İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:49 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    BİRİNCİ FƏSİL
    Elmi sübutlara əsasən cismani xəstəliklərdə günahların rolu
    ŞORGÖZLÜLÜK
    قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِم
    "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar)."(Nur" surəsi, ayə 30.)
    İslam dinində günah sayılan əməllərdən biri el arasında şorgözlük adlandırdığımız, ləzzət qəsdi ilə naməhrəmə baxmaqdır. Bu iş, ictimai və axirətlə ilgili çoxsaylı zərərləri ilə yanaşı, cismani zərərlərə də malikdir.
    Əldə olan statistikaya əsasən, şorgözlük yol qəzalarının, boşanmaların və adını çəkmək istəmədiyimiz bir sıra işlərin əsas səbəblərindən biridir. Bundan əlavə şorgözlər aşağıdakı çətinliklərlə də üzləşirlər.
    1. Ağır nəfəs alma
    2. Ürəkətrafı ağrılar
    3. Ürək döyüntüsü
    4. Ümumi halsızlıq, zəiflik
    5. Baş ağrısı
    6. Qərarsızlıq
    7. Yuxusuzluq və iştahasızlıq
    8. Zehni yorğunluq (İlk universitet sonuncu peyğəmbər", c. 19, səh.53.)
    Sadalanan problemlərin əksəriyyətinin səbəbi budur ki, insan naməhrəmə baxmaqla onun vurğunu olur və ona çatmağı arzulayır. Əksər hallarda isə, ona çata bilmədiyinə görə, yuxarıdakı bəlalara düçar olur. Bəzən "istəmək" həddində olduğundan göstərilən problemlərin yalnız bəzisinə, "eşq" dərəcəsinə çatdıqda isə, xəstəliklərin hamısına yoluxa bilər. Bəzən də intiharla nəticələnə bilər. İbrət götürmək üçün bir hadisəni qeyd edirik. İranın cənub şəhərlərinin birində bir qız, bir oğlana baxmaqla ona aşiq olur və ondan gözünü çəkə bilmir. Oğlan isə, qıza məhəl qoymur. Qız dəfələrlə oğlana məktub yazmışdı ki, səni sevirəm, mən sənsiz heç nəyəm, sən mənim həyatımsan və s. Lakin oğlanın ürəyi ram olmur. Qız məşuquna çatmaq ümidilə işıq gələn hər bir tərəfə baş vurur. Ancaq getdiyi bütün yollar, dalana dirənir. Sonda çayın kənarına gələrək özünü çaya atır. Yol ötənlər hər nə qədər çalışırlarsa, qızı boğulmaqdan qurtara bilmirlər. Sonralar ondan tapılan bir məktubda yazmışdı ki, mən sevdiyim oğlanın eşq vüsalına çata bilmədiyimə görə, dünya həyatını istəmirəm. Ona deyin ki, mən ancaq ona qovuşa bilmədiyimdən dolayı, intihar edirəm, çünki dünya onsuz mənim üçün dəyərsizdir.("Göz, baxış...", səh.222.)
    PAXILLIQ
    Paxıllıq və ya həsəd, əxlaqən mənfi xüsusiyyətlərdəndir, belə ki bəzi alimlər onu haram bilmiş, bəziləri isə həsədə əməl olunduğu təqdirdə günah və haram sayılacağını demişlər.
    Həsədə əməl etmək bu deməkdir ki, bir şəxs digərinə həsəd apararaq, paxıllığı üzündən onu öldürə, vura və ya arxasınca qeybət edə və s.
    Möminlərin əmiri Əli (ə) bu barədə buyurur: "Bədənin sağlamlığı az paxıllıq etməkdən asılıdır".("Nəhcül-Bəlağə" (Feyz), Hikmət 248, " Sihhətul-cəsəd min qillətil-həsəd".)
    Eləcə buyurur: "Paxılların sağlamlıqlarını unutması, təəccüblüdür".("Nəhcül-Bəlağə" (Feyz), Hikmət 216, "əl-Əcəbu liğəflətil-həssad ən "Səlamət”il-əcsad".) Həmçinin buyurur: "Paxıllıq bədəni məhv edər".("Nəhcül-Bəlağənin qaynaqları və sənədləri", Nəcəf çapı, birinci çap, c.4,səh.199, " əl-Həsədu yufnil-cəsəd".)
    Əllamə Şeyx Məhəmməd Təqi Şüştəri Əsməidən belə nəql edir: "Ömrünün 120 ilini arxada qoymuş köçəri bir ərəbdən, uzunömürlü olmasının səbəbini sorduqda, dedi: Çünki başqalarına həsəd aparmamışam".
    27 Yaşlı qızın məktubundan bir hissə
    "Mən bəzi vaxtlar, qohumlarıma – qohum qız və qadınlara paxıllıq edirəm, əziyyətverici bir paxıllıq. Bu paxıllıq məni o qədər incidir ki, bəzən başgicəllənməsinə düçar oluram".("Fəslnameye behdaşt, rəvan" qış 1384 – cü il (h.ş), 14-cü sayı. )
    Paxıllıq və ölüm
    Bir kişi padşahın yanına gələrək dedi: Vəzirinə etdiyin bütün bu yaxşılıqların qarşısında, o səni məclislərdə pisləyir və deyir ki, padşahın ağzından pis qoxu gəlir. Padşah dedi: Bu sözə necə inanım? Dedi: Onu öz yanınıza çağırtdırın, əgər sultanın ağzının üfunətli qoxusunu duymamaq üçün əlini ağzına qoyduğunu müşahidə etsəniz, bilin ki mən doğru deyirəm. Paxıl kişi həmin gün vəziri evinə dəvət edərək, sarımsaqla dolu bir təamı süfrəyə gətirir, vəzir isə bu xörəyi yedikdən sonra padşah onu yanına çağırır. Vəzir padşahın yaxınında əyləşdiyindən əlini ağzına tutdu ki, padşah onun ağzının sarımsaq qoxusunu duymasın. Padşah öz-özünə dedi, o kişi düz deyirmiş. Padşah vəzirə qiymətli xələt bağışladı və qulamlardan birinə versin deyə bir məktub da ona verdi. Bayıra çıxdıqda paxıl dedi: Sultan səninlə neylədi? Vəzir dedi: Xələt verdi və xəzinədardan əlli min dirhəm hədiyyə almaq üçün, bir yazı da verdi. Paxıl dedi: Yazını mənə bağışla. Vəzir yazını ona bağışladı və o paxıl, qulamın yanına gələrək yazını ona verdi. Qulam dedi: Yazılmışdır ki, sizi öldürüm, başınızı dərisini soyaraq samanla doldurum. Paxıl dedi: Vallah bu yazı məndən ötrü yazılmayıb, bir ayrısı üçün yazılmışdır, inanmırsansa get padşahdan soruş. Qulam dedi: Padşahın əmrini yubatmaq olmaz. Beləliklə onu öldürdü. Ertəsi gün vəzir padşahın məclisinə gəldikdə, padşah məsələni araşdırır və bəlli olur ki, o kişi vəzirə paxıllıq etmiş və öz çirkin əməlinin cəzasına da çatmışdır.
    Həsəd haqqında Frank Hurkun sözləri
    Frank Hurk, cismi xəstəliklərin yaranmasında həsədin rolu haqda deyir: Paxıllıq, qəm və uğursuz emosiyaları beyninizdən uzaqlaşdırmağa çalışın, bu ruhi şeytanlar yalnız beyin sistemini qarışdırmaqla kifayətlənməyib, bədəndə zəhərli hüceyrələrin inkişafına səbəb olaraq, nəticədə qan dövranına əngəl törədirlər. İcad etdikləri zəhərlərlə əsəb sistemini zəiflədərək, əhval ruhiyyəyə, ruh yüksəkliyinə əvəzedilməz zərbə endirir, ən ali məqsədləri məhv edir və beyinin istedad səviyyəsini aşağı endirir.(" Təqva və bəndəliyin təsirləri", səh.124.)
    ONANİZM
    İslam dinində böyük günahlardan sayılan əməllərdən biri də onanizm – fərdin süni yolla özündən sperma xaric etməsidir (İstimna, Masturbasiya). İnsan sağlamlığına son dərəcə zərərli olan bu işin bəzi ziyanlarına toxunuruq.
    Onanizmin cismi təhlükələri
    Tibb elmində xəstəliklərin inkişafını tanıma yollarından biri də, xəstəliyin müxtəlif mərhələlərdəki əlamətlərini göstərməkdir. Buna əsasən, onanizm xəstəliyinə yoluxmuş şəxsdə yaranmış narahatlıqları üç mərhələdə göstərmək olar.
    1. Problem yaradıcı mərhələ
    Yeni onanizmə düçar olmuş şəxslərdə, bu xəstəlikdən qaynaqlanan ən tez təsir bağışlayan narahatlıqlar bunlardır:
    A) Yorğunluq və əzginlik
    B) Diqqətini mərkəzləşdirə bilməmək (fikri yayınma)
    C) Yaddaş zəifliyi
    D) Təşviş, iztirab və stress
    2. Ciddi təhlükə ilə üzləşmə mərhələsi
    Xəstəliyə düçar olmuş şəxsdə aşağıdakı əlamətlərin zahir olması, fərdin xəstəliyinin güclənməsi və ya müddətinin birinci mərhələdən çox olmasını göstərir və nəticədə daha şiddətli narahatlıqlar yaranmağa başlayır:
    a) Yorğunluq və əzginlik
    b) Xasiyyət tərəddüdlüyü və ya sürətli xarakter dəyişikliyi
    c) Hədsiz həssaslıq və tezinciklik
    d) Bel ağrısı
    i ) Tüklərin nazikləşməsi
    f) Cavanlıqda vaxtsız cinsi zəiflik
    j) Yuxusuzluq, rahat yata bilməmə və buna bənzər problemlər
    3. Nəhayət dərəcədə giriftarçılıq və ya vərdiş (adət) mərhələsi
    a) Yorğunluq və əzginlik
    b) Tüklərin sürətlə tökülməsi
    c) Gözlərin tutqunlaşması, qaranlıq gətirməsi
    d) Qulaq vızıltısı
    i) Qeyri-iradi, vaxtsız və ya damcı-damcı şəklində sperma ixracı
    f) Qasıq və nahiyə ağrısı
    j) Boyun nahiyəsində və ombada qulunc sancıları(" Tələbə sual-cavabları", səh.286.)
    NARAHATLIQLARIN YARANMA FORMASI
    1.Yorğunluq və əzginlik: Yüksək cinsi ləzzət zamanı sperma gələrkən bədən əzələlərinin birdən-birə möhkəm sıxılması, əzələlərdə qida maddələrinin sürətli məsrəfinə və ən başlıcası, qlükozanın (bədəndə əzələ enerjisini təmin edən ən əsas maddə) azalmasına səbəb olur. Əzələ yorğunluğu, təqribən əzələlərin sürətlə qlükozadan boşalması ilə sıx əlaqədədir və bu sürət çoxaldıqca, yorğunluq daha çox olur.
    Onanizmdə bədən əzələlərinin təkrarlı sıxılması, əzələlərin qlükoza ehtiyatını azaldır, yorğunluq və əzginliksə bu xəstəliyin daimi göstəricisidir.
    2. Tükün tökülməsi: Onanizm vasitəsilə yaranmış hormonik və kimyəvi dəyişikliklər, kişi cinsi hormonunun yəni, dihidrotestosteronun (kişi cinsi hormonlarının ən güclüsü), testosteronun (kişi cinsi hormanlarından digəri) çoxalmasına səbəb olur, belə DHT (dihidrotestosteron) maddəsinin qanda yüksək olması sonda, tükün tökülməsi və qocalıqda prostat vəzilərin böyüməsi ilə nəticələnir.
    3. Onanizmlə mütəmadi məşğul olmaq, parasimpatik əsəb sisteminin hədsiz dərəcədə qıcıqlanmasına və asetilxolinin (Orqanizmdə bir çox prosesləri tənzimləyən bir çox sinirlərin mediatoru olub, həmçinin bədəndəki effektlərinə uyğun dərman şəklində də tətbiq olunur (mütərcim).) beyində bu sinirlərin son nöqtəsindən boşalmasının sürətlənməsinə səbəb olur, bu da öz növbəsində bir sıra cismi və ruhi narahatlıqla, o cümlədən: unutqanlıq ("Absentmindedness", yaddaş zəifliyi), yaddaşsızlıq, fikrin cəmlənməməsi, sonda görmə qabiliyyətinin itməsi ilə tamamlanan gözün qaranlıq gətirməsi ilə nəticələnir. Bütün bu əlamətlər, beyində əsəb hüceyrələri arasında bir-birinə ötürülən kimyəvi maddələrin miqdarının balansının pozulması ilə əlaqədardır. Bəzilərinin fikrincə isə, beyin (əsəb) pozğunluğunun (unutqanlıq, fikri cəmləyə bilməmə və yaddaşsızlıq kimi) səbəbi, onanizmdə hər dəfə sperma xaric olarkən, bədənin böyük bir enerji tutumunun boşalması və hədər getməsidir; çünki sperma mayesi, özündə çoxlu miqdarda "DNA" ( hər dəfədə itkiyə gedən 300-400 milyon sperma), "RNA",(RNT (ribonuklein turşusu) - hüceyrədə bir çox vəzifələri həyata keçirən, bir neçə növü olan çox vacib maddə (mütərcim).)anziumlar, proteinlər, nişastalar, lesitin,(- Orqanizmin vacib struktur maddəsi olub kimyəvi quruluşca yağlara aiddir (mütərcim). ) kalsium, fosfor, bioloji duzlar və testosteron daşıyır. Bədənin müxtəlif orqanlarının inkişafı üçün bədəndə olması gərəkən bu böyük enerji ehtiyatı, davamlı olaraq əbəs yerə xaric olur və hər biri müxtəlif çətinlikləri meydana gətirir.
    Nümunə olaraq demək olar ki, qan hüceyrələri ilikdə yaranır və inkişaf edir və bunun yaranması üçün də çoxlu miqdarda enerjiyə ehtiyac var; onanizmə düçar olmuş şəxslərdə, iliyin inkişafı və nəticədə qan hüceyrələri problemlə üzləşərək, qan azlığının, ümumi zəiflik və yorğunluğun yaranma mənşəyinə çevrilir. Eləcə də təkrarlı onanizm vasitəsilə əsəb hüceyrələri üçün son dərəcə həyati olan hədsiz dərəcədə fosfor və lesitinin ifraz olunması, bu maddələrin ehtiyatının azalmasına və beləliklə məhsulu unutqanlıq, fikri cəmləyə bilməmə və s. olan, əsəb sisteminin pozulmasına (anomaliya) gətirib çıxarır.(" Seçilmiş sual-cavablar", səh.287)
    ALİMLƏRİN SÖYLƏDİKLƏRİ
    Məşhur alman filosofu İmmenuel Kant yazır: Fərdin özündən ləzzət alması qədər heç bir şey, zehn və cismi zəiflətmir və bu tip həvəsbazlıq ümumiyyətlə insan təbiətinin ziddinədir. Lakin bu mövzu cavanlardan gizli qalmamalıdır, bu iş bütün çirkinliyi ilə göstərilməlidir. Deməliyəm ki, belə bir əməlin sahibi bu minvalla nəsil artırmadan qalacaqdır. Xatırlamalıyam ki, bu vərdiş hər şeydən çox cismi qüdrətini azaldacaq, onu vaxtından tez qocaldacaq və həqiqətən şüurunu zəiflədəcəkdir və ...
    Gənclərin və cavanların cinsi məsələləri üzrə uzun illər araşdırma aparan bir tədqiqatçı yazır: Onanizmdən daha effektli davamlı olaraq insan şəxsiyyətinə zərbə vuran bir faktoru təsəvvür etmək çətindir.
    Silvanus adlı digər bir mütəfəkkir deyir:
    Bu iş (onanizm) təşviş, həyacan, pərişan olmağa səbəb olur, təkrarlandığı surətdə isə, kədərli çətinliklərlə nəticələnir; onanizm yaddaşı zəif, əxlaqı pis və aktiv qüvvəni xarab edir. Onu təkcə Allaha günah deyil, bəşəriyyət aləmində bütün yaxşılıq və paklıqlara haqsızlıq, rəhmsizlik adlandırmaq lazımdır. Əgər bu çirkin əməl, səngiməzsə, təkrarlanarsa, ona düçar olmuş bədbəxtin bütün nail ola biləcəyi xoşbəxtlik yollarını məhv edəcəkdir.(Asibşenasiye şəxseyyəte zən", səh.176 və 177.)
    ONANİZMƏ DÜÇAR OLMUŞ ŞƏXSLƏRİN MƏKTUBLARI
    İndisə haqq yolunun yolçuları üçün, bu xəstəlikdən əziyyət çəkən insanların məktublarına işarə edirik.
    1- 18 YAŞLI OĞLAN:
    Başgicəllənmə, dizlərin süstləşməsi, gözlərin yorğunluğu uzun müddətdir düçar olduğum ananizm adlı müsibətin narahatlıqlarındandır. İdmançı olmağıma baxmayaraq, nə etməli olduğumu bilmirəm.("Asibşenasiye şəxseyyəte zən", səh.178.)
    2- 21 YAŞLI BİR CAVANIN MƏKTUBUNDAN BİR PARÇA:
    Əvvəllər bilmirdim ki bu iş günahdır və insanın bədən və ruhuna mənfi təsirlər bağışlayır, lakin bir neçə ildir ki bu məsələləri anlamağıma baxmayaraq, tərk edə bilmirəm. Allaha and olsun ki, artıq heç bir iradəm qalmamışdır, siz deyin, mən neyləyim?("Asibşenasiye şəxseyyəte zən", səh.178.)
    3-DİGƏR BİR CAVANIN MƏKTUBU:
    Gecələr yuxum yoxdur, gündüzlər unutqanam, həmişə guşənişinəm, məhlə uşaqları mənə: "Özünə neyləmisən? Rəngin niyə qaçıb? Üzün niyə saralıb? Niyə günbəgün arıqlayırsan? Gözünün kənarlarında niyə çuxur yaranıb?" deyirlər. Onlara deyim, onanizmlə məşgulam? Əgər demək istəsəm, hansı dillə?("Cavanlar niyə? ", səh.35.)
    4- HANSI ÜZLƏ
    Onu da deyim ki, gənc ikən 16-17 yaşlarımda iki dəfə intihar etməyə qəsd etdim, amma biz bədbəxtləri ölməyə də qoymurlar. İndi çox zəifləmişəm, son vaxtlar üzr istəyirəm məndən ixtiyarsız olaraq damcılar... gəlir, indi bu müdhiş tufanın arasında o tərəfə, bu tərəfə gedirəm, bəlkə də elə bir tərəfi ölüm və məhv olmaq və ...(" Cavanlar niyə? ", səh.36.)
    QAN YEMƏK
    İslamda günah əməllərdən biri də qan yeməkdir. Pakizə Allah Qurani-kərimdə bizi bu əməldən çəkindirərək buyurur:
    "O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini ...qəti haram etmişdir". ("Bəqərə", 173.)
    Hazırda qan yemək əsasən heyvanların şəri qanunlarla düzgün kəsilməməsi nəticəsində baş verir. Belə ki, ya kəsildikdən sonra heyvanı, damarlarında qalmış qanın normal həddə axması üçün başıaşağı tutulmalıdır ki, təəssüflə bu iş bəzən görülmür və beləliklə xalq qan yeməyə düçar olurlar. Ya da ümumiyyətlə heyvan kəsilmir (qeyri-İslami ölkələrdə). Bu səbəbdən görürsünüz ki, bu şəxslərin bir çoxu minlərlə insanı öldürərək, heç nigəran olmayacaq və özünə fəxr biləcək qədər daşürərklidirlər.
    QAN YEMƏYİN CİSMİ ZƏRƏRLƏRİ
    Qan yemək həm cismi baxımdan, həm də əxlaqi nöqteyi-nəzərdən zərərlidir. Çünki qan, müxtəlif mikrobların inkişafı üçün bir tərəfdən tam hazır maddədir.
    Bədənə daxil olan bütün mikroblar, qana hücum edir və qanı öz fəaliyyət mərkəzi bilirlər. Bu cəhətdən bədən ölkəsinin əsgərləri, qoruyucuları sayılan leykositlər (ağ qan cisimcikləri), bədənin bütün məntəqələri ilə sıx əlaqədə olan bu həssas səngərə mikroblar yol tapa bilməsin deyə, qan məntəqəsini mühafizə edirlər. Xüsusilə qan dövranının dayanması və necə deyərlər ölməsi ilə, leykositlər məhv olur və bu səbəbdən, meydanı hərifsiz görən mikroblar sürətlə artaraq yayılmağa başlayır. Bu üzdən əbəs deyilməmişdir ki, qan, dövranının dayandığı an, insan və heyvanın ən çirkin bədən üzvüdür.
     
    Başqa bir tərəfdən, hazırda qidaşünaslıq elmində (dietologiyada) isbat olmuşdur ki, yeməklər vəzlərə təsir edib hormonlar yaratmaq vasitəsilə, insanın əxlaqı və ruhiyyəsində iz qoyur, qədimdən də daşürəkli olmaqda qan yeməyin təsiri təcrübə edilmiş, hətta bu barədə atalar sözü də gəlmişdir. Bu baxımdan bir hədisdə oxuyuruq: "Qan yeyən şəxslər atalarına, analarına və övladlarına rəhm etməyərək, onları öldürəcək qədər daşürəkli olarlar".(
    Hədis tam şəkildə "Böyük günahlar" kitabında qeyd edilmişdir. Bax: "Gonahane kəbirə", səh.158.)  

    )
    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1876 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024