına ümid olmayan kafirlərə qiyamət gününədək möhlət verilir ki, günahlarını daha da artırsınlar. («Ali-İmran», 178)
         Əgər eynəyinizin şüşəsinə bir damla çay sıçrasa, onu dərhal silirsiniz. Bu çay damlası paltarınıza düşsə, səbr edir, evdə paltarınızı dəyişirsiniz. Amma bu damla döşəməyə sərdiyiniz xalının üzərinə düşsə xalını yumaq qalır novruz bayramına.
         Allah da hər kəslə onun şəffaflığına uyğun rəftar edir.
         
         Sual 5: Nə üçün bütün əməllərin qəbulu namazın qəbulundan asılıdır?
         Cavab: Yol polisi bir maşını saxladığı vaxt ondan sürücülük vəsiqəsi tələb edir. Nə şəxsiyyət vəsiqəsi, nə partiya bileti, nə ev kitabçası, nə idman dərəcəsi sürücülük vəsiqəsini əvəz edə bilmir. Bu vəsiqə yoxdursa avtomobil saxlanılır. Qiyamətdə məqsədə çatmaq üçün isə namaz qəbul olmalıdır. Namaz qəbul deyilsə, heç bir əməl qəbul deyil.
         
         Sual 6: Necə olur ki, bəzi əməllərə görə saysız hesabsız mükafat verilir?
         Cavab: Rəvayətə görə, camaat namazında namaz qılanların sayı çox olduqca qılınan namazın savabı da çox olur. Bu say on nəfərə çatarsa, namazın savabı hesaba gəlməz.
         İnsan bir barmağı ilə telefon nömrəsi yığa bilirsə, iki barmağı ilə bir çimdik duz götürə bilir, üç barmaqla qələmi tutmaq mümkün olur. Amma on barmaqla görüləsi mümkün olan işlər saysız-hesabsızdır.
         
         Sual 7: Quranda bəzi insanların heyvana bənzədilməsi təhqir deyilmi?
         Cavab: Heyvanların faydası və bəzi insanların əməlləri nəzərdən keçirilsə Quranın «onlar heyvan kimidirlər, bəlkə, daha çox zəlalətdədirlər» («Əraf», 179) bənzətməsinin məntiqə uyğun olduğunu görərik.
         Ən qiymətli libas ipəkqurdunun hazırladığı ipəkdən istehsal olunur. Ən mühüm qidalar heyvanlardan alınan ət, yağ, süd, qatıq, bal və sair nemətlərdir. Heyvanlar nəqliyyat vasitəsi kimi istifadə olunur, onların köməyi isə torpaqlar basdırılmış minalardan təmizlənir. İnsanlar bir çox biliklərini heyvanlardan əxz etmişlər. Adəm övladı ölünün dəfnini qarğadan öyrəndi, şanapipik səba xalqından Süleymana xəbər gətirdi, hörümçək öz toru ilə İslam peyğəmbərini qorudu. Heyvanlar əhilləşmək qabiliyyətinə malikdirlər. Məsələn, təlim görmüş itin etdiyi ov halaldır. İlan kimi bir zərər verici yalnız ona yaxınlaşanları çalır.
         Amma elə insanlar var ki, atom bombası ataraq bəşəriyyətin məhvinə fərman verir. İlan belələrindən üstün deyilmi?! Gecə-gündüz insanların maddi və mənəvi varlığını məhv etmək üçün ölkələrə təcavüz edənlər, məzlum xalqların qanını axıdanlar, azadlıq pərdəsi altında əxlaqsızlıq təbliğ edənlər heyvandan pis deyilmi?!
         
         Sual 8: Həqiqəti olduğu kimi görə bilərikmi?
         Cavab: «Bəqərə» surəsinin 282-ci ayəsində buyurulur: «Allahdan çəkinin ki, o sizə həqiqəti öyrətsin». Təqva bütün pisliklərdən və çirkinliklərdən uzaq olmaqdır. Günahkar insan bir çox həqiqətləri dərk etməkdə acizdir. Öz irqinin, millətinin, partiyasının mənafeyini hər şeydən üstün tutan insan gözünə qırmızı şüşəli eynək taxıb, portoğalı pomidora oxşadan adam kimidir.
         Yalnız hamar güzgü hər şeyi olduğu kimi göstərir. Çökək güzgü hər şeyi kiçildir, qabarıq güzgü hər şeyi böyüdür. İnsanın qəlb aynası da hamar olmalıdır. İstənilən bir günah ona ləkə salır. Günah göz qarşısındakı mənzərələri dalğalandıran ilğım kimidir.
         
         Sual 9: Bütün müsəlmanlar mömindir, yoxsa müsəlmanla mömin arasında fərq var?
         Cavab: «Nəsr» surəsinin ikinci ayəsində insanların dəstə-dəstə Allahın dininə daxil olduqları bildirilir. «Hucurat» surəsinin 14-cü ayəsində isə bəyan olunur ki, «hələ ki, iman sizin qəlbinizə daxil olmayıb». Ayədən göründüyü kimi, insanların dinə daxil olması kifayət deyil və müsəlman olmaqla mömin olmaq arasında fərq var.
         Dindarlığın mərhələləri var: qızma, qaynama və bişmə. Həm isti, həm də qaynayan şey soyuya bilər. Amma bişmiş şey yenidən çiy ola bilməz.
         Dinə daxil olmaq asandır. «Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah» deyən şəxs müsəlman olur. Bu qızma mərhələsidir.
         Peyğəmbərin səhabələri qaynar bir eşqlə cəbhəyə gedər və haqq yolunda canlarından keçərdilər. Bu, qaynama mərhələsi idi. Amma Quran bu insanlara buyurur: «Ələ keçirdiyiniz qənimətin beşdə birini xüms ödəyin». («Ənfal», 41) «Onların öz Rəbbi yanında dərəcələri vardır». («Ənfal», 4) «İman gətirmədikləri halda «Allaha və qiyamət gününə iman gətirdik» deyənlər var». («Bəqərə», 8)
         Bəli, şəhadət kəlmələrini deyənlər, hətta peyğəmbərlə çiyin-çiyinə vuruşanlar üçün qarşıda həqiqi imana aparan yol var. Həqiqi imana çatmaq üçün bir çox mərhələlərdən keçmək lazım gəlir.
         
         Sual 10: İnsanların islahı (əmr be məruf və nəhy əz münkər) ilə məşğul olmaq bütün müsəlmanlar üçün, yoxsa xüsusi bir qrup üçün vəzifədir?
         Cavab: Əgər birtərəfli yolda bir maşın hərəkətin əksinə şütüyərsə, ona həm yoldakı maşınlar xəbərdarlıq etməli, həm də polis bu maşını saxlamalıdır.
         Allah insanların doğru yola dəvətini və pis yoldan çəkindirməsini bütün müsəlmanlara əmr edir: «Siz ən xeyirli ümmətsiniz. İnsanlara yaxşı işlər görməyi əmr edir və pis əməllərə qadağa qoyursunuz». («Ali-İmran», 110)
         Bu surənin 104-cü ayəsində oxuyuruq: «Aranızda xeyirli işlər görməyi əmr edən və pis əməllərə qadağa qoyan bir dəstə olsun».
         
         Sual 11: Allahın yalnız təqvalılardan əməl qəbul etməsi adi və günahkar insanları ümidsizləşdirmirmi?
         Cavab: Quran buyurur: «Allah yalnız təqva sahiblərindən (pəhrizkarlardan) qəbul edər». («Maidə», 27)
          Təqvanın dərəcələri var. Kimi Allahdan çox, kimi isə az qorxur. Amma hamı nə dərəcədəsə varlıq aləminin sahibindən çəkinir. «Allah yanında ən hörmətli olanınız ən təqvalınız, Allahdan ən çox çəkinəninizdir». («Hucurat», 13)
         Əgər insan xeyir bir iş görürsə, demək, nə dərəcədəsə təqvalıdır.
         Əgər dünya çempionatında ən güclülər birinci yeri tutursa, bu o demək deyil ki, başqaları idmandan əl çəkməlidir. Dünya çempionatından əlavə, ölkə, əyalət, şəhər və kənd birincilikləri də keçirilir. Bu yolla hər bir idmançı öz qabiliyyətinə uyğun mükafat alır.
         Bundan əlavə, əməlin qəbul dərəcələri də var. Hər bir təqva dərəcəsinə uyğun qəbul dərəcəsi var. Ona görə də Quran bəyan edir ki, kiminin mükafatı ikiqat, kimininki on qat, kimininki isə saysız-hesabsız olur. Bu fərqlərdə insanın niyyəti və gördüyü işin növü əsas rol oynayır. («Ali-İmran», 37; «Bəqərə», 265; «Ənam»,160 ; «Səcdə», 17; «Bəqərə», 245, 261. «Mülk», 14.)
         
         
         Sual 12: Bəşəriyyət səma kitabına ehtiyaclıdırmı?
         Cavab: Bütün zavodlar istehsal etdikləri məhsulu satışa çıxararkən ona «istifadə qaydaları» adlı kitabça əlavə edirlər. İstehsalçıdan başqasının belə bir kitabça yazmağa ixtiyarı varmı? Əlbəttə ki, yox!
         İnsanın da yaradanı var və bu yaradan ona Quran adlı göstəriş kitabı göndərmişdir. Öz xəlq etdiyini və onun ehtiyaclarını, Yaradan hamıdan yaxşı bildiyi üçün başqaları bu xilqətə göstəriş verə bilməz. «Məgər yaradan bilməzmi?! Allah incəliyinə qədər xəbərdardır». («Mülk», 14) 
         Allahın qanunlarını kənara qoyub öz qanunları ilə yaşamaq istəyən insan təyyarəni qırmancla sürmək fikrinə düşmüş çobana bənzəyir.
         
         Sual 13: Rahat yaşamaq üçün nə edək?
         Cavab: Quran buyurur: «Əlinizdən çıxana kədərlənməyin, əlinizə bir şey gələndə şad olmayın». («Hədid», 23) 
         Doğrudanmı, insan belə ola bilər?
         Bank işçisi bir gün xalqdan pulu toplayır, səhəri gün isə onu xalqa paylayır. Bu işçi üçün pulu almaqla verməyin heç bir fərqi yoxdur. Çünki, o, sadəcə, əmanətçidir.
         Traktor üçün asfaltla torpaq yolun fərqi yoxdur. Velosiped üçün isə asfalt yol daha rahatdır. Sərçə qonduğu budağı zədələmədiyi halda, zərif çiçəyi öz oturuşu ilə qırır.
         Bəli, böyük insanların ruhunu kiçik çətinliklər sındıra bilmir. İmam Hüseyn (ə) qanlı Aşura günü sinəsinə yüzlərlə ox tuşlandığı halda diqqət və səmimiyyətlə namaza durdu. Hansı ki, əhəmiyyətsiz bir hadisəyə görə ya namazı yubadır, ya da diqqətimizi toplaya bilmirik.
         
         Sual 14: Nə üçün İslamda əməlin dəyəri insanın niyyəti ilə ölçülür, onun qəbulu isə insanın diqqət və səmimiyyətindən asılı olur?
         Cavab: Dünya işləri də belədir. Həm cərrah, həm də qatil bıçaqla qarın yırtır. Cərraha təşəkkür olunur, qatil zindana salınır. Amma cərrah da cərrahdan üstün ola bilər. İnsan həyatını xilas etmək niyyəti pul qazanmaq niyyəti ilə eyni deyil.
         Üç nəfərə su təklif edək. Onlardan biri susamadığı üçün, o biri küsdüyü üçün, üçüncüsü isə dördüncüyə su çatmaz deyə sudan imtina edə bilər. Bu üç nəfərin niyyəti fərqli olduğu kimi, əməllərinin dəyəri də fərqlidir. Əsil pul əskinasını saxta pul əskinasından ondakı xüsusi bir sap fərqləndirir. Həqiqi ibadəti saxta ibadətdən fərqləndirən bir sap (ip) da var. Bu, bəndənin yapışdığı Allah ipidir. Bu ip bəndənin Allaha yaxınlaşmaq niyyəti, xalisliyi, diqqət və səmimiyyətidir. Bu sap qırılsa, bəndənin Allahla rabitəsi kəsilər.
         
         Sual 15: Bütün yaxşı işlərin mükafatı on qat olurmu?
         Cavab: Quran buyurur: «Kim yaxşı bir iş görərsə ona həmin işin on qat əvəzi verilər».(«Ənam, 16) 
         Amma ən əsası bu işi görmək yox, onu qiyamət gününədək qorumaqdır. Verilmiş əmanəti yolda itirmək əmanətdarlıq deyil. Bir çox işlər xeyir hesab olunsa da son məqsədə çatmadığı üçün puça çıxır.
         Xeyir işi görən adamın məqsədi özünü göstərmək, Allahdan qeyrisinin diqqətini cəlb etmək olsa, bu işin müqabilində axirət mükafatı yoxdur. Xeyir işi görən zaman və ya bu iş başa çatdıqdan sonra insan günaha yol verərsə, qazandığı savab əlindən çıxar.
         Demək, əsas məsələ görülmüş xeyir işi axirət gününədək qorumaqdır. Yuxarıdakı Quran ayəsində də yaxşı iş görməkdən yox, yaxşı iş gətirməkdən danışılır.
         
         Sual 16: Nə üçün ölümdən qorxuruq?
         Cavab: Sürücü sükan arxasında o zaman qorxur ki, ya yanacaq tükənir, ya qaçaqmal aparır, ya sürət çoxdur, ya yol təhlükəlidir, ya yoldaşları pis adamdır…
         Ölümdən sonranı düşünüb, hazırlıq görən, günahdan çəkinən, möminlərlə dostluq edən, bir sözlə Allahın razılığı üçün çalışan insan ölümdən çəkinmir.
         
         Sual 17: Nə üçün bəzi dualar qəbul olunmur?
         Cavab: Əgər təyyarənin yanacaq bakına yanacaq əvəzinə su tökülərsə, təyyarənin uçuşu qeyri-mümkündür. Dua o zaman Allah dərgahına ucalar ki, insan haram tikədən çəkinsin. Hədisdə buyurulur: «Duasının qəbul olunmasını istəyən şəxs qazancını və tikəsini pak etməlidir». («Bihar», c. 90, с. 373).
         Bundan əlavə, dua xeyir istəməkdən ibarət olsa da, bizim bir çox istəklərimiz öz zərərimizədir.
         
         Sual 18: İslamda hər saatın öz duası var. Biz bütün günü dua oxumalıyıqmı?
         Cavab: Dua kitablarında günün hər saatı, ilin hər günü üçün dualar nəql olunsa da, insanın bütün bu duaları oxumağı vacib deyil. Avtovaqzalda günün hər saatı üçün reyslər nəzərdə tutulur. Məsələn, neçə saatdan bir Məşhədə avtobus yola düşür. Amma insan yalnız bir reyslə yola çıxa bilər. Hər saat üçün ona görə reys nəzərdə tutulur ki, hər kəs istədiyi vaxt yola düşə bilsin. Dualar da belədir. Nə vaxt dua etmək istəsən, həmin saatın xüsusi duası var. Amma əzbərlənməsi mümkün olan kiçik duaları işdən ayrılmadan da oxumaq olar.
         
         Sual 19: İnsanın başına gələn xoşbəxt və bədbəxt hadisələrdə Allahın rolu nədir?
         Cavab: Quran buyurur: «Sənə yetişən hər bir yaxşılıq Allahdan, pislik isə özündəndir».(«Nisa», 79)
         Həm öz oxu, həm də günəş ətrafında fırlanan yer kürəsinin bir üzü qaranlıq olur. İşıq günəşdən, qaranlıq isə yerin özündəndir.
         Allah insan üçün faydalı olan üzümü yaratsa da insan ondan şərab düzəldib özünə zülm edir. Allah insana yaxşılıq edərək ona güc versə də, bəziləri bu gücü günah yolda sərf edir.
         Ağıl Allahın ən böyük nemətlərindəndir. Amma bəziləri bu ağılı öz şər niyyətlərini həyata keçirmək üçün silaha çevirir. Demək, yaxşılıqlar Allahdan, pisliklərsə özümüzdəndir.
         
         Sual 20: Əgər namaz insanı çirkin işlərdən uzaqlaşdırırsa, nə üçün bəzi namaz qılanlar günaha yol verir?
         Cavab: İçi boş toxum heç vaxt cücərmir. Qəlbin iştirak etmədiyi diqqətsiz namaz içiboş toxum kimidir. Dodaqların, belin, boyunun hərəkətindən əlavə, namazda qəlbin iştirakı zəruridir.
         Məktəb və universitetin işi insanın elmi təkamülünü təmin etməkdir. Bununla belə, hər məktəbə gedən şəxs elm sahibi olmur. Məktəb o zaman faydalı olur ki, insan oxuduqlarını dərk etsin. Yalnız həqiqi namaz insanı çirkinliklərdən uzaqlaşdırmaq iqtidarındadır. («Ənkəbut», 45)
         
         Bu da həqiqətdir ki, günaha yol verən insan namaz qılandırsa, bir o qədər də ağır günaha yol verməyəcək. O, məcburdur ki, bədənini və paltarını pak saxlasın, namazını halal yerdə qılsın. Ağ paltar geyən insan çirkli yerdə oturmaq istəmədiyi kimi, namaz qılan şəxs də çirkin işlərdən uzaq olmağa çalışır.

         
    MÜƏLLİF: MÖHSİN QƏRAƏTİ
    TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD AZƏRI
    Category: Məsəllər | Views: 1095 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024