İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: Məsəllər
    8:39 PM
    Kitabın adı: Məsəllər
    MƏSƏLLƏR
    (Sual-cavablar: 61-80)


    Sual 61: Nə üçün insanlar fərqli yaradılıb?
         Cavab: Əlinə qələm götürmüş yazıçı əgər bütün səhifələrdə hərfləri eyni ardıcıllıqla düzsə, onun yazdığına heç kim kitab deməz, onunla maraqlanmaz. Əgər sözlər, cümlələr, səhifələr bir-birindən fərqlənirsə bunu zülm adlandırmaq olmaz. «T» hərfi deyə bilməz ki, nə üçün mən ayaq üstə qalmışam, amma «ş» oturub!
         Qab-qacaq sexində müxtəlif ölçülü qablar hazırlansa da, kimsə sex rəisini bu fərqə görə ittiham etmir. Çünki, hər ölçüdə olan boşqabın öz təyinatı var.
         İnsanların fərqli yaradılması zülm yox hikmətdir. Hər bir insan ona verilmiş imkanlar həddində cavabdehdir. Ömür boyu korları məsxərəyə qoyub, özü naməhrəmə baxmaqdan çəkinməyən insan qiyamət əzabı ilə qarşılaşacağı vaxt − «kaş kor olaydım» deyə təəssüf edəcək.
         
         Sual 62: İnsanın əməl naməsi nə vaxt bağlanır?
         Cavab: Toy salonunda işıqları söndürüb qaçan adamı ədalətlə cəzalandırmaq üçün işığın sönməsi nəticəsində baş verən bütün hadisələr nəzərə alınmalıdır. Bəli, qaranlıq səbəbindən qab-qacağın sınmasında, adamların pilləkəndən yıxılmasında, uşaqların qorxmasında, bir sözlə, tədbirin pozulmasında həmin şəxs təqsirkardır. Quran buyurur ki, həm əməllər, həm də onların nəticələri yazılır. (Yasin, 32) Hədisdə deyilir ki, yaxşı bir işin bünövrəsini qoyan adama sonralar da bu işi görənlərin savabı verilir. Eləcə də, insanlar üçün pis bir yol düşünən adam o yolu gedən bütün adamların günahına şərikdir. (Kənzul-ummal, hədis 430, 79)
         Bir şəxs kiməsə siqaret çəkməyi öyrədirsə, ikinci şəxs üçüncüyə, üçüncü dördüncüyə bu pis vərdişi ötürürsə, birinci şəxs bütün sonrakıların günahına şərikdir.
         Hədisdə oxuyuruq ki, valideyn övladın, yaxşı işlərinə ibtidai sinif müəllimi şagirdin sonrakı dövrlərdə müvəffəqiyyətlərinə şərik olur.
         
         Sual 63: Nə üçün Quranda başqalarının qeybətini etmək qardaş meyitinin ətini yeməyə bənzədilir?
         Cavab: «Hucurat» surəsinin 12-ci ayəsindəki bu bənzətmənin müxtəlif səbəbləri var:
         1. Ölü özünü müdafiə edə bilmədiyi kimi, qeybəti olunan şəxs də söhbətdə iştirak etmədiyindən özünü müdafiə edə bilmir.
         2. Ölüyə vurulan yara sağalmadığı kimi, qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq da mümkünsüzdür. İnsana vurulan maddi ziyanı ödəmək olur, amma açılmış eybi yenidən örtmək qeyri-mümkündür. İstər ciddi, istərsə zarafata edilən qeybət günahdır.
         3. Bədəndəki ət tədricən artdığı kimi, insanın hörməti də zərrə-zərrə artır. Hər hansı bir insanın bu sayaq çətinliklə qazandığı hörməti onun qeybətini etməklə bada vermək necə də böyük cinayətdir!
         
         Sual 64: Tövbə nədir?
         Cavab: Yolu səhv salmış sürücü əvvəlcə geri qayıtmalı, sonra yoluna davam etməlidir. Amma səhv yolu davam edərək yalnız dildə «səhv etmişəm» desə heç vaxt mənzilə çata bilməz. 
         Tövbə səhv yoldan qayıtmaqdır. Getdiyi səhv yolu geri qayıdanı Allah sevir və onun tövbəsini qəbul edir. 
         Tövbəkar yediyi haqları sahibinə qaytarmalıdır. Oğurlanmış məbləğ qaytarılmazsa və ya həmin şəxsdən halallıq alınmazsa, tövbənin qəbul olması qeyri-mümkündür. Qəsb etdiyi məbləği qaytarmağa utanan şəxs bu işi özünü tanıtmadan da görə bilər. Hansı yolla olur olsun, həmin məbləğ sahibinə çatdırılmalıdır.
         Tövbəkar incitdiyi adamdan üzr istəməli, qılmadığı namazların qəzasını qılmalı, gizlətdiyi həqiqəti açıqlamalı, səhvlərini islah etməlidir. Quranda «tövbə və «islah» kəlmələri, adətən yanaşı işlənir. (Bəqərə, 160)
         Tövbə yubandırılmamalıdır. Çünki üst-üstə yığılmış günahları yumaq çətin olur. Paltarın üzərinə qonmuş tozu təmizləmək asandırsa, qat kəsmiş palçığı təmizləmək çətindir.
         
         Sual 65: İnsanları yaxşılığa necə dəvət edək?
         Cavab: İnsanları həqiqətə müxtəlif yollarla çağırmaq olar:
         1. Bir çox ayələrdə buyurulduğu kimi, əsas dəvət yollarından biri sözlə (dillə) dəvətdir.
         2. Əməli dəvət. Quran «libasını təmizlə» buyurur. (Müddəssir, 4) Yəni insan əvvəlcə özünü təmizləməlidir.
         3. Birbaşa dəvət. Quran «xoş danışın, namaz qılın, zəkat verin», deyə əmr edir.(Bəqərə, 83) İnsanları birbaşa da haqqa çağırmaq olar.
         4. Dolayı dəvət. İnsanlara Qurandan əhvalatlar danışmaqla onlara doğru yolu göstərmək olar. Məsələn, qardaşlarının, oyun bəhanəsi ilə Yusifi aldadıb quyuya atdıqlarından xəbərdar olan həmsöhbətiniz başa düşər ki, düşmənlər insanı idman pərdəsi altında yolundan azdıra bilər.
         5. Ümumi dəvət. Allah öz peyğəmbərinə bütün xalqı dəvət etməyi buyurmuşdur.
         6. Xüsusi dəvət. Peyğəmbərlər öz ailələrini doğru yola dəvət edirdilər. (Məryəm, 55, Əhzab, 59)
         7. Qohumları dəvət. (Şüəra, 214)
         8. Həmvətənləri dəvət. (Ənam, 92)
         9. Bəşəriyyəti dəvət. (Əraf, 158)
         Bəli, mərcan gəzən üzgüçü, ova çıxmış balıqçı dənizin bir nöqtəsində durub qalmamalı, böyük qazanc istəyində olan tacir dükanda çeşidləri artırmalıdır.
         
         Sual 66: Nə üçün irsdən kişinin payı qadından ikiqat çoxdur?
         Cavab: Günəmuzd işləyən fəhlənin maaşı rəsmi işçinin maaşından çox olur. Bu o demək deyil ki, fəhlə işçidən daha şəxsiyyətlidir. Sadəcə günəmuzd fəhlədən fərqli olaraq rəsmi işçi məzuniyyətə çıxır, təqaüd alır, idarənin verdiyi başqa hüquqlardan istifadə edir.
         İslamda qadının irs payı az olsa da, ailənin bütün xərcləri kişinin boynundadır. Qadın bütün xərcini ərdən alır, irs payını və mehriyyəsini yalnız özünə sərf edir.
         
         Sual 67: Qadın nə üçün hakim (qazı) ola bilməz?
         Cavab: Allah qadını övlad tərbiyəsi üçün yaratdığından onun qəlbində xüsusi bir mərhəmət, mehribanlıq, canıyananlıq qoymuşdur. Bu mərhəmət və sevgi ədalətli mühakimə üçün problem yaradır. Hakim elə cinayətkarlarla görüşür ki, bu cinayətkarlar öz yalanları ilə insanı ovsunlayırlar. Prinsipiallığı olmayan hakim saxta göz yaşlarına aldanır, qəti qərar çıxarmaqda çətinlik çəkir.
         Əslində hakimlik çox ağır məsuliyyət tələb etdiyindən kişi üçün imtiyaz sayılmamalıdır. Qadın zərif məxluq olduğundan belə bir məsuliyyətdən azad edilmişdir.
         
         Sual 68: Nə üçün qadının diyəsi (qanbaha) kişidən iki dəfə azdır?
         Cavab: Diyə insanın qiyməti yox, dəymiş zərərin əvəzidir. Bir şəxs kişini öldürürsə, bütöv bir ailənin maddi təminatı üçün problem yaradır. Ona görə də kişinin qanbahası daha çoxdur.
         Əgər diyə şəxsiyyətdən asılı olsaydı, onda alimi öldürənlər daha böyük qanbahası ödəməli olardılar. Hansı ki, bütün kişilərin diyəsi eynidir.
         İslam hüququ nöqtəyi-nəzərindən həzrət Əlinin ibn Mülcəmlə heç bir fərqi yoxdur. Ona görə də həzrət Əli (ə) öz qatili haqqında belə buyurdu: «O mənə bir zərbə vurdu, siz də ona bir zərbə vurun». (Nəhcül-bəlağə, hikmət 47) Əgər diyə şəxsiyyətdən asılı olsaydı, dünyanın var-dövləti həzrət Əlinin (ə) diyəsini ödəməzdi.
         
         Sual 69: Nə üçün bəzilərinin aqibəti çox pis olur?
         Cavab: Məsələn, siqaret çəkmək kimi zahirən kiçik eyiblər bə`zən o qədər üst-üstə yığılır ki, ürəyin fəaliyyəti dayanır.
         Quranda buyurulur ki, daim xırda-xırda pis iş görənlər, nəhayət bir gün Allahı inkar edir və əzaba düçar olurlar. (Rum, 10, Muhəmməd, 10)
         
         Sual 70: İnsanın ölümü Allahın, yoxsa Əzrailin əlindədir?
         Cavab: Allah Quranda bəzən bir işi həm özünə, həm də bir başqasına aid edir. Bəzən insanların canının öz tərəfindən, bəzən isə Əzrail tərəfindən alındığını bildirir. (Zumər, 42, Səcdə 11) Elə ayələr də var ki, insanın canının mələklər tərəfindən alındığı bəyan olunur. (Ənam, 61) Əslində hər üç təbir məqbuldur. «Açar qapını açdı», «əlim qapını açdı; özüm qapını açdım» təbirləri arasında ciddi bir fərq yoxdur. Çünki açar əlin, əl isə mənim ixtiyarımdadır.
         Mümkündür ki, mələklər canı çıxarıb Əzrailə, Əzrail isə Allaha təhvil verir. Belə də ola bilər ki, adi insanların canını mələklər, yaxşı insanların canını Əzrail, övliyaların canını isə Allah alır.
         
         Sual 71: Görünməyən Allaha necə iman gətirək?
         Cavab: Yer üzünü nə qədər nəzərdən keçirsək, daş-torpağı labaratoriyada analiz etsək, cazibə adlı qüvvəni görə bilmərik. Amma ağacdan almanın düşməsi sübut edir ki, belə bir qüvvə var. Demək, bir şeyin varlığına inanmaq üçün onu görmək şərt deyil. Cazibə qüvvəsi heç bir hiss üzvü ilə qeydə alınmasa da onun təsirləri göz qabağındadır.
         
         Sual 72: Quran nəzərincə, başqalarına nə dərəcədə kömək etməliyik?
         Cavab: Quran buyurur ki, bütün yardımlarınızın mükafatı var. (Səba, 39) Həm az, həm də çox köməyin əvəzi var. Bəzən suya atılmış bir sarı yarpaq bir dəstə qarışqa üçün gəmi olur. Küçədə qoyulmuş avtomat telefonla danışmaq üçün kağız pul kara gəlmədiyi kimi, bəzən başqalarının da böyük yox, çox kiçik köməyə ehtiyacı olur. Yaranı bağlamaq üçün adyal yox, bir qarış cuna kifayətdir. Böyük nasosun görə bilmədiyi işi kiçik şpris görür.
         Hədisdə oxuyuruq: «Heç bir yaxşılığı kiçik saymayın ki, ola bilər bu yaxşılıq köməyinizə çatsın. Heç bir günahı kiçik hesab etməyin ki, ola bilər bu günah sizi süquta uğratsın. Futbol topuna batan xırda mıx bütün oyunu saxlaya bilər. Yerə düşmüş yemiş qabığı ən güclü pəhləvanı yerə yıxmaqla şikəst edib, evdə oturda bilər.
         
         Sual 73: Nə üçün günahkarlar Qurandan faydalana bilmir?
         Cavab: Əgər bir gölməçəyə insan meyiti düşsə, uzun müddət yağış yağmasına baxmayaraq bu gölməçədən üfunət çəkilməyəcəkdir. Demək, üfunətli suya qatışan pak yağış suyu təsirsiz olur.
         Quran rəhmət yağışı olsa da kafirlərin çirkin qəlbini paka çıxarmır. «İsra» surəsinin 82-ci ayəsini oxuyuruq: «Biz möminlər üçün şəfa və mərhəmət olan Quran ayələri nazil edirik. Bu ayələr zalımların ziyanını artırır».
         İnsan qəlbindəki tərslik suya düşmüş murdar kimidir. Hər ayə nazil olanda kafirlər daha çox müqavimət göstərir, daha çox inadkar olurlar.
         
         Sual 74: Yuxu vaxtı cism və ruh hansı vəziyyətdə olur?
         Cavab: Quranda buyurulur: «Allah ölüm zamanı insanların canını alır, ölməyənlərin canını isə yuxuda çıxarır». (Zümər, 42)
         Bəzən sürücü öz maşınını dayanacaqda saxlayır, bəzən isə yol kənarında işlək vəziyyətdə qoyub, işinin ardınca gedir. Hər iki halda sürücü maşında olmasa da, ikinci halda maşın işlək vəziyyətdədir.
         Yuxu vaxtı ruh cismdən uzaqlaşsa da, cism işlək vəziyyətdədir. Ölüm vaxtı isə cism «söndürüldükdən» sonra ruh ondan birdəfəlik uzaqlaşır.
         
         Sual 75: Allah mərhəmətlidirsə, nə üçün bəndələrini cəzalandırır?
         Cavab: Ağzı möhkəm tıxaclanmış butulkanı dünyanın ən böyük okeanına atsanız, bu butulkaya bir damla su daxil ola bilməz. Həmin butulka ilə su götürmək istəyən insan özünü, yoxsa okeanı məzəmmət etməlidir?!
         Bəzi insanlar bütün xilas qapılarını bağlayıblar. Onlar nə düşünmək, nə ibrət götürmək, nə həqiqəti dinləmək, nə də haqqa boyun əymək istəyir. Quran təbirincə onlar daşdan da bərkdirlər. (Bəqərə, 74) İnsanı imandan məhrum edən, ilahi rəhmətin azlığı yox, özünün qapalı olmasıdır.
         
         Sual 76: Dini göstərişlər bir-birlərinə bağlıdırlarmı?
         Cavab: Ayə və rəvayətlərdən məlum olur ki, bütün dini göstərişlər bir-birlərinə bağlıdırlar. İyirmidən çox ayədə «namaz» və «zəkat» sözləri yanaşı işlədilir. Rəvayətdə buyurulur ki, zəkatsız namaz qəbul deyil.
         Bəli, Allahla rabitə (namaz) və xalqla rabitə (zəkat) qoşa qanad kimidir. Mənəvi təkamül üçün qoşa qanad zəruridir.
         Peyğəmbər (s) namaz qılanların zəkat ödəməsinə çox diqqət verərdi. Bir çox dini göstərişlər yalnız tam halda qəbul olur. Məsələn, həcc əməlləri yalnız başa çatmaqla qəbul olur. (Bəqərə, 196) İftar vaxtından bir dəqiqə qabaq açılan oruc da məqbul deyil.(Bəqərə, 187)
         
         Sual 77: İbadət dedikdə yalnız namaz və oruc nəzərdə tutulur?
         Cavab: Allahın razılığını qazanmaq məqsədi ilə görülən bütün işlər ibadətdir. Körpə qızcığazı yaxşı işlərə həvəsləndirmək üçün ona sırğa almağınız da ibadətdir.
         Mütaliəyə məşğul olan müəllimin məqsədi pul qazanmaqdırsa, bu mütaliə ibadət deyil. Amma bu müəllimin Allaha xatir mütaliə etdiyini düşünüb ona həvəslə xörək hazırlayan aşpaz ibadətlə məşğuldur.
         Bəli, günü kitabxanada keçən insan cəhənnəmə, mətbəxdə ömrünü başa vuran aşpazın behiştə getməsi mümkündür.
         
         Sual 78: Quranda «ilahi sünnətlər» dedikdə nə başa düşülür?
         Cavab: Parlamentdə çıxarılan qanunlar iki növdür: Qanunların bir qismi parlament quruculuğuna, digər bir qismi isə cəmiyyətin quruculuğuna aid olur.
         Allahın da qanunlarının bir qismi özünə, digər bir qismi isə insanlara aid olur. Allahın özü üçün təyin etdiyi qanunlar, məsələn, hidayət, hesab, ruzi vermə, himayə, rəhmət qanunları ilahi sünnət adlanır. (Əhzab, 138, Ləyl, 12, Qaşiə, 21, Hud, 6, Ənam, 54, Ğafir, 51)
         İnsanlar üçün təyin olunmuş qanunlar isə əhkam adlanır.
         
         Sual 79: Çürümüş bədənlər qiyamət günü necə diriləcək?
         Cavab: Bir neçə misala nəzər salaq:
         1. Nehrəyə bir qədər qatıq və su töküb çalxalayın. Yağ dənəciklərinin bir yerə yığışdığını görəcəksiniz. Allah da yeri hərəkətə gətirməklə əzaları bir yerə toplayacaqdır.(Zilzal, 1)
         2. İnsanın yarandığı nütfə müxtəlif qidalardan zərrə-zərrə toplanır. Torpaqdakı maddələr buğdanın meyvənin canına sovrulur, sonra insan orqanizminə keçib nütfəni formalaşdırır. Demək, insan torpaq zərrələrindən vücuda gəlir.
         3. Məgər mal-qaranın əti və südü yediyi otlardan yaranmırmı?! Otdan süd çıxaran Allah ölünü torpaqdan çıxara bilməzmi?
         
         Sual 80: İnsanı bircə günah məhv edə bilərmi?
         Cavab: Bəzən kiçik bir virus insanın bütün orqanizmini iflic edir. Bir çınqı yüz mərtəbəli binanı kömür parçasına döndərir. Bir an paxıllıq insanı qətlə vadar edir. Bir anlıq vəzifəyə tamah insanın əlini imamın qanına bulayır. Adətən hər adi günah daha böyük günah üçün şərait yaradır. «Qazandığı günahlarla əhatə olunan insanlar cəhənnəmlikdirlər». (Bəqərə, 81)
         Həya pərdəsi yırtıldıqdan sonra günah etmək asanlaşır. «Kumeyl» duasında oxuyuruq: «Allahım, ismət pərdəsini yırtan, paklığı viran qoyan günahlarımı bağışla».

         
    MÜƏLLİF: MÖHSİN QƏRAƏTİ
    TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD AZƏRI
    Category: Məsəllər | Views: 892 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024