İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2075
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Main » 2011 » August » 26 » Kitabın adı: Məsəllər
    8:35 PM
    Kitabın adı: Məsəllər
    MƏSƏLLƏR
    (Sual-cavablar: 81-100)


    Sual 81: Məsciddə Amerikaya, İsrailə (Ermənistana) ölüm şüarları vermək olarmı?
         Cavab: Quran müsəlmanları belə tanıtdırır: «Məhəmməd (s) Allahın rəsuludur və onunla olanlar kafirlərə qarşı sərt və bir-birlərinə qarşı mərhəmətlidirlər». (Fəth, 29)
          Kafirlərə qarşı ölüm şüarları oxumaq ayədəki «sərtliyin» bir nümunəsidir. Əlbəttə ki, şüarla kifayətlənmək olmaz və bu sərtlik əməldə də özünü büruzə verməlidir.
         Quranda Peyğəmbərin xanımlarına buyurulur ki, yumşaq danışsanız, düşmən tamaha düşər.(Əhzab, 32)
         Amma bu gün peyğəmbər xanımları yoxsa da, ayədə mühüm bir siyasi işarə var: müsəlmanlar mərhəmətli olsalar da, düşmənlə yumşaq davranmamalıdırlar. Bizim yumşaqlığımız pusquda durmuş düşmən üçün yaşıl işıq yandırır.
         
         Sual 82: Kafirlərə qarşı nümayişlərdə iştirak etmək vacibdirmi?
         Cavab: Quran buyurur: «Kafirlərin qəzəbinə səbəb olan bir yerə ayaq basanlar üçün saleh əməlin mükafatı yazılar». (Tövbə, 120)
         Müqəddəs amallar məqsədi ilə keçirilən nümayişlərdə də iştirak etmək ibadət olmaqla yanaşı, xalqın ruhunu gücləndirən dəvətdir.
         
         Sual 83: Nə üçün dini hökmlərdə müctəhidə təqlid edilməlidir?
         Cavab: Həyatımızda elə bir sahə yoxdur ki, mütəxəssisə ehtiyac olmasın. Din bilicisi olan müctəhidlər özləri də xəstələndikləri vaxt həkimə müraciət edirlərsə, həkimin dini məsələdə müctəhidə təqlid etməsi nə üçün təəccüb doğurmalıdır.
         Quran buyurur: «Bilmədiyinizi zikr əhlindən soruşun». (Nəhl, 43)
         Diqqət etməliyik ki, söhbət adi alimdən yox, təqva sahibi olan zikr əhlindən gedir.
         Rəvayətlərə əsasən agah, adil, həva-həvəsdən uzaq alimlərə təqlid olunmalıdır. Sənədsiz ev, avtomobil qeyri-qanuni hesab olunduğu kimi, təqlidsiz əməl də batildir.
         
         Sual 84: Vilayət nədir?
         Cavab: Cəmiyyət rəhbərə ehtiyaclıdır. Rəhbərsiz cəmiyyət hərc-mərcliyə məhkumdur. Rəhbər islamşunas, savadlı, şücaətli, təqvalı, dünya hadisələrindən xəbərdar bir müsəlman olmalıdır. Layiqli rəhbəri xalqın seçdiyi islamşünaslar təyin etməlidir.
         
         Sual 85: Əsrlər keçdikdən sonra peyğəmbərin göstərişlərinə həvəslə əməl olunmasının səbəbi nədir?
         Cavab: Peybəmbərlərin müvəffəqiyyətlərinin bir sıra dəlilləri vardır:
         1. Paklıq, xalislik, canıyananlıq, nöqsansız keçmiş.
         2. Dəlil və məntiq.
         3. Öz dediklərinə şəxsən əməl etmələri.
         4. Geniş qəlb və xoş rəftar.
         5. Göstərişlərin insan fitrətinə uyğunluğu.
         6. Göstərişlərin bütün ehtiyaclara cavab verməsi.
         7. Göstərişlərin asanlığı.
         Həkim iynədən qorxan uşağı ələ almaq üçün deyir: «Əzizim bütün xəstələrə iynə vurulur. İynənin ağrısı üçə sayanadək keçəcək. Əgər indi iynə vurulmasa, sonra daha çox iynə vurulmalıdır». Mümkün olduqda həkim uşağı tabletlə müalicə etməyə üstünlük verir. Görün Allah öz bəndələrini oruca necə də`vət edir: «Ey iman gətirənlər, əvvəlki ümmətlərə vacib olduğu kimi oruc sizə də vacib oldu. Bəlkə, bu yolla pis işlərdən çəkinəsiniz; Oruc sayı müəyyən olan günlərdir…» (Bəqərə, 183-184)
         Bu ayələrlə həkimin dedikləri arasında oxşarlıq görürsünüzmü?!
         
         Sual 86: Bütün işlərimizə ilahi rəng vura bilərikmi?
         Cavab: Quran buyurur ki, işlərinizə ilahi rəng verin. (Bəqərə, 138) İlahi rəng vurmaq Allahın razılığına uyğun iş görməkdir.
         Məsələn, xanımınıza aldığınız paltarı ona həzrət Fatimənin (ə) doğum günü təqdim etsəniz, işinizə ilahi rəng vurmuş olarsınız. Bir yerdə əyləşərkən üzüqibləyə əyləşsəniz Allahın razılığını qazanarsınız.
         Həzrət Əli (ə) qonaq gedərkən əvvəlcə evdə yeyər, sonra gedərdi. Soruşanlara bildirərdi ki, qonaqlığa getməkdə məqsəd mö`minlə görüş olsa daha yaxşıdır.
         Quranda bəyan olunur ki, axirət üçün çalışan insan dünyadan da faydalanırsa, dünya üçün çalışan insan axirətdən məhrum olur.
         
         Sual 87: Hər şeyi bilmək faydalıdırmı?
         Cavab: İnsan bəzi şeyləri bilməsə yaxşıdır. Quran buyurur: «Qanınızı qaraldacaq şeylər barəsində soruşmayın». (Maidə, 101)
         Dövlət bir neçə günlük taxıl ehtiyatı qaldığını xalqa bildirdikdə insanlar narahat olub, ehtiyat toplamağa başlayır, iqtisadi durum bir qədər də ağırlaşır. Amma yaxşı olar ki, dövlət belə bir xəbəri yaymaq əvəzinə taxıl tədarükü üçün çalışsın.
         Quran bütün bilikləri üç qismə ayırır:
         1. Faydalı elmlər. Həzrət Musa (ə) belə bir elmə sahib olmaq üçün Xızra yoldaş olmaq istəyir. (Kəhf, 66)
         2. Zərərli elmlər (bax: «Bəqərə», 102).
         3. Nə faydası nə də zərəri olan elmlər. Məsələn, Kəhf əshabının sayını bilməyin nə zərəri var, nə də faydası (bax: «Kəhf», 22).
         Tarixdə zərərli biliklərdən qorunmaq üçün hicrət edənlər az olmayıb.
         
         Sual 88: Dini qəbul etməyən adama son sözümüz nə olsun?
         Cavab: Sürücülər yolda karlarına gələ biləcək bəzi şeyləri özləri ilə götürürlər. Ehtiyat təkəri olan avtomobilin yolda təkəri buraxmasa, sürücü bir şey itirmir. Amma ehtiyat təkəri olmayan avtomobilin təkəri yolda buraxsa sürücü əziyyət çəkməlidir.
         Bəli, insan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir. Ehtiyatlı insan soyuqda donmaz, yağışda islanmaz.
         Bəs dində necədir? Peyğəmbərlər ölümdən sonrakı həyat, sorğu-sual haqqında kifayət qədər məlumat vermişlər. Xalqın onlara inanan hissəsi sutkada on-on beş dəqiqə namaz qılır, ildə bir dəfə bir ay müddətində oruc tutur və zərərli işlərdən çəkinirlər. Bu insanlar axirətdə bir şey qazanmasalar da (hansı ki, veriləcək) heç nə itirməyəcəklər. Bəs peyğəmbərlərə inanmayıb, kefindən qalmayan insanlar qiyamət sorğusu düz olarsa (hansı ki, düzdür) nə edəcəklər?
         Bəli, hər bir ağıllı insan ehtiyatlı olmalı, mümkün çətinliklərə hazırlaşmalıdır. Əgər qarşınızdakı insan Quran həqiqətlərinə inanmırsa, o, təkcə imansız yox, həm də ehtiyatsız adamdır.
         
         Sual 89: Ən yaxşı əməl nədir?
         Cavab: Ən yaxşı əməl Allahın qəbul etdiyi əməldir. Əməlin böyük-kiçikliyi yox, onun qəbulu şərtdir.
         Həzrət İbrahim (ə) oğlu İsmailin köməyi ilə Kəbənin dayaqlarını qaldırarkən Allahdan bu əməli qəbul etməsini istədi. (Bəqərə, 127) Demək, görülən iş çox əhəmiyyətli bir iş olsa da hansısa səbəblərdən qəbul olunmaya bilər.
         
         Sual 90: Allah hansı işləri qəbul edir?
         Cavab: Əməlin qəbul olması üçün həm hədəf, həm iş, həm də vasitə düzgün olmalıdır. Məsələn, həccə getmək düzgün hədəfdir. Amma oğurluq at ilə bu səfərə çıxmaq nəinki savab deyil, hətta günahdır. Təmizliyi qorumaq yaxşı işdir. Amma qara kömürlə ağ divara «zibil atmayın» yazmaq özü çirkin bir işdir.
         Bəzən isə üsul və vasitə düz olduğu halda hədəf yanlış olur. Həzrət Əli (ə) ilə müxalif olan xəvaric dəstəsi «hökm yalnız Allaha məxsusdur» şüarı ilə çıxış edirdilər. Şüar öz-özlüyündə düzgün olsa da, onu göyə qaldıranlar həqiqəti tapdamaqla məşğul idilər. Quranı başına qaldıran insan onun göstərişlərinə əməl etməlidir. Həkimin yazdığı nüsxəni çərçivəyə salıb divardan asan, amma dərmanları qəbul etməyən xəstə sağalarmı?!
         
         Sual 91: Münafiq kimdir?
         Cavab: İnsanlar dörd qismə bölünür:
         1. İman gətirib, saleh əməl edən möminlər.
         2. İmansız və saleh əməlsiz kafirlər.
         3. İman gətirdiyi halda, saleh əməldən uzaq olan günahkarlar.
         4. İman gətirmədiyi halda, özünü saleh göstərən münafiqlər. Yalan, hiylə, riyakarlıq nifaqın bir növüdür.
         
         Sual 92: Möminlər arasında münasibət necə olmalıdır?
         Cavab: İslam peyğəmbəri (s) buyurub: «Mömin möminin güzgüsüdür». (Bihar, c.71, səh.270)
         Güzgü kimi, bir-birimizin həm gözəl, həm də nöqsanlı cəhətlərini görək.
         Güzgü kimi hər şeyi olduğu kimi, böyüdüb kiçiltmədən göstərək.
         Güzgü kimi insanlarla üz-üzə durub danışaq, xəlvətdə yox.
         Sevirəm ki, dostlar bir ayna kimi.
         Hər zaman üzümə deyə eybimi.
         Min dilli daraq tək gəzib xəlvəti,
         Nə pisdir edələr tük-tük qeybəti.
         Güzgü kimi başqalarının nə deyəcəyini düşünməyək
         Güzgü kimi özümüzü toz-torpaqdan qoruyaq.
         Eyb göstərdiyi üçün güzgünü sındırmazlar. Eybini deyəni də incitmə.
         Güzgünü sındıranda onun qırığı da hər şeyi olduğu kimi göstərir. Min bir əzab görmüş mömin də yalnız həqiqəti deyir.
         Güzgü saf olduğu üçün eybi göstərir. Mömin də kin və həsədə görə yox, saflığına görə tənqid etməlidir.
         Güzgü göstərdiyi eybi özündə saxlamadığı kimi, mömin də üzbəüz dediyi eybi yadından çıxarmalıdır.
         Güzgüyə ötəri baxan eybini görə bilmədiyi kimi, mömin də diqqətlə dinləməyən eybindən xəbərsiz qalar.
         
         Sual 93: Həqiqətin qəbuluna tələsməyənlərlə necə rəftar edək?
         Cavab: İman düşüncəyə əsaslanmalıdır. Dəvətinizə tələsik verilən cavab sizi sevindirməsin. Tez çiçəkləyən ağaclar soyuğa davamsız olur. Düşüncəyə əsaslanan qəbul daha etibarlıdır.
         Quran belələri haqqında buyurur: «Onlar ayaq üstə, oturduqda və ya uzandıqda Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər və deyərlər: «Ey rəbbimiz! Sən bütün bunları boş yerə yaratmamısan!» (Ali-İmran, 191)
         Başqa bir ayədə oxuyuruq: «O kəslər ki, sözü dinləyib, onun ən yaxşısına əməl edərlər». (Zümər, 18)
         Deməli, tələsik çıxarılan qərarın dəyəri yoxdur. İslam peyğəmbərindən (s) düşünüb qərara gəlmək üçün iki ay vaxt istəyən Səffan adlı birinə peyğəmbər dörd ay vaxt verdi.
         Amma qarşıda yol aydın olduqda tələsmək zəruridir. Çoxlarını doğru yol seçimində tərəddüdə salan şeytan olub. (Həcc, 14)
         
         Sual 94: Allah hər növ imanı qəbul edirmi?
         Cavab: Quran buyurur: «Müşriklər gəmiyə mindikdə Allaha dua edir, sağ-salamat quruya çıxdıqdan sonra isə Allaha şərik qoşurlar». (Ənkəbut, 65)
         Firon da dəryada qərq olarkən iman gətirdi. Amma müvəqqəti iman qəbul olunmadığından Allah buyurdu ki, artıq tövbə və iman faydasızdır. (Yunus, 91) Həyatda da belədir. Evlənmək yox, ailəni saxlamaq əsasdır. Eləcə də doğmaq əsas deyil, övladı tərbiyə etmək əsasdır.
         
         Sual 95: Nə üçün bəzən dualarımız qəbul olunmur?
         Cavab: Allah onu çağıranlara cavab verəcəyini və`d edir. (Ğafir, 60) Amma birindən kömək almaq üçün bəzi şərtlərə əməl olunmalıdır: dostluq münasibətini qorumaq, dostun ünvanını yadda saxlamaq, yersiz istəklərdən çəkinmək, boş xəyallardan uzaq olmaq, qanunsuz yolla yardım tələb etməmək, başqalarının hüququnu poza biləcək arzulardan uzaq olmaq və düz danışmaq.
         Biz Allaha ağız açarkən bu şərtlərə əməl edirikmi? Rəvayətlərdə duanın bəzi şərtləri bildirilir: «Bismillah» demək, dəstəmaz almaq, qəlbən dua etmək, məscid kimi müqəddəs yerdə durmaq, on dəfə «ya Allah», «ya rəbbi» demək, salavat göndərmək, günahları yada salıb peşman olmaq, tövbə etmək…
         
         Sual 96: Allah bizi tanıyırsa, imtahana ehtiyac varmı?
         Cavab: Aramızda sinəsinə döyüb, özünü göyə qaldıranlar var. İmtahan belələrini özünə tanıtdırır. Qur`an buyurur: «Biz sizi qorxu, aclıq, mal, can və qıtlıqla imtahana çəkərik. Səbr edənlərə müjdə ver». (Bəqərə, 155)
         İnsanın mükafatlandırılması və ya cəzalandırılması üçün ortada hansısa bir əməl olmalıdır. Bir şəxs peşəkar oğru olsa da, nə qədər ki, oğurluq baş verməyib onu həbs etmək olmaz. Həzrət Əli (ə) buyurur: «İnsanın imtahana çəkilməsinin fəlsəfəsi ona mükafat və cəza vermək üçün zəmin hazırlamaqdır. Bu imtahanlar olmasa da Allah öz bəndəsini tanıyır».
         
         Sual 97: Dünyanın idarəsi üçün insanlara təqva xüsusiyyəti bəs edirmi?
         Cavab: Quranda oxuyuruq: «Son qələbə müttəqilərindir». (Əraf, 128)
         Təqva mənəvi keyfiyyət olduğundan, dünya idarəçiliyində bilik və ixtisasa ehtiyac var. «Ənbiya» surəsinin 105-ci ayəsində buyurulur: «Yer üzünün varisləri yalnız mənim saleh bəndələrim olacaq».
          Demək həm bəndəlik, həm də saleh əməl şərtdir. Allah Quranın bir hökmünə iman gətirib, o birinə göz yumanları məzəmmət edir. (Nisa, 150) Xəstəlikdən şəfa tapmaq üçün həkimin yazdığı nüsxədəki bütün dərmanları vaxtlı-vaxtında qəbul etmək lazımdır.
         
         Sual 98: Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?
         Cavab: Quran buyurur ki, Allah hər şeyi gözəl yaradıb. (Səcdə, 7) İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə nifrət nümayiş olunur. Axı bıçaq baş kəsmək üçün yox, faydalı işlər üçün nəzərdə tutulub.
         
         Sual 99: Elm olan yerdə vəhyə nə ehtiyac var?
         Cavab: Heç bir ideologiya, institut, elmi mərkəz insanın mənəviyyat yolunu işıqlandırmaq gücündə deyil. Yaşadığımız dünyanı xoşbəxt etməkdə aciz olan elm axirət həyatı üçün nə vəd edir?! İnsan dünyada qısa bir müddət yaşayıb, əbədiyyətə qovuşursa, həmin əbədiyyətin tələbləri nədir?
         Allah taala öz peyğəmbərləri vasitəsi ilə ən doğru yolu işıqlandırır. Öz ağıl və düşüncəsi, elmi və biliyi ilə kifayətlənənlər ilahi nurdan məhrum olur. İlahi biliklərə arxa çevirən insan özünə zülm edir.
         
         Sual 100: Düşmən qarşısında vəzifəmiz nədir?
         Cavab: Quran müsəlmanları birliyə dəvət edərək, istənilən bir təfriqəyə qadağa qoyur.(Ali-İmran, 103, Ənfal, 42)
         Yağış damlaları ayrı-ayrılıqda zərif olsalar da, bir hövzəyə daxil olduqda əzəmətli bir təlatüm yaradıb, ağır turbinləri hərəkətə gətirir, böyük şəhərləri elektrik enerjisi ilə təchiz edirlər.
         Barmaqlar ayrı-ayrılıqda zəif olsalar da, sıxılıb yumruq yaratdıqda düşməni qorxuya salırlar. Əldəki barmaqların biri uzun biri gödək, biri kobud biri incə olsa da, hər barmağın öz işi var. Müxtəlif iste`dadlı barmaqlar bir yerə toplandıqda isə böyük güc yaranır.
         Ey əziz müsəlman bacı və qardaşlar! Aranızdakı fərqlərə görə bir-birinizdən uzaqlaşmayın. İnanın ki, eyni uzunluqda, eyni qalınlıqda olan beş barmağın yaratdığı yumruq fərqli barmaqların yaratdığı yumruqdan qat-qat zəifdir. Düşmən qarşısında yumruq tək birləşin. Qələbə sizin vəhdətinizdədir!
         Vəlhəmdulillahi rəbbil-aləmin!
         
    MÜƏLLİF: MÖHSİN QƏRAƏTİ
    TƏRCÜMƏ EDƏN: MƏHƏMMƏD AZƏRI
    Category: Məsəllər | Views: 1034 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024