İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2077
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Kamil
  • TT
  • Yunus
  • proaga
  • xNota
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Main » 2011 » August » 23 » Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    6:43 AM
    Kitabın adı: İslam şəriətində sağlamlıq və uzunömürlülük
    CİSMİ ZƏRƏRLƏRƏ AİD XƏBƏRLƏR
    1- Amerikada ildə 1300 nəfər spirtli içkilərdən zəhərlənərək can tapşırırlar.("Səlamət”" həftəlik jurnalı, tir ayının 10-u (yay) 1385-ci il (h.ş), səh. 3)
    2- İrna: Qəzvin universiteti stomatologiya fakultəsinin dekan müavini dedi: Xərçəngə yoluxan xəstələrin 90% -i şərab içən və siqaret çəkənlərdir.(""Səlamət”" həftəlik jurnalı, tir ayının 10-u (yay) 1385-ci il (h.ş), səh. 25.)
    3- Polis: Avstraliya xəbər agentliyinin verdiyi məlumatda bildirilir ki, Viktorya şəhərinin 3000 sakini hər il spirtin istifadəsi səbəbindən həyatlarını itirirlər.(""Səlamət”" həftəlik jurnalı, tir ayının 10-u (yay) 1385-ci il (h.ş), səh. 30.)
    4- Doktor Kərimi deyir: Ölkədə spirtin məsrəfindən doğan olaylara diqqət etdikdə, həftədə iki-üç nəfərin spirtdən zəhərlənərək öldüyünün şahidi oluruq.(""Səlamət”" həftəlik jurnalı, 10.11.1383 (h.ş) 10-cu sayı, səh. 15.)
    5- Luparizin qəzeti yazır: Spirtin məsrəfi, Fransanın ölümlə nəticələnən yol qəzalarının 35%-ni, narkotik maddələr isə bu hadisələrin 15%-ni təşkil edir.("Selahe Şeytan", səh. 58.)
    6- Beynəlxalq sağlamlıq mərkəzinin spirt və narkotik maddələr bölməsinin rəisi, Madriddə mətbuat konfranslarının birində söylədi: "Avropada 15-29 yaşlar arasında dünyadan gedən hər 4 nəfərdən biri, spirtli içkilərlə ilgilidir.(" Selahe Şeytan", səh. 60.) Spirt, dünyada ən çox istifadə edilən məstecidir, çünki onu əldə etmək qeyri-qanuni narkotik maddəni əldə etməkdən daha asandır. Belə ki, bir butulka spirtli içki, bir butulka sərin sudan ucuzdur.”
    O eləcə də bildirdi ki, 55 mindən artıq avropalı cavan, spirtdən istifadə səbəbilə həyatına son qoymuşdur.
    Əgər bu qədər zərər varsa, niyə bəziləri şərab içməklə yanaşı sağlamdırlar?
    Spirt haqqında söylənən bütün bu zərərləri nəzərə alaraq, niyə illərlə şərab içən bir sıra şəxslər tam sağlamdırlar?
    Cavab: Əvvəla sağlamlıq heç kimin alnında yazılmayıb, zahirən sağlam nəzərəçarpan şərab əhli, şübhəsiz daxildə bir sıra xəstəliklər və pozğunluqlara düçardırlar. Hansı ki, daima onu başqa amillərlə əlaqələndirmək istəyirlər. Məsələn əgər kəskin qarınağrılarına düçar olduqda, onu düzgün qidalanmamağa nisbət verirlər və s.
    İkincisi: Şərabın zərərləri həmişə dərhal üzə çıxmır və bəzən illər vaxt aparır. Necə ki, QİÇS xəstəliyinin barəsində 8 ildən sonra cisimdə zahir olması söylənilir, xəstə müayinə edilmədiyi təqdirdə isə neçə il bu xəstəliyə yoluxduğunu bilə bilmir.
    Şərab içən şəxs, özünü bir mütəxəssisə göstərərək müayinə olunsa, o zaman biləcəkdir ki, xeyli sayda zərərlər bədəninə daxil etmişdir. Bu eynilə uzun müddət təsiri bilinməyən, illərdən sonra təsiri üzə çıxan siqaret çəkmək kimidir. Hansı ki hamımız bilirik ki, bir ədəd sıqaret insan üçün zəhər kimidir.
    Üçüncüsü: 70 il yaşadığını gördüyünüz şərab içənlər şərab içməsəydilər, 100 il yaşayardılar. Çünki bəzi insanlar irsən (anadangəlmə), xəstəliklər və zəhərlər qarşısında daha dözümlüdürlər.
    Dördüncüsü: Bəziləri şərabın təsirindən din, iman və ağıllarını itirmişlər. Sağlam olduqlarını da yalan deyirlər. İndiyə kimi minlərlə xəstəliyə düçar olmuş, amma axmaq olmuş, ağlını itirmiş deyə, bunları hesablamırlar. Yaxud cismi zərərlərini qabardaraq onu şərabdan çəkindirmək istəyən inanclı şəxslərlə söz güləşdirmək üçün, yalandan "biz neçə ildir ki şərab içirik, amma yenə də sağlamıq" deyirlər.
    Axmaq oğulun atasına məktubu
    Bu tip şəxslərin sağlamlığı, səfərdə olan atasına məktub yazan axmaq oğulun sağlamlığı kimidir. O, durumu şərh edərək yazır: Atacan salam, salamdan sonra, deməliyəm ki, bizim vəziyyətimiz şükürlər olsun ki, yaxşıdır. Hər şey ürəyimizcədir. Sadəcə, evimizin divarı aşaraq, ananı, qardaşı və bacını öldürdü. Allaha şükür ki, mən, uzunqulaq, pişik, it və qoyun sürümüz ölümdən yaxa qurtardıq, bizim salamat olmağımız bu idi. Vəssəlam.
    Az miqdarda şərab da zərərlidirmi?
    Bilirik ki, azacıq spirt də mədə vasitəsilə cəzb edilir və elə bu az miqdar, bədəndə yanmadığından zərərlidir. Az olmasına baxmayaraq, antidivretik hormonunu kontrol edir, sidiyi çoxaldır. Həmçinin bir damcı belə içilsə, qana daxil olduqda nütfə bağlanmasında təsirlidir ("İlk universitet son peyğəmbər", c.7.səh.155.) (insan şərab içdikdən sonra cinsi əlaqədə olarsa və bu yaxınlıqdan uşaq doğularsa, o uşağın dəli olması, şüur baxımından zəif olması ehtimalı böyükdür).
    Spirt, qanda lazım olan maddələrdən biridir. Onun minimum və maksimum miqdarı da bəllidir. Bədənin ehtiyacı olan bu miqdar spirt qida vasitəsilə təmin edildiyi halda, qida metabolizmi (maddələr mübadiləsi) olmayan spirt içməyə heç bir lüzum yoxdur. Spirtin dərhal qana keçməsini nəzərə alaraq, bir şəxs az bir miqdarda spirt içərsə, qan spirti artar və bu özü bir növ xəstəlik sayıla bilər. Xəstəliyindən yalnız həkimə müraciət etmək və müayinə yolu ilə agah olan şəkər xəstəliyinə düçar olmuş şəxs kimi, az şərab içən şəxs də, məst olmaya, lakin eyni halda özünün də xəbəri olmadan xəstəliyə yoluxması mümkündür.(İlk universitet son peyğəmbər", kitabının xülasəsi, c.7, səh. 162.)
    Tanınmış psixoloq, doktor Hans Luksanberq, Munix şəhərində keçirilən konfransda, "hətta bir qurtum şərab belə, sürücülük üçün təhlükəlidir" söylədi.
    Doktor Məlvin Kənzəli, 1969-cu ildə Nyuyorkda keçirilən spirt və spirtizmlə mübarizə adlı səkkizinci beynəlxalq konfransda, dedi: Spirtin az istifadəsi də, bir çox beyin pozğuntuları ilə nəticələnə bilər. Cənubi Karolinanın tibb institunun tədqiqat mərkəzinə başçılıq edən doktor Kənzəli eləcə də əlavə etdi: "Bəziləri güman edirlər ki, məclislərdə necə deyərlər, boğaz yaşlasalar, spirtə qurşanmayacaq və ya beyin pozğuntuluqlarına düçar olmayacaqlar, halbuki, bu zəmində həyata keçmiş araşdırmalar göstərir ki, spirtli içkilər, az miqdarda da belə, beyin hüceyrələrində pozğuntuluğa səbəb olur”.
    Sözügedən konfransda digər alimlər, o cümlədən, doktor Raymund Penigton çıxış edərək, spirtin mənfi təsirlərinə (hətta az miqdarda da), toxundular.
    Nurdrayn Vesteflen əyalətində baş vermiş on dörd min yol qəzası üzərində aparılan araşdırmada məlum oldu ki, cavanlar, hətta pivə içməklə, qocalardan daha tez yol hərəkət qaydalarını pozurlar. Cavanların qanında az miqdarda olan spirt ( mində 0.5) iradə və şüurlarını əldən verməyə səbəb olur. Aparılmış araşdırmalara görə, sürücünün qanında mində 0.4 spirt mövcud olduqda, yol qəzaları daha təhlükəli, daha ağır olmuşdur.("İlk universitet son peyğəmbər", səh. 170 və 173.)
    Şərab qangətiricidirmi?
    Şərab və məstedici maddələrin tərkibində olan spirt, qanın zəifləməsinə səbəb olduğu halda, necə qangətirici ola bilər? Yüz il bundan öncə bir sıra təbiblər, şərabın bəzi xəstəliklərə xeyirli olduğunu düşünürdülər, lakin son zamanlar sezmişlər ki, şərab, xəstənin bədəninə xeyir verməməyi ilə yanaşı, bir çox zərərləri də ona çatdırır, belə ki, spirtin ən kiçik zərrələri ağ qan cisimciklərinin fəaliyyətini iflic edir.
    Bilirsiniz ki, ağ qan cisimcikləri (leykositlər), insan qanına mikrob daxil olarkən, mikrobla mübarizəyə qalxaraq onu məğlub edir. Bir sözlə ağ qan cisimciyi bədənin əsgəri rolunu oynayır, xəstənin ağ qan cisimciyinin müqavimət edərək, mikrobların məhv edildiyi surətdə o sağalır, bədənində ağ qan cisimciyi olmayan və ya zəif olan şəxs, xəstəliyə məğlub olub, yenidən ağ qan cisimciyinin yaratmadığı surətdə həyatını itirir.
    Spirt, qana daxil olcaq, ağ qan cisimciklərinin fəaliyyətini dayandırır. Bu zaman bu maddə artıq, milyonlarla mikrobun bədənə daxil olduğu təqdirdə kiçicik reaksiya da göstərmir.("Böyük günahlar", c.1, səh. 248)
    Sağalmaq üçün şərab
    Bir sıra insanlar, bəzi xəstəliyə düçar olduqda, onun çarəsini şərab içməkdə görür və "xəstəliyimizin aradan qaldırılması üçün şərab içirik" deyirlər. Bu şəxslərdən bəziləri, öz vicdanlarını rahatlaşdırmaq və ya içki içmələrinə don geydirmək üçün bu sözü dilə gətirirlər.
    Hazırda dünyada, şərabı xeyirli hesab edən, hətta ona az miqdarda icazə verən bir təbib tapmaq olmaz. Belə bir həkim müşahidə edildiyi surətdə, tibb elminin tədqiqatçılarının qeyd etdiyi şərabın çoxsaylı zərərlərini nəzərə alaraq demək olar ki, onun tibbi informasiyasında çatışmazlıq var.
    Şərabın hər hansı bir xəstəliyi aradan qaldırmasını fərz etsək də, onun minlərlə digər cismi və mənəvi xəstəliyi əlavə etməsini danmaq olmaz. Sağlam zəka sahibi bu tip işi görməz. Bu iş eynilə, suya düşmüş 10 manatını götürmək üçün, bir neçə dalğıc tutaraq yüzlərlə manat artıq pul xərcləyən şəxsin əməlinə bənzəyir.
    Əzizlərimiz bilməlidirlər ki, ən gözəl üslübda bədənimizi yaradan Tanrı, nələrin bizim bədənimizə xeyirli və nələrin zərərli olduğunu çox gözəl bilir. Şərabın istifadəsində xeyir, məsləhət olsaydı, Allah onu azad edər və onu içməyi qadağan etməzdi.
    Şərabda şəfa yoxdur
    İbn Əbi Yəfur, hz. İmam Sadiqə (ə), bir xəstəliyə düçar olduğunu və ağrısı baş qaldırdıqda bir miqdar şərab içərək sakitləşdiyini bildirdi. İmam Sadiq (ə) buyurdu: İçmə, haramdır, bu şeytanın səni harama salmasından başqa bir şey deyil. O (şeytan) şərab içməyindən ümidsiz olarsa, ağrın kəsiləcəkdir. Daha sonra Əbi Yəfur Kufəyə qayıtdı, ağrısı daha da gücləndi, yaxınları ona şərab gətirərək, içməyini istədilər, o isə, "Allaha and olsun ki, bir damcı da içməyəcəyəm" dedi.
    Neçə gün kəskin ağrılara dözməli oldu. Daha sonra isə, ağrıları dayandı və ömrünün sonuna kimi bu xəstəliyə düçar olmadı.("Böyük günahlar", c.1, səh. 246.)
    Üç şərtlə şərabdan müalicə qəsdilə istifadə etmək olar
    Bəziləri, hər bir məstedicidən, hətta xəstəliyi aradan qaldırmaq üçün də olsa, çəkinməyi bildirirlər; çünki Allah şəfanı hər bir məstedicidən götürmüşdür. Bu, məşhur fəqihlərin sözüdür.
    Bəzi müctehidlər isə, üç şərt əsasında şərabdan şəfa qəsdilə istifadə etməyi maneəsiz hesab edirlər.
    1- Həmin xəstəliyin müalicəsinin mümkün olması bilinməlidir.
    2- O xəstəliyin müalicəsini tərk etmək, öülmlə və ya ona bənzər məşəqqətə səbəb olarsa.
    3- Əlacın yalnız şərabda olduğu yəqin edilsin. Demək, müalicənin şərabdan başqa yolla da mümkün olduğunu ehtimal verərsə, bu şərt mövcud deyil və yalnız bu üç şərtin mövcud olduğu təqdirdə, zərurəti aradan qaldırmaq miqdarında içməyin eybi yoxdur. Ancaq deyildi ki, haramda şəfa yoxdur və bu sadəcə bir fərzdir.(Həmin qaynaq)
    Həkimin göstərişi icra edilsin
    Əbu Bəsir deyir: Ümm Xalid Əbdiyyə İmam Sadiqin (ə) yanına daxil oldu. O zaman mən də İmamın yanında idim. O dedi: Sənə qurban olum, mənim qarnımda qurultular və qıvrılmalar çoxdur. İraq həkimlərinə müraciə etdim, onlar: "Yaxşılaşmaq üçün pivə içərək qovut yeməlisən" - söylədilər.
    Mən isə, bu göstərişə əməl etmədim. Çünki sizin bu işdən xoşunuz gəlmədiyini bilirdim. İndi isə, sizdən soruşuram, mən nə edim?
    İmam buyurdu: Onu içməkdən səni nə çəkindirdi? O dedi: Sizə təqlid etməyim. Allah qəlbimə saldı ki, sizdən soruşana qədər içməyim.
    İmam mənə (Əbu Bəsirə) buyurdu: Bu qadının sözlərini və sualını eşitdinmi? Daha sonra o qadına belə dedi: And ola Allaha, onun bir damcısını içməyi sənə icazə vermirəm, çünki səni peşman edər. Yalnız canın boğazına yetişərsə. İmam əli ilə, boğazına işarə edərək, üç dəfə buyurdu: Nə dediyimi anladınmı? Dedi: Bəli.
    Şərab içmə və imansız dünyadan getmə
    Fuzeyl ibn Əyaz şagirdi can verərkən, onun başı üzərində oturaraq Yasin surəsini oxumağa başladı. Şagirdi: ey ustad Quran oxuma, dedi. Fuzeyl oxumağı dayandırdı və daha sonra yenidən ona təlqin deməyə, şagirdinə: ""la ilahə illallah" cümləsini təkrarla", dedi. Şagirdi dedi: bu sözü mən dilə gətirmərəm, çünki ondan bezmişəm. Şagird elə o halda da dünyasını dəyişdi. Füzeyl çox qəmgin idi. O evinə qayıtdı, yuxuda əzab edilən şagirdini gördü. Ondan soruşdu: niyə imansız dünyadan getdin? Mənim ən savadlı şagirdlərimdən biri olmasına baxmayaraq, niyə inancsız, mərifətsiz dünyanı dəyişdin? Şagirdi cavabında dedi: Üç səbəbə:
    1- Söz gəzdirmə; mən ağıl sahiblərinə sən dediyinin əksini deyirdim.
    2- Paxillıq; Dostlarıma paxıllıq edirdim.
    3- Xəstəliyimə görə həkimə müraciət etdim və o, hər il bir badə şərab içməyi tapşırdı, "İçməsəm, xəstəlik bədənimdə qalar" - dedi. Mən də hər il bir badə şərab içirdim.("Böyük günahlar",c.1, səh. 248.)
    Spirtli içkilər rahatlığa səbəb olurmu?
    Bəzi şəxslər, spirtli içkiləri içməklə, dərd-qəmlərinin dağılmasını söyləyirlər. Spirt, bədənin təfəkkür sistemini zəiflədərək, beynin, duyğu orqanları vasitəsilə alınan məlumatları düzgün analiz etməsinə mane olur... Beyin düzgün işləmədikdə və bununla da duyğunun təsirləri aradan getdikdə, həqiqətdə duyğuların fəaliyyətinin inikası sayılan qəm-qüssələr, dərdlər öz həddini itirir və nəticədə, insan bir növ aldadıcı sevinc, kədərsizlik halını əldə edir.
    Cavab: Doğrudur, insan qəmini unudur; çünki spirt, xarici təhrikedicilər qarşısında reaksiyanı azaldaraq, müəyyən həddə insana rahatlıq, sakitlik gətirir, lakin əvvəla: spirtin təsiri getdikdə və narahatçılığın kökləri qaldıqda, onun hücumu daha artıq və daha kədərləndirici olur. Qəm-qüssənin kökü kəsilməsə, məstlik halından sonra, əsəb sistemlərinə daha dağıdıcı təsir göstərəcəkdir.
    İkincisi: Qəm-qüssəni dağıtmağın çoxsaylı yolu olduğu halda (namaz, oruc, səfər, dua, dərdi dostla bölüşmək, idman və s.), niyə məhz günahı seçməliyik? Bu şəkildə qəm-qüssəni dağıtmaq eynilə ona bənzəyir ki, az bir miqdarda qəmi olan şəxs, öz dərdinə çarə qılmaq, müalicə etmək və problemin kökünü kəsmək əvəzinə narkozdan istifadə edir. Bir keyitmə iynəsi ilə, məsələn bir iki gün huşsuz olaraq, ağrını hiss etməyə bilər, lakin ayıldıqda isə, ağrının kökünü aradan aparmadığından, ağrısının öz qüvvəsində qalmasından əlavə, huşsuzluq dərmanının mənfi təsirləri də ona əlavə edilir. Şübhəsiz ki, ağıllı insan belə bir iş görməz.("İlk universitet Sonuncu peyğəmbər", c.7, səh. 174.)
    Spirtli içkilər, zinadan daha pisdir
    Möminlərin əmirinə (ə) dedilər: Siz buyurmusunuz ki, şərab, zina və oğurluqdan pisdir? O həzrət cavabında buyurdu: " Bəli, çünki zina edən, başqa bir günaha aludə olmaya bilər, oğurluq edən də həmçinin; lakin şərab içən məst olduqda, zina da edər, adam da öldürər və namazı da tərk edər".("Hucume xamuş" səh. 197 "Vəsail əş-Şiə kitabından nəql edərək, c.17, səh. 250.)
    MUSİQİ
    Musiqi nədir?
    Musiqi barəsində çoxsaylı təriflər söylənilmişdir. Bu təriflərdən hər biri, mənfi və müsbət yönümlərə malikdir. Biz musiqi anlamının aydınlaşması üçün, iki təriflə kifayətlənirik:
    1- Bir tərifə əsasən, musiqi – səslərin ürəkaçan formada tərkibidir. Bu baxımdan, günah məclislərilə münasib olarsa, haramdır.("Cameul-məsail", Ayətullah Fazil Lənkərani.)
    2- Musiqi – insanı, onun üçün vəsfəgəlməz bir aləmdə seyr etdirən səslərdən və tonlardan ibarətdir. Musiqi insan qəlbinə hakim kəsilərək, bəzən onu ağladır, bəzən güldürür, bəzən onun bədən üzvlərini ixtiyarsız hərəkətə gətirir və bəzi hallarda da, eşq və şəhvəti həyacana gətirir, insanı öz quluna çevirərək, onun əsəb sisteminə, düşüncəsinə, əqlinə və ruhuna hökmranlıq edir.("Negahi be musiqi" (musiqiyə bir baxış), səh.9.)
    Misal olaraq, Farabinin Seyf əd-Dövlənin qonaqlığındakı saz çalmasını göstərmək olar. Bir müddət hamı güldü, ritmi, tonu dəyişməklə ağlamağa başladılar və sonda digər bir avazı çalmaqla, bütün məclis əhli yuxuya daldı.
    Bu kitabda söhbət açacağımız mövzu, birinci tərifdə toxunduğumuz haram musiqidir.
    Sinir sisteminin fəaliyyəti
    Musiqinin cismi zərərlərini bəyan etmək üçün, öncə bir müqəddiməyə işarə edirik.
    Vegetativ sinir sistemi iki şöbəyə bölünür.
    1. Simpatik şöbə
    2. Parasimpatik şöbə
    Simpatik sinir sistemi
    32 cüt simpatik düyünə malikdir ki, sinə qəfəsinin və qarın boşluğunun arxa səthində onurğa sütunun iki tərəfində yerləşmişdir. Simpatik sinir bel tirinin əvvəlindən başlayıb, digər bədən üzvlərinə yayılır. Onun əsas vəzifəsi damarları daraltmaq, saf əzələləri genişləndirmək, göz bəbəyinin enləndirilməsi, ifrazatın qarşısını almaq, qan təzyiqini yüksəltmək, ürək döyüntülərini tezləşdirmək və s.-dən ibarətdir ki, insanın öz fəaliyyətində ayıq və fəal olmasına səbəb olur.
    Parasimpatik sinir sistemi:
    Sinir sisteminin bir şöbəsidir ki, simpatiklə birlikdə və çiyin-çiyinə bir sıra mühüm üzvlərə o cümlədən, ürək və böyrəyə daxil olaraq, simpatik əsəb sisteminin tam əksinə hərəkət edir. Bu sistemin insanda yaratdığı süstlük, tənbəllik, halsızlıq, yuxu, qəflət, səhv, unutqanlıq, qəm-qüssə və huşsuzluqdan ibarətdir. Saf əzələləri yığmaq, ifrazat yaratmaq, qan təzyiqini azaltmaq, göz bəbəyini kiçiltmək, ürək döyüntülərini yavaşıtmaq və s. onun vəzifəsidir.("Negahi be musiqi" (musiqiyə bir baxış), səh.36.)
    Aydındır ki, kənardan əsəb üzərində təhriklər başlayırsa, simpatik və parasimpatik sinir sistemi xarici təhriklər qədər öz müvazinətini itirərək aşağı və ya yuxarı gedir. Simpatik və parasimpatik sinir sistemində müvazinətsizlik yaradan xarici amillərdən biri də, aşağıdakı zərərləri özündə yerləşdirən musiqi dalğalarıdır.
    Musiqinin cismi zərərləri
    1. Sinir sisteminin zəifləməsi
    Simpatik və parasimpatik sinir sistemi arasında müvazinətin pozulması nəticəsində bədəndə yaranan müvazinətsizlik, sinir sisteminin zəifləməsinə gətirib çıxarır. Bu səbəbdən, musiqiçilərin (musiqi bilicilərinin) 80%-i sinir sistemi zəifliyinə düçardırlar.
    Kolumbiya universitetinin professoru doktor Velf Adler sübut etmişdir ki, ən gözəl və ən ürəkaçıcı musiqi sədaları, insanın sinir sistemi üzərinə ən acı təsirləri bağışlayır. Xüsusilə hava isti olarsa, bu mənfi təsir daha da çoxalır. Ərəbistan və İranın bəzi şəhərləri kimi isti yerlərdə son dərəcə mənfi təsirə malikdir.
    Doktor Adler musiqinin zərərləri haqda geniş bir yazı nəşr etmiş və Amerikada minlərlə insan onun ardıcılı olaraq, musiqini özünə haram etmişdir. Bunlar, mütərəqqi dünyanın bədbəxtçiliklərindən biri sayılan sinir sistemi zəifliyinin qarşısını almaq və cəmiyyətin qurtuluşu üçün, geniş bir layihə hazırlayaq Amerika senatoruna təqdim etmiş və bütün növ ümumi konsertlərin qadağan edilməsini istəmişlər.("Böyük günahlar", "Musiqinin sinir sisteminə təsiri" və "Musiqiyə bir baxış" kitablarından seçmələr.)
    Doktor Arnold Freydmani Nyuyork xəstəxanasının həkimi və başağrısı klinikasının baş həkimi, beyin dalğalarını təyinləşdirən elektron cihazların və minlərlə xəstə müraciətindən əldə etmiş təcrübəsinin köməyi ilə, sübuta yetirmişdir ki, psixoloji, zehni yorğunluqların və əsəbi başağrılarının əsas faktorlarından biri də, radio ilə yayımlanan musiqini dinləməkdir, xüsusilə də, diqqətlə dinləyənlər üçün.("Beheşte cəvanan", səh.357, "Musiqi elm və din baxımndan" kitabına istinadən, səh.48.)

    Category: İslam şəriətində sağlamlıq və uzunömürlülük | Views: 1062 | Added by: Islam_Kitabxanasi | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Mərsiyələr [22]
    Dini suаllаrа cаvаblаr [26]
    Şübhə doğuran Suallar [10]
    Məsəllər [5]
    200 Sual-cavab [4]
    170 Sual-cavab [11]
    Gənclər üçün 100 dərs [14]
    İctimai-siyasi mütaliələrin əsasları 1-ci cild [15]
    İctimai-siyasi mütaliələrin əsasları 2-ci cild [21]
    Fətullaçılıq [7]
    Çərəkə [8]
    İmam Xomeyninin arifanə şerlərindən tərcümələr [4]
    Əbədi səadət yolu [10]
    28 sual-cavab [3]
    Nəhcül-Bəlağə hekayətləri (140 hekayət) [18]
    İrаn İslаm Rеspublikаsinin Prеzidеnti cәnаb Dоktоr Әhmәdinәjаdin Аbş Prеzidеnti Cоrc Buşа mәktubu [1]
    İslam şəriətində sağlamlıq və uzunömürlülük [17]
    Fatiməyi-Zəhra (s) zikrinin və salavatın savabı [13]
    Sual və cavab [5]
    Xurafat [8]
    Kitab linkləri [258]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024