Əbulfəzlil Əbbas (ə) şəhadəti Hardasan arxam elim, sındı belim, yatdı ələm, qardaş, Məşkimi oxladılar hər iki qol oldu qələm, qardaş, Gəl ölürəm qardaş,can verirəm qardaş. İftixar eylərəm öz eylədiyim əhdə vəfadarəm, Leşkər mərifət eşqə ələmdarəm və sərdarəm, Hamiyəm dinimə, Quranimə İslamə fədakarəm, Kasə ləysə və xədəm cürmü-cinayət deyiləm, qardaş, Gəl ölürəm qardaş, can verirəm qardaş. Demirəm getdim özüm,əlləri qoynunda anam qaldı, Demirəm gözləri yollarda şirin dilli balam qaldı, Deyirəm düşmən içində yaralı yalqız ağam qaldı, Verəcək üz sənə mənsiz qəmü-ənduh və ələm,qardaş, Gəl ölürəm qardaş can verirəm qardaş. Dağıdıb murü-mələx tək qoşunu, at döşünə saldım, Su yolun açdı cəmaət üzümə Əlqəməni aldım, Başımın sahibi gəl başıma baş çək, baş açıq qaldım, Heyf ola çarə yolun kəsdi mənə qovmi-zuləm, qardaş, Gəl ölürəm qardaş, can verirəm qardaş. Gərçi su vədəsi vermişdim özüm itrəti-ətharə, Nə qədər su var idi təng elədim ərsəni küffarə, Məşkim oxlandı, mənə zülmilə bağlandı rəhi-çarə, Ver xəbər gözləməsin su yolunu əhli-hərəm, Gəl ölürəm qardaş can verirəm qardaş Nə şikayət edərəm gözdə olan tiri-şəqavətdən, Nə gilayəm var,əxa, Nöfəl edən zülmü-cəsarətdən, Ürəyim yandı sinəm təngə gəlib tənü-şəmatətdən, İntizaram gələsən ta sənə qurban kəsilim, qardaş, Gəl ölürəm qardaş, can verirəm qardaş. Elə şad oldum əzəl qoydu əcəl, nəhrə yola düşdü, O qədər çəkmədi bir kani xəta vurdu qolum düşdü, Sağa döndüm yaralandım, sola döndükcə solum düşdü, Məşkdən su töküləndə ürəyim etdi vərəm, qardaş, Gəl ölürəm qardaş,can verirəm qardaş. Tiri baran elədi əhli-cəfa, balü-pərim sındı Dəydi bir zərbəti səngin başıma camisərim sındı, Mərkəb üstdən üzüm üstə yerə gəldim kəmərim sındı, Dörd tərəfdən ələnir peykərimə tiri-sitəm, qardaş, Gəl ölürəm qardaş, can verirəm qardaş. Can çıxınca su verəm, səhm aparam feyzi-hüzurundan, Ruhumu şad eləyim qəbrə kimi lüməyi-nurundan, Teşnəyəm, gəl məni sirab elə öz abi-təhurundan, Gəl qolun boynuma sal, nökərinəm, elə kərəm, qardaş, Gəl ölürəm qardaş, can verirəm qardaş Gəl hüzurunda əxa, bəzl eləyim canımı cananə, Qatilim indi qoyar xəncəri bu həncəri-ətşanə, Yazacaq nöhə Kərimi, gələcək rüzi-şəb əfğanə, Məndə can üstə salıb yada, ona baş çəkərəm, qardaş, Gəl ölürəm qardaş, can verirəm qardaş. Demirəm layiqəm Əbəlfəzlə, Nökəri-sadiqəm Əbəlfəzlə, Hər kim irad edir mənə etsin, Qəlbidən aşiqəm Əbəlfəzlə. Qəlbim qəm ilə dolsa, Əbəlfəzlə ağlaram, Güllər çəməndə solsa,Əbəlfəzlə ağlaram, Yad eylərəm o saətini düşdü qolları, Ömrüm min ildə olsa, Əbəlfəzlə ağlaram. Gəl, Hüseyn, əl tapıb əşrari-zaman qardaşına, Təng olub zülmilə vüsətli cahan qardaşına. Şiri-mərdan, sala leşkər tələsir bəndə məni, Dişdə şəmşir edirəm düşmənilə cəng ələni, Əlsizəm, toprağa amma yıxıram hər gələni, Gərçe yox barişi peykandan aman qardaşına. Hər kimin pəncəmə keçsəydi cədəldə kəməri, Pərt edərdim yerə qalmazdı nəfəsdə əsəri, İş dönüb Kufənin acizləri ifritləri, Dörd tərəfdən əl açıb indi haman qardaşına. Çün şəqaiq boyanıb qırmızı qana kəfənim, Deli tufanda sınan kəştiyə bənzər bədənim, Zirehim parələnib, oxlar olub pirəhənim, Qalmayıb cismimdə salim şiriyan qardaşına. Qəlbidən rişteyi-hicranına lazımdı kəsəm, Yer var aşiqinəm vəslinə xatir tələsəm, Əkbərin canına verəm səni ey şahi,qəsəm, Can verən ləhzələrimdə demə can qardaşına. Ətrini alsam əgər ey şəhi-fərxəndə xisal, Para şəhpərlərimlə yenə vuram pərü-bal, Sən gələn vəqtdə sürünnəm edərəm istiqbal, Öpərəm məqdəmini qalsa təvan qardaşına. Salıb əşrari-dəni toprağa bir-bir qolumu, Qan dolub gözlərimə görməyirəm sağ-solumu, Bir şəqi ahəni əmud əldə kəsibdir yolumu, Əlsizəm əl yetir əllərdə qalan qardaşına. Neyləyər fikr eylə çəkiş toxuna daş-qaşıla, Nə hala ayna düşər gər hədəf olsa daşıla, Neyləyər ahəni-əmud incə sipərsiz başıyla, Üz verib gör necə böhrani-zaman qardaşına. Doğranıb peykərimin ərseyi-dəvadə çoxu, Arifanə sözümü qardaş özün sözdən oxu, Əllərim yoxdu necə xaric edim gözdən oxu, Baş yetir xeymələrindən nigaran qardaşına. Dolu tək daşdı yağır oxdu kəsilmir arası, Əzilib başım əmudilə olub ay parası, Yıxa bilməz məni ox, yıxsa yıxar dil yarası, Toxunur tiri kimin zəxmi-zəban qardaşına. Əbbasın (ə) anası Ümmül-bəninin zəban halı Çox ağladım ahü-zardan yoruldum, Bu həyati təlx bardan yoruldum, Hamı gəldi mənim balam gəlmədi, Bu qapıda intizardan yoruldum. Ürəyimin gedən dayağı, ey vay, Dama düşən şikar sayağı, ey vay, At üstündən yerə qolsuz düşəndə, Üzəngidə qalan ayağı, ey vay. Ümmül-bənin diliycə (nöhə) İftixari-ali-Haşim sahib ələm, balam vay, Nəxli-zaridə su üstə qolları qələm balam vay, Kərbəla çölündə gördü bağlanıb Hüseyn qiyamı, Sadiqanə xidmətinə razı eyliyib imamı, Qətlgahda can verəndə göndərib mənə pəyamı, Göz yaşı olan mərkəb, kipriyi qələm balam vay. Çox dedi mənə xanımlar bu həyatda, bəxtəvərsən, Fatimə gəzən otaqda iftixarilə gəzirsən, Heç biri deməzdi bir gün qara pirəhən geyərsən, Qoymadı zəmanə axır məndə dincələm, balam vay, Şəhri-Yəsribə pərişan qəmli karivan qayıtdı, İtrəti-rəsuli-xatəm oldu bağrıqan qayıtdı, Öldü Zeynəbin Hüseyni qaməti kaman qayıtdı, Səslədim qəriqi bəhr, mühnəti-ələm, balam vay. Qarəsin başından açmaz qəlbi dağdar olanlar, Mən kimi ölüncə ağlar piri-ruzgar olanlar, Məclis əzanı xoşlar daim əşkbar olanlar, Var yeri belə ölüncə naləyə gələm balam vay. Zeynəbim deyir şərari-itilada yandı qolsuz, Rubəru ədulərilə qərdaşım dayandı qolsuz, Sinəsində qanlı pərçəm məqtəli dolandı qolsuz, Toprağa necə düşübdü mən mətələm balam vay. Axşam olcağın yətimi göz yaşın üzarə bağlar, Gün batanda ahı artar, qəlbi-əqrəbanı dağlar, Verəm hər qədər təsəlli vaysınar, ürəkdən ağlar, Bağlanar gecə dübarə səxt mərhələm, balam vay. Atdan yıxıldım torpağa gəl Hüseynim gəl,2 Torpağa üz qoydum əxa, gəl Hüseynim gəl,2 Səqqayi-ətşanam - qanıma qəltanam. Qaldı susuzlar teşnələb xeymədə,qardaş, ² Cam əldə qızlar teşnələb xeymədə,qardaş,2 Əsğər çalıxlar teşnələb xeymədə, qardaş, ² Qəmxanə oldu Neynəva gəl Hüseynim gəl.² Səqqayi-ətşanəm - qanimə qəltanam. Müşkün düşübdü bir yana nəhr Əlqəmədə,² Pərçəm batıbdı al qana nəhr Əlqəmədə,² Qollar düşübdü torpağa nəhr Əlqəmədə,² Can eylərəm dinə fəda, gəl Hüseynim, gəl,² Səqqayi-ətşanam - qanıma qəltanam. Rütbeyi-vala verib Əbbas, həqq yekta sənə, Bəsdi bu şənidə oğlum səsləyib Zəhra sənə, Ənbiya həsrət çəkibdir bir Hüseyn tək qardaşa, Verməyib heç bir kəsə Allah verib tənha sənə, Səqqayi-ətşanam - qanıma qəltanam. Əzizi-Fatiməyə sahibi-ləvasan, Əbəlfəzl, Əbul-əimmə kimi məzhəri vəfasan, Əbəlfəzl, Üzün qoyan qapına mətləbin alar səndən, Deyər məqamına qurban düyün güşasən Əbəlfəzl, Səqqayi-ətşanam - qanıma qəltanam. Bağban ölsə gül dərəndə kim ağlar, Bülbül getsə bu çəməndə kim ağlar, Sən öləndə mən ağladım, Əbəlfəzl, Başım üstə mən öləndə kim ağlar? Səqqayi-ətşanam - qanıma qəltanam. |