İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:51 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    Ön söz
    Əlinizdəki bu kitab müxtəlif məqsədlərlə yazılmışdır. Bunlardan bəzilərinə işarə edirik.
    a)14 əsr bundan öncəki din və elmi nailiyyətlər.
    Bir çoxları qərəzli olaraq və bəzən də məlumatsızlıq üzündən, belə düşünürlər ki, on dörd əsr bundan qabaqkı din hazırkı dövrün mütərəqqi elmləri ilə ayaqlaşa və bütün bu texnologiyanı, çeşidli kəşfləri nəzərə alaraq, bəşəriyyətin ehtiyaclarını təmin edə bilməz. İslam Peyğənbəri (s), həmin şəriəti, olarlar və olmazları (vacib və qadağaları) elm və texnologiyadan xali olan bədəvi xalq üçün gətirmiş, çağdaş dünya isə, elm dünyasıdır. Bu kitabın yazılmasında məqsədlərdən biri də, dini vaciblərin minlərlə cismani elmi faydalarının və dində yasaq əməllərin zərərlərinin kiçik bir hissəsini diqqətinizə çatdırmaqdır. İnanıram ki, bu mütalidən sonra, dinin necə deyərlər müasir elmdən geri qalmaması, onunla ayaqlaşmasına dair mühakimə yürüdəcəksiniz. 14 əsrdən sonra tədqiqatçılar öz labaratoriyalarında mütəmadi, geniş sınaq və analizlərlə yeni-yeni kəşfləri əldə edir və hər tərəfə car çəkərək özlərini öyürlər; bu yeniliyi elmi şah əsər kimi müxtəlif mediyada rəqiblərinə göstərirlər; lakin bir şeydən xəbərsizdirlər ki, bütün bu yeniliklər, kəşflər, 14 əsr bundan öncə İslam dinində vacib və haram şəklində bəyan edilmişdir. Eləcə də din rəhbərlərinin hədislərinin bir çoxunun sirrinə, açmasına yüz illər sonra, bəzilərinə qiyamət günü varacaq, bir hissəsini isə ümumiyyətlə anlamayacaqlar.
    B. Dindaşlarımızın İslam şəriətinə inancı
    Tədqiqatçıların əldə etdiyi nailiyyətlər islamsevərlər tərəfindən mütaliə edildikdə, İslam şəriətinə inancları və bağlılıqları daha da artar və şəriəti sual altına aparan şəxslərlə disput zamanı, lazımı arqumentləri gətirməkdə əlləri dolu olar və halal və harama riayət etməyən şəxsləri işlərindən çəkindirməkdə daha müvəffəq olarlar.
    C. Dininiz yoxdursa, azad insanlar olun.
    Bu, Aşura günü İmam Hüseynin (ə) düşmənlərə söylədiyi tarixi cümlədir. "Əgər dininiz yoxdursa, (heç olmasa) dünyada azad insanlar olun (kişi kimi yaşayın), öz çirkin əməllərinizdən əl götürün". Mən bu qiymətli sözün əsasında, İslam və hər hansı bir dinə mənsub olmayan şəxslərə xitabən deyirəm: dininiz yoxdursa, İslamla bir işiniz yoxdursa, heç olmasa öz sağlamlığınızı düşünün və səhhətiniz üçün də olmuş olsa, İslamın əmr və qadağalarına riayət edin.
    Sonda bir neçə məqama toxunmaq istəyirəm.
    Birinci məqam:
    Bu yazı yalnız bir sıra şəri hökmlərin cismi zərər və xeyirlərini vurğulamaq əzmindədir və şəriətdə yatmış bir çox ruhi, psixoloji, iqtisadi, ictimai, ailəvi, axirətlə ilgili zərərləri bəyan etmək əzmində deyil.
    İkinci məqam:
    Şəri hökümlərin bütün xeyirlərinin bəyan edilməsini iddia etmirəm. Bu yazı, günümüzə qədər həyata keçmiş minlərlə elmi kəşfin kiçik bir hissəsini əks etdirir, tam şübhəsiz ki, yüzlərlə fayda burada gətirilməmiş və eləcə də şəri hökümlərin gələcək nəslin əli ilə ixtira ediləcək xeyli sayda mənfəətləri kəşf edilməmişdir.
    Üçüncü məqam:
    Vaciblər və müstəhəblər üçün qeyd edilən mənfəətlər, eləcə də haram və günahlar üçün sadalanan zərərlər, bu hökümlərin şəriətdə qoyulmasının tam və qəti səbəbi deyil, əslində onun min dəlilinin biri sayıla bilər. Həmçinin, hətta o hökümlərin səbəbi də sayılmaya bilər. Bu baxımdan, deyilməməlidir ki, fülan günahdan fülan zərəri dəf etdik deyə, demək o günahı həyata keçirə bilərik. Misal olaraq, donuz ətininin yeyilməsində (onun ətini yemək haramdır) bir sıra zərərlər qeyd etmişik. Müasir elmin tərəqqi edərək bu zərərləri donuz ətindən götürə bilməsini fərz etsək, bu donuz ətini yeməyin halala çıxması kimi mənimsənilməməlidir. Çünki, əvvəla: donuz ətininin yeyilməsinin haram olmasının səbəbi yalnız onun cismani zərərləri deyil, ola bilsin ki, burada psixoloji, ruhi və s. faktorlar da dəxildir. İkinci bir tərəfdən: ola bilsin ki, elm 100 il bundan sonra, donuz ətininin yeyilməsinə dair tədqiqatçıların bu günə kimi xəbərdar olmadıqları zərəri üzə çıxarsın. Necə ki, keçən illərə qədər bu zərərlərin bir çoxu onlara bəlli deyildi.
    Dördüncü məqam:
    Sağlamlığın önəmi, yaradılışın məqsədini uca Allaha qovuşmaq və bu mənəvi yolu qət etmək üçün güclü və sağlam bədənə ehtiyaclı olduğumuzu bildiyimiz zaman üzə çıxır ("Qəvvi əla xidmətikə cəvarihi" (İlahi sənin xidmətin yolunda bədənimi qüvvətləndir), "Kumeyl" duası.). Xəstə bədənlə isə, bu yolu qət etmək, ya qeyri-mümkün və ya çox-çox məşəqqətlidir. Müqəddəs şəriət sahibi (Allah-taala) və başda həzrət Muhəmməd (s) olmaqla Allah yolunun hidayətçiləri sayılan məsum imamlar bu işə xeyli əhəmiyyət vermiş və bütün nurani göstərişlərində, sağlamlığa riayət etməyi buyurmuşlar. Ümumiyyətlə İslam dininin göstərişlərində bir çox məsləhətlər vardır ki, bunlardan biri də bədənin sağlamlığına dair məsləhətlərdir.
    Məhəmməd ibni Sənan İmam Rzaya (ə) yazdığı məktubda bildirir ki, Məkkə camaatı düşünürlər ki, İslamın halal və haramları, kortəbii itaətdən başqa bir şey deyil və İslamın göstərişləri dəlil-sübütsuzdur.
    İmam Rza (ə) cavabında yazır:
    "Məkkə camaatı belə fikirdədirlərsə, yollarını azmışlar və aşkar zərər onlara üz gətirmişdir. Əgər İslamın göstərişləri kortəbii olsaydı və hikmətli Allah dəlil və səbəbsiz hər hansı bir şeyi halal və ya haram etsəydi, o zaman həzrəti Haqq əksinə göstəriş verməli idi, belə ki, halalları haram və haramları halal etməli idi. Sonra da camaatı kortəbii olaraq namazı, orucu tərk etməyə və oğurluq etməyə və qanunsuz cinsi əlaqələr qurmağa vadar edərdi. Halbuki belə deyil".
    Sonra İmam buyurur:
    "Biz bilirik ki, Allah-taalanın halal etdikləri, insanların məsləhəti və xoşbəxtliyi üçündür və cəmiyyətin yaşaması bu halallara bağlıdır. Camaat bu halal işlərə ehtiyaclıdırlar və onlardan heç zaman ehtiyacsız olmayacaqlar. Lakin haram işlər isə, cəmiyyətin fəsadına gətirib çıxarır və xalqı həlakət və məhvə sürükləyir".
    Daha sonra həzrət buyurdu:
    "İslam hökmləri necə dəlilsiz ola bilər?! Bir halda ki, hikmət sahibi Allah, yalnız insanın məsləhətinə və onun bədəninin sağlamlığına faydalı olanları halal etmiş və haramları isə, onlarda zərər və fəsadın mövcudluğuna görə haram buyurmuşdur".("Selahe Şeytan" kitabı, "İləl əş-Şərayi"dən nəql edərək. "İnna vəcədna kullə ma əhəllalahu təbarəkə və təala, fəfihi səlahul-ibad və bəqahum, və ləhum iləyhil-hacəh la yəstəğnunə ənha, və vəcədnəl-muhərrəmə minlə-əşya la hacətə lil-ibad iləyhi və vəcədnahu mufsidən daiyən iləl-fina vəl-həlak... fəkəyfə ənnəd-dəlil əla ənnəhu ləm yəhillu illa lima fihi miəl-məsləhəti lil-əbdan və hərrəmə lima hərrəmə fihi minəl-fəsad".)
    Bəzi insanların həzrətin bu buyuruğuna etimadı olmadıqlarını nəzərə alaraq, bizim bəhsimizin mehvəri bir tərəfdən vacib və müstəhəblərin və digər bir tərəfdən günah və məkruhların bədəninin fəsada və xəstəliyə düçar olmasında ifa etdikləri rolu isbat etmək istiqamətindədir. Bununla da, Allahın köməkliyi ilə, bacardığımız qədər onların şübhələrini azaltmaq istəyirik.
    Mehdi Tahiri
    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 936 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024