İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: Məsəllər
    8:44 PM
    Kitabın adı: Məsəllər
    MƏSƏLLƏR
    (Sual-cavablar: 21-40)


    Sual 21: Əmr be mə`ruf və nəhy əz münkərin (islah tədbirlərinin) tə`siri yoxdursa, nə etməli?
         Cavab: Daha tə`sirli danışmaq qabiliyyəti olan şəxsdən xahiş edin ki, bu işi yerinə yetirsin. Allah-taala həzrət Musaya Fir`onun islahını əmr edəndə Musa daha üstün bəyanı olan qardaşı Harunu köməkçi istədi. («Qəsəs» surəsi, ayə 34)
         Bə`zən bir tərzdə deyilən söz tə`sirsiz olduqda başqa bir tərzdə təkrarlandığı vaxt tə`sir edir. Quru ağacı qırmaq üçün bir neçə balta zərbəsinə ehtiyac olur. Qur`anda buyurulur: «Tə`sirli olsun deyə, biz Qur`anda sözümüzü müxtəlif şəkillərdə bəyan etdik». («İsra» surəsi, ayə 41)
         Sözün tə`sirində deyim tərzinin rolu var. Əmr be mə`ruf və nəhy əz münkərin şərtlərinə görə hər insana söz deməyin öz yolu var.
         Əgər paltarınız toza bulaşmışsa onu çırpmaqla təmizləmək asan olar. Əgər hisə batmış paltarı çırpsanız həm əliniz qaralar, həm də his paltara yayılar. Qur`anda buyurulur: «Evlərə qapılardan daxil olun». («Bəqərə» surəsi, ayə 189)
         Eləcə də, xalqı günahdan çəkindirmək üçün onlara halal yol açmaq lazımdır. Həzrət Lut evindəki qonaqlara təcavüz etmək istəyənlərə öz qızları ilə evlənməyi təklif etdi.(«Hud» surəsi, ayə 78)
         
         Sual 22: Bu gün dünyada inteqrasiya (əlaqə saxlama) güclənirsə, «nə şərq, nə də qərb» deməyimiz düzgündürmü?
         Cavab: «Nə şərq, nə də qərb» şüarını deməkdə məqsəd öz dinimizin, öz mədəniyyətimizin, öz iqtisadiyyatımızın əsas götürülməsidir. Müsəlmanlar dünyanın heç bir qüdrətli dövlətindən asılı olmamalı, şərqin kommunizm, qərbin kapitalizm xəstəliklərindən qorunmalıdır. Amma elmi və iqtisadi inkişaf üçün heç bir məhdudiyyət yoxdur. İslam Peyğəmbəri buyurur: «Çində də olsa elm ardınca gedin».
         Əgər istidən və soyuqdan, oddan və buzdan qədərində istifadə olunsa, faydalı olar. İstidən faydalanaq, amma yanmayaq. Soyuqdan faydalanaq, amma donmayaq. Şərqdən və qərbdən istifadə edək, amma özümüzü itirməyək.
         
         Sual 23: İnsan «la ilahə illəllah» cümləsini deməklə necə xilas ola bilər?
         Cavab: Belə bir xilas haqqında danışan hədislərdə təkcə dil hərəkəti nəzərdə tutulmur. Hədisin ərəbcə bəyanı belədir: «qulu la ilahə illəllahu tuflihu». («Bihar», c. 18, s. 202)
         «Tuflihu» «cücərmə» mə`nasındadır. Əkinçiyə ərəbcə «fəllah» deyilir. Çünki o, toxumların cücərməsi üçün çalışır. İstənilən bir toxumun torpaqdan cücərməsi üçün üç şərt var:
         1. Kök torpağın dərinliyinə işləməlidir.
         2. Kök qida maddələrini sormalıdır.
         3. Cücərmə üçün toxumun üst fəzası açıq olmalıdır.
         Tövhid fəzasına ucalmaq istəyən insan da əqidəsini dərin məntiqlə möhkəmlətməli, inkişaf üçün zəruri olan bütün imkanlardan faydalanmalı, qarşıdakı maneələri aradan qaldırmalıdır.
         
         Sual 24: Necə demək olar, cəhənnəm əzabına dözərəm, amma Allahdan ayrılığa dözmərəm?
         Cavab: Övladını görmək üçün yolun isti-soyuğuna dözərək bir məntəqədən o birinə səfərə çıxmış ana deyir:»Yolun isti soyuğuna dözərəm, amma övladımın ayrılığına yox!» Həzrət Əli (ə) «Kumeyl» duasında deyir: «Xudaya! Əzabına səbr edərəm, bəs ayrılığına necə səbr edim?»
         
         Sual 25 Cinsi ehtiras, şəhvətə qarşı nə edək?
         Cavab: Bu meyli Allah yaratdığı üçün onu birdəfəlik boğmaq düzgün deyil. İnsan nəslinin davamı üçün zəruri olan bu meylə, sadəcə, nəzarət etmək lazımdır. İştaha olmasa, insan acından ölər, qəzəb olmasa yaşamaq uğrunda mübarizə olmaz şəhvət olmasa, insan nəsli kəsilər. Amma ehtirası halal yolla tə`min etmək lazımdır. Ehtiras qaz balonu kimidir. Düzgün istifadə edilsə fayda verər, nəzarətsiz qalsa partlayışa səbəb olar.
         Bəzənib-düzənmə qadınlar üçün təbii istəkdir. Əgər qadın evdə öz həyat yoldaşı üçün bu işi görərsə, ailədə məhəbbət artar. Amma qadının bəzənib küçəyə çıxması ailənin möhkəmliyini sarsıdır. Küçədə yüzlərlə bəzənmiş qadınlarla rastlaşan kişi öz həyat yoldaşına qarşı biganə olur.
         Subay insanlar isə ehtirası oyadan mənzərələrlə qarşılaşdıqda psixoloji rahatlığını itirir, şam tək yanır. Gördüyü mənzərələrdən ehtirası alovlanmış insanların bə`ziləri özünü cilovlaya bilir, bə`ziləri isə hətta cinayət yolu ilə də olsa, bu ehtirası söndürməyə çalışır. Ehtirası alovlanmış bə`zi gənclər evdən qaçır, özünü öldürür, müxtəlif cinsi xəstəliklərə yoluxur.
         
         Sual 26: İnsan nə dərəcədə azaddır?
         Cavab: Allah insanı azad yaratmış və ona seçim imkanı vermişdir. Bə`ziləri deyirlər ki, insan özünü azad hiss etsə də, əslində məcburdur. Amma insanın azad olduğunu sübut edən dəlillər çoxdur. Bu dəlillərdən bə`zilərini xatırlayaq.
         1. İnsan çox zaman qarşısındakı iki yoldan hansını seçmək barədə düşünür və nəhayət, bu yollardan birini seçir. Bu seçim azaddır.
         2. Bə`zən insanlar bir-birlərini tənqid edərək hansısa işdən çəkindirirlər. Demək, insan bir işi görə də bilər, bu işdən çəkinə də bilər.
         3. Hər bir insan hansısa sözlərinə və işlərinə görə peşman olur, «ey kaş, belə olmayaydı» deyir. Demək başqa cür də rəftar etmək olarmış!
         4. Əgər uşaqlar ailə, müəllim, tərbiyəçi vasitəsi ilə tərbiyə olunursa, demək, doğru yolu tuta bilər.
         Bəli, tərəddüd, tənqid, peşmanlıq və tərbiyə azadlığın dəlilləridir. Azadlıq təkcə insanların yox, eləcə də, heyvanların istəyidir. Qəfəsə salınmış quş çox vaxt yeməkdən imtina edir, xəstə görkəm alır.
         Hətta behiştdə də ən böyük ne`mətlərdən biri azadlıqdır. Behiştə daxil olan mö`minlər həmin azadlığa görə Allaha təşəkkür edərlər (bax: «Zümər», 74).
         Bununla belə insan öz Allahının göstərişlərinə əməl etməlidir. Sərhəd bilməyən azadlıq, azğın nəfsə itaət insanı fəlakətə aparır. Ağılın təsdiq etmədiyi azadlıq başqalarının haqlarına təcavüzdür.
         
         Sual 27: Bir zərrə şirk və riyakarlıq qatqısı olan əməl nə üçün qəbul olunmur?
         Cavab: Allah buyurur ki, ən üstün şərik mənəm, həm mənə, həm də başqasına görə görülən əməldə öz payımı mənə şərik edilənə verirəm, əməlinizin savabını ondan alın.(«Vəsail», c. 1, s. 72)
         Bəli, istənilən bir kəsi və istənilən bir şeyi Allahla yanaşı tutmaq Allahın məqamını alçaltmaqdır. Əgər sizə desələr ki, həm sizi, həm də üstündə durduğunuz daşı sevirik, bu sözlər sizi alçaltmazmı?! Əgər sizi qonaq çağırıb, süfrə arxasında öz itləri ilə yan-yana oturtsalar, sizə də pişiklərinə də eyni yeməkdən versələr, alçalmazsınızmı?
         Bundan əlavə, Allah göstərişlərinin məqsədi insanın təkamülüdürsə, şirk və riyakarlıq insanı süquta uğradır. Öz taleyində Allahdan başqasını tə`sirli bilməklə insan bütün xeyir əməllərini puça çıxarır, kiçik bir siçan böyük toy qazanına düşməklə onu zaya çıxardığı kimi.
         Bir dəfə sərnişinləri təyyarəyə mindikdən sonra hamını yenidən yerə düşürdülər. Bildirdilər ki, xidmətçi təyyarədə siçan görüb və bu siçan tapılana qədər uçuş baş tutmayacaq. Demək, kiçik bir siçan nazik bir naqili gəmirməklə təyyarəni süquta uğrada bilir. Bu siçanı şirkə bənzətsək onun qıra biləcəyi sim Allahla bəndə arasındakı rabitəyə uyğun gələr.
         
         Sual 28: Allah hamıya məhrəm olduğu halda, namazda örtünməyi vacib edən nədir?
         Cavab: Geyim yalnız naməhrəmə görə yox, həm də ədəbə görədir. İnsanlar, adətən evdə sadə geyinir, evə qonaq gəldikdə isə ehtiram göstərərək paltarlarını dəyişirlər. Daha böyük məclislərə də`vət olunanlar xüsusi geyim geyirlər.
         Ərlə arvad, valideynlə övlad bir-birlərinə məhrəm olsalar da qarşılıqlı hörməti qorumaq üçün geyimsiz qalmırlar. Elə bu məqsədlə də namaz vaxtı kamil geyim şərt sayılır.
         
         Sual 29: Ruhumuzun, daxili tutumumuzun böyüməsi üçün nə edək?
         Cavab: Həzrət Əli (ə) buyurur: «Ruhunda Allah əzəmətli olan şəxs üçün başqa hər nə varsa cılızdır». («Nəhcül-bəlağə», х. 193)
         Yer üzündə olduğumuz vaxt bir hektar torpaq bizə böyük görünür. Amma təyyarədən baxdıqda onun kiçik olduğunu müşahidə edirik. Dünya banklarının hesabına nəzər saldıqda xəzinəmizdəki pul əhəmiyyətsiz görünür. Əgər bütün yaranmışların Allaha oxuduğu həmd-sənanı nəzərdən keçirsək, dediyimiz zikrlərin kiçikliyini anlayarıq.
         İmam Səccaddan (ə) soruşdular: «Nə çox ibadət edirsən?» Həzrət buyurdu: «Mənim ibadətim hara, Əlinin ibadəti hara!»
         Allah Qur`anda öz peyğəmbərinə buyurur ki, keçmiş peyğəmbərlərin çətinliklərini yada sal ki, sənin üçün asan olsun. Bəli, insan keçmiş ilə qürrələnməməli, qarşıdakı yol haqqında düşünməlidir.
         
         Sual 30: Hansı günahlar bağışlanmır?
         Cavab: Allah kiçik günahların bağışlanacağını və`d etsə də, bu günahları təkrarlamaq olmaz. Rəvayətdə oxuyuruq: «Kiçik günahlardan çəkinin». («Vəsail», c. 15, s. 310)
         Çünki insan kiçik günahlardan bir o qədər də utanmadığından bu günahları təkrarlayır və tövbə barədə düşünmür.
         Əgər borclu şəxs borcunun azlığını əsas tutaraq verdiyi borcu tələb edən şəxsi qınasa, borc verən həmin pulu bağışlamaz. Amma böyük miqdarda borcu olan insan borc verən şəxsdən üzr istəyib xəcalət çəksə bu borc ona bağışlana da bilər. Bəli, insan dikbaşlıqla yox, peşmanlıqla bağışlanır.
         
         Sual 31: Bütün işlərdə Allahı xatırlamaq nə üçündür?
         Cavab: Hədisdə oxuyuruq: «Hər işdən qabaq «Bismillah»ı təzələyin. («Bihar», c. 63, s. 421)
         Hər hansı bir zavodun və ya fabrikin məhsullarına baxsanız, hər birində uyğun müəssisənin ştampını görərsiniz. Bütün başçıların stolunun üstündə, gəmilərdə və təyyarələrdə ölkənin bayrağı olmalıdır. Bəs Allaha inamlı insan bütün işlərdə onun tə`sirli olduğunu bildiyi halda onu xatırlamaya bilərmi?! Həzrət İbrahim (ə) buyurur: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür». («Ənam» surəsi, ayə 162)
         İslam Peyğəmbərinə buyurulur: «Rəbbinin adı ilə oxu». («Ələq» surəsi, ayə 1); «Elə ki, azad oldun, qalx dua et; və ancaq Rəbbinə yalvar». («İnşirah» surəsi, ayə 7, 8)
         
         Sual 32: Bizimlə həmfikir olmayan ailə və övladla necə rəftar edək?
         Cavab: Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdiyi vaxt ona qoşulmaq istəyən müsəlmanlardan bə`ziləri ailə və övladlarının e`tirazı ilə qarşılaşdılar. Nazil olmuş ayədə onlara müraciət olunurdu ki, bə`zilərinizin arvad və uşaqları sizinlə düşməndir, onlardan uzaqlaşın. Hicrət etmiş müsəlmanlardan bə`ziləri hətta tövbə etmiş ailələrini qəbul etməmək qərarına gəlmişdilər. Ayənin davamında buyurulur: «Onlardan özünüzü gözləyin. Amma tövbə etsələr bağışlamağınız sizin üçün daha yaxşıdır. Həqiqətən Allah bağışlayan və rəhm edəndir». («Təğabun» surəsi, ayə 14)
         
         Sual 33: Allah zalımlara və günahkarlara nə üçün möhlət verir?
         Cavab: Su və elektrik enerjisi təchizatı idarələri bütün mənzillərə su və işıq verir. Kimi bundan düzgün istifadə edir, kimi qaydaları pozur.
         Allah insanı azad yaratmışdır və hər bir insanın təkamül imkanı vardır. Əgər insan doğru yolu seçmirsə, özü müqəssirdir.
         Bəs nə üçün Allah zalımın qarşısını almır? Çünki yalan danışan lal edilsə, məzluma sillə vuranın əli qurudulsa, xainin gözləri çıxarılsa, insanlar Allaha itaətə məcbur olar. Məcbur itaətin isə dəyəri yoxdur. Yalnız öz iradəsi ilə Allaha üz tutan insanlar sitayişə layiqdirlər. Naməhrəmə baxmadığına görə kor adamı imanlı hesab etmək məntiqsizdir. Allah insanların azad şəkildə yol seçməsini istəyir.
         
         Sual 34: Əsrin imamının, həzrət Mehdinin (ə) zühurunu gözləyənlər zülmün qarşısında susmalıdırmı?
         Cavab: Biz hər gecə, səhəri gün günəşin doğması intizarında oluruq. Amma bu o demək deyil ki, bütün gecəni işıqsız qalmalıyıq.
         Qış aylarında hamı yayın intizarını çəkir. Bununla belə, yayadək hamı soba qalayır və qızınır.
         Əsrin İmamının (ə) zühurunadək hamı öz qüvvəsi daxilində zülmlə mübarizə aparmalı, cəmiyyətin islahına çalışmalıdır. Hədisdə buyurulur: «Ən üstün əməl fərəc, yə`ni həzrət Mehdinin (ə) zühuru intizarında olmaqdır». («Bihar», c. 75, s. 208)
         Hədisdən göründüyü kimi, intizar hal yox əməldir. Ona görə də bu zühuru gözləyənlər əməl sahibi olmalıdırlar. İmamı gözləyənlər saleh olmalıdırlar. Qeybət dövründə insanların vəzifəsi özünütərbiyə, əmr be mə`ruf və nəhy əz münkərdir.
         Bəli, qonaq gözləyən adam hazırlıq görməlidir.
         
         Sual 35: İnsanların fəsada yuvarlandığı bir dövrdə islam hökuməti qurula bilərmi?
         Cavab: İslam hökuməti o demək deyil ki, cəmiyyətin bütün fərdləri ədalətli olsun. Başçıları İslam qanunlarını əsas götürən bir hökumət İslam hökumətidir. Səfər o zaman yaxşı hesab olunur ki, sürücü mahir, maşın isə saz olsun. Səfərin necəliyində müsafirlərin vəziyyəti əsas götürülmür. «Bəqərə» surəsinin 102-ci ayəsində oxuyuruq: «Yəhudilər Süleymanın hakimiyyətinə dair şeytanların oxuduqlarına uydular».
         Bundan əlavə ədalət eyni münasibət demək deyil. Ədalətli həkim hər xəstəyə onun xəstəliyinə uyğun dərman yazır, ədalətli müəllim hər şagirdə onun biliyinə uyğun qiymət verir. Əgər bütün xəstələrə eyni dərman, bütün şagirdlərə eyni qiymət verilsəydi, bu ədalətsizlik olardı. Gözlə qulaq, dağla dəniz eyni deyil. Fərq yalnız ədalətsizlikdən doğmur. Bə`zən ədalət özü fərq qoyulmasını tələb edir.
         Zülmdən doğmuş ixtilaflar və bərabərsizliklərlə mübarizə aparmaq lazımdır. Təcavüzkarların zülm ilə topladıqları kapitallar onların gözündən tökülməlidir.
         Amma görülən işə, iste`dada, ixtisasa, məs`uliyyətə fərq qoyulmazsa cəmiyyətdə inkişaf dayanar, insanlarda təkamül həvəsi sönükər.
         
         Sual 36: Kafirlərə və günahkarlara necə yanaşmaq lazımdır?
         Cavab: Hədisdə buyurulur ki, özünü başqalarından üstün bilən şəxs təkəbbür əhlidir.(«Müstəkbir»; «Bihar», c. 70, s. 226) İnsanların aqibətini bilmədiyimiz üçün onlar haqqında tələsik mühakimə yürüdə bilmərik. Bə`zən günahkar sonda mö`min, mö`min isə sonda günahkar olur.
         İmam Sadiq (ə) buyurur: «Bir ömür səhv yolda olmuş sehrbazlar Musanın mö`cüzəsini görüb, Fir`onun hədələrinə baxmayaraq iman gətirdilər. Şeytan isə altı min il ibadətdən sonra yolunu azdı. Ona görə də doğru yolda olanlar arxayınlaşaraq başqalarını qınamamalıdırlar.
         
         Sual 37: «Smeye sədr» nədir?
         Cavab: Bu ifadə böyük ruha malik olmaq mə`nası daşıyır. Gövdəli ağaclar güclü küləklərə sinə gəldiyi halda, bu küləklər zərif fidanları kökündən qoparır.
         Həzrət Əli (ə) buyurur: «Hər bir məs`uliyyətin qəbulu üçün böyük ruh əsas şərtdir».(«Nəhcül-bəlağə», һ. 176)
         Həzrət Musa (ə) peyğəmbərlik məqamına çatdıqdan sonra Allahdan bu ne`məti istəyir. («Та-һа» surəsi, ayə 27) Amma Allah Musa istəməmişdən qabaq bu ne`məti ona əta etmişdi: «Məgər biz sənin köksünü açıb genişlətmədikmi?!» («İnşirаһ» surəsi, ayə 1)
         
         Sual 38: İslamda keyfiyyət, yoxsa kəmiyyət əsas götürülür?
         Cavab: İslamda bə`zən kəmiyyətə, bə`zən də keyfiyyətə əhəmiyyət verilir. Məsələn, camaat namazında adamların sayı nə qədər çox olarsa, savab da bir o qədər çox olar. Amma sədəqənin miqdarı yox, sədəqə verənin səmimiyyəti (ixlas) əsas götürülür. Əhli-beytin yetimlərə, miskinlərə və əsirlərə verdiyi sədəqələr miqdarına görə yox, onu verənlərin xalisliyinə görə yada salınır.
         Bə`zi məqamlarda həm keyfiyyət, həm də kəmiyyət əsas sayılır. Məsələn, Qur’an həm çox zikr etməyi, həm də müt`i olmağı tapşırır. («Әһzab» surəsi, ayə 41; «Muminun» surəsi, ayə 2)
         
         Sual 39: İslami cəmiyyət quruculuğunda cihadın rolu nədir?
         Cavab: Belin ağız hissəsi daim iti və ağ yuxarı hissəsi isə qalın və qara olur. Cihad edən millət də öz gənclərini əldən verməsinə baxmayaraq daim üzüağdır. Amma zülmə boyun əyən xalqlar zahirən asayişdə olsalar da, say çoxluğuna baxmayaraq üzüqaradırlar.
         
         Sual 40: Mükafat və əzab verilərkən şəxsiyyət nəzərə alınacaqmı?
         Cavab: Qur`an peyğəmbərlərin xanımlarına buyurur: «Sizdən hansı biriniz açıq-aşkar çirkin iş görsə, onun əzabı ikiqat olar; Hər kim Allaha və rəsuluna itaət edib yaxşı işlər görsə, onun mükafatını ikiqat verərik». («Әһzab» surəsi, ayə 30-31)
         Uca zirvəli dağların uçurumları da dərin olur. Hədisdə oxuyuruq: «Alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar». («Kafi», c. 1, s. 59)
         Nə qədər yuxarı dırmansa insan,
         Daha çox əzilər yıxılar zaman.

         
    MÜƏLLİF: MÖHSİN QƏRAƏTİ
    TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD AZƏR
    Category: Məsəllər | Views: 955 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024