Güftarə gəlmişəm Hər eşqi başdan atmışam inkara gəlmişəm, Hər bəhsi, qurtarıb səre-göftara gəlmişəm, Mən bir yetim ki, çox qapılardan qovulmuşam, Pak olmaq istərəm bu nəməkzar. gəlmişəm. Bildim sənin kəramətin ey şahi-tacidar, Oldum cəri, günah eylədim həqqə bi-şümar, Düzdür ki, biləyaqətəm, amma bu qədər var, Dərgahi baləyaqəti-əthara gəlmişəm. Ey haqq yolunda bəzl eləyən başü canını, Vey paye nəxle-dinə tökən pak qanını, Ey naümid etməyən öz saribanını, Dərgahüvə əlim boş, üzüm qara gəlmişəm. Biz aşiqe-divaneyi-mümtaze Hüseynik, İrad eləmə bizlərə sərbaze-Hüseynik. Sidqilə yapış həzrəte Əbbas ələmindən, Rədd eyləsə möhtacı uzaqdır kərəmindən. Bidin deyilik tərk eliyək nadə Əlini, Quranı tutub boşlayaq övlade-Əlini. Quranı sərəfraz eliyən xuni-Hüseyndir, Quranə qəsəm name-Hüseyn zinəti-dindir. Həsrətlə vurub sinəyə qara geyərik biz, Hər mahi-məhərrəmdə"Hüseyn vay!” deyərik biz. Xoş halına hər kəs ola vabəstə Hüseynə, Etsə özünü nökəre-şayəstə Hüseynə. Hər dərdin ola ərz elə dərmanı Hüseyndir, Hər çarəsizə çarə,Hüseyn canı,Hüseyndir. Hər kəs bilə bu ağlamağı dinidə bidət, Qəlbində onun yoxdu yəqin mehre-vilayət. Mənadə Hüseynə hamı cinnü bəşər ağlar, Zahirdə vəli şiyeyi-isna-əşər ağlar. İxlas ilə tut daməne-şahi şühədadən, Qurtar özünü məhləkeyi ruzi-cəzadən. Məhşərdə şəfaət edən insana Hüseyndir, Çün qasim olan nur ilə nirana Hüseyndir. Asilərə bil şafe-i üsyan Hüseyndir, Biçarələrin dərdinə dərman Hüseyndir. Gər həşrə qədəm qoymasa salare-şəhidan, Olmaz bu gunahkarlarin dərdınə dərman. Bir gün gələcək məhşərə Əsğər qucağında, Əldə yaralı başı, qızıl qan dodağında. "Ya həqq” gələcək peykərinin hər yarasından, Qanı axacaq başdakı xəncər yarasından. Hər yerdə Hüseynə quralar məclisi-matəm, Zəhra gələr ol məclisə bişübhə müsəlləm. Batində bu göz yaşları bir dürre-səmindir, Bazare-qiyamətdə xəridarı Hüseyndir. Bu ağlamaq izhari əlayiqdi Hüseynə, Biz neyliyək Allah özü aşiqdi Hüseynə. Bir qətrə Hüseynə edəsən göz yaşı cari, Təqsirun əgər olsa keçər həzrəti Bari. Ey müştəri raicdi bu bazaridə təqva, Bu mətləbi lazımdı əzadaridə təqva. Dəstgahe-Hüseynin hamısı dinə sipərdi, Bağ fərz eləsək dini bu o bağa çəpərdi. Bu cəmi-siyəhpuş əzadari Hüseyni, Manəndi çəpər saxlayacaq hasili dini. Ta dinimizin əsli nigahbanı gəlincə, Quranımızın mücriyi fərmanı gəlincə. Bu qarə ələmlər hamısı pərçəme-dindir, Asari-Əbulfəzli ələmdari-Hüseyndir. Hər kim buna tohin edə sui ədəbindən, Qorxsun gərək Əbbasi-Əlinin qəzəbindən. Təhqir ilə hər kəs baxa bu pərçəmi dinə, Şümr ilə müsavidi, qəsəm cane Hüseynə! Bir məktəbe din açdı Hüseyn Kərbübəlada, Himmət kəmərin bağladı islahe fəsada, Bir nehzəte-xunin eliyib dini ucaltdı. Batilləri mənkub eliyib məqsədə çatdı, Həqq üstə qəfadən başını kəsdilər ətşan. Baş nizə başında yaralı başladı Quran, Ey şahe-qəfadan kəsilən başuvə qurban! Din üstə ölən oğluva qardaşuva qurban! Həqdən yetişən rütbəyi-mümtazına qurban! Neydə danışan başıva-ecazına qurban! Inkar edən ecazivi ey əshabe ecaz, Bir iddə bəhayimdi ki insanə qarışmaz. Ünvan eləyiblər ki, kəsik baş danışanmaz, Şəqqül-qəmərin münkiri ecazə inanmaz. Həqq üstə ölən zindədi əz ruye həqiqət, Ayate "limən yüqtəli” get eylə tilavət. Ey nizədə kəhf ayəsin irad eləyən baş, Həqq dinə məsihiləri irşad eləyən baş. Eylə bizədə bir güşəye çeşmilə nəzarə, Səndəndi günahkarların dərdinə çarə. Məhşərdə Xudadən sizə var izne-şəfaət, Siz gəlmiyəsiz ümmətə yox rahe səadət. Xilqətdə tüfeylidi sizə ma xələqəllah, Sən vasitə ol ta bizi əfv eyləsin Allah. Qoydun başıvı bir gecə kül üstünə yatdın, Bir ömür vəli şiələrin başın ucaltdın. Dünya nə qədər var bilirik zindədi namın, Məscidlərə minbərlərə zibəndədi namın. Şeşguşə məzarın bizə firdovsi-əladır, Qurban o gözəl türbətə ki, xake-şəfadır. Züvvar gələndə vətənə kərbu-bəladən, Tohfə gətirərdi bizə o xaki-şəfadən. Baxdıqca o möhrə səni biz yadə salardıq, Ətrin o gözəl xake-müqəddəsdən alardıq. Hərdən çevirən vəqtidə üz qibleyi-razə, Şövq ilə qoyardıq onu biz cayi-namazə. Müddətdi vəli sinəmizi dağlı qoyubsan, Züvvarivə şaha yolivi bağlı qoyubsan. Indi yeri var kasəye-del qanilə dolsun, Az qaldı ki, evlərdən o türbət də qurtulsun. Göz yaşları şaha, nə qədər arizə axsın? Züvvar desin ey vay Hüseyn vay,yola baxsın? Aç yollarivi bağlı qalan yollara qurban, Eşqində su üstə kəsilən qollara qurban. Bir ömür bizə maye-ye həsrətdi fərağın, Olmur bizə qismət o gözəl səhnü rəvaqun. Bir ömür Kərimi üzə əşkin ələr ağlar, Gər ölməsə bir vəqfə o qəbrə gələr ağlar. Mən fəxr edirəm xadime-dərbare-Hüseynəm, Dünyayə gələn gündən əzadare-Hüseynəm. Yenə düşübdü başıma həvaye-Kərbəla, Hüseyn! O altıguşə qəbrivə atam-anam fəda Hüseyn! Rəvadı şiələr məgər yana sənin fəraquvə, Yanır ürək, alovlanır düşəndə iştiyaqivə, Nolur nəsib ola, gələk o xoşnuma rəvaqivə, Geyək qara, məhərrəmi tutaq sənə əza,Hüseyn! Sənin qapında seyyida nolur ki, imtiyaz alaq, Nəsib ola ziyarətin əzəlcə bir cəvaz alaq, Gedək ürəkdə möhnətun fəratə dəstəmaz alaq, Deyək əzize-Fatimə, zəbihe mən qəfa Hüseyn! Nolur ki, şahilər baxa məhəbbətilə nökərə, Məhəbbət eylə istəsən o mərqəde munəvvərə, Ayaq tərəfdə üz qoyaq məzare-paki- Əkbərə, O altıguşə mərqədi öpüb edək nəva Hüseyn! O səhni taqü günbəde təlayə canımız fəda, Səfa və mərvədə gözəl səfayə canımız fəda, Minaye-Kəbədən gözəl minayə canımız fəda, Cəvare-rəhmətindəki fədalərə fəda, Hüseyn! Nə qədri əşko ah ilə fəraqüvə dəvam edək, Nolar gələk məzarüvə cahanda əxze-kam edək, O pire-pak o şah müqəddəsə salam edək, Tutaq məzarının tozun misale-kimiya, Hüseyn! O qəbri pakı şut edək, cahanı biz şərər salaq, Şəmime-ətre-cənnəti məzare pakidən alaq, Ana dilicə Əsğərə sinəndə laylay çalaq, Sinəndə yarəli yatıb o südəmər bala, Hüseyn! Öpək sənin məzarını, bataq məlal və matəmə, Gedək ziyarət etməyə kənare-nəhre-Əlqəmə, O xırda qəbridən öpub edək bu növi-zümzümə: Yatıb bu yerdə mədəni səxavət və vəfa Hüseyn! |