Kərbəlaya vurud (Sinəzən) Zeynəb yetib qatarın əqtari-Kərbəlaya, Ol baxəbər sərasər əğyari-Kərbəlaya. Cəddim Rəsuli əkrəm etmiş məni xəbərdar, Eylər məni bu çöldə məzlumi-qövmi-əşrar, Ol hər qəmə müsəmməm, ey mən qəribə qəmxar, Dildarılıq verərsən dildari-Kərbəlaya. Bir qəbri-altı güşə verrəm bu çöldə təşkil, Ərşi-Xuda şərəfdə eylər bu qəbrə təclil, Səhno-rəvaq və günbəz həm çilçıraq və qəndil, Eylər xəlil qibtə memari Kərbəlaya. Aşiq xətadı qatsın hər eşqi eşqi-safa, Qafildi dəstəmazı caiz bilən muzafa, Yusif deyil satılsın bazaridə kəlama, Əkbər gətirmişəm mən bazari-Kərbəlaya. Zeynəb, bu Kərbəladı, layiq bəlayi-eşqə, İbrahimə xəbər gəlsin, minayi-eşqə, Baxsın fədayi-eşqə səyi səfayi-eşqə, Hacirdə yox təhəmmül əsrari-Kərbəlaya. Aşiq şərar eşqə yandıqca dil doyanmaz, Pərvanə tək yananda nə ağlamaz, nə dinməz, Ya nari kuni bərdən fərmaninə sevinməz, Mən tək təhəmmül eylər azari-Kərbəlaya. Bu dəşti-Kərbəlanı xoş gülüstan edəm mənı, Yox bəlkə mənzilətdə baği-cinan edəm mən, Zəvvarə neynəvanı kəhfi-əman edəm mən, Firdovsi,rəşk apar sən bülvari-Kərbəlay. Qurbanlığa Minada şahzadə Əkbərim var, Məhi-parə Qasimim var, şeşmahə Əsğərim var, Nəhri-Əlqəm üstə səqqa sərdari-leşkərim var, Qan su yerinə versin gülzari Kərbəlaya. Nazlı bacım az ağla, var ağlamaq zamanı, Görsən əlim əlində məqtəldə saribanı, Zəhra anamla bahəm başla bacı fəşanı, Yaz əşkilə ünvan tumari-Kərbəlaya. Şimr ilə möcüz üstə dərgir olanda ağla, Barmaqlarım düçari şəmşir olanda ağla, Zeynül-ibad əsiri-zəncir olanda ağla, Ağla himayət eylə bimari-Kərbəlaya. Badi-xəzan əsəndə, güllər solanda ağla, Zəhra baxışlı gözlər qanla dolanda ağla, Qızlar cənazəm üstə zülfün yolanda ağla, Əşkinlə ver təsəlli salari-Kərbəlaya. Gülzarına xəzandan yellər əsəndə ağla, Qatil susuz Hüseynin başın kəsəndə ağla, Cəddim atam anam da ağlallar, sən də ağla, Nohə edib səsin qat zəvvari-Kərbəlaya. Elan edər Kərimi Əqvam və aşnaya, Mülhəqq olun əzizan, zəvvari Neynəvaya, Yollar açıldı qoyma fürsət gedə fənaya, Amadə olsun ellər didari-Kərbəlaya. İmam Hüseynin (ə) zəbani-halı Qədəmin mübarək olsun, bura Kərbəladı Zeynəb, Bu çölün havası qəmdir,qəmə mübtəladı Zeynəb. Olacaq məqamı şayan, gələr əhli-razo-taət, Edər altıguşə qəbri hamı eşqilə ziyarət, Ola kim o qəbrə zair tapacaq rəhi-şəfaət, Necə türbəti müəttər,səbəbi şəfadı Zeynəb. Bacı, bu diyari qəmdə neçə gün qonaq qalarsan, Deli-şəbdə oxşayanda anamın səsin alarsan Bilirəm bu çöldə axır başına qara salarsan, Gecələr bu çöldə Zəhra sənə həmnəvadı, Zeynəb. Bizə bağlayar bu düşmən su yanında rahi-carə, Suya azim ollam onda qucağımda mahi-parə, Gələ bilmərəm xiyamə ox dəyəndə şiri-xarə, O gün Əsğərin boğazı oxa aşinadı,Zeynəb. Anası əgərçe gözlər balanın yolun xeymədə, Qəm əli ürək başında tıbo-tab və piçü xəmdə, Balasın yaralı görsə yeri var yana bu qəmdə, Mənə ümdə müşkül onda ox əmən hümadı, Zeynəb. Solacaq mənim baharım, bacı sən xəzana səbr et, Sərnizə üstə başım gələcək bəyana səbr et, Yazılıb sənə risalət, qəmi-bikərana səbr et, Deyər əhli aləm sənə mərhəbadı Zeynəb. Zeynəbin zəban hali (nohə) Özün gəl Kərbəlaya ya Mühəmməd (s)! Düşüb Zeynəb bəlaya ya Mühəmməd (s)! Qiyamətdir bu gün Kərbü-bəlada, Hüseynin peykəri qalmış arada, Əli başda qaçır Zeynəb piyada, Əqəllən gəl əzaya, ya Mühəmməd (s)! Əliyyu-Əkbərim qanə batıbdır, Əliyyu- Əsğərim ətşan yatıbdır, Bu dünyanın qəmin gözdən atıbdır, Gəlib yer-göy nəvaya, ya Mühəmməd (s)! Bu çöldə təşnələb ənsarım öldü, Köməksiz qalmışam qəmxarım öldü, Ucaboy qəhrəman sərdarım öldü, Çıxar naləm səmaya, ya Mühəmməd (s)! Bu çöldə şir-xarım oxlanıbdır, Cavanlarım sitəmlə doğranıbdır, Təmamən xeyməgahım odlanıbdır, Xəbər ver Mürtəzaya, ya Mühəmməd (s)! Mənim tək bir bacı gəlməz cəhana, Ölüb qardaşlarım gəlsən fəğana, Bizi gözdən necə saldı zəmana, Gəlib yer-göy nəvaya, ya Mühəmməd (s) Xeymələrdə qurulub məhşəri-kübra bu gecə, Əli qoynunda gəzir həzrəti-Zəhra bu gecə. Yarü ənsari-Hüseyn razü niyaz üstədilər, Bu gecə möhlət axirdi namaz üstədilər, Vəsl vəqti yetişib suzi-güdaz üstədilər, Bəzmi-yarə hamısı oldu muhəyya bu gecə, Ucalıb noh fələkə naleyi-tiflan Hüseyn, Zeynəbi etdi qəmin söhbət-hicran-Hüseyn, Taqəti can aparıb nəğmeyi-Quran Hüseyn, Əcəba olmadı viran hamı dünya bu gecə. Əlləri üstə alıb Əsğəri biçarə Rübab, Yandıran sözlərilən aləmi eylərdi kəbab, Xanə səbrimi ahın ilə dedi etmə xərab, Nə südüm var nə suyum,neyləyim bu gecə. Nehzətin lazımı olmuş batasan qanə gərək, Gedəsən həzrəti-Zəhra yanına qanlı ürək, Baği-cənnətdə gözləyər yolunu huru mələk, Sənə xatir bəzənib şaxeyi-tuba bu gecə. Badə nuşan ələstin ürəyi vəslə əsir, Dərk edə məhzəri-cananı ürəklər tələsir, Zeynəbin çarəsin əldən səhərin fikri kəsir, Yanar odlara düşüb Zeynəbi-Kübra bu gecə. Kim səhər peykəri üryanə əza saxlayacaq, Kim o üryan bədəni görcək ürək dağlayacaq, Qoyun asudə yata, Zeynəb ona ağlayacaq, Yetəcək başa onun izzəti guya bu gecə. Su yox bu gecə bağlanıb əfğanə hərəmlər, Əllərdə ətəşdən saralıb südəmər Əsğər, Ətşandı uşaqlar, suzandı dodaqlar. Əl sinədə qızlar oturub xəmidə nalan, Ətrafı gəzəllər balalar didəsi giryan, Səqqaya tutub üz hamı göz yaşlı pərişan, Yəni dönüb al-qanə hərarətdən o ürəklər, Ətşandı uşaqlar, suzandı dodaqlar. Qəlb-hərəmi qan elədi dərdi-Səkinə, Gülşənləri viran elədi dərdi-Səkinə, Zəhranı pərişan elədi dərdi-Səkinə, Əl başda xanım qaçdı bəlalı çölə yeksər, Ətşandı uşaqlar, suzandı dodaqlar. Əsğər biləyi əlləri üstündə dolandı, Tökdü üzünə əşkini alqana boyandı, Zəhra, gəlinin qönçəsi zülmilə talandı, Dəst sinəm eylib gül gülzarını pər-pər, Ətşandı uşaqlar,suzandı dodaqlar. Zeynəb ürəyin mənzərə qəm dilə gətdi, Qəmli analar qəlbini durdu ələ gətdi, Bir ah çəkib ərş üzünə zəlzələ gətdi, Bu qəmdə gəlib naləvü-əfğanə mələklər, Ətşandı uşaqlar, suzandı dodaqlar. Kərbəlayə daxil olmaq (nohə) Bax bu Neynəva necə basəfadı, Zeynəbim, Çox bəlası var, adı Kərbəladı, Zeynəbim, Kəbədən şərəflidir bu məkani-xoş-nüma, Zəmzəmi Fəratidir təlli rövzətüs-səfa, Məskənimdi bu məkan çox deyərdi Müstəfa (s), Bu çuxur yeri mənə aşinadı, Zeynəbim. Burda qan olar mənim zülmilə dodaqlarım, Şümrə dəstgir olar mehriban uşaqlarım, Qəbrimə ziyarətə hey gələr qonaqlarım, Gərçi indi zahirən qəmi fəzadı, Zeynəbim. Bax o xeyməmin yeri bu səfa bu məşəri, Bu Mina bu Mərvəsi, bu həmimunun yeri, Burdan həml edərəm xeyməgahə Əkbəri, Haqq yolunda Əkbərim çun fədadi, Zeynəbim. Baxmarıq zaridir şurə zarü-bi səmər, Burda nəxli din verər şax və bərg və barübər, Tutiyayi çeşm edər torpağın fereştələr, Rigi zərdi-torpağı kimyadı, Zeynəbim. Qanilə bu dəşt qəm sürx bir qəba geyər, Məhərrəm ola burda kim əyninə qəra geyər, Burda ali-Müstəfa cameyi əza geyər, Burda nohə deyənlər biriyadı,Zeynəbim. Əlli yeddi il gəzib şahrahi eşqidə, Tapdım öz məzarımı bu nigahi eşqidə, Mən gərək yatam bacı qətligahi eşqidə, Mədfəni Hüseyninin gör haradı Zeynəbim. Bax o nəhrə,görüncə mövc edər bu çöldə ab, Yeddi gün keçər dönər ab olar bizə sərab, Oğlu can verər susuz, halına yanar Rübab, Oddu bu su, mərkəzi-ibtiladı,Zeynəbim. Baxma nəxli zarə sən olma zaridil qəmin, Orda düşmənani-həqq eləyir, bacı, kəmin, Orda qardaşım alar sinə-sinə pərçəmin, Məşki oxlanar, böyük macəradı,Zeynəbim. Mən düşəndə torpağa ey insiyəyi- mühən, Yer edəndə zəlzələ təllidən enəndə sən, Şümrü sinəmə çıxar qana qərq olanda mən, Səbri pişə eyləsin, çox becadı, Zeynəbim, Başım üstünə gələr onda xeyrətün-nisa, Başını açıb edər ney kimi anam nəva, Sən dayan vüqar ilə üz verəndə hər bəla, Bibəla deyil,bura Kərbəladı, Zeynəbim. Mən gərək təqaiyə lütf edəm bu illətə Ərz hacət eyləyib babi-rəhm və hacətə Qoymaram yana onu nari fəqr və həsrətə Çün bu nökərim mənim biriyadı, Zeynəbim. |