Kərbəlanın bürkü tutub havasın, Duman alıb nəxillərin arasın, Yer geyinib təbiətin qarasın, Axşam olub on gecəlik ay çıxıb, Uşaqların ürəklərin qəm sıxıb. Bir tərəfdən qumrilərin nəğməsi, Bir tərəfdən axar suyun xoş səsi, Cəzb eləyir mənzərələr hər kəsi, Göydə çeşmək vurur gözəl ulduzlar, Su axtarır əziz-girami qızlar. Xeymələrin işıq vermir məşəli, Yerdən göyə bir nur olur müncəli, Xütbə oxur yerdə delbənd Əli, Ölməliyəm deyir bari siz gedin, Qaranlıqda bu ərsəni tərk edin. Qardaşım,ey gözlərimin ziyası, De hər kəsin var bu çöldə anası, Qafilədə gəlib kimin balası, Məhləkədən canlarını qurtarsın, Qonaqlıqda ayrı yerə aparsın. Agah olun bu gün gələn qonaqlar, Səhər sınar bu səhrada budaqlar, Əsir olar burda qalan uşaqlar, Gedin, gedin Allah mənim kəsimdir, Bir öz başım,bir südəmər bəsimdir. Gedən gedib qalan tapıb imtiyaz, Xeymələrdə başlandı razü-niyaz, Sübhə kimi çoxu qılardı namaz, Qəm riştəsin çərx dəni toxurdu, Sübhə kimi Əkbər Quran oxurdu. Hərdəm deyir ay Yəsribin maralı, Fələk səni məndən salar aralı, Görsə səhər sənin anan yaralı, Qəm çölündə qəmdən qəlbi sıxılar, Oğlum ölsə mənim evim yıxılar. Hər kim görür xeyməsində RübabıI, Qəlbində qalmayır bir ləhzə tabı, Vərəqləyir xeymədə qəm kitabı, Qan-yaş tökür oğul vay deyə-deyə, Südəmərin döndəribdir qibləyə, Belə deyir şərməndəyəm, Əsğərim, Qalıb bu gün döşlərimdə əllərim, Yoxdu çarəm axır sirşik tərim, Südsüz uşaq yatıb məgər dincələr, Gözəl balam,nəfəsindən od gələr. Sonbeşiyim, gözəl balam ay balam, Oldu mənim arzularım zay, balam, Allah verdi səni mənə pay, balam, Qəmlər oxu ürəyimə toxunur, Can verənin gözlərindən oxunur. Can verirsən ürəyimi dağlaram, Biləyində əllərini bağlaram, Susuz bala sənə baxıb ağlaram, Ümidim gəlmyəir bir şirbə suya, Üzüm gəlmir gedib deyim əminə. Göz yaşımı üzarimə ələrəm, Ürəyimi qəm oxuyla dələrəm, Qundağını gəh açıb gəh bələrəm, Gül alnına əcəl təri düzülür, Gözəl gözün sitarə tək süzülür. Qoy əminə gedim deyim amandı, Səbrim evi cəfa ilə talandı, Əzizimin dil-dodağı da yandı, Xanım, qəmlər ürəyimdə can verir, Bir rəhm elə susuz balam can verir. Ay südəmər əmliyimin əmməsi, Yandıracaq möhnətim hər bir kəsi, Çıxmır Əli Əsğərimin də səsi, Göz axınıb şəqiqələr yatıbdır, Heç bilmirəm ölübdür ya yatıbdır, Ləhzə bə-ləhzə çoxalır möhnətim, Əldən gedir bu gün mənim izzətim, Ürəkdə var sən bilirsən hacətim, Gözüm qurban, tökmə belə göz yaşın, Babül- həvaicdi sənin qardaşın. Mən bicəhət qəm tozuna batmaram, Ölsə balam fikrin başdan atmaram, Sabahkı gün məqsədimə çatmaram, Dərd çoxalar olmaz vəli dərmanım, Kərbəlada olmaz mənim qurbanım. İllət odur bu gecə su gəzərəm, Su tapılsa hər dərdinə dözərəm, Səhər olcaq qurbanımı bəzərəm, Bu xeyməni bəzmi-qəmə döndərəm, Əsğərimi ox dəminə göndərəm. Qəm qafiləsi gəldi o gün dəşti-bəlaya, Allah nə gözəl rütbə verib Kərbü-bəlaya. Zəhra balası Kəbəni tərk etdi pərişan, Üz qoydu bu səhraya tərəf gəldi şitaban, Zəmzəm özü qan ağladı Kəbə edib əfğan, Allah evi öz eşq Minasın yola saldı, Həm Məhşər və həm Səy və Səfasın yola saldı. Tərk elədi mövla hərəmi-əmni-Xudanı, Çöllərdə dolandırdı Hüseyn Ali-əbanı, Yollarda nə qədər soruşub Kərbü-bəlanı, Öz etdiyi peymanına yaxşı əməl etdi, Gəzdi neçə gün Kəbəyi-məqsuduna yetdi. Əmr elədi Əbbasa gedən qafilə dursun, Həsrətlə çuxur yerdə haman xeyməni qursun, Nəhr üstə ələmdarı gedib pərçəmi vursun, Verdi belə dəsturu o gün eşq səfiri, Can-başla itaət elədi şaha vəziri. Zəhranın əziz oğlu nəzər hər yana saldı, Məva bu yeri eyləməmiş fikrinə qaldı, Verdi neçə min dirhəm o maliklərə aldı, Razı ki, tərəf oldu bu sövdayi-vüsalə, Katib sənədi yazdı ki, möhr oldu qəbalə. Zeynəb nigəran halidə qardaşına baxdı, Bir ah çəkib yandırıb aləmləri yaxdı, Qəm gərdi qonan surətinə göz yaşı axdı, Gördü çoxalır burda onun dərdü-məlalı, Fikr eylədi başdan dağılar cahü-cəlalı. Ərz eylədi ey şahi-cahan nuri-hidayət, Qurban sənə yorğun canım ey kani-kəramət, Yəqin bu yerə çəkdi səni eşqi-şəhadət, Gülzar edəcəksən bilirəm dəşti-bəlanı, Tərif eləmişdin mənə qəblən bu məkanı. Fərmayiş edib Zeynəbə salari-şəhidan, Bu yerdi haman yer, olaram qanıma qəltan, Əhd eyləmişəm canımı qurban verəm ətşan, Hətmən o çuxur yerdə qızıl qanə bürünnəm, Didarıma gəlsin bacı pişvazə sürünnəm. Səs düşdü o səhrada Hüseyn zadeyi-Zəhra, Ol dəşti-qəməfzani edib mənzilü-məva, Bir iddə deyərdi nəyə xatir gəlib aya, Ol şaha qərəz hədyeyi-şayan gətiriblər, Mərdan qəbilə neçə qurban gətiriblər. Zəhra balası gördü o qurbanları yandı, Əl sinədə göz yaşlı del-əfsürdə dayandı, Mənada görüb Əkbəri al-qana boyandı, Oxlandı Əli Əsğəri meydani-bəlada, Məhşərdən əlamət görünür xeymə səradə. Fərmayiş edib şahi-cahan dinə fədayam, Beyət eləməm zalıma, təslimi-qəzayam, Hər əmri əgər zati-həqqin olsa rizayam, Ey qoç-quzu qurban gətirənlər eviz abad, Olsun iki dünya ürəyiz qüssədən azad. Amma bu yerə mən neçə qurbanilə gəldim, Əsğər kimi bir qönçeyi-xəndan ilə gəldim, Yetmiş iki gül sərvü-gülüstan ilə gəldim, Allah ilə peyman-varım ey əhli-Mədinə, Əkbər kimi qurban varım ey əhli-Mədinə. Allah özü Quranda deyib nəsrun minəl-lah, Bu dəşti-qəmə gəlməyimiz sirridi vallah, Qeyrətli ələmdarimi çox görməsin Allah, Bu çöldə adamsızlarıma miri-hərəmdi, Səqqayi- ləb ətşandı dəryayi-kərəmdi. Aya nə rəvadı ki, məhəbbət gülü solsun, Zülmilə uzun qolları məndən qələm olsun, Baş parçalanıb qanı gözəl gözlərə dolsun, Aya nə rəvadı ki, gəlib ox gözə dəysin, Qardaşı ölən qardaşının qəddini əysin. Keçdi neçə gün başa o peymanı çıxıldı, Qurbanları can verdi susuz qəlbi sıxıldı, Nəhr üstə yerə qolsuz ələmdarı yıxıldı, Hicran oxu sürətlə gəlib qəlbini dəldi, Meydana Hüseyn gəldi, İlahi necə gəldi. Gördü yaralı qardaşını sibti-Peyəmbər, Bir gül kimi əllərdə olub zülmilə pərpər, Qardaş dedi dur çıxdı yadımdan qəmi Əkbər, Bu ayrılığın qəlbimi ox tək dəlir, Əbbas, Zəhra nənəmin ətri də səndən gəlir,Əbbas. Ey vaqif olan sirri-əzəl mətləbə qardaş, Çatdın bu gözəl yerdə gözəl mənsəbə, qardaş, Dur pərçəmi tapşır qocalan Zeynəbə, qardaş, Həsrətlə üzə əşkini Zeynəb ələr indi, Biz getməsək əxyamə Səkinəm gələr indi. Az qaldı güli başi-məhəbbət sola qardaş, Göz yolda qalanlar sənə ola qardaş, Ətşan balalar indi dikib göz yola qardaş, Dur mənlə gedək xeyməyə, ey şiri-dilavər, Qardaş sən utanma hələ şayəd ölüb Əsğər. |