Qardaş ağlama
Yaralıyam yıxılmışam,
Düşübdü qollarım əxa,
Ağa əlin qoy alnıma,
Əlindi dərdimə şəfa.
Durammıram ayağına bağışla sərvərim, mən,
Qolum düşəndə başıma dəyib əmudi ahəni,
Dolubdu qanilə gözüm görənmirəm ağa, səni².
Başımı al qucağına verəndə can edim səfa,
Mənə gözəldi gəlməyin, başım ucaldı seyyidi,
Fələk nədən bu səmtidən yolumu saldı seyyidi,
Su xeyməgaha çatmadı,bacım qocaldı,seyyidi².
Eşitsə qardaşı ölüb necə dözər o binəva,
Hüseyn açıbdı qolların yaralını qucaqladı,
Öpüb əmmaməsiz başı sinəsi üstə saxladı².
Buyurdu qardaş,ağlama, vəli özü çox ağladı,
Bu dərdi yaxşı dərk edər ürəyinə dəyən yara².
Tapdı oğlun o çətin vəqtidə del xəstə imam,
Dedi oğlum necə gör bikəs atan cana gəlib.
Evimi yıxdılar oğlum, sən əqəllən gözün aç,
Hər bəla vardı məni-zarü-nəvaxanə gəlib.
Atanı gör nə günə qoydu sənin dərdü-qəmin,
Bükülüb qaməti, göz yaşı dönüb qanə gəlib.
Yumulan gözlərin aç, dərdimə qıl çarə oğul,
Qoca vaxtında atan çarəvü-dərmanə gəlib.
Niyə dindirmirsən oğlum ürəyi qan atanı,
Fikr edirsən bala didarına biganə gəlib?
Yıxılan ərsədə sən can verən həsrətlə mənəm,
Bu ölüm başının üstə məni-nalanə gəlib.
Cavanani-bəni-haşim, gəlin Əkbər batıb qana,
Vücudü pər-pər olmuş, gül kimi düşmüş biyabana.
Aparın xeyməyə bu gül bərg təri,
Görə əhli-hərəm bu qanlı peykəri.
Mənim yox taqətim, oğlum ölüb, qəddim kaman oldu,
İşıqlı ulduzum ərşi-şəhadətdə nihan oldu.
Salıb dildən məni bu dilbəndi-Rəsul,
Oğul vay səslərəm pərişanü-məlul.
Həzrət Hüseynin (ə) zəban halı
Dur yatma qətligahida ey qəhrəmanım Əkbər,
Yox dizlərimdə taqət, ey mehribanım Əkbər.
Cəddim düşəndə yada fövrən sənə baxardım,
Cəddim şəbihi oğlum, qol boynuna salardım,
Peyğəmbəri Xudanın mən ətrini alardım,
Adın olubdur əlan virdi zəbanım, Əkbər.
Aç gözlərin Əli can, ollam gözün fədası,
Dəysin mənə bu çöldə ol gözlərin qadası,
Əndazədən çıxıbdır görrəm başın yarası,
Olsun sənə Əli can, qurban bu canım, Əkbər.
Zeynəb gəlib qabağa səslərdi can Hüseynim,
Ey Fatimə nişanı, ruhi-rəvan Hüseynim,
Oğlun ölüb, yoxundur tabü-təvan Hüseynim,
Yatmış əbanın içrə cismimdə canım, Əkbər.
Əllər başında səslər ol bülbüli Mədinə
Qurban olum deyərdi, qardaş bacın Səkinə,
Zülm etdi Kufə əhli mən bikəsü həzinə,
Ağzımda teşnəlikdən dönmür zəbanım, Əkbər.
Dur yatma bu meydanda cavanım Əli Əkbər,
Qoyma çıxa hicrində bu canım, Əli Əkbər.
Əli can bala lay-lay.
Əxyamda gözləyər yolunu əmmələr, ağlar,
Olmuş bu qəmində bacılar didətər ağlar,
Bu halətinə o hərəmi xunciyər ağlar,
Ruzu-şəb olan virdi zəbanım, Əli Əkbər.
Aç gözlərini bax mənə ey cəddimə bənzər,
Qoyma yumula heyfdir oğlum, ala gözlər,
Gəhvarədə bu halına ağlar Əli Əsğər,
Yandırma məni ruhu-rəvanım, Əli Əkbər.
Səslədi cavanlarını meydani-bəlayə,
Ta Əkbəri həml eləyələr xeyməsərayə,
Salalar xeymədə gəl cisminə sayə,
Yoxdur vəli durmağa təvanım Əli Əkbər.
Ta yetdilər meydana ürək dağladı Əbbas,
Baxdı o yaralı balaya, ağladı Əbbas,
Ağuşa aldı, gözünü bağladı Əbbas,
Səslərdi əmi dur səni canım, Əli Əkbər.
Əkbərin imdad istəməsi (rövzə)
Səsləyər baba, yetiş imdadıma bəs hardasan?
Əl-aman səs ver yanan fəryadıma, bəs hardasan?
Gəl yubanma xeymələrdən dadıma, bəs hardasan?
Ah-naləmdən töküldü suz əgər torpağa,
Peykərindən qan axır dəşti-bəla səhrasına,
Qan tökür qüdsiyan insan kimi qovğasına,
Lalə nəqşin qan çəkibdir surəti-zibasına,
Ox dəyib yorğun düşüb meydanda əfsər torpağa.
Surətindən qan axır yoxdu yarasın bağlayan,
Vəhşəti Kərbü-bəladan qərqi-qəmdir asiman,
Qaməti şahzadəni puşeş edib tirü-kəman,
Gör nə halilə yıxıldı qanlı peykər toprağa.
Əl-qərəz gəldi hicazın şahı meydana o gün,
Sərzəmini-Kərbəla gördü batıb qana o gün,
Qan veribdi Əkbəri ayini-Qurana o gün,
Başda bir yara düşüb manəndi Heydər torpağa.
Haraya Əkbərinin gəldi Seyyidüş-şühəda,
Alışdı yandı ürək, səsləndi va vələda.
Qərarü-səbrini dildən oğul qəmi aldı,
Qalanda yeddi qədəm torpağa özün saldı.
Süründü torpağın üstə o zarü-delxəstə,
Gəlib yetişdi cavan oğlunun başı üstə.
Sıxıldı qəlbi, cahan tirə tar olub gözünə,
Üzün qoyubdu o dəm mehriban oğul üzünə.
Dedi oğul, gözün aç hal zarını bildir,
Bəyana gəl, məni-bidad xahi bir dindir.
Yanır yanan ürəyim suzi iştiyaqında,
Bu qan nə qandi Əli, var gözəl dodağında.
Dedi ilahi, özün şahid ol bu əhvala,
Salıblar zülmilə gör Əkbərimi nə hala.
Bilirlər yalqız Hüseynin əlində yox çarəsi,
Görürlər oğlum ölüb hey vururlar dil yarası.
Məni salıbdı cavan oğlunun qəmi dildən,
Belə güman edirəm Əkbərim gedib əldən.
Əli Əkbərin başı üstündə İmamın zəban halı (rövzə)
Axır nəfəsdi bir ata de, can deyim sənə,
Az qaldı cənnətə olasan rəhsipar, oğul.
Qəlbim çox istəyir açasan qanlı gözlərin,
Bir də görüm gözün giləsin aşkar, oğul.
Bir yol nigah edib yenə yumsan da yum gözün,
Baxsa oğul ata üzünə əcri var, oğul.
Ey məhzəri Rəzuli-Xudayi-cahan oğul,
Vey aftabi-ömrünə həft asiman oğul.
Yeddi qədəm cənazənin üstə sürünmüşəm,
Yetişmişəm bu gül bədənə nimə can oğul.
Ey ömrümün dadı, gözümün nuru, aç gözün,
Can üstəyəm gülür mənə bu kufiyan, oğul.
Tapşırmışam ki, qəbridə də bir yataq, Əli,
Sənsiz dözəmməz bilirsən, mehriban oğul.
İmamın (ə) zəban halı (nöhə)
Dizim quvvəsi ay bala, gözüm ziyası ay bala,
Ayağa dur qocalmışam, əlim əsası ay bala ².
O bağbanam od tutub yanıb fəğana gəlmişəm,
Əsibdi sərasər xəzan bu gülüstana gəlmişəm,
Solub gülüm, yanıb dilim, qəmində cana gəlmişəm.
Gedibdi əldən ömrümün gözəl səfası, ay bala.
Oğul, şil olsun əlləri, səni bu hala kim salıb?
Bu zarü bi pənahidən qərarü-səbrü-tab alıb.
Göz aç oyan qərib atan cənazən üstə tək qalıb,
Ürəkdə dərdü-qüssəmin yox intəhası, ay bala.
Dəyibdi yara başına şeküftələndi lalə tək,
Düzüldü qətrə-qətrə qan o gül üzündə jalə tək,
Dolubdu laxta qanilə iki gözün piyalə tək,
Gələydi sinəmə mənim gözün qadası, ay bala.
Xeymədən ki, nazilə Əkbəri çıxartdılar,
Rubəru qabağına Əsğəri çıxartdılar.
Gördülər Səkinəni qaçdı qəm otağına,
Çıxdı xeymədən alıb Əsğəri qucağına,
Gətdi sürətilə tez Əkbərin qabağına,
Durdu birdən ağladı, məhşəri çıxartdılar.
Bülbülə nə hal olar görsə qönçə yarpağın,
Əkbərin dolub gözü şiri-xari görcəyin,
Aldı öpdü ləblərin bir də öpdü qundağın,
Ta bələkdən açdılar əlləri çıxartdılar.
Ta iki susuz dodaq dəmbədəm öpüşdülər,
Gərdi-matəmə hərəm, yeksərə bələşdilər,
Hey olar öpüşdülər, hey bular mələşdilər,
Əl gedib bağlara zülfləri çıxartdılar.