Müşkül açan Hüseynin ey rəşidü-bavəfası, Ələmdarı, sipəhdarı, əxası. Cahanda şöhrəti babül-həvaic, Əlacı olmayan dərdin dəvası. Sənin tək gəlməyib dünyaya qardaş, Hüseynə can dedin, oldun fədası. Əlinin qəhrəman oğlu Əbülfəzl, Olan bu kəslərin müşkül goşası. Hayanda zikr olunsa nami-pakın, Behiştə bənzər ol bəzmin səfası. Məhərrəmdi, hamı qara geyiblər, Çıxar ərşə Hüseynin vay sədası. Kimə dərdin desin bu ağlayanlar, Təvəccüh et, səni Zəhra balası. Qapından heç kimi rədd etməyibsən, Bu cəmin vardı səndən iltiması. Bizim də dərdimiz var, can Əbülfəzl, Əzadarın sənə qurban, Əbülfəzl. Qəməri-Bəni Haşimin zəban halı Göz açdı gördü Əbulfəzl İmamı qan ağlayır, Əli belində qalıb sərvəri ürək dağlayır. Dedi sən ağlama mövla, ədüv baxar sevinər, Yaralı qəlbim əxa, can verən zaman döyünər. İcazə versən əgər düşməni utandıraram, Dişimdə bu ələmi başına dolandıraram. Xəcalət oldum əxa, birbəbir susuzluqdan, Aparma şərm edirəm mən həyalı qızlardan. Bu Şümrü mən tanıram xeyməgahı yandıracaq, Bəlalı Zeynəbimi hər bəhanəyə vuracaq. Bu məşkini aparım xeymədə susuzlarıma Nişan verim ələmi, məşki-abi qızlarıma. Necə deyim bacıma qardaşımı doğradılar, Necə bəyan eləyim sağ gözünü oxladılar? Səkinə görsə əgər məşkini fəğan edəcək, Ayaqyalın, baş açıq qətligahına gələcək. Ayağa dur atam oğlu, qalıb belimədə əlim, Düşəndə sən atın üstdən mənim də sındı belim. Vəfalı qardaş idin, heyf ola süzüldü gözün, Çıxıbdı can bədənindən, solubdu qanlı üzün. Başına mən dolanım bağrıqan Əbülfəzlim, Qum üstə yatma oyan, mehriban Əbülfəzlim. Mümkün olsa özünü rəzmgaha fövri yetir, Şahbazın yıxılıb sədmə görüb şəhpərdən. Gözümün ağ-qarasın qana qatıb tiri-se pər, Dəxi səlb oldu təvan yaralı namavərdən. Gah vurullar məni nizə ilə gahi xəncərilə, Görmürəm ta özümü hifz eliyəm xəncərdən. Ox atanlar məni indi kamanilə vurur, Nə həya etdilər məndən nə də Peyğəmbərdən. Ayrılıq vaxtıdı gəl bir də doyunca danışaq, Kami-del qəvi əl-Əbbas dəm axirdən. Göz ki, görmürdü o dəm qardaşın ətrin aldı, Pişvaz istədi etsin o susuz sərvərdən. Taqəti olmadı əfsus, ayaq üstə dura, Bu qiyamət ona balatər olub məhşərdən. Dedi əfv eylə ağa, durmağa yox imkanım, Yaralar vermir aman ta duram axır yerdən. Çarəm olsaydı hüzurunda ağa, yatmazdım, Keç Əli Əkbərə xatir yaralı nökərdən. Lütf eylə yoxdu əlim gözlərimin sil qanın, Qoy çatım qəlbidəki məqsədə bu məhzərdən. Üzünə baxmaq Hüseyn, eyni səadətdi mənə, Etmə məhrum məni feyzi ruxi ənvərdən. Əba Əbdullahın zəban halı (rövzə) Bir oxşama deyim sənə aşiqlər ağlasın, Atdan yıxılsa kim, yerə əvvəl atar əlin. Alnın, üzün baxıb görürəm parka-parçadı, Versin eşitsə kim başına biqərar əlin. Müşkül olar sənə uca yerdən yıxılmağın, Ovraq olar qoy bədənin salsalar əlin. Gördüm bir iş bu çöldə səni istəyənlərə, Əhli-hesab işimə verdim əyar əlin. Qiymətli bildi qardaşının əllərin Hüseyn, Zəhraya verdi saxlamağa yadigar əlin. Əba Əbdullahın (ə) zəban halı Nələr oldu yıxılıb səslədi ədrikni əxa, Səsini aldı gəlib qətlgahə miri-hüda, Qəm olan əlləri bir-bir götürüb etdi nəva, Dedi ya Rəbb, nə qəməfzadı Əbülfəzlin əli. Busə etmişdi olan gün bu iki əldən atam, Sayəsində demişdi məni asudə yatam, İş belə gəldi ədü qoymadı məqsudə çatam, Öpürəm, qəlbimə yaradı Əbülfəzlin əli. Bu kəsik pəncələrə istəyirəm yaxşı baxam, Ruzi-məhşərdə ala sinəsinə xeyrün-nisa, Pak əzadara şəfaət edib oddan qurtara, Görələr zinəti üqbadı Əbülfəzlin əli. Həzrət Əbulfəzlin (ə) həzrət Zeynəblə (ə) söhbəti Ol şəbdə ağam hər sözü minbərdə dedi, Yarü-ənsarına hər mətləbi bipərdə dedi, Teşnələb öldürəcəklər bizi bu yerdə dedi, Zibh olan başlarımız neydə bədənsiz qalacaq, Soyulub peykərimiz yerdə kəfənsiz qalacaq. Ölən oğlanlarına ağlayacaqlar analar, Sən özün də olacaqsan ağama təziyədar, Fikr elə, gör bu Əbulfəzlin aya kimi var, Burda olsaydı anam zəhmətim olmazdı sənə, Yox mənim ağlayanım, lütf eləsən ağla mənə. Qardaşımsan, sənə şəxsən mən özüm yas tutaram, Qəm yemə, Ümmi bənin yoxdu əgər, mən ki, varam, Nigaran olma Hüseyndən sənə az ağlamaram, Nəşinin üstə o qədri edərəm dadü-ənin, Həm anam Fatimə razı ola, həm Ümmi bənin. Söz belə qaldı olub çatdı mahi-əza, Qətligaha dövrələrdən yerə endi üsəra, Məst edib qəmzədə bülbülləri ətri-şühəda, Hər bir yanda gülün tapdı həmağuş oldu, Çeşmələr çeşmə zəmzəm kimi porcuş oldu. Hamı məşğul o çuxur yerdə olub ağlamağa, Gördülər gah sola Zeynəb baxır, gahi sağa, Nagəhan durdu xanım otduğu yerdən ayağa, Pozmasın məclisi etdi bəyan bu gedişim, Nəhri-Əlqəmdə Əbülfəzlimlə vardı işim. Üz qoyub məqtəli-Əbbasa pərişan Zeynəb, Yetişib gördü əcəb mənzərə var ya lil-əcəb, Bir xanımdır oturub başda qara çadır şəb, Baxır əlsiz bədənə zikri fəqət oxşamadı, Elə ağlayır elə bil oğlu ölən bir anadı. Dedi kimsən oturubsan bu biyabanıda tək, Məskənin Kərbübəladır məgər ey qara ləçək, Göz yaşın axdıqca eylər Zəhray kömək, Gəlisən şiddətilə naləyə, titrir bədənin, Mislinki, dağılan peykər öz oğlundu sənin. Zeynəbim oxşayasan yaxşı əziz qardaşını, Sözünün suzişi rüxsarə çəkər göz yaşını, O xanım ziccə çəkib birdən ucaltdı başını, Dedi gəl ver mənimlə başbaşa mən Fatiməyəm, Qızıyla xoşdu ana ağlaşa, mən Fatiməyəm. Neçə gündür mənə məskəndi qızım, Kərbü-bəla, Nöfəlin zülmü salıbdır balamı gör nə hala? Mən deyim oxşama, ya sən deyisən qəmli bala, Sən denən bu dağılan cismə hüma sayəmdi, Mən deyim əlləri məhşər günü sərmayəmdi. Ox dəyib sağ gözümə süzülür qanı Hüseyn! Əllərim yox çıxardım qanlı peykanı Hüseyn! Gör necə səlb eləyib bu ox əldən dözümü, Kimə səndən sora mən faş edim del sözümü, Gəl özün xaric elə incidir ox gözümü, Axtarır indi gözüm məhi-tabanı Hüseyn! Dedim ey zəhərli ox, qəmü-hirman yeridi, Eşqin əs-saə mənə səxtü-böhran yeridi, Sən qədəm qoyma bu göz şəhixuban yeridi, Dərdimin həşrə kimi yoxdu dərmanı Hüseyn! Hey dedim bircə dayan izzu-cahım gələcək, Çək kənara özünü dadixahim gələcək, Başımın üstə yəqin teşnə cahım gələcək, Ağlayıb ağladacaq hamı dünyanı Hüseyn! Ey gözüm, cari elə xun deli zarı yerə, Yıxdılar atdan uzun qollu ələmdarı yerə. Uca yerdən yıxılan vaxtı birin görsəz əgər, Qoyar əvvəldə bu məlumdu qolları yerə. Olmadı əlləri versin yıxılanda qabağa, Üzü üstə gəlib peykəri-xunbarı yerə. Sən özün fikr elə aya necə ünvan eləyim? Dəydi çox möhkəm onun surəti-gülnarı yerə. Üz tutub xeyməyə səsləndi o deldadə əxa, Qoy əlində su əgər olsa da icbarı yerə. Mənə xatir demirəm gəl ananın xatirinə, Gün kimi cilvə verir pərtuvi-ənvarı yerə. Göyərib surəti nilufərə bənzər üzü var, Mən kimi dəymiş onun olmaya rüxsarı yerə, Ya vurublar üzünə sili dolub qan gözünə, Sili tutsa yıxar hər övrəti bardarı yerə. Ağam Əbbasın uca qamətinə can qurban, Canını verdi vəli,qoymadı tək cananı. Heydərin babül-həvaic balası şir oğlu, Kaşifül-kərbidi bu mülki-vəfa sultanı. Çox çətin müşkülüm olsa ətəyindən tutaram, Sən də tut nazlı Səkinə yapışan damanı. Nəfəsi el dayağıdı, özü ləşkər qabağı, Odu eylərdi dua Zeynəb o məhi-simanı. Hey deyərdi səni çox görməsin Allah bacına, Kimi var Zeynəbin ey gözlərinin qurbanı. İndi bir möhnəti var ərz edirəm yəbnəl-Həsən, Məni əfv elə çətindir bilirəm ünvanı. Üçpər ox bir nigaran göz nə sipər var, nə əli, Göz evindən necə xaric eləsin peykanı. Dizlərin qovzadı tutdu oxu bir verdi təkan, Çıxmağı müşküldü parçalanıb pişanı. Yenə üzr istəyirəm yəbnəl Həsən, bu sözümə, Bilirəm qəlbi-şərifindən alır yaranı. Bir açıq başın əmudilə məgər nisbəti var, Necə mən şərh eləyim bu mühəni-üzman? Atın üstdən onu torpağa əmud oldu yıxan, Bürüdü qırmızı qan mahi-cahanaranı. Biri düşsə uca yerdən ona əl lazımdı, Ki, hayil edib görməyə çox izanı. Olmadı əlləri, dəydi üzü üstündə yerə, Var əgər Ümmi bənin bilsə belə cəryanı. Çox çətin vaxtda hər kəs çağırar öz kəsini, Səslənər dadına vazehdi bu söz əvanı. O qədər ali-Əlidən birini səsləmədi, Dil tuta-tutmaya səsləndi xanım Zəhranı. Atın üstən yıxılanda çağırıb ya Zəhra, Başı üstündə görüb Fatimə üzmanı. Dedi gəl yaxşı gəlibsən ana qurban olum, Əcəba yad elədin sən bu bəla gərdanı. Elə bir zaman gəlibsən nə gözüm var, nə əlim, Acizəm, neyləyə billəm dəxi bu ədanı? Qəm əyyamilə gərçe bu dilim porqəmdi, Bir Hüseyn adlı ağam var, ürəyim xürrəmdi. Aləmi gözdən atıb bir ona bel bağlamışam, O gözəl adına qurban, şərəfi adəmdi. Qapısından bilirəm saili boş qaytarmaz, Çün kərəm sahibidi, sibti şəhi-əkrəmdi. Köynəyin sailə ehsan edənin oğludu bu, Bizi etməz əli boş, qorxma sözüm möhkəmdi. Gəzərəm dildə Hüseyn adı əzaxanələri Bu Hüseyn vay səsi yovmiyə mənə həmdəmdi Məkkə də olmasa qismət mənə, vardır nə qəmim. Ağamın məclisi Məkkəmdi, gözüm, zəmzəmdi. Dolanıb hər yeri gəlləm bu əza məclisinə, Ya Hüseyn izni düxulimdi sirişgim yəmdi. Ruzi məhşərdə sıxıllam ağamın sayəsinə, Yandıranmazlar məni, qələi-müstəhkəmdi. Sipəri-atəşi-iki dünya bu qara koynəyimiz, Abrımız iki dünya bu qara pərçəmdi. Bir Hüseynçi tanıram eşqinə heç kim çatmaz, Adı Əbbasidi ol nəhri əlan ziqəmdi. Başın üstə Hüseyn gəldi vəli beldə əli, Gördü əzayi-cəvarih dağılıb bərhəmdi. İkiəlli götürüb başını aldı dizinə, Şaha başı ilə salam etdi sözü mübhəmdi. Dedi Əbbasa uşaqlar yolunu gözlürlər, Belə yatma yaralı, xeyməsəra matəmdi. Mümkün olsa, səni Əkbər tək əbaya bükərəm, Bu əba aləmdə görməli bir aləmdi. Baxıram bu dağılan cismə əba yer verməz, Neyləyim ağlamayım, qüssə mənə həmdəmdi. O qədər dil dedi gətdi qərəz Əbbası dilə, Dedi şaha bu başımdır bu da ki, sinəmdi. Səni Zəhra əlini qoy bu dağılmış başıma, Sora bir ayrı sözüm var ki, qəmi əzəmdi. And verrəm ananın sili göyərdən üzünə, Məni əxyamə aparma ki, yerim Əlqəmdi. Məni qoy burda qalım məşki apar xeymələrə, Ağladan çoxdu məni,dildə qəmi-müdğəmdi. Belə fikr eylər uşaqlar ki, su içdim mən özüm, Şahid ol içməmişəm,bir də Xuda ələmdi. Sənə layiq deyiləm heç demə qardaşdı mənə, Demə mən şəmi-vəfayam buda pərvanəmdi. Yaralar ağzın açıblar sənə ləbbeyk desin, Min belə yaram ola, bir baxışın mərhəmdi. Sən əyil bir yol öpüm mən səni canım çıxsın, Can dodağımda durub muntəziri-busəmdi. Əbulfəzlin zəban halı (rövzə) Dedim bu təllin üstünü yol olsa bəlkə mən aşam, Su məşkidən gedə-gedə uşaqlara yaxınlaşam, Qalan suyu verəm ölüm, deyim bu xidmətə xoşam, İçə sudan balalrın deyə əmi-əmi,Hüseyn! Xiyama gətligahdan qanilə arx açam gərək, Vəfa ağacların onun kənarına saçam gərək, Qiyamətin günündə də Səkinədən qaçam gərək, Xəcalətəm, olammaram onuyla rubəru, Hüseyn! Gərək xəyali-xeyməni bu saətimdə boşlayam, Səkinədən uzaq gəzəm, kənari-nəhri xoşlayam, Sənə başilə bir ələm, ona sərin su borcluyam, Görəndə borclu-borclusun ölmədi arzu, Hüseyn! Yadında var o Kufədə bizə bəla gələn gecə, Başında yara Mürtəza ürəkləri bölən gecə, Məni qulam edib sənə babam Əli ölən gecə, Baxıb qulama ağlama, belə füsərdədir, Hüseyn! Hüseynin zəban halı (nöhə) Səslədin sən məni dada, qardaş, Aç gözün gəldim imdadə qardaş. Ya Əbülfəzl, ya Əbülfəzl² Taqətim yox bilirsən fərağa, Qüssədən can yetibdir dodağa, Düşmənim əl çalır dur ayağa, Bir kəsim yox bu səhradə, qardaş. Bir nəzər eylə bu bipənaha, Gündüzüm döndü şami-siyaha, Dur ayağa gedək xeyməgaha, Sal susuz qızları yada,qardaş. Fikri-dünyanı sən başdan atdın, Səy edib aqibət kamına çatdın, Su kənarında ləbteşnə yatdın, Can nisar etdin azadə, qardaş. Hifz edib məşki keçdin özündən, Çıxmadın ta ölüncə sözündən, Sancılıb üçpər ox sağ gözündən, Gəlmişəm gör nə fəryada, qardaş. Ey mənim qəm günüm, yoldaşım vay, Düşdü sənsiz bəlaya başım vay, Səslərəm vay cavan qardaşım vay, Qalmışam tək bu dünyada qardaş. Sən at üstdən üz üstə düşəndə, Gördü Zəhra qolun yox bədəndə, Səslədi ağlaram bu mühəndə, Dadına gəldi Zəhra da, qardaş. Ya Əbülfəzl, ya Əbüfləzl²! Ümmül-bəninin zəban halı (nöhə) Yoldadı gözlərim, Qəmlidi sözlərim, Gəlmədi Allah, qəhrəman oğlum, Harda qalıb bəs mehriban oğlum? Var başımda qara, ürəyimdə yara, gedim mən hara, Yola baxmaqdan bağrım qaraldı, Gəlmədi Əbbas, rəngim saraldı. Qəlbi qan anayam, günləri sayıram, od kimi yanıram, Gəlmədi əcəl, ömrüm qurtardı, Qəbrə gedərəm qəlbimdə yara. Nə yamandı hicran, məskənim qəbristan, qalmışam mən heyran, Allah, gedənlər nə çox yubandı, İşim Bəqidə ahü-fəğandı. İmamın bacısı ilə zəban halı Zeynəbim gəl ələmdarım öldü, Ba şəhamət sipəhdarım öldü, Müntəzir qalmasın şiri-xarım, Qəhrəmani-vəfədarım öldü. Həm sağından keçib, həm solundan, Dönməyib vəli həqq yolundan, Sinəsi üstə pərçəm əsirdi, Qan süzürdü yerə hər qolundan. Qan bu qəmdə gərək qəlbə dolsun, Var yeri gül gülüstanda solsun, Xeyməsinin yatırdın sütunun, Qardaşım öldü, başın sağ olsun. Sinəsi yaralı, baş yaralı, Eləyib alnını daş yaralı, Haqqı var ölməyə görsə qardaş, Can verir teşnə qardaş yaralı. Ox dəyibdir olub məşki parə, Məşkinə ağlayır gözdə yarə, Qeyrətə bax o halətdə gördüm, Axtarır Əsğərə rahi-çarə. Gördüm ağlır deyir can Səkinə, Qara gözlü, qəmli ceyran Səkinə, Get Rübaba deynən bağla qara, Əsğərə yoxdu dərman, Səkinə. Yat dedim yat ədəbli vəzirim, Yat şərafətli, qeyrətli şirim, Neylirəm gün də batsa batıbdır, Batdı Əlqəmdə mahi-münirim. |