Kufəqə yalqız qoyanda qovmi üdvan Müslümü, Eylədi çərxifələk zarü-pərişan Müslümü. Çıxdı məsciddən kənara Müslüm bi əqrəba, Bir kömək yoxdur yanında zikri ya Rəbbi- Xuda, Fikr edib bu şəhridə oldum əcəb bi aşina, Ey Xudayi-dadgər, axır pənah ol Müslümə, Beyət etdi əhli-Kufə,bağladı yol Müslümə. Qoydular yalqız o ali rəhbəri qovmi-dəni, Naibi-Sultani-din heyran dolandı Kufəni, Gah sərgərdan gəzir hər bir mahal kuçəni, Bir pənahgahi-ədalət mərdi-aman axtarır, Olmasa ev,cayigahi-hər fərdi insan axtarır. Beyət sındırdı düşmən qəlbinə vurdu yara, Ya kimə dərdin desin, heç bilmir getsin hara, Gəldi axır bir məhəllə etdi orda ittika, Bir nəfərdən rəhnümalıq etmədi qövmi-zəlal, Durdu dərbəndin başında zarü-məhzuni-məlal. Gördü bir övrət çıxıb dər bəndə baxdı gah-gah, Çox sərasimə edib hər səmti dərbəndi nigah, Baxdı Müslüm övrətə dildən çəkib bir sərd ah, Övrət ərz etdi ağa, bu səhnəni bilmə rəva, Get o yanda rahat ol, bu küçədə qalma, ağa. Bilmisən sən bəs olubdu Kufə övzai xərab, Üz tutub övrət o saət Müslümə etdi xitab, Nə gedirsən, nə verirsən sən mənə axır cavab, Şurişi qovğa salıbdı Kufəyə qövmi-dəni, Get dayanma görsə vallahi tutar düşmən səni. Qıldı fərmayiş yerim yoxdur qəribəm mən ana, Tapmadım bir yer dolandım Kufə şəhrin hər yana, Kufə şəhrində qəribəm qəmlərim gəlməz sana, Söylədi övrət bu fikri gəlgilən başından at, Gər qərib olsan, əqəllən get gilən məsciddə yat. Qıldı fərmayiş ana, bir cürə su ver yanmışam, Çun düşmən qalib olubdur yanmışam odlanmışam, Bir iki saat qonaq et küçədə mən qalmışam, Ta gecə olsun qaranlıq xanəni tərk eylərəm, Düşmənim yatsın,çıxıb aya görüm mən neylərəm. Əhsən əhsən Kufədə səd mərhaba bir övrətə, Getdi təqdim eylədi su öz əliylə həzrətə, Lən ola bu Kufə içrə mərdumi bi himmətə, Səslədi Müslüm ana, sirab edibsən sən məni, Hər iki dünyada Allah rusefid etsin səni. Söylədi Müslüm sənin həqdür məramın,ey ana, Müslümə oldu pənah şirin kəlamın, ey ana, Söylə sən axır mənə kimdir imamın, ey ana, Bu kəlamı övrətə Müslüm ağam qıldı əyan, Gəldi nitqə övrət,dilin açıb əlhəqq-bəyan. Ərz edibdir ey ərəb, Əhməd mənim Peyğəmbərim, Həm imam əvvəlin mövla Əlidir sərvərim, Mən kənizi Fatimə, oğlu Hüseyndir rəhbərim, Çün onun eşqində vallah qəlbimi qan eylərəm, Canımı hər ləhzədə Zəhraya qurban eylərəm. Kufədə bir neçə gündür qovzanıb dərdü-bəla, Müslümə beyət ediblər firqeyi şumi dəğa, Bilmirəm indi ağam, harda qalıb ol müqtəda, Övrətin dildən çıxan vəqtə yanıqlı sözləri, Qəlbidən bir ah çəkdi doldu Müslüm gözləri. Dil tutar-tutmaz cavabın verdi ol alicənab, Sözlərin aramişlə övrətə qıldı xitab, Lütf edibsən,sən qonağın nabələd etmə hesab, Kufə şəhrində ana qəmlər çəkən Müslüm mənəm, Olma narahat anacan, sən deyən Müslüm mənəm. Baxdı övrət ahilə şürü-nəvadan ağladı, Kufə əhli etdiyi zülmü-cəfadan ağladı, Müslümə baxdı vəli bu macəradan ağladı, Gəl evə, bəh-bəh, gəlibsən ey əcəb mehman mənə, Ağlama,bəsdir,kənizi-Fatimə qurban sənə. Yaz Muhəmməd, ağan Müslüm sənə olsun pənah, Şerinin hər nöqtəsində olsa zərrə iştibah, Naibi-sultani-din-eylər özü hətmən nigah, Zadeyi-Zəhra Hüseynə naibi-yavərdi bu, Radi-mərdani-həqiqət, aləmə sərvərdi bu. Yox Kufə əhlində vəfa, əmoğlu, Qəlbdə var zülmi-cəfa, əmoğlu. Düşmə Mədinədən Hüseyn uzağa, Yanma mənim tək möhnəti-fərağa, Bu Kufə hörmət eyləməz qonağa, Yox zərrəcə zövqi-səfa,əmoğlu. Millət məni bu şəhrə dəvət etdi, Gəldim bura əzəldə beyət etdi, Sındırdı beyəti, xəyanət etdi, Zülmü mənə gördü rəva, əmoğlu. Qovzandı nalə göylərə dilimdən, Düşdüm uzaq qəbiləmdən, elimdən, Bir şəxs olmadı tutsun əlimdən, Düşmən mənə vurdu yara,əmoğlu. Gülşəndə güllərim soldu-saraldı, Leşkər məni məkri-yelə damə saldı, Şəmşirim birdən əlimdən aldı, Üz verdi hər dərdi-bəla,əmoğlu. Durmadan hamı birbəbir əkildi, Daği-sitəm bu sinəmə çəkildi, Damlardan otlar başıma töküldü, Qəlbim yara, dişlər yara, əmoğlu. Rəhm etmədi bir kəs bu dağidarə, Ovçu çox oldu mən düşdüm şikarə, Axır mənə məskən oldu qənarə, Oldum mən də sizdən cüda, əmoğlu. Bu yer və cəmaət sındırdı vüqarım, Oldu əcəb şəhadət iftixarım, Heyf olmadı Əbbasi-namidarım, Leşkər şekən şiri heyca, əmoğlu. Zəhra balası, ey gözəl imamım, Əvvəl uzaqdan var sənə salamım, Yetsə sənə bu axırın pəyamım, Gəlmə bu Kufə içrə, ya əmoğlu. Məhəmmədi qapımda nökər olmuş, Mənim adım dilində əzbər olmuş, Bu şerlər də zibi-dəftər olmuş, Olsa deyrdi eylə dəva, əmoğlu. Mən Müslüməm bəlalıyam, İlahi Bəlalı macəralıyam, İlahi, Səsimə yoxdu səs verən qəribəm, Öz elimdən aralıyam, İlahi. Bir qəribəm min dərdilə aram var, Qürbət qəmilə sinədə yaram var, Evim yox, xanımanım yox, qəribəm, Hara üz döndərim gedim, haram var. Ağlayaram elim düşər yadıma, Yoxdur deyən aşnama, yadıma, Öldürdülər qərib yerdə Müslümü, Gəlsin yetişsin Əkbərim dadıma. Dözüb nəqədər mən dayanım,Allah, Bu qan yağan şəhri dolanım,Allah, Hara gedim, hara pənah aparım, Hansı çırağa daldalanım, Allah. Nəva və şur doldurub iraqı, Bəla tutub bu xəsteyi-fəraqı, Qonağa rəsmidir edəllər hörmət, Bu Kufə əhli öldürür qonağı. Tar olubdu dünya mənim gözümə, Dərdim çoxdur ağlaram öz-özümə, Əmoğlu can, sənin gözündən iraq, Vurubdular, qan dolubdu gözümə. Müslümün oğlanlarının sual-cavabı Bir il düşdük əgər zindanə, qardaş, Yetib zindanımız payanə qardaş, Qolun sal boynuma, biçarə qardaş, Yataq bir qol-boyun, avarə qardaş. Məhəmməd Bir il zindanda gördük çox məşəqqət, Nə bəstər görmüşük, nə istirahət, Yataq bir qol-boyun asudə rahət, Səpək su atəşi-hicranə,qardaş. İbrahim Cəzada rusefid olsun bu övrət, Gətirdi küçədən etdi məhəbbət, Bir ildi gördük azarü-əziyyət, Dayandıq zülmi istikbarə, qardaş. Məhəmməd Anam yol gözlyəir indi vətəndə, Xədicə bacım ağlar söz düşəndə, Bu qürbətdən qurtulsaq sən də, mən də, Təşəkkür eylərik Yəzdanə qardaş. İbrahim Nə müddətdi giriftari-fəraqıq, Vətəndən, tayfadan eldən uzağıq, Düçari-məhbəsi-əhli İraqıq, Axar göz yaşımız rüxsarə, qardaş. Məhəmməd Yetişsəm madərə qalmazdı dərdim, Əlindən və ayağından öpərdim, Yoluna gözlərimdən su səpərdim, Olardım şəninə pərvanə, qardaş. İbrahim Qəm etmə, arzuna tez çatarsan, Atasızlıq qəmin başdan atarsan, Ananla qolboyun bahəm yatarsan, Yetərsən neməti-didarə qardaş. Məhəmməd Əgər rahətdi qardaş, rəxtixabım, Nədir bilməm vəli bu piçü-tabım, Bu evdən qorxuram var iztirabım, Salır bu xanə vəhşət canə, qardaş. İbrahim Başın qoy yat bəradər, yoxdu çarə, Təvəkkül eyləyək Pərvərdigarə, Tələsmə az qalır vəsli-nigarə, Çox etmə vahimə, məhparə qardaş. Məhəmməd Yuxum gəlir ürək titrir, bəradər, Vücudum qərqi-vəhşətdir sərasər, Ürək quş tək çalır sinəmdə şəhpər, Verir qəm səbrimi talana, qardaş. İbrahim Gözün qurbanıyam, ey zarü-xəstə, Başın qoy sinəmə, yat sinəm üstə, Kəbab etmə məni,ey dilşikəstə, Məni yandırma bu goftarə, qardaş. Məhəmməd Bu bəstər, bu pəzirayi, bu xidmət, Ola çox qorxuram axır ədavət, Bu əhli-Kufədə yoxdur məhəbbət, Bunlar rəhm eyləməz mehmanə, qardaş. İbrahim Bir ildi dözmüşük cövri-cəfaya, Kimə etdik şikayət, ya gilaya, Bəni-Haşim dözər hər ibtilaya, Təvəkkül Xaliqi-Qəhhara, qardaş. Məhəmməd Kərimi xadimi-Ali-əbadır, Qoca nökər əli boş üz qaradır, Düşüb bu dərgəhə getməz gədadır, Ümid ilə gəlib ehsanə, qardaş. |