İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:48 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    DONUZ ƏTİ YEMƏK
    "O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini... qəti haram etmişdir" ("Bəqərə", 173.)
    Donuz əti yemək İslam dinində haram sayılan əməllərdən biridir. Əsrlərdən sonra bu heyvan (donuz) barəsində alimlərin araşdırmaları və donuz ətində neçə növ mikrobun tapılmasını, bir növ Qurani-kərimin möcüzəsi hesab etmək olar.
    CİSMİ ZƏRƏRLƏRİ
    Donuz ətinin cismi zərərləri xeyli sayda olsa da, biz onun iki əsas növünü qeyd etməklə kifayətlənirik. Aşağıda izahı gələcək bu iki ziyan, trixin və solityordan ibarətdir.
    1-TRİXİNOZ ("Trichinella spiralis".) (trixinlərin törətdiyi xəstəlik)
    Trixin, donuz ətinin arasında özünə yuva quran kiçik parazitdir. Xırda həşəratdan ibarət olan trixin, erkəyinin 1.5, dişisinin isə 3 mm-ə qədər diametri olduğu kiçik qurddur. Bu heyvan 1 ay ərzində 10-15 min yumurta qoymaq qabiliyyətinə malikdir. Donuz ətini yeməklə trixinin insan bədəninə daxil olduğu andan etibarən, qırmızı qan cisimcikləri (eritrositlər) əvvəlcə artaraq, daha sonra aradan getməyə başlayır. Sonda isə eritrositin azalması, insanın xəstəliyə düçar olması, hətta bəzi hallarda onu ölümə yuvarlaması ilə nəticələnir.
    Trixinlər mədəyə daxil olarkən, mədə şirəsinin dəxaləti nəticəsində, öz əhəng divarını itirir və sürətlə artaraq mədə yolu ilə insan qanına daxil olurlar.
    Bunun ilk təsiri, başgicəllənməsi və xüsusi qizdirmalar, o cümlədən: ishaldan sonra baş verən həzm orqanı ilə əlaqəli qızdırmalardır. Bu vəziyyətdən doğan qızdırma ilk öncə zəif, getdikcə isə, çətinləşərək xroniki xəstəliyə çevrilir.
    Bir sıra digər ağrılar isə, o cümlədən: müxtəlif çeşidli revmatizm, əsəb dartılması, bədəndaxili qaşınma, piylərin qalanması, bütün bədəndə möhkəm yorğunluq-əzginlik, üz əzələlərinin yığılması bir sözlə, bədənin son dərəcə zəifliyindən doğan ağrılar dörd-beş gün sonra ölümü özləri ilə ərməğan gətirirlər.
    Bundan əlavə xəstədə çeynəmə və təənəffüs baxımından da, bir sıra əngəllər üzə çıxır. Ola bilər ki, ölümün səbəbi tam başqa bir faktor olsun. Çünki, qurdlar, mədədə məskunlaşdıqlarının üçüncü həftəsində əzələlərə hücum gətirir, yeddinci həftədə isə, bağırsağa soxularaq bədən üzvlərində ümumi zəiflik icad edir və bununla da xəstənin ömrünə son qoyurlar.
    Trixin qurdundan yaranmış xəstəlik, Trixinoz adı ilə tanınmışdır. Bu xəstəlik donuz ətindən çoxlu istifadə edilən ölkələrdə çox sayda müşahidə edilir, donuz ətinin yeyilməsini haram bilən İslami ölkələrdə isə, ümumiyyətlə gözə çarpmır.
    Mədəyə daxil olan trixini, heç bir qurdöldürən dərman məhv etməyə qadir deyil. Trixin nəslinin əzələlərə hücum gətirdiyindən sonra, ölümə təslim olmaqdan başqa çarə qalmır.
    Bu xəstəliyin önəmini və yoluxuculuğunu göstərmək üçün, yalnız bunu demək yetər ki, 1 kq donuz ətində, 400 milyon trixin balası mövcuddur.("Gonahane kəbirə", c.2,səh.160)
    2- Digər bir xəstəlik
    Donuz ətinin yeyilməsi vasitəsilə, yaranan təhlükəli xəstəliklərdən biri də, donuz ətində parazit halında yaşayan solityor adlı yastı qurdun yaratdığı xəstəlikdir. İnsan tenya (solityor) balasının daşıyıcısı olan donuz ətini yeyərsə (çox az hallarda donuz əti belə bir qurda malik deyil), balalar insan bağırsağına daxil olduqları andan etibarən böyüməyə və tenyaya çevriləcəkdir. Solityorlar insan bədənində bir sıra fəsadların amilinə çevriləcək və bundan qorunmağın ən gözəl yolu isə donuz ətini yeməməkdir.
    Bu xəstəlik donuz ətinin çox istifadə edildiyi ölkələrdə, məsələn Almaniyada çox yayılmışdır.(Gonahane kəbirə", c.2,səh.161)
    SƏLƏMÇİLİK (Riba)
    Sələmçilik böyük günahlardan biri sayılır. Bu əməlin sahibi bu işdən əl götürməzsə, Allah və onun Peyğəmbəri (s) ilə müharibəyə qalxmış kimi hesab edilir. Bu barədə Allah-taala Qurani-kərimdə buyurulur:
    "Ey iman gətirmişlər! Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar! ("Bəqərə", 278-279.)
    Sələmin tibbi, cismi zərərləri
    A) "İslam və müasir tibb" kitabının yazarı doktor Əbdüləziz yazır: Borclu şəxsə borcunu verə bilmədiyi surətdə əsəb gərginliyindən doğan mənfi təsirlər üz gətirir.
    Bu şəxslərdə müşahidə etdiyimiz bir sıra hallar şəkər xəstəliyi, yüksək qan təzyiqi, yarımiflic və ruhi çatışmamazlıqla bitən qanazlığı ilə sonlanmışdır. Çünki belə vəziyyətdə əsəb gərginliyi bədəndə Adrenalin maddəsini çoxaldaraq, qan təzyiqinin yaranmasına və "Bankeryas"ın ifrazına səbəb olur.("İslam və müasir tibb", səh. 64.)
    B) Doktor Əbdüləziz eləcə də yazır: Kredit-girov müamiləsi (bir növ sələm) vasitəsilə yaranan ziyan, tibbi baxımdan çox kəskindir. Belə ki, sələmçi şəxslər adətən qısa zaman fasiləsində zəhmətsiz, xeyli sərvətə yiyələnirlər və təbii ki, bu tip varlanmaq, daha çox əsəb sisteminə öz mənfi təsirini bağışlayır; çünki insan baş vermiş hər hansı bir bəlanın tədricən aradan getməsi və ya axirət savabının ümidilə təskinlik tapa bilər. Bu isə, insanı həyatın təzyiqləri qarşısında qoruyan ilahi hikmətdir. Lakin ani tərəqqilərdən yaranan ruhi reaksiyalar, bir çox hallarda dözülməzdir, çünki şəxs onun məhv olmasını təsəvvür etmir. Əgər belə bir təsəvvür onda baş qaldırarsa, sevinci aradan gedəcəkdir. Ruhi-əsəbi xəstəliklərin bir çoxu bu növ hallardan baş qaldırır.
    Lakin ticarət və əkinçilik kimi halal qazanclar isə, nəticənin çox olduğu təqdirdə belə, şiddətli ruhi-əsəbi korlanmayla nəticələnməyəcəkdir. Çünki sözügedən şəraitdə mənfəət və zərərin hasil olması tədrici şəkildədir. Gündəlik zərər və xeyiri gözləyən tacir və ya əkinçi, bu keçici və tədrici reaksiyalar vasitəsilə gələcək zərbələr qarşısında hazırlıq əldə edir.("İslam və müasir tibb", səh. 66.)
    C) Doğrudur, borclu ehtiyac üzündən sələm verir, lakin bu heç vaxt ədalətsizliyi unutdurmayacaqdır. Hətta iş o yerə çatır ki, sələmçinin pəncəsinin sıxıntısını öz boğazında hiss edir, belə bir vaxtda yazıq borclunun bütün vücudu sələmçiyə lənət, qarğış göndərir və onun qanına susayır. Axı o gözləri ilə görür ki, canı bahasına tamamlanan gəliri, var-dövləti sələmçinin cibinə tökülür, bəzən borclu intihara da əl atır və bəzən narahatçılığın təsirindən amansızcasına borc sahibini qətlə yetirir və bəzən də bu problem ümumi böhran, partlayış və inqilab halına çevrilir.("Təfsire nomune", c.2, səh.379.)
    D) Sələm üçün qeyd edilə biləcək cismi ziyanlardan biri də, sələmçi şəxslərin xeyli hissəsinin bekar qalması və cismi fəaliyyətdən yayınmasıdır. Bu insanlar sələmin pulu ilə kifayətlənərək işləmirlər. Cismi fəaliyyətlərin dayandırılması və işsizlik özü bir çox xəstəliklərin mənşəyidir və hərəkətsizlikdən yaranan xəstəliklər haqda danışmağa lüzum yoxdur.
    ÜZ QIRXMAQ
    Üz qırxmaq məşhur fəqihlərin nəzərində düzgün hesab edilmir. Üz qırxmaqda icazəli hədd isə, xalqın baxarkən "fülankəsin saqqalı var" deməsidir. Üzü qırxarkən isə, maşınla və ya ülgüclə qırxmaq arasında heç bir fərq yoxdur.
    Üz tükünün xeyirləri haqda həkimlərin söylədikləri
    Tanınmış doktor "Finkor Corc" deyir: Saqqal bir çox xeyirlərə malikdir, o cümlədən: ağızın qorunması, ağız boşluğunda əlavə rütubətin qarşısının alınması, dişlərin və selikli vəzlərin sağlamlığı.(İslam baxımından üz qırxmaq)
    "Gigiyenik cəhətdən üzün qırxılması" kitabının müəllifi yazır: Mimika və rəng dəyişkənliyi, bir sıra boğaz və ağız xəstəliklərinin yaranması, baş, üz və boğaz soyuqdəyməsi, yanaqların kənarında bitən xüsusi səpkilər, bəzən ağır dişağrıları, qripləmələr müasir elmi kəşflərə əsasən, bir çox hallarda üz tükünün qırxılması nəticəsində baş verir.
    "Amerika tarixi" kitabının müəllifi "Səcan Maryoni" öz kitabında saqqalın xeyirləri və onu qırxmağın zərəri haqda söz açaraq yazmışdır ki, bəzi şəxslər üz tükünü xoşlamırlar, lakin onlar üz tükünün xeyirlərindən xəbərsizdirlər. Xüsusilə tanınmış təcrübəli həkim Viktor Corc bu qənaətdədir ki, saqqal xeyli faydaları özündə cəmləmişdir, şübhəsiz saqqal ağızı və ətrafını ona üz gətirə biləcək bəzi ağrılardan qoruyur. Eləcə də ağızyani istiqamətdə yarana biləcək artıq rütubətin qarşısını alır. Viktor Corcdan əlavə, başqa həkimlər də vurğulamışlar ki, qış fəslində dəmiryolu işçilərinin saqqalını qırxdıqdan sonra, onların bir çoxu şiddətli ağrılara, şişginliyə düçar oldular. Bu ağrılar xüsusilə ağız və boğaz selikinin axdığı vəzlərdə yaranır. Eləcə də deyilmişdir ki, başqa bir həkim müalicə edərkən, zökəm xəstəliyinə yoluxmuş şəxsləri saqqal saxlamağa əmr etdi, bununla hamı bu xəstəlikdən yaxa qurtardılar.("Gigiyenik baxımdan üz qırxmaq", səh. 7.)
    Həkimlərin etiraf etdiyinə görə saqqalın xeyirlərindən biri də budur ki, uzun müddət saqqallarını qırxmayan şəxslərin dəriləri daha sağlam və təravətli qalır. Çünki hazırda isbat edilmişdir ki, tüklər havanın ötürülməsi üçün çox xırda dəliyə, nəfəsliyə malikdir. Bu nəfəslik vasitəsilə oksigeni dərinin altına ötürürlər. Məhz bu cəhətdən üzündə tük olan şəxslərin dəriləri daha təravətli qalaraq, asanlıqla qırışmır.
    Saqqalın faydalarına dair yığıncaqların təşkili və məqalələr
    Saqqalın faydaları və üz qırxmağın zərərləri bir çox həkimlərə gizli deyil. Belə ki, hər il dünyanın müxtlif nöqtələrində bu məsələ ilə bağlı məqalələr nəşr edilir. O cümlədən, 1911-ci ildə xarici ölkələrdə üz qırxmağın yayılması və bu işin zərərli olması səbəbindən, bir sıra avropa alim və həkimləri İngiltərədə saqqalın qırxılması ilə mübarizə cəmiyyəti yaradıldı və ümumi gigiyenanın qorunması və bu işin qarşısını almaq məqsədilə əsərlər nəşr edildi.("Gigiyenik baxımdan üz qırxmaq", səh. 10.)
    ZİNA
    Xeyli sayda zərərlərə malik olan böyük günahlardan biri də, zinadır. Burada yalnız onun cismi zərərlərinin bir hissəsinə toxunmaqla kifayətlənəcəyik.
    Zinanın cismi zərərləri
    Zinanın acı nəticələrindən biri də, cinsi əlaqə yolu ilə yaranan zöhrəvi xəstəliklərin yayılması və ya insan ömrünü zəiflik və xəstəliklə başa çatdıran onun yaratdığı çətinliklərdir. Hətta bir qrup insanlar, bu xəstəliklərdən qaynaqlanan cismi və ruhi sıxıntının təsiri altında, intihar edərək bununla da həyat iplərini öz əlləri ilə kəsirlər.("Uzunömürlülüyün sirri", səh. 79.)
    Qeyri-qanuni cinsi əlaqənin (zinanın) törətdiyi yoluxucu xəstəliklərdən bir sirası aşağıdakılardan ibarətdir:
    1 – Sifilis
    2 – Süzənək
    3 – Şankr (yoluxucu zöhrəvi xəstəlik)
    4 – QİÇS (SPİD, AİDS).
    Zinanın gigiyenik cəhətdən evlənmə ilə hansi fərqi vardır?
    Bir sıra şəxslər belə söyləyirlər ki, zinada olan xəstəliklər evlənməkdə də ola bilər, demək bu ikisi bir-biri ilə fərqlənmirlər.
    Cavab:
    Əvvəla: Zinayla məşğul olanlar, istər qız, istərsə də oğlan, adətən bir nəfərlə kifayətlənməyib, müxtəlif adamlarla cinsi əlaqə yaradırlar. Bu insanlardan heç olmasa biri infeksion xəstəliyə malikdir və ya bu əməlin təsiri altında tədricən infeksion xəstəliyə yoluxurlar. Bu da, xəstəliyin həmin şəxslə əlaqə yaradan insanlara ötürülməsinə səbəb olur. Eləcə də intim əlaqədə olan bu şəxslər kiçik mikroba malik ola bilərlər və bu mikroblar, xəstəliklər bir-biri ilə qovuşduğu surətdə qarşısıalınmaz bir xəstəliyə çevrilə bilər.
    İkincisi: "Üzünömürlülüyün sirri" kitabında bu sualın cavabına dair yazılır: "Subaylıq dövründə (xüsusilə əməlin tam sərbəstlik və laqeydliyilə), cinsi münasibətlərdə ifratçılığın mümkünlüyü, özü bir çox cismi-ruhi xəstəliyin yaranmasının amilidir. Belə ki, evlənmə əlaqəsində ərlə arvad arasında ruhi ünsiyyət, ülfət və davamlı təmasda olmaq, cinsi meyldə bir növ müvazinət yaranmışdır. Evliliyin ilkin mərhələsində müəyyən ifratçılıqların yaranması mümkündür, sonrakı dövrlərdə isə cinsi meylin təbii ehtiyacından başqa cinsi ehtiras yaratmaq üçün (qeyri-qanuni münasibətlərdə olduğu kimi) maraq olmayacaqdır və nəticədə bu münasibətlərdə mötədilliyi qorumaq şansı, qeyri-qanuni əlaqələrdən daha çoxdur.
    Bu baxımdandır ki, qərb ölkələrində cinsi psixoloji xəstəliklərin növləri həddən artıq və şərq ölkələri ilə, xüsusilə İslam ölkələri ilə (dini məhdudiyyətlər və qanuni həyat yoldaşına bağlı olmaq səbəbindən, qeyri-təbii və xəstəlik yaradıcı cinsi qıcıqlanmalara yer qalmır) müqayisədə günbəgün artmaqda olan böyük statistikaya malikdir. Uyğun cismi xəstəliklərin statistikasının artması da eyni səbəbdəndir. Çünki qərbdə növbənöv münasibətlərdən doğan ruhi qıcıqlanmalar və qeyri-qanuni əlaqələrin mümkünlüyündən qaynaqlanan ifratçılıq, cavanlar arasında yorğunluq və təhlükəli cismi və ruhi zəifliyə bais olur. Halbuki, yalnız həyat yoldaşına bağlı olduğu və münasibətlərin yeknəsəq olduğu şəkildə, bu tip ruhi təhriklər və çeşidliliyindən doğan cinsi həyəcanların faizi ( həssas olduğu üçün kişi üçün daha zərərli olan) sıfra enəcəkdir".("Uzunömürlülüyün sirri" azacıq dəyişiklə, səh.140 və 141)
    Üçüncüsü: Adətən zina ilə məşğul olan şəxslər, cinsi əlaqəylə ilgili gigiyenik məlumata kifayət qədər malik deyillər. Bir tərəfdən də yalnız son dərəcə ləzzətin və şəhvətpərəstliyin fikrində olduqlarından, cinsi əlaqə gigiyenasını öyrənməyi ya bacarmır və ya istəmirlər. Bu şəxslər əsasən hansı yolla olursa-olsun ləzzət almaq istəyirlər. Bunlar İslamın qəbul etdiyi cinsi bir əlaqədə (evlənmədə) mövcud deyildir. Çünki ər-arvad arasındakı sevgi-məhəbbət onları təkcə şəhvətpərəstlik haqqında yox, bir-birinin sağlamlıqları haqqında da düşünməyə vadar edir. Bundan əlavə, ərlə arvad evlənməzdən öncə adətən uyğun kitablar və gigiyena mərkəzlərinin informasiyası vasitələrilə, lazımi cinsi biliklərə yiyələnirlər, halbuki adətən bu məlumatlar zinada yoxdur.
    Dördüncüsü: Zinanın zərərləri yalnız onun cismi ziyanlarında təxsislənməyib, çox sayda ruhi, mənəvi, ictimai və s. ziyanları da vardır.
    İmam Rza (ə) buyurub: "Zina, əhatə etdiyi fəsadlardan dolayı, o cümlədən: adam öldürmək, soy kökünün itməsi və ləkələnməsi, uşaq tərbiyəsinin tərk edilməsi, irs məsələsinin korlanması və bu kimi fəsadlar ucbatından haram edilmişdir".(" Muntəxəbu Mizan əl-Hikmə", c. 1, səh. 451)
    İTLƏ OYNAMAQ
    İslamda it nəcis sayılmış və zəruri hallardan başqa onu saxlamaq yasaq edilmişdir (Qeyd edək ki, İslamda itin dəyəri gözardına vurulmamışdır). Bu tip itlə oynamaq, fəqihlər tərəfindən də caiz hesab edilmir.
    Hər hansı bir şəxs zəruri halda evdə it saxlamaq istəyərsə, itləri ilə yatan, onu öpən, bəzən bir insandan daha artıq ona dəyər verib ailə üzvlərindən hesab edən və onunla dərdlərini bölüşən bir sıra qərblilərin əksinə olaraq İslamın müvafiq göstərişlərinə uyğun olaraq, itin yaşayışının ev əhlindən uzaq olması üçün mənzilin bir tərəfində onun üçün ayrıca bir daxma hazırlamalıdır. İmam Sadiq (ə) buyurur: "Ov itini, səninlə onun arasında ayrıca bir qapı olmadığı surətdə evində saxlama"("Bihar əl-Ənvar", c.65, səh.53 "La tumsik kəlbəs-səydi fid-dari illa ən yəkunə bəynəkə və bəynəhu darun") (yəni öz yaşayışını itin yaşayışı ilə qarışdırmamaq üçün ona ayrca bir koma düzəlt).
    Bəzi qərb ailələrində it, ailə üzvlərindən biri sayılır. Onunla yaşayır, hətta onunla xörək yeyir, bir-biri ilə bir yorğanın altında yatır və hətta bir-birləri ilə iyrənc cinsi əlaqədə də olurlar. Son zamanlar bəzi şərq qərbpərəstləri itlə oynamağı və onu evdə saxlamağı sivilizasiya hesab edir və bəzən bu işi gördüklərinə görə fəxr də edirlər. Bu insanlar bir şeydən xəbərsizdirlər ki, bu iş eynilə nadanlıq, sivilizasiyasızlıq və mədəniyyətsizlikdir. Bəzi qərblilərin və qərbpərəstlərin nadanlığına varmaq üçün, itlə oynamaq və onunla oturub-durmaq vasitəsilə keçən xəstəliklərin kiçik bir hissəsinə işarə edirik.
    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1554 | Added by: Islam_Kitabxanasi | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024