İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:44 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    SPİD (QİÇS)(  
    QİÇS Haqda qısa məlumat və statistika Nədir QİÇS? AİDS / SPID / QIÇS və ya QİDS - yəni, qazanılmış immun çatışmazlığı sindromu immun sistemin (bədənin müqavimətinin) tədricən zəifləməsinə, orqanizmin müdafiə qüvvəsinin tükənməsinə səbəb olur. Nəticədə orqanizm xəstəliklər üçün "açıq qapı" rolunu oynayır və xəstəlik törədən amillərlə mübarizə edə bilmir. Bu zaman isə ÖLÜM qaçılmaz sonluqdur. Xəstəliyə homoseksual kişilər, fahişələr, narkomanlar arasında daha çox təsadüf edilir. Ancaq bu o demək deyil ki, AİDS yalnız risk qrupu hesab edilən bu insanlar arasında yayılır. Xeyr, burda riskli vəziyyətlər daha əhəmiyyətlidir: təhlükəli cinsi əlaqələr, dezinfeksiya olunmamış tibbi alətlərin istifadəsi, qanköçürmə kimi halları nəzərdən qaçırmaq olmaz. AİDS törədicisi cinsə, yaşa, sosial mövqeyə və seksual oriyentasiyaya məhəl qoymadan hər kəsə yoluxa bilər Bu törədici HİV yəni insan immun çatışmazlığı virusudur. Bütün canlı mayelərdə - qanda, sidikdə, spermada, uşaqlıq yolu və düz bağırsaq sekretlərində, ana südündə aşkarlanır. HİV orqanizmdən kənarda yaşaya bilmir və xoşbəxtlikdən nə məişət, nə də hava-damcı yolu ilə keçmir. Mənbə: www.genclik.iatp.az AIDS, (Acquired Immune Deficieny Syndrome) orqanizmin immun sistemini çökdürən HIV (Human İmmunodeficency Virus) virusunun yol açdığı bir xəstəlikdir. Dünyada hər gün təxminən 16 min insanın yaxalandığı düşünülən AIDS, immun sistemi çökdürməsi səbəbiylə orqanizmi hər cür mikroba qarşı müqavimətsiz qoyur. HIV virusu, uzun illər səssiz qalsa belə digər xəstəliklərin ortaya çıxmasını sürətləndirib organizmi xəbərsiz bir şəkildə yox edir. Zərərsiz xəstəliklər belə immun sistem pozulmuş insanlarda ağır və ölümcül durumlara səbəb ola bilir. AIDS-in Simptomları -Günlər və ya aylar sürən qızdırma, -Gecə tərləməsi, -İştah azalması, -Uzun müddət davam edən yorğunluq hissi, 10%-dən çox arıqlama, -Oynaqlarda və əzələlərdə ağrı, səbəbi bilinməyən, uzun müddət davam edən boğaz ağrısı, -Səbəbi bilinməyən limfatik düyünlərdə şişmə (limfadenopatiya), -Uzun müddət davam edən ishal (qarın ağrısı) -Təkrarlayan infeksiyalar Mənbə: www.fikrini.de 13.12.07 | İmmun çatışmazlığı və QİÇS–ə qarşı mübarizə 2006–ci ilin sonunda statistik hesabata əsasən dünyada İİV (insan immune çatışmazlığı virusu) və QİÇS–ə yoluxmuş 40 milyon insan vardır. İndiyə kimi bu epidemiya (böyük ərazilərdə yayılmış yoluxucu xəstəlik) 25 milyon insanın həyatına son qoymuşdur. Hesablamalara görə, daha 6 milyon insan növbəti 1–2 ildə, müalicəsini vaxtında ala bilməməsindən dünyasını dəyişə bilər. Azərbaycanda Milli QİÇS Mərkəzinin 1 aprel 2007–ci il tarixli hesablamalarına görə, xəstələrin sayı 1030 nəfərdir. Lakin qeyri–rəsmi məlumatlara görə, onların sayı 10 dəfə çoxdur. QİÇS qazanılmış immun çatışmazlığı sindromudur. Yəni immun sistemin zəifləməsi ilə gedən xəstəlikdır. Bu xəstəlik inkişaf etdikcə insanda bir çox fəsadlar baş qaldırır və insan bu xəstəlikdən zəifləyərək tələf olur. İmmun çatışmazlığı virusuna yoluxmuş insanlar iki qrupa bölünür. Birincisi, daşıyıcılardır ki, bu insanlar hər hansı yolla İİV–ə yoluxmuş olur, lakin onlarda xəstəliyin heç bir əlaməti olmur. Onlar uzun müddət özlərini sağlam hiss edirlər, oxuyurlar, işləyirlər. İİV–yə yoluxmuş olduqlarını çox vaxt təsadüfən hər hansı proses üçün müayinə olunduqda (məsələn, qadınlar hamiləliklə əlaqədar qadın məsləhətxanalarına getdikdə, xarici səfərə getmək üçün sağlamlıq arayışı lazım olduqda, donor kimi qan vermək istədikdə və ya təsadüfi, qoruyucusuz cinsi əlaqədə olduqdan bir müddət sonra və s. hallarda) öyrənirlər. Əgər bu insanlar sağlam həyat tərzi qaydalarını gözləsələr, sağlam şəraitdə yaşasalar, onlar uzun müddət sağlam qalırlar. İkincisi, QİÇS–lə xəstə olanlar bir müddət İİV ilə yaşadıqdan sonra belə insanlarda immun sistemi zəifləyir və onlarda müxtəlif infeksiyalar baş qaldırır. Orqanizm bu infeksiyalarla bacara bilmir, buna görə də onda xəstəlik toplusu əmələ gəlir. Vərəm, müxtəlif iltihabi proseslər, göbələk xəstəlikləri və hətta bədxassəli şişlər insanı getdikcə əldən salır və tələf edir. İnsan orqanizmində immun sistemin rolu orqanizmi xarici ziyanverici amillərdən və daxildə əmələ gələn bədxassəli şiş hüceyrələrini məlum edərək qorumaqdır. Çox mürəkkəb prosesləri idarə edən bu sistemin səyi nəticəsində orqanizm xəstəliklərdən sağalır, yad və zərərli maddələrə qarşı mübarizə aparır, təhlükəyə vaxtında lazımi reaksiya verir. İmmun sistemi orqanizmin müdafiəçisidir, ordusudur və bu ordunun əsgərləri immun hüceyrələridir. Hər bir virus növünün orqanizmdə sevdiyi toxuma vardır. Məsələn, hepatit virusları qara ciyəri zədələyir, qrip virusları udlağı və burunun selikli qişasını, İİV–in isə ən çox sevdiyi toxuma T–limfositləridir. Müəyyən edilmişdir ki, İİV insanın bütün maye mühitlərində tapılır. Amma bunlardan yalnız 5–də onun konsentrasiyası o qədər çoxdur ki, o, bu mayelər vasitəsilə yoluxa bilər. Bunlara aiddir: qan, sperma, qadın cinsiyyət üzvünün mayesi, ana südü, yaralarda olan ifrazat (irin, eksudet və s.) İnsanlar İİV–ə əlsıxmaq, öpüşərkən (ağız suyu ilə) tərlə və ya göz yaşları ilə, öskürmə və asqırma zamanı, ümumi qab–qacaqdan və ya yataqdan, hamam və tualetdən istifadə etdikdə, birgə idmanla məşqul olduqda heyvanlar və ya həşəratlar vasitəsilə yoluxurlar. Yeniyetmə gənclər ailə həyatına kamillik dövrünə başlayarkən, cinsi yolla keçən xəstəlilklər, o cümlədən İİV və QİÇS haqqında məlumatlanmalıdırlar. İşlənmiş iynə, şpris və digər tibb alətlərindən istifadə edilməməli, manikür alətləri birdəfəlik olmalıdır. İnsanlar İİV və QİÇS–ə yoluxmuş olduqlarını bilmək üçün xüsusi testlərdən anonim olaraq keçə bilər. Əgər birinci dəfədən testin cavabı "müsbət” olubsa, o insanın ən azı 3 ay yoluxmuş olduğu hesab olunur. Müasir zamanda İİV və QİÇS–ə qarşı nə peyvənd, nə də müalicə sağaltma üsulu tapılmayıb. Sağlam həyat tərzi ilə yaşamaq, bədəni möhkəmlətmək infeksiyaya qarşı davamlı olmağa kömək edir. İİV və QİÇS olan insana düzgün qidalanma, yatmaq, istirahət etmək və mütəmadi olaraq idmanla məşğul olmaq məsləhət görülür. Salamat NƏCƏFOV, Azərbaycan Respublikasının İnsanHüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cəlilabad RegionalMərkəzinin baş məsləhətçisi. Mənbə: http://respublica.news.az/2007/12/13/2044/ (mütərcim)  
    )və homoseksualizm (ləvat)
    QİÇS xəstəliyinin keçici yollarından biri də, homoseksualizm və zinadır.
    Amerikanın C.N.N kanalının, ölkənin səhiyyə nazirliyinin son araşdırmalarına istinadən bildirdiyinə görə, Amerikada hər 13 dəqiqədə bir nəfər QİÇS virusuna yoluxur.
    Bu araşdırmalara əsasən, hazırda hər 100 amerikan kişisi və 800 qadınından biri QİÇS virusunun daşıyıcısıdır.
    Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzindən bildirilir ki, 1997-ci ildə ölkəmizdə 13 nəfər QİÇS virusuna yoluxmuşdusa, hal-hazırda 587 nəfər bu xəstəliyə mübtəla olub. Həmin xəstəliyə tutulanların 80 faizi kişi, 20 faizi qadındır. Qanköçürmə zamanı virusla yoluxmanın bu xəstəliyin ölkədə yayılmasının başlıca səbəbi olduğu da qeyd edilən mərkəzin açıqlamaları arasındadır.
    Bunu tam elə də demək olmaz. QİÇS-in açılışı Qazanılmış İmmun Çatışmamazlığı Sindromudur. Bu o deməkdir ki, insan, məhz, bu virusun hesabına bu və ya digər xəstəliyə qarşı immunitetini (davamlılığını) itirir və orqanizm o xəstəliklərə qarşı mübarizə aparmağa qadir olmadığı üçün insan ölür. Demək ki, istənilən halda bu virus günahkardır.
    İnsanlığı ucuruma sürükləyən AİDS bütün dünyanın diqqət mərkəzindədir. Bəşəriyyət hələ də AİDS qarşısında acizdir. Son 20 il ərzində bu fəlakət bütün qitələri əhatə etmişdir. Hazırda 42 mln insan HİV daşıyıcısıdır. Hər 11 saniyə 1 nəfər, hər dəqiqə 25 yaşınadək 6 nəfər HİV ilə yoluxur. Hesablamalara görə planetin hər 100 nəfər sakinindən biri artıq HİV-ə yoluxmuşdur və 3-5 ildən sonra 20-29 yaşlı insanlar arasında ölümün əsas səbəbi AİDS olacaq. Dəhşət də elə bundadır ki, yoluxanların əksəriyyəti gəncdir və ömrün bahar çağında insan həyatına son qoyulur. AİDS nəticəsində 14 mln uşaq ailə sevgisindən məhrum olaraq yetim qalmışdır. Axı bu körpələrin günahı nədir?! Çox əfsuslar olsun ki, bu epidemiya Azərbaycandan da yan keçməyib. Rəsmi məlumatlara əsasən respublikamızda 680 nəfər HİV daşıyıcısı qeydə alınıb, amma təbii ki, real göstəricilər bu rəqəmdən qat-qat yüksəkdir və bütün bunlar narahatçılıq üçün kifayət edir (mütərcim).
    QİÇS xəstəliyi insan bədəninə daxil olduqdan sonra, ikidən səkkiz ilədək bir dövrədən sonra xəstənin qoruyucu sistemini işdən salaraq, onun bədənini infeksion xəstəliklər qarşısında müdafiəsiz edir və sonda, əsasən cinsi azadlıq yolu ilə yoluxmuş bu virusun qurbanları, xəstəliklərin ağırlığından həlak olurlar.(Mənbə: 525-ci qəzet (mütərcim).).
    Məlum araşdırmaya görə, Amerikada homoseksualizmin mərkəzi kimi şöhrət qazanmış Kaliforniya ştatının San Fransisko şəhəri, QİÇS virusunun daşıyanların ən yüksək faizini təşkil edir.("Oğlan və qızların qeyri-qanuni münasibətləri" səh.84.)
    AYBAŞI DÖVRÜNDƏ YAXINLIQ ETMƏK
    "Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin!"("Bəqərə", 222.)
    Quranın bu ayəsinə əsasən, haram olan əməllərdən biri də, aybaşı zamanı qadınlarla yaxınlıq etməkdir. Bu əməl ruhi ziyanları ilə yanaşı, cismi zərərlərə də malikdir. Onlardan bəzilərinə işarə edirik.
    Qadınlar arasında yayılan xəstəliklərdən biri də, uşaqlıq boynu xərçəngidir.(Qadınlar arasında yayılan xərçəngə, süd vəzi xərçəngi, mədə, uşaqlıq boynu, hemoblastozlar uşaqlıq cismini göstərmək olar (mütərcim).) Bu xəstəlik Amerikada əhəmiyyəti baxımından, qadın xərçəngləri arasında ikinci yeri tutur. Əldə olan sənədlərə əsasən, bu rəqəm avropa ölkələrində də eynilədir.
    Xərçəngin heç bir növü qarşısında toxunulmazlığa malik olmayan yəhudi qadınlarında, kürək xərçəngi adlanan bu xərçəng müşahidə edilməmişdir (çünki yəhudilər aybaşı zamanı qadını çirkin sayır və onlardan uzaqlıq edirlər, xristianlar isə, heyz zamanı hətta onlarla yaxınlıq da edirlər. Bu arada İslam dini, ortaq xətti tutur və yəhudilər kimi ümumiyyətlə qadını çirkin deyil, yalnız aybaşı zamanı onlarla yaxınlıq etməyi haram bilir).
    Bu xərçənglərin yaranma səbəblərindən biri də, elə aybaşı dövrü qadınlarla cinsi əlaqədə olmaqdır. Başqa bir səbəbi isə kişilərin sünnət edilməməsidir (aidiyyatı bölmədə bu barədə qısa söz açılacaq).("İslam baxımından evlənmə gigiyenası", səh. 143, "Delragatocancer Ackermanand" kitabına istinadən, səh. 986, 1962-ci ilin çapı)
    Kaliforniya universitetinin ustadı professor Donald Smit deyir: "Kəskin artirit yaxınlıqdan sonra yaranır və əsasən qadının aybaşı zamanı onunla yaxınlıq etmiş şəxslərdə görünür; çünki aybaşı zamanı vajenin flor mikrobu çox olur".
    ( Aybaşı zamanı vajen mikrobları başqa zamanlardan daha artıq olur).("İslam baxımından evlənmə gigiyenası", səh. 143.)
    CƏMDƏK (LEŞ)
    İslam dinində günah sayılan əməllərdən biri də, leş yeməkdir. Bu əməl bəzən heyvanın şəri üsulla kəsilmədiyi və bəzən də ümumiyyətlə heyvanın kəsilmədiyi zamanı baş verir. İslami baxımdansa hər ikisi leş sayılır.
    Bu əməlin gigiyenik zərəri, biri leşdə yığılmış qana görədir (qan yemək bölməsində bu barədə danışıldı), digəri isə, həzm sisteminin leşdən sağlam qan hazırlaya bilməməsinə görədir.
    İmam Sadiq (ə) leş ətinin zərərləri haqda buyurur: "Leş yeyən şəxsin bədəni zəifləyər, əzginləşər, enerjisi azalar, nəsli kəsilər, bu işi davamlı olaraq həyata keçirən şəxs, infarkt və ani ölümlə dünyadan köçər".("Nümunə təfsiri", c.1, səh. 585.)
    ALKOQOLLU İÇKİLƏR
    (Alkoqol keyləşdirici maddədir və insanlarda sərxoşluq vəziyyəti yaradır. Alkoqollu içkilər insanın qərarsizlığına, ailədə münaqişəyə, ictimai yerlərdə özünü idarə edə bilməməsinə səbəb olur. Belə adamlar son nəticədə evindən didərgin düşür, sükan arxasında qəza vəziyyəti yaradır, cəmiyyətdə ikrah hissi oyadırlar. Alkoqol insan orqanizminə dağıdıcı təsir göstərir, ağır xəstəliklərə səbəb olur (mütərcim). )
    Böyük günahlardan biri də, alkoqollu (spirtli) içkiləri içməkdir. İndisə İslam dininin elmi əzəmətinin bir güşəsinə varmaq üçün, spirtli içkiləri içməyin bir sıra cismi zərərlərini açıqlayırıq.
    1. Alkoqolun beyin və əsəb sisteminə olan zərəri
    Alkoqolun başlıca və qısa müddətli təsiri mərkəzi əsəb sisteminədir. Alkoqollu içkilərin istifadəsi öncə bir növ rahatlıq, aldadıcı və ifrat azadlıqla nəticələnir. Lakin bir müddətdən sonra, öz real təsirlərini, o cümlədən: əzələlərin hərəkətində harmoniyasızlıq, qərara gəlmədə pozğunluq, hərəkət və məharət işlərinin zədələnməsi, gec reaksiya və burun və zehni fəaliyyətlər, kobudluq, anlaşılmaz danışmaq, çox danışmaq, əşyaları və insanları iki görmək və idrarın çoxalması kimi mənfi təsirlərini üzə çıxaracaqdır.
    2- Spirtin sümüklərə olan zərəri
    Bir qrup tədiqatçının araşdırması göstərmişdir ki, spirtli içkilər, sümüklərin zəifləməsi və sınmasına səbəb olur. Sınmız sümüklər uzun müddət ərzində çətinliklə sağalırlar.
    Həkimlərin bildirdiklərinə əsasən, spirtli içkilər sümük toxumalarının işininə maneəçilik törədərək, neçə il ərzində sümüklərin zədələnməsinə cəbəb olur. Eləcə də spirtli içkilərin istifadəsi tandonların çəkilməsinə səbəb olur.("Hocume xamuş", səh. 195.)
    3- Böyrək
    İngiltərənin tanınmış həkimlərindən biri deyir: Böyrək xəstəliyinə düçar olmuş xəstələrin 87.5 %-i spirtli içkilərin səbəbilədir. Spirtli içkilər sidiyin miqdarini da çoxaldaraq, bir sıra üzvün, o cümlədən qarının, ayaqların və kipriklərin iltihabına səbəb olur.("Həkim və qocanın münazirəsi", səh. 327, "Spirtli içkilərin ziyanları" kitabına istinadən.)
    4- Boyun
    Spirtin, xüsusilə pivənin istifadəsi nəticəsində bəzən boyun piyi çoxalaraq cərrahlıq əməliyyatına ehtiyaclı olur.(Həmin qaynaq.)
    5- Spirtli içkilərin qaraciyərə zərəri
    Kəskin surətdə spirtli içkilərə qurşanan şəxslər, yüksək dərəcədə böyrək və qaraciyərdə problemin təhlükəsi astanasındadırlar. "MOONSHİNE" sizin böyrəkləriniz üçün son dərəcə zərərli ola bilər, çünki onun ehtiva etdiyi qurğuşun, böyrəkləri zəhərləyə bilər.("Ailə sağlamlığı", qış 1381 (h.ş), 3-cü sayı, səh. 27.)
    Qaraciyərin əsas işlərindən biri də, daxil olmuş zəhərli maddələri ayırmaq və zərərsizləşdirməkdir. Lakin təəssüf ki, spirtin zəhəri qarşısında acizdir və sonda spirt öz təhrik qüvvəsini qaraciyər üzərində həyata keçirir.("Hocume xamuş" səh. 192 və 193.)
    6- Spirtli içkilərin qan dövranına zərəri
    Mütəxəssislərin dediyinə əsasən, spirt tərkib hissəsini, mahiyyətini dəyişmədən, qana daxil olaraq, qan dövranı sistemini problemlə üzləşdirir. Mikroblar qarşısında müdafiəçi əsgər rolunu oynayan ağ qan cisimciklərini aradan aparır, dəmir tərkibini təşkil edən qan hemoqlobinini məhv edərək, bədəni son dərəcə qanazlığı təhlükəsi ilə üzləşdirir.
    7- Spirtli içkilər, qidanın həzmində pozğunluğun amili
    Spirt qida maddələrini bərkləşdirir, belə ki əti bir az spirt içərisinə atsaq, aşılanmış dəri kimi olar. Belə olduğu təqdirdə, mədənin başına hansı bəlanın gəldiyi məlumdur. Bundan əlavə spirt, mədə südlərini azaldararaq, xarab edir və qida üzərində təsirediciliyinin qarşısını alır, beləcə həzm olunmamış qida mədə üzərində qalır. Spirt həmçinin iştahanı da azaldır.("Böyük günahlar" səh.249.)
    8- Spirtli içkilər, ruhi xəstəliyin (dəliliyin) səbəbidir.
    Dəlixanaların dəqiq statistikası göstərir ki, dəlilərin çoxu, uzun illər şəraba aludə olmuş şəxslərdir. Bir xəbərə əsasən, Amerikada ailənin yeddi üzvü ata-anasının şərabiçən olduğu üçün şüuri cəhətdən zəif-axmaq idilər. Nyuyorkun tanınmış həkimlərindən sayılan doktor Parker, bildirib ki, dəlilik və səfehlik hadisələrinin yarısı spirtli içkilər səbəbilədir.
    1902-ci ildə İngiltərədə götürülən statistikaya əsasən, spirtli içkilər səbəbilə dəliliyə, ruhi xəstəliyə düçar olan insanların sayı 2249 kişiyə və 976 qadına bərabərdir.
    İngiltərədə alimlərin araşdırmaları isbatlamışdır ki, təqribən 95% dəlilik, spirtə adət etməkdən qaynaqlanır.("Həkim və qocanın münazirəsi", səh. 327.)
    İmam Rza (ə) buyurur: "Allah-taala şərabı haram etdi: çünki şərab, fəsad (cinayət) gətirir, şərab içənlərin əqlini alt-üst edir, onları Allah-taalanı inkar etməyə, onun ve Rəsulunun adından yalan danışmağa, töhmət vurmağa vadar edir, eləcə də cinayətkarlıq və ölüm hadisələri şərab içənlər tərəfindən həyata keçirilir".("Hərrəməllahu lima fiha minəl-fəsad, min təğyiri ma uqulə şaribiha, həmliha iyyahum əla inkarillah əzzə və cəllə vəl-fəriyəti ələyhi və əla rusulihi və sairi ma yəkunu minhum minəl-fəsadi vəl-qətli", "Muntəxəbu Mizan əl- Hikmə", c. 1, səh. 334)
    Şərab haqqında alimlərdən qısa cümlələr
    1- Badə az iç, əqlini bada vermə
    2- Şərab qəlbi qaraldar və əqli korlayar
    3- Ağlı şərab bağlayar, gözü isə yuxu
    4- Şərq həkimlərindən biri deyir: Məstedicini almaq, dəliliyi almaqdır.
    5- Alman tədqiqatçılarından biri deyir: Spirtli içkilər satılan mağazaları plomblayın, daha sonra zindanlardan cinayətkarları azad edin.("Hocume xamuş", səh. 196.)
    Lətifə: Ağıllı dəlinin əmirlə söhbəti
    Əmir dəlixanaya baş çəkməyə gəlmişdi, dəlilər arasında birisini görür ki, mətanət və vüqarla addımlayırdı. Əmir öz-özünə dedi: Onu səbəbsiz dəlixanaya gətirmişlər, daha sonra onunla danışmağa başladı. Söhbət əsnasında əmirə şərab gətirdilər, iki-üç cam içdikdən sonra, camı dəliyə təklif etdi. Dəli üzr istədi və içməkdən çəkindi. Əmir israr etdikdə, dəli dedi: Ey əmir sən şərab içirsən ki, mənim kimi olasan, mən içim ki kimin kimi olum?
    9 – Şərabın digər orqanlara zərəri
    Şərab təkcə qan dövranı sistemini deyil, bədənin bütün orqanlarını spirt düşgünlüyünə yuvarlayır. Şərab içən həzm pozğunluğu, mədə qıcolması (konvulsiya), qarınağrısı, ürəkbulanma, beyin zədəsi, ürək narahatçılıqlarına, o cümlədən: oritimi və takikardiyə düçar edir. Tədqiqatçılar bildirirlər ki, çox miqdarda spirtdən istifadə etmək, beyin fəaliyyətlərinin və tənəffüs sisteminin iflic olmasına və bununla da ölümə gətirib çıxara bilər.("Hocume xamuş", 192-dən 195-ə qədər səhifələrdən bir hissə)
    Şərabın körpəyə və rüşeymə (embriona) zərəri
    Hazırda statistika və tədqiqat göstərir ki, valideynləri şərab içən uşaqların ölümü, başqa xəstəliklərlə tələf olan digər uşaqlardan daha çoxdur. Habelə şərab içən atalardan doğulan uşaqlar adətən zəif, əlil və kəskin konvulyasiyalara mübtəladırlar. Bu şəxslərin həyatın çətinlikləri qarşısında müdafiələri zəifdir, müxtəlif mikroblar qarşısında daha həssasdırlar. Bədən üzvlərində naqislik, fəqərə sütununda əyrilik, kar va lallıq, tirod vəzlərində çatışmazlıq, eləcə də şüuri geriləmə kimi beyin zərərləri, əzələlərin inkişaf etməməsi və şiddətli dəlilik və s. bu tip uşaqlar çox müşahidə edilir.("Hocume xamuş" səh.192)

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1507 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024